Press "Enter" to skip to content

Mündəricatlar siyahısı)

6. Mü ә ssisl ә r M ә clisi toplanıncaya q ә d ә r Az ә rbaycanın başında xalqın seçdiyi Milli Şura v ә Milli Şura qarşısında m ә suliyy ә t daşıyan Müv ә qq ә ti hökum ә t durur.

AYDINLIQ VƏ AZADLIQ YOLU

100 il əvvəl Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikanı qurub

Müəllif: Natiq MƏMMƏDZADƏ

100 il əvvəl Azərbaycan tarixində, sözün əsl mənasında, çox böyük hadisə baş verib. Sərt müharibələr və inqilablar şəraitində bütünlükdə müsəlman Şərqi və türk dünyasında ilk respublika – Azərbaycan Demokratik Respublikası (ADR) qurulub. O, Azərbaycanın millət-dövlət statusunu təsdiqləməklə, xalqımızın taleyində ixlasedici rol oynayıb.

AXC-nin mövcud olduğu dövrdə xalqımızın çoxəsrlik milli dövlətçilik təcrübəsinə söykənən dövlətçilik ənənələrinin gələcək inkişafının əsası qoyulub, Azərbaycan xalqının siyasi və mədəni tərəqqisi baş verib, onun zülmətdən işıqlığa və azadlığa çıxarılması təmin edilib.

Zaqafqaziya Federasiyasının dağılması

1918-ci il mayın 11-də Batumidə Zaqafqaziya federasiyası ilə Osmanlı İmperiyası arasında danışıqlar bərpa olunub. Zaqafqaziyadan olan və hökumət başçısı, xarici işlər naziri Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan tərəfdən Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski yer alırdılar. Türklərin nümayəndə heyətinə isə ədliyyə naziri Xəlil Paşa, Qafqaz cəbhəsinin komandanı Vehib Paşa və hərbi nazir Ənvər Paşa başçılıq edirdilər. Bununla yanaşı, Batumi görüşünə müşahidəçi qismində general Otto fon Lossovun rəhbərliyilə almanlar da qatılmışdılar.

Batumi konfransında Zaqafqaziya Seyminin nümayəndələri Türkiyənin Qars, Ardahan və Batumi vilayətləri üzərində protektoratını tanıyıb. Bu, Brest-Litovsk müqaviləsinə əsaslanırdı.

Türk qoşunları uğurlu hücumu davam etdirərək, mayın 17-də Aleksandropolu da tutmuşdu. Bu zaman general fon Kressin başçılıq etdiyi 3 minlik alman ordusu Gürcüstanın Poti limanına yerləşmişdi. Almanlar Gürcüstanı ələ keçirməyi, Azərbaycanı isə Osmanlı Türkiyəsinə verməyi düşünürdü. Amma alman və türk qoşunlarının hərbi əməliyyatları nəticəsində elə vəziyyət yaranmışdı ki, Batumi konfransında gürcülər, azərbaycanlılar və ermənilər Osmanlı İmperiyası ilə müstəqil danışıqlara başlamışdılar.

Lakin Seymin gürcü fraksiyası Almaniya nümayəndələrilə separat danışıqlar və general fon Kressin təzyiqi nəticəsində Gürcüstanın Zaqafqaziya Federativ Respublikasını tərk etdiyi və müstəqil respublika qurduqlarını bəyan etmək qərarına gəldi.

1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası keçirilib və iclasda Seymin gürcü sektorunun Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşdıqları rəsmən bəyan olunub. Müsəlman fraksiyasının axşam toplantısına isə gözlənilmədən, Zaqafqaziya Seyminin sədri Nikolay Çxeidze ilə Seymin üzvləri İrakli Sereteli və Yevgeni Qeqeçkori də qatılıblar. Sereteli gürcü fraksiyası adından çıxış edərək deyib ki, «…Zaqafqaziya xalqlarının müstəqillik şüarı ətrafında birləşdirilməsi alınmayıb və Zaqafqaziyanın parçalandığı artıq faktdır». Gürcü siyasətçi Seymin sabahkı, yəni mayın 26-da keçiriləcək toplantısında «Zaqafqaziya Respublikasının dağıldığını elan edəcəklərini» bildirib.

Bu zaman Azərbaycan milli hərəkatının liderlərindən olan Fətəli xan Xoyski deyib: «…Əgər gürcü xalqının iradəsi budursa, bizim məsələyə qarışmaq haqqımız yoxdur. Azərbaycan türklərininsə yaranmış vəziyyətə uyğun olaraq, müvafiq qərar qəbul etməkdən başqa yolu qalmır».

Müsəlman fraksiyasının gürcü nümayəndələrinin iclası tərk etməsindən sonra qəbul etdiyi qətnamədə deyilirdi: «…Əgər Gürcüstan müstəqilliyini elan edərsə, biz də Azərbaycanın müstəqilliyini elan etməliyik».

1918-ci il mayın 28-də Zaqafqaziya Seyminin son toplantısı keçirilib. Toplantıda Zaqafqaziya Respublikasının dağılmasına görə bütün məsuliyyəti müsəlman fraksiyasının üzərinə atan gürcülər bunu müsəlmanların «türkpərəst mövqe» tutması ilə əsaslandırıb.

Gürcü fraksiyasını isə Şəfi bəy Rüstəmbəyov tənqid edib: «…İndiki çətin və məsuliyyətli dönəmdə ayrılmağa tutarlı, obyektiv əsasların olmadığını nəzərə alsaq, gürcü xalqı nümayəndələrinin burada səsləndirdikləri dəlillər bizə o qədər də inandırıcı gəlmir. Bununla yanaşı, əgər gürcülər Zaqafqaziya xalqlarının birgə fəaliyyətini mümkünsüz sayır, ayrıca siyasi yaşam istəyirsə, düşünürük ki, Seymin mövcudluğunu davam etdirməsi üçün heç bir əsas qalmır».

Beləliklə, müsəlman fraksiyası Seymin özünü buraxması təklifinə etiraz etməyib. Çoxsaylı qarşılıqlı ittihamlardan sonra Zaqafqaziya Seymi Zaqafqaziya Respublikasının dağıldığına dair qətnamə qəbul edib. Bir sözlə, daxili ziddiyyətlərlə dolu olan federasiya parçalanıb.

Müstəqilliyin elan olunması

Mayın 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası fövqəladə toplantı keçirərək yaranmış siyasi vəziyyəti müzakirə edib. Uzun müzakirələrdən sonra Milli Şuranın yaradılmasına qərar verilib. Müsavat Partiyasının Mərkəzi Komitəsinin rəhbəri Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, partiya mənsubiyyəti olmayan Fətəli xan Xoyski isə Şuranın İcraiyyə Komitəsinin rəhbəri seçilib.

Bir gün sonra, yəni 1918-ci il mayın 28-də Milli Şuranın ilk toplantısı keçirilib və məhz bu iclasda Azərbaycanın müstəqil dövlət elan edilməsi kimi tarixi qərar qəbul edilib. Azərbaycanın İstiqlal Bəyannaməsi yeni demokratik dövlətin yaradıldığını hüquqi cəhətdən təsdiqləyirdi. Sənəddə deyilir:

1. Bu günd ә n etibar ә n Az ә rbaycan xalqı hakimiyy ә t ә malik olduğu kimi, C ә nub-Ş ә rqi Zaqafqaziyanı ә hat ә ed ә n Az ә rbaycan da tamhüquqlu müst ә qil bir dövl ә tdir.

2. Müst ә qil Az ә rbaycan dövl ә tinin idar ә forması Xalq Cümhuriyy ә tidir.

3. Az ә rbaycan Xalq Cümhuriyy ә ti bütün mill ә tl ә rl ә , xüsusil ә qonşu olduğu mill ә tl ә r v ә dövl ә tl ә rl ә mehriban münasib ә tl ә r yaratmaq ә zmind ә dir.

4. Az ә rbaycan Xalq Cümhuriyy ә ti milliyy ә tind ә n, m ә zh ә bind ә n, sinfind ә n, silkind ә n v ә cinsind ә n asılı olmayaraq öz s ә rh ә dl ә ri daxilind ә yaşayan bütün v ә t ә ndaşlarına siyasi hüquqlar v ә v ә t ә ndaşlıq hüququ t ә min edir.

5. Az ә rbaycan Xalq Cümhuriyy ә ti öz ә razisi daxilind ә yaşayan bütün mill ә tl ә rin s ә rb ә st inkişafı üçün geniş imkanlar yaradır.

6. Mü ә ssisl ә r M ә clisi toplanıncaya q ә d ә r Az ә rbaycanın başında xalqın seçdiyi Milli Şura v ә Milli Şura qarşısında m ә suliyy ә t daşıyan Müv ә qq ә ti hökum ә t durur.

Azərbaycanın ilk hökumətinin qurulması Fətəli xan Xoyskiyə həvalə edilib. Milli Şuranın iclasında 1 saatlıq fasilə elan olunub və fasilədən sonra Xoyski hökumətin tərkibini elan edib: Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski (müstəqil); hərbi nazir – Xosrov bəy Sultanov («İttihad»); xarici işlər naziri – Məmmədhəsən Hacınski (Müsavat); maliyyə və xalq maarif naziri – Nəsib bəy Yusifbəyov (Müsavat); ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (Müsavat); ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov (müstəqil); əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov («Hümmət»); yollar, poçt və teleqraf naziri – Xudadat bəy Məlik-Aslanov (Müsəlman-Sosialist bloku); dövlət nəzarəti naziri – Camo bəy Hacınski (Müsəlman-Sosialist bloku).

Beləliklə, 100 ildən də artıq bir müddətdən sonra Azərbaycanın dövlət müstəqilliyi bərpa olunub. Sadəcə, bu dəfə o, Azərbaycanın gələcək tarixi yoluna işıq salan demokratik parlament respublikası formasında yaradıldı.

Tariximizin həlledici anında Azərbaycanın ən yaxşı oğulları müstəqil dövlət yaradıb, sözün əsl mənasında qəhrəmanlıq tarixi yazıblar. Keçmiş Rusiya İmperiyasının ərazisindəki Dünya müharibəsi və inqilablar təlatümündə o, adını yeni dövrün siyasi xəritəsinə həkk etdirməyi bacarıb. Respublikamızın göy-qırmızı-yaşıl rəngli bayrağındakı (Azərbaycanın islam dininə, türk dünyasına və Avropa sivilizasiyasına aid olmasının simvolları) iman, azadlıq və vətənpərvərliyin sintezini milli ideya kimi irəli sürmək məhz ADR-in payına düşdü.

Demokratik respublikanın qurucularının inanılmaz səylərilə Azərbaycan xalqı Qərb və Şərqin ən yaxşı ənənələrinə – demokratik dövlətçilik ideyası, respublikaçılıq, insan haqları və azadlıqları, milli və dini-mənəvi təməllər – sadiqliyini bütün dünyaya göstərib.

ADR mövcud olduğu 23 ayda dövlət quruculuğunda, milli şüurun təsdiqlənməsində nəhəng nailiyyətlər qazanıb, özündən sonra müxtəlif sahələrdə saysız-hesabsız uğur izləri qoyub – siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda, mədəniyyətdə, humanitar sahədə və s.

Bu uğurlardan danışarkən respublikada Azərbaycan dilinin dövlət dili elan edilməsini, milliyyətindən, dinindən, cinsindən, sinfi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara seçki hüququ verilməsini, güc institutlarının yaradılmasını, Bakı Dövlət Universitetinin təsis olunmasını, müstəqil maliyyə-bank strukturunun qurulmasını, müstəqil siyasi və iqtisadi kursun əsasının qoyulmasını qeyd etmək kifayətdir…

Bu uğurlar yolu 1918-ci il mayın 28-də, Azərbaycan xalqının olum, ya ölüm məsələsinin ortada olduğu, Azərbaycanın mövcudluğunun sual altında qaldığı bir vaxtda başlayıb. Azərbaycan milli hərəkatının bu suallara müsbət cavab verən liderləri xalqının azadlıq, layiqli gələcək, ərazi bütövlüyü və inkişafı uğrunda mübarizəsini artıq müstəqil respublikanın rəhbərliyi qismində davam etdiriblər.

Azərbaycanın İstiqlal Bəyannaməsi

1. Bu günd ә n etibar ә n Az ә rbaycan xalqı hakimiyy ә t ә malik olduğu kimi, C ә nub-Ş ә rqi Zaqafqaziyanı ә hat ә ed ә n Az ә rbaycan da tamhüquqlu müst ә qil bir dövl ә tdir.

2. Müst ә qil Az ә rbaycan dövl ә tinin idar ә forması Xalq Cümhuriyy ә tidir.

3. Az ә rbaycan Xalq Cümhuriyy ә ti bütün mill ә tl ә rl ә , xüsusil ә qonşu olduğu mill ә tl ә r v ә dövl ә tl ә rl ә mehriban münasib ә tl ә r yaratmaq ә zmind ә dir.

4. Az ә rbaycan Xalq Cümhuriyy ә ti milliyy ә tind ә n, m ә zh ә bind ә n, sinfind ә n, silkind ә n v ә cinsind ә n asılı olmayaraq öz s ә rh ә dl ә ri daxilind ә yaşayan bütün v ә t ә ndaşlarına siyasi hüquqlar v ә v ә t ә ndaşlıq hüququ t ә min edir.

5. Az ә rbaycan Xalq Cümhuriyy ә ti öz ә razisi daxilind ә yaşayan bütün mill ә tl ә rin s ә rb ә st inkişafı üçün geniş imkanlar yaradır.

6. Mü ә ssisl ә r M ә clisi toplanıncaya q ә d ә r Az ә rbaycanın başında xalqın seçdiyi Milli Şura v ә Milli Şura qarşısında m ә suliyy ә t daşıyan Müv ә qq ә ti hökum ә t durur.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

(1884-1955)

Azərbaycanın ötən əsrin əvvəllərinə aid nəhəng dövlət və siyasi xadimi Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakı quberniyasının Novxanı kəndində dünyaya gəlib. Məşhur maarifpərvər Sultan Məcid Qənizadənin direktoru olduğu rus-müsəlman məktəbini bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə təhsilini Bakı Texniki Məktəbində davam etdirib.

Gənc yaşlarından milli maarifçilik və azadlıq ideyaları ilə yaşayan Rəsulzadə 1903-cü ildə Azərbaycan (türk) dilində nəşr olunan «Şərqi-rus» qəzetində ilk məqaləsini yazıb. Məqalə doğma dilin təmizliyi haqda idi.

Rəsulzadə siyasi fəaliyyətinə 1902-ci ildə gənc azərbaycanlı inqilabçıların «Müsəlman gənclər təşkilatı» adlı dərnəyini yaratmaqla başlayıb. 1904-cü ildə Mirhəsən Mövsümov və Məmmədhəsən Hacınski ilə birlikdə «Hümmət» müsəlman sosial-demokrat təşkilatını yaradıb. Rəsulzadə «Hümmət», «Təkamül», «Yoldaş» kimi partiya qəzetlərinin baş redaktoru da olub.

Azərbaycan Demokratik Respublikasının gələcək lideri 1905-1907-ci illərdə rus inqilabında fəal iştirak edib. O, Qafqaz bolşevikləri, xüsusilə Stalinlə əməkdaşlığına görə polis nəzarətində olub. İnqilabın məğlubiyyəti Rəsulzadəni Rusiya imperiyasına mühacirət etmək məcburiyyətində qoyub. 1909-cu ildə İrana keçən Məhəmməd Əmin Rəsulzadə tezliklə yerli inqilabi hərəkatın fəal iştirakçısına çevrilib. Orada jurnalist fəaliyyətini də davam etdirən Rəsulzadə Demokrat Partiyasının orqanı olan «İrani-Nou» («Yeni İran») qəzetində redaktor işləyib. 1911-ci ildə İran inqilabının da yatırılması ilə Türkiyəyə üz tutub.

Məhəmməd Əmin Rəsulzadə Rusiya imperiyasına bir də 1913-cü ildə, Romanovlar sülaləsinin 300 illiyi münasibətilə amnistiyanın verilməsindən sonra qayıdıb. Bakıya dönən Rəsulzadə burada müsəlman həmrəyliyi, türk birliyi, sosial bərabərlik ideyaları ilə fəaliyyət göstərən Müsavat Partiyasına qoşulub. Az sonra partiyanın liderlərindən birinə çevrilib. 1915-ci ildən «Açıq söz» qəzetini nəşr etməyə başlayıb və qəzet faktiki olaraq, Müsavat Partiyasının nəşr orqanına çevrilib.

1917-ci ildə çar quruluşuna son qoyan Fevral inqilabından sonra Rəsulzadənin siyasi fəaliyyətində yeni mərhələ başlayıb. O, Azərbaycan milli hərəkatının liderlərindən birinə çevrilib. Qafqaz müsəlmanlarının Bakıda keçirilmiş qurultayında və Moskvada I Ümumrusiya müsəlmanları qurultayında iştirak etmiş Rəsulzadənin təklifilə yeni, demokratik Rusiyada federativ quruluşun yaradılması haqda qərar çıxarılıb.

Türk federalist partiyası olan Müsavatın 1917-ci ilin oktyabrında keçirilən qurultayında Məhəmməd Əmin Rəsulzadə təşkilatın Mərkəzi Komitəsinin sədri seçilib. Tezliklə o, Zaqafqaziya seçki dairəsindən Müsavat Partiyası və Müsəlman Milli Komitəsinin siyahısı ilə Ümumrusiya Müəssislər Məclisinə də üzv seçilə bilib.

Bakı quberniyasında bolşevik-daşnak rejimi – Bakı Soveti hakimiyyətinin qurulması ilə Rəsulzadə Azərbaycan milli hərəkatının digər görkəmli xadimlərilə regiona muxtariyyət qazandırılması prosesinə qoşulub. O, Zaqafqaziya Seymində müsəlman (azərbaycanlı) fraksiyasına rəhbərliyə başlayıb.

Gürcü fraksiyasının 1918-ci il mayın 26-da Zaqafqaziya Seymini tərk etməsilə, yenicə yaranmış Zaqafqaziya federasiyası parçalanıb. Bir gün sonra keçmiş Seymin azərbaycanlı fraksiyası Azərbaycan Milli Şurasını yaradıb və Məhəmməd Əmin Rəsulzadə qiyabi şəkildə onun rəhbəri seçilib (o vaxt Rəsulzadə Batumidə Osmanlı nümayəndələrilə danışıqlar aparırdı).

1918-ci il mayın 28-də Milli Şura Azərbaycan Demokratik Respublikasının yaradıldığını elan edib. Rəsulzadə dövlətin ilk rəhbəri və Azərbaycanın aparıcı partiyası olan Müsavat Partiyasının sədri kimi, ADR-in əsas simalarından idi. O, demokratik respublika dövründə milli ideologiyanın formalaşmasında həlledici rol oynayıb. Məhəmməd Əmin Rəsulzadənin məşhur «Bir kərə yüksələn bayraq bir daha enməz!» şüarı Azərbaycan milli hərəkatının şüarına çevrilib.

Məhəmməd Əmin 1918-ci ilin dekabrında yaradılmış Azərbaycan parlamentinin ən nüfuzlu deputatlarından idi. Parlamentdə Müsavat fraksiyasına başçılıq edən Rəsulzadə ölkənin inkişafı ilə bağlı vacib məsələlərə dair müzakirələrdə və qərarların qəbulunda ən fəal iştirak edən şəxs olub.

ADR-in Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində 1920-ci ilin aprelində süquta uğramasından sonra Rəsulzadə də devrilmiş respublikanın əksər siyasi xadimləri kimi, qeyri-leqal fəaliyyətə keçib. O, bir müddət dağ kəndi olan Lahıcda gizlənsə də, tezliklə bolşeviklər tərəfindən həbs olunaraq Bakı həbsxanasına salınıb. Lakin Stalinin havadarlığı sayəsində milli məsələlər üzrə Xalq Komissarlığında çalışmaq üçün Moskvaya yollana bilib. Amma müstəqil Azərbaycan ideallarına sadiq qalan Rəsulzadə 1922-ci ildə RSFSR-dən gedib. Əvvəlcə Türkiyədə yaşayan Məhəmməd Əmin 1931-ci ildə Polşaya köçüb. Mühacirət illərində bir sıra digər Avropa ölkələrində də olub. Lakin sonda yenidən Türkiyəyə dönüb və həyatının son illərini orada yaşayıb.

Məhəmməd Əmin Rəsulzadə Vətəninin azadlığı və müstəqilliyi uğrunda usanmadan mübarizə aparıb. O, 1955-ci il martın 6-da Ankarada son olaraq 3 dəfə «Azərbaycan» deyərək, gözlərini əbədi yumub. Rəsulzadənin adı ADR-in və ümumilikdə milli dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazılıb.

I bölmə. Azərbaycan Xalq Cümhuriyyəti
I fəsil. Şimali Azərbaycan istiqlal ərəfəsində. Azərbaycanlıların 1918-ci il mart soyqırımı

Zaqafqaziya Seymində Azərbaycan fraksiyasının rəhbəri:

M.Əzizbəyov
N.Nərimanov
M.Ə.Rəsulzadə
F.Xoyski

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmağa başlandı

1988-ci ildən
1992-ci ildən
1998-ci ildən
2000-ci ildən
1919-cu ildən

Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin tikilməsi üçün bu dövlətlər arasında müqavilələr bağlandı:

ABŞ, Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan
Azərbaycan, Türkiyə, Gürcüstan və Türkmənistan
Azərbaycan, Türkiyə, Gürcüstan
Azərbaycan, Türkiyə, Gürcüstan və İran
Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və Qazaxıstan

Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) nə vaxt yaradılıb?

70 – ci illərdə istifadəyə verilən obyektlər:
1.Bakı Dəniz vağzalı
2. Respublika sarayı
3. Bakı Dövlət Universiteti
4. Hökumət evi

Kür suyu Bakıya gətirildi:

Yuxarı Şirvan kanalının çəkilməsi ilə
1971 – ci ilin sentyabrında Kür su kəmərinin işə salınması ilə
Sabirabadda iri su təchizatı kompleksinin istifadəyə verilməsi ilə
Şəmkir su elektrik stansiyasının işə salınması ilə

Ölkədə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirildi:

1989 – cu ildə
1986 – cı ildə
1985 – ci ildə
1990 – cı ildə

Milli ədavətin ilk qurbanı oldu:

Sumqayıtda yaşayan ermənilər
Dağlıq Qarabağda yaşayan ermənilər
Ermənistanda yaşayan azərbaycanlılar
Vaxtilə azərbaycana gəlmiş ruslar

İranda inqilabın geniş vüsət almasında həlledici yer tuturdu:

Daşkənd müqaviləsi imzalandı:

1993 – cü il fevralın 25 – də
1992 – ci il oktyabrın 18 – də
1992 – ci il iyunun 15 – də
1992 – ci il mayın 15 – də(00)

1992 – ci il noyabrın 21 – də yaradıldı:

Azərbaycan Xalq Cəbhəsi Partiyası
Yeni Azərbaycan Partiyası ( YAP )
Müsavat partiyası
Ana Vətən Partiyası

1993 – cü ilin avqustunda işğal olunmuş rayonlar sırasına daxil deyil:

1918 – ci il aprelin 20 – də:

Bakı Şəhər Duması buraxıldı
Bakı Xalq Komissarları Soveti yaradıldı
Fövqəladə Komissiya yaradıldı
Xəzər Ticarət Donanması milliləşdirildi

Konstitusiya məhkəməsi yaradıldı:

2000 – ci ildə
1996 – cı ildə
1998 – ci ildə
1999 – cu ildə

Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyətə başlayan ilk ali məktəb:

İqtisadiyyat İnstitutu
Tibb İnstitutu
Bakı Universiteti
Pedaqoji İnstitut

Zaqafqaziya Seymində Azərbaycan fraksiyasının rəhbəri:

M.Əzizbəyov
N.Nərimanov
M.Ə.Rəsulzadə

Təbriz üsyanına rəhbərlik etmək üçün təşkil edilən orqan:

İctimai İdarə Heyəti ( İİH )
Hərbi Şura
Azərbaycan Əyalət şurası
Gizli Mərkəz

Cənubi Azərbaycandakı hərəkatı yatırmaqda İran irticasına kömək etdilər:

İngilislər

Hansı daha əvvəl olmuşdur

MDB-nin yaradılması
SSRİ-nin varlığına son qoyulması
Azərbaycanın dövlət müstəqilliyinin bərpası

Prezident A.Mütəllibov və müxalifət liderlərinin görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə edilməsi

Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması

V.Noneyşvili, Y.Stasova, V.Dumadze, Q.Kaminski . Az.K.P-nin növbəti rəhbərini müəyyən edin

Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü

Əhmədiyyə Cəbrayılov
Akim Abasov
Əli Babayev
Məhərrəm Əliyev
Yusif Sadıqov

1958-ci ildə Bakıda səfərdə olarkən bütün ermənilərin katolikosu II Vazgenin etdiyi təklifləri özündə doğru əks etdirən variantı seç. A)Bakıda xüsusi erməni ümumtəhsil məktəbinin açılması. B)Dağlıq Qarabağın Ermənistana verilməsi. C)Bakıda erməni ruhani seminariyasının açılması. D)Bakıda erməni kilsəsindən hər səhər zəng vurulması. E)Bakıda erməni dilində ayrıca qəzetin çap olunması

Almaniya SSRİ-ni işğal etdikdən sonra türk xalqlarının yaşadığı ərazilərdə təşkil etmək istəyirdi

Böyük Azərbaycan dövləti
Böyük Tatarıstan dövləti
Turan dövləti
Böyük Türküstan dövləti
Birləşmiş Türk Dövlətləri İttifaqı

Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini təsdiq etdi:

1992-ci ilin may ayında
1991-ci ilin noyabr ayında
1993-cü ilin may ayında
1992-ci ilin fevral ayında
1992-ci ilin dekabr ayında

1995-ci ilin 12 noyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası . Maddədən ibarət idi

Müharibə illərində Azərbaycandan sovet ordusuna səfərbərliyə alınmışdı

700 minə yaxın adam
600 minə yaxın adam
500 minə yaxın adam
400 minə yaxın adam
300 minə yaxın adam

Hadisələrdən birinin tarixi səhv göstərilmişdir

1942-ci ilin avqustun 25-də SSRİ İrana qoşun yeritdi
1945-ci il 13 sentyabr – ADF-nin orqanı “Azərbaycan” qəzeti ana dilində çıxmağa başladı
1945-ci il 5 sentyabr – ADF-nin ilk konfransı
1945-ci il 2-4oktyabr – ADF-nin ilk qurultayı
1946-cı il fevral – aqrar qanunu verildi

Azərbaycan Respublikasının 2 mart 1992-ci ildə üzv olduğu beynəlxalq təşkilat

İslam Konfransı Təşkilatı
İqtisadi Əməkdaşlıq Təşkilatı
Birləşmiş Millətlər Təşkilatı
Helsinki Müşavirəsinin Yekun Aktı
Avropada Təhlükəsizlik və əməkdaşlıq Müqaviləsi

1992-ci ilin yayında Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi

Daşaltı əməliyyatı nəticəsində
Əskəran əməliyyatı nəticəsində
Qaradağlı əməliyyatı nəticəsində
Ağdərə əməliyyatı nəticəsində
Xocavənd əməliyyatı nəticəsində

Əksinqilab ilə Mübarizə Təşkilatı nə vaxt yaradılıb?

1918-ci il 26 iyun
1918-ci il 14 iyun
1919-cu il 11 iyun
1918-ci il 23 avqust
1919-cu il 14 iyul

1941-ci ilin martında Bakı zəbt edildikdən sonra neftin emalı hara tapşırılmalı idi?

Qafqaz reyxkomissarlığına
neft satışı üzrə büroya
kontinental neft cəmiyyətinə
Azərbaycan neft komitəsinə
heç birinə

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.