Yüksəkmolekullu bi rləşmələri n ki myəvi texnologi yasi
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
Yüksəkmolekullu birləşmələr kimyasi
Yüksəkmolekullu birləşmələr kimyası (YMB) kafedrası 1964-cü ildə təşkil olunmuşdur. 1964-1965-ci illərdə kafedraya k.e.d., prof. M.Ə.İskəndərov, 1965-1983-cü illərdə isə k.e.d. Z.Ə.Sadıxov rəhbərlik etmişdir. 1984-cü ildə kafedra «Neft kimyası» kafedrası, birləşdirilmiş, 1988-ci ildə yenidən müstəqil kafedraya çevrilmiş və 1988-ci ilədək kafedraya k.e.d., prof. V.M.Əhmədov rəhbərlik etmişdir. 1998-ci ildən kafedranın müdiri k.e.d., prof. O.H.Əkbərovdur. Hazırda kafedarda bir akademik (əvəzçiliklə), iki elmlər doktoru – profesor, 3 elmlər namizədi – dosent, 5 baş laborant, 1 laborant çalışır .
Kafedrada hər il 15-20 təhsilin bakalavr, 4-6 magistr pillələri üzrə ixtisasçı kadrlar hazırlanır. Fəaliyyət göstərdiyi 40 ildən artıq bir müddət ərzində yerli tədris və sənaye müəssisələri üçün yüzlərlə, Kuba, Vyetnam, Efiopiya, Əfqanıstan, Türkiyə və s. ölkələr üçün onlarla mütəxəssis hazırlamışdır. Kafedrada elmi kadrların hazırlanması sahəsində xeyli işlər görülmüşdür. Kafedrada son beş ildə bir doktorluq, dörd namizədlik dissertasiyası müdafiə edilmişdir.
Kafedrada bakalavr pilləsində:
Yüksəkmolekullu birləşmələr kimyası
Polimer kompozisiya materialları
Polimerlərin fiziki kimyası fənləri tədris olunur.
Magistr pilləsində:
Polimerlərin sintezi və tədqiqi
Polimerlərin fiziki kimyası
Polimerlərin modifikasiyası
Yüksəkmolekullu birləşmələr kimyasının seçilmiş bəhsləri
Polimer kompozisiyalarının tədqiqi və digər fənlər tədris olunur.
Kafedra üzvləri tərəfindən “Yüksəkmolekullu birləşmələr kimyası” adlı dərslik (O.H.Əkbərov, A.Ə.Əzizov, E.O.Əkbərov, 1997, 2004, 2007) “Yüksəkmolekullu birləşmələr kimyasından praktikum” (О.H.Əkbərov, Е.О.Əkbərov 1984, 2002), “Kompozisiya materialları kimyası” (А.Ə.Əzizov, R.М.Alosmanov, О.H.Əkbərov, 2003) аdlı dərs vəsaitləri və müxtəlif fənlər üzrə metodik göstərişlər və proqramlar hazırlanaraq çap olunmuşdur.
Kafedranın elmi istiqamətinin mövzusu “Reaksiya qabiliyyətli polimer və oliqomerlərin sintezi və onların çevrilmələri”dir. Kafedranın elmi istiqaməti АМЕА-nın elmi işlər üzrə koordinasiya planına daxil edilmişdir. Bu mövzu üzrə kafedra əməkdaşları tərəfindən 2005-2007-ci illər ərzində 40-a yaxın məqalə və məruzə tezisləri çap olunmuş və Azərbaycan Respublikasının 4 patenti alınmışdır. Elmi-tədqiqat işlərinin planına uyğun olaraq dərc edilmiş məqalələrdən A.A.Azizov “Photochemical chlorocarboxylation of polyisobutylene”, Iranian Polymer Journal, 2005, № 14(3); О.H.Əkbərov «Malein anhidridi α-olefin birgə polimerlərin allil efirlərinin alınması», Kimya Problemləri Jurnalı, 2006, № 4; А.Ə. Əzizov «Polibutadienin oksidləşmə xlorfosforlaşması məhsulların infraqırmızı spektroskopiya metodu ilə tədqiqi», Azərbaycan Milli Elmlər Akademiyasının məruzələri, 2006, № 4.
Kafedra nəzdində bir elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Kafedarnın Türkiyənin və Rusiyanın bir sıra Universitetiləri ilə elmi və praktiki əməkdaşlıq əlaqələri vardır.
Hazırda kafedrada reaksiya qabiliyyətli polimelərin sintezi və onlar əsasında praktiki faydalı məhsulların alınması sahəsində tədqiqat işləri aparılır. Bu işlərin nəticəsi olaraq son zamanlar müxtəlif istehsalat sularının ağır metalların ionlarından və eləcə də zərərli üzvi birləşmələrdən (fenol və onun törəmələri ) təmizlənməsi üçün sorbentlərin alınması metodikası işlənib hazırlanmışdır. Кafedra əməkdaşları tərəfindən həmçinin metal, keramika, şüşə və digər materialların yapışdırılması üçün yapışqan kompozisiyaların hazırlanmasına aid işlər aparılmaqdadır .
Kafedranın əməkdaşlarından bir neçəsi ümumi dəyəri 250 000 АBŞ dolları olan beynəlxalq qrantda iştirak еdir .
İzahlı lüğət
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
YADLAMAQ
YAĞIN
YAXALAMA2
YALDIZ
YAL-YALMAN
YAMANMAQ
YANÇILIQ
YANŞAMAQ
YAPIQ
YARADAN
YARIMBAYĞIN
YARIŞMAQ
YARIUZANMIŞ
YASTIDİB(Lİ)
YASTIQLATMAQ
YAŞILLAŞDIRMAQ
YAŞLANMAQ2
YAŞLI2
YAŞMAQLI
YATIRTMA
YAYLIMLAMAQ1
YAYLIMLATMA1
YEDDİDƏQİQƏLİK
YEKDİL
YELBİZLƏMƏ
YEMƏMƏZLİK
YEMLƏYİCİ
YENCİLMƏK
YENİDƏN
YERLİLƏŞDİRİLMƏK
YETMİŞİLLİK
YIĞILMA
YOĞUNCA
YOĞUNLAŞDIRILMA
YONCA
YONQARLANMA
YORĞUNLUQ
YOSUNLAMA
YOTLAŞDIRMA
YOVŞUTMA
YUBANMA
YUXALAMAQ
YUXALMAQ
YUXULAMAQ
YUMALAQ
YUMŞAQYUNLU
YUMŞALTMAQ
YUNƏYİRƏN
YUVARLANMAQ
YÜYƏNLİ
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
Comments are closed, but trackbacks and pingbacks are open.