Press "Enter" to skip to content

2019 monoqrafiya bakı

İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, əsər müəllifin son 15 ildə apardığı elmi araşdırmaların nəticələrini əhatə edir.

Leylatəpə mədəniyyətinə həsr olunan monoqrafiya çapdan çıxıb

Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin “Leylatəpə mədəniyyəti” adlı iri həcmli yeni kitabı nəşr olunub.

İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, əsər müəllifin son 15 ildə apardığı elmi araşdırmaların nəticələrini əhatə edir.

Kitab e.ə. V minilliyin sonu – IV minilliyin birinci yarısında – Son Xalkolit dövründə Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin tədqiqatlarına həsr olunmuş ilk geniş həcmli monoqrafik əsərdir. Qarabağda eyniadlı yaşayış yerinin qazıntıları əsasında kəşf edilmiş Leylatəpə mədəniyyətinin tədqiq olunmuş bütün abidələri əsərdə ətraflı təhlil edilib, bu mədəniyyətin Azərbaycanın qədim tarixində əhəmiyyəti araşdırılıb. Əsərdə uzun illər ərzində arxeoloji qazıntılar aparılmış yaşayış məskənlərinin və qəbir abidələrinin, zəngin maddi mədəniyyət nümunələrinin – keramika, daş, sümük, metal məmulatlarının tədqiqatları əsasında Leylatəpə mədəniyyətinin bütün səciyyəvi xüsusiyyətləri, mənşəyi şərh edilib, Ön Asiya-Qafqaz Xalkolit mədəniyyətləri sistemində tarixi-xronoloji mövqeyi müəyyənləşdirilib. Arxeoloji tapıntıların təhlilləri əsasında Leylatəpə mədəniyyəti əhalisinin təsərrüfat həyatı və sosial durumu şərh edilib. Həmçinin arxeoloji tədqiqatlar nəticəsində əldə edilən tapıntıların dünyanın qabaqcıl elmi laboratoriyalarında aparılmış arxeometrik analizlərinin (radiokarbon, palinoloji, antropometrik və d.) nəticələri də kitabda öz əksini tapıb.

Əsər Leylatəpə mədəniyyətinə aid abidələrin qazıntılarının planlarını, tapıntıların fotolarını və qrafik təsvirlərini əks etdirən çoxsaylı illüstrasiyalarla zəngindir.

Əsərdə göstərilir ki, qədim Azərbaycan əraziləri Son Xalkolit dövründə Şimali Mesopotamiya və Şərqi Anadolu ilə eyni tarixi-mədəni məkana daxil idi və həmin ərazilərdən Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazisinə miqrasiyalar nəticəsində Leylatəpə mədəniyyəti meydana çıxıb. Eyni zamanda, beynəlxalq arxeologiya elmində məşhur Maykop mədəniyyətinin mənşə etibarilə Leylatəpə mədəniyyətinə bağlı olması bu monoqrafiyada arxeoloji materiallar əsasında ətraflı şərh edilib.

Kitabın rəyçiləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rauf Munçayev və professor Hidayət Cəfərovdur. Leylatəpə mədəniyyətinə dünya elmi dairələrində böyük marağı nəzərə alaraq, gələcəkdə əsərin rus və ingilis dillərinə tərcüməsi planlaşdırılır.

Kitab arxeoloqlar, tarixçilər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

2019 monoqrafiya bakı

Ana səhifə Monoqrafiyalar sa sa

  1. Əliyev C.Ə., Balakişiyeva G.Ş, Məmmədov Ə.Ç, Danet J.-L., Foissac X., Hüseynova İ.M. (2015) Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi (monoqrafiya). Bakı:Elm, 150 səh.
  2. Гусейнова И.М., Сулейманов С.Ю., Алиев Д.А. (2009) Регуляция синтеза и сборки пигмент-белковых комплексов пшеницы. М.:Наука, 162 c.
  3. Сулейманов С.Ю., Гусейнова И.М., Алиев Д.А. (2009) Структурно-молекулярная организация пигмент-белковых комплексов высших растений. Баку: Элм, 179 c.
  4. Əliyev C.Ə., Hüseynova İ.M., Quliyev N.M., Babayev H.Q. (2019) C3 və C4 bitkilərin quraqlıq stresinə fizioloji-biokimyəvi adaptasiyası monoqrafiya.pdf
  5. Ş.M.Bayramov, N.M.Quliyev, C.Ə. Əliyev (2020) “Ali bitkilərdə karbonun ilkin assimilyasiyasının tənzimlənmə xüsusiyyətləri” monoqrafiya
  • ELMİ FƏALİYYƏT
    • Əsas elmi istiqamət
    • Elmi əsərlər
    • Həqiqi üzvlər
    • Müxbir üzvlər
    • Elmlər doktorları
    • Fəlsəfə doktorları
    • Konfranslar, iclaslar
    • Yubileylər
    • Mühüm hadisələr
    • Tədbirlər
    • Görüşlər
    • Ezamiyyətlər
    • Seminarlar
    • Maraqlı məlumatlar
    • İmtahanlar
    • Rəsmi sənədlər
    • Nəşrlər
    • Dərslər
    • Elmi şura
    • Dissertasiya şurası
    • Gənc alimlər və mütəxəssislər şurası
    • Veteranlar şurası
    • Qadınlar şurası
    • Fotoqalareya
    • Videoqalareya

    © 2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu

    2019 monoqrafiya bakı

    AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi, c.ü.f.d. Hicran Tahirovanın “Naxçıvan Muxtar Respublikasında miqrasiyanın demoqrafik proseslərə təsirinin iqtisadi-coğrafi problemləri” adlı monoqrafiyası çapdan çıxıb.

    AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə ərsəyə gələn kitab əhali miqrasiyasının öyrənilməsinin əhəmiyyəti və nəzəri metodoloji əsasları, NMR-ın demoqrafik potensialı və onun əsas inkişaf meylləri, NMR-də müasir miqrasiya proseslərinin ərazi fərqləri və NMR-də miqrasiya siyasətinin əsas istiqamətləri başlıqları ilə 4 fəsildən ibarətdir. Müəllif əsərində NMR-də demoqrafik proseslərin inkişaf xüsusiyyətlərini və bu prosesə təsir edən miqrasiyanın iqtisadi-coğrafi aspektlərini araşdırmış, daxili və xarici miqrasiya proseslərinin istiqamət və səbəblərini müəyyənləşdirmiş, bu sahədə yaranan problemlərin aradan qaldırılması və nizamlanması məqsədilə müvafiq təklif və tövsiyələr hazırlamışdır.

    Monoqrafiya uyğun sahədə tədqiqat işləri aparan elmi işçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Comments are closed, but trackbacks and pingbacks are open.