1 aylıq körpənin qidası, baxımı və inkişaf
Pediatr Nərmin Fərzəliyevanın sözlərinə görə, yeni doğulan körpələrin ilk 3 ay köpdən əziyyət çəkməsi onların mədə- bağırsağının işlək olması səbəbindəndir. Təzəlikcə həzmə öyrəşən orqanlar, üstəlik hərəkət məhdudiyyətinin olması körpələrin ağrımasına səbəb olur ki, buna uyğun tətbiq edilən masajlar daha çox effekt verir: “Körpələrdə qaz sancısı, ümumiyyətlə, doğumdan 2-3 həftə keçdikdən sonra özünü göstərən və körpənin çox ağrı çəkdiyini valideynə düşündürən əlamətlərlə özünü göstərməkdədir. Sağlam körpələrdə görülə bilən və tibb dilində kolik adı verilən qaz sancısı əlamətləri, ümumiyyətlə, aralıqsız ağlama şəklində özünü göstərir. Körpə ağlayır, ayaqlarını yığır, ağlamaq çığırtı formasını alır. Həkim müayinəsində ağrının qarşılığı olacaq bir narahatlığı yoxdursa, qaz sancısı olaraq qəbul edilir. Qaz sancısının səbəb olduğu ağlama halları 1-2 saat davam edə bilər və körpə çox ağrı çəkdiyini hərəkətləri ilə izah edər. Əllərini yumruq şəklində tutması, bütün qüvvəti sərf ediləcək qədər ağlaması da qaz sancısının əlamətləri arasında yer ala bilir. Gün ərzində 4-5 ailə bu səbəblə müraciət edir. Müayinədən sonra heç bir problemin olmadığını desək də valideyn israrala dərman tələb edir. Bu gün köp əleyhinə dərmanları bu qədər məhşur edən də elə valideynlərdir”.
Körpələrin boyu və çəkisi necə olmalıdır?
Xalq arasında yayılmış əfsanələrdən biri kök uşağın sağlam olması barədədir. Ancaq bir çox analar bilmirlər ki, artıq çəki daha çox sağlamlığa təhlükədir. Müəyyən edilib ki, erkən yaşlarda toplanan bədənin artıq kütləsi piyləşmənin inkişafına real imkan yaradır. Birinci il ərzində orqanizmdə formalaşan piy hüceyrələri sonradan demək olar ki, azalmır, o, böyüyür. Kök uşaqlarda infeksiyalara qarşı müqavimət aşağıdır, arterial təzyiq və gündüz temperaturu çox vaxt qalxır, “mərmərə oxşar dəri” və duruş pozuntusu, ayaq altının yastı olması, ayaq əyriliyi, cinsi inkişafda ləngimə müşahidə edilir. Artıq çəkili uşaqlarda bir qayda olaraq tənəffüs xəstəlikləri ağır keçir. Bundan əlavə, əvvəl axır kök uşaqların əziyyət çəkəcəkləri vaxt gəlib yetişir, xüsusilə əgər onlar onun kök olmasına gülən insanlarla əhatə olunublarsa (evdə, həyətdə, məktəbdə və s.). Bu halda uşaqda ya özünü tam dəyərləndirməmə, özünə inamsızlıq, və ya əksinə, aqressivlik duyğusu inkişaf edir.
Uşaqda artıq piy yığınının olmasını müəyyən etmək üçün piy qatının həcmini bir əlin barmaqları tutaraq göbək səviyyəsinə gətirirlər. Belə qatın qalınlığının 2-3 sm-dən artıq olması artıq piyin əmələ gəlməsindən xəbər verir.
Cədvələ nəzər salmaqla övladlarınızın normal çəkidə olub-olmadığını asanlıqla müəyyən edə bilərsiniz.
Yeni doğulmuş oğlanlar 3,3-3,5 kq; qızlar — 3,0-3,3 kq
1 ay oğlan 4,1 — qız 4,1
2 ay oğlan 5,0 — qız 4,8
3 ay oğlan 5,8 — qız 5,4
4 ay oğlan 6,6 — qız 6,0
5 ay oğlan 7,2 — qız 6,7
6 ay oğlan 7,6 — qız 7,4
7 ay oğlan 8,0 — qız 8,0
8 ay oğlan 8,6 — qız 8,5
9 ay oğlan 9,2 — qız 8,9
10 ay oğlan 9,7 — qız 9,3
11 ay oğlan 10,2 — qız 9,6
12 ay oğlan 10,4 — qız 9,8
Bu cədvəldə qəbul edilmiş ümumi həcmlər verilib. Bədən quruluşu və individual xüsusiyyətlərdən asılı olaraq uşağın çəkisi bu və ya digər tərəfdən orta çəkidən fərqlənə bilər, ona görə də əgər körpənizin çəkisi cədvəldə göstərilənlərlə üst-üstə düşmürsə narahat olmağa ehtiyyac yoxdur.
Qeyd edək ki, orta hesabla körpə ilk 6 aydan bir 400-700 qr çəki artırır. Birinci ilin sonuna isə aylıq çəki artımı 200-300 qr-a qədər azalır. Maraqlısı budur ki, analarının sinə ilə bəslədikləri uşaqlar çəkidə orta hesabla “sünilərdən” daha ləng artım edirlər. Bu birincisi yuxarıda artıq dönə-dönə qeyd etdiyimiz kimi ana südünün uşaq üçün optimal məhsul olması ilə və bununla da onun çəki artırmaması ilə izah edilir. İkinci, sinə ilə bəsləyən analar adətən uşağı daha çox hiss edirlər və ona çox etibar edirlər, buna görə də artıq yedizdirmirlər, körpni şüşə ilə yedirdən analar isə hər fürsətdə onu daha çox yedirtməyə çalışırlar.
İndi isə uşağın boy atmasında dayanaq. İlk yarım ildə uşaq təqribən hər ay 2-4 sm böyüyür. Növbəti 6 ayda isə onun boyu bir qədər az artır. Maraqlıdır ki, uşaq tədricən deyil, alimlərin tədqiqatlarının göstərdiyi kimi “sıçrayışla” böyüyür: uşaqlar bir neçə həftə ərzində daimi boyu saxlaya bilir, boyu isə cəmi bir gecə ərzində artırmağa nail olurlar. Heyrətləndirici haldır ki, 24 saat ərzində uşağın boyu santimetrədək arta bilir.
Körpənizin aylar üzrə orta göstəricilərini müqayisə etmək üçün aşağıdakı cədvəldən istifadə edə bilərsiniz. Yalnız bir şeyi qeyd edək ki, uşağın çəkisi ilə əlaqədar olduğu kimi burada da körpənizin göstəriciləri orta göstəricilərdən az və ya çox olduqda qorxmaq lazım deyil. Yalnız körpənizin boyu aşağıda göstərilənlərdən əhəmiyyətli dərəcədə çox az və ya çox olduqda narahat olmaq lazımdır.
Yeni doğulmuş oğlanlar 50-51sm, qızlar 49-50 sm
1 ay — oğlan 54 – qız 54
2 ay — oğlan 57 – qız 57
3 ay — oğlan 60 – qız 60
4 ay — oğlan 63 – qız 62
5 ay — oğlan 66 – qız 64
6 ay — oğlan 68 – qız 66
7 ay — oğlan 70 – qız 68
8 ay — oğlan 72 – qız 70
9 ay — oğlan 73 – qız 72
10 ay — oğlan 74 – qız 73
11 ay — oğlan 75 – qız 74
12 ay — oğlan 76 – qız 75
Orqanizm yalnız onun hüceyrələrində, toxumalarında, orqanlarında boy funksiyası ilə bağlı müvafiq hormonlar fəaliyyət göstərdikdə böyüyür. Onlar ən azı 4 vəzidə — hipofiz (somatropin), mədəaltı (insulin), cinsi (testosteron) və qalxanvari vəzilərdə ifraz olunur. Bu hormonlardan birinin belə hasil edilməsində pozğunluq və ya onların orqanizmlə qarşılıqlı münasibətdə dəyişilməsi boyun inkişafında patoloji hallara gətirib çıxarır. Əgər hormonlar həddən artıq çox olsa qarşısıalınmaz böyümə baş verir, hormonların hasil edilməsi dayandıqda isə, böyümə prosesi də dayanır.
1 aylıq körpənin qidası, baxımı və inkişaf
Nəhayət, artıq körpənizlə evinizdəsiniz. Həyatınızın bundan sonrakı qisminə daxil olacaq, hətta həyatınızın mərkəzi olacaq körpənizlə ilk 1 ayda sizi nələr gözləyir, buna qısaca toxunaq.
Körpəniz ilk bir ayında ilk etdiyi ana südü əmmə olduğu üçün barmağınızı tutduğu anda əmməyə çalışar, öz əlini yumruq halına gətirib əmməyə çalışar. Baxışlarını üzünüzə tutaraq səsinizi dinlər. Yatarkən dodaqlarının gülümsəyərmiş kimi bir şəklə girdiyini görəcəksiniz. Bu halları ilə hər nə qədər şirin görünsələr də əslində burada etdikləri gülümsəmə deyil, əzələlərinin inkişafı ilə əlaqədar kiçik reflekslərdir.
Acdığında, ya da yuxu çətinliyi çəkdiyində ağlayaraq ünsiyyətə keçməyə çalışar. Zəng səsi kimi səslərə reaksiya verməyə başlar. Günün əksəriyyətini yataraq keçirsə də, haradasa 2 saatdan bir bəslənmək üçün oyanar. Kürək üstü yatırtdığınızda öz-özünə yana dönməyə səy göstərər. Göz əzələləri inkişaf etdikcə yanına gələn kəslərə baxışları qaralamağa başlar. Yavaş yavaş səsinizə alışar və səsinizi tanımaya başlar.
Bəslənməsi üçün ana südünə ehtiyacı vardır. Ancaq hər hansı bir səbəbdən südünüz kəsilmişsə, həkiminizlə məsləhətləşin və sizə təklif edəcəyi hazır qidalardan istifadə edin və əsla məcbur qalmadığınız müddətcə inək südü verməyin. Bəsləndikdən sonra mütləq qaz çıxarmasını təmin edin. Körpənizi əmizdirmədən əvvəl mütləq altına nəzarət edin. Altı batıq ikən narahat olacağından ehtiyacı olan qədər ana südünü əmmədən məmədən ayrılıb ağlamaya başlayacaq. Körpəniz əmdikdən dərhal sonra və ya gün içində ara-sıra qusa bilər. Bu sizi təlaşlandırmasın. Siz körpənizin ilk 1 ayda lazım olan kilonu alıb-almadığına nəzarət edin, əgər lazım olan kiloda irəliləyirsə, problem yoxdur- ehtiyacı olan qidanı bədənində tutmuş, çox olanı qusaraq atmışdır. Bəslənmə sonrası dərhal altını batırma vərdişi olacağı üçün ilk bir ayda, xüsusilə körpənizin altına tez-tez nəzarət edin. Çünki gündə ən az 5-6 dəfə altını batıracaq. Körpənizin nəcis rəngi ana südü ilə, ya da hazır qida ilə bəslənməsiylə dəyişər. Ana südü ilə bəslənərkən nəcisinin açıq sarı rəngində olduğunu, ancaq hazır qidaya keçsə nəcisinin qəhvəyi rəng olduğunu görəcəksiniz. Hələ özünü idarə edə bilmədiyi üçün dırnaqlarını körpənizə zərər vermədən kəsməniz yuxu əsnasında üzünü dırnaqları ilə cırmasının qarşısını alacaq.Qardaş, bacısı varsa, sizin yanınızda olduğunuz müddətdə körpəyə toxunmalarına maraq göstərmələrinə icazə verin. Beləcə, həm ola biləcək qısqanclıq böhranlarından ötəri körpəyə zərər vermə ehtimalını ortadan qaldırarsınız, həm də körpə bacı, qardaşıyla ünsiyyətə keçməyə başlamış olar.
Çox sıx ağlayan bir körpəniz ola bilər. Bu vəziyyətdə “onu qucağa alışdırmamaq lazımdır” kimi səhv bir düşüncəylə ağlamanı buraxmasını gözləmək yerinə, qucağınıza götürərək çiyninizə başını yaxınlaşdırıb özünü güvən içində hiss etməsiylə ağlamasını dayandıra bilərsiniz.
İlk 1 ayınızı doldurduğunuz körpənizlə aylıq nizamlı tibb müəssisəsinə gedəcəyiniz həkiminizi ziyarət edin.
Körpələrin 3 aylıq əzabı
Körpələrin 99%-i ilk 3 ayda qarnına köp yığılma problemindən əziyyət çəkir. Bu mərhələni olduqca çətin keçirən körpələr ağlamaqla yanaşı gecə ilə gündüzü səhv salır, qidalanmaqdan imtina edir, yatmır. Nəticədə isə böyümə üçün vacib olan ilkin 3 ayı uşaq yatmalı olduğu halda ağlayaraq və narahat bir halda başa vurur.
İlk 3 ay qarşısı alınmayan bu narahatlıq sonrakı aylarda da körpədə mütləq bir iz qoyur. Əksər uşaqlar 3 ay bitdikdən sonra belə daim ağlağan olur, bəziləri elə 3 aydakı kimi yuxu və qidalanmadan imtina edir. Bu cür uşaqların yenidən rejimə düşməsi isə zaman alır.
Bir çox inkişaf etmiş ölkələrdə klinikalarda yeni doğulan körpələrin bu problemini həll etmək üçün 3 aylıq ana və körpə rejimi, ana pəhrizi, körpə üçün rahatlama masajları təlimləri keçilsə də, Azərbaycanda bu cür məlumatlandırma, demək olar ki, yoxdur. Apteklərdə köp əleyhinə müxtəlif dərmanlar və siroplar olduğu halda əksərən bunlar da körpələri sakitləşdirmir. Valideynlərin isə uşağı sakitləşdirmək üçün verdiyi normadan artıq doza boş yerə dərman yığınının yaranmasına səbəb olur.
Pediatr Nərmin Fərzəliyevanın sözlərinə görə, yeni doğulan körpələrin ilk 3 ay köpdən əziyyət çəkməsi onların mədə- bağırsağının işlək olması səbəbindəndir. Təzəlikcə həzmə öyrəşən orqanlar, üstəlik hərəkət məhdudiyyətinin olması körpələrin ağrımasına səbəb olur ki, buna uyğun tətbiq edilən masajlar daha çox effekt verir: “Körpələrdə qaz sancısı, ümumiyyətlə, doğumdan 2-3 həftə keçdikdən sonra özünü göstərən və körpənin çox ağrı çəkdiyini valideynə düşündürən əlamətlərlə özünü göstərməkdədir. Sağlam körpələrdə görülə bilən və tibb dilində kolik adı verilən qaz sancısı əlamətləri, ümumiyyətlə, aralıqsız ağlama şəklində özünü göstərir. Körpə ağlayır, ayaqlarını yığır, ağlamaq çığırtı formasını alır. Həkim müayinəsində ağrının qarşılığı olacaq bir narahatlığı yoxdursa, qaz sancısı olaraq qəbul edilir. Qaz sancısının səbəb olduğu ağlama halları 1-2 saat davam edə bilər və körpə çox ağrı çəkdiyini hərəkətləri ilə izah edər. Əllərini yumruq şəklində tutması, bütün qüvvəti sərf ediləcək qədər ağlaması da qaz sancısının əlamətləri arasında yer ala bilir. Gün ərzində 4-5 ailə bu səbəblə müraciət edir. Müayinədən sonra heç bir problemin olmadığını desək də valideyn israrala dərman tələb edir. Bu gün köp əleyhinə dərmanları bu qədər məhşur edən də elə valideynlərdir”.
Heç bir dərmanın 100% təsir qüvvəsinə malik olmadığını deyən pediatr bildirir ki, bunar təbii otlardan hazırlanan və xoş dadlandırılan mayelərdir. Bir müddətlik körpəni sakitləşdirsə də qazı yox etmir: “Ümumiyyətlə, qazdan qurtulmaq üçün heç bir dərman yüzdə yüz effektli deyil. Ola bilər ki, hansısa dərman bir müddətli uşağı sakitləşdirsin, amma köpü tamamilə aradan qaldırmır. Belə bir dərmanı düzətmək də mümkün deyil. Bağırsaqlar tam formalaşana kimi bu hal davam edəcək. Demək olmaz ki, bu müddət dəqiq 3 ay çəkəcək. Daha çox da ola bilər. Körpədən körpəyə fərqlilik göstərən köp 6 ay tamamına kimi davam edə bilər. Əgər hər hansı bir dərman dəqiq təsir etsəydi, satışda bu qədər dərman olmazdı. Analara məsləhətim budur ki, heç bir dərmandan istifadə etməsinlər. Boş yerə mədəni yükləyən dərmanlar körpəyə heç bir fayda vermir. Bunun yerinə yeməkdən dərhal sonra uşağı dik tutmaq, ayaqüstə gəzdirmək, masaj etmək həm təbii üsul, həm də faydalıdır”.
İstilik, qusma, qanlı nəcis gəlmə kimi vəziyyətlərdə dərhal bir mütəxəssisə aparmaq lazımdır. Bu hallar heç bir halda köpün əlamətləri deyil. Sidik yolu infeksiyası, orta qulaq infeksiyası, yırtıq və ya bağırsaq problemləri, qida allergiyaları qaz sancılarıyla qarışa biləcək ağlamağa səbəb ola bilər. Bu xəstəliklərə aid tapıntılar yoxdursa, həkiminizin təklif etdiyi bitki mənşəli çaylar və ya damcılar istifadə edə bilərsiniz. Bu dərmanların təsirləri fərdi fərqliliklər göstərə bilər. Buna görə də həkim məsləhəti ilə preparat qəbuluna başlamaqda fayda var.
N.Fərzəliyeva qeyd edir ki, uşaqları sakitləşdirmək yolları arasında tozsoran, fen səslərini qoşub uşağa dinlətdirmək olsa da, bu da yanlış bir üsuldur. Azyaşlının əsəb sisteminə birbaşa təsir edən bu üsullar nadir hallarda işə yaraya bilər. Belə olan halda valideynin daimi bu üsuldan istifadə etməsi körpəni əsəbi edir: “Bu, artıq isbat olunub ki, fen, tozsoran və bu kimi axıcı səslər körpələri sakitləşdirir. Onlar özlərini ana bətnindəki kimi hiss edir. Amma bu, çox yanlış bir metoddur. Körpə yeni həyatına adaptasiya olmalıdır. Onu daimi olaraq ana bətni ilə aldadıb iki dünya arasında qoymaq inkişafına mənfi təsir göstərəcək. Uşaq bu səslərə bağlı olarsa, özünü səssiz təhlükədə hiss edəcək. Bu zaman isə valideyn daim tozsoranla gəzməli olacaq. Qəbul etmək lazımdır ki, köp təbii narahatlıqdır və sadəcə, bir neçə ay narahatlıq verir. Səbrlə körpəni sakitləşdirmək lazımdır ki, o, ananın gərginliyini hiss etməsin. Əgər müayinələr körpədə heç bir problem aşkarlamırsa köp sonradan heç bir problem yarada bilməz”.
Comments are closed, but trackbacks and pingbacks are open.