Press "Enter" to skip to content

Ziyafət əsgərov konstitusiya hüququ kitabı

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Ziyafət əsgərov konstitusiya hüququ kitabı

Bu gün Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərovun ad günüdür. Modern.az saytının məlumatına görə, deputatın 50 yaşı tamam olub.

Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq elmləri namizədi, professordur. Bir neçə dərsliyin, dərs vəsaitinin və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir.

1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olub.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür.
1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışıb. Hazırda Konstitusiya hüququ kafedrasının professorudur.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Ziyafət Əsgərov birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, indi də dördüncü çağırış Milli Məclisdə təmsil olunur.

2010-cu il noyabrın 7-də 76 saylı Lənkəran-Astara seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək parlament sədrinin müavini, 2005-ci il dekabrın 2-dən 2010-cu il noyabrın 29-dək parlament sədrinin birinci müavini postunu tutub. 2010-cu ildən yenidən I vitse-spiker seçilib. Hazırda həm də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədridir.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Prezident İlham Əliyev 50 yaşı tamam olan Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərovu dünən “Şöhrət” ordeni ilə təltif edib.

Evlidir, 2 övladı var.

Modern.az

Ziyafət əsgərov konstitusiya hüququ kitabı

Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayevin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” adlı kitabı çapdan çıxmışdır.

AzərTAc xəbər verir ki, 11 fəsildən ibarət olan 664 səhifəlik kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikova, rəyçiləri hüquq üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, hüquq elmləri doktoru Xanlar Hacıyev, hüquq üzrə fəlsəfə doktoru İntiqam Eyvazovdur.

Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxucuya təqdim olunan bu kitab hüquqşünasların öz peşə fəaliyyətlərini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin edilməsi məqsədini daşıyır.

Kitabda həm elmi-nəzəri məsələlərə dair məlumatlar verilmiş, həm də mövcud hüquq qaydalarının praktiki tətbiqini nəzərdə tutan Konstitusiya Məhkəməsinin qərar və qərardadlarında əksini tapmış hüquqi mövqelər sistemləşdirilərək təqdim edilmişdir.

Oxucuların onları maraqlandıran konkret hüquqi mövqelərlə tanış olmalarını asanlaşdırmaq üçün həmin mövqelər qərar və qərardadların qəbul edildiyi tarix ardıcıllığı ilə deyil, müvafiq hüquq sahələrinə uyğun başlıqlara və fəsillərə bölünərək təqdim olunmuşdur. Hüquq tətbiqedici orqanlar üçün əhəmiyyəti nəzərə alınaraq mülki, cinayət və inzibati-prosessual qanunvericiliyə dair hüquqi mövqelər ayrıca başlıq altında verilmiş, həmçinin mümkün olmadığı hallarda müvafiq prosessual məcəllənin mündəricatına uyğun ardıcıllıqla alt başlıqlara bölünmüşdür.

Nəşr oxucular üçün konstitusiya nəzarətinin anlayışı, formaları, təşkilati modelləri, konstitusiya nəzarəti orqanlarının funksiyaları və qərarlarının hüquqi təbiəti, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə və fəaliyyətinə, şəxsiyyətin konstitusiya-hüquqi statusuna, ədalətli məhkəmə müdafiəsi hüququna, mülki hüquq, cinayət hüququ məsələlərinə, inzibati, ailə, əmək, vergi hüquq münasibətlərinə, hüquqi tənzimləmənin prinsiplərinə dair geniş məlumat bazasıdır.

Kitabda həmçinin məna yükü baxımından oxucular üçün əhəmiyyəti nəzərə alınmaqla bir sıra əsas anlayışlar fərqləndirilərək onların ayrıca siyahısı tərtib edilmişdir.

Kitab hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, vəkillər, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların, dövlət orqanlarının nümayəndələri, həmçinin elmi işçilər və tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.