Press "Enter" to skip to content

Yerli sakin kimi pulsuz parkinqi necə təşkil edə bilərəm?

Cavab: Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

YENİ! Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallara cavab burada…

Cavab: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Sual: Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Cavab: Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Sual: Builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Cavab: Builki müsabiqədə hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Azərbaycanda ilk dəfə! CELT Beynəlxlaq Məktəbi (CBM) Kanadada təhsil üzrə beynəlxalq qəbul proqramını elan edir. Artıq Kanadada oxumaq bir xəyal deyil! Ətraflı məlumat üçün bizə yazın…

Sual: Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər 16-25 iyul tarixlərində miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.

Sual: miq.edu.az saytından qeydiyyatdan keçərkən nəyə xüsusi diqqət yetirmək lazımdır?

Cavab: Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcək. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcək.

Sual: Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?

Cavab: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

Sual: Test imtahanı necə və harada təşkil olunacaq?

Cavab: Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindın əvvəlcədən elan edəcəyi qrafika uyğun cari ilin avqust ayında həyata keçiriləcək.

Sual: Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?

Cavab: Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Sual: Yerdəyişmə və daimiləşmə müsabiqəsində uğur qazanmış şəxslər builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?

Cavab: Hazırda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında çalışan müəllimlər builki müsabiqədə iştirak edə bilməzlər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.

Sual: Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?

Cavab: Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

Cavab: Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Sual: Qeydiyyatdan keçdikdən sonra əmək müqaviləsi bildirişinə görə imtina verilərsə, namizəd nə etməlidir?

Cavab: Əgər qeydiyyatdan keçdikdən sonra əmək müqaviləsinin müddətsiz olmasına görə imtina verilibsə, bu zaman ümumi təhsil müəssisəsinin direktoruna müraciət olunmalı, əmək müqaviləsinin elektron bildirişində müvafiq düzəliş edilməsi tələb olunmalıdır.

Sual: Ötən tədris ilində müddətli müqavilə əsasında çalışıb hazırda işləməyən şəxslər bu müsabiqədə iştirak edə bilərlərmi?

Cavab: Bəli, əmək müqaviləsi ləğv edildiyi üçün həmin şəxslər də müsabiqədə iştirak edə bilərlər.

Sual: Builki müsabiqənin müsahibə mərhələsi nə zaman və necə keçiriləcək?

Cavab: Müsabiqənin müsahibə mərhələsi Təhsil Nazirliyinin elan edəcəyi qrafika uyğun olaraq onlayn formada keçiriləcək.

Sual: Builki test imtahanlarının təşkili zamanı təhlükəsizlik qaydaları necə təmin ediləcək?

Cavab: Builki müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin ediləcək.

Yerli sakin kimi pulsuz parkinqi necə təşkil edə bilərəm?

Bu gün rəqəmsallaşma Azərbaycanda demək olar ki, heç bir fəaliyyət sahəsindən yan keçməyib. Dövlət qurumlarından tutmuş özəl sektorda işləyən şirkətlərə qədər vətəndaşlara yüksək texnologiya və innovasiyalara arxalanan müasir həllər təqdim edirlər. Təbii ki, yerli banklar da bu tendensiyadan geri qalmır. Misal kimi elə ölkənin ilk rəqəmsal bankını — Birbank-ı göstərmək olar. Kapital Bank-ın Birbank Sahəsinin lideri Zakir Xənməmmədov rəqəmsal bankın üstünlükləri, funksiyaları və gələcəkdə təqdim ediləcək yenilikləri barədə danışıb.

Zakir müəllim, ilk olaraq oxuculara tətbiq və rəqəmsal bankın fərqi barədə məlumat verərdiniz?

Bir neçə il əvvəl bütün dünyada olduğu kimi Azərbaycanda da banklar ənənəvi bank xidmətləri ilə yanaşı mobil tətbiqlər təqdim etməyə başladılar. Və bunun da nəticəsində bir sıra xidmətlərdən məsafədən faydalanmaq mümkün oldu. Lakin illər keçdikcə, təklif olunan xidmətlərin çeşidləri artdıqca, mobil tətbiqlər artıq sadəcə tətbiq deyil, rəqəmsal banklara çevrilməyə başladılar. Yerli maliyyə sektorunun lider mobil tətbiqi olan Birbank da bu tendensiyadan geri qalmadı və ölkənin ilk rəqəmsal bankına çevrildi. Rəqəmsal bankın mobil bank tətbiqdən əsas fərqi kreditlərin və ödəniş kartlarının filiala gəlmədən əldə edilməsi imkanının mövcudluğudur. Yəni müştəri heç yerə getmədən, tam onlayn formada kredit yaxud kart üçün müraciət edə və ən qısa zamanda onları əldə edə bilir. Hal-hazırda müştərilərimiz Birbank, korporativ saytlarımız, “Wolt” və digər onlayn kanallar vasitəsilə kredit və ya kart üçün aktiv şəkildə müraciət edirlər.

Birbank ölkənin ilk rəqəmsal bankı olandan sonra nələr dəyişdi?

Bu arada ölkədə bir çox yeniliklər baş verdi. Bildiyiniz kimi, 2021-ci ilin noyabr ayından etibarən “Apple Pay”, bir qədər sonra cari ilin avqust ayında isə “Google Pay” ödəniş üsulları Azərbaycanda fəaliyyətə başladı. Məlumat üçün bildirim ki, “Google Pay” dünyanın yalnız 45 ölkəsində tətbiq edilib və bu ölkələr arasında Azərbaycanın yer almağı bank sektorumuzun uğuru kimi qiymətləndirmək olar. Daha sonra dünyada ilk olaraq “Wolt” şirkəti ilə əməkdaşlıq çərçivəsində biz bank kartlarının çatdırılmasını həyata keçirməyə başladıq. Müştərilər həm Birbank-dan və saytımızdan, həm də “Wolt” tətbiqi daxilindəki marketpleysdən kart sifariş edə və sifariş anından sonrakı 1 saat ərzində çatdırılma ilə kartlarını əldə edə bilirlər. Qeyd edim ki, kartlar da, çatdırılması da tam olaraq pulsuz təqdim olunur.

Paralel olaraq bank xidmətlərinin inkluzivliyinin artırılması üçün böyük market şəbəkələri, ticarət mərkəzləri və partnyor mağazalarında ödəniş kartlarının satışına başladıq. Kartların dəyəri 1 AZN təşkil edir, kart eyniləşdirildikdən sonra ödənilən 1 AZN kart balansına geri qaytarılır. Beləliklə, müştərilərin vaxtına qənaət etmək məqsədilə banka getmədən Birbank kartlarını əldə etmək üçün 2 innovativ həll vardır: “Wolt” tətbiqi də daxil olmaqla onlayn sifarişlə 1 saat ərzində ünvana çatdırılma və ya marketə yaxud mola gedən zaman xüsusi stendlərdən bank kartını əldə etmə.

Daha bir yenilik — son zamanlar, xüsusən də “COVID-19” pandemiyası dövründə, məşhurlaşan onlayn mağazaların toplaşdığı “Umico Market” platformasının Birbank-a inteqrasiyasıdır. Artıq müştərilərimiz Birbank-dakı “Umico Market”-dən 160 mindən artıq çeşiddə təqdim edilən malları həm kreditə, həm də nağdsız şəkildə əldə edə bilərlər. Bütün alınan mallar növbəti gün ərzində kuryerlərlə müştərilərin ünvanlarına çatdırılır.

Dəyişiklik müştərilər tərəfindən necə qarşılandı?

Çox müsbət. Qeyd edim ki, müştərilərin əsasən rəqəmsal bankçılıq, mobil tətbiqlər və bu kimi digər vasitələrdən gözləntiləri çox yüksəkdir. Bildiyiniz kimi, son illər əhali “WhatsApp”, “Facebook”, “Telegram”, “Instagram”, “Uber”, “Bolt”, “Wolt”, “Waze”, “TikTok” və dünyaca məşhur digər tətbiqlərdən geniş istifadə edir. Bu da bizim üçün əlavə məsuliyyət yaratmaqla yanaşı, dünya trendlərinə çatmaq üçün yenilikləri təqdim etməyə zəmin yaradır. Təvazökarlıqdan kənar olsa da, qeyd edim ki, müştərilərdən, sosial şəbəkə istifadəçilərindən müsbət fidbəklər almaq bizi çox sevindirir. Hətta bəzən hər-hansı bir yeni funksiyanı tətbiq etməyin zamanının yetişməsini də məhz belə fikirlərin sayəsində öyrənirik.

Birbank istifadəçilərini gələcəkdə hansı yeniliklər gözləyir?

Təbii ki, bazarda olan liderliyi qorumaq, həmçinin müştəri məmnuniyyətini artırmaq üçün yeniliklərin tətbiq edilməsi olduqca önəmlidir. Hazırda gündəlik əməliyyatların aparılması üçün daha çox imkanların tətbiq edilməsi üzərində işlər aparılır. Yeni çat-botun təqdimatı, video verifikasiya funksiyasının daha çox xidmətləri əhatə etməsi, gündəlik xərclərin analitikası, daha asan və aydın interfeys və bu kimi digər yeniliklərin təqdimatı gözlənilir. Burada bir vacib məqamı xüsusi olaraq qeyd etmək istərdim. Biz hər-hansı bir yeniliyi, istər yeni interfeysi, istərsə də əlavə funksionalı, tətbiq etməzdən əvvəl müştərilərin iştirakı ilə xüsusi fokus-qruplar təşkil edirik. Bu fokus-qruplar yenilikləri test etməyə və müştərilərin istəkləri nəzərə almağa imkan yaradır.

Əvvəllər hamı tərəfindən sevilən, ölkənin taksit bazarının 65%-ni əhatə edən BirKart da Birbank kartı olaraq adını və dizaynını dəyişdi. Yeni kartlar əvvəlkilərdən nə ilə fərqlənirlər?

Birbank kartlarının bir sıra üstünlükləri var. Birbank Cashback kartı sahibinə ikiqat ƏDV bonusu, kartda olan qalıq məbləğə illik 6% gəlir, nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, Birbank daxilində kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ölkənin bütün bankomatlarından 5000 AZN-dək vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank taksit kartı istifadəçiləri 63 günədək güzəşt müddətindən yararlana bilərlər. Həmçinin müştərilərimiz ölkə üzrə sayı 11 000-ə yaxın olan partnyor mağazalarda müxtəlif kampaniya, aksiya və endirimlərdən faydalana bilərlər.

Rəqəmlər onu göstərir ki, aktiv Birbank Cashback kartı istifadəçiləri ay ərzində bonuslardan ortalama 50 manat pul qazanırlar. Sentyabr ayı ərzində Birbank-lılar ümumilikdə 1,7 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 90 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərindən qazanılan 1% keşbeklərin payına düşür. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi isə 105% artıb və təqribən 230 000 manat təşkil edib.

Azərbaycanda kimin müavinət almaq hüququ var: valideynlər, uşaqlar, pensiyaçılar, əlillər.

Ölkəmizdə kimin güzəştdlərən istifadə etmək və müavinət almaq haqqının olduğunu öyrəndik. Bu güzəştlərdən istifadə etmək hüququnuzun olduğu halda onlardan istifadə etmir və ya bu müavinətləri almaq hüququnuzun olduğu halda onları almırsınızsa, 142 telefon nömrəsilə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinə zəng edin.

Əlilliyi olan şəxslər

Əlillər üçün aylıq pensiyar aşağıdakı kimi verilir:

  • I qrup əlillik üçün – 150 azn;
  • II qrup əlillik üçün – 130 azn;
  • III qrup əlillik üçün – 110 azn.

Əlillərin daha hansı hüquqları var

  • İldə bir dəfə Azərbaycanın sanatoriya və kurortlarında istirahət etmək və ya müalicə almaq.
  • Əlillərin bərpa mərkəzlərində müalicəsi nəzərdə tutulmuşdur
  • Əlil arabası
  • Eşitmə cihazı
  • İş yerində güzəştlər: qısaldılmış iş günü, daha uzunmüddətli məzuniyyət
  • Radiasiyaya məruz qalmış şəxslər müalicə üçün ildə bir dəfə 237 manat məbləğındə pul vəsaiti alır

Yaşa görə sosial müavinət

Pensiya kapitalına malik olmayan işsiz şəxslərə yaşla əlaqədar aylıq 130 azn sosial müavinət verilir:

  • Qadınlar – 62 yaşında
  • Kişilər – 67 yaşında
  • Üç və daha artıq uşaq (8 ilədək) və ya 1 məhdud fiziki imkanlı uşaq (8 ilədək) böyütmüş 57 yaşlı analar.
  • Üç və daha artıq uşaq (8 ilədək) və ya 1 məhdud fiziki imkanlı uşaq (8 ilədək) böyütmüş 62 yaşlı atalar. Burada aşağıdakı məqam nəzərə alınmalıdır: Müavinət uşaqların anası dünyasını dəyişmiş olduqda və ya uşaqların atasından ayrılaraq uşaqların böyüdülməsində heç bir iştirakı olmadıqda, ata isə, öz növbəsində, yenidən ailə qurmadıqda verilir.

Ana və uşaq

  • Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
  • Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
  1. normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);
  2. doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);
  3. iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).
  • Yaşı 18-ə çatmamış beşdən çox uşaq doğub tərbiyə edən anaya hər bir uşaq üçün aylıq 55 azn müavinət verilir.
  • Sağlamlıq imkanları məhdud uşaqlara 18 yaşınadək aylıq 150 manat müavinət verilir.
  • Ailə başçısını itirmiş şəxslərə aylıq 80 az müavinət verilir.
  • Uşağın anadan olmasına görə 200 azn birdəfəlik müavinat verilir.
  • Təzə doğulmuş uşağa görə aztəminatlı ailələrə 55 azn müavinət təyin olunur. Bu müavinət uşağın 1 yaşına çatmasınadək verilir.
  • Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət 100 azn təşkil edir.
  • Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına aylıq müavinət 15 azn təşkil edir.
  • Çernobıl qəzası nəticəsində zərər çəkənlərin və Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının uşaqlarına aylıq 15 azn müavinət verilir.

Qəyyumlar

Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 18 yaşadək uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq 150 azn müavinət verilir.

I-ci qrup əlillərə qulluq edən və 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud şəxslərə aylıq 50 azn müavinət verilir.

Hərbi xidmət

Prezident pensiyası müharibə əlillərinə aşağıdakı kimi verilir:

  • I-ci qrup əlilləri üçün – 250 azn;
  • II-ci qrup əlilləri üçün – 230 azn;
  • III-cü qrup əlilləri üçün – 210 azn.

Daha kimə və daha nə?

  • Böyük Vətən Müharibəsi iştirakçılarına, eləcə də “Leninqradın Müdafiəsi” medalına və “Mühasirəyə alınmış Leninqradın sakini” döş nişanına layiq görülənlərə aylıq 150 azn müavinət verilir;
  • Hərbi əməliyyatlar zamanı zərər çəkmiş 1-ci qrup əlillərə aylıq müavinət – 100 azn;
  • Çernobıl qəzasının ləğvində iştirak edən şəxslərə verilən aylıq müavinət 100 azn;
  • 20 Yanvar hadisələrinin qurbanlarının ailələrinə verilən aylıq müavinət 300 azn;
  • Azərbaycanın Milli Qəhrəmanlarına verilən aylıq müavinət – 1500 azn;
  • Əfqanıstanda hərbi xidmət zamanı şəhid olan əsgər ailələrinə aylıq müavinət – 300 azn;
  • Şəhid ailələrinə birdəfəlik müavinət – 11 min azn.

Müavinətlərin verilməsinən savayı daha hansı imtiyazlar var?

Şəhid ailələri, Böyük Vətən Müharibəsi veteranları, Qarabağ müharibəsi veteranları, 20 Yanvar hadisələri əlilləri, eləcə də Çernobıl qəzasının ləğvində iştirak edənlər mənzillə təmin olunur.

Müharibə əlilləri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlilləri psixiki sağlamlıq arayışı təqdim etdikdən sonra avtomobil almaq hüququna malikdir. Əlilliyi olan şəxs nəqliyyat vasitəsini idarə edə bilmədiyi təqdirdə onu idarə etmək hüququ sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Avtomobil miras kimi ailənin digər üzvünə ötürülə bilər.

İşsizlər və işaxtaranlar

İşsizlik müavinəti

İşsiz kimi tanınan vətəndaşlar işsizlik müavinəti almaq hüququna malikdir. Qeydiyyatdan keçmək üçün Məşğulluq Mərkəzlərinə müraciət etmək lazımdır. İşsizlik müavinəti yalnız işdən çıxarılan və ya ixtisara düşənlərə verilir. Öz istəyi ilə işdən çıxanlara müavinət verilmir.

“İşsizliyə qarşı sığorta haqqında” qanuna uyğun olaraq Azərbaycan Respublikası vətəndaşının işlədiyi təşkilat və ya hüquqi şəxs ləğv edilərsə, o, sığorta müavinəti almaq hüququna malikdir. Bu Qanun vətəndaş ixtisar edildikdə də qüvvəyə minir. Qeyd etmək lazımdır ki, qanun yalnız işəgötürənlə əmək müqaviləsi bağlamış işçilərə şamil olunur.

Müavinət iş stajından asılı olaraq aşağıdakı kimi hesablanır:

  • İş stajı 3-5 il olduqda – son əmək haqqının 50 faizi (hər ay);
  • 5-10 il olduqda – son əmək haqqının 55 faizi (hər aylıq)
  • 10 ildən artıq olduqda – son əmək haqqının 60 faizi (hər ay)
  • İşsizlik müavinətini nə müddət almaq olar?
  • 6 ay ərzində. Bu müddət ərzində heç bir işin tapılmadığı təqdirdə, Azərbaycan Respublikası vətəndaşı minimal əmək haqqı, yəni 180 azn məbləğində 3 ay müavinət alır.
  • İşi harada axtarmalı?
  • AR vətəndaşı hələ də işsizlər sırasında deyilsə, o, “Məşğulluq” alt sistemindəki elektron formanı dolduraraq Məşğulluq Mərkəzinə müraciət etmək hüququna malikdir. İş axtaran və ya işsiz kimi qeydiyyatdan keçmək olar.
  • İş tapılmasa nə etməli?
  • Beş gün ərzində ərizəçiyə uyğun bir iş təklif edilmir və ya işəgötürən onu işlə təmin etmirsə, sistem onu ​​işsiz kimi qeyd edəcək. Təklif olunan işdən imtina etmək olar, lakin bu halda bunun səbəbinin göstərilməsi zəruridir.
    Vəziyyətdəki heç bir dəyişikliyi elektron sistemdən gizlətmək olmaz: özünüz bir iş tapmısınızsa, bunu mütləq profilinizdə qeyd etməlisiniz. Bütün amilləri də qeyd etmək lazımdır: sağlamlıq vəziyyətindəki dəyişiklik və imkanların məhdudlaşdırılması və s.
  • Peşə təhsili nədir və onu kim ala bilər?
    Namizəd uyğun peşə bacarıqlarına malik deyilsə və ya əvvəlki peşəsində işləyə bilmirsə, Məşğulluq Mərkəzi onun üçün peşə təlimi təşkil edəcək. Beləliklə, mövcud ixtisası artırmaq və ya tamamilə yeni peşə sahibi olmaq mümkündür.

İş qabiliyyətinin itirilməsinə görə müavinət

İş yerində qəza zamanı xəsarət almış işçiyə aylıq müavinət təyin olunur. Öldüyü təqdirdə zərərçəkənin ailəsinə 77 azn müavinət ödənilir. İş qabiliyyətini itirilməsi faizlərlə hesablanır:

  • 29%-dək – 33 azn;
  • 30-dan 59%-dək – 44 azn;
  • 60-dan 79%-dək – 55 azn;
  • 80%-dən artıq – 66 azn.

Sosial uyğunlaşma üçün müavinət

  • Cəzaçəkmə müəssisəsindən çıxmış sosial uyğunlaşmaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinət 720 azn təşkil edir.

Müəyyən bir yaşayış yeri olmayan insanlar

  • Sənədlər olduqda yaşayış yeri olmayan vətəndaşlar polisə və ya rayon bələdiyyəsinə müraciət edərək evsizlər üçün (6 ayadək) sığınacaqda yaşamaq hüququndan istifadə edə bilər. Bunun üçün psixiki sağlamlıq haqqında arayış tələb olunur.

Kommunal xidmət və nəqliyyat

  • Valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan 18 yaşa çatmamış uşaqlara kommunal xidmətlər və nəqliyyat xərcləri üçün ayda 5 azn ödənilir;
  • Bu məqsədlə şəhid ailəsinin hər bir üzvünə 12 azn ödənilir.

Güzəştlərdən necə yararlanmaq olar?

  • Güzəşt əldə etmək və lazımi sənədlər barədə məlumat almaq üçün yaşayış yerinə uyğun əhalinin sosial müdafiəsi mərkəzinə müraciət edilməlidir. Sənədlərin siyahısı, həmçinin nazirliyin rəsmi veb saytında da mövcuddur
  • Azərbaycan Respublikası Sosial Müdafiə və Əmək Nazirliyinin rəsmi saytı.
  • Azərbaycan Respublikası Sosial Müdafiə və Əmək Nazirliyinin qaynar xətti – 142.
  • Şikayət və təkliflər üçün qaynar xətt nömrələrinin siyahısı.

Comments are closed, but trackbacks and pingbacks are open.