Kitablar haqqında hər şey
Kitabların tarixi mədəniyyətin tarixi qədər qədimdir. Eramızdan əvvəlki minilliklərdən mövcud olan kitabların materialı dəyişsə də, məqsədi, amalı eyni olmuşdur. Daşdan, dəridən, taxtadan, papirus kağızlarından, müasir kağızlardan yaradılan kitablar böyük təkamül prosesindən keçmişdir. Statistikaya görə hazırda dünyada 130 milyon adda kitab var. Bəs kitablar haqqında bunları bilirdinizmi?
1. İlk çap edilən kitablara böyük xərc və əmək sərf edilirdi. Buna görə də, kitabların oğurlanmasının qarşısını almaq üçün kitabxanalarda saxlanarkən rəflərə zəncirlənirdi.
2. Müasir dövrdən fərqli olaraq klassik ədəbiyyat nümunələri böyük zəhmət hesabına yazılır, çoxaldılırdı. Məsələn, Lev Tolstoyun 1869-cu ildə yazdığı 1225 səhifəlik “Hərb və Sülh” romanının üzü onun həyat yoldaşı tərəfindən əl yazısı ilə 7 dəfə köçürülərək çoxaldılmışdır.
3. Yazı prosesi nə qədər çətin olsa da, Viktor Hüqo 1862-ci ildə yazdığı dünya klassik ədəbiyyatının ən əhəmiyyətli əsərlərindən hesab edilən “Səfillər” romanında usanmadan kitab tarixinin ən uzun cümləsini yazmışdır. 823 sözdən ibarət olan bu cümlə kitabın 3-cü hissəsində 3 səhifəni əhatə edir.
4. Yazı makinalarının istehsalı yazıçıların işini nisbətən asanlaşdırmışdır. İlk yazı makinasına isə görünür, əllə yazmaqdan yorulmuş Mark Tven sahib olmuşdur. Onun 1976-cı ildə çıxan, klassik uşaq ədəbiyyatı hesab edilən “Tom Soyerin macəraları” kitabı da makinada yazılan ilk kitab kimi tarixə düşmüşdür.
5. Dünya ədəbiyyatına və mədəniyyətinə böyük təsir göstərmiş ingilis yazıçısı Con Ronald Ruel Tolkinin məşhur “Üzüklərin hökmdarı” trilogiyası bir göz qırpımında oxunsa da, 16 ilə, yəni, ən uzun müddətə yazılmış kitab hesab edilir. Bunun tam əksi olaraq ən qısa vaxta, yəni 2,5 günə yazılmış kitab isə Con Boynun “Zolaqlı pijamalı uşaq” romanıdır.
6. Dünyada ən çox oxunan və ən çox dilə tərcümə edilən əsər Antuan de Sent Ekzüperinin 1943-cü ildə qələmə aldığı “Balaca şahzadə” romanıdır. İndiyə kimi 300 dilə və ləhcəyə tərcümə edilən roman dəfələrlə “ən çox oxunan 100 kitab”dan biri seçilmişdir.
7. Kitablara ən çox mövzu olan qəhrəman isə Napoleon Bonapart hesab edilir. Günümüzədək bu tarixi şəxsiyyət haqqında 10 mindən çox kitab yazılmışdır. Görünür, Napoleon Avropanı fəth etdiyi kimi yazıçıların da qəlblərini fəth etmişdir.
8. Dünyada ölçüsünün kiçikliyinə görə fərqlənən 12 kitab mövcuddur. Onlar birlikdə bir xörək qaşığına yerləşəcək ölçüdədirlər. Bu kitabların sırasında müqəddəs kitabımız “Quran” da var. Bu ölçüdə kitabların oxunması yalnız xüsusi mikroskopla mümkündür.
9. Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti nə az, nə çox, 30 milyondan bir az artıq olan bu kitab milyarder Bill Qeytsə məxsusdur.
10. Kitablarla bağlı bu terminləri bilirsinizmi?
– Bibliofobiya – oxumağa hər hansı bir kitabın, mətnin qalmaması qorxusudur. Bu cür insanlar daima kitab, jurnal, qəzet, bir sözlə, oxumağa nə varsa, toplayırlar. Və topladıqlarını heç kimlə paylaşmağı sevmirlər.
– Bibliomaniya – kitab xəstəliyi belə adlanır. Oxumadan cildinə, nəşrinə görə kitab və ya hər hansı kağız məhsulu və ya mətni alıb toplayan insanların daşıdığı bu xəstəlik yaxşı halda kolleksiyaçılığa, pis halda isə kitabxana “qəbiristanlığı”na aparır. Rey Bredberi deyir: “Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq”. Bibliomanlar da məhz kitabları oxumayaraq daha ağır cinayət törədən şəxslərdir.
– Bibliosmiya – başqa sözlə, köhnə kitab qoxusunu sevmək. Köhnə kitablardakı tozu, saralmış vərəqləri sevməyənlər yeni nəşr kitablara üstünlük versələr də, əksər kitabsevərlər köhnə kitab qoxusunu daha rahatlıqverici, daha xoşagələn hesab edirlər. Bunun səbəbi görünür, alimləri də maraqlandırmışdır. Və eksperimentlər zamanı müəyyən olunmuşdur ki, köhnə kitablar şokolad və qəhvə qoxusu verir və rahatlığın da səbəbi əslındə budur.
11. Kitab oxuma vərdişi formalaşdırmaq üçün ideal yaş 4-6 yaş hesab edilir.
Kitab oxuyanların 90 faizi dəqiqəyə 210 söz oxuyur. Maraqlıdır ki, yavaş oxumaq sürətli oxumaqdan daha çox gözü yorur.
Mütəmadi kitab oxuyanlar onun maraqlı olub olmadığını 17-18 səhifə oxuduqdan sonra təyin edə bilirlər. Bəs siz necə?
Məşhur kitablar haqqında bilmədiyimiz gerçəklər
İlk çap olunan kitabların üzərində yazarın adının qeyd olunmaması maraqlı məlumatdır. Bəzi əsərlər var ki, onların yaranmasında daha qəribə hadisələr baş verib. Bəs sevərən oxuduğunuz əsərlər haqqında xüsusi məlumatlarınız nə qədərdir? Bu əsərlərin necə yaranması barədə nələr bilirsiniz?
Publika.az məşhur kitablar haqqında çox az adamın bildiyi həqiqətləri təqdim edir:
Mark Tven – “Tom Soyyerin macəraları”
Bu makina ilə yazılmış ilk kitabdır. M.Tven Reminqton firmasının daimi makina müştərisi olub.
Lev Tolstoy – Hərb və sülh
Ən önəmli klassik əsərlərdən olan “Hərb və sülh”ü Tolstoy hələ makina icad edilmədiyi dövrdə yazıb. Əlbəttə, həmin dövrə qədər bir çox kitab yazılıb. Lakin bu kitabı xüsusi edən məqam isə onun Tolstoyun həyat yoldaşı tərəfindən 7 dəfə əl ilə yazılmasıdır.
Ernest Vincent – Gadsby
Vincenstin 1939-cu ildə qələmə aldığı bu kitabın özəlliyi, bir sözdə belə “e” hərfinin istifadə edilməməsidir. Kitabda 50 110 söz var.
Viktor Hüqo – “Səfillər”
“Səfillər” Viktor Hüqonun romanları arasında ən çox tanınan və bəlkə də, ən təsirlisidir. Romanın girişi çox uzun cümlələrdən ibarətdir. Hətta bir cümlə var ki, 823 sözdən ibarətdir və 3 səhifə tutur. Bu cümlə kitabın üçüncü hissəsindədir və Fransız ədəbiyyatının ən uzun cümləsi olaraq qəbul edilir.
Fyodor Dostoyevski – “Qumarbaz”
Dostoyevski bu kitabı 25 günə yazıb. Çünki qumar borcunu ödəməli idi. Təcili yazdığına görə yazar stenoqraf tutub. Romanını yazdırdığı stenoqraf – Anna Grigoryevna ilə sonra evlənib.
Conatan Svift – “Quliverin səyahəti”
Quliverin bu kitabı tamamilə sirlərdən ibarətdir. O bu kitabında Mars planetinin iki peyki – Foboz və Deymosun ölçüləri və dönmə sürəti ilə bağlı yazıb. Bu peyklər kitab çap olunandan 100 il sonra alimlər tərəfindən təsdiqlənib.
Vladimr Nabokov – “Lolita”
Nabokov bu əsəri Parisdə ingilis dilində yazıb. Lakin kitabın ədəbsiz olduğu bildirilərək Fransa, Cənubi Amerika, Yeni Zelandiya, Kanada, İngiltərə və Argentinada qadağan edilib. Bir tərəfdən isə kitab Amerikada ilk üç həftədə 100 min tirajla satıldı.
Arthur Conan Doyl – “Şerlok Holms”
“Şerlok Holms” bu gün dünyada ən çox tanınan və sevilən əsərdir. Əslində göz həkimi olan Doyl maddi sıxıntılar çəkdiyi üçün yazıçı olmağa qərar verib.
Loenadro da Vinçi – “Lester Kodeksi”
Leonardo da Vinçi hidrologiya, su hərəkəti, geologiya və astronomiya üzrə bəzi araşdırmalarını bir dəftərə yazıb. Ona “Kodeks Lester” adını verib. Bu dəftər 1994-cü ildə Bill Qeyts tərəfindən xüsusi kolleksiyasına əlavə edilməsi üçün 30.8 milyon dollara satın alındı. Bu özəlliyi ilə dünyada ən baha satılan kitab oldu.
Gülxar
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Kitablar haqqında hər şey
Kitabların tarixi mədəniyyətin tarixi qədər qədimdir. Eramızdan əvvəlki minilliklərdən mövcud olan kitabların materialı dəyişsə də, məqsədi, amalı eyni olmuşdur. Daşdan, dəridən, taxtadan, papirus kağızlarından, müasir kağızlardan yaradılan kitablar böyük təkamül prosesindən keçmişdir. Statistikaya görə hazırda dünyada 130 milyon adda kitab var. Bəs kitablar haqqında bunları bilirdinizmi?
1. İlk çap edilən kitablara böyük xərc və əmək sərf edilirdi. Buna görə də, kitabların oğurlanmasının qarşısını almaq üçün kitabxanalarda saxlanarkən rəflərə zəncirlənirdi.
2. Müasir dövrdən fərqli olaraq klassik ədəbiyyat nümunələri böyük zəhmət hesabına yazılır, çoxaldılırdı. Məsələn, Lev Tolstoyun 1869-cu ildə yazdığı 1225 səhifəlik “Hərb və Sülh” romanının üzü onun həyat yoldaşı tərəfindən əl yazısı ilə 7 dəfə köçürülərək çoxaldılmışdır.
3. Yazı prosesi nə qədər çətin olsa da, Viktor Hüqo 1862-ci ildə yazdığı dünya klassik ədəbiyyatının ən əhəmiyyətli əsərlərindən hesab edilən “Səfillər” romanında usanmadan kitab tarixinin ən uzun cümləsini yazmışdır. 823 sözdən ibarət olan bu cümlə kitabın 3-cü hissəsində 3 səhifəni əhatə edir.
4. Yazı makinalarının istehsalı yazıçıların işini nisbətən asanlaşdırmışdır. İlk yazı makinasına isə görünür, əllə yazmaqdan yorulmuş Mark Tven sahib olmuşdur. Onun 1976-cı ildə çıxan, klassik uşaq ədəbiyyatı hesab edilən “Tom Soyerin macəraları” kitabı da makinada yazılan ilk kitab kimi tarixə düşmüşdür.
5. Dünya ədəbiyyatına və mədəniyyətinə böyük təsir göstərmiş ingilis yazıçısı Con Ronald Ruel Tolkinin məşhur “Üzüklərin hökmdarı” trilogiyası bir göz qırpımında oxunsa da, 16 ilə, yəni, ən uzun müddətə yazılmış kitab hesab edilir. Bunun tam əksi olaraq ən qısa vaxta, yəni 2,5 günə yazılmış kitab isə Con Boynun “Zolaqlı pijamalı uşaq” romanıdır.
6. Dünyada ən çox oxunan və ən çox dilə tərcümə edilən əsər Antuan de Sent Ekzüperinin 1943-cü ildə qələmə aldığı “Balaca şahzadə” romanıdır. İndiyə kimi 300 dilə və ləhcəyə tərcümə edilən roman dəfələrlə “ən çox oxunan 100 kitab”dan biri seçilmişdir.
7. Kitablara ən çox mövzu olan qəhrəman isə Napoleon Bonapart hesab edilir. Günümüzədək bu tarixi şəxsiyyət haqqında 10 mindən çox kitab yazılmışdır. Görünür, Napoleon Avropanı fəth etdiyi kimi yazıçıların da qəlblərini fəth etmişdir.
8. Dünyada ölçüsünün kiçikliyinə görə fərqlənən 12 kitab mövcuddur. Onlar birlikdə bir xörək qaşığına yerləşəcək ölçüdədirlər. Bu kitabların sırasında müqəddəs kitabımız “Quran” da var. Bu ölçüdə kitabların oxunması yalnız xüsusi mikroskopla mümkündür.
9. Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti nə az, nə çox, 30 milyondan bir az artıq olan bu kitab milyarder Bill Qeytsə məxsusdur.
10. Kitablarla bağlı bu terminləri bilirsinizmi?
– Bibliofobiya – oxumağa hər hansı bir kitabın, mətnin qalmaması qorxusudur. Bu cür insanlar daima kitab, jurnal, qəzet, bir sözlə, oxumağa nə varsa, toplayırlar. Və topladıqlarını heç kimlə paylaşmağı sevmirlər.
– Bibliomaniya – kitab xəstəliyi belə adlanır. Oxumadan cildinə, nəşrinə görə kitab və ya hər hansı kağız məhsulu və ya mətni alıb toplayan insanların daşıdığı bu xəstəlik yaxşı halda kolleksiyaçılığa, pis halda isə kitabxana “qəbiristanlığı”na aparır. Rey Bredberi deyir: “Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq”. Bibliomanlar da məhz kitabları oxumayaraq daha ağır cinayət törədən şəxslərdir.
– Bibliosmiya – başqa sözlə, köhnə kitab qoxusunu sevmək. Köhnə kitablardakı tozu, saralmış vərəqləri sevməyənlər yeni nəşr kitablara üstünlük versələr də, əksər kitabsevərlər köhnə kitab qoxusunu daha rahatlıqverici, daha xoşagələn hesab edirlər. Bunun səbəbi görünür, alimləri də maraqlandırmışdır. Və eksperimentlər zamanı müəyyən olunmuşdur ki, köhnə kitablar şokolad və qəhvə qoxusu verir və rahatlığın da səbəbi əslındə budur.
11. Kitab oxuma vərdişi formalaşdırmaq üçün ideal yaş 4-6 yaş hesab edilir.
Kitab oxuyanların 90 faizi dəqiqəyə 210 söz oxuyur. Maraqlıdır ki, yavaş oxumaq sürətli oxumaqdan daha çox gözü yorur.
Mütəmadi kitab oxuyanlar onun maraqlı olub olmadığını 17-18 səhifə oxuduqdan sonra təyin edə bilirlər. Bəs siz necə?
Fraza jurnalı,
Tükəzban Məmmədli
Comments are closed, but trackbacks and pingbacks are open.