Press "Enter" to skip to content

Terror və təxribatlar İran-Ermənistan qardaşlığının ortaq təməlidir – Cəlil Xəlilov

Dahi yazıçı Qabriel Qarsia Markes özündən əvvəlki dünya yazıçılarının təcrübəsindən, xalqın mifoloji yaddaşından, ayrı-ayrı millətlərin tarixindən faydalanaraq, 1967-ci ildə yazdığı dünya Şöhrətli ―”Yüz ilin tənhalığı” romanı ilə Latın Amerika tarixində bir çevriliş etdi və bu məhşur romanına görə Nobel mükafatına layiq görüldü. “Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər dərəcədə təzahür edən tənhalıq hekayətidir. Romanda tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri, həqiqətən mifik xarakter daşıyır. Eləcə də, Buendia ailəsinin bir neçə nəslinin tarixçəsinin özü və bununla yanaşı onun xarakterik xüsusiyyətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların talelərinin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Romanda o, Makondonun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəslin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Romanda həmçinin mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qurmalarda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aşkar fantastik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gülüşü də parodiya vasitəsidir. Latın amerikan nəsrinin mifyaradıcı ―möcüzənin reallığı, ―magik realizm romanda Amerikanın təkrarsız simasının yaradılmasının vacib vasitəsi və eyni zamanda özünə bir parodiya kimi çıxış edir. Mifoloji elementlərə bağlılıq, bu romanda artıq yeni mərhələyə keçid alır, realizmin yeni bir qolu olan magik realizmə təkan verir. Mövzu məhz elə bu səbəbdən dünya ədəbi tənqidinin, elecə də Azərbaycan ədəbiyyatşünaslığının diqqətindədir. Makondanın yığcam-məhdud keçmişi çərçivəsində real tarixi hadisələr bir başa Buendia ailəsi üzvlərinin iştirakı ilə milli adətlərin modeli fonunda reallaşır (liberallar və konservatorlar arasında olan iyirmi illik müharibə, Banan kompaniyasının qiyam edən üç min fəhləsinin güllələnməsi, şəhərin böyüməsi və orada ilk kinoteatrın, dəmir yolunun, buz fabrikinin yaranması), mifoloji (canlı insanlarla ölmüş insanların ruhlarının mövcudluğu, Makonda da əbədi Cuhudun (yəhudilərə nifrətlə verilən ad) peyda olması, beş illik yağış-bütün dünyanın su altında batması, quşların ölümü və Makondanın qasırğa nəticəsində dağılması), alleqorik (Xose Arkadio tərəfindən bir yaşayış yerinin çərçivəsi daxilində həyata keçirilən elmi inkişaf və coğrafi açıqlamalar), məişət (Ursula tərəfindən təşkil edilən nəhəng evə qaraçıların illik gəlişi, bayramlar, toylar, ad günləri, ölümlər və dəfn mərasimləri). Tədqiqatçılar ―”Yüz ilin tənhalığı”nın qəhrəmanlarının prototipi haqqında çox yazmışlar. Güman ki, gerçəklik romanın yazılması üçün bir materialdır, ancaq onun bədii mənası romanın yaranmasına gətirib çıxara bilərdi. Bu mənada Maurisio Babilyonun sarı kəpənəklərlə olan epizodu nümunəvidir-fantastik epizoddur: harada qəhrəman peyda olursa onu sarı kəpənəklər əhatə edir. ―”Burada heç bir fantastika yoxdur”. Bu Q.Markesin həyatında baş verən real hadisə idi. Məhz elə bu səbəb də onun kitabının yaranması üçün olan ədəbi bir addım idi. Bir sözlə real olaraq mövcud faktın poetik dərk edilməsi baş verir. Elə bunu Qabriel Markes Magik realizm adlandırır. O, ―”Mən çox şeyi ilk dəfə sizə deyirəm” məqaləsində yazır: ―Mən fikirləşirəm ki, Magik realizm tərəfdarlarına yeganə olaraq bir şey etmək lazımdır-sadəcə olaraq reallığa inanmaq, izaha cəhd etməmək onun üçün ki, onlar həqiqətəndə belə bir realizmin tərəfdarıdırlar‖ [2,s.61]. Ancaq romanın ən fantastik qəhrəmanı-Amazoniya bataqlığında ölmüş, sonradan təmamilə təbii olan, darıxmışam bəhanəsi ilə qayıdan qaraçı Melkiades surətidir. Bundan sonra o özünü bütövlükdə yeganə məşğələsi olan-Buendia nəslinin və Makonda şəhərciyinin sonrakı taleyinin deməyə həsr edir. Çili ədəbiyyatşünası olan Ariel Dorfman Melkiadesi mədəniyyət yayan Prometey adlandırır. Bu iki personaj arasında olan oxşarlıq funksiyaları doğrudan da müşahidə edilir.
Romanda Q.Q.Markes qəsdən nəsillər arasına fərq qoymur, onları bir-birindən ayırmaq da əbəsdir çünki, birincidən tutmuş axırıncı Buendiaya qədər, yüz il ərzində bir-birini əvəz edən altı nəsil Xose Arkadio Buendia və Aurelianoların hamısı bir-birini tamamlayır, xaraktecə bir-birinə oxşayır, ancaq hərə öz həyat tərzi və taleyi ilə, dünyaya gəlməyi və dünyadan getməyi ilə bir-birindən seçilir. Lakin, Q.Markesin son dərəcə böyük ustalığı ondan ibarətdir ki, birincidən tutmuş sonuncusuna qədər Buendialar hamısı bir-birinə oxşayır, sanki biri o birisinin nüsxəsidir. Bunları da bir-birinə bağlayan polkovnik Aureliano Buendiadır. Yazıçı Aureliano obrazının üzərinə xarakteri ilə yanaşı, bir sıra rəmzi elementlər də yükləyir. Aureliano hara ayaq basırsa, onun mühafizəçiləri sərkərdənin dövrəsində təbaşirlə çevrə cızır, ona bir neçə addım belə yaxınlaşmağa qəti qadağa qoyurlar. Polkovnik Aureliano Buendia çevrənin ortasında dayanıb dilucu əmrlər verir, ölkənin, kimlərinsə taleyini bir göz qırpımında özü həll edir. Q.Markesin təxəyyülü bitib-tükənmək bilmir və o, hər şeyi absurd səviyyəsinə çatdırmağı da özünə borc bilir. Aureliono Buendianın əmrləri ağzından çıxmamış hətta ağlına belə gəlməmiş yerinə yetirilir. Buna baxmayaraq, o, nəhayət anlayır ki, yaşadığı həyat tamamilə mənasızdır. Əvvəlki peşəsinə-zərgərliyə qayıdan Aureliano gecə-gündüz öz otağına qapılıb oturur, heç kəslə və heç nəylə maraqlanmır. Hökumət onun qapısında nəzarətçi qoyub ki, polkovnik bir daha qiyam qaldırmaq fikrinə düşməsin. Əslində isə, Aureliano artıq bir həqiqəti dərk edir ki; insanın dünyaya gəlməyi, həyatı eləcə də ölümü özündən asılı deyil. Və hər kəs istər bir gün olsun, istər yüz il-həyatda tək-tənhadır. Ursulanın qorxusu isə hələ ki, öz təsdiqini tapmayıb, anadan olan Buendiaların hər biri, istər kişilər, istər qadınlar sap-sağlamdır, əlləri-ayaqları yerindədir. Xose Arkadio və Aureliano, qızı Amaranta, qızlığı Rebeka. Onların taleyi müxtəlif, xarakterləri tamamilə bambaşqadır. Bu müxtəliflik içərisində əsas oxşarlıq-Buendiaların hamısının tənhalığa olan meylidir. Bu keyfiyyət isə az qala irs kimi bir nəsildən digərinə ötürülür. ―”Yüz ilin tənhalığı” romanında təəccüb doğuran məqam obrazların hər birində mənlik və qürurun olmasıdır. İlk Buendiadan tutmuş axırıncısına kimi heç biri çətinlik qarşısında əyilmir, ölümdən zərrə qədər çəkinmirlər. ―”Yüz ilin tənhalğı” romanında iyirmiyə qədər obraz mövcuddur ki, bütün ömrünü əvvəldən-axıra qədər romanda yaşayır. Maraq doğuran cəhət ondadır ki, hər bir obraz Q.Markesin uşaqlıq xatirələri ilə səsləşir. Məsələn, Q.Markesin dünyadan cavan köçmüş, gözəl-göyçək xalası iki obrazın başlanğıcında dayanır-gənc Remediosla, Gözəl Remediosun. Amaranta yazıçının o biri xalası kimi özü üçün kəfən biçir, tikib qurtarandan sonra ölür. Q.Markesin babasının hərb xatirələri də, ―”Yüz ilin tənhalğı” romanının sujetinə əlavə edilir. Polkovnik Aureliano Buendianın hər yürüşündən qalma. on yeddi qeyri-qanuni oğlu eynilə babasının müharibədəki eşq macəralarına işarədir. Babasının da hardasa, kimdənsə doğulan uşaqları o cür ata evinə gəlib çıxar, qonaq qalıb gedərmişlər. Əsərlə real həyatdakı adlar, hadisələr arasındakı digər əlaqələr (misal üçün: dünyaya ―”donuzquyruqlu” uşaq gətirən Amaranta Ursula istəyir ki, iki sağlam oğlu olsun, adlarını da əvvəlcədən qoyur və bu Q.Markesin real həyatdakı oğlanlarının adlarıdır – Rodriqo və Qonsalo. Hardasa ötəri olaraq romandan keçən aptekçinin qızının adı – Mersedes Barça – Q.Markesin həyat yoldaşının adının eynidir) göz önünə gəlir. Lakin, ad və soyadlar real həyatdan götürülsə də, onların demək olar ki, heç biri real xarakter daşımır. Əlbəttə ki, əsərdə gerçəklik var, amma bu tamamilə fərqlidir. Belə baxış ilk növbədə obrazların hərəkət və davranışlarında, romanın ayrı-ayrı motivlərində özünü qabarıq şəkildə biruzə verir. Dua etmə, xristianlığa olan inamın bariz nümunəsi olaraq, biz Buendiaların evində axtarış edilən səhnəni göstərə bilərik. İkinci Arkadionu əsgərlər axtarırlar. Anası onu Melkiadesin otağında gizlədir. Əsgərlər otağa girəndə ikinci Arkadionu görürlər. Buna baxmayaraq hadisə sülh şəklində bitir. Səbəb odur ki, əsgərlər Ursulanın otağına keçəndə o yatağında uzanıb barmaqlarını xaç şəklində qatlayıb, əsgərlərin addımladığı yerə tutmuşdu. Və bu onu sübut edir ki, Buendialar nəslində əxlaq problemli olsa da, onların bəzi üzvlərində dinə inam daha güclüdür. Məhz bu inamın sayəsində hadisə sülh şəratində bitir. Ursulanın dinə olan inamını biz digər bir epizoda da görə bilərik. Ölümündən əvvəl Ursula iki gün uzun surən duaya başladı. Tanrıya və ev əhlinə müraciət etdi: ―”Qırmızı qarışqaları qırın, yoxsa onlar evi uçuracaqlar, qoy Remediosun daqerrotipinin qarşısındakı çıraq sönməsin, qoy Buendialardan heç kim qohumla evlənməsin, yoxsa uşaqları donuz quyruğu ilə doğulacaq” [3,s.382]. Dinə inamı özündə ehtiva edən digər bir şəxs isə Fernandadır. İkinci Aurelianonun arvadı olan Fernanda Ursulanın evinə gələn zaman biz onun dinə olan sonsuz inamına şahid oluruq. Əgər əvvəl Buendiaların qapısının girəcəyində aloe və sünbül dəstəsi asılırdısa, Fernanda onları İsanın şəkli olan ürək şəkilli lövhəciklə əvəz edir. Q.Markesdə olan hər bir dərdin də, gülüşün də əsasında təklik dayanır. Elə bu səbəbdən Q.Markesdəki hər bir elementin üzündən əlavə, onun da astarını da görürük. Q.Markesin diliylə desək, ―”Gerçəkliyin astar üzünə çevirə bilən, bu astar üzünün necə olduğunu göstərən roman ideal romandır” [1,s.41]. Heç şübhəsiz ki, ―”Yüz ilin tənhalğı” da ideal romanlardan biridir. Ondakı bütün obrazlar rəmzidir, tragikomikdir. Həm son dərəcə ciddidir, həm də qeyri-ciddidir. Ədəbiyyat 1.Markes Q.Q. tərcüm. Mövlud G. ―Yüz ilin tənhalığı. Bakı, 2016, s. 467 2.Məsud A. ―Q.Q.Markesin seçilmiş əsərləri. Bakı, 2010, s. 671 3.Nərimanoğlu K. ―Markesin ölümünə ağı Ramida Mirzəfərova

“Yüz ilin tənhalığı” romanında obrazlar sistemi

Terror və təxribatlar İran-Ermənistan qardaşlığının ortaq təməlidir. Bu, İranla Ermənistan arasında dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir.

Day.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib.

Hər iki ölkənin Azərbaycana yönələn terrorçu fəaliyyəti ilə diqqət çəkdiyini vurğulayan polkovnik bildirib: “Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti otuz il davam edib və 44 günlük Vətən müharibəsi ilə nəticələnib. Azərbaycan müharibə nəticəsində işğal altındakı torpaqlarını azad edib, ərazi bütövlüyümüz təmin olunub. Lakin müharibədən iki ildən çox vaxt ötsə də, Ermənistan terror və təxribatlarından əl çəkmir.

Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən İran Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv münasibət bəsləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və digər məsələlər İranın ölkəmizə qarşı məkrli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsini ifşa edib. DTX tərəfindən deşifrə edilən İran casuslarının çoxluğu rəsmi Tehranın ölkəmizə düşmən münasibətinin göstəricisidir. İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və digər adlar altında həyata keçirməyə çalışıb”.

Comments are closed, but trackbacks and pingbacks are open.