Press "Enter" to skip to content

Akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirilib – VİDEO

Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub.

Zərifə əliyeva aid tədbir

Bu gün oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 98 il ötür.

“Qafqazinfo” xatırladır ki, akademik 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib.

1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib.

1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olub.

Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub.

Xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilib.

Z.Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.

Akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirilib – VİDEO

2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər keçirilir. Belə ki, martın 15-də görkəmli alimin 100 illik yubileyinə həsr olunmuş “Nurdan yaranıb nura qovuşan insan” adlı xatirə gecəsi keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər dövlət orqanlarının rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Bakı Konqres Mərkəzi”ndə keçirilən xatirə gecəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Xatirələrlə yaşayan ömür” adlı videoçarx nümayiş olunub.

Xatirə gecəsində çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın – müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır.

Onun sözlərinə görə, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur:

“Mən ilk növbədə akademik Zərifə Əliyevanın bir alim kimi gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətini vurğulamaq istərdim. O, elmdə heç vaxt asan yol axtarmırdı, keçilməmiş yollarla gedir, yeni cığırlar salırdı, öz elmi araşdırmalarını praktik əhəmiyyət daşıyan aktual mövzulara həsr edirdi”.

“Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır”, – deyə səhiyyə naziri vurğulayıb.

AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında bildirib ki, Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir:

“Akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Zərifə Əliyeva peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb. Beləliklə, akademik Zərifə Əliyeva cəmiyyətşünas alim, həkim kimi yeni bir nümunə ortaya qoyub”.

Xatirə gecəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.

Görkəmli alimlə bağlı xoş xatirələrini bölüşən Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Onun sözlərinə görə, ülvi keyfiyyətlərə malik olan Zərifə xanım öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib.

Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-69-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib.

Xatirə gecəsində çıxış edən 1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyeva qeyd edib ki, Zərifə Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb:

“Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara”.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Zərifə əliyeva aid tədbir

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Gündəm Zərifə Əliyevanın doğum gününə həsr olunmuş anım tədbiri keçirilib – FOTOLAR

!Reklam – Arxiv

Xəbərlər Departamenti – Aprel 26, 2019 – 12:24

!Reklam – Yazi

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində görkəmli oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, 26 aprel 2019-cu il tarixdə,əvvəlcə daimi nümayəndəliyin kollektivi Fəxri Xiyabana gələrək,müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül-çiçək dəstələri qoymuş,unudulmaz şəxsiyyətlərə dərin hörmət və ehtiramlarını bildirmişlər.Daha sonra Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində böyük oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın doğum günününə həsr olunmuş anım tədbiri keçirilib. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə çıxış edərək qeyd edib ki,tariximizdə silinməz iz qoymuş,Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru,görkəmli oftalmoloq-alim,ictimai xadim akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti,xeyirxah əməlləri,vətən naminə gördüyü böyük işləridir: “Bu gün keçirdiyimiz anım tədbiri isə Zərifə xanım Əliyevanın əziz xatirəsinə sonsuz ehtiramın ifadəsidir.Zərifə xanım Əliyeva bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşamış,elmin çətin yollarında inamla irəliləyərək,tibb elminin ən uca pillələrinə yüksəlmiş,çox məsuliyyətli,eyni zamanda,ibrətamiz,nümunəvi bir həyat yolu keçmişdir.1923-cü il aprelin 28-də Şahtaxtı kəndində görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva həyatını Azərbaycan mədəniyyətinin,musiqisinin,elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov,Müslüm Maqomayev,Mir¬əsədulla Mirqasımov və başqa görkəmli şəxsiy¬yətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə keçirmişdir.Belə bir mühitdə böyüyən Zərifə xanımın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşmişdir.Adında əks olunan zəriflik qədər zərif, dünyaya göz açdığı Naxçıvan qədər möhkəm iradəli və əyilməz,nəğməsini dinləyərək böyüdüyü Araz qədər şən və mehriban olmaq Zərifə Əliyevanın xarakterinin əsas cizgilərini təşkil edirdi.” Xalqımızın ümummilli lideri Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanım haqqında deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq,arxa olduğuna görə,ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir.O,çox istedadlı,çox sadə insan idi.Onun xatirəsi bizim qəlbimizdə,bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”. “Uşaq yaşlarından həkimlik sənətinə hədsiz maraq göstərən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə oranı müvəffəqiyyətlə bitirərək Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmişdir.Elmi tədqiqatlara olan hədsiz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır.1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil almış və elmi tədqiqatla məşğul olmuşdur.Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparmış,fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində,o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş,xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparmışdır” – deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə etdi. Daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki,Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur.Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi böyük alimin adı ilə bağlıdır.Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları ona böyük şöhrət gətirmişdir.Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlamışdır.Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır. “Elmi və ictimai fəaliyyəti ilə yanaşı,Zərifə xanım Əliyeva eyni zamanda qayğıkeş ana,vəfalı ömür-gün yoldaşı idi.”-deyən Bəxtiyar Əsgərov qeyd etdi ki,O,ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan,xalqı üçün çalışan övladlar böyütmüşdür.Görkəmli alimin ürəklərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaqdır.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu böyük şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salarkən aydın görmək mümkündür ki,elmi tədqiqatların bacarıqlı təşkilatçılığı,dərin elmi düşüncə və parlaq pedaqoji istedad onun şəxsində üzvi surətdə qovuşmuşdur. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq,məşğul olduğu sahələrin hamısı Zərifə xanımın istedadı və fədakarlığı sayəsində aparıcı istiqamətə çevrilmiş və bir nümunə səviyyəsinə qalxmışdır. Bu gün istisnasız olaraq demək mümkündür ki,Zərifə xanım Əliyeva həm həkimliyin,həm alimliyin, həm pedaqoqluğun, bunlarla yanaşı isə həm də insanlığın ali zirvəsinə yüksəlmişdir”. “Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi,mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki,onun fəaliyyətinə nəzər salarkən,bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur.Zərifə xanımın fitri istedada malik novator alim,pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü,keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı,hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.Onun elmi,tibbi və pedaqoji fəaliyyəti,hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə,kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır.Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər,yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bu böyük insanın-görkəmli alim,böyük və xeyirxah insan,qayğıkeş ananın hər il doğum günündə xatırlanması,bir sözlə,onun adının qədirbilən xalqımızın yaddaşında əbədi həkk olunması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.” Tədbir digər çıxışlarla davam etdirilmişdir.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.