Yönləndirilmiş iş vərəqinə necə yaza bilərəm?
İş vərəqinin hazırlanması zamanı tapşırıqların həcmi, sualların miqdarı və növləri, tərtibetmə qaydaları mütləq nəzərə alınmalıdır. Yəni, sualların miqdarı qoyulan müddət üçün uyğun olmalıdır. Əlavə olaraq, tapşırıqlar hazırlanərkən, bir sual üçün nə qədər (neçə dəqiqə) vaxt lazım olduğu müəyyən edilməlidir. Belə olan halda, tədqiqat işi daha düzgün aparılar və qiymətləndirmə obyektiv olar. Tapşırıqların həcmi də bir dərs ərzində həll edilə biləcək qədər olmalıdır. Çox uzun, həlli çətin tapşırıqlar uşaqları həvəsdən sala bilər. Müəllim tapşırıq yazarkən unutmamalıdır ki, həmin tapşırıqlar bütün qruplar üçündür. Qısacası, bir qrup üçün asan, digəri üçün isə çətin sualların tərtibi yolverilməzdir. Tapşırıqlar şagirdlərin təfəkkürünün inkişafı üçün nəzərdə tutulduğundan suallara ayrılan vaxta və asan-çətinliyinə diqqət etmək lazımdır. Bu tip tapşırıqlar şagirddən konkret düzgün variant tələb etmir.
CV necə yazmalı?
Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:
1. Soyadınız, adınız, atanızın adı
Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir.
2. Əlaqə məlumatları
Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin.
3. Məqsəd
Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.
4. Təhsiliniz (əsas və əlavə)
Həm əsas, həm də əlavə təhsiliniz: oxuduğunuz kurslar, məşğul olduğunuz seminarlar, iştirak etdiyiniz treninqlər, stackeçmə və s. barədə informasiyanı göstərin. Hər bir təhsil yeri barədə aşağıdakı zəruri məlumatlar göstərilməlidir:
• daxil olmaq vaxtı;
• qurtarmaq vaxtı (ay, il);
• təhsil müəssisəsinin adı, fakültənin adı;
• təhsil səviyyəsi (orta, orta texniki, natamam ali, ali və s.);
• ixtisasın adı.
5. İş təcrübəniz
Sonuncu (cari) iş yerinizdən başlayaraq hər bir iş yeriniz barədə aşağıdakı məlumatları göstərin:
• daxilolma tarixi;
• çıxma tarixi (ay, il);
• şirkətin adı;
• şirkətin fəaliyyət istiqaməti;
• sizin tutduğunuz vəzifənin adı;
• funksional vəzifələriniz, mümkün qədər ətraflı;
• qazandığınız vərdişlər, biliklər, bacarıqlar, nailiyyətlər (peşəkar fəaliyyətinizlə bağlı konkret faktlar).
Bir qayda olaraq, son on ilə aid iş təcrübəniz barədə məlumatlar göstərilir. Tələbələr və məzunlar bu bölmədə həm ödənişli, həm də ödənişsiz iş (kurs işinin, diplom işinin yazılması, ictimai fəaliyyət) barədə məlumatlar göstərə bilərlər.
6. Peşəkar vərdişlər və biliklər
Sizin xülasənin məqsədi olan ixtisas üçün münasib vərdişlərinizi və biliklərinizi sadalayın, həmçinin aşağıdakı məlumatları göstərin:
• kompüterlə, xüsusi proqramlarla bağlı bilik səviyyəniz;
• orqtexnika (faks, modem, skaner, surətçıxarma avadanlığı, ofis ATS-i və s.) ilə davranmaq bacarığınız;
7. Peşə sertifikatları
Əgər varsa, onları göstərin
8. Dil bilikləriniz
Hansı dilləri və hansı səviyyədə (ibtidai, orta, sərbəst) bildiyinizi göstərin.
9. Şəxsi məlumatlar (göstərmək zəruri deyil)
Bu bölmədə aşağıdakı məlumatları göstərə bilərsiniz:
• doğulduğunuz tarix;
• ezamiyyətə getmək imkanınız;
• ailə vəziyyətiniz, uşaqlarınızın olub-olmaması;
• sürücü vəsiqənizin olub-olmaması.
Xronoloji yanaşma. Sizin peşə statusunuz və işlədiyiniz təşkilatlar xüsusi qeyd edilir. Bu siyahı axırdan, yəni zaman etibarilə ən sonuncu iş və ya təhsil yerindən başlanır. Bundan əlavə, sizin işiniz, bilavasitə vəzifələriniz və qazandığınız uğurlar barədə məlumat göstərilməlidir.
Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir:
– əgər sizin fəaliyyətiniz əvvəlki sahə ilə əlaqədar olacaqsa;
– əgər sizin işəgötürənin adı gərəkli və mühüm məlumatdırsa;
– əgər bu siyahı sizin karyera üzrə irəliləyişinizi və inkişafınızı əks etdirirsə;
– əgər sizin əvvəllər işlədiyiniz təşkilatların adları sanballıdırsa;
– əgər sizin əvvəlki işiniz ənənəvi sahələrlə, məsələn, dövlət strukturları və ya təhsil sahəsi ilə əlaqədar olmuşdursa.
Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz:
– əgər sizin əvvəlki iş yerinizdə hər hansı problemləriniz olmuşdursa;
– əgər siz karyera üzrə inkişafınızın istiqamətini dəyişmək istəyirsinizsə;
– əgər siz iş yerlərini çox tez-tez dəyişmisinizsə;
– əgər siz öz yaşınızı məxsusi göstərmək istəmirsinizsə;
– əgər siz ilk dəfə iş axtarırsınızsa.
Fəaliyyət baxımından yanaşma. Əgər siz konkret iş tapmağa çalışırsınızsa, bu halda yaxşı olar ki, xülasəni əsas ixtisas dərəcələrinin rubrikaları üzrə təşkil edəsiniz, həmin fəaliyyət növünə birbaşa aidiyyəti olan qabiliyyətlərinizi sadalayasınız və bu fəaliyyətin yerinə yetirilməsi üçün malik olduğunuz xüsusi keyfiyyətləri vurğulayasınız. Bir neçə nümunə: liderliyə meyl, şəxsiyyətlərarası ünsiyyət vərdişləri, işin təşkil olunmasına və idarə edilməsinə görə məsuliyyəti öz üzərinizə götürmək bacarığınız. Sizin xüsusi bacarıq və keyfiyyətlərinizin tətbiq sahəsi televiziya, proqramlaşdırma və menecment kimi fəaliyyət sahələri ola bilər. Bu halda xülasədə sizin əvvəlki iş yerində tutduğunuz vəzifələr və oradan təqdim edilən xasiyyətnamələr ikinci dərəcəli rol oynayır.
Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir:
– əgər əvvəlki iş yerində istifadə etmədiyiniz potensial qabiliyyətlərinizi xüsusi vurğulamaq istəyirsinizsə;
– əgər karyera üzrə inkişaf sahənizi dəyişirsinizsə;
– əgər siz əmək bazarında öz xidmətlərinizi ilk dəfə təklif edirsinizsə;
– əgər sizin karyera üzrə inkişafınız uğurlu olmamışdırsa;
– əgər əvvəlki məşğulluq sahələriniz arasında qarşılıqlı əlaqə olmamışdırsa;
– əgər əvvəlki əmək fəaliyyətiniz ştatdankənar və ya müvəqqəti xarakter daşımışdırsa.
Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz:
– əgər siz karyera üzrə inkişafınızı xüsusi vurğulamaq istəyirsinizsə;
– əgər sizin potensial işəgötürənləriniz sizin xidmətlərə hədsiz yüksək maraq göstərirsə;
– əgər sizin vəzifə borclarınız çox olmamışdırsa;
– əgər sizin axırıncı iş yeriniz çox presticli olmuşdursa.
Yönləndirilmiş iş vərəqinə necə yaza bilərəm?
İş vərəqinin hazırlanması zamanı tapşırıqların həcmi, sualların miqdarı və növləri, tərtibetmə qaydaları mütləq nəzərə alınmalıdır. Yəni, sualların miqdarı qoyulan müddət üçün uyğun olmalıdır. Əlavə olaraq, tapşırıqlar hazırlanərkən, bir sual üçün nə qədər (neçə dəqiqə) vaxt lazım olduğu müəyyən edilməlidir. Belə olan halda, tədqiqat işi daha düzgün aparılar və qiymətləndirmə obyektiv olar. Tapşırıqların həcmi də bir dərs ərzində həll edilə biləcək qədər olmalıdır. Çox uzun, həlli çətin tapşırıqlar uşaqları həvəsdən sala bilər. Müəllim tapşırıq yazarkən unutmamalıdır ki, həmin tapşırıqlar bütün qruplar üçündür. Qısacası, bir qrup üçün asan, digəri üçün isə çətin sualların tərtibi yolverilməzdir. Tapşırıqlar şagirdlərin təfəkkürünün inkişafı üçün nəzərdə tutulduğundan suallara ayrılan vaxta və asan-çətinliyinə diqqət etmək lazımdır. Bu tip tapşırıqlar şagirddən konkret düzgün variant tələb etmir.
Tapşırıqlar hansı istiqamətləri əhatə etməlidir?
- Hafizə tipli;
- Məntiqi;
- Tənqidi;
- Yaradıcı.
İş vərəqinin hazırlanarkən dərsin məqsədi dərsin mövzusuna və məzmununa uyğun olmalı, eyni zamanda formalaşdırılmalı olan bilik, bacarıq və vərdişləri əks etdirməlidir (məsələn, məntiqi və ya tənqidi təfəkkürü, yaradıcılıq qabiliyyətlərini, müstəqil işləmək bacarığını, elmi – tədqiqat bacarıqlarını, estetik qavramanı və s.)
İş vərəqinə dair tələblər hansılardır?
- Cəlbedici məzmunu və tərtibatı;
- Məqsəd və sual konkret olmalıdır;
- Uşaqların səviyyəsinə uyğun olmalıdır.
Tapşırılar mütləq dərsin məqsədlərinə uyğun olmalı və qarşıya qoyulmuş tədqiqat işinin həllinə yönəlməlidir (təfəkkür növü üzrə, informasiya mənbəyi üzrə, nəticələrin təqdimat forması üzrə və s). Şagirdin yaşı, bilik səviyyəsi və intellek səviyyəsinin nəzərə alınması vacibdir.
Nəticələrin təqdimat formaları necə olmalıdır?
• İfadə yazılar, təsvirlər, əsərlər, şeirlər, esselər;
- Sxemlər, cədvəllər, qrafiklər;
- İllüstrasiyalar, kitablar, qəzetlər;
- Nağıllar, tapmacalar, atalar sözləri, zərb məsəllər, uydurmalar, yanıltmaclar;
- Təcrübələr, eksperimentlər;
- Maketlər, modellər, rəmzlər;
- Layihələr;
- Qaydalar, qanunauyğunluqlar;
- Səhnələşdirmələr;
- Kollajlar;
- Faktlar və nümunələr kataloqu;
- Musiqilər;
- Referatlar;
- Krossvordlar, rebuslar, bağlamalar və s.
İş vərəqinin tərtibatı necə olmalıdır?
- Yığcam (tapşırıq dəqiq verilməlidir);
- Estetik;
- Əyani;
- Rəsmi məlumatları (məsələn, tarixi, sinif, qrup iştirakçılarının siyahısı və s.) əks etdirən olmalıdır.
Qeyd edək ki, iş vərəqində hazırlanan tapşırıqların Dövlət proqramı və milli dəyərlərə əsaslanması vacibdir.
Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?
Hər bir işçinin qanunvericiliklə nəzərdə tutulmuş əmək məzuniyyətinə çıxmaq hüququ var. Əmək məzuniyyəti nədir? Hansı müddətə və kimlərə verilir?
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 19 iyun /Trend /
Hər bir işçinin qanunvericiliklə nəzərdə tutulmuş əmək məzuniyyətinə çıxmaq hüququ var. Əmək məzuniyyəti nədir? Hansı müddətə və kimlərə verilir?
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlının sözlərinə görə, qanunvericilik bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır və Əmək Məcəlləsində nəzərdə tutulan müddətdən az olmayaraq verilməlidir.
Hüquqşünas deyir ki, işçilərə ödənişli əsas məzuniyyət minimum müddəti konistitusion qaydada müəyyən edilmişdir ki, bu müddət 21 təqvim günündən az olmamalıdır:
“Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, dövlət qulluqçularına, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə, tədris müəssisələrinin metodistlərinə, emalatxana rəhbərlərinə, laborantlara, kitabxanaçılara, dayələrə, bədii rəhbərlərə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə, əczaçılara ödənişli əsas məzuniyyət 30 təqdim günü müddətində verilməlidir. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günü müddətində verilir”.
BHM əməkdaşı bildirib ki, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə əmək məzuniyyəti azı 42 təqvim günüdür.
Mövsümi işlərdə çalışan işçilərə isə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.
Zamanovun sözlərinə görə, bəzi kateqoriyadan olan işçilərin əmək məzuniyyətinin müddətləri fərqlidir. Belə ki, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə 46, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində əsas məzuniyyət verilməlidir.
Hüquqşünasın sözlərinə görə, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları işəgötürən tərəfindən məhdudlaşdırıla bilməz.
“İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir”, Zamanov vurğulayıb
Qanunvericilik əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər də müəyyən edib. Onun sözlərinə görə, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə, əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
“Həmçinin, qanunvericilik əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydasını da müəyyən edir. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir”, hüquqşünas vurğulayıb.
O bildirib ki, qanunvericilik anaların istirahət hüququnun təmin edilməsi üçün üstünlüklər verir. Belə ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin, 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin, uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var.
Hüquqşünasın sözlərinə görə, qanunvericilik bəzi kateqoriyadan olan işçilər əmək məzuniyyətini öz arzusu ilə istədiyi zaman götürə bilərlər. Belə ki, 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə), əlillərə, müharibə veteranlarına, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı on səkkizdən aşağı olan işçilərə, işləməklə yanaşı təhsil alan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Həmçinin, üəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.
Qanunvericilik əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı halları da müəyyənləşdirib. Zamanov bildirib ki, işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə, əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə, işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə əmək məzuniyyəti işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər.
- Bakı Hüquq Mərkəzi
- əmək məzuniyyəti
Comments are closed, but trackbacks and pingbacks are open.