Press "Enter" to skip to content

ELMİ-PRAKTIK MƏSƏLƏLƏR

Su, Seçki, Vergilər, İnzibati Xətalar, Mülki və s. məcəllərinə

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində Azərbaycan Respublikası Milli Məclisinin rolu

Məclisin və Ədliyyə Nazirliyinin qarşılıqlı fəaliyyəti.

Vüsalə Nağıyeva

Yerli özünüidarəetmədə beynəlxalq təcrübə.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin

Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamen-

tarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət

olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialı

təsdiq olunmuş plana uyğun olaraq Azərbaycanda yerli özünü-

idarəetmə sahəsində görülən işləri daha dərindən öyrənmək

üçün bu sahədə geniş elmi – tədqiqat işi həyata keçirmişdir.

Dörd ay ərzində aparılan araşdırma gedişində Azərbaycanda

Bələdiyyə institutunun yaranmasının qısa tarixi, Milli Məclisin

Regional məsələlər üzrə komitəsinin bu sahədə rolu, bələdiy-

yələrin fəaliyyətində Milli Məclisin və Ədliyyə Nazirliyinin

qarşılıqlı fəaliyyəti, bu sahəni tənzimləyən normativ sənədlər

Tədqiqat işi nəticəsində əldə olunmuş materialların

müvafiq sahəyə aidiyyatı olan tərəflə bölüşülməsi məqsədilə

Bələdiyyə idarəetməsi üzrə ekspertlərin, AR Milli Məclisinin,

müxtəlif QHT-lərin nümayəndələrinin, gənclərin, həmçinin

MDB PAA DİMBİ Bakı filialının əməkdaşlarının iştirak

etdikləri seminar keçirilmişdir.

Elman İmaməliyev

MDB PAA DİMBİ Bakı filialının direktoru,

Hörmətli qonaqlar, müəllim və tələbə heyəti, sizi ilk öncə

salamlayıram və bu tədbirdə iştirak etdiyiniz üçün təşəkkür

edirəm. Bildiyiniz kimi Azərbaycan Respublikasında yerli

özünüidarəetməni bələdiyyələr həyata keçirir. Ölkəmizdə bələ-

diyyələrin yaranması, formalaşması və hüquqi bazası Ümummilli

lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi

statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə

olaraq məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti

dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan

Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik

tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra,

1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi

ilə bu institut formalaşmağa başladı – bələdiyyələrin hüquqi

bazasını formalaşdıran normativ aktlar qəbul edilməyə başladı.

Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statusları-

nın müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və

digər məqamlar öz əksini tapdı.

Respublikada yerli özünüidarəetmə sisteminin hüquqi

bazasının yaradılması Milli Məclisin işinin tərkib hissəsi ol-

muş, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə

edən mühüm qanunlar işlənib hazırlanmış və qəbul edilmişdir.

Bu qanunlar, hüquqi-normativ aktlar, əsasnamələr bələdiyyə

həyatının bütün sahələrini əhatə edir.

Qanunvericilikdə yerli özünüidarəetmənin çox mühüm

məsələləri – yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası,

yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial mü-

dafiə, yerli iqtisadi, ekoloji proqramların işlənib hazırlanması

və reallaşdırılması, mülkiyyət münasibətlərinin formalaşdırıl-

ması, ərazi məsələləri və s. öz əksini tapmışdır.

Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən

orqan olsalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiy-

yələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qal-

ması demək deyil. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin

bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət

daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin

həllinə bilavasitə cavabdehdirlər.

Yerli özünüidarəetməyə Seçkilər. Yerli ozünüidarə-

etmənin həyata keçirilməsinin mühüm formalarından biri də

bələdiyyə seçkiləridir. Seçkilər xalqın öz iradə bildirməsinin

daha kütləvi formasıdır. Yerli özünüidarəetmə orqanları seç-

kilər vasitəsilə yaradılır. Bu zaman yerli özünüidarəetməyə rəh-

bərlik edən şəxslər öz səlahiyyətlərini seçkilər yolu ilə bila-

vasitə əhalidən alırlar. Seçkilər həm də yerli özünüidarəetmə

orqanlarının fəaliyyətinin əhali tərəfindən qiymətləndirilməsinə

və istiqamətləndirilməsinə, vaxtı çatmış problemlərin aşkara

çıxarılıb həll olunması üçün tədbirlər görülməsinə imkan verir,

əhalinin sosial fəallığının artmasına kömək edir. Yerli özünü-

idarəetmənin həyata keçirilmə forması kimi seçkilər, demək

olar ki, bütün demokratik dövlətlərdə geniş tətbiq olunur. Res-

publikamızda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas

hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul

olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azər-

baycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan

Respublikasının Seçki Məcəlləsi təşkil etmişdir.

Bələdiyyə seçkiləri 5 ildən bir ümumi, bərabər və birbaşa

seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə

keçirilir. Siyasi partiyaların, siyasi partiya bloklarının da bələ-

diyyə seçkilərində iştirakı qanunvericiliklə müəyyən olun-

Azərbaycan Respublikasında bələdiyyələrə seçkilərin ha-

zırlanmasını və keçirilməsini əsasən Mərkəzi Seçki Komissi-

yası, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları

Müstəqil Azərbaycan Respublikasında 1999, 2004 və

2009-cu illərdə bələdiyyə seçkiləri keçirilmişdir.

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12

dekabr 1999-cu ildə keçirilmişdir. Bu seçkilərdə 74 dairə və

4683 məntəqə seçki komissiyası yaradılmışdır. Seçkilərin təş-

kili ilə 90,5 min insan məşğul olmuşdur. Ədliyyə Nazirliyi

tərəfindən qeydiyyatdan keçən bir sıra partiyalar bu seçkilərdə

aktiv iştirak etmişlər. Məntəqə seçki komissiyalarının tərkibi

18% və 30%, uyğun olaraq siyasi partiyaların və ictimai təşki-

latların nümayəndələrindən tərtib edilmişdi. Məntəqə seçki ko-

missiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil

edilmişdir. 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min in-

san qeydiyyata alınmışdı. Səsvermədə 4.312.265 ölkə seçi-

cilərindən 52,6% iştirak etdi. Seçkilər nəticəsində 20456 bələ-

diyyə üzvü seçildi. Bəzi dairələrdə seçkilərin nəticələri seçi-

cilərin fəallığının zəifliyinə və ya qanunvericilik pozuntularına

görə ləğv olundu.

26 mart 2000-ci ildə 26 seçki dairəsində 75 bələdiyyəyə

təkrar seçkilər – 74 bələdiyyəyə 566 üzv seçildi.

25 iyun 2000-ci ildə Bakı şəhəri Nərimanov rayon

bələdiyyəsinə təkrar seçkilər keçirildi.

2 noyabr 2002-ci ildə bir neçə bələdiyyələrə seçkilər

keçirildi. Bu seçkilərin keçirilməsi bəzi bələdiyyələrin

birləşməşi, ləğv edilməsi ilə bağlı idi. Seçkilər 963 seçki

17 dekabr 2004-cu ildə növbəti bələdiyyə seçkiləri ke-

çirildi. Bu seçkilər dövründə 4.551.346 insan səsvermə hüqu-

quna malik idi. Bunlardan bələdiyyə seçkilərində 2 milyon 109

min 267 nəfər – 46,34% səs verdi. Bələdiyyə seçkilərində 2731

bələdiyyədə 21613 vakansiyaya 38041 qeydə alınmış namizəd

seçildi. Bələdiyyələrdə çox yeri hakim partiya olan Yeni Azər-

baycan Partiyasının nümayəndələri aldı.

2009-cu ilin dekabrında keçirilmiş növbəti bələdiyyə

seçkilərində fərqli xüsusiyyətlər müşahidə edildi. Belə ki, əksər

ərazilərdə bələdiyyələrin “iriləşdirilməsi” prosesi baş verdi,

yeni bələdiyyə bölgüsü “sovet” dönəmindəki yerli ərazi inzi-

bati vahidlərin miqyasına yaxınlaşdırıldı. Bunun nəticəsində bir

neçə kənd bələdiyyə şurası sədrinin və onun aparatının maliyyə

məsrəflərinin əvəzində yalnız ümumiləşdirilmiş bələdiyyə

şurasının sədri və aparatının maliyyə məsrəfi saxlandı.

2009-cu il bələdiyyə seçkilərində 31 minə yaxın namizəd

1718 bələdiyyə üzrə 15 min 682 yer uğrunda mübarizə apardı.

Namizədlərin 16 min 755-i siyasi partiyaların siyahıları üzrə,

14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları

tərəfindən irəli sürüldü. Seçkilərdə 1 milyon 466 min 734 seçi-

ci səs verdi. Bu, ümumi seçicilərin 32,04 faizini təşkil et-

di. Bələdiyyə üzvü seçilmiş namizədlərin sayı 15 591 nəfər təş-

Növbəti bələdiyyə seçkiləri 2014-cü ildə keçiriləcək. Bə-

lədiyyələrin təşkilindən sonrakı dövrdə qanun yaradıcılığı işləri

dayandırılmamışdır. 2000-ci ildən etibarən bir sıra qanunlar,

Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları qəbul edil-

mişdir. Respublikamızda yeni cəmiyyət quruculuğu prosesində

1995-ci ildən etibarən bələdiyyələrin nəzəri və praktiki

əsaslarını qurmaq istiqamətində Milli Məclis tərəfindən ciddi

işlər aparılmışdır. Respublikamızın parlament tarixində ilk dəfə

olaraq formalaşdırılmış Yerli özünüidarəetmə və regional

məsələlər üzrə daimi komissiya bələdiyyələrə aid çoxsaylı

qanunlar paketi hazırlamış, “Bələdiyyələrin nümunəvi

Nizamnaməsi”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə

mülkiyyətinə əmlakın verilməsi haqqında”, “Bələdiyyələrin

maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə üzvünün statusu

haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” və

s. qanunlar qəbul edilmiş, Azərbaycan Respublikasının Torpaq,

Su, Seçki, Vergilər, İnzibati Xətalar, Mülki və s. məcəllərinə

bələdiyyələrlə bağlı müvafiq müddəalar daxil edilmişdir.

Diqqətinizə görə minnətdaram.

Arif Rəhimzadə

üzrə Komitəsinin sədri

2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasının

yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilməsinin 15

ili tamam olur. Bu müddət ərzində bələdiyyələr, həmçinin

respublika ictimaiyyəti bələdiyyələrin əhəmiyyətini dərk et-

məkdən, bizim həyatımızda onların rolu və yerindən, ölkənin

inkişafı üçün konkret töhfə verməsinə kimi böyük bir yol keç-

mişlər. Baxmayaraq ki, cəmiyyət onların fəaliyyətini birmənalı

qiymətləndirmir, yerli özünüidarəetmə orqanlarının Azərbaycan-

da hüquqi demokratik dövlət yaradılmasında, ölkədə iqtisa-

diyyatın və sosial həyatın dinamik inkişafında, dayanıqlı ictimai-

siyasi şəraitdə müsbət rolu barəsində tam əsasla danışmaq olar.

Respublikada yerli özünüidarəetmə orqanlarının forma-

laşması məsələlərini, bələdiyyələrin hüquq və vəzifələrini, gəlir

mənbələrini, onların fəaliyyətinin bütün sahələrini nizamlayan

qanunverici baza yaradılmışdır.

Bizim qanunvericiliyə görə yerli özünüidarəetmə orqan-

ları istənilən sayda əhali və istənilən yaşayış məntəqəsi sahə-

sində yaradıla bilər. Bu ümumilikdə demokratik norma olaraq

bələdiyyələrin effektiv fəaliyyətinə müəyyən təhlükələri özündə

gizlədir. Ötən illərin təcrübəsi göstərdi ki, belə vəziyyətdə

məhdud sayda əhalisi, torpaq sahəsi və digər resursları olan

çoxsaylı bələdiyyələr yaranır. Onlar dolğun büdcələr formalaş-

dıra və yerli problemlərin həlli üzrə lazımi işi təşkil edə bilmir,

seçicilərin etimadını doğrultmur, çox hallarda isə yerli

özünüidarə ideyasının özünü etibardan salırlar. Belə ki, 1999 və

2004-cü il seçkilərindən sonra təxminən 45 faiz bələdiyyələrin

əhalisinin sayı min nəfərdən çox deyildi. Onlar arasında bir çox

bələdiyyələrin əhalisinin sayı hətta 500 nəfərə də çatmırdı.

2009-cu il seçkiləri öncəsi cəmiyyət belə bir qənaətə gəldi

ki, azsaylı bələdiyyələri birləşdirmək yolu ilə iriləşdirmək lazım-

dır. 1600-dən çox yerli özünüidarəetmə orqanları seçicilərin

ümumi yığıncaqlarında birləşmək istəklərini bildirmiş və 29 may

2009-cu il tarixli müvafiq qanunverici aktla onların bazası

əsasında 1716 bələdiyyə yaradılmışdır. Bələdiyyələrin ümumi

sayı 37,7 faiz, əhalisinin sayı min nəfərədək olan bələdiyyələrin

xüsusi çəkisi 45 faizdən 12,7 faizədək azaldı. İriləşdirilmiş yerli

özünüidarəetmə orqanlarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə

yaxşılaşdı. Bələdiyyələrin birləşdirilməsi prosesi davam edir.

Artıq, respublikanın 21 rayonundan 204 bələdiyyə birləşmək

istəklərini bildirmişlər. 2014-cü il seçkilərinə kimi azsaylı

bələdiyyələrin sayı əhəmiyyətli dərəcədə azaldılacaqdır.

Bələdiyyə qurumlarının intellektual potensialı və resurs-

larının konsolidasiyası həmçinin bələdiyyə strukturlarının ya-

ranması yolu ilə həyata keçirilir.

Beynəlxalq əməkdaşlıqda, qanunverici və digər təşəbbüs-

lərin təqdimi və formalaşmasında, bələdiyyələrin fəaliyyət

məsələlərinin həllində yerli özünüidarəetmə orqanlarının səylə-

rini birləşdirən şəhər, kənd və qəsəbə bələdiyyə assosiasiyaları

2006-cı ildən yaranmış və uğurla fəaliyyət göstərirlər.

Regional məsələlər komitəsində və Milli Məclisin plenar

iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata

keçirilməsi üzrə Ədliyyə Nazirliyi Mərkəzinin illik məruzəsi

müzakirə olunur. Baxmayaraq ki, nazirlikdən fərqli olaraq ko-

mitə inzibati nəzarəti daha geniş planda gözdən keçirir, məru-

zənin müzakirəsi istər bələdiyyələrin fəaliyyətində, istərsə də

nazirlik tərəfindən nəzarətin özünün həyata keçirilməsində

çatışmazlıqları, özünüidarəetmə orqanlarının hüquqlarının

məhdudlaşdırılması faktlarını aşkara çıxara bilir, mövcud çatış-

mazlıqların aradan qaldırılması üçün tədbirlər görür.

Müasir Azərbaycan dövlətinin qurucusu və ideoloqu

Heydər Əliyev, yerli özünüidarəetmə haqqında danışarkən, bu

strukturun bizim ölkəmizdə demokratik proseslərin vacib his-

səsi, vacib istiqaməti olduğunu xüsusi qeyd edirdi. Özünüidarə-

etmənin səlahiyyətli, müstəqil orqanları demokratiyanın inkişaf

şərti və eyni zamanda dövlətin idarə edilməsində vətəndaşlar

üçün imkanlar yaradılmasının göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin

demokratik, sosial-iqtisadi inkişafı üzrə aparılan ardıcıl, məq-

sədyönlü iş bələdiyyələrin inkişafı, yerlərdə onların demokratik

prinsiplərin daşıyıcısı kimi təsdiqi üçün lazımi şərait

yaradılması vətəndaş cəmiyyətinin vacib elementidir.

Ümid edirəm ki, MDB PAA Demokratiyanın, parla-

mentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına ria-

yət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı

filialı tərəfindən təşkil olunmuş seminar yerli özünüidarəetmə

orqanlarının fəaliyyətində müsbət təcrübənin yayılmasına,

Azərbaycan Parlamentinin bələdiyyələrlə işində yeni yanaşma-

lar aşkar edilməsinə xidmət edəcəkdir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

ELMİ-PRAKTIK MƏSƏLƏLƏR

Digər sahələrdə olduğu kimi demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inkişaf edən müstəqil Azərbaycan Respublikasının əldə etdiyi ən mühüm demokratik dəyərlərdən biri də yerli özünüidarəetmə institutunun-bələdiyyələrin yaradılmasıdır.

Ölkəmizdə bələdiyyələrin yaranması və hüquqi bazasının formalaşdırılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilmiş, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilmişdir. Dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı.

Azərbaycanda yerli özünüidarəetmə sisteminin formalaşdırılması beynəlxalq tələblərə uyğun həyata keçirilir. Bu baxımdan ən mühüm hadisələrdən biri yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının 2001-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmasıdır. Azərbaycanda yerli özünüidarəetmə sistemi konstitusiya və qanunvericilik əsasında “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nın prinsiplərinə uyğun şəkildə qurulur. Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin işinin təşkilinə, səlahiyyətlərinə, qərarlarının icrasına və müstəqilliyinin təminatına dair maddələr əks olunmuşdur. Konstitusiyanın 142-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, Azərbaycanda yerli özünüidarəni seçki əsasında yaradılan bələdiyyələr həyata keçirir. Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu qanunla müəyyən olunur. Konstitusiyanın 143-cü maddəsində isə bələdiyyələrin öz işini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirdiyi göstərilir. 144-cü maddədə isə bələdiyyələrin səlahiyyətləri əks olunmuşdur:
1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyə reqlamentinin təsdiqlənməsi;

3) bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi;

Respublikamızda yerli özünüidarəetmə sisteminin formalaşdırılması üçün kifayət qədər hüquqi baza yaradılmışdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, Seçki Məcəlləsi yerli özünüidarəetmənin təşkilati əsaslarını tam şəkildə təcəssüm etdirir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur. Ölkəmizdə bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Konstitusiyanın qəbulundan bələdiyyələrə seçkilər keçirilənədək və ondan sonra da bələdiyyələrin formalaşması, fəaliyyəti və inkişafının müxtəlif aspektlərini əhatə edən çoxlu sayda qanunvericilik aktları qəbul edilmişdir. Buraya «Yerli rəy sorğusu haqqında», «Bələdiyyə qulluğu haqqında», «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında», “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» və s. qanunları aid etmək olar.

“Bələdiyyə qulluğu haqqında” Qanunun 5-1 maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.

Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası (bundan sonra – müsabiqə komissiyası) yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir.

Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur.

Qanuna görə, bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər:

1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə;

2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.

Bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər.

Yuxarıda nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

Qanunvericilik aktlarının qəbulu prosesi bu gün də davam edir.

Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyələrin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.

Yerli özünüidarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin olunması üçün yerli özünüidarəetmənin formalaşdırma mexanizmlərinin, o cümlədən nəzarət sisteminin, xüsusilə ictimai nəzarətin və inzibati nəzarətin əhəmiyyətini qeyd etmək lazımdır.
Bildiyimiz kimi 13 may 2003-cü il tarixdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun qəbul edilmişdir. Həmin qanunun I maddəsində göstərildiyi kimi, “inzibati nəzarət – bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən fəaliyyətdir”.

İnzibati nəzarətin tətbiqi zamanı bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntuları aradan qaldırılır, onların yaranma səbəblərinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirici təbirlər həyata keçirilir.

Bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, onların fəaliyyətinə inzibati nəzarətin daha səmərəli həyata keçirilməsi və bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi və yeni islahatlar aparılması bələdiyyə institunun inkişafına və qanunların aliliyinin təmin olunmasına xidmət edir.

Aqil Salmanov Lənkəran regional ədliyyə şöbəsinin məsləhətçisi

Comments are closed, but trackbacks and pingbacks are open.