Press "Enter" to skip to content

Birinci qrup əlillər nə qədər müavinət alacaq? RƏSMİ AÇIQLAMA

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.

I qrup əlillərin pensiyası gecikir, ƏƏSMN “araşdırarıq” deyir- ŞİKAYƏT+FOTO

Onun sözlərinə görə, həyat yoldaşı Cəbrayılova Sücayət Azay qızı da 1-ci qrup əlildir və onun da aprel ayına olan pensiyası hələ köməyib: “Axırıncı dəfə aprel ayının 22-də pensiya almışıq. Ondan bu yana pensiyamız köçməyib.

Ümumiyyətlə son bir neçə ayda pensiyamız həmişə gecikib. Əvvəllər ayın maksimum 15-dək alırdıq, martda bayramdan sonra, ayın 22-də köçürdülər, apreldə də 22-də, mayda ümumiyyətlə vermədilər. Artım var deyildi, düşündük ki, yəqin artımla bağlıdır, gözlədik, may da çıxdı, artıq iyun ayıdır, hələ də pensiyamızı almamışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə zəng etdim, dedilər ki, heç bir məlumatları yoxdur. Başqa da harasa getməyə imkanım yoxdur, əlil arabasında hərəkət edirəm, tək bir yana gedə bilmirəm. Yoldaşım da körpə uşağa baxır. Qızımın 2 yaşı var, mən o pensiya ilə onu dolandırıram, ona yemək, pampers, paltar alıram. Ailə üzvlərimin, qohumların yardımı ilə dolanırıq. Prezidentdən xahiş edirəm, ya artımları ləğv etsin, pensiyamızı vaxtında versinlər, ya da bunu edən məmurların dərsini versin”.
O.Cəbrayılovun sözlərinə görə, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” prezident sərəncamı ilə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunsa da, anası onu da ala bilmir: “Məlum məsələdir ki, bizə xüsusi qulluq anam tərəfindən göstərilir və bunun üçün müavinəti o almalıdır. Amma bunun üçün də bizi get-gələ salırlar, müxtəlif sənədlər topladırlar. Ona bir sözüm yoxdur, bəlkə qanun belə tələb edir, amma necə ki, bunun üçün qanuna əməl edirlər, eləcə də bizim pensiyalarımızın ödənməsində qanunu pozmasınlar, gecikdirməsinlər pensiyamızı. Hər ikimiz 1-ci qrup əlilik və əmək qabiliyyətimiz yoxdur. Belə olan halda dolanışıq üçün bütün ümidimiz aldığımız pensiyadır, onu da bu qədər gecikdirirlərsə bizə dolayısı ilə “acınızdan ölün” deyirlər”.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı AFN-ə məsələnin 1-ci gün araşdırılacağını bildirdi.
Xatırladaq ki, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli sərəncamı ilə I qrup əlillərə ödənilən sosial müavinətin məbləği 150 manata çatdırılıb.

Birinci qrup əlillər nə qədər müavinət alacaq? – RƏSMİ AÇIQLAMA

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Azərbaycanda I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu da hazırkı müvafiq məbləğlə müqayisədə 145 manat və ya 93,5 faiz çoxdur. Sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırılır.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.

Sərəncama əsasən, bu kateqoriyaya aid vətəndaşlardan I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği isə 37 faiz artırılaraq 73 manatdan 100 manata çatdırılır.

Həmçinin, sərəncam I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü kimi 50 manat məbləğində təqaüdün təsis edilməsini nəzərdə tutur.

Yanvarın 1-dən əhalini gözləyən YENİLİKLƏR – Pensiyalar, müavinətlər, güzəştlər.

Publika.az xəbər verir ki, bu barədə cari ildə müxtəlif qurum nümayəndələri, deputatlar və səlahiyyətli şəxslər danışıblar.

Növbəti ilin yanvarın 1-dən əhalini gözləyən yenilikləri təqdim edirik:

Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılacaq. Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır. Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək. Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

Azərbaycanda uşağın anadan olması və dəfn üçün verilən müavinətlərin məbləğinin artırılması təklif edilir. Bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb. Qeyd edilib ki, Hesablama Palatası rəyində əvvəlki illərin icra göstəricilərinin təhlilinə əsaslanaraq növbəti ildə müavinət məbləğlərində dəyişiklik edilməyəcəyi halda uşağın anadan olmasına və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, eləcə də dəfn üçün müavinətlər üzrə nəzərdə tutulmuş vəsaitin məbləğinə yenidən baxılmasını tövsiyə edib.

Xatırladaq ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 1496 nömrəli Fərmanına əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği cari ilin 1 yanvar tarixindən 50% artırılaraq 300 manata çatdırılıb.

Azad edilən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq. Bununla bağlı Əmək Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir. Yeni maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

Comments are closed, but trackbacks and pingbacks are open.