Press "Enter" to skip to content

Zühuri-dövləti-səfəviyan

2, səhifə 178-217

Национальная Академия Наук Азербайджана

2. Xoca Sədəddin Əfəndinin «Tacüt-təvarix» əsəri Qara- qoyunlu hökmdarı Qara İskəndərin Osmanlı sultanı IIMurada yazdığı übudiy- yətnamə haqqında, AEA aspirantlarının elmi konfransinın materialları, ELM nəşriyyatı, Bakı, may 1999, s.104 – 105

3. XV – XVII əsrlər Osmanlı tarixşünaslığında «Tacüt-təvarix»in yeri,«Elm» qəzeti, 25 may,31 may 2000, (№17-18 (538-539), 19-20 (540-541)), s. 9, 11

4. Xoca Sədəddin Əfəndinin «Tacüt-təvarix» əsəri Taclı xanım haqqında, Şərqin aktual problemləri: tarix və müasirlik (Ak. Z.M Bünyadovun anadan olmasının 75 illiyinə həsr olunmuş elmi-nəzəri kon-fransının materialları), Əbilov, Zeynalov və oğulları, Bakı, 2000, s.52 – 54

5. «Tacüt-təvarix» əsəri Osmanlı – Səfəvi müharibəsinin başlanması və Çaldıran vuruşmasının taktiki sxemi barədə ,«Elm» qəzeti, 28 avqust, 15 sentyabr, 2001, (№25-26 (590-591), 27-28 (592-593)), s. 7, 13

6. Sultan Səlimin «Tacüt-təvarix»də əks olunmuş mülahizələri Səfəvilərin ictimai proseslərdə rolunun etirafı kimi, Şərqin aktual problemləri: tarix və müasirlik (Ak. Z.M Bünyadovun anadan olmasının xatirəsinə həsr olunmuş elmi-nəzəri konfransının materialları), Nurlan nəşriyyatı, Bakı, 2001, s.79 – 81

7. XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycan dövlətçiliyində hüquqi varislik problemi və onun beynəlxalq münasibətlərdə əksinə dair (Xoca Sədəddin Əfəndinin «Tacüt-təvarix» əsərinin materialları əsasında), Azərbaycan Respublikası MEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu və AMEA Rəyasət heyətinin təsis etdiyi “Şah İsmayıl Xətai irsini araşdırma qrupu” (QHT)-nin Şah İsmayıl Xətainin anım günü münasibəti ilə birgə keçirdiyi elmi-praktiki konfransın materialları, Bakı, 2006, s.32 – 37

8. Azərbaycanın feodal dövlətləri XV – XVI əsrin birinci rübündə (Xoca Sədəddin Əfəndinin «Tacüt-təvarix» əsəri əsasında), Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyanın avtoreferatı, s.1 – 28

9. Международное положение и политическая обстановка Азербайджана в первой трети XV века, Журнал «Азербайджан и азербайджанцы», Баку, 2008 № 1 – 4, c.200 – 207

10. 1473-cü il Osmanlı – Ağqoyunlu müharibəsi ərəfəsində Yaxın Şərq Türk dövlətləri arasında olan hərbi – diplomatik qarşıdurma(Xoca Sədəddin Əfəndinin «Tacüt-təvarix» əsərinin materialları əsasında), AMEA Tarix İnstitutu Elmi Əsərlər 2010, cild 34, s.163-169

11. XVI əsrin əvvəllərindəOsmanlı – Səfəvi münasibətlərinin kəskinləşməsi və Çaldıran döyüşündə I Şah İsmayılın sərkərdəlik məharəti (Xoca Sədəddin Əfəndinin «Tacüt-təvarix» əsərinin materialları əsasında), AMEA xəbərlər (tarix, fəlsəfə, hüquq seriyası), ELM nəşriyyatı, Bakı, 2012, №1, s. 14-26

12. XV əsrin 20-30-cu illərində teymuri-qaraqoyunlu-məmlük-osmanlı münasibətləri və azərbaycan hərb tarixinə bir baxış, Qaraqoyunlular-600 (Respublika konfransının materialları), Bakı-2013, s.29-44

13. Tacli xanim hekayəti və ya Xoca Sədəddin Əfəndinin Osmanlı tarixlərində saldığı qarışıqlıq , “Şah İsmayıl və Sultan Səlim” (Beynəlxalq konfransın materialları), Bakı, 2013, s.231-240

14. Çaldiran meydan savaşindan sonraki hərbi-siyasi, diplomatik vəziyyət Xoca Sədəddin Əfəndinin «Tacüt-Təvarix» əsərində, “Tarix və onun problemləri” jurnalı Bakı, 2013, №3, s.306-312

15. İskəndər bəy Münşi Türkman “Tarixe aləmaraye Abbasi” Şahin Fazil tərcüməsinin I cildinin “Göstəriciləri”, İskəndər bəy Münşi Türkman “Tarixe aləmaraye Abbasi”,c.II, Bakı, 2014, s.2164-2470

16. XV – XVI əsrlərdə Azərbaycanın Türk dövlətləri ilə diplomatik əlaqələri tarixindən,“STRATEJİ TƏHLİL”

17. Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal”, s.165-178

1. Məhəmməd Əliyev Məcnun oğlu Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı, Bakı, Adiloğlu nəşriyyatı, 2001,315 s.

2. Zühuri dövləti – Səfəviyan, Nəşrə hazırlayan: Namiq Musalı, Bakı, Mütərcim, 2013,99 s

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi ADPU Ümumtürk milli-ictimai fikir tarixi 060202- Türk dünyası tarixi ixtisası üzrə magistratura hazırlığı üçün proqram, Tərtibçi müəllif f.ü.e.d.Rəfail Ayvaz oğlu Əhmədov, Bakı, 2015

Zühuri-dövləti-səfəviyan

Azərbaycan tarixşünaslığında Xaqan Abbas Səfəvi hələ də öz obyektiv qiymətini ala bilməmişdir. Sovet dövründən etibarən tarixşünaslıqda belə bir fikir formalaşmışdır ki, Şah I Abbas(1587-1629) zamanında aparılan islahatlar nəticəsində Azərbaycan dövlətinin mahiyyəti dəyişilmiş və İran dövlətinə çevrilmişdir. Dövlətdə türk əyanlarının rolu azaldılmış, yüksək vəzifələrə fars əyanları gətirilmiş, İran xalqının bir sıra adət və ənənələrini bərpa edilmiş, qədim fars nəsilləri himayə edilmişdir. İş o yerə gəlib ki, Azərbaycan tarixinin müasir dövrü ilə məşğul olan tədqiqatçılar da Şah Abbas zamanından etibarən Qızılbaş dövlətini qeyri-Azərbaycan dövləti olaraq göstərirlər. Bəzi tarixçilərin əsərlərində Şah Abbasa qarşı təhqiramiz ifadələr də yer almışdır. Xaqan Abbasın Azərbaycan dövlətini yenidən qüvvətləndirməsi, Osmanlı işğalı altında olan torpaqları geri qaytarması Türkiyə tarixşünaslığında ona qarşı dərin nifrət hissi yaratmışdır ki, bu da Azərbaycan tarixşünaslığına təsirsiz ötüşməmişdir. Şaha qarşı yönələn bu əsassız iftiralar əsasən Sovet dövründə formalaşmışdır.
Bununla belə tarixşünaslığımızda Şah Abbasa obyektiv yanaşan tarixçilər də vardır. Xüsusən Z.Bayramlı öz əsərlərində Şah Abbasa qarşı yönələn iftiraların yanlış olduğunu mənbələr, sənədlər əsasında sübut etmişdir. M.Abdullayevin redaktəsi ilə nəşr edilən “Azərbaycan tarixi” dərsliyində Şah Abbas öz obyektiv qiymətini almış, hökmdarın daxili və xarici siyasətinə, onun islahatlarına geniş yer verilmişdir. Z. Bayramlı və V. Zifəroğlunun müəllifi olduqları “Azərbaycan hökmdarları: Səfəvilər” adlı kitabda da Şah Abbasa layiqli qiymət verilmişdir. Z.Bayramlı və B.Şabiyevin müəllifi olduqları “Azərbaycan Səfəvi dövləti” adlı əsərdə Şah Abbas məsələsinə geniş yer verilmiş, ona qarşı olan iftiralara mənbələrdən tutarlı cavablar gətirilmiş, Sovet dövrü konsepsiyasının yalanları aradan qaldırılmışdır. Bundan başqa T.Nəcəflinin “Səfəvi-Osmanlı münasibətləri” adlı monoqrafiyasında da Səfəvi-Osmanlı münasibətləri müfəssəl şəkildə araşdırılmış, Şah I Abbas dövrünə geniş yer verilmiş, eyni zamanda hökmdarın hakimiyyəti zamanı baş verən bəzi hadisələrə obyektiv yanaşılmışdır. Türkiyədə nəşr edilən, müəllif kollektivi arasında Azərbaycan alimlərinin də yer aldığı “Türklər” adlı 21 cildlik ensiklopedik kitabda da Şah I Abbasa obyektiv yanaşılmamışdır.
Şah Abbasa qədər hadisələrdə bir çox müəlliflər dövlətimizdə siyasi böhranın baş verməsini, tayfaların özbaşınlağını, xüsusən də 1578-1590-ci il müharibəsində tayfa başçılarının mərkəzdənqaçma siyasəti nəticəsində bir çox əyalətlərin itirilməsini qeyd edirlər və bunun dövlətimiz üçün çox təhlükəli bir vaxt olduğunu vurğulayırlar. Şah Abbasın hakimiyyəti zamanında siyasi böhranın aradan qaldırılması, üsyankar əmirlərin cəzalandırılması məsələsinə gəlincə isə, nədənsə münasibət dəyişir, təbii ki, dövlətin nüfuzunu yüksəltmək, itirilmiş torpaqları qaytarmaq, ordunu möhkəmləndirmək üçün ilk növbədə daxildə ictimai-siyasi sabitlik yaratmaq lazım idi. İddialara görə Şah Abbasa qədər Şamlı və Ustaclı tayfaları hakimiyyətdə daha üstün olmuşlar, Şah Abbas zamanında onlara qarşı amansız münasibət göstərilmişdir. Halbuki, Şah Məhəmməd Xudabəndə dövründə Türkmənlərlə Təkəlilər, Şamlılarla Ustaclılar arasında ittifaq yaranmışdı. Türkmən-Təkəlilər Şamlı-Ustaclılara qarşı fəailiyyət göstərirdilər. Bu zaman hakimiyyətdən kənarda qalan Şamlı-Ustaclılar Abbas Mirzənin ətrafında birləşmişdilər ki, daha sonra onu hakimiyyətə gətirdilər.Şah Abbasın hakimiyyəti dövründə elə ən çox iltifat göstərilən tayfa Şamlı tayfası olmuşdur. Oruc bəy Bayat öz əsərində dövlətin idarə olunmasında 32 əsas tayfanın olduğunu bildirir, bunlardan Ustaclılar haqqında məlumat verərkən yazır: “Ustaclı – ən əsas ailə, onların əksəriyyəti şahın sevimli xidmətçiləridir. Onlardan çoxu ən yüksək vəzifələri icra edirlər”. Qeyd edək ki, Mürşidqulu xan 1589-cu ildə buraxdığı bir sıra ciddi səhvlərə görə qətlə yetirilmişdir, Oruc bəy isə bu əsərini 1604-cü ildə yazmışdır. Mürşidqulu xan Ustaclının öldürülməsinə gəlincə o, şahın gənc olmasından istifadə edərək onun dövlət işləri ilə məşğul olmamasına çalışırdı, həm də bir çox Qızılbaş əmirləri şahın adından Mürşidqulu xanın idarəetmə işlərinə qarışmasını qəbul etmək istəmirdilər; eyni zamanda Mürşidqulu xanın səhvi ucbatından Herat başda olmaqla, Xorasan özbəklərin əlinə keçdi. Şah I Abbas dövlətin cənub-şərqində baş verən mərkəzdənqaçma hallarının qarşısını almaq üçün Şirvandan bir çox oymaqları buraya köçürmüşdü. Tarixşünaslığımızda isə iddia olunur ki, Şah I Abbas bununla türk oymaqlarına ciddi zərbə vurmuşdur. Səfəvilərin hakimiyyətə gəlməsi ilə hər bir tayfa dövlətin müəyyən hissəsində yerləşdirilmişdi. Bunlardan biri də Zülqədərlər idi ki, Fars əyalətində yerləşmişdilər. Azərbaycan tarixşünaslığında iddia olunur ki, Şah Abbas Zülqədər və digər tayfaları yerlərindən köçürməklə türk oymaqlarını zəiflətdi, halbuki, Zülqədərlərin yerinə Fars əyalətinə Qarabağın Otuz iki, Qazaxlar, Şəmşəddinli oymaqları köçürülmüşdü.Şah Abbasın hakimiyyəti dövründə və ondan sonra mühüm vəzifə olan “möhürdar” vəzifəsi Zülqədər əmirlərinə tapşırılırdı. O.Bayat yazırdı: “Zülqədərlər – hersoqlar kimidir, onlar döyüşdə çox cəsur olur, aralarından igid insanlar çıxır”.
İddia edirlir ki, Şah Abbasın anası farsdır. Əslində Şahın anası seyid nəslindəndir. XVI əsrdə millətçilik hələ yox idi. Doğrudur fars və türk əşirətləri-tayfaları arasında müəyyən qədər nifrət hissi olsa da, bu günümüzün millətçilik anlayışına uyğun gəlmirdi. İslamda millətçiliyə deyil, ümmətçiliyə üstünlük verilir. Osmanlı dövlətində vəzifələrdə xeyli sayda qeyri-türk var idi. Azərbaycana yürüş edən Osmanlı ordularına sərdar təyin edilən Sinan paşa, Fərhad paşa, Lələ Qara Mustafa paşa, o cümlədən Təbrizə hakim təyin edilmiş Xədim Cəfər paşa qeyri-türk idi.
Belə bir mülahizə vardır ki, Şah I Abbas qorçu dəstələrinə ciddi zərbə vuraraq, onların əvəzinə qulamları yüksəltdi, həmçinin qeyri-türk ünsürlərindən olan tüfəngçilərə geniş hüquqlar verdi. Halbuki, 1725-ci ildə yazılan “Təzkirət əl-müluk” əsərində İsgəndər bəy Münşi göstərilir ki, “üməra-ye dövlətxane-ye mübarək” zümrəsinə daxil olan şəxslərdən biri də qorçubaşıdır, hətta II Şah Abbas hakimiyyətə gələndə bir müddət dövlət işlərini baş vəzirlə qorçubaşı idarə edirdi. Bundan əlavə qorçubaşı dövlətin bütün ellərinin və oymaqlarının ağsaqqalı idi. “Abbasnamə” adlı mənbədə isə tüfəngçibaşı vəzifəsinə, həm də türklərin təyin edildiyi qeyd olunur.
Şah Abbas iddiaların əksinə, qədim fars şahlarının titullarından deyil, özündən əvvəlki türk Səfəvi şahlarının istifadə etdiyi titullardan istifadə edirdi. Osmanlı mənbələrində Şah Abbas digər Səfəvi şahları kimi Turan hökmdarı olaraq da adlandırılırdı. Şaha aid olan balta üzərindəki qaraquş, bəbir, kut işarələri qədim türk simvolları olub, türk xanədanlıqlarında istifadə edilən simvollardır. Şah Abbas sələflərindən fərqli olaraq, baş vəzir vəzifəsinə Tusi nəslindən olan türk Hatəm bəy Ordubadini gətirmişdi. İddiaların əksinə İ.Münşinin əsərindən göstərilən 1628-ci il tarixli 76 əmirdən 44-ü deyil, 54-ü türk idi, 15-i türk dilindən başqa dil bilməyən qulam, digərləri isə müxtəlif xalqlardan olanlar idi.
Dil məsələsinə gəlincə linqvist A.Meyen 1911-ci ildə yazırdı: “Dil tarixi şəraitdən aslıdı və fiziki anlayış olan irqdən heç bir asılılığı yoxdur”. Bununla belə qeyd edək ki, Səfəvi və Əfşar sülalələri dövründə fars dili ciddi şəkildə tənəzzül etmişdir.Bundan əlavə, araşdırdığımız yüzillikdə Qərbi Avropada bir müddət diplomatiya, elm və təhsil dili latın, daha sonra fransız dili olsa da, hal-hazırda ingilis dilidir.
XVIII əsrə aid olan anonim “Zühuri-dövləti-Səfəviyan” adlı mənbədə də Qızılbaş dövlətinin “darülmülk”ünün Azərbaycan olduğu göstərilir.
Şahın farsmeyilli olmasını qəbul etmək mümkün deyil. Xaqanın islahatları nəticəsində Qızılbaş dövləti itirilmiş ərazilərini geri qaytara və uzun müddət tarix səhnəsində mövcudiyyətini qoruya bilmişdi.
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Qənirə PİRQULİYEVA,
Bakı Dövlət Universitetinin dosenti

Ədəbiyyat siyahısı
Aydoğmuşoğlu C. I Şah Abbas ve zamanı. Yayınlanmamış doktora tezi. Ankara: 2011, 306 s.
Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, 8-ci cild. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1984, 608 s. 2
Azərbaycan tarixi. Mehman Abdullayevin redaktəsi ilə. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.
Azərbaycan tarixi. Yeddi cildə, üçüncü cild. Bakı: Elm, 2007, 592 s.
Bayramlı C., Zifəroğlu V. Azərbaycan hökmdarları: Səfəvilər. Bakı: 2015, 240 s.
Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında Türk Qızılbaş əyanlarının rolu. Bakı: “Avropa”, 2015, 348 s.
Bayramlı Z., Şabiyev B. Azərbaycan Səfəvi dövləti (XVI-XVII əsrlər). Bakı: Avropa, 2016, 344 s.
Çoruhlu Y. Türk mitolojisinin ana hatları. İstanbul: Yeditepe Yayınevi, 2004, 151 s.
Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü. Üç cilddə, birinci cild. Bakı: Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, 2015, 324 s.
Əmirli İ. Yaxın və Orta Şərq ölkələri feodalizm dövründə (III-XVII əsrlər). Bakı: 2016, 224 s.
Ərdəbil livasının müfəssəl dəftəri. Araşdırmanın və transliterasiyanın müəllifi: Erhan Arıklı. Bakı: 2004, 857 s.
Həsənəliyev Z., Bayramlı Z. II Şah Abbasın hakimiyyəti illərində Azərbaycan Səfəvi dövlətinin daxili və xarici siyasəti. Bakı: Elm, 2011, 88 s.
İbrahim P.E. Peçevi tarihi. II cilt. Hazırlayan: Prof.dr. Bekir Sıtkı Baykal. Ankara: Kültür Bakanlığı Yayınları, 1992, 455 s.
Mahmudov Y.M., Şükürov K.K., Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı: Təhsil, 2009, 144 s.
Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi. I kitab. Fars dilindən tərcümə t.e.d. Ş.F.Fərzəliyevindir. Bakı: Şərq-Qərb, 2014, 1144 s.
Nəcəf Ə.N. İnanc Yaddaşı(köklər və tarixlər). Bakı: “Qanun Nəşriyyatı”, 2014, 352 s.
Nəcəfli T. Səfəvi-Osmanlı münasibətləri. Bakı: “Turxan NPB”, 2014, 516 s.
Tuncay B. Azərbaycan türklərinin islamaqədərki dili və ədəbiy­yati (şifahi və yazili ədəbi nümunələr əsasında), Bakı, Elm və təhsil, 2015, 288 səh.
Türkler. Orta çağ. 21-ciltte, 6-cı cilt. Ankara, Yeni Türkiye Yayınları, 2002, 1654 s.
Zühuri-dövləti-Səfəviyan (transfoneliterasiya, tərcümə və fotofaksmile). Nəşrə hazırlayan: Namiq Musalı. Bakı: Mütərcim, 2013, 100 s.
Книга Орудж-бека Байата дон-Жуана Персидского. Перевод с английского, введение и комментарии д.и.н. Октая Эфендиева, к.и.н. Акифа Фарзалиева. Баку: Элм, 1988, 216 с.
Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в. Баку: Элм, 1993, 240 с.
Неймат М. Корпус эпиграфических памятников Азербайджана. Арабо-персо-тюркоязычные надписи Нахчыванской Автономной Республики (XII – начала XX века). Баку: Yeni Nəşrlər Evi, 2001, c. 216

Sədulla NURİYEV
Bakı Dövlət Universiteti tarix fakültəsi, III kurs tələbəsi

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm: azərbaycan tariXİ-1

3. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993-cü il və başqa nəşrlər.

4. * Azərbaycan tarixi. Yeddi cildlik. Bakı, 2007-2008, I, II, III cildlər.

5. “Azərbaycan tarixi üzrə qaynaqlar”, Süleyman Əliyarlı, Fərman Mahmudovun redak. ilə, Bakı 1989 və başqa qaynaqlar

Elmi monoqrafiyalar:

6. Cəfərqulu Rüstəmov. “Qobustan dünyası”. Bakı, 1994

7. Solmaz Qaşqay. “Manna dövləti”. Bakı, 1993

8. * Solmaz Qaşqay. “Ön Asiyada miqrasiya proseslərinə dair”. Bakı, 2009

9. * Fəridə Məmmədova. “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası”. Bakı, 1993

10. *Ziya Bünyadov. “Azərbaycan VII-IX əsrlərdə”.Bakı, 1989

11. Ziya Bünyadov. “Azərbaycan Atabəylər dövləti (1136-1225)” Bakı, 1978

12. Nailə Vəlixanlı. “Ərəb Xilafəti və Azərbaycan”. Bakı, 1993

13. Oqtay Əfəndiyev. “Azərbaycan Səfəvilər dövləti”. Bakı, 1993

14. Namiq Musalı. “I Şah İsmayılın hakimiyyəti”. Bakı, 2011

15. Şahin Mustafayev. Səlcuqilərdən Osmanlılara, Bakı, 2010.

16. V.Z.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003

17. Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrldə. Bakı, 1983

Qeyd: Bütün kitabları Universitetin kitabxanasından və Tarix və Arxeologiya departamentindən əldə etmək olar.

İnternet saytları

Komponentləri
  1. Səlcuqlar və Atabəylər dövrü Azərbaycan tarixi haqqlnda: aprel 2014.
  2. XIII-XIV əsrlər Azərbaycan tarixi haqqında: may 2014.

Dünya sivilizasiyaları tarixi, xüsusilə qədim Şərqin sivilizasiyalarının tarixi, antik sivilizasiya və orta əsrlərin Avropa və müsəlman sivilizasiyalarının tarixi tarix elmi üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, sivilizasiyaların mərkəzləri olan bölgələrdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Misir və Mesopotamiyanın qədim dövlətləri, yunan və Roma sivilizasiyaları, Xalqların böyük köçü, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya, böyük Avropa inqilabları bu tip hadisələrdəndir ki, müasir dünyanın inkişafına təsiri yenə də davam edir. “Dünya sivilizasiyaları tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır.

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq
  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək
  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq
  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir
  • tarixi hadisələrin analizi
  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma
  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.

Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qıymətlə imtahandan kənarlaşdırılır.

Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan igər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.

Atropatena və Alban dövlətləri. Atropatena dövlətinin yaranması. Atropatlar sülaləsi. Selevk, Parfiya, və Romanın Atropatenada mübarizəsi. Sosial-iqtisadi vəziyyət. Din. “Avesta”. Mədəniyyət.
Qafqaz Albaniyası (e.ə. IV-II yüzillikdə). Əhalisi və ərazisi. Antik müəlliflər albanlar haqqında. Maddi-mədəniyyət abidələri.

4, Cild I, səhifə 176-184

4, Cild I, səhifə 187-270

2, səhifə 137-151

4, Cild I, səhifə 273-356

2, səhifə 152-177

4, Cild II, səhifə 68-88; 117-148

2, səhifə 178-217

2, səhifə 145-158

Azərbaycan xalqının formalaşması prosesi: əsas mərhələləri və başa çatması.

IX-cu yüzilliy­­in ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan f­eodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.

1, səhifə 204-213

2, səhifə 284-300

Azərbaycan Atabəyləri dövlətinin yaranması, yüksəlişi və tənəzzülü. Azərbaycan Atabəylərinin daxili və xarici siyasətinin əsas istiqamətləri.

VIII bölüm, s. 214-217, 220-225

Şirvanşahlar dövləti XII – XIII əsrin əvvəllərində. Kəsranilər sülaləsi hakimiyyət başında.

XI-XIII əsrin əvvəllərində Azərbaycanda sosial-iqtisadi münasibətlər və mədəniyyət.

Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu. Azərbaycana monqol-tatar yürüşləri və onların nəticələri.

Azərbaycan Elxanilər (Hülakular) dövlətinin tərkibində. Elxanilər dövlətinin tənəzzülü və Çobani feodallarının özbaşınalığı.

Azərbaycan Cəlairilər dövlətinin tərkibində. Şirvanşahlar dövləti XIII-XIV əsrlərdə.

Azərbaycan XIV əsrin sonu – XV əsrin əvvəllərində. Toxtamışın və Əmir Teymurun Azərbaycana yürüşləri

Ağqoyunlu dövlətinin yaranması və inkişafı. XV əsrin sonunda Azərbaycanda feodal çəkişmələri.

X bölüm, s. 312-323.

Şirvanşahlar dövləti XV əsrdə. Ərdəbildəki Səfəvi şeyxlərinin hərbi-siyasi fəaliyyətləri.

XIII – XV əsrlərdə Azərbaycanda sosial-iqtisadi münasibətlər və mədəniyyət.

X-XI bölüm, s. 307-312, 323-364.

Azərbaycan XVII əsrdə. I Şah Abbasın islahatları və onların Azərbaycan tarixi baxımından dəyərləndirilməsi. Azərbaycan uğrunda Səfəvi-Osmanlı rəqabəti.

Azərbaycan XVIII əsrin əvvəllərində və Səfəvilər dövlətinin tənəzzülü dövründə. I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü.

  1. Moisey Kağankatlı kimdir?
  1. Moisey Kalankatluklu. Albaniya tarixi. Bakı 1993 və başqa nəşrlər.
  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 39-56
  3. Ziya Bunyadov. Azərbaycan VII-IX əsrlərdə. Azərnəşr, 1989, III fəsil.
  4. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Azərnəşr, 1993. Səh. 7-35
  1. Moisey Kağankatlının “Alban tarixi” əsəri tarixi mənbə kimi.
  1. Moisey Kalankatluklu. Albaniya tarixi. Bakı 1993 və başqa nəşrlər.
  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 39-56
  3. Ziya Bunyadov. Azərbaycan VII-IX əsrlərdə. Azərnəşr, 1989, III fəsil.
  4. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Azərnəşr, 1993. Səh. 7-35
  1. Azərbaycanın qədim tarixi mixi yazılı qaynaqlarında.
  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. Səh.9-14
  2. Solmaz Qaşqay. Manna dövləti. Bakı, 1993
  3. Solmaz Qaşqay. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı, 2006
  1. Albaniya tarixi antik dövr qaynaqlarında.
  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 14-27
  2. Кемал Алиев. Античная Кавказская Албания. Баку, 1992
  3. Бабаев И.А. Города Кавказской Албании в IV в.до н.э. – III в. н.э. Баку, 1993.
  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 14-27
  2. Кемал Алиев. Античная Кавказская Албания. Баку, 1992
  3. Бабаев И.А. Города Кавказской Албании в IV в.до н.э. – III в. н.э. Баку, 1993.
  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989
  2. Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı, 2007
  3. Tərlan Novruzov. Qədim Şərq ədəbiyyatı. Bakı, 2007
  4. Solmaz Qaşqay. Ön Asiyadan miqrasiya proseslərinə dair. Bakı, 2009
  1. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. IV fəsil, s. 1, 2. Bakı, Azərnəşr, 1993.
  2. M.C.Xəlilov. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı, 2011, II fəsil.
  3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. Səh.40-44
  1. M.C. Xəlilov. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı 2011, III fəsil.
  1. M.C. Xəlilov. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı 2011, səh. 86-95.
  2. Вилаят Керимов, Бьернар Стурфиел. Киш (история, архитектура, археология). Баку,2003.
  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. Səh.53
  2. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, II fəsil, s. 85-104
  1. M.C. Xəlilov. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı 2011, V fəsil, səh. 3.
  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, s. 85-104
  2. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. IV fəsil. Bakı, Azərnəşr, 1993.
  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, § 1,2
  2. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı 1993, s.31-59
  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, s.141-161
  2. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı 1993, s.74-125
  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, s.141-161
  2. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı 1993, s.74-125
  3. Nailə Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1987
  4. Q.Əhmədov. Orta əsr Beyləqan şəhəri. Bakı 1979
  5. Azərbaycan arxeologiya, VI cild
  6. R.Göyüşov. Azərbaycan arxeologiyası. Bakı 1986
  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, s.141-161
  2. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı 1993, s.74-125
  3. Qənirə Pirquliyeva. Numizmatikanın əsasları. Bakı 2009
  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989
  2. Səid Nəfisi. Azərbaycan qəhrəmanı Babək Xürrəmdin. Bakı 1990
  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989
  1. Səlcuq türkləri və Azərbaycan (2 saat)
  2. Azərbaycan Atabəyləri dövləti. Şirvanşahlar dövləti XII – XIII əsrin əvvəllərində (2).
  3. XI-XIII əsrin əvvəllərində Azərbaycanda sosial-iqtisadi münasibətlər və mədəniyyət (2).
  4. Azərbaycana monqol-tatar yürüşləri və onların nəticələri (2).
  5. Azərbaycan Elxanilər (Hülakular) dövlətinin tərkibində (2).
  6. Azərbaycan Cəlairilər dövlətinin tərkibində. Şirvanşahlar dövləti XIII-XIV əsrlərdə (2).
  7. Azərbaycan XIV əsrin sonu – XV əsrin əvvəllərində. Əmir Teymurun Azərbaycana yürüşləri (2).
  8. Qaraqoyunlu dövləti (2).
  9. Ağqoyunlu dövləti (2).
  10. Şirvanşahlar dövləti XV əsrdə. Ərdəbildəki Səfəvi şeyxlərinin hərbi-siyasi fəaliyyətləri (2).
  11. XIII – XV əsrlərdə Azərbaycanda sosial-iqtisadi münasibətlər və mədəniyyət (2).
  12. Azərbaycan Səfəvilər dövləti XVI əsrdə (2).
  13. Azərbaycan XVII – XVIII əsrin əvvəllərində.
  14. Səfəvilər dövründə Azərbaycanda sosial-iqtisadi münasibətlər və mədəniyyət (2).
  15. Azərbaycan Səfəvilər dövlətinin süqutu və Nadir şah Əfşarın hakimiyyəti dövründə (2).
  16. Azərbaycan xanlıqları XVIII əsrin ikinci yarısında (2).
  1. Ağqoyunlu Uzun Həsənin şəxsiyyəti (Əbu-Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsəri əsasında).
  2. Osmanlı tarixçisi Mehmed Solakzadə Sultan Süleymanın Azərbaycana yürüşləri haqqında.
  3. Şah Təhmasibin təzkirəsi Azərbaycan tarixinin mənbəyi kimi.
  4. Səfəvilər və Şirvanşahlar (Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-əxbar” əsəri əsasında).
  5. Həmdulah Mustovfi Qəzvininin “Zeyli-tarixi-qozide” əsəri Azərbaycan tarixinin mənbəyi kimi.
  6. Evliya Çələbinin Azərbaycana səyahətləri.
  7. Jan Şardenin Azərbaycana səyahəti.
  8. 1578-1590-cı illər Səfəvi – Osmanlı müharibəsi (Selaniki Mustafa Əfəndinin “Tarixi-Selaniki” əsəri əsasında).
  9. Kornel lö Brənin Azərbaycana səyahəti.
  10. Fransız müəllifi Pyer Davit XVII əsr Azərbaycanı haqqında.
  11. Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsəri Azərbaycan tarixinin mənbəyi kimi.
  12. Nizaməddin Şaminin “Zəfərnamə” əsəri Azərbaycan tarixinin mənbəyi kimi.
  13. Əbdürrəşid Bakuvi orta əsr Azərbaycan şəhərləri haqında.
  14. İbn əl-Əsirin “əl-Kamil fit-tarix” əsəri monqol-tatarların Azərbaycana yürüşləri haqqında.
  15. Səlcuqlar dövrü tarixçisi Sədrəddin Əli əl-Hüseyni Azərbaycan atabəyləri haqqında.
  16. Yaqut Həməvinin və Həmdullah Qəzvinin coğrafi əsərlərində orta əsr Azərbaycan şəhərləri.
  17. Antoni Cenkinsonun Azərbaycana səyahəti.
  18. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri Azərbaycanın xanlıqlar dövrü tarixinin mənbəyi kimi.
  19. Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsəri tarixi mənbə kimi.
  20. Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” əsəri tarixi mənbə kimi.
  21. Azərbaycan tarixçisi Əhməd bəy Cavanşir və Qarabağ tarixinə dair əsəri.
  22. Səfəvi dövrünə aid “Qızılbaşlar tarixi” əsəri tarixi mənbə kimi.
  23. “Zühuri-dövləti Səfəviyan” əsərində I Şah İsmayılın hərbi-siyasi fəaliyyəti.
  24. Z.Bünyadovun “Azərbaycan Atabəyləri dövləti” monoqrafiyası haqqında rəy.
  25. V.Piriyevin “Azərbaycan XIII-XIV əsrlərdə” monoqrafiyası haqqında rəy.
  26. C.İbrahimovun “Azərbaycanın XV əsr tarixinə dair oçerklər” monoqrafiyası haqqında rəy.
  27. O.Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” monoqrafiyası haqqında rəy.
  28. S.Aşurbəylinin “Şirvanşahlar dövləti” monoqrafiyası haqqında rəy.
  29. S.Onullahinin “Təbriz şəhəri XIII-XVII əsrlərdə” monoqrafiyası haqqında rəy.
  30. Ağqoyunluların dövlət quruluşu (Ş.Fərzəliyevin tədqiqatları əsasında).
  31. II Şah İsmayılın hakimiyyəti (İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi” əsəri əsasında).
  1. İş ayrıca vərəqlərdə yazılmalıdır.
  2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.
  3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.
  4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.
  5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.
  6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakültəsi, işin yerinə yetirildiyi department göstərilməlidir.
  7. İş 5-7 komputer səhifəsi həcmində, şrift 12, interval 1,5 olmalıdır.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.