Press "Enter" to skip to content

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Dövlət müstəqilliyimizi bərpa etdiyimiz 30 ildə görülmüş önəmli işlər öz yerində və gözəlliyndə qalmaqla, ondan, təqribən bir o qədər öncələrə gedək: XX yüzilliyin 70-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ-nin Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənincə, ana dili məsələsinin təbliği ilə məşğul olmaq doğrudan doğruya cəsarət tələb edirdi. XX yüzilliyin 30-cu illərində dil məsələsini qabardanlar repressiyaya məruz qalmışdı. Bütün olmuşlara, olanlara və ola biləcəklərə baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının o zamankı rəhbəri – Ümummilli lider Heydər Əliyev dil məsələsində öz mövqeyini qətiyyətli şəkildə bildirmişdir. Belə ki, Ümummilli liderin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur!

1 avqust lifba günü

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Unikal.org xəbər verir ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

1 avqust tarixinin seçilməsi də təsadüfi olmayıb, belə ki, həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb.

Bildiyimiz kimi, XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında görkəmli dilçi alimi, müasir Azərbaycan Əlifbasının müəllifi, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Afad Qurbanov latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim olub. Onun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq Afad Qurbanov komissiyanın sədri təyin edilib.Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişaf etməsində başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməli və eləcə də, bügünkü əlifbamızın müəllifinin məşhur dilçi akademik Afad Qurbanovun olduğunu bilməlidi.

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub. Bütün bu sənədlər və bu istiqamətdə görülən işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

1 avqust lifba günü

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”- Heydər Əliyev Ümummilli lider

Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpasından sonra müxtəlif sahələrdə olduğu kimi əlifba sahəsində də islahatlar başlamışdır. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu, latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi 2001-ci ildə başa çatdırıldı. Yeni qrafikalı əlifbanın tətbiqinin respublikamızın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində önəmli hadisə olduğunu nəzərə alan Ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzaladı. 552 saylı bu Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu.

Bəli, dövlət müstəqilliynin qazanılmasından sonra yaranmış tarixi ortam xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması baxımından yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri qıldı. Bu anlamda, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün milli təqvimə daxil edilməsi tarixi hadisədir.

Dil hər bir millətin öz simasını səciyyələndirən, fərqləndirən önəmli amillərdən biri – milli sərvətdir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətimizin öz taleyinin yiyəsi olmasının, dövlətçilik gələnəyinin unudulmamasının, qorunmasının – məşhur ifadə ilə desək, milli iradənin təntənəsi, xalq ruhunun cəsarətidir. Bu, eyni zamanda dilin zənginliyini sübut edir. Ana dilimiz milli varlığımızı müəyyən edən başlıca amillərdəndir. Qürur qaynağımız ana dilimiz dövlət atributlarımız kimi əzizdir, müqəddəsdir. Bu əzizliyə, müqəddəsliyə xidmət etmiş fikir adamlarımızı, yazarlarımızı, elm və dövlət xadimlərimizi dərin sayğılarla anırıq.

Dövlət müstəqilliyimizi bərpa etdiyimiz 30 ildə görülmüş önəmli işlər öz yerində və gözəlliyndə qalmaqla, ondan, təqribən bir o qədər öncələrə gedək: XX yüzilliyin 70-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ-nin Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənincə, ana dili məsələsinin təbliği ilə məşğul olmaq doğrudan doğruya cəsarət tələb edirdi. XX yüzilliyin 30-cu illərində dil məsələsini qabardanlar repressiyaya məruz qalmışdı. Bütün olmuşlara, olanlara və ola biləcəklərə baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının o zamankı rəhbəri – Ümummilli lider Heydər Əliyev dil məsələsində öz mövqeyini qətiyyətli şəkildə bildirmişdir. Belə ki, Ümummilli liderin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur!

Dövlət dilinin inkişafı, qorunması və yüksək səviyyədə tətbiqi uğrunda ardıcıl mübarizə aparan Ümummilli lider aydınları, yazarları, alimləri, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir.

Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi yönündə müxtəlif üsul və vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, ana dilində nəşr edilən kitabların tirajının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədinə xidmət edirdi.

Ümummilli lider dövlət dilinin yeni inkişaf dönəmində yaranmış durumu nəzərə alaraq, 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna önəm daşıyan bu Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş bilgiləri özündə ehtiva edir.

30 sentyabr 2002-ci ildə isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir. Qanuna əsasən ana dilimizin dövlət dili olaraq işlədilməsi Azərbaycan Respublikasının müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılır, dövlət onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Dərin məmnuniyyət hissi ilə vurğulayırıq ki, Ümummilli liderin ana dilimizin qorunması üzrə siyasi xətti indiki ali dövlət rəhbərliyi tərəfindən sədaqətlə, ləyaqətlə davam və inkişaf etdrilir. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 30 dekabr 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarını məmnuniyətlə qeyd edirik.

Çağdaş dövrün tələblərini və gerçəkliklərini nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 09 aprel 2013-cü il tarixli Sərəncamla təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından önəmli hadisədir. Adından da göründüyü kimi, bu Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Bu yerdə, Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirləri də unutmuruq. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi önəm daşıyır. Dövlət başçımızın 01 noyabr 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etməkdədir.

Yazımı Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə tamamlamaq istərdim: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

DÖVLƏTİMİZ VƏ DİLİMİZ VAR OLUN!

MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

visiontv.az

Comments are closed, but trackbacks and pingbacks are open.