Press "Enter" to skip to content

1 yaşlı uşaqlarda NİTQ İNKİŞAFI

!Reklam – Arxiv

Yhya kerimovun mktbqdr yaşlı uşaqların nitq inkşafı metodikasıp

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Sağlamlıq Uşaqlarda nitq ləngiməsinin səbəbləri

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Fevral 27, 2019 – 08:15

!Reklam – Yazi

Nitq təfəkkürün ən ali funksiyası olmaqla yanaşı, insan həyatında ən vacib və əhəmiyyətli ünsiyyət vasitəsidir.

Uşaq doğulan gündən onun nə zaman dil açıb danışacağını səbirsizliklə gözləyirlər, amma bəzən valideynlərin gözləntiləri boşa çıxır. Nitqin inkişafı ləngiyir və valideynlər narahat olmağa başlayırlar. Bəzən də düşünürlər ki, yəqin vaxtı gələndə danışacaq, çünki ailədə, nəsildə gec danışan olmayıb. Psixopedaqoq Aytəkin Sandalova AZƏRTAC-a verdiyi müsahibədə uşağın nitqinin yaşına görə ləngiməyini bioloji və sosioloji faktorla əlaqələndirir: “Bioloji faktor dedikdə, həm hamiləlik zamanı ananın keçirdiyi müxtəlif xəstəlikləri, zərərli amillərin təsirini, həmçinin doğuş travmalarını və doğuşdan sonra uşağın ilk aylarda keçirdiyi xəstəlikləri göstərmək olar. Digər bioloji amillər uşağın keçirdiyi baş-beyin zədələnmələri, nevroloji, psixi, somatik və s. səbəblərlə bağlı ola bilər. Valideynlər bilməlidirlər ki, belə patoloji hallar uşaqlarda nəinki nitqin ləngiməsinə, hətta intellektin pozulmasına gətirib çıxarır. Digər faktor sosioloji xarakterlidir. Ailədə çoxdillilik, pedaqoji baxımsızlıq, valideynlər arasında düzgün olmayan münasibətlər uşağın psixi və əqli inkişafına təsir göstərir”. Psixopedaqoq deyib: “Çoxdilli ailələr hələ uşağın nitqi formalaşmamış ona iki və üç dildə müraciət edirlər ki, nəticədə nitqin formalaşması, anlama, qavrama bacarıqaları ləngiyir. Nitqin inkişafına təsir edən geniş yayılmış səbəblərdən biri də pedaqoji baxımsızlıqdır. İlkin yaşlarda uşaqla az ünsiyyət yaratmaq, onun oyuncaqlarla çox oynamasına, yaxud balacanın uzun müddət cizgi filmi izləməsinə imkan vermək, başqa sözlə, ona lazım olan diqqətin göstərilməməsi uşağın ümumi, yəni fiziki, psixi və əqli inkişafının ləngiməsinə səbəb olur. Ailədə düzgün olmayan davranışlar, valideynlər arasında əks mövqelilik, uşağın mənfi davranış və hərəkətlərinin qarşısının alınmaması da inkişafın ləngiməsi ilə nəticələnə bilər. Buna görə də hər bir valideyn övladının hansı mühitdə və necə inkişaf etdiyinə diqqət yetirməli, uşaqla daha çox vaxt keçirməlidir. Beş yaşa qədərki inkişaf prosesi uşağın gələcək həyatının təməlidir. Uşağın ilk yaşlardan şəxsiyyət kimi formalaşması valideynin onu necə dəyərləndirməsi ilə əlaqədardır”.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

1 yaşlı uşaqlarda NİTQ İNKİŞAFI

Uşağın danışmağa başlaması yeni valideyn olmuş insanlar üçün dünyanın ən böyük möcüzəsini izləyirmiş kimi həyəcanlı və özəl dönəmdir.

Körplərin təliminin ilk addımı, onun danışmasıdır. Bu proses birbaşa uşaqların beyin inkişafı ilə əlaqəlidir. Valideynlər bu müddətin həyəcanı və sevinci ilə yanaşı övladlarının inkişafını düzgün dəyərləndirə bilərlər.

Uşaqların nitq inkişafının qanunauyğunluqlarını düzgün şəkildə bilən valideyn riskli halı tez dəyərləndirib lazımlı tədbir görə bilər. Çünki nitq prosesində baş verən gecikmələr gələcək üçün qalıcı fəsadlar verə bilər. Bu yazıda uşaqların ilk 12 ay üçün olan nitq inkişafı prosesi ilə tanış olacaqsınız. Digər dönəmləri isə növbəti məqalələrdə oxuya bilərsiniz.

Uşaqlar doğulan anda ətrafdakı səslərin fəqrində olurlar. Ani səslərə ağlayaraq reaksiya verirlər.

0-3 aylığında isə lay-lay, musiqi kimi tanıdıq səslərə müxtəlif mimklərlə qarşılıq verirlər. Ani səs eşitdikdə diksinir, kimsə danışdıqda ona tərəf dönür, anasının səsinə gülümsəyir, onun səsini tanıyır. Əmərkən səs eşidərsə daha tez-tez və ya daha yavaş əmməyə başlayar. 14 həftəlikdən etibarən isə ilk səslərini çıxarır, “aqu-quqqu” kimi kəlmələr deməyə başlayırlar.

4-6 aylıq körpələr artıq səs tonundakı dəyişikliyə, məsələn, ciddi şəkildə “yox” demənizə reaksiya verməyə başlayır. Səs çıxardan oyuncaqlar onların marağına səbəb olur. Bu dönəmdə körpə çoxlu qıkkıldayır, p, b, m səslərini tələffüz edir. Məmnuniyyətini və şikayətini bildirən səslər çıxartmalıdır.

7-12 ay arasında isə özü ilə ünsiyyətə girdikdə baxar və dinləyər, adına reaksiyası yaranır, çox sevdiyi və gündəlik gördüyü insan və əşyaların adını bilir (ata, maşın, kukla, şar, stəkan, soska, butulka və s.). “Bura gəl”, “Yenə istəyirsən?”, “Su içirsən?” kimi sadə istəklərinizə cavab verməyə başlamalıdır. Diqqət çəkmək üçün müxtəlif reaksiyalar sərgiləyirlər. Tam aydın olmasa da, ilk sözlərini bu dönəmdə deməyə başlayırlar (ana, ata, baba, mama və s.).

Valideynlər bu dövrdə uşaqla çox ünsiyyətə girməli, yaşına uyğun şəkildə oyunlar oynamalıdırlar. Gördüyü hər şeyin öz adı ilə adlandırıldığını eşidən uşaq bir müddət sonra o adı tələffüz etməyə başlayacaqdır. Çalışmaq lazımdır ki, uşaqla ünsiyyətə girərkən “uşaq dilində” danışmayasız. Məsələn, çörək yerinə “pəpə”, su yerinə “uvva”, yara yerinə “uff” və s. bu kimi sözlərdən istifadə etmək düzgün deyil.

Vüsalə Hüseynova
Psixoloq

Comments are closed, but trackbacks and pingbacks are open.