Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir
Qeyd edək ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanı ilə yaradılıb. Həmin Fərmanın 4.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərəfindən 9 fevral 2015-ci il tarixli 32 nömrəli Qərarla “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilib. Fərmana əsasən Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.
Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşlara dövlət xidmətləri haqqında informasiyanı təqdim edən dövlət xidmətlərinin Elektron Reyestr portalı – www.dxr.az yaradılıb.
Portalın yaradılmasında əsas məqsəd vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bunun üçün dövlət xidmətləri barədə vətəndaşları maraqlandıran informasiyalar araşdırılıb, təhlil edilib və Reyestrin strukturu müəyyən edilib. Artıq Elektron Reyestrin proqram təminatı hazırlanıb, xidmətlər sistemə daxil edilib, paralel olaraq müxtəlif istiqamətdə sınaqlar həyata keçirilib. Beləliklə, Elektron Reyestrdə 116 dövlət orqanı qeydiyyatdan keçib, 676 dövlət xidməti təsdiq edilib.
Təqdim olunan portal məlumatların vətəndaşlar tərəfindən effektiv istifadəsi məqsədi ilə hazırlandığı üçün növbəti illərdə də vətəndaşlardan gələn təkliflər istiqamətində daha da təkmilləşdiriləcəkdir.
Qeyd edək ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanı ilə yaradılıb. Həmin Fərmanın 4.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərəfindən 9 fevral 2015-ci il tarixli 32 nömrəli Qərarla “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilib. Fərmana əsasən Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.
Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir
Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir Deputat qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əlillərin mənzil təminatı ilə bağlı müddəa öz əksini tapmalıdır
25 Yanvar , 2018 16:17
https://static.report.az/photo/f3dce356-8e25-437f-88f3-66ae2f13a4c2.jpg
Milli Məclis / Report
Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda əlillərin reyestr xidmətinin yaradılması təklif edilir. “Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev çıxış edib.
O bildirib ki, əlillərin reyestri yaradılsa və ora hər kəsə açıq olsa, əlillərə hansı xidmətlərin göstərildiyini, onların problemlərinin nədən ibarət olduğunu və əlillərlə bağlı digər məsələləri öyrənmək mümkün olar. Deputat qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əlillərin mənzil təminatı ilə bağlı müddəa öz əksini tapmalıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.