08 qaytarmağı necə göndərə bilərəm
Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisidir.
VERGİLƏR
Bir ay əvvəl mağazadan 359 manat nağd ödənişlə telefon almışdım. Nağd alış-veriş üzrə ƏDV-nin 10%-i geri qaytarılmalı olduğu halda, mənə 5 manat 48 qəpik qaytarılıb. Bu, düzdürmü?
Dövlət Vergi Xidmətindən bildirilib ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açarkən yaratdığı virtual “pul qabı”na yerləşdirilir. Əlavə dəyər verigisi (ƏDV) məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur. Misal üçün, məhsulun dəyəri 100 manatdırsa, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır.
Sorğuda göstərilən halda hər hansı xəta mövcud deyil. Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə özünüz də hesablaya bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”
08 qaytarmağı necə göndərə bilərəm
Xəbər verildiyi kimi, Azərbaycanda ticarət və ictimai iaşə sektorunda ödənişoər üxrə ƏDV-nin qaytarılması prosesinə başlanıb.
FED.az ölkə üzrə əhəmiyyətini nəzərə alaraq ƏDV-nin qaytarılması ilə bağlı ortaya çıxan əsas suallar və onların cavablarını təqdim edir:
Satıcı kimdir?
Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisidir.
İstehlakçı kimdir ?
Satıcıdan malı alan fiziki şəxsdir.
Portalda qeydiyyatın aparılması necə baş verir?
Şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və mobil nömrənizi, doğum tarixinizi, həmçinin nömrənizə göndərilmiş olan birdəfəlik şifrəni daxil etdikdən sonra şifrə təyin etməklə elektron kabinetinizi yarada bilərsiniz. Portaldan yalnız 16 yaşı tamam olmuş şəxslər qeydiyyatdan keçə bilər
Giriş etmək üçün hansı məlumatları daxil etməliyəm ?
Portala giriş etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və ya qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni, həmçinin qeydiyyat zamanı yaratdığınız şifrəni daxil etməlisiniz.
Giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm ?
“Şifrənin bərpası” imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin ‘FİN’ kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək olan birdəfəlik şifrəni daxil etməklə yeni şifrə təyin edə bilərsiniz.
ƏDV məbləğini geri qaytarmaq üçün nə etməliyəm?
Portala giriş etdikdən sonra çekin fiskal ID-sini qeyd edib, axtarış etməlisiniz.
QR kod vasitəsilə ƏDV geri qaytarmaq mümkündür?
Bəli, BirBank mobil tətbiqi vasitəsilə çekin üzərində əks olunan ‘QR kodu’ oxutmaqla, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir. Bu zaman ƏDV-nin qaytarılması ilə bağlı sorğu BirBank mobil nömrəsi ilə “edvgerial.az” portalında bu nömrə ilə qeydiyyatı mövcud olan şəxsin elektron kabinetinə ötürüləcəkdir.
BirBank mobil tətbiqi haradan yükləyə bilərəm?
BirBank mobil tətbiqini android əməliyyat sistemli mobil cihazlardan “Play Store”, iOS əməliyyat sistemli mobil cihazlardan isə “Apple Store”-dan yükləyə bilərsiniz.
Kapital Bank müştərisi deyiləm, mən BirBank mobil tətbiqindən istifadə edə bilərəm?
Bəli, “Kapital Bank müştərisi deyilsiniz?” bölməsinə daxil olmaqla, mobil nömrə ilə qeydiyyatdan keçə bilərsiniz.
Fiskal ID nədir?
Malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.
Çek sistemə daxil edildikdən sonra nə baş verir?
Nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və çekin təsdiqlənməsi dərhal elektron kabinetində əks olunur.
Malların dəyəri hansı şəkildə ödənilə bilər?
Ödənişin aparılma formasında məhdudiyyət nəzərdə tutulmur, ödəniş alıcının istəyinə uyğun olaraq nağd və ya nağdsız formada ola bilər.
Geri qaytarılmalı olan ƏDV məbləği necə hesablanır?
Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.
ƏDV-yə cəlb olunan hansı mallara görə ödənilmiş ƏDV qaytarılmır?
Neft və qaz məhsullarına görə ödənilən ƏDV qaytarılmır.
Çek üzrə “gözləmə” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalda daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır.
Çek üzrə “qaytarılan” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü artıq keçibsə, çekin fiskal ID-si portalda daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür , “qaytarılan” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.
Çek üzrə “ləğv olunan” statusu nədir?
Çekin yaranma tarixindən 30 təqvim günü keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çek qüvvədə olmadıqda, “ləğv olunan” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.
Çeki neçə gün ərzində portala daxil edə bilərəm?
Çek yarandığı tarixindən sonrakı gündən başlayaraq 90 gün ərzində ƏDV məbləğinin geri qaytarılması məqsədilə portala əlavə edilməlidir.
“Çek tapılmadı” xətası hansı hallarda əks olunur?
Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Qeyd: Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.
“Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib” xətası hansı hallarda əks olunur?
“Vergi Məcəlləsi”nə əsasən alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad olan məhsullar olduqda müvafiq xəta mətni əks olunur.
“Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır və ya malların dəyəri bonus və kupon ilə ödənilib və ya ödənişin növü avansdır” xətası hansı hallarda əks olunur?
Çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə və ya ödənişin tipi avans olduqda müvafiq xəta mətni əks olunur.
“Satıcı ƏDV ödəyicisi deyil” xətası hansı hallarda əks olunur?
“Vergi Məcəlləsi”nə əsasən ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mallar və göstərilən xidmətlərə ƏDV hesablanmadığı üçün ƏDV-nin qaytarılması nəzərdə tutulmur.
Çek məlumatlarını portala daxil etdim, lakin nəticə barədə məlumat əks olunmur. Bu halda nə etməliyəm?
Çekin fiskal ID-nin düzgün daxil olunmasını və ya həqiqiliyini “e-kassa.gov.az” internet səhifəsi üzərindən “Çeki yoxla” bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbəblərindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.
Çek məlumatlarını portala daxil etdim, lakin portalda çek üzrə müraciətin (və ya artıq ƏDV məbləğinin) artıq qeyd olunduğu bildirilir. Bu halda nə etməliyəm?
Bu hal ilə bağlı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” müraciət etməyiniz xahiş olunur.
Portala daxil edilmiş çekin yaranma tarixindən 30 gün keçsə də, ƏDV məbləğinin qaytarılması elektron kabinetimdə əks olunmamışdır. Bu halda nə etməliyəm?
Qeyd olunan hal üzrə müvəkkil bank (KapitalBank ASC) ilə (012 196) əlaqə saxlaya bilərsiniz.
Geri qaytarılmış ƏDV məbləğini necə istifadə edə bilərəm?
Elektron kabinetdə toplanmış ƏDV məbləğini ölkədaxili bankların emissiya etdiyi ödəniş kartlarına köçürə və ya müxtəlif ödənişlər (mobil, kommunal, internet, TV və s.) etməklə istifadə edə bilərsiniz.
Çek sistemə daxil edildikdə təsdiqlənməmə baş verə bilərmi və bu hal hansı səbəbdən yarana bilər?
Belə hal baş verə bilər, səbəbləri isə müxtəlif ola bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola bilər, çekin məlumatları daxil olunarkən alıcı tərəfindən səhvə yol verilə bilər, çekin məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar mövcud ola bilər və s.
Nəzarət mexanizmi qurğusu nədir və nə üçün nəzərdə tutulub?
Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi zamanı aparılan hesablaşmalar barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsini, həmçinin e-kassa və istifadəçinin autentifikasiyasını təmin edən qurğudur.
Nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatın hansı müddətdən sonra sistemə daxil edilməsi mümkün olmur ki, bu da öz növbəsində sistemdə çekin müəyyən olunmamasına səbəb olur?
Nəzarət qurğusu 7 gün ərzində məlumatı özündə saxlaya bilər.
Nəzarət-kassa aparatı çeki ilə yanaşı POS-terminaldan çıxarış hansı hallarda verilməlidir?
Malların dəyəri nağdsız qaydada nəzarət-kassa aparatı ilə inteqrasiya olunmayan POS-terminal vasitəsilə ödənildikdə çeklə yanaşı çıxarış verilir.
Alıcı malı qaytardıqda ƏDV məbləğinin qaytarılması necə olacaq?
Alıcı aldığı malı digər mala dəyişdirdikdə ƏDV məbləğinin qaytarılması necə olacaq?
Çek üzrə ƏDV hələ qaytarılmadıqda çek üzrə ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda halda isə qaytarılmış ƏDV məbləğini çıxmaqla formalaşan məbləğ qaytarılır.
Alıcı aldığı malı digər mala dəyişdirdikdə ƏDV məbləğinin qaytarılması necə olacaq?
Mal daha ucuz qiymətli mala dəyişdikdə, qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla vəsait qaytarılmalıdır. Mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında olan qiymət fərqi üzrə ƏDV məbləği geri qaytarılır.
ƏDV-nin qaytarılması hansı tarixdən vurulan çeklərlə mümkündür?
ƏDV-nin qaytarılması 21 mart 2020-ci il tarixdən etibarən vurulan çeklərlə mümkündür. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” prezident İlham Əliyevin 21 mart 2020-ci il tarixli fərmanı ilə təsiqlənib və həmin gündən qüvvəyə minib.
Qeydiyyatlı məktubu necə göndərmək olar
Adi poçtdan fərqli olaraq, siz sifarişli məktub göndərdiyiniz zaman ABŞ Poçt İdarəsi bağlamanızı gediş yerindən çatdırılma yerinə qədər təmin etməyi vəd edir. Bundan əlavə, onlar paketi 50.000 dollara qədər sığorta edəcəklər (əhatə məbləğində bəzi məhdudiyyətlərlə). Məktub və ya paketin qeydiyyatı adətən e-poçt vasitəsilə dəyərli məzmun göndərərkən faydalıdır.
addım
Metod 1/2: Poçt şöbəsində qeydiyyatdan keçmiş poçtunuzun hazırlanması
- Əgər poçt şöbəsində formanı axtarmağa keçmək istəyirsinizsə, PS 3806-nı birbaşa USPS saytından buradan endirə bilərsiniz.
- Uzun bir xətt varsa, formanı doldurarkən xətti daxil etmək daha yaxşıdır. Bitirdikdən sonra bir neçə yolla getmisiniz.
- Əgər xətt qısadırsa və ya xətt yoxdursa, masanın üstündəki formanı doldurun ki, xətti yuxarı tutaraq ətrafınızdakı insanları narahat etməyəsiniz.
- Poçt şöbəsi nağd pul, kredit və debet kartlarını və çekləri (müvafiq şəxsiyyət vəsiqəsi ilə) qəbul edir.
- İşçi sizə əməliyyat üçün qəbz verməlidir, lakin onlar bunu unutduqları halda, bunu istəməyə çox utanmayın – bu xidmət üçün pul ödəməyinizin bütün səbəbi budur! Qəbz məktubun nə vaxt göndərildiyini dəqiq sübut edəcək, ona görə də o, nəzərdə tutulan alıcıya çatmazsa, siz məsuliyyət daşıya bilməzsiniz.
Metod 2/2: Qeydiyyatlı poçtunuzu evdə və ya ofisdə hazırlayın
- Müvafiq etiketləri öz printerinizdə çap etmək üçün icazə almaq üçün poçt şöbəsinə baş çəkin.Ən yaxın filialların yerini görmək üçün bura klikləyin.
- Label 200, saytdan kənar çap üçün rəsmi icazə tələb edən formadır.
- Bu icazə adətən yalnız çoxlu qeydiyyatlı məktublar göndərən şəxslərə verilir. Əgər bu sizin üçün birdəfəlik xidmətdirsə, onu əvvəlki üsulda olduğu kimi poçt şöbəsi vasitəsilə göndərin.
- Bu icazə yalnız daxili poçt üçün verilir. Əgər beynəlxalq poçt göndərirsinizsə, poçt şöbəsinə gedin.
- Kompüterinizdə PS Form 3806-nı doldurun. Bu, poçt işçisi məlumatı onların sisteminə daxil edən zaman suallara cavab vermək üçün orada olmayacaqsınız, çünki oxunmayan əl yazısı ilə bağlı hər hansı fəsadları azaltmağa kömək edir. Çap etməzdən əvvəl formanı hərtərəfli nəzərdən keçirdiyinizə əmin olun.
- Müvafiq formaları çap edin: Mark 200 və tamamlanmış PS Forması 3806. Mürəkkəb səviyyələrinin aydın oxunan forma vermək üçün kifayət qədər sağlam olduğundan əmin olun.
- PS Form 3806 ağ-qara mürəkkəblə, etiket 200 isə poçt xidmətinin istifadə etdiyi rəsmi marka ilə demək olar ki, eyni olması üçün rəngli çap edilməlidir.
- Etiket 200 ya 1) ağ OCR bond, 20 funtluq əsas kağızda (17 düym × 22 düym) az və ya heç flüoresansız, və ya 2) Kirə davamlı Litho etiketi, 50 funtluq əsas kağızda (17 düym × 22) çap edilməlidir. düym) arxa tərəfində ümumi, daimi tipli, təzyiqə həssas yapışqan örtüklü.
- Etiket 200 birbaşa məktuba yapışan öz-özünə yapışan kağız üzərində çap edilməlidir. Etiketi göndərilən bağlamaya yapışdırmağa çalışmayın.
- Göndəriləcək məktubun üzərinə 200 etiketi qoyun. Onun məktubun küncləri üzərində əyilmədiyinə əmin olun, çünki bu, üzərindəki bəzi məlumatları oxumağı və ya onun ştrix kodunu skan etməyi çətinləşdirə bilər.
- Məktubu və PS Forması 3806-nı göndərmək üçün poçt şöbəsinə çatdırın. Doldurulmuş PS forması 3806-nı ödəniş və kassada işçiyə göndərilən məktubla birlikdə təqdim edin.
- Yenə də, əgər işçi sizə təklif etməyi unutarsa, əməliyyatın alınmasını istəməyi unutmayın.
- Məktub üçün sığorta almaq istəyirsinizsə, kassadakı işçiyə deyin. USPS qeydiyyatlı poçt üçün 25.000 dollara qədər sığorta təklif edir. Qiymətlər nə qədər sığorta almaq istədiyinizdən asılı olaraq dəyişir.
İcma sualları və cavabları
Qeydiyyatlı məktub qəbul edən tərəfindən imzalanmalıdır?
Bəli. Qeydiyyatlı poçtun imzalanması tələb olunur. Müştəriyə çatdıranda həm şəxsiyyət vəsiqəsini yoxlayır, həm də imzasını alırlar. İmzalanmasına ehtiyac olmayan bir şey istəyirsinizsə, çatdırılma təsdiqini həyata keçirə bilərsiniz (paketlər üçün ən yaxşısı) və ya hətta onu təsdiq edilmiş poçt kimi (zərflər üçün ən yaxşısı) göndərə və imzalanmadan azad edilməsini tələb edə bilərsiniz.
Qeydiyyatlı məktub poçt qutusuna göndərilə bilərmi?
Zərf çatdırılıb, yoxsa sifarişli məktub göndərəndə zərf verməliyəm?
Qeydiyyatlı məktubu göndərmək nə qədər başa gəlir?
Kolumbiyaya bir məktub çatmaq üçün nə qədər vaxt lazımdır?
Sifarişli məktub səhv ünvana göndərilibsə nə etməliyəm?
Qeydiyyatlı məktub göndərmək üçün mənə şəxsiyyət vəsiqəsi lazımdırmı?
Yetkinlik yaşına çatmayan şəxsə (18 yaşına çatmamış) yalnız yetkinlik yaşına çatmayan şəxsin imzalaya biləcəyi və imzalamalı olduğu məktub göndərilə bilərmi?
Münsiflər heyətinin tapşırığı üçün çağırış vərəqəm var, amma tibbi arayışım da var. Doğru insana çatdığından əmin olmaq üçün bunu necə göndərə bilərəm?
Məsləhətlər
- Hansı formanı istifadə edəcəyinizi hələ də bilmirsinizsə, növbəyə durun (əgər varsa) və ABŞ Poçt Xidmətindən sizə kömək etməsini xahiş edin. (S) o, sizə düzgün Qeydiyyatlı Məktub formasını verəcək, onu doldurmağınızı xahiş edəcək və sonra sizdən yalnız onu göndərməyin dəyərini alacaq. Məktubu və formanı ABŞ Poçt İdarəsinin xidmət əməkdaşına verin və o, sizin üçün onu işlədəcək və sizə qəbz verəcək.
- Əgər sadəcə olaraq alıcının paketi qəbul etdiyinə əmin olmaq istəyirsinizsə, bunun əvəzinə sizə lazım olan “Təsdiqlənmiş Poçt, Qaytarma Sorğusu” ola bilər. Əgər həqiqətən təsdiq edilmiş poçt, geri qaytarılmış qəbz istədiyinizə qərar versəniz, sadəcə olaraq burada verilmiş eyni təlimatlara əməl edin, yalnız iki forma axtarırsınız: biri hər iki səhifədə doldurmalı olduğunuz yaşıl kartdır; digəri isə “ABŞ Poçt Xidməti Sertifikatlı Poçt Qəbzi” adlı ağ/yaşıl formadır. Bu, yalnız daxili poçt üçündür və heç bir sığorta təklif etmir. Məktubu və formaları ABŞ Poçt İdarəsinin xidmətçisinə verin və (e) o, sizin üçün emal edəcək. və sizə qəbz verin.
- Yerli UPS mağazasına (keçmiş poçt qutuları və s.) və ya başqa oxşar yerə getmək də asandır, lakin daha bahalıdır. Satıcıya qeydli məktub göndərmək üçün yardıma ehtiyacınız olduğunu bildirin. Satıcı həm sizə düzgün forma verəcək, həm də dəqiq nə edəcəyinizi söyləyəcək. Normal göndərmə haqqı və UPS Mağazası xidmət haqqını ödəməyi gözləyin. Əgər sığorta istəyirsinizsə, mütləq qeyd edin. Məktubu və formanı satıcıya verin və o, sizin yerinizə işlədəcək və sizə qəbz verəcək.
- Əgər siz paketi sığortalamaq istəyirsinizsə, bu barədə ABŞ Poçt şöbəsi xidmətinin əməkdaşına qeyd edin və o, sizə onun qiymətini deyəcək.
- ABŞ-a ödəyə bilərsiniz Nağd pul, çek (düzgün şəxsiyyət vəsiqəsi ilə) və ya ATM kartı ilə poçt şöbəsi haqları.
- Amerika Birləşmiş Ştatlarından kənarda yaşayırsınızsa, yerli Royal Mail Post Office, Post Shop və ya digər poçt xidməti ilə əlaqə saxlayın.
Comments are closed, but trackbacks and pingbacks are open.