Press "Enter" to skip to content

Zühuri-dövlti-sfviyan

Azərbaycan dəfələrlə İrana diplomatik nəzakətlə etiraz etsə də, bunun faydası olmayıb. Nəhayət Tehrana bununla bağlı etiraz notası edilmişdi.

İran Xankəndiyə qanunsuz yüklər aparmaqdan əl çəkməyəcək – ŞƏRH

“İran Gorus bölgəsində son dövrlər Azərbaycan tərəfindən bağlanan yola alternativ çəkilməsini gözləyir”.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri jurnalistlərə verdiyi açıqlamada deyib.

O, Gorus-Qafan yolunda Azərbaycan polisinin və gömrük işçilərinin İrandan Ermənistana gedən yük maşınlarını saxlayaraq gömrük rüsumu kimi pul aldığını deyib.

Səfirliyin bu problemi ən qısa vaxtda həll etmək üçün səy göstərdiyini qeyd edib.

Zühuri daha sonra iddia edib ki, 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, Ermənistanın Gorus yolunun Azərbaycan ərazisindən keçən iki hissəsi alternativ yol tikilənə qədər nəqliyyat vasitələrinin hərəkətinə açıq olmalı idi.

Hər zaman qatı anti-Azərbaycan, amma ermənipərəst mövqeyi ilə fərqlənən səfir Abbas Bədəxşan Zühuri Azərbaycanın qanuni olaraq İran yük maşınlarından gömrük rüsumu almasından şikayətlənib.

Qeyd edək ki, Azərbaycan İranla Ermənistanın ticarət əlaqələrinə müdaxilə etmir. Yalnız İrandan Gorus-Qafan yolu ilə qanunsuz olaraq Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə, yəni Xankəndi başda olmaqla Qarabağda yerləşən bir neçə şəhərə tikinti malları və şübhəli yüklərin daşınmasının yolverilməz olduğunu bəyan edir.

Azərbaycan dəfələrlə İrana diplomatik nəzakətlə etiraz etsə də, bunun faydası olmayıb. Nəhayət Tehrana bununla bağlı etiraz notası edilmişdi.

İranın “Qafqaz.ir” saytı Zühurinin dediklərini “İranın səfirinin iranlı sürücülərin problemlərini həll etmək yönündə vədi” başlığı ilə təqdim edib.

Bir neçə gün bundan öncə Azərbaycanı təhdid edən Ərdəbilin baş axundu Həsən Amoliyə tabe olan bu sayt Azərbaycanda şiələrin sıxışdırıldığını iddia edərək, anti-Azərbaycan xəbərləri yaymaqla tanınır.

Bəs görəsən indi müsəlman Qarabağ əhalisini qətliam edən ermənilərə İran yük maşınlarının nə olduğu məlum olmayan yüklər daşıması qarşısında yaranmış “əngəl”in həll olunmasına səfirin “söz verməsini” həmin sayt niyə belə böyük şövqlə dərc edir?

zühur

сущ. устар. появление, явление. Günəşin zühuru появление солнца; zühur etmək, olmaq:

1. являться, появляться, появиться (показываться, показаться перед чьими-л. глазами)

2. возникать, возникнуть; zühura çıxmaq (gəlmək) см. zühur etmək

появление. zühur etmək (eləmək) появляться, показываться.

См. также в других словарях:

  • zühur — <ər.> Zahir olma, meydana çıxma, görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru. – Hər zərreyi zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri. F.. <Soltanın> bu nagahani zühuru Durnada heç bir təəccüb . . doğurmadı. İ. Ə.. Zühur etmək –… … Azərbaycan dilinin izahlı lüğəti
  • zuhur — is., esk., Ar. ẓuhūr Ortaya çıkma, görünme, belirme, baş gösterme, meydana çıkma Atasözü, Deyim ve Birleşik Fiiller zuhur etmek … Çağatay Osmanlı Sözlük
  • zuhûr — (A.) [ رﻮﻬﻇ ] ortaya çıkma, görünme. ♦ zuhur etmek ortaya çıkmak, çıkmak … Osmanli Türkçesİ sözlüğü
  • zuhur etmek — ortaya çıkmak, görünmek, belirmek Kadın iyi oldu fakat daha büyük bir felaket zuhur etti. P. Safa … Çağatay Osmanlı Sözlük
  • zuhur — /zʊˈhʊə/ (say zoo hoouh) noun (in Islam) the second prayer, after midday. See azan. Compare subuh, asar, maghrib, isha …
  • zühur — ə. zahir olma, meydana çıxma; əmələ gəlmə, hasil olma … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • ZUHUR — Meydana çıkmak. * Ansızın meydana gelmek. * Baş göstermek. Görünmek. * Hulul. * Galip olmak. * Âlîkadr … Yeni Lügat Türkçe Sözlük
  • ZÜHUR — Parlaklık. Parıldama. Zühuret. * Çiçekler. Ezhar … Yeni Lügat Türkçe Sözlük
  • zuhur etmek — ortaya çıkmak; doğmak … Hukuk Sözlüğü
  • no(v)zühur — f. və ə. bax: növzühur … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • KABL-EZ ZUHUR — Zuhurundan ve meydana çıkmadan evvel … Yeni Lügat Türkçe Sözlük

İran Xankəndiyə qanunsuz yüklər aparmaqdan əl çəkən deyil

Bu sözləri İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri jurnalistlərə verdiyi açıqlamada deyib.

O, Gorus-Qafan yolunda Azərbaycan polisinin və gömrük işçilərinin “İrandan Ermənistana gedən” yük maşınlarını saxlayaraq “gömrük rüsumu kimi pul aldığını” deyərək, səfirliyin bu “problemi” ən qısa vaxtda həll etmək üçün səy göstərdiyini qeyd edib: “Ümid edirik ki, Ermənistan hökuməti Zəngəzurda alternatvi yolu tezliklə tikib istifadəyə verəcək. Söhbət Tatev yolundan gedir ki, o yol vasitəsilə iranlı sürücülər yükdaşımaları daha etibarlı və təhlükəsiz şəraitdə gerçəkləşdirəcəklər. Ümid edirəm ki, Ermənistan bu yolun tikintisində fəal çalışır”.

Zühuri daha sonra iddia edib ki, 44 günlük İkinci Qarabağ savaşından sonra Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, “Ermənistanın Gorus yolunun Azərbaycan ərazisindən keçən iki hissəsi alternativ yol tikilənə qədər nəqliyyat vasitələrinin hərəkətinə açıq olmalı idi”.

Hər zaman qatı anti-Azərbaycan, amma ermənipərəst mövqeyi ilə fərqlənən səfir Abbas Bədəxşan Zühuri Azərbaycan Cümhuriyyətinin qanuni olaraq İran yük maşınlarından gömrük rüsumu almasından şikayətlənib və “İnşallah bu problemin həll olunması” üçün səylər göstərildiyini deyib.

İranın Ermənistanla siyasi, ticari və s. əlaqələri Tehranla İrəvanın daxili işləridir, rəsmi Bakının da bu münasibətlərə hər hansı formada müdaxilə etmək niyyəti yoxdur. Azərbaycan sadəcə, İrandan Gorus-Qafan yolu ilə qanunsuz olaraq Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə, yəni Xankəndi başda olmaqla Qarabağda yerləşən bir neçə şəhərə tikinti malları və şübhəli yüklərin daşınmasının yolverilməz olduğunu bəyan edir.

Azərbaycan dəfələrlə İrana diplomatik nəzakətlə etiraz etsə də bunun faydası olmamışdı və nəhayət Tehrana bununla bağlı etiraz notası təqdim olunmuşdu. Amma səfirin dedikləri bir daha sübut edir ki, İran hələ də Qarabağda qalan, müsəlman Azərbaycan xalqını qətliam edən erməni işğalçılarının tör-töküntülərinə yardım edərək onların ölkəmizə qarşı revanşist mövqelərinə üstüörtülü olsa da, dəstək verir.

İran mətbuatında ən diqqət çəkən yazılardan biri “Qafqaz.ir” saytında Zühurinin dediklərini “İranın İrəvandakı səfirinin iranlı sürücülərin problemlərini həll etməklə bağlı vədi” başlıqlı xəbərdir. Bir neçə gün bundan öncə Azərbaycanı təhdid edən Ərdəbilin baş axundu, ayətulla Seyid Həsən Ameliyə tabe olan bu sayt daim anti-Azərbaycan xəbərləri yaymaqla tanınır.

İranın Ermənistandakı səfirinin “vəd verməsi”ndən bəhs edən sayt əslində İrandan Ermənistana yollanan, oradan da Azərbaycan ərazisinə keçən, Xankəndinə gedən yük maşınlarının müəmmalı yüklər daşımasına Bakının son qoymasına çalışmasından çox narazıdır.

Yəni narazı olan sadəcə, ayətulla Amili yox, Tehranda onun kimi düşünən qüvvələrdir.

Orxan Hun
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.