Press "Enter" to skip to content

Zəhərlənməyə necə qalib gəlmək olar

Göbələk zəhərlənmələrinin müalicəsi əsas etibarilə meydana gələn zəhərlənmə əlamətlərinə əsasən təyin edilir. Dəqiq müalicəsi yoxdur. Bütün müalicələrə baxmayaraq bəzən ölümlə nəticələnən hallar da mövcuddur. Ancaq göbələk zəhərlənməsinin qarşısını almaq mümkündür və bunun üçün təbii mühitdə yetişən göbələklərin yeyilməməsinə diqqət etmək lazımdır.

Bu qidalar zəhərlənməyə və ölümə yol aça bilər DİQQƏTLİ OLUN

Mütəxəssislər istifadə olunan riskli qidaların adlarını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu qidalar zəhərlənməyə və hətta, bəzi hallarda ölümə də səbəb ola bilər. Araşdırmalara görə, lazımi miqdarda və düzgün bişirilmədən istifadə olunan qidalar daha çox zəhərlidir.

Bəs, istifadə etdiyimiz qidalarda hansı nüanslara diqqət etməliyik?

“Dünyanın ən pis qoxulu meyvəsi” kimi tanınan durian öldürücü qidalardan biridir. Durianın ən çox istehlak edildiyi ölkələrdən biri olan İndoneziyada belə bir hadisə baş verib. Yüksək qan təzyiqi olan bir adam 500 qramdan çox durian yedikdən sonra qan təzyiqinin yüksəlməsi nəticəsində, damarları dağılaraq ölüb.

Dünyanın ən acı bibəri olaraq bilinən “Ejderha nəfəsi” də öldürücü qidalardandır. Heç kim bu bibəri yeməyə cəhd etməyib. Lakin, mütəxəssislər “Ejderha nəfəsi”ndəki kapsaisin miqdarının insanın tənəffüs yolunu bağlaya və anafilaktik şoka səbəb ola biləcəyini söyləyirlər. 2.48 milyon ölçmə dərəcəsi olan Scoville ölçəni “Ejderha nəfəsi”nin ən acı bibərlərdən biri olan jalapenodan 300 dəfə daha acı olduğu sübut edib.

“Ravent” və ya “ışkın” olaraq bilinən meyvənin gövdəsi bir çox şirniyyatın tərkibində istifadə olunur. Ancaq, bu bitkinin yarpaqları güclü bir zəhər daşıyır. Yarpaqlarını yemək tənəffüs çətinliyi, böyrək çatışmazlığı və bəzi hallarda ölümlə nəticələnir. Buna görə yalnız gövdəsi istifadə olunmalıdır.

Yaponiyada “fugu” adı ilə tanınan zəhərli kəklik balığı düzgün hazırlanmadığı təqdirdə zəhərləmə və öldürmə riski var. Həmçinin, xüsusi lisenziyalı aşpazlar tərəfindən hazırlana bilən müxtəlif fuqu növlərinin fərqli yerlərində zəhər kisələri olur. Bu səbəbdən fuqu təmizləmək və yeməyə hazır etmək, hətta peşəkarlar üçün də olduqca çətindir. Riskli hissələr istifadə edildikdə bədəndəki uyuşma və titrəmə, nəfəs alma çətinliyi, danışa bilməmək və boğulma ölümə səbəb olur.

Alimlər tərəfindən dünyanın ən doyurucu qidası hesab edilən badam, eyni zamanda çox təhlükəli bir zəhər mənbəyidir. Xüsusilə, çiy acı badamın tərkibi siyanürlə doludur. Bu zəhərin təsirinin aradan qaldırılması üçün badam qızdırılmalıdır. Bunu isə ev sobasında etmək olmur. Acı badamı çiy yedikdə alacağınız siyanür miqdarı sizi narahat etməsin. Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinə görə, zəhərlənə bilmək üçün çoxlu badam yeməlisiniz.

Albalı yeyəndə toxumları uzun müddət ağzınızda saxlamamağa çalışın. Çünki, albalı ləpəsində də hidrogen siyanür adlı zəhərli maddə var. Lakin, bu sizi çox narahat etməməlidir. Albalıdan zəhərlənmək üçün həqiqətən çox gilas yeməlisən. 75 kiloqrama yaxın bir yetkinin gündə 703 milliqram hidrogen siyanür istifadə etməsi normal hesab olunur. Bu, yüzlərlə albalı toxumu deməkdir.

Bəs, ərik yedikdən sonra tumundan çıxan badama bənzər şeyi sevməyən var?!

Təəssüf ki, şaftalı, ərik və alma kimi meyvələrin toxumlarında siyanür istehsal edən amigdalin adlı bir maddə var. Bu paxlalılardan həddindən artıq istifadə etsəniz, başgicəllənmə və qusma, yüksək qan təzyiqi, böyrək çatışmazlığı, koma və hətta ölüm kimi ağır nəticələrlə qarşılaşa bilərsiniz.

Bir oturuşda nə qədər şokolad yeyə bilərsiniz?

Nə qədər yesəniz də, 10 kiloqramdan çox olmamasına çalışın. Çünki, 10 kilodan çox şokolad yemək zəhərlənmə və ölümlə nəticələnə bilər. Zəhərlənmədən danışmışkən, az miqdarda şokolad pişiklər və itlər üçün də çox zərərlidir. Buna görə balaca dostlarınızı şokoladdan uzaq tutun.

Türkiyədə Meksika cinsi kimi bilinən “qırmızı böyrək fasulyesini” heç vaxt çiy yeməyin. Çiy böyrək paxlasında fitohemagglutnin adlı zəhərli bir maddə var. Bu maddə qusma və baş ağrısına səbəb olur. Lakin lobya düzgün bişirildikdə bu yox olur.

Heç kim pomidorun zəhərli ola biləcəyini düşünmür. Ancaq, pomidorun yaşıl yarpaqları və gövdəsində solanin adlı bir toksin növü var. Bu toksin ürəkbulanma, qarın ağrısı və narahatlığa səbəb olur. Eyni toksik maddə cücərməyə başlayan və yaşıllaşan kartofda olur. Bu səbəbdən kartofun cücərməsi və yaşıllaşmasından uzaq durmaq lazımdır.

Bütöv bir hindistan qozu yemək isə psixoza səbəb ola bilər.

Sannakji ahtapotdan hazırlanan suşi növüdür. Heyvanın bişirilmədən istifadə edilməsi əsas xüsusiyyətidir. Ahtapotun ölü olmasına baxmayaraq, sinirləri hələ də aktivdir və qolları da hərəkətdədir. Hər il dünyada altı nəfər sannakji yeyərkən boğazına yapışan ahtapot vakumları səbəbindən boğulur və ölür.

Digər təhlükəli dəniz məhsulları xərçəngkimilərdir. Bu canlılar kifayət qədər bişirilmədikdə və ya çiy istehlak edildikdə təhlükəlidirlər. Çünki, dənizdəki mikrobları və zərərli bakteriyaları tutmaq gücünə sahibdirlər.

Xüsusilə xam istiridyələr çox təhlükəlidir. Bu balığın allergen olduğunu nəzərə alaraq, daha da diqqətli olmalısınız.

Zəhərli qidalardan bəhs edərkən ağla gələn ilk şeylərdən biri əlbətdə göbələklərdir. Dünyada yüzlərlə göbələk növü var. Bəzilərini istifadə etmək tamamilə təhlükəsiz və faydalıdır. Digərləri isə qısa müddətdə zəhərləmək və öldürmək gücünə sahibdir. Xüsusilə, haradan toplandığı bilinməyən və analiz edilməmiş bayat, solğun göbələklər heç vaxt istifadə edilməməlidir.

Ackee Yamaykada çox geniş yayılmış bir meyvədir. Hətta onu Yamaykalıların milli yeməyi də adlandırmaq olar. Bu meyvə yetişmədən istifadə edildikdə çox təhlükəli ola bilər. Yetişdikdə qırmızıya dönən ace, yetişmədən əvvəl olan sarı vəziyyətdə tərkibində Hipoglisin A adlı bir toksin daşıyır. Bu maddə qusma, hipoqlikemiya və hətta, ölümə səbəb ola bilər. Meyvənin qara toxumları hər cəhətdən çox zəhərlidir.

Çox sayda kolbasa yemək tərkibindəki maddələr səbəbindən zərərli ola bilər. Xüsusilə, üç yaşınadək uşaqlarda boğulmağın bir nömrəli səbəbi kolbasa idi.

Bu məlumatların mənbəyi Johns Hopkins tibb fakültəsidir. Buna görə də kolbasa yeyərkən uzun müddət çeynəmək lazımdır.

Ayşən Sadıxzadə

Zəhərlənməyə necə qalib gəlmək olar

Üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Sportinfo.az həmin müsahibəni təqdim edir.

– Nüfuzlu Veyk-An-Zeye superturnirində dünya çempionu Maqnus Karlsenə məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə dəyərləndirirsiniz?
– Sözsüz ki, turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsenlə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaltdı. Yekunda ikinci yeri tutdum. Veyk-An-Zeye superturniri böyük tarixə malik yarışdır. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticə, dörd oyunda qələbə qazanmaq müsbət haldır. Ümumilikdə çıxışımdan razı qaldım.

– Dünya çempionu Maqnus Karlsenə qalib gəlmək üçün nə lazımdır?
– Müxtəlif vaxtlarda Karlsen üzərində qələbə qazanmışam. Mütəmadi olaraq yarışlarda qarşılaşırıq, qələbələrimiz olur. Sadəcə, Maqnus daha çox qalib gəlir, dünya çempionu titulunu bütün turnirlərdə sübut etməyə çalışır. Dünyanın 1 nömrəli şahmatçısıdır. Tarixdə dahi şahmatçılar olur. Bizim dövrümüzdə də Maqnus Karlsen kimi dahi şahmatçı var. Onunla mübarizə aparmaq çətindir.

– Niderlandda verdiyiniz müsahibədə sabiq dünya çempionu Vişvanatan Anandı axtardığınızı söyləmisiniz. Yəni, Anand olmadığına görə turnirin ən yaşlı şahmatçısı olmaq sizi təəccübləndirib?
– Azərbaycan milli komandası daim ən gənc kollektivlərdən sayılıb. İlk dəfə olimpiadada oynayanda orta yaş həddimiz 16 idi. Biz hər zaman gənc komanda kimi yadda qalmışıq. Veyk-An-Zeye turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum. Ona görə deyirdim Anand hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu bir zarafat idi. Amma yekunda ən yaşlı üç şahmatçı ilk dördlükdə qərarlaşdı. Yəni, yaşa baxmayaraq yaxşı oynadıq.

– Dünya çempionu sanki Şəhriyar Məmmədyarova qarşı xüsusi hazırlaşmışdı?
– Şahmatda səhvsiz oynamaq çox çətindir, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budur. Yəni, kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənimlə oyunda səhvə yol vermədi. Sanki Karlsenə deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın belə səviyyədə oynaması real deyil. Nə demək olar, bu Maqnusdur. Oyunun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun çətindir. Fikrimcə bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşiylə mübarizədə səhvləri olurdu. Amma Veyk-An-Zeyedə mənlə mübarizədə səhvi olmadı.

– Maqnus Karlsen kompüterə qalib gələ bilər?
– Turnirdən əvvəl düşünürdüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə, heç-heçə etmək mümkündür. Kompüterlə heç-heçə böyük uğurdur. Maqnus həmin gün mənə qarşı sərgilədiyi oyunu ortaya qoysa, kompüterə uduzmayacaq.

– Karlsen şahmat tacı uğrunda görüşdə Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısınız?
– Turnir iki yerə bölündü. İlk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və toparlana bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmirdik.

– Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış hər zaman milli komanda üçün önəmli sayılır.
– Milli komanda hər zaman önəmlidir. Bilirsiniz ki, olimpiada hər zaman mühüm yarışdır. Olimpiadalarda ən yaxşı nəticəmiz Norveçdə olub – əlavə əmsallara görə 2 – 5-ci yerləri bölüşdürmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. Hazırda zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Qarşıdakı olimpiadada nəticənin uğurlu olmasına çalışacağıq. Ümid edirəm ki, builki nəticə ən yaxşısı olacaq.

– Bu yaxınlarda “Məmmədyarovlar” şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanı olacaq?
– Zaman olduqca gəlməyə çalışacağam. Hazırda dünya şahmat reytinqində ilk beşlikdə qərarlaşıram. Bu nəticə dünya şahmat tacını fikirləşməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Vaxt olanda sözsüz ki, gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə gələcəyəm.

– Bu gündən təlim-məşq toplanışına yollanırsınız. Bu barədə danışmaq olar?
– Bu, bir sirrdir. Heyəti açıqlamaq istəmirik. Qarşıda Belqrad və Berlin Qran-Priləri olacaq. Hər iki yarış İddiaçılar Turnirinə yollanmaq üçün son şansdır. Ona görə də 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün fikrim hazırlığa yönəlib.

Göbələk zəhərlənməsini necə anlamaq olar?

Göbələk demək olar ki bütün fəsillərdə ən çox istifadə olunan qidalardan biridir.

Lakin salatlarda, qızardılaraq və s. şəkildə yeyilən göbələk düzgün istifadə olunmadıqda zəhərlənməyə, hətta ölümə də səbəb ola bilər. Samsun Xalq Sağlamlığı müdiri dr. Mustafa Kasapoğlunun fikrincə, təbii mühitdə yetişən və tərkibində zəhərli maddə olan papaqlı göbələklər təzə, qurudulmuş və ya konserv şəklində, çiy və ya bişirilərək yeyilməsi nəticəsində baş verən və ölümlə də nəticələnə bilən ciddi zəhərlənmə mənbəyidir.

Göbələk zəhərlənməsi xüsusilə yağışların bol olduğu dövrlərdə baş verir. Təbii mühitdə yetişən göbələklər arasında zəhərli olanlarına çox rast gəlmək olar. Zəhərli olan və olmayan göbələklərin görünüşündəki fərqlər isə ayırdedici xüsusiyyətə malik deyil. Bu səbəbdən də məlumatsız şəkildə yeyilən göbələyin zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.

Zəhərlənmə əlamətləri göbələyin tərkibində olan zəhərin xüsusiyyətlərindən asılı olaraq fərqli ola bilər. Əlamətlər bəzi göbələk növlərinin yeyilməsindən 2 saat sonra, bəzi növlərdə isə 6 saat sonra ortaya çıxır. 2 saat sonra zəhərlənmə əlamətləri göstərən göbələklərdən zəhərlənmə zamanı başgicəllənməsi, yuxuya meyil, aşağı təzyiq, bulanıq görmə, üz və boyun nahiyəsində qızarma, nəbzdə artım, ağızda metal dadı, ürəkbulanma, qusma, tərləmə əlamətləri görülə bilər.

Yeyildikdən 6 saat sonra meydana çıxan zəhərlənmələrdə isə ürəkbulanma, qusma, ishal, qızdırma, nəbz artımı, qarın ağrısı, vaxt keçdikcə qaraciyər və böyrək pozuntuları və bu pozuntulardan qaynaqlanan əlamətlər ortaya çıxa və koma, ölümlə nəticələnə bilər. Göbələk yeyən insanda bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduğu təqdirdə mütləq vaxt itirmədən ən yaxın tibbi mərkəzə baş çəkməsi lazımdır.

Göbələk zəhərlənmələrinin müalicəsi əsas etibarilə meydana gələn zəhərlənmə əlamətlərinə əsasən təyin edilir. Dəqiq müalicəsi yoxdur. Bütün müalicələrə baxmayaraq bəzən ölümlə nəticələnən hallar da mövcuddur. Ancaq göbələk zəhərlənməsinin qarşısını almaq mümkündür və bunun üçün təbii mühitdə yetişən göbələklərin yeyilməməsinə diqqət etmək lazımdır.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.