Press "Enter" to skip to content

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı

Zrbaycan toponimlri dastanlarda

Göyçə Mahalı Daşkənd kəndi

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

Zahid Oruc: “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!”

Qəriblikdə ölmək qorxusu.
Əmimin əziz xatirəsinə ithaf edirəm

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

Dağıstanı xilas edən azərbaycanlı – Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

Göyçə mahalı, Qaraiman kəndi

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

Düşüncələrin kölgəsindən özünə – Yazıçı Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabı haqqında – Əsəd CAHANGİR

Ələddin Allahverdiyev “Düşüncələrimin kölgəsi” kitabı haqqında

İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.

Klassik şeirimizin xalq ruhunun Heyranı.

Qərbi Azərbaycan İcması müraciət yayıb

“Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək” – Misir Mərdanov

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

Ələddin Allahverdiyev – 75

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN. GÖYÇƏ ADLI İLAHİ SEVGİ.

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

Müəllimlərim haqda xatirələrim – Musa Kərimov

Səksəninci döngə

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

AŞIQ ABBASƏLİ NƏZƏROV

Altmış ilin sözə dönən anları

Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.

UĞUR ƏNGƏL TANIMIR

Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.

Sən özün bir kitabsanAygün Xəlilqızı yazır

Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib

“Dədə Ələsgər ocağı” İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.

Azərbaycan təbiəti və Aşıq Ələsgər

Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.

Bağırovun NKVD “padvalında” döydüyü qatı bolşevikin dəhşətli aqibəti

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Dastan haqqında məlumat

Dastan – Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növlərindən biri. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

Qəhrəmanlıq dastanları
Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.

Məhəbbət dastanları
Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər.

“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl”, “Leyli və Məcnun” dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Şahzadə Əbülfəz” dastanlarında qəhrəman igidliyi və cəsarətiylə qalib gəlir. “Aşıq Qərib” dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır.

Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. “Koroğlu”,”Qaçaq Nəbi” dastanları belə yaranmışdır.

“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Vaqif” dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Məhəbbət dastanlarına həmçinin, ’’Əsli və Kərəm’’; ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanları da daxildir.

Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır; Ü.Hacıbəyov “Koroğlu”, Z.Hacıbəyov “Aşıq Qərib”, M.Maqomayev “Şah İsmayıl” və s.

Son Yazılar

  • Cəfərova Filizə dəstək!
  • Körpə Həsən və Hüseynə dəstək olaq
  • Müqəddəs Ramazan bayramı TƏQVİM 2023:Gündəlik dualar
  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Cəfərova Filizə dəstək! 22 Mart 2023
  • Körpə Həsən və Hüseynə dəstək olaq 22 Mart 2023
  • Müqəddəs Ramazan bayramı TƏQVİM 2023:Gündəlik dualar 22 Mart 2023
  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
  • 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
  • Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
  • Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023

Türk dastanları

Türk xalqlarının dastan yaradıcılığı çox qədim və zəngin ənənlərə malikdir. Bu dastanlar onların milli qəhrəmanlıq, iman və düşüncə tarixinin, tarixdən əvvəlki və sonrakı çağlarının bədii ifadəsidir. Dastanlarda ilkin tanrı və tanrılaşdırılmış insanlar, gün işığı, su köpüyü və ağacdan doğulmuş uşaqlar, türklərin çarpışma və savaşları xüsusi yer tutur. Daha doğrusu, türk dastanları türklərin dastanlaşmış tarixidir, öz əfsanəvi keçmişinə münasibətinin təcəssümüdür.

Türklərin yenilməz bahadırlıq uğurları, savaşları, yeni-yeni yurdlar salması, böyük dövlətlər qurması və mənəvi gözəlliyi bu dastanların yaranması üçün özül olmuşdur. Gerçəkliyin əfsanəyə çevrildiyi bu çağlarda insanların ilkin duyğu və düşüncələri, acı, şirin xəyalları, təbiət və onun hadisələrinə qeyri-adi münasibətləridə dastan yaradıcılığında əsas zəmin olmuşdur.

Eradan öncə XII yüzillikdən başlayıb eramızın IX yüzilliyinə qədər hakimiyyət sürən Saq, Hun, Göytürk və Uyğur imperiyaları dövründə dastan örnəkləri meydana gəlmişdir. Eradan əvvəl VII yüzillikdə yaşamış Turan hökmdarı Alp Ər Tonqa haqqında qoşulmuş dastan, Şu, Hun –Oğu, Göytürk, doqquz oğuz və on uyğur və s. dastanları parlaq nümunədir.

“Yaradılış dastanı” – Türk dastanları içərisində “Yaradılış” dastanı dünyanın yaranmasından bəhs edən ilk dastan örnəyi kimi səciyyəidir. Dastanda belə deyilir ki, dünyada heç bir şey yox ikən tanrı Qara xan və ucsuz-bucaqsız su vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi. Ay, ulduzlar, göy və torpaq yaradılmışdır.

Tanrıların ən böyüyü, varlıqların başlanğıcı, insan nəslinin ilk babası Qara xan bu su aləmində sıxılırdı. O, yalqızlıq içində sıxılarkən suda bir dalğa göründü və bu dalğanın içindən Ağ ana deyilən bir qadın xəyalı ucaldı, yarat deyib yenə sularda gözdən itdi.

Qara xan bundan sonra özünə bənzəyən bir kişi, daha sonra dünya yaratdı. Onun yaratdığı dünya düpdüz idi. Ancaq bu düpdüz torpaqın üzərində bataqlıqlar, təpələr əmələ gətirdi. Qara xan əsəbləşib kişiyə Ərlik (şeytan) adını verdi.Sonra yerdən doqquz budaqlı ağac bitirib hər budağın altında bir adam yaratdı.Dünyada 9 insan nəsli də onlardan törədi.

Torpağın yeni insanları gözəl idilər. Lakin şeytanın pisliyinə uyan bu insanların ağılsızlığına qəzəblənən Qara xan onları sərbəst buraxdı.Ərliyidə torpaq altındakı qaranlıq dünyay göndərdi. Türklərin dünyanın yaradılışı barəsində ilkin mifik inam və görüşləri bundan ibarətdir. Burada insanın tanrı ilə bəhs etməsi, qadının əmri ilə kainatın hərəkətə gəlməsi və s. cizgilər çox ibrətamizdir. Bu dastanda Şaman dini ilə bağlı motivlərdə əks olunub ki, məsələn: On yeddi qat göyün nurlar aləmi sayılması, Qara xanın ilk tanrı kimi təqdimi, yer üzündə insanların yaşaması, pis ruhlar və cinlərin on dörd və ya yeddi təbəqə olan yerin altında məskunlaşması.

“Alp Ər Tonqa dastanı” — Əski çağlarda yaşayan türklərin ilk əfsanəvi-tarixi qəhrəmanı, ulu babası Alp Ər Tonqadır. İlk türk və Turan hökmdarı olan Alp Ər Tonqa öncə VII yüzillikdə İran- Turan müharibələrində ad qazanmış, dəfələrlə İran ordularını məğlubiyyətə uğratmış və nəhayət, Keyxosrov tərəfindən öldürülmüşdür. Onun ölümündən sonra saq-türk dövləti də öz əvvəlki mövqeyini itirmişdir.

Alp Ər Tonqanın adı İran qaynaqlarında Əfrasiyab kimi verilir. M.Kaşğari öz Divanında göstərirdi ki, türklər qədimdən böyük sərkərdələrinə xan, Əfrasiyaba isə xaqan adı vermişdilər. Qaz adı isə Əfrasiyabın qızının adı olmuşdur. “Dədə Qorqud” boylarında da “qaza bənzər qız” ifadəsinin gözəl qız mənasında işlənməsi məlumdur.

M.Kaşğari Əfrasiyabın ölümü haqqında yazılmış bir ağı nümunəsini də əsərinə daxil etmişdir. M.Kaşğarinin çaödaşı Yusif Xas Hacibin “Kutadqu bilik” əsərində isə Əfrasiyab bilikli, igid bir qəhrəman kimi səciyyələndirilib.

Əfrasiyabla bağlı yaradılmış dastan daha geniş miqyasda Firdovsinin “Şahnamə”sində öz əksini tapmışdır. Firdovsi təbii olaraq Əfrasiyabı öz əsərinin baş qəhrəmanı seçməmiş, onunla bağlı dastanı İran qəhrəmanlarının qələbəsi ilə tamamlamağa üstünlük vermişdir. İgid, yenilməz bir cəngavərə iranlıların zəfər çalmasını bir möcüzə kimi alqışlamışdır. Firdovsi böyük türk qəhrəmanı Əfrasiyab haqqında əhvalatları türk xalq ədəbiyyatından almışdır. Onun türk dövləti olan Qəznəvilər mühitində yaşaması və bu dövlətin başçısı Mahmud Qəznəvi ilə əlaqələri də bunu təsdiq etməkdədir.

“Şu dastanı”- Tarixi qaynaqlara görə, Şu miladdan əvvəl IV yüzillikdə yaşamış bir türk hökmdarı olmuşdur. M.Kaşğari onunla bağlı əhvalatları XI yüzillikdə ağızlardan toplayaraq əsərində qoruyub saxlamışdır.

Dastanda belə deyilir ki, Zülqərneyn kimi tanınan İsgəndər Səmərqəndi keçib türk yurduna gələndə onların hökmdarı Şu idi. Gənc hökmdar olan Şunun böyük və qüvətli bir ordusu olmuş, Balasaqun şəhərinin yaxınlığında yerləşən Şu qalasını tikdirmişdir. Hər gün Balasaqundakı sarayının qarşısında ordu bəyləri durardı.

“Divanü lüğətit-türk” də ərəb dilində yazıya alınmış “Şu”dastanı öz türklük ruhunu, üslubunu qoruyub saxlamışdır. M.Kaşğari türkmən, kalaç sözlərini izah edərkən bu dastanı nümunə gətirmişdir. Şu adlı hökmdarın tarixi bir şəxsiyyət olması bəlli deyil. Ancaq Saq imperiyasının tərkibində Su və ya Şu adlı bir dövlət bölümü mövcud olmuşdur. Bu da təsdiq edir ki, “Şu” dastanı Saq dastanlarındandır.

Dastanda suya, qaza, ördəyə tapınmaq əski şaman inancı təsiri bağışlayır. Türklərin yenicə şəhərlər salmağa başlaması, İsgəndərin hücumundan qorxub Çinə çəkməsi, Oğuz türklərinin isə öz yurdunu tərk etməməsi və s. cizgilər qədim türk tarixlərindən xəbər verir.

Göytürk dastanları. Göytürklər tarixdə türk adı altında dövlət quran ilk türklərdir. “Göy” sözü burada mavi, geniş mənasını daşıyaraq dövlətin böyüklüyünü və türk millətinin əzəmətini ifadə edir. Göytürklər doğudan Mancuriya, batıdan Qara dəniz və cənubdan Hindistana qədər uzanan bir dövlət qurmuşdular. Onların hakimiyyəti eramızın V yüzilliyindən başlayaraq IX yüzilliyə qədər sürmüşdür. Öz tarixlərini də daş yazılarına həkk etmiş, həm də dastanlarda əbədiləşdirmişlər. Göytürklərdən “Bozqurd” və “ Ergənəkon” dastanları günümüzə qədər gəlib çatmışdır.

Əski hunların soyundan olan Göytürklər Aşina adlı bir nəsildən törəmiş, ayri-ayrı oymaqlara yayılmışdır. Lin adlı bir məmləkət tərəfindən basılıb öldürülmüşlər. Ancaq on yaşında bir uşaqları qalmışdır. Düşmən bu uşağın çox kiçik olduğunu görüncə ayaqlarını kəsərək bir bataqlığa atdı. Orada bir qurd göründü, uşağı ətlə bəslədi. Düşmən uşağın yaşadığını eşidib onu öldürmək istədi. Qurd bir dağa qaçıb mağaraya sığındı. Sağ qalan uşaq böyüyüb evləndi, on uşağı oldu. On soy oldular. Aşina da onlardan biri idi. Çoxaldılar, yüz ailə oldular.Bir neçə nəsil sonra mağaradan çıxdılar. Altay dağları ətəklərində yerləşərək avarlara dəmirçilik etməyə başladılar və onlara tabe oldular. Qardaşlar özlərinə başçı seçərək, ona Türk adı verdilər. Anaları öləndən sonra böyük bir ağacın altına toplandılar. Ağaca doğru ən yüksək tullananı başçı seçmək istədilər. Türkün ən kiçik oğlu qələbə qazanıb başçı seçildi.

“Ergenekon dastanı” — bu dastan XIII yüzillikdə tarixçi Rəşidəddin tərəfindən yazıya alınmışdır. Bu dastanda da qəhrəman bir tayfanı təmsil edir. Qayıxanlı qəbiləsi buna örnək ola bilər. Tüküz də Doqquz oğuz qəbiləsinin ilkin adıdır. Dastanın türk tarixi ilə yaxınlığı qabarıq şəkildə özünü göstərir. Gerçəkdən də hun birliyi dağıldğqdan sonra Göytürklər Altay dağlarına çəkilərək uzun illər orada dəmirçilik etmiş, avarların hakimiyyəti altında yaşamışlar. Eramızın 536-cı ilində İl xanın başçılığı ilə türklər avarlara qalib gəlib böyük dövlət qurmuşlar.Moğol elinə Oğuz xan soyundan olan İl xan başçılıq edirdi. Bu çağlarda tatarların başında Sevinc xan durardı. Onlar daima vuruşardı və İl xan qalib gələrdi.

Sevinc xan Qırğız xanına hədiyyələr verib öz tərəfinə çəkir. Moğollarla on gün döyüş oldu, onlar zəfər çaldılar. Sonra tatarlar hərbi hiylə işlədib qalib gəldilər. Sevinc xan döyüşdən qayıdarkən İl xanın oğlanları döyüşdə ölmüşdülər. Yalnız kiçik oğlu Qiyan qalmışdır.Qiyan o il evləndi.İl xanın qardaşı Nüküz də o il evlənmişdi. Savaşdan on gün sonra hər ikisi arvadını götürüb qaçdı.Yeni bir yurda gəldilər.Oraya Ergənəkon adını verdilər. Ergənə-dağ yolu, kəməri, kon-dik deməkdir. Onların nəsli dörd yüz il orada yaşadı. Artıq Ergənəkona sığmırdılar. Oranı tərk etmək üçün yol arayıb tapmırdilar. Bir dəmirçi dedi ki, mən yol bilirəm. Orada dəmir mədəni var, onu əridib keçib gedə bilərik. Dağa odun, kömür gətirib yandırdılar.Dəridən yetmiş körük qoydular, hamısını birdən körüklədilər. Tanrının gücü ilə dəmir əridi. Oradan yol açıb dışarı çıxdılar. O gün moğollara bayram oldu. Bütün boylara elçilər göndərərək Ergənəkondan çıxdıqlarını bildirdilər. Tatarlar yenidən gəlib vuruşdularsa da, məğlub oldular. Beləcə dörd yüz il sonra qisaslarını aldılar.

“Köç dastanı” – Uyğur elində Hulin adlı bir dağ vardı. Ondan Tuğla və Selenqə adında iki çay axırdı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. Ağacın gövdəsi şişməyə başladı. O işıq doqquz ay, on gün ocağın şişkinliyi üzərində durdu. Sonra ağacın şişi yarıldı, içindən körpə çıxdı. Əhali onları alıb böyütdü. Onlardan ən kiçiyinin adı Buğu xan idi. Böyüyüb hökmdar oldu. Çinlilərlə savaşdı və bu savaşa son qoymaq üçün oğlu Tigini Çin hökmdarının qızı ilə evləndirdi. Oğluna Xatun dağında saray tikdirdi. Qonşuluqdan Tanrı dağı, Cənubda Qutlu dağ yerləşirdi. Baxıcılar Xatun dağının səadətinin bu qayaya bağlı olduğunu və hökuməti zəiflətmək üçün bu qayanın aradan götürülməsini dedilər.Çinlilər Tigini razı salıb qayanı parçalayıb apardılar. Bundan sonra quşlar, heyvanlar öz dillərində bu qayanın aparılmasına ağladılar. Yeddi gün sonra isə Tigin öldü. Məmləkət fəlakətdən qurtulmalıdır. Hökmdarlar paytaxtı Beş balığa köçürdülər.

“Köç” dastanı Çin və İran qaynaqlarında yazıya alınmışdır. Bu dastanda doğma yurda, el-obaya sevgi duyğularının bədii ifadəsi çox mənalı və ibrətamizdir. Türkün mənşəyini tanrı ilə bağlamaq inamı da ən əski bir inamdır. Yurdun bir daşını belə yağıya vermək xəyanət kimi anlaşılır,vətənin bütövlüyünü qorumaq hər bir türkün müqəddəs vəxifəsi sayılır.

Comments are closed, but trackbacks and pingbacks are open.