Astaranın undulan tarixi abidələri
1964-ci ildə təqdim edilən “Ulduz” filmində çəkilişlərin aparıldığı və yerli əhəmiyyətli abidə hesab olunan Ləm də (yay istirahıt yeri) Ərçivan qəsəbəsində yerləşir, inventar nömrəsi 4091-dir. Ləm qəsəbə sakini Əsədulla Mirzəyev-in həyətində yerləşir. Onun dam örtüyünün bir hissəi dağılmaqdadır. Əsədulla Mirzəyev narazılığını belə ifadə edir:
Yerli əhəmiyyətli abidələr
28 oktyabr 2022-ci il tarixində “#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova “Mədəni İrsin Qorunmasının Aktual Problemləri” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.
“İÇƏRİŞƏHƏR” DTMQ İDARƏSİNİN İDARƏ HEYƏTİNİN SƏDRİNİN QALA QORUĞUNDA VƏTƏNDAŞLARLA NÖVBƏTİ GÖRÜŞÜ KEÇİRİLİB.
27 oktyabr 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə #Qalaqoruğu’nda yaşayan sakinlərlə #fərdiqəbul həyata keçirib. Qəbulda #vətəndaşların təklif və
İÇƏRİŞƏHƏRİN MƏDƏNİ İRSİNİN BƏRPASI, KONSERVASİYASI VƏ QORUNMASI TƏCRÜBƏSİ BEYNƏLXALQ KONFRANSDA TƏQDİM EDİLİB
#Qazaxıstan’ın Türküstan şəhərində “Abidələri qoruyan insanlar: müqəddəs irs, ziyarət və davamlı turizm” adlı Beynəlxalq Konfrans keçirilir. 26 – 28 oktyabr 2022-ci il tarixlərində UNESCO-nun Dini Maraqların İrsi üzrə Təşəbbüsü çərçivəsində keçirilən
VASİLE SOARE İLƏ GÖRÜŞ
24 oktyabr 2022-ci il tarixində “#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin #Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ilə görüşü baş tutub.
İÇƏRİŞƏHƏR SAKİNİ TƏRƏFİNDƏN “İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNİN FONDUNA BİR ƏSRDƏN ÇOX YAŞI OLAN QURAN KİTABI TƏQDİM OLUNUB
Tarixi yaşadanlar fədakar şəxslərdir. Bu fədakarlıqları ilə onlar özləri də #tarix ‘in bir parçası olurlar, unudulmur, daima xatırlanırlar. Tariximizi, kimliyimizi, dini-mənəvi ənənələrimizi yaşadanlar, onu qoruyanlar sayəsində bu günümüzü
Astaranın undulan tarixi abidələri.
Onların üzərində dayandığı tarixi abidələrdən biri də rayonun Ərçivan qəsəbəsində yerləşən, 1806-cı ildə inşa edilən Kərbəlayi Həmid Abdullah hamamı-dır. Həmin hamam Bakı –Astara yolun üstündədir. Ən çox dağıntıya məruz qalan günbəzləridir. Uzun müddətdir ki, hamam təmir edilmir. Qəsəbə sakini Vaqif Əhmədoğlu deyir:
“Lövhədə yazılıb: “Dövlət tərəfindən qorunur”
Mədəniyyət Nazirliyinin lövhəsi
“Əvvəllər hamamdan istifadə olunurdu, yaxşı vəziyyətdə idi. 30-35 ildir baxımsız qalıb. Hamamın təmir edilməsi ilə bağlı qəsəbənin sakinlərinin, ziyalıların nazirlyə müraciətləri var. Cavab yoxdur. Heç kim maraqlanmır. Lövhədə yazılıb ki, “Dövlət tərəfindən qorunur”. Əyər qorunursa təmir olunmalıdır. Dağılan təkcə bu tarixi abidə deyil. Kəndlərdə yerli əhəmiyyətli tarixi abidələr baxımsızlıq ucbatından dağılır. Yaxşı ki, bu hamamın sütunları çox möhkəmdir. Damı dağılır. Bizdə yağıntı çox olur. Yağış, qar içəriyə tökülür. Nəticədə divarlar zədələnir. Hamamı istifadyə də vermək olar.”
“Ləmin ən zəif yeri damıdır”
1964-cü ildə “Ulduz” filminin bəzi epizodları burda çəkilib, iyun 2021
1964-ci ildə təqdim edilən “Ulduz” filmində çəkilişlərin aparıldığı və yerli əhəmiyyətli abidə hesab olunan Ləm də (yay istirahıt yeri) Ərçivan qəsəbəsində yerləşir, inventar nömrəsi 4091-dir. Ləm qəsəbə sakini Əsədulla Mirzəyev-in həyətində yerləşir. Onun dam örtüyünün bir hissəi dağılmaqdadır. Əsədulla Mirzəyev narazılığını belə ifadə edir:
“Ləmin dam örtüyünü sonuncu dəfə 2007-ci ildə təmir ediblər. Bu Ləmin ağac materalları nildəndir. Çürümür. Divarları xüsusu materialdan götürülüb, dağılmır.Ləmin ən zəif yeri damıdır. Dam dağılır.”
“Bu ləm tarixdir”
O deyir ki, Ləmi təmir etmək üçün vəsaiti yoxdur:
Əsədulla Mirzəyev, iyun 2021
“Mən 40 il mədəniyyət işçisi işləmişəm, mənə 300 manat pensiya verirlər. Ailəmdə 10 nəfər var. Ailədə heç kim işləmir. Mənim və yoldaşımın pensiyası ilə dolanırıq. Min manatla onu təmir etmək mümkündür. Nazirlik üçün min manat nədir? ”Ulduz” filimində bu Ləm nümyiş etdirlib. Filim 1963-cü ildə çəkilib. O filimdə iştirak edənlər çoxu dünyalarını dəyşiblər. Demək istəyirəm ki, bu ləm tarixdir ”
O, da sual edir:
“Əgər mənim əmlakımdırsa onda nə üçün yazıblar ki, dövlət tərfindən qorunur?. Deyirlər bizdə vəsait yoxdur. Ləmin 200 ilə yaxın tarixi var. Gələcək nəsillərə nə qoyuruq? Təkcə Ərçivan qəsəbəsində 5-6 Ləm olub. Biri qalıb.”
Vaqif Əhmədoğlu
Pensər kəndində olan, yerli əhəmiyyətli abidə sayılan hamamın da dam örtüyü çökür. Kənd sakini, yerli məscidin müftisi İntizar Mürsəlov deyir ki, hamam heç vaxt təmir edilməyib:
“Mən təklif etmişəm ki, hamamı muzey edək. Kəndimizin tarixi uzaq keçmişə gedir. Kənd sakinlərin evlərində məişətdə işlədilən qədim əşyalar çoxdur. Turizm üçün tarixi abidələr önəmlidir.”
Astaranın Pensər kəndindədki qədim hamam, iyun 2021
“Burdan alimlər çıxıb”
O, kəndə digər yerli əhəmiyyətli tarixi abidələrin də vəziyyətinin yaxşı olmadığını deyir:
“Burda 1912-ci ildə tikilmiş məktəb var. Məktəbin binasında sovet dövründə dərs keçiblər. Burdan alimlər çıxıb. İndi yerli əhəmiyyətli tarixi abidə kimi qorunur. Kəndə daha iki yerli əhəmiyyətli tarixi abidə var. Onların da dam örtüklərində problemlər var. Kənd sakinlərin imkanı yoxdur ki, tarixi abidələri təmir etsinlər. Kəndin ərazisində ölkə əhəmiyyətli Seyid Camaləddin kurqanı var. Tarixi abdilərin qalıqları çoxdur. Araşdırmağa ehtiyac var. Qonşi Siyətük kəndində olan məscid 1842-ci ildə inşa edilib. Məscidin həyətində daş kitabələr var. ”
Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov deyilənlər barədə məlumata malik olduğunu bildirdi:
“Astara rayonunda 102 tarixi abidə qeydə alınıb”
“Astara rayonunda 102 tarixi abidə qeydə alınıb. Bunun 76-sı yerli, 26-sı isə ölkə əhəmiyyətlidir.Bu tarixi abidlərdən 22-si silinib, 20-i yeni aşkar edilmiş tarixi abidə də əlavə olunacaq. Rayon ərazisində 7 Ləm var.Balaca Şahağacıda ləm dağılır.Ləmlərin hamsı vətəndaşların mülkiyyətindədir. ”
Onun sözlərinə görə tarixi abidələrin təmiri onlardan aslı deyil: “Tarixi abidənin təmirinə ehtiyac varsa bu barədə nazirliyə müraciət olunur. Nazirlik bu işə baxır.Şəxsi mülkiyyətdə olan tarixi abidənin təmirinə vəsait ayrılmır. Elə tarixi abidə var ki,bələdiyyə mülkiyətindədir. İstər Ərçivanda, istərsə də Pensərdə olan hamam bələdiyyə mülkiyətidir. Onlar abidənin yaşamsında maraqlı olmalıdırlar. İmkanlı şəxsləri bu işə cəlb edə bilərlər. Ancaq təmir nazirliklə razılaşdırılmalıdır. Bunlar qanunla tənzimlənir”.
Mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin ayrica münasibətini almaq isə, hələlik, mümkün olmayıb.///Azadlıq Radiosu
Comments are closed, but trackbacks and pingbacks are open.