Press "Enter" to skip to content

İş yeri olmayan şəxslər də kredit götürə bilərlər – Kredit üçün yalnız bir şərt var

Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir.

Yerin təbəqələri

Yerin 4 xarici (atmosfer, biosfer, litosfer və hidrosfer) və 3 daxili (yer qabığı, mantiya, nüvə) təbəqəsi var.
Yerin mərkəzində radiusun 3500 km-ə yaxın olan çox yüksək temperatura (35000 C) və təzyiqə malik nüvə yerləşir. Nüvənin dəmir və nikeldən ibarət olması güman olunur. Nüvənin üzəri qalınlığı 2900 km olan mantiya (latınca örtük deməkdir) ilə örtülüb. Mantiya əsasən ərimiş, lakin yüksək təzyiq nəticəsində bərk hal almış maddədən ibarətdir. Lakin mantiyanın Yer səthinə yaxın hissəsində bu maddələr bəzən maye halına yaxınlaşırlar.
Məhz bu zonada bütün vulkan ocaqları və ən dərin zəlzələlər baş verir. Mantiyanın üzəri Yer qabığı ilə örtülüb, onun qalınlığı 5-90 km-ə qədərdir. Yer qabığı 3 süxur qatından çökmə, qranit və bazaltdan ibarətdir. Qranit və bazalt arasındakı sərhəddi Konrad sərhədi adlandırırlar. Okeanın dibində qranit qatı yoxdur. Materiklərdə isə qranit təbəqəsinin üzərində çökmə, altında isə bazalt təbəqəsi yerləşir. Bu səbəbdən Yer qabığının qalınlığı materiklərdə çox (90 km-ə qədər), okeanlarda isə azdır. Yer qabığının qalınlığı okean dibində daha nazik olduğundan burada materiklərə nəzər daha çox vulkan və zəlzələlər baş verir. Yer qabığının ən qalın yeri mərkəzi Asiyadakı Hindiquş və Himalay dağlarında, ən az qalınlığı isə Sakin okeandakı Marean çökəkliyindədir.
Yer qabığı dünyanın ən bərk təbəqəsidir. Burada dərinliyə doğru getdikcə temperatur hər 33 m-dən bir 10 C artır ki buna geotermik pillə deyilir. Hər 100 m dərinlikdə temperaturun dəyişməsinə isə geotermik qradiyent deyilir. Yerin daxilində temperaturun artmasının səbəbi radioaktiv maddələrin parçalanması və təzyiqin artmasıdır. Yerin ən ağır və ən sıx maddələri aşağı mantiya və nüvədə yerləşir. Yerin ümumi kütləsinin 80%-ini məhz onlar təşkil edir.
Yer qabığını yuxarı mantiyadan ayıran sərhədə Moxoroviçiç (qısa Moxo) sərhəddi adlandırırlar. Mantiyanın yuxarı hissəsi və Yer qabığından ibarət təbəqəyə litosfer (daş təbəqə deməkdir) deyilir. Onun qalınlığı 90-250 km-dir.

UPD. Fransa geofiziklərinin fikrincə, Yer kürəsinin nüvəsi simmetrik deyil və orada kristallaşma prosesi davam etməkdədir. Mütəxəssislər planetimizin Şimal yarımkürəsi, təxminən Rusiya və Çin əraziləri altında nüvənin tədricən əridiyini, Qərb yarımkürəsində isə bərkidiyini bildirirlər. Buna əsas olaraq son 30 il müddətində baş vermiş 100 böyük zəlzələ, seysmik aktivliyin yüksəlməsi göstərilir.
Alimlər toplanan məlumatların təməlində Yer nüvəsinin formasını qurub, tərkibini müəyyənləşdiriblər. Nüvə əsasən dəmirdən ibarətdir və özəkdə bərk, periferiyada (özək ətrafı çevrədə) maye haldadır.

İş yeri olmayan şəxslər də kredit götürə bilərlər – Kredit üçün yalnız bir şərt var

Bu gün banklar iş yerindən arayışı olmayanlar və dövlət işində işləməyənlərə kredit vermirlər. Belə olan təqdirdə, vətəndaş kredit götürmək üçün hansı alternativ varianta əl atmalıdır? “Metbuat.az”a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, problemin əsas kökü bank faizlərinin çox yüksək olmasıdır:

“Əmək haqqlarının qeyri-leqal verilməsinin əsas səbəbi vergilərin yüksək olmasıdr. İşə götürənlər Sosial Müdafiə Fonduna hər işçiyə görə maaşın 20%-i qədər ödəmələr edir. Bu da böyük bir məbləğ olduğundan, çox zaman qeyri-leqal müqavilələr bağlanır. Rəsmiləşdirilmədən, əlbəəl ödəmə ümumi vergidən yayınmaya səbəb olur. Bunun qarşısını almaq lazımdır. Bu məqsədlə vergi faizləri aşağı salınmalıdır ki, iş adamlarına stimullaşdırma olsun və onlar işə götürdükləri adamlarla normal əmək müqaviləsi bağlasınlar.

Yeganə vasitə zamin məsələsidir

Kredit verilməsi ilə bağlı bankların tələbləri ciddiləşib. Bu da onunla əlaqədardır ki, banklar verdikləri kreditləri geri yığa bilmirlər. Çünki problemli kreditlərin sayı ciddi şəkildə artıb. Ona görə də, daha sərt tələblər qoyurlar. Rəsmi maaşı olmayan şəxslərin kreditlərə çıxış imkanları məhduddur. Dövlət işində işləyən, yəni rəsmi şəkildə maaş alan şəxslər kredit götürən şəxslərə zamin dayanarsa, qanunvericilik və bank praktikası kredit götürməsini mümkün edir. Yeganə vasitə zamin məsələsidir.

Kiçik istehlak kreditlərinə böyük bir əmlakı girov qoymaq düzgün deyil!

Sizin 50 min manatlıq mənziliniz varsa, 2-3 minlik kredit götürürsünüzsə, mənzilin girov qoyulması anormaldır. Ancaq kiçik istehlak kreditlərində rəsmi maaş alan hansısa bir qohumun, tanışın zaminliyi kifayət edir. Amma bankın buna kredit verib-verməməsi bankların öz siyasətinə aiddir”.

Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir – Türkiyəli kardioloq açıqladı

Ürək ritmi sağlamlığınız haqqında ən ciddi göstəricidir. Ürək ritmi orta hesabla 60-100 arası olursa, normaldır. Lakin döyüntü bundan yüksək olarsa, müəyyən xəstəliklərə işarədir.

Medicina.az türkiyəli kardioloq Dəniz Şəkərin mövzu ilə bağlı açqılamasını təqdim edir.

Həkimin sözlərinə görə, normada ürək ritmi 60-100 arası dəyişir: “Mütəmadi olaraq, fiziki məşqlə məşğul olanlarda ürək döyüntüsü dəqiqədə 60 və ya ondan da aşağı ola bilir. Lakin 50-dən aşağı olması qəbulolunmazdır. 100-dən yuxarı da normal hesab olunmur. Bəzi hallarda heç bir xəstəlik olmasa da, nəbz 80 və yaxud daha çox vura bilir. Dincəldikdə isə bəzi insanlarda nəbzin ritmi aşağı düşür. Belə halda özbaşınıza sağlamlıq haqqında hər hansı qərar qəbul etməyin. Mütləq həkimə gedin”.

Uzman kardioloq deyir ki, ürək ritminin yüksək olması bəzi xəstəliklərdən xəbər verir. Tez-tez döyünən ürəyin kökündə bir neçə xəstəliklər yatır.

– Mitral qapaq çatışmazlığı

– Ürək əzələsi ilə əlaqədar problemlər

– Ürək damarlarında tıxanma ya da daralma

– Ürəyin fəaliyyətində yaranan problemlər

Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir.

Ürək döyüntüsü hər hansı bir aktivlikdən sonra dəyişirsə, bu normaldır. Lakin bu zaman intervalı uzun müddət davam edərsə, narahat olmağa əsas var.

Daha sürətli döyüntü bədən müqavimətinin aşağı olmasından xəbər verir. Həmin şəxsin orqanizminin həssas olduğunu söyləmək mümkündür. Eyni zamanda pasiyentin beyin və digər orqanlarına oksigenin yaxşı paylanmadığını bildirir.

Bu durumda bayılma və buna yaxın vəziyyət, yorğunluq, halsızlıq, nəfəs problemi, sinədə ağrı, yaddaşsızlıq kimi müəyyən problemlər meydana çıxır.

Mütəmdi olaraq fiziki məşqlərlə məşğul olan insanlarda ürək güclənir və qan damar sisteminin fəaliyyəti intensivləşir. Buna görə də həmin insanlar daha çox iş görməsinə baxmayaraq nəbzləri az döyünür.

Aktivliyi çox olan idmançılarda bəzən ürək ritmi 50-yə enir. Mütəmadi olaraq idmanla məşğul olan insanların nəbzinin aşağı olması normal haldır. Ümumilikdə isə məşqlərin ürək döyüntüsünü aşağı saldığı bildirilir. Buna görə ürək sağlamlığı üçün fiziki məşqlər zəruridir.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.