Press "Enter" to skip to content

Cadudan qurtulmağın yolları: EKSTRASENS TÖVSİYƏLƏRİ

Çoxdan sübut olunub ki, pedikulyozun gigiyenaya və təmizliyə heç bir aidiyyatı yoxdur. Bitlər hərəkət edir və bir insandan digərinə asanlıqla keçə bilir. Bu başqa insanın papağını, paltarını geyindikdə, başqa insanın darağından istifadə etdikdə mümkündür.

Bitlərdən 1 günə belə qurtulun – Bunu hər bir ana bilməlidir!

Uşaqlar arasında bitlərə yoluxma (pedikulyoz) hallarına tez-tez təsadüf edilir. Bundan utanmaq lazım deyil.

Çoxdan sübut olunub ki, pedikulyozun gigiyenaya və təmizliyə heç bir aidiyyatı yoxdur. Bitlər hərəkət edir və bir insandan digərinə asanlıqla keçə bilir. Bu başqa insanın papağını, paltarını geyindikdə, başqa insanın darağından istifadə etdikdə mümkündür.

Saglamolun.az tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin pedikulyozun müalicəsi ilə bağlı olan tövsiyələrini sizə təqdim edir.

Həkimin sözlərinə görə, valideyn uşaqda bitləri aşkar etdikdə mütləq bu haqda məktəb və ya baxçaya məlumat verməlidir. Bu nə üçün vacibdir? Eyni sinifdə və ya bağça qrupunda olan digər uşaqlarda da pedikulyoz ola bilər və uşağınız müalicə aldıqdan bir müddət sonra yenə bitlərə yoluxa bilər.

Ümumdünya Səhiyyə Təşkilatı, müxtəlif ölkələrin Pediatr və İnfeksionistlər Assosiasiyaları pedikulyozun müalicəsində “permetrin” adlı dərmandan istifadə etməyi tövsiyə edirlər. Preparatın adı başqa da ola bilər – məsələn, “pedeks”, “pedikulen”, “nix”, lakin tərkibində permetrin olmalıdır. Əczaçı sizə bitlərə qarşı hər hansı darman təklif etdikdə onun tərkibinə mütləq fikir verin! Permetrin yoxdursa – almayın.

Pedikulyozun müalicəsi

Uşağın saçlarını qabaqcadan yuyun. Permetrini pambıq tamponun köməyi saçlara (xüsusilə saçların köklərinə) çəkin. Vasitə saçların bütün uzunluğu boyu çəkilməlidir. Fikir verin ki, permetrin uşağın gözlərinə və ağzına düşməsin! Daha sonra uşağın başına yaylıq bağlayın və 40 dəqiqədən sonra saçlarını yuyun və yaxşı darayın.

Bu preparat çox effektlidir və onun 1 dəfəlik istifadəsi bitlərdən tam qurtulmağa imkan verir. Lakin pediatrlar qeyd edir ki, müasir şampunların tərkibində olan bəzi maddələr, xüsusilə silikon permetrinin təsirini azaldır. Bu səbəbdən pediatrlar permetrini 9-10 gündən sonra təkrar istifadə etməyi tövsiyə edirlər.

Diqqət! Pediatrlar pedikulyozun müalicəsi zamanı uşağın saçlarını qırxmağı, ağ neft, sirkə və s. bu kimi vasitələrdən istifadə etməyi qəti şəkildə tövsiyə etmirlər.

Permetrin “profilaktik” məqsədlərlə istifadə olunmur. Bitlər aşkar olunubsa istifadə olunur, olunmayıbsa – yox.

Saglamolun.Az

Cadudan qurtulmağın yolları: EKSTRASENS TÖVSİYƏLƏRİ

Bu sözləri məşhur ekstasens Aqil Məhərrəmov mətbuata müsahibəsində bildirib. “İnsanın enerji mənbəyini bağladığın an o çökür. Canavarın sağ arxa ayağının pəncəsi ilə ölüm cadusu edirlər. Düzdür, çoxları güləcək, amma inanmayan birinə desəm ki, gəl sənə o cadunu edim, qətiyyən razı olmaz. Ölüm cadusu insanı elə arıqladır ki, axırda bir dəri, bir sümük qalır. O qədər olur ki, həkimlərə gedib heç bir çarə tapmır, naçar qalıb, ekstrasensə üz tuturlar. Faydasını da görürlər, təbii ki, dələduz ekstrasensə rast gəlməsələr”, – deyə o davam etmişdi.

Milli.Az caduya inanan insanlar üçün cadudan xilas olmanın “Ekstrasenslərin döyüşü” yarışmasının qalibi, ekstrasens Viktoriya Raydos tərəfindən tövsiyə edilən üsullarını təqdim edir.

Birinci üsul.

Kiçik ölçülü (sənədlərdə olduğu kimi) bir şəklinizi götürün.

Sonra şəklin ölçüsündən bir qədər böyük, təmiz ağ vərəq götürərək, şəkli onun ortasına yapışdırın.

Yapışdırılmış şəkilli kağızı ürək ərazisində elə yerləşdirin ki, şəkildəki üz irəli baxsın. 3 gün ərzində siz yapışdırılmış şəkilli vərəqi daşımalısınız.

3 gün sonra adi nəlbəki götürərək, onun ortasında kibritlə şam yandırın və yapışdırılmış şəkilli vərəqin ətraflarını – şəkildən kənar ağ yerlərini dəqiq kəsin.

Bundan sonra şəkli qabaqcadan hazırlanmış tünd zərfə qoyaraq elə bir yerə qoymaq lazımdır ki, sizdən başqa heç kim tapmasın: məsələn, şkafda dərin bir yerə və ya rəfdə hansısa kitabın arasına və s.

Kəsilmiş kağız qırıqlarını isə çox ehtiyatla, külünü ətrafa dağıtmamaq şərtilə şamın alovunda yandırmaq lazımdır. Sonra isə külü aparıb vanna otağında suya buraxın.

Bu arada şam, sona qədər yanıb qurtarmalıdır.

İkinci üsul.

Otaqda, çarpayınızın yanında kaktuslu dibçəyə çiy yumurta qoyun. Yumurtanın üzərinə flomasterlə öz adınızı yazın. Yumurta dibçəyin içində 9 gün qalmalıdır. Bu vaxt ərzində o cadunun mənfi enerjisini canına çəkəcək. 9 gün sonra yumurtanı doğrayaraq, vanna otağında suya buraxın və bu sözləri deyin: “Yumurtanı atıram, özümdən bütün neqativ enerjini təmizləyirəm”. Sonra kaktusa təşəkkür edin və onu sulayın.

Zaur H.
Milli.Az

Zibildən gələn təmizlik: Tullantılar necə emal olunur? – VİDEO

Baku Tv budəfəki süjetində Balaxanının turistik bir məkana çevrilməsindən yox, “Balaxanı zibilliklərindən” danışacaq.

Maraqlı məqamlardan biri burada tullantılardan ibarət olan muzeyin olmasıdır. Nə qədər fərqli səslənsə də, tullantıların çeşidlənməsi zamanı maraqlı və dəyərli sayılan əşyalar bu otaqda qorunub saxlanılır. Buradakı ən dəyərli əşya 16-cı əsrə aid məktub qabı, 19-cu əsrin sonlarından bu günə qədər gəlib çıxan bir kitabdır.

Artıq çeşidlənmədən sonrakı mərhələ isə tullantıların zərərsizləşdirilməsidir. Növbəti mərhələ isə tullantıların emal olunmasıdır. Tullantılar Sənayə parkında yenidən təkrar emala gedir. Hazır olan məhsullar ixrac və idxal olunur.

Digər sənaye parkları kimi, Balaxanı Sənaye Parkının müəssisələri də bir sıra güzəştlərdən yararlanırlar. Belə ki, 10 il müddətinə fərdi sahibkarlar gəlir vergisindən, torpaq və əmlak vergilərindən azaddır. Sənaye parkında istehsal sahəsinin qurulması və istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən 10 il, idxal rüsumundan isə yeddi il müddətinə azad edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.