Press "Enter" to skip to content

Yol hərəkəti qaydaları dəyişir: Artıq velosipedlər, seqveylər

Həmin maddənin 13-cü bəndi də dəyişdiriləcək. Dəyişikliklərə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik

“Yol hərəkəti haqqında” qanunun 84-cü maddəsinin 3-cü bəndinə ediləcək dəyişikliyə görə, inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını özündə saxlamaq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri sırasından çıxarılır. Həmin maddənin redaktə edilmiş 6.1-ci bəndinə əsasən, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirməlidir.

Maddəyə əlavə edilmiş 6.2-ci bəndə görə isə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verməlidir.

Qanunun 85-ci maddəsinin 2.1-ci bəndinə edilən dəyişikliyə görə, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu xüsusi texniki vaxitələrdən istifadə etməklə müəyyən olunduqda həmin sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilməyəcək.

Həmin maddənin 5-ci bəndi isə ümumiyyətlə ləğv edilir. Həmin bəndə görə, nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparırdı (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərirdi).

Bundan başqa, 85-ci maddənin 10-cu bəndi yeni redaksiyada veriləcək. Dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı bu qanunun 52-ci maddəsinin dördüncü və altıncı hissələrində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, İXM-in 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərəcək. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda İXM-in 429-5.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyacaq.

Həmin maddənin 13-cü bəndi də dəyişdiriləcək. Dəyişikliklərə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

Milli Məclis tərəfindən həmçinin qanunun 85-1-ci (Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası) maddəsinin adı və mətninin ümumiyyətlə ləğv edilməsi nəzərdə tutulur. Dəyişikliklərdən sonra 85-1-ci maddə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat” adlanacaq. Yeni redaksiyada veriləcək maddəyə görə, yol hərəkəti qaydaları əleyhinə olan xətalar haqqında işlər üzrə icraat İXM ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

İXM-in 429-5-ci (İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsinə ediləcək əlavəyə görə, bu Məcəlləsinin 429-5.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Məcəllənin 429-6.2.2-ci (İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma) maddəsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin istifadəçisinin mobil telefon nömrəsinə göndərilən SMS-də digər məlumatlarla yanaşı, onun inzibati xətanı törətdiyi vaxt barədə məlumat da yer alacaq.

İXM-in 452-ci (İnzibati cərimənin edilməsi haqqında qərarın icrası) maddəsinə edilən əlavədə isə qeyd edilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərəcək.

Yol hərəkəti qaydaları dəyişir: Artıq velosipedlər, seqveylər.

Bir zamanlar həyət-bacada sürdüyümüz velosipedlər sonradan yollarda ictimai nəqliyyat vasitələri ilə birgə hərəkət etməyə başladı. İndi isə yollarda seqvey (“segway”) elektromobillərini görmək mümkündür. Düzdür, onların sürət həddi o qədər yüksək olmasa da, bir çox ictimai nəqliyyat vasitələri və avtomobillərin yollarına çıxır, təhlükəli manevrlər edirlər. Təbbi ki, bu, hər iki tərəf üçün təhlükədir.

Sözügedən minik vasitələrinin idarə olunması üçün hər hansı bir sənəd tələb olunurmu? Yol hərəkəti qaydalarını pozarkən onlara hər hansı cəza tətbiq edilirmi?

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli AYNA-ya açıqlamasında seqveyin yeni nəsil minik vasitəsi olduğunu deyib: “İstər asma mühərrikli, elektromühərrikli velosipedlər, istərsə də seqveylər olsun – bunların hamısı yol hərəkətinin istirakçıları hesab olunur. Yol hərəkətində yalnız 50 kub sm-dən yuxarı olan motolar dövlət qeydiyyatına alınır və sürücülük hüququ əldə olunur. Sözügedən yeni nəsil minik vasitələri üçün xüsusi icazə tələb olunmur”.

Polis mayorunun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanunla piyadalar və yol hərəkətinin başqa iştirakçıları (yeni nəsil minik vasitəsindən istifadə edənlər) yol hərəkətinin iştirakçıları hesab olunurlar: “Onlar da yol hərəkəti qaydalarını pozmamalıdırlar. Əgər yol hərəkəti qaydalarını pozarlarsa, onlara İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq 20 manatdan 100 manat məbləğinə qədər cərimə tətbiq olunur. Cərimələr isə müxtəlif hallara görə dəyişir. Misal üçün, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması (piyada işıfordan, nizamlayıcı işarədən düzgün qaydada keçmirsə və s.) 338-ci maddə ilə tənzimlənir. Və yaxud da qırmızı, göy sayrışan işıqlar, xüsusi səs siqnalları qoyulmuş nəqliyyat vasitələri yaxınlaşan zaman 20 manat, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydasının pozulması, motodəbilqələrin geyilməməsi, nəqliyyat vasitələrinin və bayıra hər hansı əşyaların atılması və s. nəzərdə tutulmuş qaydada 30 manat, velosipedçilər və moto idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması, işıqforun və nizamlayıcı işarələrə riayət edilməməsi, nəzərdə tutulmamış yükün daşınması və sair – bütün bunların hamısına görə cərimələr, hətta spritli içkilərin təsiri altında bu cür minik vasitələrindən istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində nəzərdə tutulub”.

“Bunlar sürücü deyillər və piyadalar, yol hərəkətinin başqa iştirakçıları hesab edilirlər. Bəzi insanlar elə başa düşürlər ki, buna görə onlar heç bir məsuliyyətə cəlb olunmurlar. Amma bu, belə deyil. Onların məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə tənzimlənir”, – deyə DYPİ rəsmisi bildirib.

Əsgərli yeni nəsil minik vasitələrinin sürət həddi məsələsinə də toxunub: “Sürət həddinin aşkarlanması xüsusi texniki vasitələrlə həyata keçirilir. Sürət həddini aşan nəqliyyat vasitəsinin nömrəsi və onu idarə edən şəxsin sürücülük hüququ olmalıdır. Yalnız bu zaman onlara inzibati tənbeh tədbirləri görmək olar. Bu cür minik vasitələri üçün sürət həddinin aşması ilə bağlı qayda pozuntusu nəzərdə tutulmayıb. Çünki onların minik vasitələri də heç buna imkan vermir ki, onlar sürət həddini aşmış olsunlar”.

“Sürət həddi paytaxtın əsas küçə və prospektlərində 60 km/saat müəyyənləşdirilib. Həmin minik vasitələri sürət həddini deyil, yol hərəkəti qaydalarını pozurlar. Onlar manevr qaydalarını pozurlar, işıqforun tələbini gözləmirlər. İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 20 manatdan 100 manata qədər məbləğdə cərimə nəzərdə tutulur”, – deyə həmsöhbətimiz vurğulayıb.

Həmin minik vasitələrinin yol hərəkəti qaydalarını pozmasının necə müəyyənləşdirilməsinə gəldikdə, polis mayoru bunun yalnız yol patrul xidmətinin (YPX) ərazidəki əməkdaşları tərəfindən müəyyənləşdirilməsinin mümkün olduğunu qeyd edib: “Bunu xüsusi texniki vasitələrlə müəyyənləşdirmək mümkün deyil. Axı, onların nə xüsusi nömrəsi, nə də sürücülük vəsiqəsi var. Ona görə də avtomatik rejimdə onların qayda pozuntusunu aşkarlamaq mümkün deyil. Bu, bizim üçün də çətin bir kontingentdir və yaralı yerimizdir. Ümumiyyətlə, “Yol hərəkəti haqqında” qanunda 50 kub sm-ə qədər olan nəqliyyat vasitələrinin qeydiyyatda olmaması bizim üçün də çox çətinliklər yaradır. Yol hərəkəti haqqında yeni qanun layihəsi hazırlanır. Həmin qanundakı dəyişikliklərdə bu məsələ də nəzərdə tutulacaq. Çünki əvvəllər hamının təsəvvür etdiyi velosiped indi bizim köhnə zamanda düşündüyümüz velosipeddən deyil, hamısında asma mühərrikdən istifadə olunur, elektro velosipedlər var. Bu gün bu məsələdə nəinki sizin sadaladığınız problemlər, elə qanunun özündə də müəyyən dəyişikliklərə ehtiyacı olan məsələlər var. Onlar da nəzərdə tutulub. Yaxın zamanda yol hərəkəti haqqında qanuna əlavə və dəyişikliklər olanda bu məsələlər də həmin qanunla tənzimlənəcək”

Comments are closed, but trackbacks and pingbacks are open.