Press "Enter" to skip to content

İbayev Zabil – Kompüter Şəbəkələri

Etibarlılığın aşağı olması. Çünki şəbəkənin fəaliyyəti mərkəzi kompüterdən asılıdır. Əgər mərkəzi kompüter sıradan çıxarsa onda bütün şəbəkə siradan çıxmış olacaq. Şəbəkənin baha başa gəlməsi. Belə ki, hər bir kompüteri şəbəkəyə qoşmaq üçün ayrıca xətt lazımdır.

Kompüter şəbəkələri

Kompüter şəbəkələri- bir-biri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdir. Hansı ki bu kompüterlər arasinda informasiya mübadiləsi və resurslardan birgə istifadə etmək mümkündür. Kompüter şəbəkəsi çoxlu sayda kompüterləri özündə birləşdirən verilənlərin ötürülməsi mühitidir.

Növləri

Bütün elektron hesablama şəbəkələri miqyaslarına görə üç növə bölünürlər:

Lokal hesablama şəbəkəsi – LAN(Local Area Network) aralarına coğrafi məsafəsi az olan kompüterlər arasında yaradıla bilir. Bu şəbəkə növü adətən hər hansı bina daxilində və ya bir neçə bina arasında qurulur. Belə ki, kompüterlər arasında məsafə 10-15 km-dən çox olmamalıdır.

Regional hesablama şəbəkəsi – bu şəbəkə aralarındakı məsafə 10-100 km olan kompüterlər arasında qurula bilir. Bunlara rayon və şəhər şəbəkələrini aid etmək olar.

Qlobal hesablama şəbəkəsi -WAN(Wide Area Network) geniş coğrafi əraziləri əhatə edən, özündə çoxlu sayda lokal şəbəkələri və telekomunikasiya qurğularını birləşdirən şəbəkə növüdür. Daha çox tanınmışlarına Internet, Fido, Sprint, Relcom göstərmək olar.

Lokal hesablama şəbəkəsi:

  • Şin topologiyası
  • Ulduz topologiyası
  • Halqa topologiyası

Şin topologiyası:

Şin topologiyası tətbiq olunmuş şəbəkələrdə bütün müştəri kompüterlər verilənlərin ötürüldüyü ümumi bir kanala qoşulurlar.

Üstün cəhətləri:

Şəbəkədəki informasiyalardan hər bir kompüter istifadə edə bilər. İşçi stansiyaları bir-birlərinə mane törətmədən şəbəkəyə qoşmaq və ya ayırmaq olar. Şin topologiyası üzərində qurulmuş şəbəkə daha ucuz başa gəlir. Şəbəkə yüksək dayanıqlılığa malikdir. Belə ki, işçi stansiyalar bir-birlərindən asılı deyillər.

Mənfi cəhətləri:

Verilənlərin ötürülməsi aşağı sürətlə baş verir. Şəbəkənin işləmə sürəti şəbəkəyə qoşulmuş kompüterlərin sayından asılıdır. Belə ki, kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır. Bu cürə şəbəkə növündə informasiya təhlükəsizliyi daha aşağı səviyyədədir. Çünki hər bir kompüterin digər kompüterlərdəki informasiyaya müdaxiləsi mümkündür.

Ulduz topologiyası ​:

Ulduz topologiyası tətbiq olunmuş şəbəkədə işçi stansiyalar arasında informasiya mərkəzi kompüter tərəfindən idarə olunur. Mərkəzi kompüterin yerinə server və ya konsentrator yəni hub ola bilər.

Üstün cəhətləri:

Şəbəkə yüksək ötürücülük qabiliyyətinə malikdir. Belə ki, informasiya mərkəzi kompüter tərəfindən idarə olunaraq ötürülür. Verilənlərin ötürülməsi zamanı toqquşma baş vermir. Çünki hər bir kompüter serverə ayrıca kanalla birləşdirilib.

Mənfi cəhətləri:

Etibarlılığın aşağı olması. Çünki şəbəkənin fəaliyyəti mərkəzi kompüterdən asılıdır.

Əgər mərkəzi kompüter sıradan çıxarsa onda bütün şəbəkə siradan çıxmış olacaq.

Şəbəkənin baha başa gəlməsi. Belə ki, hər bir kompüteri şəbəkəyə qoşmaq üçün ayrıca xətt lazımdır.

Halqa topologiyası:

​ Halqa topologiyasında bütün kompüterlər halqa formasinda qapanmış xəttə qoşulurlar. Siqnallar halqada bir istiqamət üzrə ötürülür və hər bir kompüterdən keçir. Bu cürə şəbəkədə informasiya bütün kompüterlərdən keçir o vaxta qədər ki, informasiyanın ötürüləcəyi ünvan qəbuledicinin ünvanı ilə eyni olsun.

Üstün cəhətləri:

İnformasiyanın ötürülməsi çox effektiv həyata keçirilir. Belə ki, bir informasiya ötürüldükdən sonra növbətisini ötürmək olar. Şəbəkə geniş ərazini də əhatə edə bilər, bunun üçün əlavə siqnal gücləndirici lazım deyil.

Mənfi cəhətləri:

Etibarlılığının aşağı olması. Çünki bir kompüterin siradan çıxması bütün şəbəkənin sıradan çıxmasına gətirib çıxarır.

Yeni müştəri kompüterin şəbəkəyə qoşulması üçün bütün şəbəkə dayandırılmalıdır. Müştəri kompüterlərin sayı çoxaldıqca şəbəkənin işləmə qabiliyyəti də zəifləyir. Şəbəkənin ümumi işləmə keyfiyyəti ən zəif kompüterin işləmə keyfiyyəti ilə uyğunlaşdırılır.

Onu da qeyd edə ki, yuxarıda sadalanan əsas növ topologiyalardan əlavə onların qarışığından da istifadə olunur.

Lokal şəbəkənin növləri:

​ Lokal şəbəkələrin iki növü var: 1) eynisəviyyəli LKŞ, 2) müştəri-server şəbəkəsi.

Eynisəviyyəli LKŞ-də bütün kompüterlər bərabər hüquqa malikdir. Və istifadəçi istənilən vaxt öz kompüterindəki informasiyaya girişi ləğv və ya bərpa edə bilər. Hər bir kompüter arxasında əyləşən istifadəçi bütün digər kompüterlərdəki resurslardan istifadə edə bilər.

Bunlara baxmayaraq bu cürə LKŞ-si növünün çatışmamazlıqları da mövcuddur. Bunlara aiddir: şəbəkəyə qoşulan kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır, vahid informasiya bazasının olmaması, vahid informasiya təhlükəsizlik sisteminin olmaması və şəbəkənin işləmə səviyyəsinin kompüterlərin işindən asılı olması.

Müştəri-server tipli şəbəkələrdə isə əsas mərkəzi kompüter server olur. Bütün informasiyalar məhz serverde saxlanılır və emal olunur. Buna görə də bu şəbəkə növü yüksək işləmə keyfiyyətinə malikdir. Amma mənfi xüsusiyyəti kimi qeyd etmək lazımdır ki, server-müştəri tipli şəbəkəni yaratmaq və işlətmək üçün küllü miqdarda maliyyə dəstəyi olmalıdır.

Regional şəbəkələr də informasiyanın ötürülməsi funksiyasını yerinə yetirirlər. Regional şəbəkələr bir neçə lokal şəbəkəni özündə birləşdirir.

İbayev Zabil – Kompüter Şəbəkələri

Kitab İbayev Zabil Vəfaddin oğlu tərəfindən hazırlanmışdır. Bu kitab kompüter şəbəkəsinin yarandığı dövrdən indiyə qədər ki şəbəkə texnologiyalarını əhatə edir. İnternetdən yığılan məlumatlar əsasında hazırlanmış kitabın yaranma səbəbi Azərbaycan dilində şəbəkə texnologiyalarını öyrənmək üçün materialların ya az olması ya da heç olmamasıdır.

Kitabı çap edərək, sataraq qazanc əldə edilməsinə Zabil İbayev Vəfaddin oğlu tərəfindən icazə verilmişdir. Tək bir şərtim var. Əgər hər hansı bir yerdə kitabdan sitat gətirilərsə Zİ-N şəklində kitabın adı göstərilsin və heç bir dəyişiklik edilməsin. Sizə uğurlar diləyirəm və kitaba uyğun bir atalar sözünü nəzərinizə çatdırıram.

Kompüter şəbəkələrinin keçmişi və bu günüKompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkəharada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar.Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiyamübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədinbütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işirahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üzqabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefinkompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyunklublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər.Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarınınüzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər. İstəyirəm bir az əvvələ qayıdıb ilkşəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim.60-cı illərdə kompüter deyiləndə ağıla böyük mainframe(meynfreym)-lər gəlirdi. Əlbəttə kimainframe-lər indiki kompüterlərlə müqayisə oluna bilməzlər. Onların nə monitoru, nə dəklaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.