Kimyaçı alimimiz vəfat edib
fırlanmanın tormozlanması kimyəvi
Mühazirə 13: Pol imer makromalekulunun çevikliyi Plan Etan molekulunda daxili fırlanma
ki, bu da polimerlər üçün xarakter olan bir çox xassələri izah etməyə imkan vermirdi.
Makromolekulun formaları haqqında düzgün təsəvvür, yalnız molekulda xüsusi hərəkət növünün
daxili fırlanmanın mövcud olduğu kəşf edildikdən sonra yarandı. Polimerlərin əksər fiziki
xassələrinin izahı üçün əsas götürülən makromolekulun çevikliyi haqqında anlayış məhz molekulda
daxili fırlanma hərəkəti ilə əlaqədar olaraq formalaşmışdır. Makromolekullarda daxili fırlanmanın
xarakterini başa düşmək üçün əvvəlcə daha sadə olan etan molekulunda hərəkətin bu növü ilə tanış
olaq. Etan molekulunda karbon atomları hidrogen atomları ilə δ rabitə vasitəsilə birləşmişlər və
molekulda valent buca
Hoff belə bir mülahizə söyləmişdir ki, metil qrupları
onları birləşdirən rabitə ətrafında sərbəst fırlana bilər.
Molekulun bir hissəsinin digər hissəsinə nisbətən bu cür fırlanmasına daxili fırlanma deyilir.
Əgər daxili fırlanma molekulun enerjisinin dəyişməsilə müşayət olun
ursa, belə fırlanma sərbəst
fırlanma adlanır. Etanda bütün hidrogen atomları eyni xarakterli olduğundan güman etmək olar ki,
molekulda daxili fırlanma sərbəstdir. Lakin bir
birilə kimyəvi rabitədə olmayan atomların qarşılıqlı
təsiri nəticəsində belə fırlanma sərbəst deyildir. Metil qrupları bir
birinə nisbətən fırlanarkən bu
qruplarda olan hidrogen atomları, proyeksiyaları şəkildə göstərilmiş iki vəziyyətdə ola bilərlər.
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
Sərbəst birləşdirilmiş
zəncir istənilən
konformasiya ala bilər.
Fırlanmanın potensial çəpəri
ayrı metil qruplarında C
H rabitələri bir
bucaq təşkil etdiyi halda
əziyyətində bu bucaq sıfırdır, yəni hidrogen atomları fəzada bir
Əgər birinci halda molekulun daxili enerjisi U
isə, onda aydındır ki, U
olacaq, çünki, hidrogen atomları bir
birinin üzərində dayandıqda onlar arasındakı məsafə minimum
olur və qarşılıqlı dəf qüvvələrinin yaranması hesabına molekulun daxili enerjisi artır. Əgər molekulun
da potensial enerjisi minimumdursa, b
halında onun qiyməti maksimum olur. Deməli
fırlanma nəticəsində molekulun potensial enerjisi özünün minimum qiymətindən maksimum qiymətinə
qədər dəyişir və belə fırlanmanın baş verməsi üçün molekulaya xaricdən əlavə enerji vermək lazım
gəlir. Molekulun minimum enerjisi olduğu haldan onun maksimum enerjisi olduğu hala keçməsi üçün
lazım olan enerjiyə fırlanmanın potensial çəpəri
deyilir. Molekulun ehtiyat enerjisi
(yaxud ona verilən
əlavə enerji) potensial çəpərin qiymətindən kiçik olduqda, molekul potensial enerjinin minimum
qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş verməyərək, molekulun hissələri yalnız
rəqsi hərəkət edirlər. Belə fırlanma tormozlanmış daxili fırlanma adlanır. Potensial çəpərin olması
nəticəsində etanda və eləcə də daha mürəkkəb molekullarda daxili fırlanma tormozlanmış xarakter
Polimer makromolekullarında daxili fırlanmanın mümkün olması ilk dəfə Kun, Mark və Qut
tərəfindən göstərilmişdir. Karbon atomlarının yalnız δ
birləşdiyi təcrid olunmuş polimer zəncirinə baxaq. Belə zəncirdə
elementar zvenolar istilik hərəkətinə malikdirlər və bir zveno qonşu
zvenoya nisbətən fırlana bilər.
Fərz edək ki, bu zəncirdə valent bucaqları fiksə olunmuş halda
deyildirlər və δ
rabitə ətrafında fırlanma sərbəstdir. Belə model zəncir
sərbəst birləşdirilmiş zəncir adlanır. Deməli,
zəncirin zvenoları fəzada qonşu zvenoların vəziyyətindən asılı
olmayaraq ixtiyari vəziyyət ala bilər. Bu cür zəncir son dərəcə ç
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
Molekulun kimyəvi rabitələ
cəsində aldığı fəza vəziyyətlərinə
konformasiyalar və ya fırlanma izomerləri deyilir. Deməli, son dərəcə çevikliyə malik olan
istənilən konformasiya ala bilər.
13.3. Polimer makromolekulunda daxili fırlanma
Real makromolekul zəncirlərində valent bucaqları müəyyən qiymətə malikdirlər və zvenoların
çox az dəyişə bilərlər. Ona görə də zəncirdə olan hər bir
zvenonun vəziyyətindən asılı olur. Bunun nəticəsidir ki, sərbəst birləşdirilmiş zəncirlərə
nisbətən real polimer zəncirlərində konformasiyaların sayı az, çeviklik isə kiçik olur. S.Y.Bresler və
Y.İ.Frenkel göstərmişlər ki, polimer makromolekulunda daxili
fırlanmanın tormozlanması kimyəvi
rabitədə olmayan atomların qarşılıqlı təsiri ilə əlaqədardır. Belə qarşılıqlı təsir eyni zəncirin
(molekuldaxili) və müxtəlif zəncirlərin (molekullararası) atomları arasında baş verə bilər. Ayrı
makromolekulların atomları, qrupları və zvenoları arasında meydana çıxan molekullararası qarşılıqlı
təsir qüvvələrini miqdarı cəhətdən xarakterizə etmək olduqca mürəkkəbdir. Ona görə də miqdari
hesablamalarda yalnız bir zəncirdəki kimyəvi rabitədə olmayan atom və atom qruplarının qarşılıqlı
təsiri ilə əlaqədar meydana çıxan molekuldaxili təsiri nəzərə alırlar. Molekuldaxili qarşılıqlı təsirin iki
növünü fərqləndirmək lazımdır
1. Yaxın tərtibli qarşılıqlı təsir.
2. Uzaq tərtibli qarşılıqlı təsir.
Yaxın tərtibli təsir, aralarındakı məsafə az olan (məsələn, qonşu zvenolarda) atomlar və qruplar
arasında meydana çıxır. Uzaq tərtibli təsir isə zəncir boyunca bir
birindən nisbətən uzaqda yerləşmiş
atom və qruplar arasında baş verir (məsələn, yumaq şəklində olan uzun zəncirlərdə). Sərbəst
fırlanmanın tormozlanması yaxın tərtibli qarşılıqlı təsirin mövcud olması ilə əlaqədardır.
Təcrid olunmuş çevik zəncir zvenoların istilik hərəkəti nəticəsində qıvrılmış forma alır
qıvrılmış makromolekulaya molekulyar statistik yumaq deyilir.
Satatistik yumaq
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
Yumağın ucları arasındakı məsafə
yni qiymətinə müxtəlif konformasiyalar
(şəkildə iki konformasiya
verilmişdir). Məsafənin eyni qiyməti ilə xarakterizə olunan konformasiyaların
və ya zəncirin termodinamik ehtimalı
Kimyaçı alimimiz vəfat edib
Azərbaycan elminə ağır itki üz verib. Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Akif Həmid oğlu Əzizov 20 noyabr 2016-cı ildə vəfat edib.
Milli.Az report.az-a istinadən bildirir ki, Əzizov Akif Həmid oğlu 1943‐cü il noyabrın 2‐də Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş və MDU‐nun Kimya fakültəsini bitirmişdir (1966).
A.Əzizov 1971‐ci ildə kimya üzrə fəlsəfə doktoru və 1991‐ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992‐ci ildə professor elmi adını almışdır. 2001‐ci ildə Azərbaycan MEA‐nın müxbir üzvü, 2014‐cü ildə isə həqiqi üzvü seçilmişdir.
A.Əzizov aspirantura təhsilindən sonra elmi fəaliyyətinə Azərbaycan EA‐nın Neft‐Kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, 1988‐2014‐cü illərdə direktorun elmi işlər üzrə müavini vəzifələrində işləmişdir. O, 1972‐1985‐ci illərdə Neft kimyası üzrə ixtisaslaşmış şuranın sədr müavini, 2009‐2010‐cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri vəzifələrində çalışmışdır. 2014‐2016-cı illərdə AMEA‐nın Polimer Materialları İnstitutunun direktoru olmuş, 2016-cı ilin sentyabr ayından AMEA NKPİ-də baş elmi işçi vəzifəsində çalışmışdır.
A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil etmişdir.
A.Əzizov 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350‐si xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. A.Əzizovun rəhbərliyi altında kimya üzrə 15 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə etmişdir.
A.Əzizov kimya üzrə bir sıra cəmiyyətlərin və Elmi Şuraların, o cümlədən Rusiya Elmlər Akademiyasının “Mineral və təkrar olunan karbontərkibli xammalın kimyası” Elmi Şurasının xarici üzvü, Nyu‐York Elmlər Akademiyası və Amerika Kimya Cəmiyyətinin üzvü, Dövlət Neft Şirkəti yanında neft emalı üzrə Elmi‐texniki Şuranın, AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri‐üzvi Kimya İnstitutunun nəzdində elmi dərəcələr verən İxtisaslaşmış Şuraların, AMEA‐nın “Neft kimyası, Kinetika və kataliz” Problem Şuralarının, “Azərbaycan Kimya Jurnalı”, “Neft-kimyası və neft emalı prosesləri”, “Elm dünyası” jurnallarının redaksiya heyətlərinin, eyni zamanda, Azərbaycanda yeni neft‐qaz və neft‐kimya kompleksinin qurulması üzrə ARDNŞ‐nin işçi qrupunun, Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun və ARDNŞ ilə AMEA‐nın birgə Elm fondunun ekspert komissiyalarının üzvü olmuşdur.
A.Əzizov SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu, “Əmək rəşadəti” medalı, “Soros” Fondunun Fərdi Qrantı, AMEA‐nın Fəxri fərmanları, Azərbaycanın əməkdar elm xadimi fəxri adı, Azərbaycan Kütləvi informasiya vasitələri işçiləri və Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və ixtiraçılıq sahəsində Birinci Respublika müsabiqəsinin Birinci dərəcəli diploma, Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuşdur.
Akademik A.H.Əzizov özünün şöhrətli elmi məktəbini yaratmışdır. O, yüksək alimlik səviyyəsi ilə yanaşı gözəl insan idi, ədəbiyyatı, musiqini, incəsənəti çox sevirdi. A.H.Əzizovun Azərbaycan kimya elminin inkişafında xidmətləri əvəzsizdir.
Akademik A.H.Əzizov hər zaman dostlarının, tələbələrinin, onu tanıyanların yaddaşında, eləcə də Azərbaycan elm tarixində görkəmli alim, nəcib insan və böyuk şəxsiyyət kimi qalacaq, xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.