Press "Enter" to skip to content

Ziya bünyadov atabəylər dövləti

Sultanın vassalı -Xilatın hakimi Seyfəddin Bəy-Teymur mühasirəyə alınmış şəhərə kömək göstərmək istədi, ancaq gürcülər tərəfindən məğlub edildi. Gürcü qoşunu Dvini tutdu. Bir müddətdən sonra gürcü qoşunları yenidən Azərbaycana soxuldu, Gəncə şəhərini taladılar.

Atabəylər dövləti

Orta əsr mənbələrinin çoxu Şəmsəddin Eldənizin gənclik illərinə aid yalnız cüzi məlumatlar verir, həm də bu məlumatlar bir-biri ilə eynidir.

Mirxondyazır: ”Məlumatlı tarixçilər xəbər verirlər ki, qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi:
Əgər hər hansısa bir tacir bir dəfəyə 40 qul alsaydı, onları satan yalnız otuz doqquzunun pulunu alır, qırxıncını pulsuz verirdi.

Belə olmuşdu ki, Sultan Mahmudun hakimiyyəti dövründə (1118-1131) bir qul alverçisi 39 qulu satıb, qırxıncı
üçün pul götürməmişdi. Həmin qul da yöndəmsiz və çirkin Eldəniz olmuşdur.

Hicri 516-cı ilin səfər ayında (may,1122) ismaililər vəzir Sümeyrəmini Həmədanda öldürürlər. Eldəniz də
sultanın xidmətinə keçir. Sultan onu bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır.

Sultan II Toğrulun hakimiyyəti dövründə (1132-1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və o,
vəzifə pillələrində sürətlə irəli getdi. Sultan Eldənizin sadiqliyi qiymətləndirdi və ona əmir rütbəsini verdi. Bir
qədər keçməmiş II Toğrul Eldənizi azyaşlı oğlu Arslan şaha atabəy təyin etdi.

Sultan II Toğrul öləndə isə yeni Sultan Məsud Şəmsəddin Eldənizi II Toğrulun dul qadınına evləndirdi. Həmin
qadın Möminə xatun idi.

1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü.
Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda
gəlirdi. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdi.

Əmirlərin çıxışları nəticəsində Süleyman şah taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları Eldənizə müraciətlə xahiş etdilər, öz oğulluğu Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin.

1160-cı ilin noyabrında atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəldi. Burada
dövlətin bütün əyan və əmirləri qarşılaşdılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Eldəniz
özünün bütün əmirlərini dövlətdə yüksək vəzifəyə təyin etdi.

Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddəratının həlledici və əsil hakimi idi. Sultan Arslan şah atabəyib
iradəsinin müti icraçısı idi.

1161-ci ildə şahzadə Mahmud şah ibn Məhəmmədin tərəfdarları Həmədan yàxınlığında darmadağın edildi.
Eldəniz Rey şəhərini tutdu və oranı Cahan Pəhləvana iqta kimi verdi. Rey hakimi İnanc Sultan Arslan şahdan
vassal asılılığını qəbul etməyə və öz qızı İnanc xatunu Cahan Pəhləvana ərə verməyə məcbur oldu. Bunun ardınca Qum və Ərdəbil hakimləri sultanın tərəfinə keçdilər.

Bundan sonra Qəzvin hakimi Alp Arqun məğlub edildi və Qəzvin sultanın mülklərinə qatıldı. Daha sonra Marağa hakiminin üzərinə Cahan Pəhləvan yürüş etdi. Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan uduzdu. Yalnızca
Qızıl Arslan hakimiyyətə gəldikdən onu tabe edə bilmişdi.

Eldənizin bir düşməni də-Fars hakimi Sunqur ibn Mədud qalırdı. Eldəniz onun üzərinə yürüş etməyə çalışanda
vəfat etdi. Qardaşı Zəngi ibn Mədud onun yerinə keçdi. Müəlliflərdən birinin verdiyi məlumata görə Zəngi ibn
Mədud Sultandan və Atabəy Eldənizdən vassalığı qəbul etmişdi.

Xuzistan hakimi Şimlə də Atabəy Eldənizib vassalı idi. Bağdadda Sultan Arslan şahın adına xütbə oxunmasına xəlifənin etirazında sonra Şimlə Eldənizin göstərişi ilə Bağdadın hüdudlarına hücum etdi və xəlifə Müstəciddən
Bəsra ilə Vasit arasındakı bir sıra torpaqları güzəştə getməsini tələb etdi. Yalnız bir neçə aydan sonra xəlifə
qoşunları Şimləni tutduğu torpaqlardan çıxartmağa nail oldu.

Beləliklə, atabəy Şəmsəddin Eldəniz Qafqaz dağlarından İran körfəzinə qədər uzanan nəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi.

Öyrənilən dövrün ən böyük xadimi atabəy Eldənizin fəaliyyəti, ara mübarizələrinin zəiflədilməsinə gətirib çıxartdı.

1161-ci ilin avqustunda gürcü qoşunları çar III Georginin başçılığı altında Azərbaycana hücum edib Arran
ölkəsindəki Ani şəhərini tutdu.

Sultanın vassalı -Xilatın hakimi Seyfəddin Bəy-Teymur mühasirəyə alınmış şəhərə kömək göstərmək istədi, ancaq gürcülər tərəfindən məğlub edildi. Gürcü qoşunu Dvini tutdu. Bir müddətdən sonra gürcü qoşunları yenidən Azərbaycana soxuldu, Gəncə şəhərini taladılar.

Bundan xəbər tutan atabəy Eldəniz öz qoşunlarını gürcü feodallarının qarşı yürüşə hazırladı. 1163-cü ilin yanvar ayında 50 minlik qoşunla Gürcüstanla hücum etdi.

1163-cü ilin iyulunda Dvini gürcülərdən geri aldı və III Georgini məğlubiyyətə uğratdı.

1175-ci ilin avqustunda atabəy Eldəniz, sultan Arslan şah, Xilat hakimi Şahərman və Diyarbəkr hakiminin qoşunu Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş etdilər.

Böyük Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə öldü. Onun ölümündən bir ay sonra Sultan Arslan şah da vəfat etdi.

Məhəmməd Cahan Pəhləvan (1175-1186)

Böyük Atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzərəti altına aldı.

Eldənizin siyasətindən narazı qalan İraq əmirləri Cahan Pəhləvanın sultanlığın paytaxtından getməsindən istifadə edərək, sultanı Azərbaycana hücum etməyə təhrik etdilər. Lakin sultan ölüm döşəyində olarkən dövləti Cahan Pəhləvana tapşırır. Bəzi mənbələrə görə Sultan Arslan şahı Cahan Pəhləvanın zəhərlədiyi yazılır.

Rəqibini aradan götürdükdən sonra atabəy Cahan Pəhləvan sultan taxtına Arslan şahın yeddi yaşlı oğlu III Toğrulu çıxarır, eyni zamanda onun atabəyi olur.

Arslan şahın ölüm xəbərini eşidən kimi şahzadə Məhəmməd Şərafəddin Əmirandan İsfahana gəlir. Cahan
Pəhləvanla onun arasında ciddi müqavimət yaranır və onu Sərcahan qalasına saldırır.

Qardaşı Qızıl Arslanı Azərbaycan və Arrana canişin təyin edib, atabəy Cahan Pəhləvan Həmədana yola düşür.
Bütün orta əsr müəllifləri belə bir cəhətdən eyni fikirdədilər ki, mərkəzin hakimiyyətin möhkəmləndirilməsinə
yalnız Cahan Pəhləvan böyük qüvvə sərf edirdi. O, itaət etməyən əmirləri, xüsusilə İran İraqının əmirlərini sakitləşdirirdi, fərsiz qoşun başçılarını və məmurları vəzifədən çıxarır, onları öz sadiq adamlarla əvəz edirdi.

Atabəy Cahan Pəhləvanın inzibati bacarığı və sərt tələbkarlığı sayəsində dövlət idarəsinin bütün sahələrində qayda-qanun möhkəmləndirilmişdi. Atabəyin hakimiyyətinin on ili ərzində dövlət heç bir xarici basqına məruz qalmışdı. Atabəylə Xarəzmşah Təkəş arasında dostluq münasibəti yarandı.

Cahan Pəhləvan xəlifə Əl-Müstədi, eləcə də onun vərəsəsi Abbasi xəlifələrinin ən qüvvətli hakimlərindən olan xəlifə
Əl-Nasir ilə elə münasibət saxlayırdı ki, bu da ona öz müsəlman ruhanilərinə ehtiram pərdəsi altında Bağdaddan
asılı olmadan öz müstəqil siyasətini yeritməyə imkan verirdi.

Atabəy Cahan Pəhləvan 1175-ci ilin yayında Təbrizi özünün hakimiyyətinə birləşdirdi.

1186-cı ildə isə Məhəmməd Cahan Pəhləvan vəfat edir.

Qızıl Arslan (1186-1194)

Cahan Pəhləvan ölməmişdən öncə öz vəsiyyətində ondan sonra hökmdarın Qızıl Arslan olacağını bildiŕmişdir.

Sultan III Toğrulun fərmanı ilə Qızıl Arslan atabəy təyin edilir. Bundan sonra Qızıl Arslanın mövqeyi möhkəmlənir, ordu onun tərəfinə keçir və Sultanın hakimiyyəti az qala onun əlindən çıxacaqdı. Atabəy o dərəcədə qüvvətlənir
ki, sultanı artıq ciddi rəqib kimi görmürdü.

Əmirlərlə bilavasitə əlaqə yaratdıqdan sonra Sultan qərara gəlir ki, zəl-qolunu tamamilə açmaq və atabəy Qızıl Arslanın hakimiyyətindən azad olmaq vaxtı çatmışdır. Öz qoşunları ilə 1188-ci ildəHəmədana yürüş edir. Atabəy
Qızıl Arslan məğlub olub geri çəkilir.

Atabəy Qızıl Arslan intiqam almaq üçün III Toğrulu dövlətin daxili işlərinə qarışmaq imkanından məhrum edir, bütün şəhərlərdə sultan tərəfdarlarını həbsə alır.

1188-ci illdə Xəlifə ilə Qızıl Arslan III Toğrulun üzərinə hücum edir. IIIToğrul qalib gəlir. Nəhayət,1190-cı ildə Qızıl Arslan III Toğrulu həbsə saldırır.

Azərbaycanda atabəy Qızıl Arslan gürcülərə qarşı hərəkəta keçir. Onun qoşunları Bitlis şəhərini tutur. Həm də o,
gürcü sarayından qovulmuş Georgi Rusa hərbi yardım göstərir. Onu Gəncə əmiri təyin edir.

Həmədandan Qızıl Arslan İsfahana yönəlir. Çünki orada Atabəylərə qarşı üsyanlar baş vermişdi. İki-üç il ərzində İsfahanda çox böyük sayda üsyançı öldürülür.

Qızıl Arslan Həmədana qayıdır. Xəlifə ona xütbə oxutdurur, adına pul kəsdirir.

Lakin ən yüksək hakimiyyət zirvəsinə çatsa da, onun sarayında əyyaşlıq hökm sürür, onu nadir halda ayıq görmək olardı.

Qızıl Arslan əleyhinə sui-qəsd hazırlanır və 1191-ci ildə Əbu Bəkr tərəfindən öldürülür.

Dövlətin süqut etməsi.

Hakimiyyətə keçən qardaşı oğlu Əbu Bəkrin hakimiyyəti dövründə ( 1191- 1210 ) hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Məhəmməd Cahan Pəhləvanın digər oğlanları Əmir Əmiran, Qutluq İnanc, Həbsdən qaçan sultan III Toğrul hakimiyyət uğrunda mübarizəyə başlayırlar. Qutluq İnanc Xarəzmşah Təkəşlə ittifaqa girərək 1194-cü ildə III Toğrulu məğlub edib öldürdü. Təkəş bundan istifadə edib Xorasan, Rey və Həmədanı ələ keçirdi. Qutluq İnancla Təkəş arasında baş verən döyüşdə Qutluq İnanc öldürüldü.( 1196 ). Əbu BəkrXarəzm qoşunları üzərində bir neçə dəfə qələbə çalsa da qələbələrini möhkəmləndirə bilmədi və Təkəş tutduğu torpaqları əlində saxlaya bildi.

Eldənizlər sarayındakı vəziyyətdən Şirvanşahlar və gürcülər istifadə etməyə cəhd etdilər. IAxsitan qızını Əmir Əmirana ərə verdi. Əmir Əmiran Şirvanşahlar və gürcülərdən kömək alaraq 1194-cü ildə Şəmkir və Beyləqan ətrafında Əbu Bəkri məğlub etdi. O, gürcülərin köməyi ilə Gəncəni ələ keçirdi. Lakin gürcülər gedən kimi əhali
üsyan qaldırıb onu öldürdülər. Gəncə yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi. Əbu Bəkr sərxoşluq edir,
ölkənin müdafiəsinə diqqət vermirdi. Bundan istifadə edən gürcülər 1203- cü ildə hücum edib Gəncəni qarət
etdilər. Sonra isə gürcü feodallarının dəstələri Azərbaycanın cənubuna hücum edib şəhər və kəndləri qarət etməyə başladılar. Təbrizi idarə edən Zahidə xatun ( Məhəmməd Cahan Pəhləvanın arvadı ) xərac verməklə şəhəri
gürcülərin talanından xilas etdi. Ölkənin müdafiəsini təşkil edə bilməyən Əbu Bəkr gürcü çarının qızı ilə evlənməklə vəziyyəti qaydaya salmaq istədi .Əbu Bəkrin ölümündən sonra hakimiyyətə gələn Özbəyin (1210- 1225 ) hakimiyyəti dövründə Eldənizlər dövlətini süqutu daha da sürətləndi. 1225- ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin bu dövlətin varlığına son qoydu.

Ədəbiyyat siyahısı:
1. Ziya Bünyadov- Azərbaycan Atabəylər Dövləti
2. Azərbaycan Tarixi VII cilddə I cild

YAZAR: Zeynəb Hüseynzadə

  • ← Qan-damar
  • Yarpağın daxili quruluşu →

Ziya bünyadov atabəylər dövləti

Məhsul kodu: 11277

12 AZN
9.6 AZN
  • Sifariş et
  • 1-dən 5-ə qədər dəyərləndirin:
    • 1
    • 2
    • 3
    • 4
    • 5
    • 2.98
    Qısa məzmun

    AMEA-nın akademiki Z.M.Bünyadovun oxuculara təqdim edilən kitabı Azərbaycanın və qonşu ölkələrin tarixinin təxminən bir əsrlik dövrünün tədqiqinə həsr edilib. Kitaba Azərbaycanda Atabəylərin ağalığı dövründə Şirvanın sülalə və siyasi tarixinə dair oçerklər də əlavə edilib. Bu da oxucuya XII-XIII əsrlərdə Cənubi Qafqazda siyasi vəziyyətlə bağlı tam təsəvvür əldə etmək imkanı verir. Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk dəfə olaraq nəzərdən keçirilir. Bu dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və saray iyerarxiyası, əkinçilik və torpaqdan istifadə edilməsi qaydası yeni səpkidə təhlil olunur. Tədqiqat prosesində Azərbaycan tarixi üçün yeni olan bir sıra orta əsr yazılı mənbələrindən də istifadə edilmişdir.

    Çatdırılma şərtləri

    Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Comments are closed, but trackbacks and pingbacks are open.