Yüksək təzyiqi dərmanlarsız aşağı salmağın yolları
Hər hansı kimyəvi tərkibli dərmanlara ehtiyac duymadan təzyiqinizi aşağı salmağı sınaqdan keçirə bilərsiniz.
Yüksək təzyiqi ən tez şəkildə necə aşağı salmaq olar?
Təzyiqin yüksəlməsi zamanı onu aşağı salmağın məlum olan ənənəvi metodlarından başqa yollar da var.
Hər hansı kimyəvi tərkibli dərmanlara ehtiyac duymadan təzyiqinizi aşağı salmağı sınaqdan keçirə bilərsiniz.
1. Masaj
Boynun arxa hissəsinə daha çox üstünlük verərək yüngül asta dalğavari hərəkətlərlə boynu masaj edin.
2. Sirkə kompresi
İki ədəd bez götürün və onları alma sirkəsi və ya adi sirkədə isladın. Dabanların üzərinə qoyun və 5-7 dəqiqə saxlayın. 20-30 dəqiqədən təzyiqi ölçün. Əgər yaxşılaşma yoxdursa, bu proseduru bir daha təkrarlayın.
3. Quşüzümü şirəsi
100 ml quşüzümü şirəsinə eyni miqdarda bal əlavə edib qarışdırın. Gün ərzində kiçik qaşıqla üç dəfə qəbul etmək lazımdır. Bu üsul xroniki hipertoniya xəstəliyi olan insanlar üçün münasibdir.
4. Akupunktur nöqtələri
Qulaq məməsinin altındakı batıq hissədən körpücük sümüyünə doğru gedən xəttə təzyiq edin. Şəhadət barmağınızı qulaq məməsinin altındakı batıq hissəyə qoyun, təzyiq edərək körpücük sümüyün ortasına qədər olan xətt boyuca sürüşdürün. Xəyali xətt faktiki olaraq şaquli şəkildə olmalıdır.
Çox güclü təzyiq etməyə ehtiyac yoxdur, sadəcə olaraq dərini barmağınız vasitəsilə sığallamaq kifayət edər. 8-10 dəfə başın hər iki tərəfində bu hərəkəti edin. Təzyiqi masaja qədər və sonra ölçərək nəticəni qeyd edin.
Saglamolun.Az
Yüksək təzyiqi dərmanlarsız aşağı salmağın yolları
Yüksək qan təzyiqi kimi xoşagəlməz simptomlar təkcə hipertoniyalı xəstələrdə yox, həmçinin hipertaniyadan əziyyət çəkməyən insanlarda da tez-tez ortaya çıxa bilər.
Orqanizm stress, güclü emosionallıq vəziyyətində və ya hava dəyişməsi kimi müxtəlif faktorlara reaksiya verməsi təzyiqin yüksəlməsinə səbəb ola bilər. Yüksək təzyiq probleminə nadir hallarda rast gələnlər, adətən xüsusi dərman vasitələrinə sahib olmurlar və təzyik yüksələn zaman nə edəcəklərini belə bilmirlər və ən nəhayət dərmansız keçinməyə məcbur olurlar.
Hər hansı bir səbəbdən sizin qan təzyiqiniz artarsa, ilk növbədə rahatlığınızı təmin edəcək məkanda əyləşin (divanda oturun və ya uzanın), rahatlıqla dərindən nəfəs almağa çalışın. Həmçinin, yüngül baş masajı etmək sizə zərər verməyəcəkdir: başın arxasından başlayaraq tədricən baş və alının yuxarı hissəsinə doğru hərəkət edilməlidir.
Bununla yanaşı, soyuq su, yüksəlmiş təzyiqin azaldılmasına kömək edəcəkdir. Su axınının altında, hər iki qolu çiyinə qədər və ya üzünüzü soyuq su ilə yuyunmalısınız. Kontrast ayaq vannasıda edə bilərsiniz.
Qan təzyiqinin yüksəlməsi vəziyyətində təbii vasitələrdən, alma sirkəsi mükəmməl şəkildə kömək edəcək; İlıq su ilə kompress etmək və alın nahiyyəsinə qoymaq təzyiqi salan vasitələrdən biridir.
Təbii ki, təzyiqin tez-tez artması həkimə baş çəkmək üçün bir siqnaldır. Mütləq həkim – mütəxəssis qəbuluna düşmək lazımdır.
Sağlam olun!
Yüksək təzyiqi dəqiqə yarıma aşağı salmağın YOLU
Bir dəqiqə yarım ərzində yüksək təzyiqi aşağı salmağın yolu açıqlanıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə tibb elmləri namizədi, doktor Aleksandr Şişoninin danışıb.
Onun dediyinə görə, sadə fiziki məşqlər təzyiq artımının öhdəsindən gəlməyə kömək edə bilər. Təzyiqləri sabitləşdirmək üçün Şişonin başını sola və sağa çevirməyi tövsiyə edib.
“Məktəbdəki kimi bədən tərbiyəsi dərslərində isinmə zamanı: çənəni sol çiyinə, sonra sağa. Yalnız diqqətlə bunu edin, boyun ani hərəkətlərə dözmür. Bunu etməyi 60 saniyə davam edin”.
Başını çevirdikdən dərhal sonra 30 saniyə ovucları ilə masaj etmək lazımdır:
“Bunun üçün ovuclarınızı bükün. Sonra öz-özünə masaj etməyə başlayırsınız: hər iki əlinizlə başın arxasındakı yerə toxunun və boyun altına sürüşərək yumşaq bir şəkildə basmağa başlayın”.
Onun sözlərinə görə, bu məşqlərdən dərhal sonra təzyiqiniz enəcək və yaxşılaşacaqsınız.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.