Yunus Oğuz: Tarix gələcək üçün bir işıqdır
– Elçin Hüseynbəylinin Şah Abbasa aid olan romanı. Düzdür, orada Şah Abbas tənqid olunmuşdu, amma sonra düzəlişlər aparıldı. Sabir Rüstəmxanlının “Göy Tanrısı”.
Amma orta əsrlərə həsr olunmuş bəzi əsərlər var ki, onları oxudum, əsərin məqsədi nədir, onu başa düşmədim.
Min illik Azərbaycan tarixini romanlarında yaşadan yazıçı Yunus Oğuz (FOTO)
Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Səfəvi Şeyxi” romanının müzakirəsi keçirilib.
Trend-i buradan izləyin
Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Səfəvi Şeyxi” romanının müzakirəsi keçirilib.
Trend-in məlumatına görə, öncə kitabın bədii redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. “Səfəvi Şeyxi” tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılandığını vurğulayıb. Qeyd edib ki, Yunus Oğuz müasir dövrdə Azərbaycan tarixi romanının ən əsas yaradıcılarından biridir: “Müəllifin çox sayda tarixi romanı var. Bu romanlarda Azərbaycan dövlətçilik tarixi, Azərbaycan milli dövlətçilik təfəkkürü, azərbaycançılıq idealları ön mövqedə dayanır və əsas aparıcı xətti müəyyən edir. Müəllifin tarixi romanlarında tarix və bədii düşüncənin balansı doğru tapılmışdır. O tarixi reallığı, obyektivliyi qoruyub saxlamaq şərtilə bədii təfəkkür, bədii yanaşma, yazıçı mövqeyinə münasibəti ifadə edərək romanlarında tarixiliklə bədiiliyin yerini, rolunu münasib balansda apararaq son nəticədə onu bədii əsər kimi meydana qoymağı bacarır. Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur”.
“Səfəvi Şeyxi” romanının ictimai əhəmiyyətindən danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, Yunus Oğuz yaradıcılığında Azərbaycan tarixinin müxtəlif dövrlərinə müraciət edib. Attiladan başlayaraq Əmir Teymur, Nadir Şah, Təhmasib, Çingiz xandan da yazıb. Hətta Azərbaycan tarixindən kənara da çıxaraq bütün türk dünyasının tarixinə müraciət edib: “Amma Azərbaycan tarixinə aid olan əsərləri bizim tarixin ən mühüm dövrlərini əhatə edir, o cümlədən səfəvilər dövrünü. Məlum olduğu kimi səfəvilər dövrü Azərbaycan tarixində özəl yeri olan bir dövrdür. O, Səfəvilər dövlətini dünyaya Azərbaycan dövləti kimi təqdim edir. Bunun da tarixi və elmi əsası var”. Onun sözlərinə görə, Azərbaycan sözü bir çox mənbələrdə işlənir. Hətta “Baburnamə”də Azərbaycan dövlət adı kimi işlənib: “İndi bəzi erməni tədqiqatçıları təbliğ etməyə çalışırlar ki, Azərbaycan sözü və Azərbaycan dövləti olmayıb. Əslində bu iddialar yalan bir nəzəriyyə və böhtandır. Bu romanın əhəmiyyəti ondan barətdir ki, Səfəvi dövləti yaranmamışdan əvvəl onun ideologiyası ortaya qoyulub. Bu dövlətin hansı dini ideologiya əsasında yarandığı əsərdə əksini tapıb. Çox maraqlıdır ki, bəzi fars şovinistlərinin iddialarına görə, türklər ancaq vuruşmağı bilirlər. Amma burada göstərilir ki, türklər həm də İrfanın təlimini həyata keçirməyi bacarırlar. Səfiyyəddindən başlamış dövlət qurucusu Şah İsmayıla qədər olan dövr həmin bu təlimlərin-Səfəvi fəlsəfəsinin, Səfəvi ideologiyasının bəhrəsidir. Bi isə o deməkdir ki, Səfəvi dövləti nəzəri əsası olmadan yaranmayıb. Mənə elə gəlir ki, bu romanın əsas qayəsi budur ki, Səfəvi dövlətinin dini-ideoloji, elmi-fəlsəfi əsasları qədim Səfiyyəddindən gəlir, sonra Şeyx Cüneyddən keçir, sonra Şah İsmayılın atası Heydərdən keçir və bütün bu nəsil faciəvi şəkildə həlak olur. Bunların həlak olması bahasına Şah İsmayıl gəlib möhtəşəm bir dövlət qurur”.
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, Yunus Oğuzun tarixi romanları təkcə Azərbaycanda deyil, eləcə də bir sıra xarici ölkələrdə rəğbətlə qarşılanır: “Yunus Oğuzun tarixi romanları bir sıra gizli mətləblərə aydınlıq gətirir. Bu onun tarixi dərindən bilməsi ilə birbaşa əlaqəlidir. O, türk dünyası tarixinə dərindən yiyələndiyi üçün öz fikirləri ilə məclislərdə hamının diqqətini cəlb edir, hamını heyrətləndirir. İlk əvvəllər onun tarixi mövzularda publisistik əsərləri var idi. Sonradan bədii əsərlər yazmağa başladı və üç pyesi ərsəyə gəldi. Xüsusən, “Nadir şah” əsəri Azərbaycan tarixinin çox diqqətçəkən bir dövrünə həsr olunmuşdu və xeyli də maraq doğurdu, mübahisələrə səbəb oldu. “Nadir Şah” romanı Yunus Oğuzun bədii romançılığında ilk böyük uğurlarından biri oldu. Ondan sonrakı ədəbi fəaliyyətində də Yunus bəy yenə də tarixi biliklərini göstərdi, tarixi hadisələrə öz yanaşmasını ortaya qoydu”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, əməkdar jurnalist, yazıçı-publisist Səyyad Aran bildirdi ki, XX əsrin əvvəllərində Məmməd Səid Ordubadi, XX əsrin ortaları və sonlarında Fərman Kərimzadə Azərbaycan tarixindən bəhs edən tarixi romanlar yazmağı öz üzərlərinə götürmüşdülərsə, XXI əsrdə bu şərəfli yolu Azərbaycan ədəbiyyatında Yunus Oğuz davam etdirir: “Müasir oxucular Yunus Oğuz imzasını görəndə, adını eşidəndə ilk olaraq Azərbaycan tarixini yada salırlar. Yunus Oğuzun əsərlərində Orta Asiyada baş vermiş tarixi hadisələrdən tutmuş, bu günümüzə qədər olan hadisələr mühüm yer tutur. Tarixi əsərlər yazmaq bədiilikdən başqa, həm də tətqiqatçılıq tələb edir. Yunus Oğuz bunun öhdəsindən ustalıqla gəlir. O əsərlərinə ədəbiyyatşünas filoloq həssaslığı ilə yanaşır.
Alim həmçinin qeyd etdi ki, Yunus Oğuz üslubu və dili hər bir oxucunun rahat anlayacağı və dərk edəcəyi tərzdədir”.
Sovetlər dövründə yazılan tarixi əsərlərin başqa səmtdə olduğunu diqqətə çatdıran Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, Əjdər Ol qeyd edib ki, tarixlə bağlı əsər yazmaq olduqca çətindir. Çünki, arxiv, kifayət qədər məlumatlar, şahidlər var. Belə bir şəraitdə tarixi əsər yazmaq dərin tarixi bilik tələb edir: “Yunus Oğuz Nadir şahdan başlayaraq geriyə qayıtdı. Yaxşı olardı ki, tarixi əsərlər yazılarkən ardıcıllıq olsun. Hesab edirəm ki, gələcək fəaliyyətində Yunus Oğuz bu amili də nəzərə alacaq”. Onun sözlərinə görə, Yunus Oğuzun romanları maarifçi, öyrədici, təxəyüllü əsərlərdir. Bu baxımdan həmin əsərlər gənc nəsil üçün əhəmiyyətlidir: “Səfəvi Şeyxi” romanının bədii tərəfi sənətkarlıqla işlənib. Odur ki, sərbəst və rahat oxunur, asan anlanılır. Hesab edirəm ki, belə silsilə tarixi əsərlərin davam etdirilməsinə ehtiyac var”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu gün bir-iki dəyərli yazarımızı çıxmaq şərti ilə bizim tariximiz demək olar ki, yiyəsizdir: “Ermənilər olmayan tarixlərindən qalaq-qalaq kitablar yazırlar. Ruslar öz tarixlərində çox zaman olmayan hadisələri qeyd edirlər. Amma bizdə bu qədər zəngin tariximiz haqqında kitablar, romanlar demək olar ki, yazılmır. Bu gün tariximizi qloballaşan dünyada təqdim etmək bizim ən böyük nailiyyətimiz, uğurumuz ola bilər. Zəngin tariximiz ola -ola biz bu məsuliyyətli və qürurverici işdən çox vaxt yayınırıq. Biz öz tariximizə yetim baxmamalıyıq”.
Əhməd Qəşəmoğlu təəssüflə qeyd etdi ki, Yunus Oğuz bu ağır yolda tək addımlayır: “Müstəqillik əldə etdikdən sonra Yunus Oğuz tariximizin dərin qatlarına vararaq bu şərəfli missiyanı öz ciyinlərinə götürüb. Yunus Oğuz çox böyük və məsuliyyətli işlə məşğuldu. Bu gün hər kəs türk dövlətlərinin birliyindən, turançılıqdan bəhs edir. Bu birlik maddi dəyərlər deyil, zamanla mənəvi bağlar, tarixi dəyərlər əsasında yaranır. Bu müqəddəs və şərəfli yolda Yunus bəyi sevməyənlər hər zaman ona mane olmağa çalışsalar da, ö qətiyyət və cəsarət nümayiş etdirərək silsilə şəkildə tarixi romanlar yazmağa davam edir. Bu qürurlu və uğurlu yolda ona ancaq uğurlar arzulamaq olar”.
Yunus Oğuz: “Tarix gələcək üçün bir işıqdır”
Modern.az saytı Azərbaycan ədəbiyyatında yazılan tarixi romanların keyfiyyəti ilə bağlı polеmika yaradıb. Polemikaya qoşulanlar maraqlı məsələlərə toxunublar. Bu dəfə mövzu ilə əlaqədar tarixi roman yazarı, publisist Yunus Oğuzun müsahibəsini təqdim edir:
– Ədəbiyyatda tarixi roman nə üçün vacibdir?
– Tarixi roman bu günümüzə işıq salır. Məsələn, XVI, yaxud XVII-XVIII əsrlərdə yazılan tarixi məsələlər indi də aktualdır. Vergi məsələsi və digər məsələlər var ki, dünyanın müxtəlif ölkələrinə baxanda da o sahədə oxşar problemlərin olduğunu görürsən. Siyasi məsələlərdə də bunu görmək olar. Tarixə baxanda görürsən ki, o, gələcək üçün bir işıqdır. Tarixi öyrənmək gələcəyimizə işıq salar. Keçmiş hadisələrdən dərs alıb kifayət qədər o səhvləri etməməyə çalışmalıyıq.
– Tarixi romanlar əsasən hansı meyarlara söykənməlidir?
– Əgər tarixi roman yazırsansa, burada, təbii ki, xronoloji ardıcıllıq mütləq olmalıdır. Əsas məsələ isə əsərin ideyasıdır. Öncə ideyanın necə çatdırılmasına diqqət yetirmək lazımdır. Əsəri ələ alanda bilməlisən ki, onun ideyası nədir.
– İndi yazılan tarixi romanlarda iki qüsur gözə dəyir. Birinci bədii təxəyyül amilinin zəifliyi, ikinci tarixi gerçəkliklərin təhrifi. Siz də bir tarixi roman yazarı kimi bu məsələlərə necə yanaşırsınız?
– Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə, münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz.
– Deməli, əsərin bədii dəyəri ikinci plana düşür?
– Xeyr, müəllif romanını yazır. Yazmağında məqsəd nədir? Roman xatirinə roman yazacaqsansa, o romanın keyfiyyəti olmayacaq. Azərbaycanda bəziləri bu cür yazır. Hətta dünya ədəbiyyatında da bu kimi hallar var. Görürsən ki, belə əsərin keyfiyyəti olmur.
– Başdan-ayağa rəqəmlərə, xronikalara söykənmək əsərin bədii dəyərinə ziyan vurmur?
– Təbii vura bilər. Amma burada digər cəhəti də demək istəyirəm. Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burada ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan, sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul edilmir. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki! Mən müasir insanlar üçün yazıram. Dili başa düşən insanlar üçün yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində müasir sözlərdən imtina edərək onları yeni variantları ilə əvəzləyiblər. Mən də hiss etdim ki, mən getdiyim yol daha oxunaqlıdır.
– Başqa hansı meyarlara görə əsərləriniz tənqid olunub?
– Deyim sizə ki, mənim əsərlərim haqqında çox insanlar yazıb. Nizami Cəfərov, Şamil Vəliyev və bir çox adamlar. Amma heç biri tarixi gerçəkliyin təhrifi, xronoloji ardıcıllığın pozulması ilə bağlı nöqsanlar bildirməyiblər. Çünki olsa idi, düzəldərdilər. “Nadir şah” əsəri 5 dəfə nəşr olunub, digər roman iki dəfə. Olsaydı, əgər belə səhvlər mütləq düzəldilərdi.
– Modern Azərbaycan ədəbiyyatında yazılan hansı tarixi romanları bəyənirsiniz?
– Elçin Hüseynbəylinin Şah Abbasa aid olan romanı. Düzdür, orada Şah Abbas tənqid olunmuşdu, amma sonra düzəlişlər aparıldı. Sabir Rüstəmxanlının “Göy Tanrısı”.
Amma orta əsrlərə həsr olunmuş bəzi əsərlər var ki, onları oxudum, əsərin məqsədi nədir, onu başa düşmədim.
– Konkret hansı əsəri nəzərdə tutursunuz?
– Mən bir neçə əsəri nəzərdə tuturam. Əsas olan romandakı məqsəddir. Burada söhbət qlobal məqsəddən gedir. Qlobal məqsəd yoxdursa, tarixi romanı yazmağa dəyməz.
– Sizin şamanizmə vurğunluğunuz da məlumdur.
– Sufizmin kökü şamanlıqdan gəlir. Orada Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdir ki, hər kəsdə olmur.
– Sizdə bu elmlərdən təsirlənmə və onlardan əxz olunan xüsusi qeyri-adi bacarıq varmı?
– Təbii ki, var. Amma onu danışmağa ehtiyac yoxdur. Çünki hamı üstümə tökülər. (gülür)
– Bütün bunlar barədə, qeyri-adi bacarığı əks etdirəcək tarixi roman yazmaq fikriniz varmı?
– Bunun üçün gərək tarixə düşəsən, Yunus Əmrənin yanında dərs keçəsən. O yolları təzədən keçəsən, bu çox ağırdır. Yunus Əmrənin bir şeiri var.
Təriqət şəriət yoludur, varam
Mərifət, həqiqət ondan içəri.
Süleyman quş dilin bilir deyirlər,
Süleyman var, Süleymandan içəri.
Biz də öz içimizə girməliyik, o yolları təzədən keçməliyik. Amma çox təəssüflər ki, hazırkı dövr onlara imkan vermir. Gündəlik həyat qayğıları bunun qarısını kəsir. Amma zaman-zaman özümlə tək qalıram və çalışıram ki o yolları keçim və bu da məndə alınır. Tranformasiya alınır.
Comments are closed, but trackbacks and pingbacks are open.