Press "Enter" to skip to content

Ziyafət əsgərov konstitusiya

Bunu “Unikal”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib.

Ziyafət əsgərov konstitusiya

“Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanan 5 prinsipi irəli sürüb. Ermənistan isə bunu qəbul edib”.

Bunu “Unikal”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, dəfələrlə bu ölkənin baş naziri, xarici işlər naziri, hətta prezidenti səviyyəsində etiraf ediblər ki, təklif olunan prinsiplər Ermənistan üçün normaldır:

“Amma təəssüflər olsun ki, bu məsələni uzadırlar. Bu yaxınlarda Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işləri nazirləri görüşdülər. Orada da müxtəlif yanaşmalar var. Ermənistan əvvəl özünü belə aparmırdı. Amma indi ritorikanı dəyişdikləri görünür. Yəni, danışıqlarda Ermənistan tərəfindən müəyyən qədər sərtləşmələr var. Halbuki əvvəl belə deyildi. İndi onu havadarları qızışdırır və s. bu, onların öz işidir. Hər bir halda biz sülh müqaviləsinin tərəfdarıyıq. İstəyirik ki, regionda əmin-amanlıq, sabitlik, sülh, təhlükəsizlik olsun. Ümumiyyətlə, bu məsələ bitsin. Ermənistan nəyi gözləyir, nəyə arxayındırlar, nədən belə edirlər, onu gələcək göstərəcək”.

Komitə sədri qeyd edib ki, onların bütün bu addımları sülh müqaviləsinin imzalanmasının uzadılmasına yönəldilib:

“Qarabağda olan qanunsuz erməni silahlı birləşmələri tərəfindən, həmçinin, sərhəddə olan təxribatlar ondan xəbər verir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Yenə də imitasiya etməyə başlayırlar. Necə ki, 30 ildə danışıqlar prosesini imitasiya edirdilər. Sonra sübut olundu ki, bunlar elə danışıqlar xətrinə danışığa gedirlər. Əslində, danışıqlarda maraqlı deyillər. Sülh müqaviləsinin imzalanmasından qaçmaq üçün belə təxribatlara əl atırlar. Bu təxribatların qarşısı alınır və bundan sonra da alınacaq. Əgər, bir daha əmin olsaq ki, Ermənistan qəti şəkildə sülh müqaviləsini imzalamaqdan imtina edir, danışıqlar onlar üçün imitasiyadır və təxribatları davam etdirirlər, layiqli cavablarını alacaqlar. Buna heç bir şübhələri olmasın”.

Anar Kəlbiyev

Ziyafət əsgərov konstitusiya

1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Hüquq üzrə fəlsəfə doktoru, professordur. Müxtəlif dərslik, dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir.
1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan komissiyanın işçi qrupunun üzvü olmuşdur.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1982–1984-cü illərdə hərbi xidmət keçmiş, 1985–1990-cı illərdə ali məktəbdə təhsil almışdır. 1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, Hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və müdiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək Milli Məclis Sədrinin müavini, 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclis Sədrinin birinci müavini vəzifələrində çalışmışdır.
2000-ci il noyabrın 24-dən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri olmuşdur, 2015-ci il noyabrın 24-dən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir. Çin və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

  • Milli Meclisin VI Çağırışı
  • Milli Meclisin I Çağırışı
  • Milli Meclisin II Çağırışı
  • Milli Meclisin III Çağırışı
  • Milli Meclisin IV Çağırışı
  • Milli Meclisin V Çağırışı

KOMİTƏLƏR

Comments are closed, but trackbacks and pingbacks are open.