Gömrük Bəyannaməsi nədir
Hansı hallarda gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir?
Yük gömrük bəyannaməsi
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 10-02-2011, Nəşr nömrəsi: 01)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Dövlət qeydiyyatına alınmışdır”
“Təsdiq edilmişdir”
Dövlət Gömrük Komitəsi
11 yanvar 2011-ci il
30 dekabr 2010-cu il
Nazir __________Fikrət Məmmədov
Sədr __________Aydın Əliyev
“Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları”na əlavələr və dəyişikliklər
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 17 iyun 1998-ci tarixli 027 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 23 iyun 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 110) “Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1 -ci bölmə üzrə:
1.1. 1.9-cu bəndin 1-ci abzasında “arxa tərəfində” sözlərindən sonra “və ya qoşma vərəqdə” sözləri, “arxaya bax” sözlərindən sonra “və ya qoşma vərəqə bax” sözləri , 3-cü abzasında “arxa tərəfində” sözlərindən sonra “və ya qoşma vərəqdə” sözləri əlavə edilsin.
1.2 . Aşağıdakı məzmunda iki abzas əlavə edilsin:
“Təqdim olunmuş YGB-nin arxa tərəfində və ya qoşma vərəqdə məlumatlar YGB-nin müvafiq qrafası göstərilməklə həmin qrafanın strukturuna və doldurulması qaydalarına uyğun göstərilir.
Malların gömrük rəsmiləşdirilməsi zamanı bəyannaməçilər tərəfindən qoşma vərəqlər iki nüsxədən ibarət olaraq tərtib olunur və YGB-nin 1-ci və 4-cü vərəqlərinə əlavə edilir”.
2 . 2-ci bölməyə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
2.1 . 2.3-cü bənd üzrə:
2.1.1 . “Qrafa A” hissəsinin mətni aşağıdakı redaksiyada verilsin:
“Qrafanın yuxarı sağ hissəsində YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının milli valyuta ilə ifadə olunmuş məzənnəsi göstərilir.
Qrafanın aşağı sağ hissəsində qoşma vərəqlər istifadə olunduğu hallarda qoşma vərəqlərin sayı aşağıdakı formatda göstərilir:
burada: SS – qoşma vərəqlərin sayı rəqəmlə göstərilir”.
2.1.2 . “Qrafa 4.” hissəsinin mətni aşağıdakı redaksiyada verilsin:
” Qrafada yükləmə spesifikasiyası vərəqlərinin ümumi sayı göstərilir”
2.1.3 . “Qrafa 18.” və “Qrafa 21.” hissələrinin 2-ci abzasında “arxaya bax” sözlərindən sonra “və ya qoşma vərəqə bax” sözləri və “arxa hissəsində” sözlərindən sonra “və ya qoşma vərəqdə” sözləri əlavə olunsun.
2.1.4 . “Qrafa 33.” hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Birinci yarımbölmədə malların XİF ƏN üzrə müvafiq kodları göstərilir”;
2.1.5 . “Qrafa 40 .” hissəsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Müvəqqəti yük gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklər tam YGB ilə rəsmiləşdirilərkən bu qrafada “arxaya bax” və ya “qoşma vərəqə bax” sözləri yazılaraq, YGB-nin arxa tərəfində və ya qoşma vərəqdə müvəqqəti YGB haqqında məlumatlar aşağıdakı formatda göstərilir”:
MYGB qeydiyyat nömrəsi
Nəqliyyat vahidinin sayı
2.1.6 . “Qrafa 44.” hissəsinin mətni aşağıdakı redaksiyada verilsin:
Qrafada mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazım olan sənədlər haqqında məlumatlar hər rekvizit yeni sətirdən başlanmaqla göstərilir :
1. Bu Qaydaların 14 saylı əlavəsinə uyğun olaraq, lisenziyanın və ya icazə sənədinin kodu, nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddətinin son tarixi göstərilir.
Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:
XXXX- sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin verildiyi tarix (gün, ay və il);
T2 – sənədin fəaliyyət müddətinin son tarixi (gün, ay və il);
2. 14 saylı əlavəyə uyğun olaraq, nəqliyyat sənədinin kodu, nömrəsi və tarixi göstərilir.
Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:
XXXX/S/T1
XXXX – sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin tarixi (gün, ay və il);
3. 14 saylı əlavəyə uyğun olaraq malların çatdırmasına nəzarətə dair sənədin nömrəsi və tarixi göstərilir.
Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:
XXXX/S/T1
XXXX – sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin verildiyi tarix (gün, ay və il);
4. 14 saylı əlavəyə uyğun olaraq müqavilənin (kontraktın, sazişin və s.), müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix göstərilir.
Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:
XXXX/S/T1
XXXX – sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin tarixi (gün, ay və il);
5. 14 saylı əlavəyə uyğun olaraq malın XİF ƏN-ə uyğun təsnif edilməsi barədə ilkin qərarın nömrəsi və tarixi göstərilir.
Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:
XXXX/S/T1
XXXX – sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin verildiyi tarix (gün, ay və il);
6. Malların gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliklə digər sənədlərin (icazə, rəy, şəhadətnamə, sertifikat və s.) təqdim olunması nəzərdə tutulduğu hallarda Qaydaların 14 saylı Əlavəsinə uyğun olaraq sənədlər haqqında məlumatlar göstərilir.
Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur :
XXXX/S/T1
XXXX – sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin verildiyi tarix (gün, ay və il);
7. 14 saylı əlavəyə uyğun olaraq malların mənşəyini təsdiq edən sənədin (sertifikat və s.) nömrəsi və tarixi göstərilir.
Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:
XXXX/S/T1
XXXX – sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin verildiyi tarix (gün, ay və il);
8. 14 saylı əlavəyə uyğun olaraq malların hesab-fakturasının (invoysun və s.) nömrəsi və tarixi göstərilir.
Qrafanın bu hissəsi aşağıdakı sxem üzrə doldurulur:
XXXX/S/T1
XXXX – sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin verildiyi tarix (gün, ay və il);
9. Qrafanın bu hissəsində tarif imtiyazları və ya güzəştləri verildiyi hallarda tarif imtiyazının verilməsi haqqında və ya qanunvericiliklə müəyyən olunmuş hallarda digər sənədlər haqqında məlumatlar 14 saylı əlavəyə uyğun göstərilir.
Qrafa aşağıdakı sxem üzrə doldurulur:
XXXX/S/T1
XXXX – sənədin dördrəqəmli kodu;
S – sənədin nömrəsi;
T1 – sənədin verildiyi tarix (gün, ay və il);
Qrafada bütün məlumatları göstərmək mümkün olmadıqda «arxaya bax və ya qoşma vərəqə bax” sözləri yazılmaqla, ona istinad edilir və məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin arxasında və ya qoşma vərəqlərdə göstərilərək bəyannaməçinin möhürü və imzası ilə təsdiq olunur. ”
2.1.7 . “Qrafa 47.” hissəsinin 2-ci və 19-cu abzaslarda göstərilmiş “ MDB iştirakçıları-dövlətlərinin Mərkəzi (Milli) banklarında” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankında” sözləri ilə, 18-ci abzasda göstərilmiş “MDB dövlətlərinin Mərkəzi (milli) Bankı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz olunsun.
2.2 . 2.4-cü bəndin “ Qrafa 7. ” hissəsinin mətni aşağıdakı redaksiyada verilsin:
Qrafada aşağıdakı sxem üzrə gömrük rəsmiləşdirilməsinə qəbul edilən YGB-nin qeydiyyat nömrəsi göstərilir:
Nömrə- XXXXXYYZZZZZZZ
– XXXXX-gömrük orqanının 5 rəqəmli kodu
– YY – ilin sonuncu 2 rəqəmi
– ZZZZZZZ-hər il üçün 0000001-9999999 arasında sıra nömrəsi”
YGB-nin əlavə vərəqlərindən və ya qoşma vərəqlərdən istifadə olunan hallarda əlavə vərəqin “A” qrafasının aşağı hissəsində 33-cü qrafanın üzərində və ya qoşma vərəqin yuxarı sağ küncündə YGB-nin əsas vərəqinin qeydiyyat nömrəsi göstərilir.
“D” qrafasının 2-ci abzasında “arxa tərəfində” sözlərindən sonra “və ya qoşma vərəqdə” sözləri əlavə olunsun.
3. 3-cü bölmə üzrə:
3.1 . 3-cü bəndin 6-cı abzası aşağıdakı redaksiyada verilsin:
“A,B,4,33,40,44,47 nömrəli qrafalar “İxrac gömrük rejimi altında olan mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydaları” ilə müəyyən olunmuş qaydada doldurulur.”
3.2 . 3.3-cü bəndin “Qrafa 18.” və “Qrafa 21.” hissələrinin 2-ci abzaslarında “arxaya bax” sözlərindən sonra “və ya qoşma vərəqə bax” sözləri və “arxa tərəfində” sözlərindən sonra “və ya qoşma vərəqdə” sözləri əlavə olunsun.
4. “ Yük gömrük bəyannamələrinin doldurulması qaydaları”na 2, 3, 8 və 11 saylı əlavələrə aşağıdakı sətirlər əlavə edilsin:
2 saylı Əlavə üzrə: ”Gömrük sərhədindən malların keçirilmə üsullarının təsnifatı“
Malların keçirilmə xüsusiyyətlərinin adı
Təmirə göndərilən və təmirdən sonra geri qaytarılan malların keçirilməsi
Konsorsium üçün malların keçirilməsi
3 saylı Əlavə üzrə: “Dünya ölkələrinin təsnifatı”
Gömrük Bəyannaməsi nədir?
Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Dövlət Gömrük Komitəsinin) müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir.
Malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğu yoxlanılır.
Bəyanetmə necə həyata keçirilir?
Bəyanetmə nədir – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;
Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir.
Gömrük bəyannaməsi gömrük orqanına nə vaxt verilir?
Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir.
Qeyd: Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir. Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir.
Gömrük bəyannaməsinin forması, birgə təqdim olunan sənədlər:
Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Dövlət Gömrük Komitəsi) müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.
Gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsi hansı şərtlərə uyğun olmalıdır?
- malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını;
- gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu;
- gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını;
- gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu;
- gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini.
Gömrük bəyannaməsi yuxarıda göstərilən şərtlərə cavab verdikdə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.
Hansı hallarda gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir?
- gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;
- gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.
Hansı hallarda gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında ləğv edirlər?
- mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda;
- fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda.
Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.
Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi
Comments are closed, but trackbacks and pingbacks are open.