Press "Enter" to skip to content

Yəhya şəfi oğlu kərimov ana dilinin tədrisi metodikası dərslik

1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirib.

Ana dilim – şirin dilim (İnşa)

Dil hər bir xalqın mənəvi sərvəti, qürur yeridir. Tarixin sınağından çıxıb cilalana-cilalana bu günümüzədək gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir.

Bəli, «dil» və «ana» sözləri həmişə qoşa işlənir. Bu da təsadüfi deyildir. İnsan dünyaya göz açandan dil ananın südü, beşik başında oxuduğu laylaları, oxşamaları ilə onun canına, qanına hopur. Böyük şairimiz Nəbi Xəzri «Ana dili» şeirində yazır:

Ana gözlərindən süzülən nur kimi,
Doldun ürəyimə sən gilə-gilə,
Hər kəlmən, hər sözün bəzənməyibmi
Mehriban ananın təbəssümüylə?!

Elə dil açan körpənin ilk sözü də «ana» kəlməsi olur. Beləcə, sadə «ana» sözü ilə açılan dilimiz getdikcə zənginləşir və biz onun vasitəsilə dünyanı qavrayırıq, elm xəzinəsinə yiyələnir, eləcə də hisslərimizi, duyğularımızı, həyata baxışımızı ifadə edirik.
Bütün dünyaya səpələnmiş azərbaycanlıların ana dili olan Azərbaycan dili qədim tarixə malikdir. Bu dil hələ Şah Ismayıl Xətayinin hakimiyyəti dövründə dövlət dili səviyyəsinə yüksəlmiş, ondan diplomatik hərbi-təlim dili kimi istifadə olunmuşdur. Sonralar Azərbaycan dilinə qarşı çox təcavüzlər olmuşdsr. Zaman-zaman bir etnos kimi xalqımızı tarix səhnəsindən çıxarmağa çalışan düşmənlərmmiz ilk növbədə onun dilini məhv etməyə səy göstərmişlər. Fəqət buna nail ola bilməmişlər. Əcdadlarımız Azərbaycan dilini yad təsirlərdən qoruyua saxlamış, yaşatmış və ən şirin nəğmətək bizlərə ərməğan etmişlər. Təkcə belə bir faktı qeyd edək ki, keçmiş (sovet hakimiyyəti illərində ittifaqın daxilindəki bir çox respublikalann rəsmi dilli dövlət dili olmamışdır. Respublikamızda isə Azərbaycan dili Konstitusiyaya görə dövlət dili statusuna malik idi.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir. Bu gün dilimiz zəngin ifadə vasitələrinə, mükəmməl qrammatik quruluşa, kamil əlifbaya malik bir dil səviyyəsinə yüksəlmişdir. Bu dildə elmin, texnikanın müxtəlif sahələrinə aid saysız-hesabsız sanballı kitablar yazılmış, lüğətlər, ensiklopediyalar çap olunmuşdur.
İlk növbədə nəğmətək şirinliyi, axıcılığı ilə fərqlənən Azərbaycan diündə ozan-aşıqlar «Kitabi-Dədə Qorqud», «Koroğlu» kimi eposlar qoşmuş, Həsənoğlu, Nəsimi, Şah Ismayıl Xətayi, Füzuli, Vidadi, M.F.Axundov, Sabir, H.Cavid, C.Cabbarlı, S.Vurğun, Şəhriyar və başqa dahi söz ustadları gözəl poeziya və nəsr nümunələri yaratmışlar. Həmçinin, dünya ədəbiyyatının ən yaxşı nümunələri də dilimizə tərcümə edilmişdir.
Dili bəzən canlı orqanizmə bənzədirlər. Həqiqətən də, dilin daşıyıcıları varsa, deməli, o yaşayır, inkişaf edir. Bu cəhətdən bizim ana dilimizlə fəxr etməyə tam haqqımız var. Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycan dilinə rəsmi dövlət dili statusu verilmişdir. Bununla da dilimizin qarşısında yeni inkişaf üfüqləri açılmışdır.
Bundan başqa, Azərbaycan dilinin işlənmə coğrafiyası yalnız respublikamızın ərazisi ilə məhdudlaşmır. Vaxtilə böyük rus şairi M.Y.Lermontov yazırdı: “Avropada fransız dili olduğu kimi, Asiyada da Azərbaycan dilini bilmək zəruridir”. Bu da onunla bağlıdır ki, dilimiz ta qədimdən Şərq ölkələrində geniş yayılmış və ümumi ünsiyyət vasitəsi kimi işlənmişdir. Bu gün də Azərbaycan dilini bir sıra yaxın-uzaq xarici ölkələrdə başa düşür və sevirlər.

Yəhya şəfi oğlu kərimov ana dilinin tədrisi metodikası dərslik

“Əlifba” kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Kərimov vəfat edib.

“Ölkə.Az” xəbər verir ki, o, bu gün 94 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qax rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Yəhya Şəfi oğlu Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib.

1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini olub.

Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri”, “Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Uşaq məktəbə gedir”, “Ana dilinin tədrisi metodikası” və s. monoqrafiyaların müəllifidir. 1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir.

Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalının redaktoru olub.

Comments are closed, but trackbacks and pingbacks are open.