Press "Enter" to skip to content

Mövzu 1: GİRİŞ, ÜZVİ Kİmyanin məQSƏDİ,VƏZİFƏLƏRİ, yaranma tariXİ, NƏZƏRİ Əsaslari

maddə karbomid aldı:

Z.qarayev qeyri uzvi kimya baki 1985

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtaha. Fev 17, 2023 | 09:30

Elan. Fev 16, 2023 | 14:00
AMEA-nın Ümumi yığıncağı keçirilib. Mart 17, 2023 | 11:34
AzTU-nun 060649 “Ekologiya mühəndisliyi” ixtisaslaşması üzrə təhsil al. Mart 09, 2023 | 15:00
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şöhrət” ordenli, görkəmli ki. Mart 07, 2023 | 17:00
Kataliz və Qeyri-üzvi kimya İnstitutunda Ulu Öndər Heydər Əliyevin ana. Mart 06, 2023 | 17:00
İnstitutda 8 mart – Beynəlxalq Qadınlar günü qeyd olundu. Mart 06, 2023 | 15:00
Kataliz və Qeyri-üzvi kimya İnstitutunda Ulu Öndər Heydər Əliyevin ana. Mart 06, 2023 | 18:00
AMEA-nın Kimya Elmləri Bölməsi 2022-ci ildəki fəaliyyətinə dair hesaba. Yan 24, 2023 | 14:53
Kimya Elmləri Bölməsinin illik Ümu­­mi yığıncağı keçirilib. Dek 29, 2022 | 16:00
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Anım günü ilə bağlı tədbir ke. Okt 03, 2022 | 14:57
2022-ci ildə AMEA-nın magistratura pilləsindən 53 məzun olub. İyl 20, 2022 | 14:14
Faydalı linklər

Ünvan:&nbsp&nbspAZ1143, Azərbaycan Respublikası,
&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp Bakı ş., H.Cavid pr., 113

Tel:&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp(+994 12) 5399382,
&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp(+994 12) 5393871
&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp(+994 12) 5397756

Fax:&nbsp&nbsp&nbsp&nbsp&nbsp&nbsp(+994 12) 5108593

  • Leadership
  • Structure
  • Requisities of the Institute
  • The basic scientific directions
  • Seminars & Conferences
  • The doctoral degree cource
  • Reports
  • Web Services
  • DEsign Services
  • Printing and Publishing
  • Education
  • E-Library
  • Web Services
  • Laws
  • Decrees
  • Orders
  • Declarations & Conventions
  • Regulations & Rules
  • About the Institute
  • Education Centre
  • Seminars & Conferences
  • The doctoral degree cource
  • Reports

Mövzu 1: GİRİŞ, ÜZVİ Kİmyanin məQSƏDİ,VƏZİFƏLƏRİ, yaranma tariXİ, NƏZƏRİ Əsaslari

1. Üzvi kimyanın predmeti, məqsəd və vəzifələri. Başqa elmlərlə əlaqəsi.

2. Üzvi kimyanın inkişaf tarixi. Dünya və Azərbaycan alimlərinin rolu.

3. Üzvi kimyanın inkişafında nəzəriyyələr

a) Tiplər b)Radikallar c) Quruluş nəzəriyyələri

4. Üzvi reaksiyaların getmə şəraiti və mexanizmi.

5. Üzvi birləşmələrin təbii mənbələri.

6. Üzvi birləşmələrin təsnifatı.

Üzvi kimya tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir

elmdir.Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər

elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ

gətirən əsas dörd elementdir (O, H, N, C). Bu

Aristotel nəzəriyyəsi ilə üst-üstə düşür.

Bunlara orqanogen elementlər deyilir. Hazırda müəyyən edilmişdir ki, üzvi

birləşmələrin tərkibində s, p və digər elementlərdə rast gəlinir. Üzvi kimya-nın əsas

məqsədi canlı orqanizmi təşkil edən əsas üzvi birləşmələrin tərkibini öyrənmək və

yeni dərman preparatları və yeni əmələ gələn və müalicəsi mümkün olmayan

xəstəliklərin müalicəsini tapmaqdır.

Üzvi kimyanın inkişaf tarixini bir neçə dövrə bölünür:

I dövr-emperik dövr bu dövr on mil il bundan əvvələ gedib çıxır. Bu

dövrdə qədim insanlar bir çox üzvi maddələri almış və istifadə etmişlər(spirtli

içkilər, sirkə, bir çox boyaqlar-

indiqo alizarin

və s.). Sonralar orta əsrlərdə

əlkimyaçılar təmiz halda bəzi maddələri almaq üsullarını kəşf etdilər. Birinci dövr

XVI əsrə gədər davam etmişdir.

II dövr- atom molekulu anlayışları dövrü Lomonosov, Laplas dövrü

XVIII əsrdə bir çox üzvi maddə alınmışdır. 1773-ci ildə

Rull saf karbomid əldə etdi.

Şeele təmiz halda – üzüm, limon, alma və bir çox mad-dələri

Berselius canlı və cansız aləmin kimyəvi elementlərdən təşkil olun-

duğunu sübut etdi və bununlada o vaxta qədər mövcud olan vitalist nəzəriyyəyə son

Völer qeyri-üzvi maddə olan ammonium-sianatdan qızdırmaqla üzvi

maddə karbomid aldı:

1845-ci ildə alman alimi

A.Kolbe ağac kömüründən S, Cl və sudan üzvi maddə

olan sirkə turşusu aldı. 1851-ci ildə

P.Bertlo süni yolla benzol naftalin sintez etdi. O,

1860 ildə qliserin yağ turşusundan yağları sintez etdi.

III dövr-sintez və quruluş nəzəriyyəsi dövrü adlanır- Bu dövr XIX əsrin

ortalarından başlayaraq 1920-ci ilə qədər davam etmişdir. Artıq bu dövrdə bir çox

üzvi maddələrin alınma üsulları müəyyən edilmiş yeni tədqiqat üsulları tapıl-mışdır.

IV dövr 1920-ci ildən zamanəmizə qədər olan dövrü əhatə edir-Bu dövr

neftin krekinqi, daş kömürün quru destilləsi, təbii və süni qazların kimyada geniş

istifadəsi, onlardan alınan bir çox maddələrin süni və sintetik liflər, plastik maddələr,

Üzvi kimyanın inkişafında aşağıdakı nəzəriyyələr mövcud olmuşdur:

1. Radikallar nəzəriyyəsi-Üzvi kimyada ilk nəzəriyyədir. Bu nəzəriyyənin əsas

Y. Libix və F.Völerdi (1832). Onlar müəyyən etmişlər ki, bir çox atom

qrupları dəyişmədən kimyəvi reaksiyalar zamanı birləşmədən digərinə keçir,

Onlar belə güman edirdilər ki, üzvi birləşmələr radikallardan, q/üzvi

birləşmələr isə atomlardan təşkil olunmuşlar. Bu nəzəriyyənin köməyi ilə bir çox yeni

radikallar alınmış və yeni birləşmələr öyrənilmişdir.

Ancaq nəzəriyyənin nöqsan cəhətləri çoxdur. Belə ki, onlar radikalları

atomlara oxşadırlar. Radikalların sərbəst yaranmasını sübut etməyə çalışırdılar. Lakin

yeni faktlar sübut etdi ki, radikallar sərbəst yaşaya bilmir. CH

etanın alınması ilə nəticələnirdi. Bundan başqa fransız kimyaçısı

J.Dyuma aşağıdakı reaksiya ilə radikallar nəzəriyyəsini alt üst etdi:

Bu kimi faktlar əsasında radikallar nəzəriyyəsi öz əhəmiyyətini itirdi. Artıq

yeni nəzəriyyəyə ehtiyac yaranmışdı.

2. Tiplər nəzəriyyəsi-Baniləri

O.Loran və Ş.Jeran-idi. Bu nəzəriyyənin baniləri

radikallar nəzəriyyəsinin əksinə olaraq molekulun dəyişən əsas tutur. Üzvi

birləşmələrin reaksiyaları ilə q/üzvi birləşmələrin reaksiyalar arasında oxşarlıq

olduğunu irəli sürdülər. Tiplər nəzəriyyəsinə görə üzvi maddələr sadə q/üzvi

maddələrdən (tiplərdən) törəyir və tərkibindəki hidrogenlərin qalıqlarla əvəz

olunmasından əmələ gəlir.

benzoy t-un Na duzu

O─Cl etil xlorid

Etil spirti Dimetil efiri

Sirkə turşusu Sirkə anhidridi

Etil xlorid Asetil xlorid

Bu nəzəriyyəyə görə əsas tiplərdən üzvi maddələr, bu tiplərin reaksiyala-

rını verməli idi. Su tipinə aid spirtlərin su kimi Na və PCl

ilə reaksiyaya germəsi buna

dəlil idi. Tiplər nəzəriyyəsinin əsas nöqsanı molekulun birtərəfli öyrənilməsi və

maddənin ikinci hissəsi olan radikalların nəzərdən qaçırılması idi. Bundan başqa tapılan

yeni üzvi maddələrin sayı ardıqca tiplərə mənsubiyyəti məsələsində mübahisələrə səbəb

olurdu. Çox vaxt bir çox alimlər eyni maddəni müxtəlif tiplərə aid edirdilər. Bu

səbəbdən bu nəzəriyyədə öz əhəmiyyətini itirdi.

XIX əsrin ortalarında bu nəzəriyyələrdən başqa eterin, nüvələr nəzəriyyələri də

meydana çıxmışdır, ancaq onlar da az əhəmiyyətli oldular.

A.M. Butlerov 1861-ci ildə özünün quruluş nəzəriyyəsini yaratdı:

1. Üzvi birləşmələrdə karbon 4 valentlidir.

2. C-atomu başqa atomlarla və bir-biri ilə birləşərək uzun zəncir əmələ gətirir.

3. Maddənin molekulunda atomlar arasında kimyəvi əlaqə vardır.Hər kimyəvi

maddənin bir quruluşu var.

4. Maddənin kimyəvi xassələri onun molekulunun tərkibindən və kimyəvi

5. Eyni molekul çəkili eyni tərkibli maddənin müxtəlif quruluşda olması-

izomerlik hadisəsi adlanır.

6. Ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir.

7. Molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi onların molekulda

Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır.

Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur.

Üzvi kimya bir çox elmlərlə əlaqəlidir.İlk növbədə q/üzvi kimya, biokimya, fiziki

kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s.

elmlərlə sıx əlaqəli inkişaf edir.

Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur

.Jerar, E.Franklit, Kekule, A.Kuper, M.Lomonosov, A.M.Butlerov, M.Markovnikov, A.Zinin,

N.Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y.Məmmədəliyev, Ə.Quliyev, A.Məhərrəmov,

M.Qulubəyov, Ş.Ömərov və başqalarının xidmətləri olmuşdur.

Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur. Belə ki, indiki neft

ehtiyyatları dünya əhalisinin təlabatını 50-100 il ödəyə bilər. Bu yanacaq növünü

əvəzedən alternativ yanacaq növü tapmaq, kömürü maya yanacağa çevirmək, metanol,

etanoldan istifadə etmək, su qazından, sintez qazından yanacaq kimi istifadə etmək,

təbii qazdan alınan polimerlərin sayını, çeşitini çoxaltmaq, xalq təsərrüfatında metalları

polimerlərlə əvəzetmək, süni və sintetik liflərin keyfiyyətini yaxşılaşdır-maq yeni

növlərini almaq, k/t zərərvericilərinə qarşı yeni dərman preparatları sintez etmək,

heyvan və insanlarda əmələ gələn yeni xəstəliklərin qarşısını almaq üçün yeni dərman

preparatları sintez etmək və s.

Comments are closed, but trackbacks and pingbacks are open.