Press "Enter" to skip to content

Zərf və məna novleri

6-cı və 7-ci üsullarla yaranan mürəkkəb zərflər bitişik yazılır.

Zərf (nitq hissəsi)

Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt? hara? nə qədər? nə üçün? niyə? necə? və s. suallarından birinə cavab olurlar.

Zərf sintaktik baxımdan müstəqil və pronominal olurlar. İşlənməsi baxımdan zərflər adverbial və predikativ olurlar . Bəzən də təyin kimi çıxış edirlər.

Zərflər daha çox felin təsriflənən formaları ilə bağlı olur. Məsələn:

Maşın sürətlə gedir. Biz sabah kəndə getməliyik. Təyyarə yuxarı qalxdı.

Zərflər felin təsriflənməyən formalarına da aid ola bilir. Məsələn:

Mən sakit danışmağı xoşlayıram. Kişi təəccüblə mənə baxaraq dedi. Ucadan danışan oğlan Turaldır.

Bu cümlələrdəki, sakit, təəccüblə və ucadan zərfləri felin təsriflənməyən formalarına – məsdər, feli bağlama və feli sifətə aiddir.

Zərfin quruluşca növləri

Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə zərflər bir kökdən ibarət olur: tez, gec, axşam, yuxarı, aşağı və s.

Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir:

  • ca²: yavaşca, rahatca, sakitcə, yüngülcə, rusca və s.
  • casına²: qəhrəmancasına, açıqcasına, igidcəsinə və s.
  • yana², -anə: dostyana, dahiyanə, şairanə və s.
  • dan²: ucadan, astadan, bərkdən, birdən, çoxdan, hərdən və s.
  • la²: zorla, ehtiyatla, cəsarətlə, diqqətlə və s.
  • akı²: yanakı, çəpəki və s.
  • ən: daxilən, qəsdən, ruhən, qəlbən və s.
  • da²: ayda, ildə, gündə, həftədə, birlikdə, təklikdə və s.

Zərf düzəldən şəkilçilərdən -casına², -la², -ən vurğu qəbul etmir (vurğu altına düşmür). Məsələn: dostcasına, vüqarla, qəlbən və s.

-la² şəkilçisi -nan² şəklində tələffüz olunur. Məsələn: ehtiyatla – [ehtiyatnan], təəccüblə – [tə:ccübnən] və s.

Mürəkkəb zərflər iki sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları bir neçədir:

  1. Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, ağır-ağır, asta-asta, yavaş-yavaş, yeyin-yeyin, tez-tez və s.
  2. Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, yanıqlı-yanıqlı, mənalı-mənalı, dərdli-dərdli, bikef-bikef, yenicə-yenicə, indicə-indicə və s.
  3. Biri və ya hər ikisi şəkilçi (əsasən, hal şəkilçisi) qəbul etmiş söz-lərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, üst-üstə, birdən-birə, gündən-günə, ildən-ilə, haçandan-haçana, sonradan-sonraya, altdan-altdan, başdan-başa və s.
  4. Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, əvvəl-axır, gec-tez, tək-tənha, dinməz-söyləməz, səssiz-səmirsiz, altdan-yuxarı, başdan-ayağa, açıq-aşkar, gecə-gündüz və s.
  5. Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, için-için, oğrun-oğrun və s. (Son üç nümunədəki dizin, için və oğrun sözləri dilimizdə bu şəkildə ayrılıqda işlənmir).
  6. Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin işlənməsi yolu ilə: anbaan, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal, üzbəüz, ilbəil, günbəgün və s.
  7. Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, gözucu, əlüstü, addımbaşı, hərdənbir, arabir, üzüyuxarı, başıaşağı, axşamçağı, gecəyarısı, bayramsayağı və s.

Son iki maddədə göstərilən mürəkkəb zərflər bitişik, qalanları isə defislə yazılır.

Zərfin mənaca növləri

Zərfin mənaca dörd növü vardır:

  1. Tərzi-hərəkət zərfi
  2. Zaman zərfi
  3. Yer zərfi
  4. Kəmiyyət zərfi

Tərzi-hərəkət zərfi

Hərəkətin icra tərzini bildirir, necə?, nə cür? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə oturmuşdur. Qatar yavaş-yavaş tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəhdlə vuruşdular. Şagirdlər imtahana yaxşı hazırlaşıblar və s. Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Tərzi-hərəkət zərfləri bəzən iş və hərəkətin keyfiyyəti mənasında da işlənir. Məsələn: yaxşı oxumaq, pis bilmək və s.bezi zerfler isimin adliq halindan basqa yiyelik,yonluk,yerlik ve cixisliq kimi adlarla islene bilir buna gorede terzi-hereket zerfi hereketin icra terzini bildirir ve nece?.ne cur? sulallarindan birine cavab verir meselen:yaxsi oxumaq pis olmaq ve s. bezen terzi-hereket zerfi

Yer zərfi

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s.

Yer zərflərinin çoxu quruluşca sadədir.

Miqdar zərfi

İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir.

Miqdar zərfləri quruluşca daha çox mürəkkəb olur

Yer zərfliyi

Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s.

Yer zərflərinin çoxu quruluşca sadədir.

İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Qoca bir qədər pian idi dincəldi. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir.

Zərf | Nitq hissəsi

Hərəkətin tərzini, zamanını, yerini, miqdarım və s. bildirir və felə aid olur.

Sualları: necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt?, hara?, nə qədər?, nə üçün?, niyə? və s.

QURULUŞCA NÖVLƏRİ

Zərflər quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.

1. SADƏ ZƏRFLƏR

Sadə zərflər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: dərhal

2. DÜZƏLTMƏ ZƏRFLƏR

Düzəltmə zərflər tərkibində leksik şəkilçi olan zərflərdir.

Zərf düzəldən şəkilçilər:

  • -ca 2 : türk-cə, ehmal-ca, sakit-cə, yaş-ca və s.
  • -casına 2 : açıq-casına, hiyləgər-cəsinə və s.
  • -yana, -yanə, -anə: dost-yana, saymaz-yana, zarafatyana, şair-anə, dahi-yanə, Sabir-anə və s.
  • -dan 2 : bir-dən, bərk-dən, asta-dan və s.
  • -ən: qəsd-ən, qəflət-ən, daxil-ən və s.
  • -la 2 : güc-lə, zor-la, cəsarət-lə və s.
  • -akı 2 : yan-akı, çəp-əki və s.
  • -aşı 2 : yan-aşı və s.

3. MÜRƏKKƏB ZƏRFLƏR

Mürəkkəb zərflər, başlıca olaraq, aşağıdakı yollarla düzəlir:

  • Sadə sözlərin təkrarı ilə;
  • Biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə;
  • Antonim, yaxud yaxın mənalı sözlərin yanaşı işlənməsi ilə;
  • Yönlük halda işlənən bir sayına digər sayın qoşulması ilə;
  • -ba 2 bitişdiricisi ilə;
  • Müxtəlif mənalı sözlərin birləşməsi ilə.

ZƏRFİN MƏNACA NÖVLƏRİ

Zərfin məna növləri bunlardır: tərzi-hərəkət, zaman, yer miqdar zərfləri.

1. TƏRZİ-HƏRƏKƏT ZƏRFLƏRİ

Hərəkətin icra tərzini bildirir: birdən, asta, cəld, qaçaraq.

Sualları: necə?, nə cür?

Tərzi-hərəkət zərfləri hərəkətin keyfiyyətini də bildirə bilir: yaxşı danışmaq, pis bilmək və s.

2. ZAMAN ZƏRFLƏRİ

Hərəkətin icra olunduğu zamanı bildirir: dünən, sabah, sonra, əvvəl.

Sualları: nə zaman?, nə vaxt?, haçan?

3. YER ZƏRFLƏRİ

Hərəkətin icra olunduğu yeri bildirir: irəli, geri, yuxarı, aşağı, sağa, sola, içəri, bəri.

Sualları: hara? (haraya?), harada?, haradan?

4. MİQDAR ZƏRFLƏRİ

Hərəkətin miqdarım və ya dərəcəsini bildirir: az, çox, xeyli.

Sualları: nə qədər?, nə dərəcədə?

ZƏRFİN DİGƏR NİTQ HİSSƏLƏRİ İLƏ OMONİMLİYİ

QEYD: 1) Zərf əmələ gətirən -la 2 şəkilçisini ilə (-la,-lə) qoşmasının ixtisarı ilə qarışdırmayın:

Qələmlə (isim) yazıram. Sürətlə (zərf) gedirəm.

2) Yerlik və çıxışlıq hal şəkilçiləri ilə zərf düzəldən -da 2 , -dan 2 şəkilçilərini qarışdırmayın:

Kölgədə sən, gündə (isim) mən.
Səni görürəm gündə (zərf) mən.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • zərf
  • , nitq hissəsi
  • , morfologiya
  • , Azərbaycan dili
  • , Azərbaycan dilinin qrammatikası

Zərflərın quruluşca nüvləri. Azərbaycan dili

Bu şəkilçiərdən – casına 2 , -la 2 – ən vurğu qəbul etmir. Bu şəkilçilər içərisində omonim olanları da var:

-dan 2 – həm çıxışlıq hal şəkilçisi, həm də zərf düzəldən leksik şəkilçisi, ucadan, hündürdən, birdən – zərf düzəldən şəkilçi.

-da 2 – həm yerlik hal şəkilçisi, həm də zərf düzəldən leksik şəkilçidir. Məsələn, O,bu gün evdə tək qalıb (yerlik hal şəkilçisi). O, dostu ilə gündə görüşürdü (zərf düzəldən şəkilçi)

-ca 2 – həm qoşma və ədat kimi işlənir, həm də zərf düzəldən leksik şəkilçidir. Məsələn, Günel rusca yaxşı danışır( zərf düzəldən şəkilçi) Yol boyunca ağaclar əkilmişdi (qoşma) Dünən yaxşıca istirahət etdik(ədat).

-la 2 – həm başqa nitq hissələrindən fel düzəldir, həm də zərf düzəldən leksik şəkilçidir. Məsələn, O, ehtiyatla hərəkət edirdi (zərf düzəldən şəkilçi). Bəyim həyəti təmizlədi (fel düzəldən şəkilçi)

Mürəkkəb zərflər bir neçə sözün birləşməsindən əmələ gəlir. Məsələn, az-çox, yavaş – yavaş, birə-bəş, arabir və s.Mürəkkəb zərflər, əsasən, aşağıdakı yollarla yaranır:

  1. Eyni sözlərin təkrar olunması ilə .Məsələn, az-az, çox – çox, yavaş – yavaş, ağır – ağir,qəmli – qəmli, bir – bir, tez -tez və s.
  2. Yaxın mənalı və antonim sözlərin iştirakı ilə. Məsələn, yan – yörədə, hərdən-birdən, ara -sıra, başdan -binadan, tək – təhna, əvvəl – axır, tez-gec, gecə – gündüz, azdan – çoxdan, orda -burda, irəli – geri, başdan – ayağa və s.
  3. Yönlük halda işlənən bir sayına başqa sayların qoşulması ilə . Məsələn, birə- bəş, birə – on, birə -yüz, birə-min, birə-iki və s.
  4. Biri və ya hər ikisi, əsasən, hal şəkilçisi qəbul etmiş sözlərin təkrarı ilə. Məsələn, üz -üzə, qabaq – qabağa, üst-üstə, gündən – günə, birdən – birə, sonradan- sonraya, ildən – ilə, gün – gündən, haçandan – haçana, altdan – altdan, başdan – başa, yan- yana, baş – başa və s.
  5. Bəzi mürəkkəb zərflərin tərəflərindən biri və yaxud hər ikisi ayrılıqda məna vermir. Məsələn, uzun – uzadı,bula, maddim – maddim, için – için, az-maz, tələm – tələsik, için- için, xısın – xısın, oğrun – oğrun, dizin – dizin və s. Yuxarıdakı yollarla yaranan mürəkkəb zərflər defıslə yazılır.
  6. – ba 2 bitişdiricisinin iştirakə ilə eyni sözün təkrarın-dan . Məsələn, taybatay, günbəgün, saatbasaat, ilbəil, üzbəüz, adbaad, dalbadal, anbaan, qarabaqara və s.
  7. İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn, üzüaşağı, üzüyuxarı, birbaşa, yolüstü, gözucu, arabir,əli-boş, gecəyarısı, axşamçağı, səhərçağı, bayramsayağı, hərdənbir, dilucu, ağızucu, birdəfəlik, dabanbasma, sözarası,başıaşağı,əlüstü və s.

6-cı və 7-ci üsullarla yaranan mürəkkəb zərflər bitişik yazılır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.