Press "Enter" to skip to content

Yol haqqında qanunlar

Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:

“Yol hərəkəti haqqında” qanun dəyişdi

“Yol hərəkəti haqqında” qanuna əlavələr edilib. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna aşağıdakı məzmunda V-II hissə əlavə edilir:

Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir:

1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;

2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə.

Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır”.

Elmira Axundova: “Köhnəlmiş modellərlə bağlı problem həll olunmadığı müddətdə bizim yollarımızda əsl qətliam baş verməkdə davam edəcək”.

Dəyişiklik layihəsi müzakirəyə olunarkən məsələyə deputat Elmira Axundova da münasibət bildirib. O, dəyişikliyi müsbət qiymətləndirib:

“Ən azı ona görə ki, mexaniki nəqliyyat vasitələri və onların qoşqularının texniki baxışı qaydaları təkmilləşdirilir. Hesab edirəm ki, mexaniki, xüsusən köhnəlmiş modellərin texniki baxışı daha sərt və ciddi olmalıdır. Çünki hal-hazırda yollarımızda külli miqdarda köhnə rus modelləri mövcuddur, mən əsasən 01, 02 və 05 model “Jiquli”, 60-70-ci illərdə istehsal olunan köhnə “Moskviç”, “Volqa” modellərini nəzərdə tuturam. Mən hərdən hər tərəfi çürük, işıqları yanmayan, arxa əyləc işıqları olmayan, qara tüstü buraxan maşını görəndə düzü başa düşə bilmirəm ki, belə maşın texniki baxışdan necə keçə bilib və ya ümumiyyətlə keçibmi? Əgər keçməyibsə, onların bizim yollarda nə işi var? Nə üçün həyatımıza təhlükə yaradır? Onlar bir tərəfdən ekologiyamıza ciddi ziyan vururlar, ikinci tərəfdən yollarda daima qəza vəziyyəti yaradırlar.

Onları nahaq yerə əhali “Smert na kolyosax” adlandırmayıb. Az qala hər gün yollarda baş verən ölüm xəbərlərini eşidirik. Elə bu günlərdə Zığ yolunda dəhşətli qəza nəticəsində 3 nəfər cavan oğlan 07 model “Jiquli”də yanaraq külə döndülər. Mən rayondan seçilən deputat kimi tam əminliklə deyə bilərəm ki, ölümlə nəticələnən qəzaların əksəriyyəti məhz bu markalı köhnə maşınlarda törədilir. Bunların da sahibləri və sərnişinləri böyük qisimdə qəzadan sağ çıxmırlar. Əbəs deyil ki, bir neçə gün əvvəl Bakı Baş Polis İdarəsinin rəisi Mir Qafar Seyidov demişdi ki, 2017-ci ilin I rübünün nəticələrinə görə paytaxt ərazisində baş vermiş 140 (147) yol-nəqliyyat hadisəsində 44 nəfər ölüb, 134 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəni həlak olanların sayı əhəmiyyətli dərəcədə artıb. Mən bir neçə il əvvəl təklif etmişdim ki, biz də Rusiya və başqa dövlətlərin təcrübəsindən bəhrələnək, bütün köhnəlmiş rus modelindən olan nəqliyyat vasitələrini küçələrdən yığışdıraq və dövlət orqanları vətəndaşlara bunun müqabilində müəyyən məbləğdə vəsait ödəsin, ya da xüsusi çek versin. Bu çeklərlə onlar ilkin ödəniş etməklə güzəştli şərtlərlə başqa maşın ala bilsinlər. Məsələn, Gəncə və ya Naxçıvan Avtomobil Zavodlarının istehsalı. Hər halda hələ ki, bu təcrübə tətbiq olunmayıb, xahiş edirəm Dövlət Yol Polisinə səlahiyyət verilsin ki, belə maşınların hətta mühərriki, sürət qutusu və s. sağlam olanda belə onların xarici görünüşünün tam sıradan çıxmasına və onlar sərnişin və piyadalara ciddi təhlükə törətdiyinə görə texniki baxışdan keçirilməsinlər. Köhnəlmiş modellərlə bağlı problem həll olunmadığı müddətdə bizim yollarımızda əsl qətliam baş verməkdə davam edəcək”.

Xankəndi

Azvision.az xəbər verir ki, dəyişiklik qanunun 27-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı) maddəsində edilib.

Maddənin VI-I hissəsinə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

Dəyişikliklə buraya dövlət qurumları da əlavə olunub. Belə ki, dövlət qurumları nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı!

Comments are closed, but trackbacks and pingbacks are open.