Press "Enter" to skip to content

İbtidai sinif testləri

Online test Azərbaycan dili Sinif : 2 Mövzu: Səslər, heca, sözün sətirdən – sətrə keçirilməsi

ELSEN INFORMATIKA

2
KİTABIN İÇİNDƏKİLƏR
DƏRSLİK KOMPLEKTİ HAQQINDA . 3
İNFORMATİKA FƏNN KURİKULUMU . 5
DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU . 9
STANDARTLARIN REALLAŞMA CƏDVƏLİ VƏ İLLİK İŞ PLANI . 10
DƏRSLƏR ÜZRƏ TƏLİM MƏQSƏDLƏRİ . 11
FƏNLƏRARASI İNTEQRASİYA CƏDVƏLİ . 13
DİFERENSİAL TƏLİM İMKANLARI . 13
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ. 14
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR . 18
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ . 29
I. ƏŞYALARIN TƏSVİRİ VƏ MÜQAYİSƏSİ . 29
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ . 38
II. HADİSƏLƏR VƏ HƏRƏKƏTLƏR ARDICILLIĞI . 39
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ . 48
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ (1-ci yarımil) . 49
III. İNFORMASİYA . 50
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ . 58
IV. KOMPYUTER . 59
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ . 65
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ . 70
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ (2-ci yarımil) . 71
MƏNBƏLƏR . 72
Milli kurikulum əsasında hazırlanmışdır. Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün “İnformatika” dərslik komplektinə
daxildir: 1. Dərslik. 2. Müəllim üçün metodik vəsait.
İnformatika-1. Müəllim üçün metodik vəsait. R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva – Bakı, “Bakınəşr”, 2012, 72 səh.
www.bakineshr.az
ISBN 978-9952-8145-4-5
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2012
© “Bakı” nəşriyyatı, “TM group”, 2012
Format 57 821/8. Ofset kağızı №1. Fiziki çap vərəqi 9 Çapa imzalanmışdır 05.08.2012. Tiraj 8000, pulsuz.
3
DƏRSLİK KOMPLEKTİ HAQQINDA
Hörmətli müəllimlər! Artıq beşinci ildir ümumtəhsil məktəblərinin ibtidai siniflərində Azərbaycan
Respublikasında ümumi orta təhsilin konsepsiyası (Milli kurikulumu) əsasında hazırlanmış
dərsliklər istifadə olunur. Bu illər ərzində qazanılmış təcrübə həm məzmun standartlarının,
həm də bu standartlar əsasında hazırlanan dərslik komplektlərinin təkmilləşdirilməsini
tələb edir. Təkmilləşdirilmiş məzmun standartları əsasında hazırlanmış 1-ci siniflər üçün
“İnformatika” dərslik komplektinin bəzi xüsusiyyətlərini diqqətinizə çatdırırıq.
DƏRSLİK
 Təlim materialları idrak taksonomiyasının mərhələlərinə uyğun olaraq qruplaşdırılmışdır.
 Qruplaşdırılmış təlim materialları fəal təlimin mərhələləri üzrə yerləşdirilmişdir və şagirdə
müstəqil fəaliyyət üçün imkan yaradır.
 Təlim materialları kurikulum sənədində informatika fənni üzrə məzmun standartlarının
reallaşdırılmasını təmin edən fəaliyyət xətlərinə uyğun hazırlanmışdır.
 Dərslikdə hər mövzu üzrə təlim materialları aşağıdakı ardıcıllıq və prinsiplə
qruplaşdırılmışdır:
– mövzuya başlayarkən şagirdlərdə maraq yaratmaq üçün gündəlik həyatda rast gəldiyimiz
vəziyyət və hadisələr şəkillərlə təsvir edilir, motivasiya yaradılır, onlara aid sual
və tapşırıqlar verilir;
– Dərslikdə kimi işarələnmiş “Fəaliyyət” blokunda maraq yaradılan məqamların
araşdırılmasına, həmçinin bu hadisələrin səbəb-nəticə əlaqələrinin müəyyən
olunmasına yönəlmiş praktik fəaliyyət tələb edən tapşırıqlar verilir. Tapşırıqlar fərdi,
cüt, qrup, yaxud komanda halında yerinə yetirilə bilər. İbtidai sinif şagirdlərində psixomotor
bacarıqların inkişafına yardım göstərən bu çalışmalar mövzuya aid bəzi bilikləri
“kəşf edərək” öyrənməyə xidmət edir. Bu tapşırıqları yerinə yetirərkən həmçinin
təxmin etmək, fərziyyə yürütmək, nəticəyə çatmaq kimi bacarıqların inkişaf etdirilməsi
də əsas məqsəd kimi qoyulur. Praktik dərslərdə uyğun blokdakı tapşırıqlar alqoritm
şəklində verilir. Müəllim üçün vəsaitdə bu blok sadəcə, “Fəaliyyət” bloku adlandırılacaq;
– fəaliyyət zamanı aşkar edilmiş faktlar ümumiləşdirilmiş bilik və məlumatlar formasında
“Bilik qutuları”nda verilir. Burada həmçinin mövzu ilə bağlı yeni anlayışlar və
onların izahatları təqdim olunur;
4
– mövzuya aid bilik və bacarıqların tətbiqi zamanı bəzi tapşırıqların yerinə yetirilməsi
üçün nümunələr verilir;
– qazanılmış bilikləri dərinləşdirmək və onları yaradıcı tətbiq etmək üçün müxtəlif
çətinlik dərəcəli tapşırıqlar verilir;
– əldə edilmiş bacarıqlar didaktik oyunlar vasitəsilə təkmilləşdirilir. Oyun forması ibtidai
sinif şagirdləri üçün çox maraqlı olduğundan müəllim üçün vəsaitdə əlavə oyun
nümunələri də təqdim edilir;
– dərslik komplektinə pulsuz əlavə olunan və Təhsil Nazirliyinin rəsmi qrifi ilə təsdiq
edilmiş İNFO-KO elektron tədris vəsaiti sinifdə və evdə müvafiq tapşırıqların yerinə
yetirilməsi üçün nəzərdə tutulur.
 Dərsliyin sonunda bəzi sözlərin izahı verilmişdir.
 Dərslikdəki tapşırıqlar diferensial təlim prinsipinə uyğun olaraq mürəkkəbliyinə görə
fərqləndirilir. Belə ki, sadə səviyyəli tapşırıqlar yaşıl rənglə ( ), orta səviyyəli tapşırıqlar
sarı rənglə ( ), mürəkkəb səviyyəli tapşırıqlar isə qırmızı rənglə ( ) işarələnmişdir.
 Hər bir tədris vahidinin sonunda ümumiləşdirici sual və tapşırıqlar yerləşdirilmişdir.
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:
 dərslik komplektinin mövzular üzrə strukturu;
 fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik planlaşdırma nümunəsi;
 fənlərarası inteqrasiya imkanları və digər fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli;
 gündəlik planlaşdırmaya dair nümunələr;
 hər paraqraf üzrə qruplaşdırılmış təlim materiallarının dərslik səhifələrinin kiçildilmiş surətləri
üzərində sxematik təsviri;
 hər paraqrafda qruplaşdırılmış təlim materialları üzrə iş texnologiyasının şərhi;
 dərsin təlim məqsədlərinin reallaşdırılması ilə bağlı daha çox diqqət yetiriləsi məsələlər;
 informatika fənn kurikulumunun tələblərinin reallaşma mexanizmlərinin şərhi və əsaslandırılması;
 şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri və formaları;
 müxtəlif mövzular üzrə uşaqların fəallığını artırmaq üçün dərslikdə verilməyən əlavə didaktik
oyunlar;
 müəllimlər üçün mövzu üzrə müasir elmi baxışlara və texnologiyalara dair qısa məlumatlar;
 müəllimin istifadə edə biləcəyi mənbələr.
Müəllim tövsiyə olunan materiallardan sinfin hazırlıq səviyyəsinə, tədris vaxtına, texniki təchizata
və diferensial təlim prinsiplərinə uyğun olaraq lazım bildiyi qədər istifadə edə bilər.
Tədqiqat işlərində qruplarla və cütlərlə iş formalarına daha çox üstünlük verilir. Praktik dərslər
zamanı isə şagirdlərdə fərdi bacarıqların formalaşdırılması məqsədi ilə fərdi və cütlərlə iş formasından
istifadə edilməsi daha məqsədəuyğundur. Sinifdəki kompyuterlərin sayı imkan
verərsə, hər şagird bir kompyuterin qarşısında əyləşə bilər. Əgər kompyuterlərin sayı az olarsa,
onda sinif cütlərə bölünür və kompyuterdə praktik işlər cütlərlə aparılır. Cütlərdə işləyən
şagirdlər tədqiqat işini də birlikdə yerinə yetirirlər.
5
İNFORMATİKA FƏNN KURİKULUMU
Dünyada gedən qloballaşma prosesi təhsil sahəsinə də öz təsirini göstərir. Bu gün orta məktəb
məzunundan tələb olunan əsas kompetensiyalardan biri də İKT bacarıqlarıdır. Bu səbəbdən şagirdlərdə
informasiya ilə işləmək mədəniyyətinin, onların analitik və sistemli düşüncə tərzinin,
informasiya proseslərini anlama qabiliyyətlərinin, informasiya texnologiyalarından istifadə bacarıqlarının
formalaşdırılması məktəb informatika kursunun əsas vəzifələrini təşkil edir.
“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” çərçivə sənədi
bu vəzifələrin reallaşdırılması istiqamətində əsas bacarıq və vərdişlərin formalaşdırılmasını
nəzərdə tutur.
Müəlliflərin təqdim etdikləri dərslik strukturunun əsasını ibtidai siniflərdə informatikanın tədrisində
şagirdlərin ilkin informasiya və kommunikasiya bacarıqlarına yiyələnmə prinsipi təşkil
edir. Təlim materialları elmi məntiqə görə deyil, uşaqların maraqlarına, onların həyat və
təbiətlərinə uyğun olaraq formalaşdırılmışdır. Uşaqlar o zaman həvəslə fəaliyyət göstərirlər ki,
onlar öz fəaliyyətlərinin nəticəsini görə bilsinlər. İnformatika kursunun nəticə yönümlü olması
da elə o deməkdir ki, şagirdin fəaliyyəti konkret bir məhsul, ideya, hipotez, şəkil, mətn və
digər formalarda onun şəxsi təlim nəticələrinə çevrilir. Əldə olunmuş təlim nəticələrinin
keyfiyyəti isə şagirddə lazımi bacarıqların reallaşdırılması sürətini və onun irəliləyişlərini qiymətləndirməyə
əsas verir. İbtidai siniflər üçün informatika kursunda aşağıdakı vəzifələrin həlli
nəzərdə tutulur.
Şagirdlərdə:
 müxtəlif mənbələrdən gələn informasiya selində oriyentir götürülməsinin və bu informasiyaları
sistemli təhliletmə bacarıqlarının əsasının qoyulması;
 ilkin kompyuter bacarıqlarının formalaşdırılması;
 sadə informasiya texnologiyalarından (telefon, televizor və s.) istifadə bacarıqlarının formalaşdırılması;
 alqoritmik təfəkkürün inkişafı və alınmış informasiyanı öz fəaliyyətində şəxsi biliyə çevirmək
bacarığının reallaşdırılması;
 digər fənlərdən alınan informasiya ilə praktik iş vərdişlərinin formalaşdırılması;
 obyekt və proseslərin sadə informasiya modellərinin (sxem, cədvəl, xəritə və s.) yaradılma təcrübəsinin
formalaşdırılması;
 sadə kompyuter proqramlarında ilkin iş bacarıqlarının formalaşdırılması;
 insanlar və maşınlarla informasiya mübadiləsi məqsədilə kommunikativ bacarıqların formalaşdırılması.
İbtidai siniflərdə informatikanın təqdim
olunan tədris metodikasının əsas prinsipləri
Həyati əhəmiyyətliliyi. İbtidai siniflər üçün informatika fənni mövcud elmin müvafiq yaş
kateqoriyasına uyğunlaşdırılmış versiyası deyil. Bu fənn şagirdlərdə ətrafımızdakı informasiyalardan
yararlanmağı və İKT-dən düzgün istifadə bacarığını formalaşdırır.
Şəxsiyyət yönümlülüyü. Tərtib edilmiş tapşırıqların əksəriyyəti şagirdlərin real həyatda qarşılaşdıqları
situasiyalarla birbaşa bağlıdır. Ona görə də verilən bütün təlim materialları şagirdin
özündən qaynaqlanır. Nəticədə şagird təlim materiallarını “özününküləşdirir”.
Mövzunun “kəşf edilməsi”. İnformatikanın əsas anlayışlarının mənimsənilməsi və informasiya
texnologiyalarından istifadə vərdişlərinin formalaşdırılması şagird tərəfindən təlim nəticəsi
olaraq müəyyən bacarıqların reallaşdırılması ilə həyata keçirilir. Başqa sözlə, şagird praktik
fəaliyyət nəticəsində yeni bilik, bacarıq və vərdişləri özü əldə edir. Bütün mövzularda müza6
kirə və diskussiya üçün tədqiqat sualları, tədqiqat işi üçün materiallar, yaradıcı tətbiqetməni
nəzərdə tutan sual və çalışmalar dərsliyin özündə verilir.
İnformatika fənni üzrə məzmun standartları 2008-ci il variantı ilə müqayisədə təkmilləşdirilmiş
və standartlarda dəyişikliklər edilmişdir.
Bəzi xarici ölkələrin təcrübəsinə əsasən, informatikanın təlimi 1 və 4-cü məzmun xətlərini birləşdirməklə,
üç əsas məzmun xətti üzrə müəyyənləşdirilir. Təqdim edilən dərslik komplektində
də ibtidai sinfin xüsusiyyətlərini nəzərə alaraq 1 və 4-cü məzmun xətləri üzrə nəzərdə tutulmuş
standartlar inteqrativ şəkildə tədris olunur. İnformatika fənninin məzmun standartları sinifdən-
sinfə dəyişsə də, məzmun xətləri müəyyən mənada bütün siniflərdə dəyişməz qalır.
Lakin kurikulumun hazırlanması prosesində məzmun xətləri üzrə məzmunun sadədən mürəkkəbə
doğru dəyişməsi, dərinləşməsi və genişləndirilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır
ki, fənnin məzmununa daxil olan hər hansı bir anlayış və ya bacarıqlar yalnız bir məzmun
xətti çərçivəsində məhdudlaşmır, digər məzmun xətləri ilə üfüqi inteqrasiyada tədris olunur.
Dərslik komplektinin mövzular üzrə strukturunu formalaşdırarkən bütün ibtidai təhsil pilləsi
üzrə alt standartlar təhlil edilmiş və tədris prosesində məzmun standartlarının məzmun xətləri
üzrə nisbəti müəyyənləşdirilmişdir. Bu nisbət təqdim olunan diaqramda əksini tapmışdır.
Mövzuları müəyyənləşdirərkən bu nisbət gözlənilmişdir. Üfüqi inteqrasiya prinsipini nəzərə
alsaq, elə mövzular var ki, müxtəlif məzmun xətləri üzrə bir neçə bacarığın reallaşmasına xidmət
edir və məzmun xətləri üzrə mövzuların bölünməsi belədir: 1–4-cü məzmun xətti üzrə 10
mövzu, 2-ci məzmun xətti üzrə 6 mövzu, 3-cü məzmun xətti üzrə isə 12 mövzu müəyyən
edilmişdir. Müəllimlər bu bölgü ilə “Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli”ndə
ətraflı tanış ola bilərlər. 1-ci sinif şagirdlərində reallaşdırılacaq 34 alt standartın 18-i
kompyuterdə praktik bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə məktəblərin
kompyuterlərlə təchizatını nəzərə alıb 1-ci siniflər üçün yazılmış əvvəlki dərslikdən fərqli
olaraq kompyuterdə praktik dərslər üçün 9 saat ayrılması tövsiyə edilir. Lakin müəllim
mövzular üzrə bacarıqların reallaşdırılmasına ayrılan saatları yerli şərait və bəzi subyektiv xüsusiyyətlərə
görə dəyişə bilər.
İbtidai tәhsil pillәsi üzrә (1–4-cü siniflәr) mәzmun standartlarının paylanması
diaqramı
3-cü məzmun
xətti üzrə
2-ci məzmun
xətti üzrə
1-ci məzmun
xətti üzrə
4-cü məzmun
xətti üzrə
7
TƏDRİS PROSESİNDƏ
İNFORMASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ
İnformatika fənninin tədrisi, ilk növbədə, informasiya texnologiyalarından istifadəyə əsaslanır.
Məktəblərin kompyuter, noutbuk, proyektor və hətta bəzilərinin interaktiv lövhələrlə təchizatını
nəzərə alaraq dərslik komplektinə pulsuz istifadə edilən bir neçə elektron vəsait əlavə
olunur. Bu, ilk növbədə, Təhsil nazirinin 04.10.10 tarixli 1295 nömrəli əmri ilə “Elektron
tədris vəsaiti” qrifi verilmiş və 1-ci sinif kurikulumuna tam uyğun gələn elektron tədris
vəsaitidir. Pulsuz istifadə olunan bu vəsaitin həm internet, həm də kompakt-disk versiyaları
vardır. Çox az yaddaş yeri tutan vəsait fləş-yaddaşa sərbəst köçürülür və şagirdlərin evdə kompyuterdə
sərbəst işləmələri üçün çox rahatdır. Müəllim bu vəsaiti www.bakineshr.az və ya
www.informatik.az saytlarından yükləyə bilər. Elektron vəsaitdəki tapşırıqların yerinə yetirilmə
ardıcıllığı dərslikdə hər bir mövzunun sonunda göstərilmişdir.
İkinci əlavə bütün dərslərin izahatı və maraqlı tapşırıqlar daxil edilmiş PowerPoint proqramında
hazırlanmış təqdimatlardır. Onları da www.bakineshr.az və ya www.informatik.az saytlarından
yükləmək olar. Bu təqdimatlar noutbuk və proyektordan istifadə edilməklə mövzunun şərhi
zamanı müəllim üçün nəzərdə tutulur. Hər iki vəsait interaktiv lövhələrdə də istifadə oluna bilər.
3.2.2, 3.2.3 və 3.2.5 saylı məzmun standartlarını reallaşdırmaq məqsədilə elektron tədris
vəsaitində verilən öyrədici oyun proqramlarında müxtəlif işlər nəzərdə tutulmuşdur. Əlavə
mənbə kimi müəllimlər uşaqlar üçün sərbəst proqram təminatı olan Compris proqramını
http://gcompris.net/-ru saytından yükləyə bilərlər.
Klaviatura və siçanla iş vərdişlərini formalaşdırmaq məqsədilə müəllimlər http://softfree.
ru/content/view/1845/118/ saytından klaviatura trenajorunun sərbəst versiyasını yükləyib
dərs prosesində istifadə edə bilərlər.
Dördüncü tədris vahidi tam olaraq kompyuterdən istifadə bacarıqlarının reallaşdırılmasına həsr
edilir. Qrafik redaktor və mətn redaktorlarında işin hər birinə 2 saat nəzərdə tutulmuşdur.
I sinif üzrə informatika fənn kurikulumunun təkmilləşdirilmiş variantı
I sinfin sonunda şagird:
 sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri haqqında
təsəvvürə malik olduğunu nümayiş etdirir;
 oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir;
 sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir;
 sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir;
 kompyuter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir;
 kompyuterdə sadə əməliyyatları icra edir;
 kompyuterdə sadə şəkillər və fiqurlar çəkir;
 kompyuterdə sadə mətnlər yığır;
 cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını nümayiş
etdirir.
1. İnformasiya və informasiya prosesləri
1.1. Sadə informasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri
haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Verilmiş sadə informasiyaları şərh edir.
1.1.2. Sadə informasiyaları təsvir formalarına görə fərqləndirir.
1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir.
1.1.4. Müxtəlif informasiya mənbələrinə aid nümunələr göstərir.
8
1.2. Oxşar obyektlər sırasından əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.
1.2.1. Verilmiş informasiya əlamətlərinə görə əşyaları fərqləndirir.
1.2.2. Verilmiş əşyanın əlamətlərini şərh edir.
1.2.3. İki və daha çox əşya arasında münasibətləri (oxşar, fərqli, az, çox, ağır, yüngül,
böyük, kiçik, uzun, qısa, qarşıda, arxada, yuxarıda, aşağıda, sağda, solda, ortada və
s.) müəyyən edir.
2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
2.1. Sadə hadisələr, hərəkətlər ardıcıllığını anladığını nümayiş etdirir.
2.1.1. Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələr göstərir.
2.1.2. Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından hissələrə ayırır.
2.1.3. Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izah edir.
2.2. Sadə məntiqi mühakimələri anladığını nümayiş etdirir.
2.2.1. “Doğru” və “yalan” mülahizələri fərqləndirir.
2.2.2. Sadə mühakimələrin inkarını qurur.
2.2.3. Təqdim olunanlar arasından mümkün hərəkət variantlarını göstərir.
3. Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri
3.1. Kompyuter haqqında sadə biliklərə malik olduğunu nümayiş etdirir.
3.1.1. Kompyuterin əsas hissələrini ona tanış olan oxşar əşyalarla (televizor pultu, telefon
və s.) müqayisə edir.
3.1.2. Kompyuterlə iş prosesində tələb olunan ümumi təhlükəsizlik texnikası qaydalarını
sadalayır.
3.1.3. Kompyuterin əsas hissələrinin təyinatını sadə formada izah edir.
3.2. Kompyuterdə sadə əməliyyatları icra edir.
3.2.1. Kompyuteri işə salır, sadə menyuları seçir, bağlayır.
3.2.2. Kompyuterin sadə qurğuları ilə (klaviatura və siçan) davranır, onların düymələrindən
istifadə edir.
3.2.3. Kompyuterdəki sadə proqramları (kalkulyator, bloknot, sadə qrafik və mətn
redaktorları, sadə oyunlar) işə salır və bağlayır.
3.2.4. Kalkulyator proqramında sadə hesab əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompyuterdə oyun tipli sadə proqramlarla işləyir.
3.2.6. Kompyuterin sadə qurğuları ilə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət
edir.
3.3. Kompyuterdə sadə şəkillər və fiqurlar çəkir.
3.3.1. Alətlər qutusundakı sadə alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə
bacarığını nümayiş etdirir.
3.3.2. Şəkil və fiqurların elementlərini çəkir.
3.3.3. Sadə şəkillər və fiqurlar (düz və əyri xətt, dördbucaqlı və s.) çəkir.
3.3.4. Çəkdiyi şəkilləri yadda saxlayır.
3.3.5. Çəkdiyi şəkilləri iş masasında müxtəlif formalarda yerləşdirir.
3.4. Kompyuterdə sadə mətnlər yığır.
3.4.1. Kompyuterdə böyük, kiçik hərfləri, rəqəmləri və durğu işarələrini yığır.
3.4.2. Kompyuterdə söz və söz birləşmələrini yığır.
3.4.3. Kompyuterdə sadə mətnləri yığır.
3.4.4. Redaktə xarakterli sadə tapşırıqları yerinə yetirir.
4. Cəmiyyətin informasiyalaşdırılması
4.1. Cəmiyyətdə informasiya və informasiya vasitələrinin əhəmiyyətini anladığını
nümayiş etdirir.
4.1.1. İnformasiya vasitələrini sadalayır.
4.1.2. İnformasiyanın əhəmiyyətini sadə formada şərh edir.
4.1.3. İnformasiya vasitələrinin rolunu izah edir.
9
TӘDRİS VAHİDLӘRİ BÖLMӘLӘR MÖVZULAR
3. İNFORMASİYA
Mәntiq
İnformasiyadan
istifadә
1. ӘŞYALARIN TӘSVİRİ
VӘ MÜQAYİSӘSİ
4. KOMPYUTER
Kompyuterin
imkanları
11. İnformasiya nәdir
12. İnformasiyanı necә tәqdim etmәk olar
13. İnformasiyanı haradan alırıq
14. İnformasiya necә ötürülür
15. İnformasiyadan necә istifadә etmәk olar
Kompyuterlә
tanışlıq
1. Әşyanın rәngi vә forması
2. Әşyanın hissәlәri vә hәrәkәti
3. Әşyanın tәsviri
4. Әşyaların müqayisәsi
5. Yuxarı, aşağı, sağ, sol
6. Әvvәl-sonra
7. Hadisәlәr ardıcıllığı
8. Hәrәkәtlәr ardıcıllığı
9. Әks әlamәtlәr
10. Doğru vә yalan
16. Kompyuter nәdir
17. Kompyuterin әsas hissәlәri
18. Kompyuterlә necә davranmalı
19. Kompyuterdә işlәmәyә başlayırıq
20. Kompyuterdә şәkil çәkirәm
21. Fiqurların çәkilmәsi
22. Kompyuterdә yazıram
23. Mәtndә sәhvlәrin düzәldilmәsi
24. Kompyuterdә hesablayıram
2. HADİSӘLӘR VӘ
HӘRӘKӘTLӘR
ARDICILLIĞI
Әşyanın
әlamәtlәri
Әşyalar arasında
münasibәtlәr
Hәrәkәtlәr
ardıcıllığı
İnformasiya
DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU
10
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA
CƏDVƏLİ VƏ İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ
Cədvəldə kurikulumda tələb olunan bacarıqlar əsasında tövsiyə edilən illik planlaşdırma
nümunəsi verilmişdir. İş planı həftədə 1 saat olmaqla ildə 31 həftəyə və ya 31 saata nəzərdə tutulmuşdur.
Müəllim mövzulara şəxsi münasibətindən asılı olaraq tövsiyə edilən illik planlaşdırma
nümunəsinə müəyyən dəyişikliklər edə bilər.
TƏDRİS VAHİDİ,
BÖLMƏ VƏ MÖVZULAR
Məzmun xətti 1 Məzmun xətti
2 Məzmun xətti 3 M.x.4
saatlar
M.st. 1.1 M.st
1.2
M.st.
2.1
M.st.
2.2
M.st
3.1
Məz. st. 3.2 Məz. st. 3.3 Məz. st.
3.4
M.s.
4.1
1.1.1
1.1.2
1.1.3
1.1.4
1.2.1
1.2.2
1.2.3
2.1.1
2.1.2
2.1.3
2.2.1
2.2.2
2.2.3
3.1.1
3.1.2
3.1.3
3.2.1
3.2.2
3.2.3
3.2.4
3.2.5
3.2.6
3.3.1
3.3.2
3.3.3
3.3.4
3.3.5
3.4.1
3.4.2
3.4.3
3.4.4
4.1.1
4.1.2
4.1.3
1. ӘŞYALARIN TӘSVİRİ VӘ
MÜQAYİSӘSİ
Əşyanın
əlamətləri
1. Əşyanın rəngi və
forması
+
+
1
2. Əşyanın hissələri və
hərəkəti
+
+
1
3. Əşyanın təsviri
+
+
1
Əşyalar
arasında
münasibətlər
4. Əşyaların müqayisəsi
+
1
5. Yuxarı, aşağı, sağ, sol
+
1
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1
2. HADİSƏLƏR VƏ
HƏRƏKƏTLƏR
ARDICILLIĞI
Hərəkətlər
ardıcıllığı
6. Əvvəl-sonra
+
1
7. Hadisələr ardıcıllığı
+
+
1
8. Hərəkətlər ardıcıllığı
+
+
+
1
Məntiq
9. Əks əlamətlər
+
+
1
10. Doğru və yalan
+
+
1
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1
I YARIMİL ÜÇÜN BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1
3. İNFORMASİYA
İnformasiya
11. İnformasiya nədir
+
+
1
12. İnformasiyanı necə
təqdim etmək olar
+
1
İnformasiyadan
istifadə
13. İnformasiyanı
haradan alırıq
+
1
14. İnformasiya necə
ötürülür
+
+
+
1
15. İnformasiyadan necə
istifadə etmək olar
+
1
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1
4. KOMPYUTER
Kompyuterlə
tanışlıq
16. Kompyuter nədir
+
1
17. Kompyuterin əsas
hissələri
+
+
1
18. Kompyuterlə necə
davranmalı
+
1
19. Kompyuterdə
işləməyə başlayırıq
+
1
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1
Kompyuterin
imkanları
20. Kompyuterdə şəkil
çəkirəm
+
+
+
+
+
+
+
1
21. Fiqurların çəkilməsi
+
+
+
+
+
+
1
22. Kompyuterdə
yazıram
+
+
+
+
+
1
23. Mətndə səhvlərin
düzəldilməsi
+
+
+
+
+
+
+
+
1
24. Kompyuterdə
hesablayıram
+
+
+
+
+
1
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1
II YARIMİL ÜÇÜN BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 1
CƏMİ 31
11
DƏRSLƏR ÜZRƏ TƏLİM MƏQSƏDLƏRİ
№ Dərs/Mövzu Təlim məqsədləri
1 Əşyanın rəngi
və forması
 rənginə və formasına görə əşyaları fərqləndirmək;
 sadə əşyaların rəngini və formasını müəyyən etmək;
 rənginə və formasına görə oxşar əşyalara nümunə göstərmək;
 rəngi, forması və digər sadə əlamətlərinə görə sadə əşyaları müəyyən etmək.
2 Əşyanın
hissələri və
hərəkəti
 verilmiş əşyanın hissələrini və hərəkətlərini söyləmək;
 hissələrinə və hərəkətlərinə görə əşyaları fərqləndirmək;
 hissələrinə və hərəkətlərinə görə oxşar əşyalara nümunə göstərmək;
 hissələrinə, hərəkətlərinə və digər sadə əlamətlərinə görə əşyanı müəyyən
etmək.
3 Əşyanın təsviri  əlamətlərə görə əşyaları fərqləndirmək;
 verilmiş əşyanın əlamətlərini sadalamaq;
 verilmiş əlamətlərə görə əşyanı müəyyən etmək;
 verilmiş əşyanın təyinedici əlamətlərini müəyyən etmək.
4 Əşyaların
müqayisəsi
 iki əşyanı müxtəlif əlamətlərə görə müqayisə etmək;
 müxtəlif əşyaların oxşar əlamətlərini müəyyən etmək;
 miqdarına görə əşya qruplarını müqayisə etmək.
5 Yuxarı, aşağı,
sağ, sol
 “irəli”, “geri”, “yuxarı”, “aşağı”, “sola”, “sağa” istiqamətlərini göstərmək;
 yuxarıda, aşağıda, solda, sağda, qarşıda və arxada olan əşyaları müəyyən etmək;
 verilmiş əşyanın harada yerləşdiyini istiqamətlərlə söyləmək.
6 Əvvəl – sonra  əşyanın sonrakı vəziyyəti ilə əvvəlki vəziyyətini müqayisə etmək;
 əşyanın vəziyyətinin dəyişməsini ardıcıllıqla söyləmək.
7 Hadisələr
ardıcıllığı
 hadisələr ardıcıllığına nümunələr göstərmək;
 şəkillərdə verilmiş vəziyyətləri başvermə ardıcıllığı ilə düzmək:
 hadisəni hissələrə ayırmaq;
 hadisələrin başvermə ardıcıllığında səhvləri düzəltmək.
8 Hərəkətlər
ardıcıllığı
 hərəkətlər ardıcıllığına nümunələr göstərmək;
 sadə hərəkətlər ardıcıllığını yerinə yetirmək;
 sadə hərəkəti hərəkətlər ardıcıllığı baxımından hissələrə ayırmaq;
 məqsədə çatmaq üçün tələb olunan hərəkətlər ardıcıllığını müəyyən etmək.
9 Əks əlamətlər  verilmiş əlamətin əksini söyləmək;
 əşyanın əlamətlərini “deyil” sözündən istifadə edərək söyləmək;
 sadə fikirlərin inkarını qurmaq.
10 Doğru və yalan  doğru və yalan fikirlərə nümunələr göstərmək;
 doğru və yalan fikirləri fərqləndirmək;
 “deyil” sözündən istifadə edərək doğru fikri yalana və əksinə çevirmək;
 mümkün olan və mümkün olmayan hərəkətləri fərqləndirmək;
 təqdim olunanlar arasından mümkün hərəkət variantlarını seçmək.
11 İnformasiya
nədir
 sadə informasiyaları şərh etmək;
 informasiyanın əhəmiyyətini sadə nümunələrlə izah etmək;
 insanın beş duyğu orqanını sadalamaq;
 duyğu orqanları vasitəsilə qəbul olunan informasiyalara nümunələr göstərmək.
12 İnformasiyanı
necə təqdim
etmək olar
 sadə informasiyaları təqdimetmə formalarına görə fərqləndirmək;
 informasiyanı müxtəlif formalarda təqdim etmək;
 informasiyanın təqdimetmə formaları arasında ən münasibini müəyyən etmək.
13 İnformasiyanı
haradan alırıq
 sadə informasiya mənbələrinə aid nümunələr göstərmək;
 sadə informasiyaların mənbəyini müəyyən etmək;
 eyni mənbədən alınan bir neçə informasiyaya aid nümunələr göstərmək.
14 İnformasiya
necə ötürülür
 informasiya vasitələrinə aid sadə nümunələr göstərmək;
 informasiyanı ötürmək üçün vasitələrin rolunu izah etmək;
 sadə informasiya vasitələrini sadalamaq.
12
15 İnformasiyadan
necə istifadə
etmək olar
 sadə informasiyaları şərh etmək;
 informasiyadan necə istifadə olunduğunu nümunələrlə izah etmək;
 informasiya proseslərinə aid sadə nümunələr göstərmək;
 verilmiş informasiya əsasında doğru hərəkət variantını müəyyən etmək.
16 Kompyuter
nədir
 kompyuteri digər qurğulardan fərqləndirmək;
 kompyuterin hissələrini oxşar əşyalarla müqayisə etmək;
 kompyuterdən istifadə məqsədlərini nümunələrlə şərh etmək.
17 Kompyuterin
əsas hissələri
 kompyuterin əsas hissələrini adi qurğularla müqayisə etmək;
 kompyuterin hissələrini sadalamaq;
 kompyuterin əsas hissələrinin təyinatını izah etmək.
18 Kompyuterlə
necə davranmalı
 kompyuterlə iş prosesində ümumi təhlükəsizlik qaydalarına riayət etmək;
 kompyuter otağında davranış qaydalarına riayət etmək;
 kompyuter qarşısında düzgün oturmaq.
19 Kompyuterdə
işləməyə
başlayırıq
 kompyuterin uyğun düyməsini basıb onu işə salmaq;
 klaviatura və siçandan istifadə etmək;
 iş masasında simgələri seçdirmək;
 siçanı hərəkət etdirməklə sadə menyuları açmaq;
 kompyuteri söndürmək.
20 Kompyuterdə
şəkil çəkirəm
 Paint proqram pəncərəsi ilə tanış olmaq;
 proqram pəncərəsində alətlər qutusunun və rənglər qutusunun harada
yerləşdiyini göstərmək;
 alətlər qutusundan karandaş və ya fırça alətlərini seçmək;
 şəkil çəkmək üçün rəngi seçmək;
 sadə həndəsi fiqurlar çəkmək;
 sadə alətlərdən və rənglərdən istifadə etməklə sadə şəkillər çəkmək.
21 Fiqurların
çəkilməsi
 Paint proqramında xətt, düzbucaqlı və oval alətlərini seçmək;
 uyğun alətlərdən istifadə edib sadə həndəsi fiqurlar (düz xətt, dördbucaqlı,
çevrə) çəkmək;
 çəkilmiş şəkli kompyuterin yaddaşında saxlamaq;
 çəkilmiş sadə şəkli iş masasında yerləşdirmək.
22 Kompyuterdə
yazıram
 klaviatura vasitəsilə hərf və rəqəmləri yığmaq;
 klaviatura vasitəsilə baş hərfləri yığmaq;
 klaviaturada söz və söz birləşmələrini yığmaq;
 kursoru sağa, sola, aşağı və yuxarı hərəkət etdirmək;
 mətndə durğu işarələrini qoymaq.
23 Mətndə
səhvlərin
düzəldilməsi
 kompyuterdə sadə mətnlər yığmaq;
 kompyuterdə düzgün yazılmamış mətndə səhvləri müəyyən etmək;
 Backspace və Delete klavişlərinin təyinatını izah etmək;
 kursoru düzəldiləcək hərfin yanına gətirmək;
 sözdə buraxılmış səhvləri düzəltmək.
24 Kompyuterdə
hesablayıram
 kalkulyatordan nə üçün istifadə olunduğunu izah etmək;
 Calculator proqramını başlatmaq;
 rəqəm, sadə əməl, yığılmış son rəqəmi və ekranı silmə düymələrini fərqləndirmək;
 Calculator proqramında sadə hesablamalar aparmaq.
13
FƏNLƏRARASI İNTEQRASİYA CƏDVƏLİ
A-d. – Azərbaycan dili, Riy. – Riyaziyyat, H-b. – Həyat bilgisi, Tex. – Texnologiya, T-i. – Təsviri incəsənət,
X-d. – Xarici dil, F-t. – Fiziki tərbiyə, Mus. – Musiqi
DİFERENSİAL TƏLİM İMKANLARI
Diferensial təlim əhəmiyyətli sayılan məzmunu müxtəlif öyrənmə və düşüncə tərzinə malik olan
şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim üsullarıdır.
Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni müəllim şagirdlər üçün maksimum
səmərəli şərait yaratmaqdan ötrü təlimin diferensiallaşması üzərində çalışmalıdır.
Bildiyiniz kimi, təlim bir-biri ilə sıx əlaqədə olan 4 əsas aspektdən ibarətdir: 1) fənlərin
məzmunu və gözlənilən nəticələr (standartlar); 2) şagirdlərin ilkin bilik və bacarıqları, inkişaf
TƏDRİS VAHİDİ, BÖLMƏ VƏ MÖVZULAR FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
1. ƏŞYALARIN TƏSVİRİ VƏ
MÜQAYİSƏSİ
Əşyanın
əlamətləri
1. Əşyanın rəngi və forması Riy. – 3.1.1, 3.2.2, 5.2.2, H-b. – 1.1.1, 1.3.2, Tex. – 2.2.3, 2.2.4
2. Əşyanın hissələri və hərəkəti Riy. – 3.1.1, 3.1.3, 5.2.1, 5.2.2, H-b. – 1.1.1, 1.3.1, Tex. –1.3.1, 1.3.2,
4.1.1, 4.1.2, Mus. – 2.1.3
3. Əşyanın təsviri
Riy. – 1.1.4, 2.3.1, 3.1.1, 3.2.1, 4.1.1, 5.1.1, 5.1.2, 5.2.2, H-b. – 1.1.1, 1.1.2,
1.2.1, Tex. – 2.1.1, 2.1.3, A-d. – 2.1.1, 4.1.6, X-d. – 1.1.3, 2.2.1, 2.2.2, Mus.
– 1.2.2, 1.2.3, 2.1.1, T-i. – 1.1.3
Əşyalar arasında
münasibətlər
4. Əşyaların müqayisəsi A-d. – 4.1.4, Riy. – 1.1.6, 1.3.1, 2.2.1, 3.1.3, 3.2.2, 4.1.2, 4.1.3, 4.1.4,
5.1.2, H-b. – 1.1.1, 1.2.1, Tex. – 2.1.2
5. Yuxarı, aşağı, sağ, sol H-b. – 1.2.1, Riy. – 3.1.2, 3.1.3
2. HADİSƏLƏR VƏ
HƏRƏKƏTLƏR
ARDICILLIĞI
Hərəkətlər
ardıcıllığı
6. Əvvəl – sonra A-d. – 1.2.1, 2.1.1, Riy. – 3.1.3, 5.2.1, 5.2.2
7. Hadisələr ardıcıllığı A-d. – 1.2.1, 2.1.1, 2.2.7, Riy. – 4.1.1, 5.2.1, H-b. – 1.1.1, 1.1.2, T-i. –
1.1.3, Tex. – 1.2.3
8. Hərəkətlər ardıcıllığı A-d. – 1.2.1, 2.2.7, Riy. – 4.1.1, 5.2.1, H-b. – 1.1.1, 1.1.2, T-i. – 1.1.3, Tex.
– 1.2.3
Məntiq
9. Əks əlamətlər A-d. – 2.1.3, Riy. – 5.1.2, X-d. – 1.1.3, 2.2.1, 2.2.2, Mus. – 3.3.1
10. Doğru və yalan A-d. – 2.1.3, Riy. – 5.1.2, X-d. – 1.1.3, 2.2.1, 2.2.2, Mus. – 3.3.1, Tex. –
1.3.2
3. İNFORMASİYA
İnformasiya
11. İnformasiya nədir A-d. – 1.1.1, 1.2.1, H-b. – 1.1.2, 1.3.2, Riy. – 3.1.1, 5.1.2, T-i. – 1.1.2,
1.1.3, X-d. – 2.2.2
12. İnformasiyanı necə təqdim
etmək olar
A-d. – 1.1.1, 1.2.1, 1.2.4, Riy. – 1.1.8, 2.1.4, 2.3.3, 5.1.2, H-b. – 1.1.2,
2.3.2, 4.2.2, 4.3.1, T-i. – 1.1.2, 1.1.3, 4.1.1, X-d. – 1.1.3, 2.2.1, 2.2.2,
Mus. – 3.1.2
İnformasiyadan
istifadə
13. İnformasiyanı haradan alırıq Riy. – 5.1.2, H-b. – 3.3.1, 4.1.3, 4.1.4, 4.2.2, A-d. – 2.2.8, 3.1.7
14. İnformasiya necə ötürülür Riy. – 5.1.2, H-b. – 3.3.1, 4.1.3, 4.1.4, 4.2.2, A-d. – 2.2.8, 3.1.7
15. İnformasiyadan necə
istifadə etmək olar
Riy. – 5.1.2, A-d. – 2.2.8, 3.1.7, H-b. – 4.2.1, 4.2.2, 4.3.1, 4.3.2, 4.3.3, T-i.
– 1.1.2, 1.1.3, X-d. – 1.1.3, 2.2.1
4. KOMPYUTER
Kompyuterlə
tanışlıq
16. Kompyuter nədir Tex. – 4.1.1
17. Kompyuterin əsas hissələri Tex. – 4.1.1
18. Kompyuterlə necə
davranmalı H-b. – 2.4.1, 4.2.1, Tex. – 1.3.3, 3.1.1
19. Kompyuterdə işləməyə
başlayırıq Riy. – 1.3.3, 3.2.2, A-d. – 3.1.7
Kompyuterin
imkanları
20. Kompyuterdə şəkil çəkirəm Riy. – 3.2.1, 3.2.2, 3.2.3, Tex. – 1.1.1, T-i. – 2.2.1, 2.2.2, 2.2.5
21. Fiqurların çəkilməsi Riy. – 3.2.1, 3.2.2, 3.2.3, Tex. – 1.1.1, T-i. – 2.2.1, 2.2.2, 2.2.5
22. Kompyuterdə yazıram A-d. – 4.1.4, 4.1.5, 3.1.7
23. Mətndə səhvlərin
düzəldilməsi A-d. – 3.1.6. 3.1.7
24. Kompyuterdə hesablayıram Riy. – 1.3.5, 1.3.6
14
və hazırlıq səviyyələri, onların xüsusi ehtiyacları; 3) təlim üsulları, tapşırıqlar, əlavə materiallar,
əyani vəsaitlər və öyrənməni möhkəmləndirmək üçün ev tapşırıqları və çalışmalar;
4) tətbiq olunan qiymətləndirmənin üsul və növləri. Təlimin diferensiallaşması haqqında düşünərkən
təlim prosesinin bütün aspektlərinin diferensiallaşması nəzərə alınmalıdır. Təlimin
diferensiallaşması zamanı müəllim bu üsullardan istifadə edə bilər: 1) yeni mövzunu təqdim
edərkən həm şifahi üsuldan, həm də əyani vasitələrdən istifadə edir (eyni zamanda danışır və
göstərir); 2) kiçik qrup halında şagirdlərlə ayrıca görüşür və onlara təkrar izahat verir (bu
üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb etmək olar); 3) oxu üçün nəzərdə tutulan
materialı bir mətn şəklində yox, bir neçə mətn şəklində hazırlayır ki, müxtəlif oxu qabiliyyəti
olan şagirdlər oxu fəaliyyətinə cəlb oluna bilsinlər; 4) şagirdlərin ehtiyaclarından asılı olaraq
onlara manipulyativ alətlər verir; 5) öyrəndiklərini və bacardıqlarını nümayiş etdirmək üçün
müxtəlif yollar təqdim edir: məsələn, süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi
cavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlər üçün qrup və ya fərdi qaydada işləmək
üçün şərait yaradır; 6) şagirdlərin müxtəlif öyrənmə üslublarını nəzərə alaraq onlar üçün fərdi
şəraitin yaradılmasına çalışır: tək oturmağı sevən tək oturur, qrupda işləməyi xoşlayan qrupda
işləyir və daim bu qrupun üzvü olur və s.
Diferensial təlim texnologiyaları həm tipik, həm də xüsusi təhsilə ehtiyacı olan şagirdlərin nailiyyətlərinin
yüksəldilməsi üçün müasir dövrün ən proqressiv və səmərəli yanaşmalarından
hesab olunur. Diferensial təlimin alt komponenti olan inklüziv təlimin əsasını hər bir şagirdə
fərdi yanaşma ideyası təşkil edir. İnklüziya – sağlamlıq imkanları məhdud olan uşaqlarda
özünə inam yaratmaqla yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq
şəraitinin yaradılmasıdır. Bu baxımdan təlimi diferensiallaşdırarkən xüsusi təlimə ehtiyacı
olan şagirdlərlə iş texnologiyasının nəzərə alınması mühüm amildir. Tədqiqatlar göstərir ki,
xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bir çoxu üçün “eksplisit” təlim metodları olduqca
əhəmiyyətlidir. Eksplisit təlim üç mərhələdən ibarətdir:
– dərsin mövzularının təqdim edilməsi;
– materialın birbaşa öyrədilməsi və dərsin məzmununun modelləşdirilməsi;
– şagirdlərə təcrübə toplamaq imkanının yaradılması (istiqamətləndirilmiş praktiki iş).
Təqdim olunan vəsaitdə diferensial təlimin üç qrup üzrə təşkili nəzərdə tutulmuşdur:
1. TNYOŞ – təlim nəticələri yüksək olan şagirdlər.
2. TNZOŞ – təlim nəticələri zəif olan şagirdlər.
3. SİMOŞ – sağlamlıq imkanları məhdud olan şagirdlər.
Dərslərin tədrisi texnologiyalarını şərh edərkən müxtəlif mərhələlərdə hər üç qrupa daxil olan
şagirdlərlə işləmək üçün müəllimə təlim materiallarının uyğunlaşdırılması istiqamətində
tövsiyələr verilmişdir. Mövzular üzrə tövsiyələrdə diferensial təlim DT kimi işarələnmişdir.
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsinin əvvəlində
və sonunda şagirdin tədris materiallarının mənimsənilməsi üzrə irəliləyiş səviyyəsi və digər
nailiyyətləri barədə hesabatlar verilir. Məzmun standartlarının mənimsənilməsi istiqamətində,
əsasən, aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur:
1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Diaqnostik qiymətləndirmə
şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında
hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət
edir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa
ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və
bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını
15
müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri
sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz
əksini tapır.
Diaqnostik qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə olunur:
Üsullar Vasitələr
Tapşırıqvermə Çalışmalar
Müsahibə (şifahi yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup,
yaxud siniflə aparılan sifahi yoxlama zamanı müəllimin öyrənmək
(diaqnoz qoymaq) istədiyi məsələnin yazıldığı vərəq)
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya
məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Vəsaitdə 1-ci sinif şagirdlərinin ilkin səviyyələrinin yoxlanmasının ümumi sorğu, müsahibə
vasitəsilə aparılması nəzərdə tutulur.
2. İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Yeni məktəbdaxili qiymətləndirmənin
əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Yeni və ənənəvi qiymətləndirmə
arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin
daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olmasını və nəticədə
summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır.
Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət
almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini
və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və
təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə olunur:
Üsullar Vasitələr
Müşahidə Müşahidə vərəqləri
Şifahi sual-cavab Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapşırıqvermə Çalışmalar
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki
fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Oxu Dinləmə üzrə qeydiyyat vərəqi
Oxu üzrə qeydiyyat vərəqi
Yazı Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən
olunmuş meyar cədvəli
Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat Meyar cədvəli
Test Test tapşırıqları
Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri
Müəllim üçün metodik vəsaitdə hər bir mövzunun sonunda qiymətləndirmə meyarları müəyyən
olunmuşdur. Bu meyarlar hər mövzuda nəzərdə tutulan təlim məqsədlərinə nə dərəcədə
nail olunduğunu qiymətləndirmək məqsədilə müəyyən edilir. Bu meyarlar kurikulum
sənədinin tərkib hissəsi olan qiymətləndirmə standartlarına əsasən hazırlanmışdır. Müəllim hər
mövzu üzrə tövsiyə olunan meyarlar üzrə aşağıdakı üsul və formalardan istifadə etməklə
qiymətləndirmə apara bilər.
16
Dərəcələr üzrə qiymətləndirmə. Müasir üsullara əsaslanan təlimdə şagird nailiyyətlərini qiymətləndirərkən
yaxşı və pis cavabların, sadəcə, cəmi nəzərdə tutulmur. Bu zaman biliyi qiymətləndirmək
üçün dərəcələrdən istifadə etmək məqsədəuyğundur. Dərəcələr dedikdə şagirdlərin
fəaliyyətini yüksək, orta və aşağı balla qiymətləndirməyə imkan verən dəqiq ifadə olunmuş
qaydalar nəzərdə tutulur. Məsələn, “Əşyanın təsviri” mövzusunda qiymətləndirmə meyarlarını
aşağıdakı kimi müəyyən etmək olar:
1. Əşyanı təsvir edir.
2. Əlamətlərinə görə müxtəlif əşyaları fərqləndirir.
3. Fərqləndirici əlamətlərinə görə əşyanı müəyyən edir.
Müşahidəyə görə qiymətləndirmə. İbtidai siniflərdə müəllimin formativ qiymətləndirməni öz
müşahidəsinə əsasən aparması daha məqsədəuyğundur. Müşahidəyə görə bütün sinif üzrə
formativ qiymətləndirmə aparmaq üçün belə cədvəldən istifadə etmək olar:
.
Burada 1, 2, 3 qiymətləri meyarlar üzrə uyğun olaraq zəif, orta və yaxşı nəticələri göstərir.
Ümumi qiyməti çıxarmaq üçün isə intervaldan istifadə etmək daha məqsədəuyğundur:
məsələn, 3–5 arası “Zəif”, 6–7 arası “Orta”, 8–9 arası isə “Yaxşı”.
Fərdi özünüqiymətləndirmə. Şagirdlər hər tədris vahidinin sonunda dərslikdə verilmiş
“Özümüzü yoxlayaq” səhifəsindəki tapşırıqları yerinə yetirir. Bu, müəllimin şagirdlərə düzgün
istiqamət göstərməsi üçün bir vasitədir. Formativ qiymətləndirmə məqsədilə müəllim müəyyən
meyarlar əsasında müxtəlif özünüqiymətləndirmə formalarını da tərtib edə bilər.
Qrup diskussiyaları üçün özünüqiymətləndirmə. Şagirdlər qruplar şəklində işləyərkən dərsin
sonunda müəllim tərəfindən onlara öz işlərini qiymətləndirmək üçün vaxt verilir.
Meyarlar Həmişə Adətən Bəzən Heç vaxt
1. Diskussiyaya başlamazdan əvvəl biz tapşırığı
dəqiqləşdiririk
2. Biz verilmiş tapşırıqdan yayınmırıq
3. Müzakirədə hamı iştirak edir
4. Cavab verməzdən əvvəl həmsöhbətimizi
dinləyirik
5. Hansısa nəticəyə gəlməzdən əvvəl müəyyən
mülahizələr söyləyirik
6. Diskussiyanın sonunda yekdil rəyə gəlirik
Qrup və cütlərin fəaliyyətinin qiymətləndirilməsi. Şagirdləri qiymətləndirmək üçün müəllim
meyarlar üzrə qrup qiymətləndirməsini həyata keçirə bilər. Qiymətləndirmə ballarını ulduzlardan,
müxtəlif işarələrdən, simvollardan (smayliklərdən) istifadə etməklə göstərmək olar.
Nəticədə isə hər qrupun topladığı ulduz, simvol (smayliklər) sayılır.
№ Şagirdin soyadı və adı
Meyarlar Nəticə Müəllimin
1 2 3 qeydi
1. Məmmədli Azər + + + Yaxşı
2. Ağazadə Orxan + + – Orta
3. Cəfərli Oqtay + – – Zəif
Şagirdin soyadı və adı
M. 1
M. 2
M. 3
Cəmi Nəticə Müəllimin
qeydi
1. Məmmədli Azər 2 3 3 8 Yaxşı
2. Ağazadə Orxan 2 2 2 6 Orta
17
Qrupun
№-si
Əməkdaşlıq Dinləmə Nizamintizam
Çıxış edən
qrupun təqdimatına
edilən
əlavə və
düzəlişlər
İşin düzgün yerinə
yetirilməsi və
tamamlanması
Ümumi
nəticə
I
II
III
IV
Şagirdləri cütlərə ayırdıqdan sonra onların işini qiymətləndirmək üçün cədvəl təqdim edilir
(vaxt məhdudiyyəti olduqda müəllim bir neçə cütlüyü dinləyir, qalanların isə iş vərəqlərini yığıb
sonra qiymətləndirir).
Cütlər üzrə işləyən
şagirdlərin adı
Meyarlar
Əməkdaşlıq Dinləmə Nizamintizam
Tapşırığın
düzgünlüyü
Tapşırığın
çətinliyi
İşin
tamlığı
Ümumi
nəticə
Anar və Lalə
Alpay və Nigar
3. Yekun (summativ) qiymətləndirmə. Summativ qiymətləndirmə kiçik və böyük summativ
qiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində
müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla yanaşı,
müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış
vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Summativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə olunur:
Üsullar Vasitələr
Yoxlama yazı işləri Yoxlama yazı işləri üzrə qeydiyyat vərəqi
Layihə Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş
meyar cədvəli
Şifahi sorğu Şifahi sorğu üzrə qeydiyyat vərəqi
Test Test tapşırıqları
Tapşırıqvermə Tapşırıq, çalışma və laboratoriya işləri
Yaradıcılıq və əl işləri Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar və digər əl
işləri
Metodik vəsaitdə orta məktəblərdə qiymətləndirmə qaydalarına əsasən hər tədris vahidinin
sonunda kiçik, hər yarımilin sonunda isə böyük summativ qiymətləndirmə vasitələrinin nümunələri
verilmişdir. Təqdim olunan nümunələr tədris vahidləri və yarımillər ərzində reallaşdırılması
nəzərdə tutulan bacarıqların qiymətləndirilməsi üçün nəzərdə tutulur. Müəllim bu nümunələr
əsasında öz variantlarını da hazırlaya bilər. Şagirdlərin summativ qiymətləndirməyə hazırlıq
məqsədi ilə dərslikdə hər tədris vahidinin sonunda “Özümüzü yoxlayaq” adı ilə tapşırıqlar
verilmişdir. Bu tapşırıqlar summativ qiymətləndirmədən əvvəlki dərsdə yerinə yetirilə bilər.
Toplum halında qiymətləndirmə (portfolio)
Toplum halında qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını ən obyektiv şəkildə
qiymətləndirməyə imkan verir. Lakin bu üsul digər qiymətləndirmə formalarına nisbətən
mürəkkəb olduğu üçün daha çox səy tələb edir. Bunun üçün hər şagirdə bir qovluq ayrılır.
Qiymətləndiriləcək işlər müəllim və ya şagirdin özü tərəfindən bu qovluğun içinə yığılır. Bu
materiallar dərsin mövzuları üzrə çalışma və tapşırıqlardan, müxtəlif testlərdən, layihələrdən,
tədqiqat işlərindən, ev tapşırıqlarından, özünüqiymətləndirmə formalarından, dərsdənkənar
praktik tapşırıqlardan və s.-dən ibarət ola bilər.
18
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR
Dərs 2 / Mövzu: Əşyanın hissələri və hərəkəti
MOTİVASİYA
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini dərslikdə verilmiş şəklə yönəldib
altındakı sualları verə bilər.
DT. Alternativ variant (təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün
istifadə edilə bilər).
Əyanilik üçün müəllim özü hər hansı bir əşyanı (qələm, oyuncaq və s.) göstərib sinfə müraciət
edə bilər:
– Əlimdəki qələm hansı hissələrdən ibarətdir?
Şagirdlərə hissələri nümayiş etdirmək məqsədi ilə qələmin sökülməsi daha məqsədəuyğun
olardı. Sonra müəllim sinfə sual verir:
– Eyni əşyaların müxtəlif hissələri və hərəkətləri ola bilərmi?
– Müxtəlif əşyaların eyni hissələri və hərəkətləri ola bilərmi?
Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən
səsləndirilərək izah olunur. Şagirdlərin fərziyyələri qeyd olunur.
Tədqiqat sualı: Hissələrinə və hərəkətlərinə görə əşyaları necə müəyyən etmək olar?
TƏDQİQATIN APARILMASI
Tədqiqat işində dərsliyin “Fəaliyyət” blokunda olan tapşırıq yerinə yetirilir.
Müəllim sinfi dörd qrupa ayırır.
Şagirdləri qruplara ayırmaq üçün müəllim əvvəlcədən 4 müxtəlif şəklin hər
birini 4-5 hissəyə (qrupda olacaq uşaqların sayı qədər) bölüb uşaqlara
paylayır. Eyni şəklin hissələri əlində olan şagirdləri bir qrupa birləşdirir.
Qruplar şəkildəki təsvirə görə adlandırıla bilər. Məsələn, “Tülkülər”,
“Dovşanlar” və s.
Hər qrupa 1 vərəq və tanqramın hissələri verilir. Müəllim şagirdlərə tapşırıq verir.
1-ci qrupa: Verilmiş hissələrdən pişik şəklini yığın və onun hərəkətlərini söyləyin.
2-ci qrupa: Verilmiş hissələrdən toyuq şəklini yığın və onun hərəkətlərini söyləyin.
3-cü qrupa: Verilmiş hissələrdən dovşan şəklini yığın və onun hərəkətlərini söyləyin.
4-cü qrupa: Verilmiş hissələrdən quş şəklini yığın və onun hərəkətlərini söyləyin.
DƏRSİN MƏQSƏDİ
 əşyanın hissələrini və hərəkətini şərh etmək;
 hissələrinə və hərəkətlərinə görə əşyaları fərqləndirmək;
 hissələrinə və hərəkətlərinə görə əşyanı müəyyən etmək.
Əsas ANLAYIŞLAR Əşyanın xassəsi, əşyanın hissələri, əşyanın hərəkəti, əşyanın əlaməti
DƏRSİN TİPİ İnduktiv
İstifadə olunan
İŞ FORMALARI Bütün siniflə iş, qrupla iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR Müsahibə, tanqram, auksion, oyun, beyin həmləsi, tapmacalar
Fənlərarası
İNTEQRASİYA
Riy. – 3.1.1, 3.1.3, 5.2.1, 5.2.2, H-b. – 1.1.1, 1.3.1, Tex. –1.3.1, 1.3.2, 4.1.1, 4.1.2,
Mus. – 2.1.3
TƏCHİZAT
Qruplara bölmək üçün kəsilmiş şəkillər (4 ədəd), tanqramın kəsilmiş hissələri (4
dəst), xanalı vərəqlər, yapışqan, proyektor, kompyuter, elektron tədris vəsaiti,
smayliklər
19
DT. Bu tapşırığı təlim nəticələri yüksək olan şagirdlər dərsliyə əlavə olunan elektron tədris
vəsaitindən istifadə etməklə də apara bilər.
Müəllim təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərə kəsilmiş rəngli
kvadratlar paylayır. Şagirdlər onlardan istədiyi fiquru düzəldirlər.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupun bir nümayəndəsi işini təqdim edir. Müəllim suallarla müraciət edə bilər:
– Heyvanın hissələri hansı fiqurlardan yığılıb? Romb dovşanın hansı hissəsidir? Kvadrat
heyvanların hansı hissələrini göstərir? Bu heyvanlar hansı hərəkətləri edirlər?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim şagirdlərin cavablarını ümumiləşdirir, dərslikdən və dərslik komplektinə əlavə olunan
təqdimatdan istifadə edərək onlarla birlikdə nəticə çıxarır:
– Adətən, əşyaların müxtəlif hissələri və onlara xas olan hərəkətləri (əməlləri) olur. Hissələrini
söyləməklə həmişə əşyanı tanımaq olmur. Ona görə ki, eyni hissəli əşyalar da var. Məsələn,
stol və kətil, velosiped və motosiklet və s. Amma əşyanın hissələri ilə yanaşı, onun hərəkət və
əməllərini söyləməklə də əşyanı tanımaq olur. Məsələn, xoruzun bütün quşlar kimi qanadı,
dimdiyi, quyruğu və tükü var. Amma xoruzun banlamağı onu digər quşlardan seçdirir. Dəvəquşunun
əməli ilə bağlı iki xassəsi onu bütün quşlardan fərqləndirir: Afrikada yaşayır və
quş olsa da, uça bilmir. Deməli, eyni hissəli əşyaların hərəkət və əməllərini söyləməklə onları
bir-birindən fərqləndirmək olur.
Müəllim şagirdlərə dərsin əvvəlində irəli sürülmüş fərziyyələri xatırladır və onları şagirdlərin
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Dərslik komplektinə əlavə olunan təqdimatdakı tapşırıqlar müəllimin şərhi ilə yerinə yetirilir.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud aşağıdakı
oyunları keçirmək olar.
Oyun 1. Müəllim lövhədə bir fiqur, məsələn, dairə çəkir və lövhəni dörd yerə bölür. Növbə
ilə hər qrupun bir üzvü çıxıb lövhənin özünə aid olan hissəsində bu fiqura əlavələr etməklə
yeni rəsm çəkir. Ən çox əşya çəkən qrup qalib hesab olunur. Məsələn, top, günəş, alma,
saat, gəminin pəncərələri.
Oyun 2. Auksion. Müəllim əşyanın adını çəkir. Hər qrup əşyanın bir hərəkətini deyir. Hər
hərəkətdən sonra müəllim sayır: 1, 2, 3, 4, 5.
Əgər növbəti hərəkətin adı çəkilmirsə, deməli, son hərəkəti deyən qrup qalib gəlir. Məsələn,
avtomobil – gedir, dayanır, sınır, insanları daşıyır, benzinlə doldurulur.
20
Dərslikdəki çalışmalar yerinə yetirilir. Vaxt qalsa, müəllim müxtəlif tapmacalar da verə bilər.
DT. TNYOŞ dərslikdə 3-cü tapşırıqları yerinə yetirir.
TNZOŞ dərslikdə 1 və 2-ci tapşırıqları yerinə yetirir.
SİMOŞ eksplisit təlim metodlarından istifadə edilərək 1-ci tapşırığı yerinə yetirir və tapmacaları
tapır.
QİYMƏTLƏNDİRMƏ
Refleksiya
Müəllim sual verə bilər:
– Dərs xoşunuza gəldimi?
Şagirdlər dərsə öz münasibətini bildirmək üçün onlara verilmiş kartoçkaların birini qaldırmalıdırlar:
Müəllim dərsdə reallaşdıracağı standartlar əsasında kurikulum sənədindəki qiymətləndirmə
standartlarına uyğun olaraq meyarlar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu
meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
Meyarlar:
1. Əşyanın hissələrini və hərəkətlərini şərh edir.
2. Hissələrinə və hərəkətlərinə görə əşyaları fərqləndirir.
3. Hissələrinə və hərəkətlərinə görə oxşar əşyalara nümunələr göstərir.
4. Hissələrinə və hərəkətlərinə görə əşyanı müəyyən edir.
№ Şagirdin soyadı və adı
Meyarlar
1 2 3 4
1.
2.
3.
.
Kimdən qorxub siçanlar
Axtarırlar deşiyi?
Bunu bilməyə nə var!
Onlar görüb . (pişiyi)
Altı haça, üstü haça,
İki üzük, iki qılça. (qayçı)
Kəsdim yumru .
Çıxdı şirin, qırmızı.
Çırpdım, töküldü tumu.
Qonaq edirəm indi,
Yoldaşımı, dostumu. (qarpızı)
21
Dərs 9 / Mövzu: Əks əlamətlər
MOTİVASİYA
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini dərslikdə verilmiş şəklə yönəldib
altındakı sualları verə bilər.
DT. Alternativ variant (təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün
istifadə edilə bilər). Müəllim hər hansı bir əşyanın adını və onun əlamətini söyləyir. Şagirdlər
isə onun əks əlaməti olan əşyanı söyləyirlər. Məsələn:
– Təyyarə böyükdür – pozan kiçikdir; lampa yuxarıdadır – xalça aşağıdadır; çay istidir –
dondurma soyuqdur.
Sonra isə müəllim əlamətləri və onların əksini sadalayır: “düz – əyri, yaxşı – pis, yavaş – tez,
çox – az, qaranlıq – işıqlıq”.
Müəllim şagirdlərə sual verir:
– Hər sözün əksmənalı sözü varmı?
Şagirdlərin cavabları səsləndirilir. Müəllim bir neçə söz deyir və şagirdlər onların əksini
deməlidir. Elə sözlər seçmək lazımdır ki, əksi olmasın. Məsələn,
– Qırmızı – . yumru – . Bəs bu sözlərin əksini necə söyləmək olar?
Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən
səsləndirilərək izah olunur. Şagirdlərin fərziyyələri qeyd olunur.
Tədqiqat sualı: Əşyanın əks əlamətlərini “deyil” sözü ilə necə söyləmək olar?
TƏDQİQATIN APARILMASI
Sinif kiçik qruplara bölünür. Hər qrupa iki tapşırıq verilir:
a) Verilmiş əşyaların əlamətlərini müqayisə edin. Nümunəyə əsasən, “deyil” sözündən
istifadə edib əlamətləri söyləyin.
b) İş vərəqlərində şərtlərə uyğun şəkil çəkin (əlamətlər sözlər, yaxud işarələrlə verilə
bilər).
I qrup a) b)
Nümunə: Portağal qırmızı deyil.
Papaq yumru deyil.
DƏRSİN MƏQSƏDİ
 verilmiş əlamətin əksini söyləmək;
 əşyanın əlamətlərini “deyil” sözündən istifadə edərək söyləmək;
 sadə fikirlərin inkarını qurmaq.
Əsas ANLAYIŞLAR Əlamət, əks əlamət, “deyil” sözü
DƏRSİN TİPİ İnduktiv
İstifadə olunan
İŞ FORMALARI Bütün siniflə iş, qrupla iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR Müsahibə, ziqzaq, didaktik oyun, beyin həmləsi, zəncirlər
Fənlərarası
İNTEQRASİYA A-d. – 2.1.3, Riy. –5.1.2, X-d. – 1.1.3, 2.2.1, 2.2.2, Mus. – 3.3.1
TƏCHİZAT Əvvəlcədən hazırlanmış rəngli şəkillər, iş vərəqləri
Yumru deyil, qırmızı deyil
22
II qrup a) b)
Nümunə: Yarpaq düzbucaqlı deyil.
Televizor yaşıl deyil.
III qrup a) b)
Nümunə: Stul qaçan deyil.
At mebel deyil.
IV qrup a) b)
Nümunə: Ağac qaçan deyil.
Dovşan yaşıl deyil.
DT. Alternativ variant (təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün
istifadə edilə bilər). Dərslikdə “Fəaliyyət” blokunda verilmiş tapşırıq yerinə yetirilir.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Şagirdlər işlərini təqdim edirlər. Müəllim hər qrupa müxtəlif suallar verir:
I qrupa:
– Əşyaları necə müqayisə etdiniz? Bu əşyaların hansı əlamətləri var? (məsələn, portağal
geyim deyil, papaq yeməli deyil, . ) Əlamətlərə uyğun hansı şəkli çəkdiniz? Burada limon
çəkmək olardımı? Bəs pomidor?
II qrupa:
– Əşyaları necə müqayisə etdiniz? (məsələn, yarpaq texnika deyil, televizor bitki deyil, . )
Burada qartal çəkmək olardımı? Bəs dovşan?
III qrupa:
– Əşyaları necə müqayisə etdiniz? (məsələn, stul heyvan deyil, at taxtadan deyil, . ) Burada
qırmızı alma çəkmək olardımı? Bəs günəş?
IV qrupa:
– Əşyaları necə müqayisə etdiniz? (məsələn, ağac heyvan deyil, dovşan bitki deyil, . )
Burada günəş çəkmək olardımı? Bəs yumurta?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə müraciət edir:
– Biz həmişə əşyanın əks əlamətlərini söyləyə bilirikmi? “Deyil” sözündən istifadə etməklə
əşyanın əlamətlərini necə göstərmək olar?
Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və dərslik komplektinə əlavə olunan
təqdimatdan istifadə edərək onlarla birlikdə nəticə çıxarır:
– Bildiyiniz kimi, hər əşyanı təsvir etmək üçün onun əlamətlərini söyləmək lazımdır. Bəzi
hallarda əşyanın əlamətlərini söyləmək üçün “deyil” sözündən istifadə etmək olar. “Deyil”
sözünü deyərkən, biz əşyada olmayan əlamətləri söyləyirik. Fikrin inkarını qurmaq üçün
“deyil” sözündən istifadə etmək olar. Məsələn, Günəş sarıdır – Günəş sarı deyil.
Müəllim şagirdlərə dərsin əvvəlində irəli sürülmüş fərziyyələri xatırladır və onları şagirdlərin
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
Qaçan deyil, yaşıl deyil
Üçbucaq deyil, sarı deyil
Oval deyil, qırmızı deyil
23
YARADICI TƏTBİQETMƏ
Dərslik komplektinə əlavə olunan təqdimatdakı tapşırıqlar müəllimin şərhi ilə yerinə yetirilir.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud aşağıdakı
oyunlar oynanıla bilər.
Oyun 1. Müəllim hər hansı bir əşyanın adını və onun əlamətini söyləyib topu bir şagirdə
atır. Şagird əks əlaməti olan əşyanı və onun əlamətini söyləyib topu müəllimə qaytarır. Bu
zaman “deyil” sözündən istifadə etmək olar. Çalışmaq lazımdır ki, bu oyunda kifayət qədər
çox şagird iştirak etsin.
Məsələn: Fil böyükdür – qarışqa kiçikdir. Günəş sarıdır – pomidor sarı deyil. Armud
meyvədir – kələm meyvə deyil.
Bu oyunda şagirdlər “deyil” sözündən istifadə etməklə yalnız doğru fikirlər söyləyirlər.
Oyun 2. Müəllim bir fikir söyləyir və topu şagirdlərdən birinə atır. Şagird “deyil”
sözündən istifadə edib bu fikrin inkarını qurur. Fikir yalan da ola bilər.
Məsələn: Yemək dadlıdır – yemək dadlı deyil. Alma şirindir – alma şirin deyil. Divar
göydür – divar göy deyil. Günəş yumrudur – Günəş yumru deyil.
DT. TNZOŞ və SİMOŞ üçün müəllim müxtəlif şəkillər göstərir. Onların içindən şagirdlər
artıq olanı tapmalı və səbəbini deməlidirlər.
Burada artıq olan ikinci fiqurdur, çünki qırmızı deyil;
Burada artıq olan birinci fiqurdur, çünki uçan deyil;
Burada artıq olan üçüncü fiqurdur, çünki sarı və göydə deyil.
DT. TNYOŞ dərslikdə 3 və 4-cü tapşırıqları yerinə yetirə bilər.
TNZOŞ dərslikdə 1 və 2-ci tapşırıqları yerinə yetirə bilər.
SİMOŞ eksplisit təlim metodlarından istifadə etməklə 1-ci tapşırıqları yerinə yetirə bilər.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsdə reallaşdıracağı standartlar əsasında kurikulum sənədindəki qiymətləndirmə
standartlarına uyğun olaraq meyarlar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu
meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
Meyarlar:
1. Verilmiş əlamətin əksini söyləyir.
2. Əşyanın əlamətlərini “deyil” sözündən istifadə edərək söyləyir.
3. Sadə fikirlərin inkarını qurur.
№ Şagirdin soyadı və adı Meyarlar
1 2 3
1.
2.
3.
.
24
Dərs 12 / Mövzu: İnformasiyanı necə təqdim etmək olar
MOTİVASİYA
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini dərslikdə verilmiş şəklə yönəldib
altındakı sualları verə bilər.
DT. Alternativ variant (təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün
istifadə edilə bilər).
Müəllim lövhədə “5” ədədini yazır. O, şagirdlərə müraciət edir:
– Yoldaşına dərsdə 5 aldığını necə bildirmək olar? Konfet qabında konfetlərin sayının beş
olduğunu necə yoxlamaq olar? Beş ədədini müxtəlif üsullarla necə təqdim etmək olar?
(sözlə, əl barmaqları ilə, karandaşların köməyi ilə, yazmaqla).
Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən
səsləndirilərək izah olunur. Şagirdlərin fərziyyələri qeyd olunur.
Tədqiqat sualı: Eyni bir informasiyanı müxtəlif üsullarla necə göstərmək olar?
TƏDQİQATIN APARILMASI
Sinif müəyyən üsulla kiçik qruplara bölünür. Hər qrupa iş vərəqləri paylanır və eyni şərtləri
olan iki tapşırıq verilir.
1. Şəkildə olan əşyanın adını söyləmədən sözlərlə təsvir edin.
I qrup: II qrup:
III qrup: IV qrup:
DƏRSİN MƏQSƏDİ
 sadə informasiyaları təqdimetmə formalarına görə fərqləndirmək;
 informasiyanı müxtəlif formalarda təqdim etmək;
 informasiyanın təqdimetmə formaları arasında ən münasibini müəyyən
etmək.
Əsas ANLAYIŞLAR Təsvir formaları, yazı, şəkil, danışıq, ədəd
DƏRSİN TİPİ İnduktiv
İstifadə olunan
İŞ FORMALARI Bütün siniflə iş, qrupla iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR Müsahibə, didaktik oyun, beyin həmləsi, modelləşdirmə
Fənlərarası
İNTEQRASİYA
A-d. – 1.1.1, 1.2.1, 1.2.4, Riy. – 1.1.8, 2.1.4, 2.3.3, 5.1.2, H-b. – 1.1.2, 2.3.2,
4.2.2, 4.3.1, T-i. – 1.1.2, 1.1.3, 4.1.1, X-d. – 1.1.3, 2.2.1, 2.2.2, Mus. – 3.1.2
TƏCHİZAT Qrup işi üçün şəkillər, iş vərəqləri, təqdimat
25
2. Şəkil əsasında məsələ qurub söyləyin.
I qrup: II qrup:
III qrup: IV qrup:
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər 2-ci tapşırığı yerinə
yetirməyə bilərlər.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Qrup nümayəndələri 1-ci tapşırığı təqdim edərkən müəllim onlardan şəkildə təsvir olunan
əşyanın adını söyləməməyi xahiş edir. Təsvirə əsaslanaraq digər şagirdlər bu əşyanın adını
söyləməlidirlər. Bununla da digər şagirdlər bu qrupun işini qiymətləndirmiş olurlar. Tapşırıqlarla
bağlı müəllim suallar verə bilər:
– Uşaqlar, yoldaşlarınız birinci tapşırıqda hansı əşyanı təsvir etdi? Bunu necə müəyyən
etdiniz? Bu əşya haqqında informasiya hansı formada verilmişdir? (şəkil formasında) Siz bu
informasiyanı uşaqlara hansı formada çatdırdınız? (sözlə) Uşaqlar, bu informasiyanı sizə
çatdırmaq üçün hansı forma daha rahatdır?
– İkinci tapşırıqda informasiya necə verilib? (şəkillə) Siz hansı məsələni fikirləşdiniz? Bu
məsələni riyaziyyat dərslərində necə yazmaq olar? Onun cavabı nə olacaq? Şəkillə verilmiş
bu informasiyanı hansı formada göstərdiniz? (ədədlə, sözlə) Uşaqlar, bu informasiyanı sizə
çatdırmaq üçün hansı forma daha rahatdır?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə müraciət edə bilər:
– Elə olurmu ki, eyni bir informasiyanı fərqli formalarda alasınız? Eyni bir informasiyanı
hansı formalarda göstərmək olar?
Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və dərslik komplektinə əlavə olunan
təqdimatdan istifadə edərək onlarla birlikdə nəticə çıxarır:
– Eyni informasiyanı müxtəlif yollarla təsvir etmək olar. İnsanlar informasiyanı daha çox
danışıqla (sözlərlə) ötürürlər. Danışıqdan başqa, məlumatı şəkillərlə, ədədlərlə, yazı ilə,
hətta musiqi ilə də ötürmək mümkündür. Məsələn, pişiyi sözlə, şəklini çəkməklə, onun
çıxardığı səsi çıxarmaqla da təsvir etmək olar.
Müəllim şagirdlərə dərsin əvvəlində irəli sürülmüş fərziyyələri xatırladır və onları şagirdlərin
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
26
YARADICI TƏTBİQETMƏ
Dərslik komplektinə əlavə olunan təqdimatdakı tapşırıqlar müəllimin şərhi ilə yerinə yetirilir.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə oyun oynanıla bilər.
Oyun. Pəncərə. Cütlüklərlə aparılır. Müəllim oyunun qaydasını izah edir:
– Təsəvvür edək ki, parta yoldaşınızla sizin aranızda heç bir səs keçirməyən çox qalın şüşəli
pəncərə vardır. Siz hər hansı əşyanın adını çəkmədən onu yoldaşınıza təsvir etməlisiniz.
Yoldaşınız sizin fikrinizdə tutduğunuz əşyanın adını söyləməlidir. Əşyanı təsvir etmək üçün
müxtəlif hərəkətlərdən, jestlərdən istifadə etmək olar. İzah etməkdə çətinlik olarsa, onun
şəklini də çəkə bilərsiniz.
Müəllim şagirdləri bir daha xəbərdar edir ki, əşyanın adını söyləmək olmaz. Oyuna
başlamazdan qabaq hər kəs fikrində tutduğu əşyanı müəyyən etməlidir.
DT. TNYOŞ “Fəaliyyət” blokunda verilmiş tapşırığı yerinə yetirə bilər.
TNZOŞ dərslikdə 2 və 3-cü tapşırıqları yerinə yetirə bilər.
SİMOŞ eksplisit təlim metodlarından istifadə etməklə 1-ci tapşırığı yerinə yetirə bilər.
QİYMƏTLƏNDİRMƏ
Qrup işin nəticələri müəllim və şagirdlər tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir.
Müəllim dərsdə reallaşdıracağı standartlar əsasında kurikulum sənədindəki qiymətləndirmə
standartlarına uyğun olaraq meyarlar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu
meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
Meyarlar:
1. Sadə informasiyaları təqdimetmə formalarına görə fərqləndirir.
2. İnformasiyanı müxtəlif formalarda təqdim edir.
3. İnformasiyanın təqdimetmə formaları arasında ən münasibini müəyyən edir.
№ Əməkdaşlıq Dinləmə Nizamintizam
İşin düzgün
yerinə yetirilməsi
və tamamlanması
Ümumi
nəticə
I
II
III
IV
№ Şagirdin soyadı və adı
Meyarlar
1 2 3
1.
2.
3.
.
27
Dərs 16 / Mövzu: Kompyuter nədir
MOTİVASİYA
Müəllim dərslikdəki şəkillərdən istifadə edib uşaqlara suallar verir:
– Bu əşyaların adı nədir? Onları insan nə üçün istifadə edir? İnsan tərəfindən hazırlanmış daha
hansı maşın və qurğuları tanıyırsınız?
Şagirdlərin cavabları dinlənilir. Müəllim kompyuterin şəklini göstərir:
– Bu qurğunu kim tanıyır? Kimin evində bu qurğu var? Onun adı nədir? Ondan siz necə
istifadə edirsiniz?
Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən
səsləndirilərək izah olunur. Şagirdlərin fərziyyələri qeyd olunur.
Tədqiqat sualı: Kompyuterin hissələri hansı əşyalara oxşayır?
TƏDQİQATIN APARILMASI
Hər şagird dərsliyin “Fəaliyyət” blokundakı tapşırığı yerinə yetirir. Bu əşyalar kompyuterin
hansı hissələrinə oxşayır? Oxlarla birləşdirin.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Müəllim bir neçə işlə tanış olur. Suallar verir:
– Klavişlər və düymələr nə üçündür? Siz rəqəmlər görünən ekranları daha harada görmüsünüz?
(avtomobillərdə, kalkulyatorda, paltaryuyan maşında, mikrodalğalı sobada, videomaqnitofonda
və s.) Kompyuterlər haralarda istifadə olunur?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sualı təkrarlayır:
– Kompyuterin hissələri hansı əşyalara oxşayır?
DƏRSİN MƏQSƏDİ
 kompyuter qurğusunu digər qurğulardan fərqləndirmək;
 kompyuterin hissələrini oxşar əşyalarla müqayisə etmək;
 kompyuterdən istifadə məqsədlərini nümunələrlə şərh etmək.
Əsas ANLAYIŞLAR Maşın, texniki qurğu, kompyuter
DƏRSİN TİPİ Deduktiv
İstifadə olunan
İŞ FORMALARI Bütün siniflə iş, qrupla iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR Müsahibə, didaktik oyun, beyin həmləsi
Fənlərarası
İNTEQRASİYA Tex. – 4.1.1
TƏCHİZAT Şəkillər, iş vərəqləri
28
Müəllim şagirdlərin cavablarını ümumiləşdirir, onlarla birlikdə nəticə çıxarır. Müəllim
şagirdlərə dərsin əvvəlində irəli sürülmüş fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı
ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
DT. TNYOŞ dərslikdə 2 və 3-cü tapşırıqları yerinə yetirə bilər.
TNZOŞ dərslikdə 1 və 2-ci tapşırıqları yerinə yetirə bilər.
SİMOŞ eksplisit təlim metodlarından istifadə etməklə 1 və 2-ci tapşırığı yerinə yetirə bilər.
Vaxt qalarsa, müəllim kompyuterin tətbiq sahələrinə aid hazırladığı təqdimatı uşaqlara göstərə
bilər. Təqdimatın əvəzinə plakatda olan şəkilləri də nümayiş etdirmək olar.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsdə reallaşdıracağı standartlar əsasında kurikulum sənədindəki qiymətləndirmə
standartlarına uyğun olaraq meyarlar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu
meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
Meyarlar:
1. Kompyuter qurğusunu digər qurğulardan fərqləndirir.
2. Kompyuterin hissələrini oxşar əşyalarla müqayisə edir.
3. Kompyuterin istifadə sahələrini nümunələrlə sadalayır.
№ Şagirdin soyadı və adı
Meyarlar
1 2 3
1.
2.
3.
.
29
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ
TEXNOLOGİYASININ ŞƏRHİ
ALT STANDARTLAR ÜZRƏ
REALLAŞDIRILACAQ BACARIQLAR
3.2.5. Kompyuterdə oyun tipli sadə proqramlarla işləyir.
1.2.1. Verilmiş informasiya əlamətlərinə görə əşyaları
fərqləndirir.
1.2.2. Verilmiş əşyanın əlamətlərini şərh edir.
1.2.3. İki və daha çox əşya arasında münasibətləri (oxşar, fərqli,
az, çox, ağır, yüngül, böyük, kiçik, uzun, qısa, qarşıda,
arxada, yuxarıda, aşağıda, sağda, solda, ortada və s.)
müəyyən edir.
TƏDRİS VAHİDİ – 1
ƏŞYALARIN TƏSVİRİ VƏ MÜQAYİSƏSİ
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ
SAATLARIN MİQDARI: 5 saat
KİÇİK SUMMATİV
QİYMƏTLƏNDİRMƏ: 1 saat
30
Dərs 1 / Mövzu: Əşyanın rəngi və forması
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. İnformatikadan
ilk dərs olduğuna görə müəllim əvvəlcə şagirdlərə fənn haqqında ümumi məlumatlar verə bilər.
Əşyanın forması, rəngi, hissələri, hərəkəti və digər xassələrinə informatika fənnində onun əlamətləri
kontekstində baxılır. Yəni təsviri incəsənət dərslərində əşyanın rənginə onun müəyyən xüsusiyyətlərinin
ifadə vasitəsi kimi baxılırsa, informatika dərsində əşyaların fərqləndirici əlaməti kimi baxılır. Riyaziyyatda
əşyaların forması özü öyrənmə obyektidirsə (sahəsi, perimetri, daxili bucaqlarının sayı və s.), informatika
dərslərində formaya əşyaya məxsus olan əlamət kimi baxılır. Ona görə də yuxarı sinif
informatika dərslərində obyektin informasiya modelini qurarkən onu xarakterizə edən əlamətlərdən
istifadə olunur. Təlim məqsədlərini reallaşdırarkən anlayışların izahının digər fənlərdə olduğu kimi
deyil, informatika fənninin xüsusiyyətləri baxımından verilməsinin mühüm əhəmiyyəti vardır. Birinci
sinifdə varlıq, obyekt, cansızlar sadəlik naminə, şərti olaraq əşya adlandırılacaqdır. Şagirdlərin yaş
səviyyələrinə görə 1-ci sinif informatika dərslərində mövzuların daha maraqlı tədrisini təmin etmək
üçün didaktik oyunlardan geniş istifadə olunması faydalıdır.
Noutbuk və proyektorla işləmək imkanı olan müəllimlər dərslik komplektinə əlavə edilən təqdimatlardan
həm mövzunun izahı, həm də tapşırıqların həlli zamanı istifadə edə bilərlər.
Şagirdlərin rənglər haqqında biliklərini və sadə əşyaları necə tanıdıqlarını yoxlamaq üçün
müəllim şəkil üzrə iş təşkil edə bilər. Şagirdləri aktivləşdirmək üçün şəkildəki əşyalar haqqında
müxtəlif suallar verilə bilər. Müsahibə zamanı müəllim yeni sinfin səviyyəsi barədə ilkin
təsəvvürlər yaratmaqla öz fəaliyyətində müəyyən dəyişikliklər edə bilər. “Daha hansı . ?”,
“Nəyə görə . ?” tipli suallarla müəllim şagirdləri yoxlaya bilər. Adətən, bu cür suallar
dialoqun davamına kömək edir.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün alternativ variantlardan
istifadə oluna bilər: məsələn, metodik vəsaitə əlavə olunmuş təqdimatdan istifadə etmək
olar. Əyanilik üçün müəllim öz stolunun da üzərinə müxtəlif əşyalar düzüb şagirdlərdən
onların fərqli cəhətləri barədə fikirlərini öyrənə bilər. Burada məqsəd şagirdlərin ilkin
biliklərini müəyyən etməkdir. Rəngləri seçmə qabiliyyətləri məhdud olan (daltonizm)
şagirdlərə rənglərlə bağlı sual və tapşırıqların verilməsi məqsədəuyğun deyil. Bu cür şagirdlərə
əşyaların rəng əlamətlərinə görə deyil, digər əlamətlərinə görə fərqləndirilməsi ilə bağlı
tapşırıqlar verilə bilər.
“Fəaliyyət” blokunda verilən tapşırıq şagirdin əvvəlki bilikləri əsasında yerinə yetirməsi
üçün nəzərdə tutulub. Bu tapşırıqda rənglərin adlarını bilmək tələb olunmur. Əsas məqsəd
müqayisəetmə və əlaqələndirmə kimi idraki bacarıqların inkişafına yönələn fəaliyyət vasitəsilə
şagirdlərin rəng yaddaşlarını inkişaf etdirməkdir.
Çərçivədə verilmiş rəngli fiqurlar əsasında şagirdlərə əsas rənglərin və formaların adları
söylənilə bilər. Adətən, 1-ci sinfə gələn şagirdlər artıq əsas rəng və fiqurları tanıyır.
31
Əşyaların rənginin və formasının tanınması, onların fərqləndirilməsi üçün çoxlu didaktik
oyunlar mövcuddur. Müəllim dərs zamanı həm bu oyunlardan, həm də İnternetdə bu mövzuda
olan eyniadlı kompyuter oyunlarından istifadə edə bilər.
Şagirdlərin biliklərini dərinləşdirmək üçün belə bir didaktik oyun keçirmək olar.
Müxtəlif rəngli kağızlardan dairə, düzbucaqlı, oval və başqa fiqurlar kəsilir. Uşaqlar saylarına
görə qruplaşdırılır. Bütün rəngli fiqurlar bir zərfin içinə qoyulur. Şagirdlər bir-bir rəngli
fiqurları götürürlər. Oyunu iki mərhələdə aparmaq olar:
1. Əvvəlcə eyni rəngli fiqurlar götürmüş uşaqlar bir komandaya yığılır. Rəmzi olaraq
komandaları “Qırmızılar”, “Göylər” və s. adlandırmaq olar. Hər bir komandaya öz rənglərinə
uyğun bir neçə əşyanın adını söyləmək tapşırılır.
2. Sonra isə eyni formalı fiqurlar götürmüş uşaqlar bir komandaya yığılır. Rəmzi olaraq
komandaları “Kvadratlar”, “Dairələr” və s. adlandırmaq olar. Hər bir komandaya öz formalarına
uyğun bir neçə əşyanın adını söyləmək tapşırılır.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərə hər hansı sadə
əşyanın rəngini və formasını müəyyən etmək tapşırıla bilər.
1-ci tapşırıq şagirdlərdə fərqləndirmə bacarıqlarını formalaşdırmağa xidmət edir. 2-ci
tapşırıq isə formalarına görə əşyaları fərqləndirmək bacarığına əsaslanır. Formanı soruşmaqla
müəllim təlim nəticələri yüksək olan şagirdlərə seçilmək imkanı yarada bilər.
DT. 1-ci tapşırığın şərtində əşyaların rəngini müəyyən etmək bacarığı tələb olunmasa da, müəllim
şəkildəki əşyaların rəngini soruşmaqla rəngləri tanıyan şagirdləri müəyyən edə bilər.
Nəticələri zəif olan şagirdlər dərslikdə 1 və 2-ci tapşırıqları, sağlamlıq imkanları məhdud olan
şagirdlər isə eksplisit təlim metodlarından istifadə etməklə 1-ci tapşırığı yerinə yetirə bilər.
Müəllim sadə tapmacalardan da istifadə edə bilər. Dərslik komplektinə əlavə olunan
təqdimatdakı tapşırıqlar müəllimin şərhi ilə yerinə yetirilə bilər.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud
aşağıdakı oyunlar oynanıla bilər.
Oyun 1. Müəllim əşyanın adını deyir və onun rəngini səsləndirir. Əgər düzgündürsə, onda
şagirdlər əl çalır, səhvdirsə – əl çalmırlar. Məsələn:
– Timsah yaşıldır (əl çalırlar).
– Günəş qırmızıdır (əl çalmırlar).
– Limon sarıdır (əl çalırlar).
Oyun 2. Auksion. Müəllim rəngin, yaxud formanın adını çəkir. Uşaqlar isə bu rəngə uyğun
əşyaların adlarını deyirlər. Cavablar azaldıqca müəllim son əşyanın adını çəkib 3-ə qədər
sayır. Növbəti əşyanın adı deyilmirsə, sonuncu əşyanın adını deyən uşaq qalib gəlir.
Müəllim dərslikdə verilmiş oyunu komandalarla belə keçirə bilər. O, hər komandaya bir forma
adını söyləyir. Həmin komanda sinifdə bu formada olan əşyaların adını deməlidir.
Təlim nəticələri yüksək olan şagirdlər dərslik komplektinə əlavə olunan İNFO-KO elektron
vəsaitində “Rənglə” bölməsi üzrə tapşırıqları yerinə yetirə bilər. Bu tapşırıqlar interaktiv
olduğundan şagirdlərə müxtəlif rəng seçimi üçün geniş yaradıcılıq imkanları yaradır. Bu
tapşırıqları kompyuteri olan şagirdlər evdə də yerinə yetirə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Əşyaları rənginə görə fərqləndirmə.
2. Əşyaları formasına görə fərqləndirmə.
3. Əşyaların rəngini və formasını söyləmə.
32
Dərs 2 / Mövzu: Əşyanın hissələri və hərəkəti
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Bu mövzu
şagirdlərdə analiz və sintez etmək bacarıqlarının inkişafı üçün çox əhəmiyyətlidir.
Dərsin əsas məqsədi əşyaları hissələrinə, hərəkətlərinə görə müqayisə etmək və onları
bu əlamətlərinə görə fərqləndirmək bacarıqlarının formalaşdırılmasıdır.
Təlim məqsədlərinin reallaşdırılması zamanı qədim tarixə malik “Tanqram” intellektual
oyunundan istifadə edilməsi şagirdlərdə koqnitiv və psixomotor bacarıqların
formalaşdırılması və onlar arasındakı balansı təmin etmək baxımından çox əhəmiyyətlidir.
Şagirdlər bu oyunu oynayarkən eyni fiqurlardan fərqli obyektlər qurmaqla modelləşdirmə və mühakiməyürütmə
kimi idraki bacarıqlarını inkişaf etdirirlər. Dərsdə müəllimə tanqramın kəsilmiş hissələri
lazım olacaq. Tanqram düzəltmək üçün kvadratı göstərilmiş qaydada hissələrə bölmək lazımdır.
Şagirdlər həmin hissələri elə yapışdırmalıdırlar ki, müxtəlif fiqurlar alınsın. Müəllim dərsi tanqramla
deyil, müxtəlif konstruktorlarla da təşkil edə bilər. Noutbuk və proyektorla işləmək imkanı olan müəllimlər
dərslik komplektinə əlavə olunan təqdimatlardan həm mövzunun izahı, həm də tapşırıqların həlli
zamanı istifadə edə bilərlər.
Şagirdlərin diqqətini mövzuya yönəltmək və mövzuya maraq oyatmaq üçün şəkil üzrə iş
təşkil etmək olar.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim alternativ
üsuldan istifadə edə bilər. Əyanilik üçün müəllim özü hər hansı bir əşyanı (məsələn, qələm,
oyuncaq) göstərməklə hissələrini sökə bilər.
“Fəaliyyət” blokunda verilən tapşırıq şagirdlərdə əşyanın hissələri haqqında təsəvvürləri formalaşdırmaq
üçün əlverişlidir. Tanqram oyunu uşaqlarda konstruktiv təfəkkürün inkişaf etdirilməsi
üçün çox əhəmiyyətlidir. Kommunikativ bacarıqları formalaşdırmaq üçün bu tapşırıq
qruplarla yerinə yetirilə bilər. Bunun üçün hər qrupa bir tapşırıq təklif edilə bilər.
DT. Təlim nəticələri yüksək olan şagirdlər tapşırıqda verilmiş nümunələr üzrə deyil, öz təsəvvürlərinə
uyğun olaraq fiqurlar yığa bilər. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud
olan şagirdlərə bir oyuncağı söküb-yığmaq kimi sadə tapşırıqlar təklif oluna bilər.
Verilmiş nümunə sonrakı tapşırıqları həll etmək üçün faydalıdır.
Bilik qutusundakı nümunə hərəkət haqqında biliklərin formalaşdırılmasına xidmət edir. Əşyaların
hərəkətləri haqqında dərslikdəki məlumatı şərh edərkən ətrafdakı əşyalardan misallar göstərmək
məqsədəuyğun olardı. Tapmaca xarakterli elə suallar vermək olar ki, şagirdlər hissə və hərəkətlərinə
görə obyekti müəyyən edə bilsinlər. Məsələn, 4 təkəri, sükanı, mühərriki var, onu sürürlər,
insanları daşıyır (avtomobil). Eyni hissəli və eyni hərəkətli obyektlərə də nümunələr
göstərilə bilər. Müəllimin dərsliyə əlavə olunmuş təqdimatdan istifadə etməsi yeni biliklərin
əyaniliyini təmin etmək üçün faydalı ola bilər.
2-ci tapşırıq şagirdlərdə analiz və sintez etmək bacarıqlarını inkişaf etdirməyə imkan verir.
Müəllim yaradıcı təfəkkürü yoxlamaq üçün ev şəklinə daha hansı elementləri artırmağın mümkün
olduğunu soruşa bilər. 1 və 3-cü tapşırıqlar hərəkət, rəng və forma əlamətlərinə görə şəkilləri fərqləndirməyi
tələb edir. Bu tapşırıqlar şagirdlərdə müqayisəetmə və tanıma kimi idraki bacarıqların
33
inkişafı üçün nəzərdə tutulmuşdur. Müəllim dərslik komplektinə əlavə olunmuş təqdimatdakı
tapşırıqlardan məqsədəuyğun şəkildə istifadə edə bilər.
DT. Yüksək nəticəli şagirdlər dərslikdə hər üç tapşırığı yerinə yetirə bilər. Zəif nəticəli şagirdlər
isə dərslikdə 1 və 2-ci tapşırıqları yerinə yetirir. Sağlamlıq imkanları məhdud olan şagirdlər
1-ci tapşırığı yerinə yetirə bilər. Bu cür şagirdlərə müəllim sadə tapmacalar da verə bilər.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud başqa
oyunlar oynanıla bilər.
Müəllim dərslikdə verilmiş oyunu komandalarla belə keçirə bilər. O, sinfə müraciətlə bir
əşyanın adını söyləyir. Sonra isə bu əşyaya aid olan və ya olmayan müxtəlif əşyaların adlarını
çəkir. Əgər söylənilən hissə əşyaya aiddirsə, uşaqlar əl çalırlar, aid deyilsə, sakit otururlar.
Təlim nəticələri yüksək olan şagirdlər dərslik komplektinə əlavə olunan elektron tədris vəsaitində
“Tanqram”, “Pazl”, “Konstruktor” bölmələri üzrə tapşırıqları yerinə yetirə bilər. Bu
tapşırıqlar interaktiv olaraq konstruktiv və modelləşdirici kimi idraki bacarıqların inkişaf etdirilməsinə
xidmət göstərir. Bu tapşırıqları kompyuteri olan şagirdlər evdə də yerinə yetirə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Əşyanın hissələrini və hərəkətini söyləmə.
2. Hissələrinə və hərəkətlərinə görə əşyaları fərqləndirmə.
3. Hissələrinə və hərəkətlərinə görə əşyanı müəyyən etmə.
Dərs 3 / Mövzu: Əşyanın təsviri
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Əşyaların
əlamətlərinin müəyyən edilməsi və əlamətlərinə görə əşyaların tanınması bacarıqları hər bir insan
üçün mühüm həyati kompetensiyalardan hesab olunur. Gündəlik həyatımızda mağazadan aldığımız
məhsulun keyfiyyətini qiymətləndirərkən, gördüyümüz bir işin yerinə yetirilməsinin düzgünlüyünü
izləyərkən, xəstəlik diaqnozunu qoyarkən və, bir sözlə, obyektin tanınması üçün onun əlamətlərinin
müəyyən edilməsi əsas şərtdir. Yaradılmış ən müasir texnologiyalar – mürəkkəb ekspert sistemləri,
obrazların tanınması və süni intellekt sistemləri məhz obyektin əlamətlərinin tanınmasına əsaslanır.
Obyekti tanıma bacarığı əsas idraki bacarıqlardan sayılır. Bu dərsdə rəng, forma, hərəkət və hissələri
ilə yanaşı, əşyaların digər əlamətlərinə görə də təsvir edilməsi öyrədilir. Dərsin təlim məqsədlərində
obyektin əsas əlamətlərini müəyyən etmək bacarığının formalaşdırılması nəzərdə tutulub. Bu da, öz
növbəsində, şagirdlərin təhliletmə və seçmə bacarıqlarının inkişaf etdirilməsi üçün zəmin yaradır. 1-ci
sinif şagirdlərinin tanıdığı əşyaların sayı çox deyil. Bu səbəbdən də əlamətlərinə görə əşyaları tanımaq
bacarığının formalaşdırılmasına diqqətlə yanaşmaq lazımdır. 1-ci sinif şagirdləri üçün əşyaya xas olan
sadə əlamətləri söyləmək, əlamətlərinə görə əşyanı müəyyən etmək bacarığından daha sadədir.
Şagirdlərə əşyaları müəyyən etmək istiqamətində verilən tapşırıqlar həm də onların dünyagörüşünü,
məlumatlılıq səviyyələrini üzə çıxarmağa imkan yaradır.
Noutbuk və proyektorla işləmək imkanına malik müəllimlər dərslik komplektinə əlavə olunan
təqdimatlardan həm mövzunun izahı, həm də tapşırıqların həlli zamanı istifadə edə bilərlər.
34
Şagirdlərin əşyanın əlamətləri ilə bağlı bilikləri yada salması üçün müəllim şəkil üzrə iş
təşkil edə bilər. Şəkildə təsvir olunmuş evlərin əlamətlərini əvvəlcə uşaqlardan soruşmaq olar.
Şagirdləri aktivləşdirmək üçün sadə tapmacalardan da istifadə etmək faydalı ola bilər.
DT. Təlim nəticələri yüksək olan şagirdlər üçün alternativ variant kimi oyundan istifadə edilə
bilər; məsələn, müəllim əlindəki kartoçkada şəkli olan əşyanın əlamətlərini sadalayır. Uşaqlar
bu əşyanın adını söylədikdən sonra şəkil onlara göstərilir.
Şagirdlər “Fəaliyyət” blokunda verilən tapşırığı yerinə yetirə bilər. Onlarda kommunikativ
bacarıqları formalaşdırmaq məqsədi ilə tapşırığın cütlərlə aparılması daha məqsədəuyğundur.
Bu tapşırıqda əsas məqsəd 1-ci şagirddə əşyanın əlamətlərini müəyyən etmək, 2-ci şagirddə isə
əlamətlərinə görə əşyanı müəyyən etmək bacarıqlarını formalaşdırmaqdır. Tapşırığın ikinci
mərhələsində isə şagirdlər rollarını dəyişə bilər.
Dərsin bu hissəsində müəllim “Tanışlıq” üsulundan istifadə edə bilər. Bu zaman hər şagirdə
özü barədə qısaca məlumat vermək xahiş olunur. Sonra uşaqlar maraqları, ad günləri,
saçlarının rəngi, boyu və başqa əlamətləri eyni olan şagirdləri müəyyən edirlər.
1-ci tapşırıq şagirdlərdə informasiya əlamətlərinə görə əşyaları fərqləndirmək bacarıqlarının
formalaşdırılmasına kömək göstərir. 2-ci tapşırıq isə daha mürəkkəb idraki bacarıqların
inkişaf etdirilməsini nəzərdə tutur. Bu tapşırığın yerinə yetirilməsi şagirddən bir obyektin
əlamətlərini başqa obyektin əlamətləri ilə müqayisə etməyi tələb edir. Bunun üçün müəllim
müqayisə olunan obyektlərin əlamətlərini sadalamağı və onların arasında uyğun olanı seçməyi
təklif edə bilər (cavab: limon – sarı rənginə görə, top – dairəvi formasına görə, xoruz – səhərlər
hamını oyatdığına görə). 3-cü tapşırıqda şagirdlər bir neçə əlamətlərinə görə fiqurları müqayisə
etməlidirlər. Hər sonra gələr fiqur əvvəlkindən forma və rəng əlamətlərinə görə fərqlənir.
DT. Təlim nəticələri yüksək olan şagirdlər 2-ci və 3-cü tapşırıqları yerinə yetirə bilər. Təlim
nəticələri zəif olan şagirdlər üçün dərslikdə 1 və 2-ci tapşırıqları yerinə yetirmək məqsədəuyğundur.
Sağlamlıq imkanları məhdud olan şagirdlər 1-ci tapşırığı yerinə yetirə bilər. Belə şagirdlər
üçün sadə tapmacalar da söyləmək olar.
Ehtiyac duyulduğu halda dərslik komplektinə əlavə olunan təqdimatdakı tapşırıqlar müəllimin
şərhi ilə yerinə yetirilə bilər.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud
aşağıdakı oyunlar oynanıla bilər.
Oyun 1. Müəllim əşyanın şəklini göstərir, şagirdlər isə onun bir və ya bir neçə əlamətini
söyləyir. Məsələn: Qaşıq – dəmirdəndir, şorba yemək üçündür, dəstəyi var, yüngüldür.
Günəş – sarı, işıqlı, isti, böyükdür.
Oyun 2. Müəllim sinifdə olan hər hansı bir əşyanı fikrində tutub onun əlamətlərini söyləyir.
Uşaqlar isə bu əşyanın adını deməlidirlər. Oyunu şagirdlərlə davam etdirmək də olar:
şagirdlərdən bir neçəsi növbə ilə durur və sinifdə gördüyü bir əşyanın əlamətlərini söyləyir.
Digər şagirdlər isə bu əşyanı tapır.
DT. Təlim nəticələri yüksək olan şagirdlər üçün aşağıdakı oyunu təklif etmək olar.
Oyun 3. Komandalar müxtəlif əşyaları ən az sayda əlamətlərlə təsvir etməlidir. Əşyaları ən
az əlamətlərlə təsvir edən komanda qalib gəlir. Bu oyun şagirdlərdən daha dərin bacarıqları
formalaşdırmağa kömək edir. Onlar əşyaların təyinedici əlamətlərini müəyyən etməlidirlər.
Müəllim dərslikdə verilmiş oyunu komandalarla belə keçirə bilər. O, hər hansı bir əşyanın
adını söyləyir. Birinci komanda bu əşyanın yalnız bir əlamətini söyləyir. Sonra ikinci komanda
bir əlamət söyləyir. Oyun növbə ilə davam edir. Növbəti əlaməti söyləyə bilməyən komanda
uduzur.
Təlim nəticələri yüksək olan şagirdlər dərslik komplektinə əlavə olunan İNFO-KO elektron
vəsaitində “Əlamətlərinə görə əşyaların fərqləndiriliməsi” bölməsi üzrə tapşırıqları yerinə
yetirə bilər. Bu tapşırıqları kompyuteri olan şagirdlər evdə də yerinə yetirə bilər.
35
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Əşyanı təsvir etmə.
2. Əlamətlərinə görə müxtəlif əşyaları fərqləndirmə.
3. Fərqləndirici əlamətlərinə görə əşyanı müəyyən etmə.
Dərs 4 / Mövzu: Əşyaların müqayisəsi
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Obyektlərin
elə əlamətləri var ki, onlar yalnız bir-biri ilə müqayisədə qiymətləndirilir; məsələn, böyük – kiçik,
yaxın – uzaq, ağır – yüngül, yuxarı – aşağı və s. Adətən, eyni qrupa aid olan və ya oxşar əşyalar
müqayisə edilir. Əşyaların müqayisə edilməsi bacarığının reallaşdırılmasını, əsasən, digər fənlərlə
inteqrasiyada tədris etmək daha əlverişlidir. Bu bacarıqdan “Əks əlamətlər” mövzusunun tədrisində
istifadə olunacaqdır. Dərsdə şagirdlərdə təhliletmə və müqayisəetmə kimi idraki bacarıqların inkişaf
etdirilməsi nəzərdə tutulur.
Bu dərsi müəllim ekskursiya və ya müşahidə formasında da keçirə bilər. Uşaqlar ətrafda olan əşyaları
müqayisə edərkən “böyük – kiçik”, “uzun – qısa”, “hündür – alçaq” sözlərindən istifadə etmələri
onların bu anlayışları mənimsəmələri üçün faydalıdır.
Şagirdləri aktivləşdirmək və mövzuya maraq oyatmaq üçün şəkil üzrə iş təşkil edilə bilər.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün mövzuya
şagirdlərin bir-biri ilə müqayisəsindən başlana bilər. Məsələn, boyca fərqli olan iki şagird
müqayisə edilə bilər.
Şagirdlər “Fəaliyyət” blokunda verilən tapşırıqları yerinə yetirə bilər. Bu tapşırıqlarda
başlıca məqsəd şagirdlərdə psixomotor bacarıqlarla yanaşı, müqayisəetmə bacarıqlarının da
formalaşdırılmasıdır. Şagirdlərdən işin nəticəsini soruşarkən onların “böyük – kiçik”, “uzun –
qısa”, “çox – az”, “qalın – nazik” sözlərini işlətməklə şərh etmələrinə çalışmaq lazımdır. Kommunikativ
bacarıqların formalaşdırılması məqsədi ilə ikinci “Fəaliyyət” blokunda verilən
tapşırıq yerinə yetirilə bilər.
DT. Sağlamlıq imkanları məhdud olan şagirdlər 1-ci tapşırığı yerinə yetirə bilər. Zəif
nəticəli şagirdlər dərslikdə 2 və 3-cü tapşırıqları yerinə yetirə bilər. 4 və 5-ci tapşırıqlar isə
nəticələri yüksək olan şagirdlər üçün nəzərdə tutulmuşdur. Bu tapşırıqlar məntiqi təfəkkürün
inkişaf etdirilməsi məqsədi daşıyır. 4-cü tapşırıq müqayisəetmə və mühakiməyürütmə yolu ilə
həll olunur. 5-ci tapşırığın həlli üçün müəllim rollu oyundan istifadə edə bilər. Şəkildə iki
hündür və iki enli ev çəkilmişdir. Tapşırığın şərtindən görünür ki, yaşıl qarışqa enli və hündür
evdə yaşayır. Bu, 2-ci evdir. Onda qırmızı qarışqa 1-ci evdə, boz qarışqa isə 3-cü evdə yaşayır.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə müəllim dərslikdə verilmiş oyunu
komandalarla belə keçirə bilər. O, hər hansı bir əşyanın adını söyləyir. Birinci komanda bu
əşyadan ağır olan başqa bir əşyanın adını deyir. Sonra ikinci komanda birinci komandanın de36
diyi əşyadan da ağır olan bir əşyanın adını söyləyir. Oyun növbə ilə davam edir. Növbəti əşyanı
tapa bilməyən komanda uduzur.
DT. Təlim nəticələri yüksək olan şagirdlər dərslik komplektinə əlavə olunan elektron tədris
vəsaitində “Ağır – yüngül”, “uzun – qısa” bölməsi üzrə tapşırıqları yerinə yetirə bilər. Bu
tapşırıqları kompyuteri olan şagirdlər evdə də yerinə yetirə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. İki əşyanı ölçüsünə, uzunluğuna və ağırlığına görə müqayisə etmə.
2. Sayına görə əşya qruplarını müqayisə etmə.
3. Əşyaları hər hansı əlamətə görə müəyyən ardıcıllıqla sıralama.
Dərs 5 / Mövzu: Yuxarı, aşağı, sağ, sol
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Dərsin
məqsədlərində nəzərdə tutulmuş obyektin yerinin müəyyənləşdirilməsi bacarığı informatikada obyektin
əlaməti baxımından öyrənilir. Bu bacarığın formalaşdırılması iki səviyyədə təşkil oluna bilər: 1 – əvvəlcə
şagird əşyaların yerini özünə nəzərən müəyyənləşdirir; 2 – sonra isə əşyaların yerini bir-birinə
nəzərən müəyyən edir. Şagirdlərə “istiqamət” anlayışını onların sol və sağ əllərini misal göstərməklə
izah etmək olar. Dərsin ikinci əsas məqsədi şagirdlərin xanalı vərəqdə müəyyən istiqamətlər üzrə xətt
çəkmək bacarıqlarının formalaşdırılmasıdır.
Noutbuk və proyektorla işləmək imkanına malik müəllimlər dərslik komplektinə əlavə olunan təqdimatlardan
həm mövzunun izahı, həm də tapşırıqların həlli zamanı istifadə edə bilərlər.
Mövzuya başlamaq üçün şəkil üzrə iş təşkil edilə bilər. Mövzuya psixomotor bacarıqların
inkişaf etdirilməsi məqsədi ilə idman hərəkətlərinin yerinə yetirilməsi ilə də başlana bilər.
Məsələn: şagirdlər ayağa durur. Müəllim şagirdlərə idman hərəkətlərinə aid komandalar verə
bilər. Bu komandalarda “sol”, “sağ”, “yuxarı”, “aşağı” sözlərindən istifadə edilməsi məqsədəuyğundur.
Məsələn: 1. İki əlinizi də qaldırın. 2. Əllərinizi salın. 3. Sağ əlinizi qaldırın. 4. Salın.
5. Sol əlinizi qaldırın. 6. Salın. 7. Əllərinizi belinizə qoyun. 8. Sağa əyilin. 9. Sola əyilin və
s. Hər dəfə komandaları səhv yerinə yetirən şagirdlər əyləşirlər. Uşaqlarda maraq oyatmaq üçün
sonda ayaq üstə qalan uşaqları qalib elan etmək olar. Şagirdlər, adətən, sağ və sol tərəfləri müəyyən
etməkdə çətinlik çəkirlər. Müəllim öz nümunəsində sol və sağ tərəfi nümayiş etdirə bilər.
“Fəaliyyət” blokunda verilən tapşırıqların yerinə yetirilməsi şagirdlərdə istiqamət təsəvvürlərinin
formalaşmasına kömək edir.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər tapşırığı yerinə yetirərkən
sağ – sol, yuxarı – aşağı istiqamətlərinin göstərilməsi ilə kifayətlənmək olar. Bu zaman
soruşulan istiqamətdə olan əşyaların adlarını söyləməkdə çətinlik çəkərlərsə, həmin istiqamət
əl ilə göstərilə bilər.
37
Adətən, uşaqlar sağ və sol istiqamətlərini sözlərlə söylədikdə çətinlik çəkirlər. Bu məqsədlə
nümunədə sağ – sol istiqamətlərinin işarələrlə (oxlarla) izah olunması nəzərdə tutulur.
Müəllim şagirdlərə istiqamətlərin oxlarla göstərilməsini izah edə bilər:  – sola, – yuxarı və
s. Sonra 2 yazısının mənası izah edilə bilər: 2 xana sola getmək lazımdır.
Nümunədəki tapşırıqda bağadan istifadə edilməsi yuxarı siniflərdə LOGO proqramlaşdırma
mühitində alqoritmlərin icraçısı kimi bu personaja şagirdləri öyrəşdirmək məqsədi daşıyır. Bu
cür tapşırıqların yerinə yetirilməsi zamanı müxtəlif üsullardan istifadə etmək olar:
1. Modelləşdirmə üsulu. Bu üsul istiqamətləri əyani şəkildə izah etmək üçün daha əlverişlidir.
Bu zaman şagirdlərdən biri “bağa” olur və ona müəyyən komandalar verilir. Komandanı
əvvəlcə müəllim, sonra isə şagirdlərin özləri verə bilər. Bunu oyun kimi də keçirmək
olar. Bu cür oyunlar şagirdlərin psixomotor bacarıqlarını inkişaf etdirir.
2. Xanalar üzrə imla. Müəllimə tövsiyə olunur ki, istiqamətləri şagirdlərə daha yaxşı
mənimsətmək üçün damalı dəftərdə xanalar üzrə imla yazdırsın. İmlanı hazırlayarkən müəllim
hansı fiqurun alınacağını əvvəlcədən müəyyən edir. Şagirdlər xanalı
vərəqin ortasında bir nöqtə qoyurlar. Müəllimin diktəsi ilə uyğun istiqamətdə
xətt çəkirlər; məsələn: 3 xana yuxarı; 2 xana sağa; 3 xana aşağı; 2
xana sola. Nəticədə şəkildəki düzbucaqlı alınmalıdır.
Müəllim lövhədə bu imlanın qısa yazılışını göstərir: 3 2 3  2 .
Şagirdlər bu tapşırığı multimedia diskində “Xanalar üzrə imla” bölməsində də yerinə yetirə
bilərlər. Bir neçə işi yoxlamaq olar.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud aşağıdakı
oyunlar oynanıla bilər.
Oyun. Kimdir? Müəllim şagirdi ayağa qaldırıb soruşur:
–Səndən iki parta irəlidə əyləşən kimdir? Səndən iki parta qabaqda, bir parta sağda
əyləşən kimdir? və s. Sonra təlim nəticələri yüksək olan şagirdlərdən bir neçəsini qaldırıb
oyunu daha da mürəkkəbləşdirmək olar; məsələn:
–Asif harada əyləşib? Səbinə harada əyləşib? və s.
DT. Təlim nəticələri yüksək olan şagirdlər dərslikdə 2-ci tapşırığı yerinə yetirir. Nəticələri
zəif olan şagirdlər dərslikdə 1-ci tapşırığı yerinə yetirir. Sağlamlıq imkanları məhdud olan şagirdlər
1-ci tapşırığı yerinə yetirir.
DT. Təlim nəticələri yüksək olan şagirdlər dərslik komplektinə əlavə olunan elektron tədris
vəsaitində “Xanalar üzrə imla” və “Sağ, sol, aşağı, yuxarı” bölmələri üzrə tapşırıqları yerinə
yetirə bilər. Bu tapşırıqları kompyuteri olan şagirdlər evdə də yerinə yetirə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Özündən solda, sağda, qarşıda və arxada olan əşyaların adlarını söyləmə.
2. Şəkildəki əşyaların yerini müəyyən etmə.
3. Verilmiş əşyanın yerini istiqamətlərlə izah etmə.
38
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Rəngi qırmızı olan şəkli qeyd et.
2. Oval formalı əşyanı qeyd et.
3. Növbəti fiquru çək.
4. Siçandan solda olan əşyanı qeyd et.
5. Ən kiçik yarpağı yaşıl rənglə.
6. Sırada artıq şəklin üstündən xətt çək.
39
ALT STANDARTLAR ÜZRƏ
REALLAŞDIRILACAQ BACARIQLAR
2.2.1. “Doğru” və “yalan” mülahizələri fərqləndirir.
2.2.2. Sadə mühakimələrin inkarını qurur.
2.2.3. Təqdim olunanlar arasından mümkün hərəkət variantlarını
göstərir.
2.1.1. Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələr göstərir.
2.1.2. Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından hissələrə
ayırır.
2.1.3. Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izah edir.
TƏDRİS VAHİDİ – 2
HADİSƏLƏR VƏ HƏRƏKƏTLƏR ARDICILLIĞI
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ
SAATLARIN MİQDARI: 5 saat
KİÇİK SUMMATİV
QİYMƏTLƏNDİRMƏ: 1 saat
BÖYÜK SUMMATİV
QİYMƏTLƏNDİRMƏ: 1 saat
40
Dərs 6 / Mövzu: Əvvəl-sonra
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Baş vermiş
hər hansı bir hadisə, yaxud hərəkət onun təsir etdiyi obyektlərin vəziyyətlərinin dəyişilməsi ilə xarakterizə
olunur. Hadisə deyərkən hər hansı zaman anında obyektin vəziyyətinin dəyişməsi başa düşülür.
Ona görə də nəyin əvvəl, nəyin sonra baş verdiyini, nəyin səbəb və nəyin nəticə olduğunu fərqləndirmək
həyati bacarıqlara aiddir. Dərsin də əsas məqsədi baş verən hadisə və hərəkətləri ardıcıl olaraq
addımlara ayırmaq bacarığının formalaşdırılmasıdır. Bunun üçün şagirdlər obyektin vəziyyətinin necə
dəyişdiyini müəyyən etməlidirlər. Başqa sözlə, məqsəd obyektin əvvəlki vəziyyətindən sonrakı vəziyyətə
keçməsinə səbəb olan hərəkət və hadisələrin müəyyən edilməsi və onların addımlara ayrılmasıdır. Bu
isə gələcəkdə alqoritmin addımlar ardıcıllığının düzgün müəyyən olunması üçün vacib bacarıqdır.
Noutbuk və proyektorla işləmək imkanı olan müəllimlər dərslik komplektinə əlavə olunan təqdimatlardan
həm mövzunun izahı, həm də tapşırıqların həlli zamanı istifadə edə bilərlər.
Şagirdləri aktivləşdirmək və mövzuya maraq oyatmaq üçün dərslikdə verilmiş şəklə
müraciət oluna bilər. Şagirdlərdə dinləyib-anlama və təhliletmə bacarıqlarını inkişaf
etdirmək məqsədi ilə müəllim alternativ variant kimi belə bir mətn üzrə işi təşkil edə bilər:
Müəllim mətni oxuduqdan sonra orada baş verən hadisələrin səbəbləri ilə bağlı şagirdlərin
fikirlərini öyrənmək üçün müzakirə keçirə bilər. Burada əsas məqsəd Səbinənin gəldiyi
nəticənin səbəblərini müəyyən etməkdir. Müzakirə zamanı stolun üzərindəki vəziyyətin
dəyişməsi əsas arqument kimi istifadə oluna bilər. Bu cür məntiqi müzakirələr şagirdlərdə
mühakiməyürütmə kimi idraki bacarıqları inkişaf etdirir.
Dərslikdə 1-ci “Fəaliyyət” blokunda verilmiş tapşırıq yerinə yetirilir. Bu tapşırıq şagirdlərin
psixomotor və müqayisəetmə bacarıqlarına əsaslanır.
2-ci “Fəaliyyət” blokunda verilmiş praktiki tapşırığın kommunikativ bacarıqları inkişaf
etdirmək üçün cütlərlə yerinə yetirilməsi məqsədəuyğundur. Müəllim bir neçə şagirdin işini
təqdim edə bilər.
1-ci və 2-ci tapşırıqlar əşyaların vəziyyətinin dəyişməsini müşahidə etmək və mühakimə yürütməklə
müəyyənləşdirməyi tələb edir. 2-ci tapşırığı yerinə yetirmək üçün müəllim soldakı
Səbinə məktəbdən qayıdıb yeməyini yedi və dərslərini hazırlamaq üçün otağına keçdi. O,
kitab və dəftərini çantasından çıxarıb yazı masasının üzərinə qoydu. Məstan pişiyinin
pəncərədə oturduğunu görüb onu içəri buraxdı. Sonra o, həyətə oynamağa çıxmaq üçün
anasından icazə istədi və kiçik qardaşı Namiqin otağa girməməsi üçün qapını örtdü.
Qızlarla bir az oynadıqdan sonra evə qayıtdı. Otağın qapısını açanda kitab və dəftərlərin
döşəmədə olduğunu görüb anasına dedi:
– Mən otaqda olmayanda yenə Namiq otağıma girib?
Anası Namiqin onun otağına girmədiyini söylədi. “Bəs kitab və dəftərlər nə üçün
yerdədir?” – deyə Səbinə fikirləşdi.
41
hərfi yazmağı tapşıra bilər. Müəllim şagirdlərə “R” hərfini yazarkən əvvəlcə “P” hərfi yazıldığını
göstərə bilər. 3-cü tapşırıqda isə artıq daha mürəkkəb bacarıqlar tələb olunur. Burada vəziyyətin
dəyişməsinin səbəblərini müəyyən etmək lazımdır. Bu isə müşahidə və mühakimə yürütmə
bacarıqlarını inkişaf etdirir (cavab: bantı bağlamaq, şarı şişirtmək, odunları yandırmaq).
4-cü tapşırığa əvvəlki bölmədə istiqamət dərsi ilə inteqrativ olaraq vəziyyətin dəyişmə
kontekstində baxılır (cavab, məsələn, belə ola bilər: iki xana sağa, üç xana yuxarı). 5-ci
tapşırıq isə daha mürəkkəbdir. Burada bir çox idraki və informativ-kommunikativ bacarıqların
inkişaf etdirilməsi nəzərdə tutulur. Bu tapşırığı yerinə yetirmək üçün futbola həvəsi olan
oğlanlardan birinə oyun prosesini şərh etmək tapşırığı verilə bilər (cavab: 1:0 1:1 2:1).
DT. Çətinlik dərəcəsinə görə nəticələri yüksək olan şagirdlər 3, 4 və 5-ci, nəticələri zəif olanlar
isə 1 və 2-ci tapşırıqları yerinə yetirə və dərslikdə verilmiş oyuna cəlb oluna bilər. Sağlamlıq
imkanları məhdud olan şagirdlər dərslikdə verilmiş oyuna iştirakçı kimi cəlb oluna bilər.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş, yaxud
aşağıdakı oyun keçirilə bilər.
Oyun. Müəllim bir əşyanın şəklini göstərir. Uşaqlar bu əşyanı necə dəyişmək mümkün
olduğunu söyləyirlər. Məsələn: Dəftər (bağlı vəziyyətdə) – açmaq, cırmaq, üstündə nə isə
yazmaq, səhifəsini qatlamaq, kəsmək.
Stəkan – sındırmaq, su ilə doldurmaq, başıaşağı çevirmək.
Müəllim dərslikdə verilmiş oyunu komandalarla belə keçirə bilər. Birinci komandanın üzvləri
gözlərini yumur. İkinci komandanın üzvləri yerlərini dəyişir, papaq qoyur və s. Gözlərini
açandan sonra birinci komanda baş vermiş dəyişikliyi tapmalıdır. Sonra ikinci komandanın
üzvləri gözlərini yumur.
Təlim nəticələri yüksək olan şagirdlər dərslik komplektinə əlavə olunan İNFO-KO elektron
tədris vəsaitində “Alqoritm” və “Vəziyyət” bölmələri üzrə tapşırıqları yerinə yetirə bilər. Bu
tapşırıqları kompyuteri olan şagirdlər evdə də yerinə yetirə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Əşyanın sonrakı vəziyyətini əvvəlki vəziyyəti ilə müqayisə etmə.
2. Əşyanın dəyişmiş əlamətlərini müəyyən etmə.
3. Əşyanın vəziyyətinin dəyişilməsinin səbəblərini şərh etmə.
Dərs 7 / Mövzu: Hadisələr ardıcıllığı
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Hər bir hadisəyə
müəyyən vaxt intervalında müxtəlif obyektlərin hərəkətlər toplusu kimi də baxmaq olar. Azyaşlı
məktəblilər nağıllarda və ətraflarında baş verən hadisələri bir-biri ilə səbəb-nəticə münasibətində olan
sadə hadisələr, hərəkətlər ardıcıllığı kimi danışmağı bacarmalıdırlar. Hadisəyə səbəb olan hərəkətləri
müəyyən etmək bacarığı yuxarı siniflərdə bu hadisənin alqoritmini tərtib etmək və onu addımlarla
yazmaq bacarığının reallaşmasına zəmin yaradır. Yuxarı siniflərdə obyektyönlü proqramlaşdırmanı
öyrənərkən düymənin basılmasına bir hadisə kimi baxılır və onda hadisə anlayışına daha dəqiq izahat
veriləcək. Hadisəyə obyektə xas olan hərəkətlərin ardıcıllığı kimi də baxıla bilər. Məsələn, siz səhər
yuxudan duranda zəngli saatdan istifadə edirsiniz. Bir obyekt kimi saat müəyyən xassələrə və
hərəkətlərə malikdir. Saatı qurduqdan sonra o, qurulmuş vaxta kimi sizin müdaxiləniz olmadan işləyir.
Həmin vaxt gəlib çatdıqda isə saat zəng çalır. Saatın zəng çalmasına bir hadisə kimi baxmaq olar.
Buna səbəb isə saatın qurulması və əqrəblərinin hərəkətidir. 1-ci sinif şagirdləri üçün hadisəni
nağılların və təbii proseslərin nümunəsində vermək daha məqsədəuyğundur.
Noutbuk və proyektorla işləmək imkanı olan müəllimlər dərslik komplektinə əlavə olunan təqdimatlardan
həm mövzunun izahı, həm də tapşırıqların həlli zamanı istifadə edə bilərlər.
42
Şagirdləri aktivləşdirmək və mövzuya maraq oyatmaq üçün şəkil üzrə iş təşkil edilə bilər.
DT. Təlim nəticələri yüksək olan şagirdlər üçün müəllim nağıl üzrə iş təşkil edə bilər. Bu
zaman hər hansı bir nağılın müəyyən şəkillərini şagirdlərə göstərib nağılda baş verən
hadisələri ardıcıl danışmağı xahiş edə bilər.
“Fəaliyyət” blokunda verilmiş tapşırığın komandalarla yerinə yetirilməsi məqsədəuyğundur.
Bu oyunu müəllim iki və daha çox komanda ilə də keçirə bilər.
1 və 2-ci tapşırıqların yerinə yetirilməsi şagirdlərdə planlaşdırma və əlaqələndirmə kimi
idraki bacarıqların inkişafına yardım edir. 3-cü tapşırığı yerinə yetirmək üçün şəkildəki
dəyişikliklərin ardıcıl olaraq düzülməsi tələb olunur.
Dərsin bu mərhələsində oyun təşkil etmək olar.
Oyun. Müəllim bir cümlə deyir. Uşaqlar bu cümlədən çıxan başqa bir fikir söyləyirlər.
Sonra növbəti fikir söylənilir və s. Bu oyunu iki komanda arasında da keçirmək olar.
Növbəti fikri davam etdirə bilməyən komanda uduzur.
Məsələn: Gün çıxdı → Hər tərəf işıqlandı → Buludlar dağıldı → Gölməçələr qurudu →
Uşaqlar həyətə oynamağa çıxdılar → Oğlanlar futbol oynamağa başladılar → Səs-küy
saldılar → Qaranlıq düşməyə başladı → Anaları uşaqları çağırdı → Uşaqlar dağılışdı.
Hadisələr ardıcıllığında səhvi müəyyənləşdirmək üçün müəllim hər hansı nağılda hadisələrin
yerini dəyişib uşaqlardan onu bərpa etməsini xahiş edə bilər. Bunun şəkillərlə edilməsi daha
məqsədəuyğundur. Məsələn:
Təlim nəticələri yüksək olan şagirdlər dərslik komplektinə əlavə olunan elektron tədris
vəsaitində “Alqoritm” və “Hadisələr ardıcıllığı” bölmələri üzrə tapşırıqları yerinə yetirə bilər.
Bu tapşırıqları kompyuteri olan şagirdlər evdə də icra edə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Hadisələr ardıcıllığına nümunələr göstərmə.
2. Nağılları baş vermiş sadə hadisələrlə ardıcıl danışma.
3. Şəkilləri hadisələr baxımından ardıcıl olaraq düzmə.
43
Dərs 8 / Mövzu: Hərəkətlər ardıcıllığı
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Bu dərsdə
reallaşdırılması planlaşdırılan bacarıqlar arasında 2.1.2 standartı şagirdlərdən hadisələri ardıcıllıq
baxımından hissələrə ayırmaları üçün təhliletmə bacarığını tələb edir. Dərsdə 2.1.1, 2.1.2 və 2.1.3
bacarıqları koqnitiv sistemin aşağıdakı mərhələləri üzrə reallaşdırılır: bilik əldə etmə, anlama, təhlil
və tətbiqetmə. Başqa sözlə, hər hansı bir məqsədə çatmaq üçün şagird: 1 – təqribən nə etmək lazım
olduğunu bilir; 2 – köhnə bilikləri ilə yeni situasiyanı sintez edərək nə etmək lazım olduğunu anlayır; 3
– təhlil edərək yerinə yetirəcəyi hərəkətlər ardıcıllığını qurur; 4 – beynində qurduğu ardıcıllığı tətbiq
edərək alınmış nəticəni qiymətləndirir. Təlim məqsədlərini reallaşdırarkən şagirdlərdə planlaşdırma
bacarıqlarının formalaşdırılmasına diqqət yetirmək lazımdır.
Noutbuk və proyektorla işləmək imkanı olan müəllimlər dərslik komplektinə əlavə olunan
təqdimatlardan həm mövzunun izahı, həm də tapşırıqların həlli zamanı istifadə edə bilərlər.
Müəllim mövzuya başlamaq üçün şagirdlərdə hərəkətlər ardıcıllığının düzgün qurulması
barədə məlumat vermək və onlarda maraq oyatmaq üçün şəkillə iş təşkil edə bilər. Müəllim
mövzuya alternativ variantla da başlaya bilər; məsələn, şagirdlərin hər gün gördükləri işi sadə
hərəkətlər ardıcıllığı ilə söyləməyi xahiş edə bilər. Bu zaman hər hansı bir hərəkətin yerinin
dəyişilməsinin nəticəyə necə təsir edəcəyini təhlil etmək faydalı olardı.
“Fəaliyyət” blokunda verilmiş tapşırıq şagirdlərə planlaşdırma, modelləşdirmə kimi idraki
və psixomotor bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu tapşırıqda əsas
məqsəd nəticəyə nail olmaq üçün şagirdlərin verilmiş ardıcıllığı düzgün yerinə yetirməsini
təmin etməkdir. Şagirdlər kağızı qatlanmış yerindən deyil, o biri yerindən kəsə bilərlər. Bu
baxımdan müəllim lazım olan nəticəyə çatmaq üçün şəkillə verilmiş alqoritmin düzgün
icrasının əhəmiyyətini izah edə bilər.
Nümunədə verilmiş hərəkətlər ardıcıllığını müəllim şagirdlərin biri ilə icra edə bilər. Bu
zaman boya əvəzinə rəngli karandaşlardan da istifadə etmək olar.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün 2-ci tapşırığın
yerinə yetirilməsini müəllim əyani şəkildə nümayiş etdirə bilər. Bunun üçün rəngli kağızlardan
da istifadə etmək olar; məsələn: rəngli kağızları hansı ardıcıllıqla düzmək lazımdır ki,
aşağıdakı şəkillər alınsın?
4-cü tapşırıq uşaqların həyati situasiyalara aid alqoritmləri yerinə yetirməsi ilə bağlıdır.
Müəllim şagirdlərə volanı (volanın nə olduğunu müəllim izah edə bilər) ağacdan götürmək
üçün hansı hərəkətlərin görülməsini ardıcıllıqla söyləməyi tapşırır. Bu zaman şərtlərdən də
44
istifadə etmək olar. Yəni əgər badminton raketkası ilə volanı götürmək mümkün olmasa, uzun
çubuq tapmaq olar. Bununla da, indidən alqoritmlərdə şərtlərin olması şagirdlərə sadə şəkildə
izah edilə bilər. 5-ci tapşırığın isə maraqlı cəhəti ondadır ki, məqsəddən asılı olaraq ardıcıllıq
əvvəl bir istiqamətdə, sonra isə əks istiqamətdə dəyişir. Bununla da alqoritmlərdə hərəkətlər
ardıcıllığının məqsəddən asılı olduğu vurğulana bilər (1-ci hal üçün ardıcıllıq: 3-5-2-1-4; 2-ci
hal üçün: 4-1-2-5-3).
Müəllim hərəkətlər ardıcıllığından asılı olaraq nəticənin dəyişməsinə aid müxtəlif nümunələr
göstərə bilər. Bu zaman diqqəti hərəkətlər ardıcıllığının nəticəyə, nəticənin də hərəkətlərin ardıcıllığına
necə təsir etməsinə yönəltmək üçün didaktik oyundan istifadə etmək məqsədəuyğundur.
Oyun. “Robot”. Bu oyunu bütün siniflə və ya qruplarla oynamaq olar. Nümunə üçün birinci
dəfə komandaları müəllim verir. Bunun üçün o, şagirdlər arasından bir nəfəri
“robot” seçir. “Robot” müəllimin komandaları əsasında hərəkət etməlidir; məsələn, robot
lövhəyə yaxınlaşıb Günəş şəkli çəkməlidir. Ona komandaları belə vermək olar:
“Yerindən qalx. Parta arxasından çıx. . addım irəli get. Tabaşiri götür. Günəş şəkli çək.
Tabaşiri yerinə qoy. Yerinə qayıt”.
Qruplarla oyun zamanı hər bir qrup öz “robotunu” seçir. Müəllimin verdiyi tapşırığı
yerinə yetirmək üçün qrup üzvləri “robota” müəyyən komandalar verməlidirlər. Hansı
qrup daha dəqiq komandalar verərsə və hansı qrupun “robotu” bu komandaları düzgün
yerinə yetirərsə, o qrup udur.
Müəllim qruplara belə tapşırıqlar verə bilər: “1-ci partadan kitabı götürmək”; “Lövhəni
silmək” və s.
DT. Təlim nəticələri yüksək olan şagirdlər oyunda komandaları verə bilər. Təlim nəticələri
zəif olan şagirdlər oyunda “robot” ola bilər. Sağlamlıq imkanları məhdud olan şagirdlər
dərslikdə 1 və 2-ci tapşırıqları yerinə yetirə bilərlər.
Təlim nəticələri yüksək olan şagirdlər dərslik komplektinə əlavə olunan elektron tədris
vəsaitində “Alqoritm” və “Hərəkətlər ardıcıllığı” bölmələri üzrə tapşırıqları yerinə yetirə bilər.
Bu tapşırıqları kompyuteri olan şagirdlər evdə də yerinə yetirə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Sadə hərəkəti ardıcıllıq baxımından hissələrə ayırma.
2. Hərəkətlərin sadə məqsədə aparan düzgün ardıcıllığını qurma.
3. Hərəkətlər ardıcıllığında səhvlər tapma.
Dərs 9 / Mövzu: Əks əlamətlər
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Mühakimələrin
inkarını qurmaq üçün şagirdlər ilk növbədə əşyanın əlamətlərini müəyyən etməyi bacarmalıdırlar.
Ona görə də doğru və yalan mülahizələrdən əvvəl əks əlamət mövzusu salınmışdır ki, sonrakı dərsdə
doğrunu yalana və əksinə çevirmək mümkün olsun. Bu dərsdə təlim məqsədlərini reallaşdırarkən əsas
diqqət əvvəlcə sadə əlamətlərin inkarını qurmaq, sonra isə fikrin inkarını qurmaq bacarığına
yönəldilməlidir. Əslində, əks əlamətlər özləri də nisbidir. Məsələn, böyük-kiçik, ağır-yüngül deyiləndə,
təbii ki, nisbi mənada başa düşülür. Ona görə də “deyil” sözü bu mənada ümumiliyi qorumağa imkan
verir. Elə vəziyyət yaratmaq lazımdır ki, şagirdlər konkret əks əlaməti söyləyə bilməsinlər (sözün
antonimi yoxdur), onda şagirdlər “deyil” sözündən istifadə etməli olacaqlar. Məsələn, böyük – kiçik,
gecə – gündüz, ağ – qara, qırmızı – qırmızı deyil. Deməli, “deyil” sözündən istifadə edilməsinin əsas
məqsədi nəyisə inkar etməkdir, doğru fikri yalana, yalan fikri isə doğruya çevirməkdir.
Noutbuk və proyektorla işləmək imkanı olan müəllimlər dərslik komplektinə əlavə olunan
təqdimatlardan həm mövzunun izahı, həm də tapşırıqların həlli zamanı istifadə edə bilərlər.
45
Şagirdləri aktivləşdirmək və ;/.mövzuya maraq oyatmaq üçün dərslikdə verilmiş şəklə
müraciət oluna bilər. Müəllim alternativ variantdan da istifadə edə bilər. O, gündəlik həyatda
əks əlaməti olan obyektlərə nümunələr göstərə bilər. Məsələn: təyyarə böyükdür – pozan
kiçikdir, lampa yuxarıdadır – xalça aşağıdadır, çay istidir – dondurma soyuqdur.
“Fəaliyyət” blokunda olan tapşırığı yerinə yetirərkən müəllim şagirdlərdən torbaya
qoyulan və qoyulmayan oyuncaqların əlamətlərini soruşa bilər. Torbaya qoyulan oyuncaqları
şagirdlər, çox güman ki, “Qırmızı oyuncaqlar” adlandıracaq, kənarda qalan oyuncaqları isə
adlandırmaqda çətinlik çəkəcəklər. Müəllim yerdə qalan oyuncaqların ümumi əlamətlərini
söyləməyi təklif edə bilər. Bu zaman müəllim “deyil” sözündən istifadə olunmasını təklif edə
bilər. Yəni kənarda qalan oyuncaqlar qırmızı deyil.
DT. Təlim nəticələri yüksək olan şagirdlər bu tapşırığı əyani olaraq yerinə yetirə bilər. Bunun
üçün müəllim onlara parta üzərindəki əşyaları əks əlamətlərinə görə düzməyi tapşıra bilər.
Məsələn, xətkeş uzundur – pozan qısadır; kitab qalındır – dəftər nazikdir və s.
Bilik qutusunda verilmiş məlumatı şərh edərkən yaxşı olar ki, müəllim diqqəti “deyil”
sözünün istifadə edilməsinə yönəltsin. Bunun üçün o, başqa nümunələrdən də istifadə edə
bilər. Məsələn, müəllim şagirdlərdən “qırmızı deyil və yumru deyil” şərtlərinə cavab verən
obyektləri soruşa bilər.
1-ci tapşırıqda şagirdlər hər bir şəklin tayını tapmalıdırlar (gecə – gündüz, üstündə –
altında, yanır – sönür, kök – arıq).
2-ci tapşırıq cavabı çoxvariantlı olan tapşırıqlardandır. İlk növbədə limonun əsas əlaməti
turşluq olduğundan nöqtələrin yerinə “şirin” sözü ola bilər. Lakin müəllim şagirdləri daha
dərin fikirləşməyə cəlb edə bilər. Bunun üçün limonun digər əlamətlərini və bu əlamətlərə əks
olanları soruşa bilər. Yəni nöqtələrin yerinə “qırmızı”, “kvadrat”, “tərəvəz” sözləri də ola
bilər. Eyni qayda ilə stəkanla bağlı “boş”, “dəmirdən”, pambıqla bağlı isə – “ağır”, “qara”,
“yeməli” sözləri ola bilər.
3-cü tapşırıq fikirlərin inkarının qurulmasına əsaslanır. Bu tapşırığı yerinə yetirmək üçün
şəkilləri bir-biri ilə müqayisə edən uşaqlar əvvəlcə fərqin nədə olduğunu müəyyənləşdirməlidir.
Ondan sonra isə cümləni düzgün tamamlaya bilərlər. “İt yuvadadır – it yuvada deyil”,
“Hava istidir – hava isti deyil”. 4-cü tapşırıq isə məntiqi inkara görə əşyanın müəyyən olunmasını
tələb edir. Bu tapşırığın sonda yerləşdirilməsinin səbəbi onunla bağlıdır ki, bu tapşırığı
həll etmək üçün şagirddən mühakiməyürütmə, təhliletmə və fərqləndirmə kimi idraki bacarıqları
tələb olunur. Ona görə də müəllim bu tapşırığın mərhələlərlə yerinə yetirilməsini nümayiş
etdirə bilər. “Yumru deyil” şərtindən sonra düzbucaqlı, romb və üçbucaq fiqurları qalır. “Göy
deyil” şərtindən sonra isə sarı üçbucaq qalır.
DT. Təlim nəticələri zəif olan şagirdlər və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün
müəllim əlamətinə görə fərqlənən tapşırıqlar verə bilər. Məsələn: müxtəlif şəkillər arasında
artıq olanı tap və səbəbini söylə.
46
Əşyaların əks əlamətlərinə aid nümunələr göstərmək üçün dərslikdə verilmiş, yaxud başqa
didaktik oyunlardan istifadə edilməsi məqsədəuyğundur.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Əşyanın əlamətinin əksini müəyyən etmə.
2. “Deyil” sözündən istifadə edib əlamətin inkarını söyləmə.
3. Sadə fikrin inkarını söyləmə.
Dərs 10 / Mövzu: Doğru və yalan
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. İbtidai siniflərdə
“doğru” və “yalan” anlayışları məntiqi mülahizələrin qiyməti kimi deyil, daha sadə şəkildə –
düzgün və yanlış fikir kimi tədris olunur. Bu baxımdan şagirdlərin yaş səviyyələrinə görə “mühakimə”
anlayışından istifadə etmək məqsədəuyğun deyil. Xatırladaq ki: “Mülahizə yalnız doğru və ya yalan
ola bilən hər hansı nəqli cümlədir”. 2.2.1 standartında qeyd olunan “Doğru” və “yalan” mülahizələri
fərqləndirir” bacarığını reallaşdırmaq üçün sadə fikir və cümlələrdən istifadə edilməsi daha məqsədəuyğundur.
Bəzən “yalan” sözü ilə “yanlış” sözü eyniləşdirilir. Adi danışıqda “yanlış” sözü
“səhv” mənasında işlədilir. Məntiqdə isə mülahizələrin qiyməti səhv ola bilməz. Çünki səhvi düzəltmək
mümkündür. Mülahizə isə ya doğrudur, ya da yalan. “Yalan” riyazi məntiqdə artıq qəbul olunmuş bir
anlayışdır. Kiçikyaşlı uşaqlar üçün də “yanlış” sözü bir qədər anlaşılmazdır. Onlar gündəlik danışıqda
da “yalan” sözündən tez-tez istifadə etdiklərindən dərsdə bu söz onlar üçün heç bir çətinlik
törətmir. Dərsdə əks əlamətlərdən və “deyil” sözündən istifadə etməklə doğru fikri yalana, yalan fikri
isə doğruya çevirmək bacarıqlarının nümunələrlə formalaşdırılması nəzərdə tutulur.
Dərsdə reallaşdırılacaq 2.2.3 standartı təqdim edilən variantlar içərisindən mümkün olanların
seçilməsini tələb edir. “Mümkün variant” dedikdə gerçəyə uyğun və ya doğru olan variant nəzərdə
tutulur. Sadəlik üçün əvvəlcə bir, sonra isə bir neçə mümkün variantlı nümunə və tapşırıqlardan
istifadə etmək olar. Bu, yuxarı siniflərdə budaqlanan alqoritmlərdə budaqlanma şərtinin doğru və
yalan olmasından asılı olaraq növbəti addımın seçilməsi bacarığının reallaşdırılmasına zəmin yaradır.
Ona görə də bu bacarığı reallaşdırmaq üçün şagirdlərin başa düşəcəyi sadə qraf nümunələrindən və
labirintlərdən də istifadə oluna bilər.
Dərsə maraq oyatmaq üçün şəkil üzrə iş təşkil edilə bilər. Şagirdləri aktivləşdirmək üçün
müəllim əvvəlcə hazırladığı şəkilli kartoçkalardan istifadə edərək oyun təşkil edə bilər. O,
kartoçkanı göstərir və orada təsvir olunan əşyanın adını söyləyir. Əgər ad doğrudursa, uşaqlar
reaksiya vermir, yalandırsa, inkar etməlidirlər, məsələn : “yox”, “yalandır” deyə bilərlər.
Məsələn: “Tort” (heç bir reaksiya vermirlər), “Alma” (“yalandır”) və s.
47
“Fəaliyyət” blokunda olan tapşırığı yerinə yetirərkən müəllim şagirdlərdən bir neçəsinin
fikrini nümunə kimi göstərə bilər.
Müəllim “deyil” sözü ilə doğru fikri yalana, yalan fikri isə doğruya çevirmək üçün nümunədən
istifadə edib şagirdlərə uyğun tapşırıqlar verə bilər.
1-ci tapşırıqda şəkil üzrə iş nəzərdə tutulur. Müəllim tapşırığın şərtini məntiqi fikirlərlə də
deyə bilər. 2-ci tapşırıq şagirddə mühakiməyürütmə və əsaslandırma kimi idraki bacarıqların
inkişafına kömək edir.
3, 4 və 5-ci tapşırıqlarda məntiqi mühakiməyürütmə bacarığına əsasən mümkün yol variantlarının
seçilməsi nəzərdə tutulur. 3-cü tapşırıqda evlə məktəb arasındakı yollar sadə qraf
təşkil edir. 4 və 5-ci tapşırıqları yerinə yetirərkən müəllim şagirdlərə xəbərdarlıq edə bilər ki,
xanadan xanaya yalnız yandan keçmək olar. Yəni diaqonal üzrə hərəkət etmək olmaz.
DT. Təlim nəticələri yüksək olan şagirdlərə 3, 4 və 5-ci tapşırıqların başqa variantları verilə
bilər. Dərslik komplektinə əlavə olunan təqdimatdakı tapşırıqlar müəllimin şərhi ilə yerinə
yetirilə bilər. Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə aşağıdakı oyunu
keçirmək olar.
Oyun. Müəllim bir fikir söyləyir. Əgər cümlə doğrudursa, uşaqlar əl çalırlar, əks halda
heç bir hərəkət etmirlər. Məsələn,
– Günəş işıq saçır (əl çalırlar).
– Günəş dördbucaqlıdır ( – )
– Ayı bal yeyir (əl çalırlar).
– Pişik banlayır ( – )
Müəllim şagirdlərə hərəkət variantlarından mümkün olanı seçmək üçün bir neçə labirint verə
bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Əşya haqqında söylənilən sadə fikrin doğru, yaxud yalan olduğunu müəyyən etmə.
2. “Deyil” sözündən istifadə edib doğru fikri yalana və əksinə çevirmə.
3. Təqdim olunanlar arasından mümkün hərəkət variantlarını seçmə.
48
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Şəkildəki hadisələri başvermə ardıcıllığı ilə nömrələ.
2. Boş kvadratda uyğun şəkli çək.
3. Əşyanı tap və qeyd et: ÜZƏN DEYİL, YAŞIL DEYİL.
4. Altındakı yazıları doğru olan şəkilləri qeyd et.
5. Heyvanlar hansı evlərdə yaşayır?
SAAT YAŞIL AĞAC AĞ CÜCƏ
49
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ (1-ci yarımil)
1. Sırada artıq əşyanın üstündən xətt çək.
2. Tap və çərçivəyə al: heyvandır, qəhvəyi rəngdədir, ot yeyir.
3. Əşyaları yüngüldən ağıra doğru ardıcıl nömrələ.
4. Nağıl qəhrəmanını tap: papağı var, hamıya yaxşılıq edir, boyu balacadır.
5. Hadisələri baş vermə ardıcıllığı ilə nömrələ.
6. Əşyanı müəyyən et: uçan deyil, yaşıl deyil.
50
ALT STANDARTLAR ÜZRƏ
REALLAŞDIRILACAQ BACARIQLAR
4.1.1. İnformasiya vasitələrini sadalayır.
4.1.2. İnformasiyanın əhəmiyyətini sadə formada şərh edir.
4.1.3. İnformasiya vasitələrinin rolunu izah edir.
1.1.1. Verilmiş sadə informasiyaları şərh edir.
1.1.2. Sadə informasiyaları təsvir formalarına görə fərqləndirir.
1.1.3. İnformasiyadan istifadə üsullarını sadə formada izah edir.
1.1.4. Müxtəlif informasiya mənbələrinə aid nümunələr göstərir.
2.2.3. Təqdim olunanlar arasından mümkün hərəkət variantlarını
göstərir.
TƏDRİS VAHİDİ – 3
İNFORMASİYA
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ
SAATLARIN MİQDARI: 6 saat
KİÇİK SUMMATİV
QİYMƏTLƏNDİRMƏ: 1 saat
51
Dərs 11 / Mövzu: İnformasiya nədir
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. İnformasiya
bir çox elmlərlə yanaşı, informatikanın da öyrənmə obyektidir. Elmdə bu əsas anlayışın dəqiq tərifi
yoxdur. İnformasiyaya “ətraf aləmin məzmunu” kimi tərif verilir və o, bilavasitə insan təfəkkürü ilə
bağlıdır. Dərsin məqsədlərini reallaşdırarkən qəbul etdiyimiz informasiyanın əhəmiyyəti sadə
nümunələrlə izah olunmalı və şagirdlərdə informasiya haqqında ümumi təsəvvürlər formalaşdırılmalıdır.
1-ci sinif şagirdi cihaz və qurğulardan, demək olar ki, istifadə etmədiyindən verilmiş əşya
haqqında informasiyanı öz duyğu orqanları vasitəsilə toplayır. O, əşyanın rəngi, forması, ölçüləri,
materialı, səsi, qoxusu və dadı haqqında informasiya əldə etməyi və şəkillərdə təsvir olan informasiyanı
sadə formada şərh etməyi bacarmalıdır.
Şagirdləri aktivləşdirmək və mövzuya maraq oyatmaq üçün şəkil üzrə iş təşkil edilə bilər.
Şəkildə təsvir olunan uşaqlar aldıqları səs və dad informasiyalarına müvafiq reaksiya verirlər.
Müəllim şagirdlərə şəkildən aldıqları informasiyanı sadə formada şərh etməyi tapşıra bilər.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün alternativ variantlardan
istifadə oluna bilər. Məsələn, şagirdlərin diqqəti hər hansı səs informasiyasına yönəldilib şərh
edilə bilər. Kitablardan çoxlu bilik almaq üçün əlifbanın əhəmiyyətini izah etmək faydalıdır.
Müəllim bilik qutusundakı məlumatı anlayışın çıxarılması üsulu ilə şagirdlərə çatdıra bilər.
“Fəaliyyət” blokunda verilmiş tapşırıq şagirdlərin informativ-kommunikativ bacarıqlarını
inkişaf etdirməklə onlarda informasiyanı şərh etmək vərdişlərini formalaşdırır.
Müəllim bilik qutusunda verilmiş məlumatı şərh edərkən modelləşdirmə üsulundan
istifadəsi faydalı ola bilər.
1-ci mərhələ. Şagirdlərə hər hansı bir məktəb ləvazimatı göstərilir. Şagirdlər onun adını və
əlamətlərini söyləyirlər; məsələn: qələm – uzundur, mavi rəngdədir, qapağı var, onunla yazmaq
olur.
2-ci mərhələ. İki şagird lövhə qarşısına çıxarılır və onlardan gözlərini yummaq xahiş olunur.
Hər uşağın burnuna bir əşya tutulur. Şagirdlər iylərinə görə bu əşyaların adını söyləməlidirlər.
İ N F O R M A S İ Y A
XƏBƏR MƏLUMAT
BİLİK
52
Elə əşyalar seçmək lazımdır ki, birinin ətri, digərinin isə ətri olmasın; məsələn: birinci obyekt
alma, limon, portağal, o biri isə qələm, xətkeş kimi seçilə bilər.
3-cü mərhələ. İki şagird lövhə qarşısına çıxarılır və onlardan gözlərini yummaq xahiş olunur.
Müəllim onlardan birinə duz, digərinə isə şəkər tozu verir. Şagirdlər bu əşyaların dadına baxmaqla
onların adını söyləməlidirlər.
4-cü mərhələ. Bir şagird lövhə qarşısına çıxarılır və ondan gözlərini yummaq xahiş olunur.
Müəllim onun əlinə qələm, xətkeş verir. Şagird bu əşyaların adını söyləməlidir.
5-ci mərhələ. Müəllim bütün şagirdlərə gözlərini yummağı xahiş edir. Şagirdlər səsinə görə əşyaları
müəyyənləşdirməlidirlər. Müəllim açarları səsləndirə bilər, pəncərənin şüşəsinə vura bilər.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər imkanlarından asılı
olaraq müxtəlif rollarda iştirak edə bilər.
3-cü tapşırıq informasiyanın şərhi ilə bağlıdır. Bu tapşırığı yerinə yetirərkən digər şəkillərdə
olan informasiyanın da şərh edilməsi xahiş oluna bilər. 5-ci tapşırıqda təsvir olunmuş şəkil
əsasında faydalı informasiyanın şərh edilməsi nəzərdə tutulur. Müəllim ətraf mühitə qayğıkeş
münasibəti formalaşdırmaq üçün şagirdlərə müxtəlif suallar verə bilər.
D.T. Müəllim təlim nəticələri yüksək olan şagirdlər üçün oyun tipli müsahibə keçirə bilər. O,
şagirdlərə növbə ilə aşağıdakı suallara cavab verməyi xahiş edə bilər:
– Nəyi görə bilirsən? Nəyi eşidə bilirsən? Nəyi toxunmaqla hiss edə bilirsən? Nəyin iyi var?
Nəyin dadı var?
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə dərslikdə verilmiş oyun keçirilə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Sadə informasiyalara nümunələr göstərmə.
2. Sadə informasiyaları şərh etmə.
3. İnformasiyanın əhəmiyyətini sadə nümunələrlə izah etmə.
4. Duyğu orqanlarının informasiyanın qəbul olunmasında rolunu izah etmə.
Dərs 12 / Mövzu: İnformasiyanı necə təqdim etmək olar
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. İnsan duyğu
orqanları vasitəsilə informasiyanı qəbul edib emal etdikdən sonra onu başqaları üçün aydın formada
təqdim etməyə çalışır. İnformasiyanın qəbulu, emalı, ötürülməsi və saxlanması proseslərinin effektivliyi
baxımından onun hansı formada təqdim edilməsinin əhəmiyyəti böyükdür. İnformasiyanın müxtəlif formalarda
təqdim olunması “Formal dillər” nəzəriyyəsinin əsasını təşkil edir. Məktəb informatika
kursunda informasiyanın təqdimolunma formaları konkret həyati situasiyalara aid sadə nümunələrlə
izah olunur. 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan 1.1.2 standartında sadə informasiyaların
təqdimolunma formalarının fərqləndirilməsi məhz bu nümunələr əsasında reallaşdırılmalıdır. Çalışmaq
lazımdır ki, şagirdlər məktəbdə, evdə, həyətdə, yolda gördükləri eyni informasiyaların müxtəlif
təqdimolunma formalarını şərh etsinlər. Dərsin məqsədlərini reallaşdırarkən eyni bir informasiyanın
müxtəlif təqdimolunma formaları arasında daha münasibinin seçilməsi bacarığına diqqət yetirilməlidir.
Müəllim bəzi şagirdlərdən yerinə yetirdikləri tapşırıqların nəticəsini təqdim etmələrini xahiş edə
bilər. Bu zaman şagirdin informasiyanın müxtəlif təqdimolunma formalarından istifadə etməsinə diqqət
yetirmək lazımdır. Şagirdlərin işlərini təqdim etmələri onlarda təsviretmə və təqdimetmə kimi
informativ-kommunikativ bacarıqların formalaşmasına kömək edir. Ona görə də fərdi və qrup işlərinin
nəticələrinin şagirdlərin özləri tərəfindən təqdim olunması daha məqsədəuyğundur.
53
Şagirdlərdə mövzuya maraq oyatmaq məqsədi ilə şəkildə göstərilən situasiyanı yaratmaq
üçün müəllim lövhədə uyğun misalı yaza, 7 ədəd qələmi göstərə və sözlə ifadə edə bilər.
D.T. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərə müəllim 5 ədədini
necə göstərmək mümkün olduğu barədə sual verə bilər. Burada məqsəd şagirdin informasiyanı
müxtəlif üsullarla təsvir etməsidir. Təbii ki, o, 5 ədədini əl barmaqları, rəqəm, söz, yazı, karandaşların
sayı ilə göstərə bilər.
“Fəaliyyət” blokunda verilmiş tapşırıq şagirdlərin təsviretmə və təqdimetmə bacarıqlarının
formalaşdırılmasını nəzərdə tutur. Burada əsas məqsəd eyni bir əşyanı şəkil və sözlərlə təsvir
etmək vərdişlərinin formalaşdırılmasıdır.
1 və 2-ci tapşırıqların yerinə yetirilməsi zamanı müəllim insanın ovqatı və işıqforun işi ilə
bağlı məlumatları xatırlada bilər. Bu zaman 1-ci tapşırığın cavabları belə ola bilər: a) oğlan əllərini
açıb, elə bil deyir: “Bu, asan işdir, onu nə var ki etməyə”; b) oğlan fikirləşir; c) qız hamını
sakit olmağa çağırır. 3 və 4-cü tapşırıqların isə “Riyaziyyat” fənni ilə inteqrasiyada yerinə
yetirilməsi məqsədəuyğundur.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə belə bir oyun keçirilə bilər.
Oyun. Pəncərə. Cütlüklərlə aparılır. Müəllim oyunun qaydasını izah edir:
– Təsəvvür edək ki, parta yoldaşınızla sizin aranızda heç bir səs keçirməyən çox qalın şüşəli
pəncərə vardır. Siz hər hansı əşyanın adını çəkmədən onu yoldaşınıza təsvir etməlisiniz.
Yoldaşınız sizin fikrinizdə tutduğunuz əşyanın adını söyləməlidir. Əşyanı təsvir etmək üçün
müxtəlif hərəkətlərdən, jestlərdən istifadə etmək olar. İzah etməkdə çətinlik olarsa, onun
şəklini də çəkə bilərsiniz.
Müəllim şagirdləri xəbərdar etməlidir ki, əşyanın adını söyləmək olmaz. Oyuna başlamazdan
qabaq hər kəs fikrində tutduğu əşyanı əvvəlcədən müəyyən etməlidir.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Sadə informasiyaları təqdimetmə formalarına görə fərqləndirmə.
2. İnformasiyanı müxtəlif formalarda təqdim etmə.
3. İnformasiyanın təqdimetmə formaları arasında ən münasibini müəyyənləşdirmə.
54
Dərs 13 / Mövzu: İnformasiyanı haradan alırıq
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Bu dərsdə
informasiya proseslərində mənbənin rolunu izah edərkən sadə nümunələrdən istifadə olunması məqsədəuyğundur.
Dərsin təlim məqsədlərini reallaşdırarkən şagirdlərin əsas diqqətini sadə informasiya
mənbələrinin müəyyən edilməsinə yönəltmək lazımdır. Belə ki, mənbəyi olmadan informasiya mövcud
deyil və istənilən obyekt informasiya mənbəyi ola bilər. Şagirdlərə izah etmək lazımdır ki, eyni bir
informasiyanın bir neçə mənbəyi ola bilər. Bir mənbədən isə bir neçə informasiya almaq mümkündür.
Ona görə dərsdə sadə informasiya mənbələrinə nümunə kimi kitab, müəllim, valideyn və s. misallar
göstərmək olar.
Şagirdləri aktivləşdirmək və mövzuya maraq oyatmaq üçün şəkil üzrə iş təşkil edilə bilər.
Şəkildəki uşaqların aldıqları informasiya mənbələrinə aid suallar verilə bilər. Burada əsas
diqqəti şəkildəki uşaqların hansı informasiyanı hansı mənbədən ala biləcəyinə yönəltməkdir.
Məsələn, durbinli oğlan üçün avtobus informasiya mənbəyidir. O bu mənbədən onun nömrəsi,
forması, rəngi və digər əlamətləri haqqında məlumat alır. Əgər oğlan qışqırsa ki, “Avtobus
görürəm!”, onda digər uşaqlar üçün avtobus haqqında informasiyanın mənbəyi artıq oğlandır.
Bilik qutusunda verilmiş məlumatı şərh edərkən müəllim informasiya mənbələrinə aid
gündəlik həyatdan da nümunələr göstərə bilər. Məsələn, avtomobil siqnalı, yemək qoxusu,
almanın şirin olması və digər informasiyaların mənbələri haqqında şagirdlərə sual verilə bilər.
“Fəaliyyət” blokunda verilmiş tapşırığı yerinə yetirərkən uşaqlar sinifdən gələn səslərə
diqqətlə qulaq asmaqla yanaşı, onların mənbələrini müəyyən etməlidirlər. Lazım gəlsə,
müəllim kömək edə bilər: kimsə stulu tərpətdi, milçək uçdu və s. Məktəbin dəhlizindən, sinfin
pəncərələrindən gələn səsləri də nəzərə almaq lazımdır.
Müəllim bu tapşırığı şaxələndirmə üsulundan istifadə etməklə daha da maraqlı variantda
təqdim edə bilər. Məsələn:
?
?
? XƏBƏRLƏR
?
SƏS
55
1 və 2-ci tapşırıqları yerinə yetirərkən şagird əşyanın təsvirinə görə onun mənbəyini müəyyənləşdirir.
3-cü tapşırığın cavabını uşaqlar öz təcrübələrinə əsaslanaraq tapırlar.
Dərsdə oyunlardan istifadə etmək olar.
Oyun. Birinci komanda hər hansı bir əşyanın adını söyləyir. O biri komanda isə bu
mənbədən hansı informasiyaları almağın mümkün olduğunu söyləyir. Məsələn:
Lövhə – rəngi, forması, .
Avtomobil – rəngi, modeli, səsi, ölçüsü, .
Çiçək – rəngi, növü, ətri, ləçəklərinin sayı, .
Tort – dadı, forması, ölçüsü, rəngi, üstündə yazısı, .
Oyun növbə ilə davam etdirilir. Ən çox informasiya söyləyən komanda qalib gəlir.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Sadə informasiya mənbələrinə nümunələr göstərmə.
2. Sadə informasiyaların mənbəyini müəyyən etmə.
3. Bir mənbədən alına biləcək informasiyaları sadalama.
Dərs 14 / Mövzu: İnformasiya necə ötürülür
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Mənbədən
alınan informasiya onu qəbul edənə müxtəlif vasitələrlə ötürülür. Dərsdə təlim məqsədlərini reallaşdırarkən
əvvəlcə baş vermiş bir hadisə, yaxud obyekt haqqında informasiyanın nəyin vasitəsilə alındığına
aid sadə nümunələr göstərmək olar. Sonra isə informasiyanın başqa insanlara nəyin vasitəsilə
ötürüldüyü nümunələrlə izah edilə bilər. İnformasiya vasitələri dedikdə informasiyanı saxlamaq və
ötürmək üçün istifadə olunan vasitələr nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, hər bir obyekt
informasiya mənbəyidir, amma informasiya vasitəsi deyil. Adətən, informasiya vasitələrini insan özü
hazırlayır – papirus, perqament, kitab, jurnal, radio, televiziya, kompyuter şəbəkələri, İnternet və s.
Ancaq hava təbii informasiya vasitəsidir. O, səs informasiyasını ötürmək üçün vasitədir. Səsi ötürmək
üçün su, metal və digər mühitlər də vasitə ola bilər.
Şagirdlərdə təhliletmə və fərqləndirmə kimi idraki bacarıqların inkişafı üçün informasiya vasitələri
arasında hansının daha münasib olduğunun müəyyən edilməsi əhəmiyyətli ola bilər.
Şagirdləri aktivləşdirmək və mövzuya maraq oyatmaq üçün şəkil üzrə iş təşkil edilə bilər.
Şəkildə ananın məktubu, babanın xəbərləri, qızın isə informasiyaları nəyin vasitəsilə aldıqlarını
soruşmaq olar. Burada qızın və oğlanın eyni zamanda həm də informasiyanı ötürdükləri
qeyd oluna bilər.
“Fəaliyyət” blokunda verilmiş tapşırığın əsas məqsədi şagirdlərdə psixomotor və modelləşdirmə
bacarıqlarını formalaşdırmaqla yanaşı, informasiyanın ötürülməsi və qəbulunda informasiya
vasitələrinin rolunu başa düşmək üçün rupordan istifadə edilməsidir (rupor – səs
informasiyasını ötürən, daha doğrusu, gücləndirən vasitədir). Fəaliyyəti başqa cür də qurmaq
56
olar: şagirdlərdən biri hər hansı informasiyanı kağızda saxlayır. Bu informasiya şəkil, yaxud
söz ola bilər. Sonra şagird kağızı zərfə qoyur. Zərfi uşaqlar bir-birinə ötürməklə müəllimə
çatdırırlar. Müəllim zərfi açır və kağızdakı məlumatla tanış olur. Burada ötürmə vasitəsi həm
məktub, həm də şagirdlərdir.
DT. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər dərslikdə verilmiş
“Fəaliyyət” tapşırığını digər şagirdlərlə birlikdə yerinə yetirə bilər.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədilə dərslikdə verilmiş “xarab telefon”
oyunu belə keçirilə bilər. Bir neçə şagird lövhənin qarşısına çıxarılır. Müəllim 3 – 4 sözdən
ibarət cümləni yavaşca birinci şagirdin qulağına söyləyir. Yanaşı duran uşaqlar növbə ilə bu
cümləni bir-birinin qulağına pıçıldayırlar. Sonuncu şagird cümləni ucadan söyləyir. Əgər
cümlə dəyişməyibsə, deməli “telefon yaxşı işləyir”.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. İnformasiya vasitələrinə dair nümunələr göstərmə.
2. İnformasiya vasitələrinin rolunu sadə nümunələrlə izah etmə.
3. Sadə informasiyanı ötürmək üçün vasitələrdən istifadə etmə.
Dərs 15 / Mövzu: İnformasiyadan istifadə
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Bu dərslə
“İnformasiya” tədris vahidinə yekun vurulur. Dərsin təlim məqsədlərini reallaşdırarkən informasiyadan
istifadə üsullarına sadə nümunələr göstərmək olar. Müxtəlif informasiya prosesləri sadə
misallarla izah edilə bilər. İnformasiyadan istifadəni informasiya nə üçün saxlanılır, nə üçün ötürülür,
nə üçün dəyişdirilir və s. suallara cavab verməklə göstərmək olar. Bu zaman informasiya proseslərinə
aid sadə nümunələr göstərilməsi faydalı olardı. İnformasiyadan istifadə olunmasını izah edərkən
müəllim şagirdlərin diqqətini düzgün qərarların verilməsində informasiyanın roluna yönəldə bilər.
2.2.3 standartı informasiyadan istifadə etməklə təqdim olunan bir neçə variant arasında məqsədəuyğun
variantın seçilməsi bacarığı kimi də reallaşdırıla bilər. İnformasiyadan istifadə etməklə qərarlar
verilməsi çox mühüm idraki bacarıqların formalaşdırılmasına kömək göstərir.
Şagirdləri aktivləşdirmək və mövzuya maraq oyatmaq üçün şəkil üzrə iş təşkil edilə bilər.
Şəkildəki saata informasiya mənbəyi kimi baxılır. Saatın əqrəbinin 7-nin üstündə durması
haqqında informasiyadan ata, ana, oğlan və qızın necə istifadə etməsi barədə müzakirə açmaq
olar. Müəllim şagirdləri müzakirəyə cəlb etmək üçün müxtəlif cihazlardan – termometrdən,
tərəzidən, yaxud yol nişanlarından alınan informasiyadan necə istifadə olunduğu barədə
suallar verə bilər.
57
“Fəaliyyət” blokunda verilmiş tapşırıq şagirdlərin arasında ünsiyyət bacarıqlarını formalaşdırmaq
və faydalı informasiyadan düzgün istifadə etmək vərdişlərini aşılayır. Əgər şagird öz
ev telefon nömrəsini bilmirsə, onun əvəzinə kağızda özü haqqında başqa məlumat yaza bilər.
DT. Müəllim təlim nəticələri yüksək olan şagirdlər üçün müxtəlif tapşırıqlar verə bilər.
Məsələn, quşlara yem qutusunu düzəltmək üçün hansı əşyalar lazım ola bilər?
1-ci tapşırıqda uşaqlar yol nişanını görürlər və verilmiş informasiyaya əsasən keçiddən
istifadə etmək qərarına gəlirlər. Uşaqlara üst keçid nişanı barədə məlumat vermək olar.
2-ci tapşırıq verilmiş variantlardan mümkün hərəkət variantının seçilməsi bacarığını formalaşdırmağa
kömək edir. Şagird bütün əlamətləri nəzərə alaraq Alpayın dostunun evini tapmalıdır
(ev № 2).
3-cü tapşırıqda şəkli şərh edən şagird öz bilikləri əsasında nəticə çıxarmalıdır ki, bu şəkil
Novruz bayramına aiddir.
4-cü tapşırıqda balıqçını çayda balıqların olması, üzmək istəyəni isə suyun soyuq olubolmaması
barədə məlumat maraqlandırır.
Mənimsənilən bacarıqları möhkəmləndirmək məqsədi ilə oyundan istifadə edilə bilər.
Oyun. Nə yazılıb?
Komandalar kağız parçasında hər hansı bir söz yazır. Müəllimin iştirakı ilə sözün yuxarı
hissəsi səliqə ilə elə kəsilir ki, qalmış hissəsinə görə sözü bərpa etmək mümkün olsun. Kağız
parçaları dəyişdirilir və sözü bərpa edə bilməyən komanda uduzur.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Sadə informasiyaları şərh etmə.
2. İnformasiya proseslərinə sadə nümunələr göstərmə.
3. Sadə informasiyalardan düzgün istifadə etmə.
4. Verilmiş informasiya əsasında doğru hərəkət variantını müəyyən etmə.
58
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Şəkildəki informasiyanı hansı duyğu orqanı ilə qəbul edirsən?
2. Qızlar informasiyanı hansı duyğu orqanı ilə alırlar?
3. Hansı şəkildə informasiya saxlanılır?
4. Şəkillərin hansında informasiya ötürülür?
5. Bunlardan hansı informasiya vasitəsidir?
6. Hansı vasitə ilə səs informasiyasını almaq olmur?
Qәzet
Qәzet
59
ALT STANDARTLAR ÜZRƏ
REALLAŞDIRILACAQ BACARIQLAR
3.3.1. Alətlər qutusundakı sadə alətlərdən və rənglər qutusundakı rənglərdən istifadə
bacarığını nümayiş etdirir.
3.3.2. Şəkil və fiqurların elementlərini çəkir.
3.3.3. Sadə şəkillər və fiqurlar (düz və əyri xətt, dördbucaqlı və s.) çəkir.
3.3.4. Çəkdiyi şəkilləri yadda saxlayır.
3.3.5. Çəkdiyi şəkilləri iş masasında müxtəlif formalarda yerləşdirir.
3.1.1. Kompyuterin əsas hissələrini ona tanış olan oxşar əşyalarla (televizor pultu, telefon
və s.) müqayisə edir.
3.1.2. Kompyuterlə iş prosesində tələb olunan ümumi təhlükəsizlik texnikası qaydalarını
sadalayır.
3.1.3. Kompyuterin əsas hissələrinin təyinatını sadə formada izah edir.
3.2.1. Kompyuteri işə salır, sadə menyuları seçir, bağlayır.
3.2.2. Kompyuterin sadə qurğuları ilə (klaviatura və siçan) davranır, onların
düymələrindən istifadə edir.
3.2.3. Kompyuterdəki sadə proqramları (kalkulyator, bloknot, sadə qrafik və mətn
redaktorları, sadə oyunlar) işə salır və bağlayır.
3.2.4. Kalkulyator proqramında sadə hesablama əməliyyatlarını yerinə yetirir.
3.2.5. Kompyuterdə oyun tipli sadə proqramlarla işləyir.
3.2.6. Kompyuterin sadə qurğuları ilə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət
edir.
3.4.1. Kompyuterdə böyük, kiçik hərfləri, rəqəmləri və durğu işarələrini yığır.
3.4.2. Kompyuterdə söz və söz birləşmələrini yığır.
3.4.3. Kompyuterdə sadə mətnləri yığır.
3.4.4. Redaktə xarakterli sadə tapşırıqları yerinə yetirir.
TƏDRİS VAHİDİ – 4
KOMPYUTER
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ
SAATLARIN MİQDARI: 9 saat
KİÇİK SUMMATİV
QİYMƏTLƏNDİRMƏ: 2 saat
BÖYÜK SUMMATİV
QİYMƏTLƏNDİRMƏ: 1 saat
60
Kompyuterdə praktiki dərslərin təşkili ilə bağlı
ümumi tövsiyələr
Respublikamızda informasiya texnologiyalarının inkişaf dinamikası informatika dərslərində
praktiki məşğələlərin əhəmiyyətini artırır. Bu baxımdan kompyuterdə praktiki dərslərin sayı da
4 il əvvəlki dərsliyə nisbətən artırılmışdır. Əgər 4 il əvvəl 1-ci sinif dərsliyində praktiki dərslərə
cəmi 4 saat ayrılırdısa, builki dərslikdə praktiki saatların sayı 9-a çatdırılmışdır. Kompyuterlərin
kütləvi yayılması tədris prosesində ondan daha geniş istifadə olunmasına şərait
yaradır. Ona görə də bütün praktiki dərslərin kompyuter sinfində tədris olunması nəzərdə
tutulmuşdur. Kompyuter sinfində işi düzgün təşkil etmək üçün müəllimlərə aşağıdakı məsələlərə
diqqət yetirmək tövsiyə olunur.
Praktiki dərslərdə yerinə yetiriləcək tapşırıqları müəllimin əvvəlcədən proyektorda göstərməsi
uşaqlara sərbəst işləmələri üçün kömək edə bilər. Proyektor olmayan siniflərdə lövhədən və
plakatlardan istifadə etmək olar. Hər iki vəziyyətdə müəllim izahlar verə və işin yerinə yetirilmə
ardıcıllığını göstərə bilər.
Praktiki dərslərdə şagird işlərinin kompyuterdə saxlanılması çox vacibdir. Yaxşı olardı ki, hər
bir şagird praktiki məşğələlərdə eyni bir kompyuterdə işləsin. Əgər bu, mümkün deyilsə, onda
çalışmaq lazımdır ki, işçi qovluqlar şəbəkə vasitəsilə bütün kompyuterlərdən açıla bilsin.
Bu məqsədlə müəllim hər bir şagird üçün kompyuterin yaddaşında ayrıca qovluq yaradır.
Şagirdin bütün işləri öz adı ilə adlanan qovluqda saxlanılır.
Şagirdlərdə işlərini kompyuterdə saxlamaq mədəniyyətinin formalaşdırılması çox əhəmiyyətlidir.
Şagird işlərinin saxlanmasının daha mühüm səbəbi kompyuterdə onların hər biri üçün ayrıca
portfolio yaratmaqdır. Müasir ibtidai təhsil qiymətləndirmənin daha uzunmüddətli müşahidələrə
əsaslanmağını tələb edir. Bu baxımdan şagirdlərin işlərinin toplanması onların bilik və bacarıqlarının
inkişafının izlənməsi üçün böyük əhəmiyyət kəsb edir. Portfolioların surətləri istənilən
vaxt şagirdin özünə, yaxud valideyninə verilə bilər.
Müəllimə tövsiyə olunur ki, praktiki dərslərdən əvvəl bütün kompyuterləri işə salsın və nasazlıqları
mümkün qədər tez aradan qaldırsın. Dərsə kompyuterlərin işə qoşulu vəziyyətdə başlanması
vaxta qənaət etmək baxımından çox əhəmiyyətlidir. Elə bu məqsədlə bütün kompyuterlərin iş
masalarına istifadə olunan proqramların (MS Paint, NotePad, Calculator) simgələri çıxarıla bilər.
Kompyuter sinfində işi düzgün təşkil etmək üçün narahatlıq yaradacaq aşağıdakı məsələlərə
diqqət yetirmək lazımdır:
 uşaqlar kompyuterdə işə o qədər aludə olurlar ki, uzun müddət ondan əl çəkə bilmirlər.
Ekran qarşısında çox oturmaq onların görmə orqanlarına və fiziki sağlamlıqlarına mənfi
təsir göstərə bilər;
 displeydə bir obyektə uzun müddət baxdıqda uşaq gözünün akkomodasiya qabiliyyəti
(fokusun dəyişməsi) xeyli zəifləyir. Buna səbəb odur ki, göz uzun müddət monitordan
eyni məsafədə yerləşən nöqtələrə zillənir. Ona görə də gözü ekrandan çəkəndən sonra
yaxında və uzaqda yerləşən obyektlərə fokusun uyğunlaşması dərhal deyil, bir müddətdən
sonra, tədricən baş verir;
 bütün diqqəti ekranda olan şagird gözünü daha az qırpır. Bunun da nəticəsində göz
almasının xarici səthi az islanır. Bu da gözün selikli qişasının qıcıqlanmasına səbəb olur;
 məktəblərin çoxunda kompyuter sinifləri yuxarı yaşlı məktəblilərə uyğun nizamlanır. Oturacaqların
kompyuter stolunun qarşısında daha uzaq məsafədə yerləşməsi kiçikyaşlı
məktəblilərin klaviatura və siçan qurğularından rahat istifadə etmələrinə çətinlik yaradır.
61
Sadalanan mənfi halların qarşısını almaq üçün müəllimə aşağıdakılar tövsiyə olunur:
1. Şagirdin kompyuter qarşısında düzgün oturduğuna əmin olun. Şagird elə oturmalıdır ki,
monitorda bütün obyektləri sərbəst görə bilsin. Hər bir şagirdin kompyuter stolunda klaviaturanın,
siçanın və monitorun (hündürlüyü, əyilmə bucağı) düzgün nizamlanmasına
diqqət yetirin.
2. Dərsə başlamazdan əvvəl hər bir şagirdə yaxınlaşıb onun monitorunun parlaqlığını və
kontrastlığını nizamlayın.
3. Kompyuter siniflərində müxtəlif fəaliyyət növlərindən istifadə edilməsinə fikir verin.
Sinifdə kompyuter stolları ilə yanaşı, digər fəaliyyətlər üçün – kitab və dəftərlə iş, layihələr
və riyazi oyunlar üçün adi partalar da olmalıdır.
4. Şagirdlər tərəfindən kompyuter sinfində təhlükəsizlik texnikasına və kompyuterlə düzgün
davranış qaydalarına əməl olunmasına nəzarət edin.
5. Müəllim nəzarət etməlidir ki, ibtidai siniflərdə, xüsusən də 1-ci sinifdə şagirdlər
kompyuterin qarşısında 10 – 15 dəqiqədən artıq işləməsinlər. Göz üçün vaxtaşırı gimnastika
və sadə idman hərəkətlərini yerinə yetirmək tövsiyə olunur.
Müəllim kompyuterdə yeni bacarıqlar öyrədilən praktiki dərsləri, əsasən, üç mərhələdə qura bilər:
1. Şagirdlərdə maraq oyatmaqla müəllim dərsdə formalaşdırılacaq bacarıqları noutbuk və
proyektor vasitəsilə nümayiş etdirir, lazım olan təlimatları verir.
2. Şagirdlər kompyuter qarşısında əyləşdirilir, yeni bacarıqları formalaşdırmaq istiqamətində
sadə tapşırıqları müəllimin nəzarəti ilə yerinə yetirirlər.
3. Şagirdlərin işlərinə baxış keçirilir, onların çətinlik çəkdikləri məqamlar müzakirə
olunur və işlər qiymətləndirilir.
Dərs 16 / Mövzu: Kompyuter nədir
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Bu dərs
kompyuterlə ilk tanışlıq xarakteri daşıyır. Dərsdə insanın öz işini asanlaşdırmaq üçün hazırladığı maşın
və alətlərdən söhbət açmaq olar. Uşaqlar öz evlərində gördükləri bəzi maşınların adını və təyinatını
söyləyə bilər. Müəllim qeyd edə bilər ki, onların içində elə maşınlar var ki, insana fiziki işlərdə deyil, əqli
işlərdə kömək edir, yəni informasiya ilə işləyir. Kompyuter də onlardan biridir. Kompyuterin hissələrinin
şagirdlərə daha çox tanış olan əşyalarla müqayisədə izah edilməsi bu hissələri yaxşı yadda saxlamağa
kömək edir. Dərsin təlim məqsədlərini reallaşdırarkən şagirdlərdə kompyuterə düzgün münasibət
formalaşdırılmasına diqqət verilməlidir. Yəni şagirdlərə izah etmək olar ki, kompyuterə son məqsəd kimi
deyil, alət kimi baxmaq lazımdır. Mövzu kompyuterlə ilk tanışlıqla bağlı olduğu üçün kompyuterləri və
onların hissələrini əyani nümayiş etdirmək olar.
62
Şagirdləri aktivləşdirmək və mövzuya maraq oyatmaq üçün şəkil üzrə iş təşkil edilə bilər.
Şəkildə təsvir olunan qurğular barədə bilikləri yoxlamaq üçün müəyyən suallar verilə bilər. Bu
zaman şagirdlərdən kimin evində kompyuterin olması barədə sual vermək olar. Bu məlumat
diferensial təlimi təşkil etmək üçün əhəmiyyətli ola bilər.
“Fəaliyyət” blokundakı tapşırıq yerinə yetirilir. Bu tapşırığın məqsədi kompyuterin hissələrini
çox tanış olan obyektlərlə müqayisə etməklə şagirdlərin yadda saxlamasıdır. Ona görə də müəllim
mövzunun girişində verilmiş şəkillə tapşırıqdakı şəkilləri müqayisə etməyi tapşıra bilər.
Uşaqlar öz bilikləri ilə öyünməyi xoşlayırlar. Müəllim onların bu xüsusiyyətlərindən yaxşı
mənada istifadə edə bilər. Şagirdlərdən kimsə kompyuterdə işləmişsə, yaxud onunla hansı işlər
görüldüyünü bilirsə, müəllim bu barədə danışmağı xahiş edə bilər. Bilik qutusunda olan məlumatları
şagirdlərin özlərinin söyləməsinə çalışmaq lazımdır. Bu zaman müəllim kompyuterin
tətbiq sahələrinə aid bir neçə əlavə misal göstərə bilər.
2-ci tapşırıqda radio və maqnitofon musiqiyə qulaq asmaq imkanına görə, 3-cü tapşırıqda
isə telefon danışmaq imkanına və düymələrinə (klaviaturasına) görə kompyuterə bənzəyir.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Kompyuter qurğusunu digər qurğulardan fərqləndirmə.
2. Kompyuterin hissələrini oxşar əşyalarla müqayisə etmə.
3. Kompyuterin istifadə sahələrini nümunələrlə sadalama.
Dərs 17 / Mövzu: Kompyuterin əsas hissələri
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Dərsin
məqsədi şagirdə kompyuterin əsas hissələri və onların iş prinsipləri haqqında məlumat
verməkdir. Şagirdlər kompyuterin hissələrinin iş prinsiplərini sadə şəkildə izah etməli və onların
adlarını təqribi də olsa sadalamağı bacarmalıdırlar. Kompyuterlə ilk tanışlığa onun hissələrini
adi əşyalarla müqayisə etməklə başlamaq daha məqsədəuyğundur.
63
Müəllim dərslikdəki şəkil əsasında şagirdlərə kompyuterin qurğuları haqqında məlumat
verə bilər. Kompyuterin hissələrini əyani olaraq nümayiş etdirməsi daha məqsədəuyğundur.
Bu zaman müəllim kompyuterlərdən birini işə salıb onun hissələrinin təyinatını izah edə bilər.
“Fəaliyyət” blokundakı tapşırıq yerinə yetirilir. Bu tapşırığın məqsədi kompyuterin əsas
hissələrini şagirdlərin yadda saxlamasıdır. Ona görə də müəllim mövzunun girişində verilmiş
şəkillə tapşırıqdakı şəkilləri müqayisə etməyi tapşıra bilər. Bu mərhələnin nəticəsi olaraq müəllim
şaxələnmədən istifadə edib kompyuterin hissələrini sxemlə lövhədə göstərə bilər.
Müəllimə tövsiyə olunur ki, şagirdlərə siçan qurğusu ilə düzgün işləməyi və əlin onun üzərində
düzgün yerləşdirilməsini nümayiş etdirsin. Bu zaman müəllim şagirdlərə bir-bir əllərini
siçanın üzərinə qoymağı tapşıra bilər. Müəllim isə müəyyən düzəlişlər edə bilər.
Tapşırıqlar yerinə yetirilərkən müəllim müqayisə üçün kompyuterlərin uyğun hissələrini
nümayiş etdirə bilər.
DT. Kompyuterləri olan şagirdlər siçandan düzgün istifadəni evdə məşq edə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Kompyuterin hissələrini göstərmə.
2. Kompyuterin əsas hissələrini adi qurğularla müqayisə etmə.
3. Kompyuterin əsas hissələrinin təyinatını izah etmə.
Dərs 18 / Mövzu: Kompyuterlə necə davranmalı
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Bu dərsdən
etibarən şagirdlər kompyuterdə iş vərdişlərinə yiyələnəcəklər. Ona görə də kompyuterdə düzgün oturuş
və iş qaydaları, həmçinin təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi şagirdlərin sağlamlıqları
üçün vacibdir. Bu baxımdan bütün praktiki dərslərə başlamazdan əvvəl müəllim şagirdlərlə təhlükəsizlik
qaydaları haqqında söhbət etməlidir.
Dərslikdəki şəkillərə istinad edən müəllim kompyuterdə iş zamanı təhlükəsizlik qaydalarına
necə riayət olunduğunu izah edir. Bunun vacibliyini qeyd edən müəllim şagirdlərin evlərində
olan elektrik qurğuları ilə iş qaydalarını xatırlada bilər.
Müəllim kompyuterin qarşısında oturuş qaydalarını da izah etməlidir. Yaxşı yadda saxlamaları
üçün şagirdləri bir-bir kompyuter qarşısında otuzdurmaq olar. Digər şagirdlər isə yoldaşlarının
oturuşundakı səhvləri söyləyə bilərlər. Bu zaman kompyuterlərin sönmüş olması daha məqsədəuyğundur.
D.T. Sağlamlıq imkanları məhdud olan şagirdlər kompyuterin qarşısında müəllimin xüsusi
nəzarəti altında və onların sağlamlıq qüsurları nəzərə alınmaqla düzgün əyləşdirilir.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Kompyuterlə iş prosesində ümumi təhlükəsizlik qaydalarını sadalama.
2. Kompyuter otağında davranış qaydalarını sadalama.
3. Kompyuter qarşısında düzgün oturma.
64
Dərs 19 / Mövzu: Kompyuterdə işləməyə başlayırıq
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Bu dərsdə
şagirdlər kompyuterin işə salınması və söndürülməsi qaydaları ilə tanış olurlar. Kompyuterin işə
salınmasını evdə, yaxud məktəbdə olan digər elektrik cihazlarının işə salınma qaydaları ilə müqayisədə
izah etmək olar. Dərsin təlim məqsədlərini reallaşdırarkən müəllim şagirdlərin diqqətini klaviatura və
siçan qurğularından düzgün istifadə olunmasına, kompyuteri işə saldıqdan sonra isə açılan iş
masasına və oradakı simgələrə yönəldə bilər.
Adətən, ilk dəfə kompyuterdə işləməyə başlayan kiçikyaşlı şagirdlər siçanın düymələrini basmaqda və
onu hərəkət etdirməkdə çətinlik çəkirlər. Bu dərsin məqsədlərindən biri də şagirdlərə siçan qurğusundan
düzgün istifadə etməyi öyrətməkdir. Dərsin kompyuter otağında keçirilməsi məqsədəuyğundur.
Müəllim dərslikdəki şəkil əsasında elektrik qurğularının işə salınma qaydaları barədə uşaqlara
suallarla müraciət edə bilər. Uşaqlara elektrik qurğularının işləməsi üçün onları əvvəlcə
elektrik şəbəkəsinə qoşmaq lazım gəldiyini izah etmək olar. Yaxşı olar ki, sinifdə və evlərdə
şəbəkəyə qoşulan elektrik avadanlıqlarına müxtəlif nümunələr göstərilsin. Bu zaman elektrik
cihazlarını müstəqil olaraq şəbəkəyə qoşmağın uşaqlar üçün çox təhlükəli olduğunu qeyd
etmək məqsədəuyğundur.
Müəllim şəbəkəyə qoşulmuş kompyuteri işəsalma qaydasını nümayiş etdirə bilər. O, açılan iş
masası haqqında izahat verə bilər. Yaxşı olar ki, müəllim siçanın göstəricisinin necə hərəkət
etdirilməsini göstərsin. Bu zaman siçanla 5 əsas əməliyyatı nümayiş etdirmək olar: 1 – hərəkət
etdirmə; 2 – obyektin seçdirilməsi; 3 – sol düymənin basılması (çıqqıltı); 4 – sol düymənin iki
dəfə ardıcıl basılması (qoşa çıqqıltı); 5 – sol düyməni basılı saxlamaqla siçanın hərəkət
etdirilməsi.
Sonda START düyməsini basmaqla kompyuterin necə söndürüldüyünü nümayiş etdirmək
olar. Müəllim bu prosesi kompyuterin əməliyyat sisteminə uyğun olaraq həyata keçirir.
Müəllimin nəzarəti ilə “Fəaliyyət” blokunda olan 1-ci tapşırıq, sonra isə 2-ci tapşırıq yerinə
yetirilir.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Siçanı iş masasında sərbəst hərəkət etdirmə.
2. Siçanla müxtəlif obyektləri seçdirmə.
3. Kompyuteri yandırıb-söndürmə.
65
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Elektriklə işləyənləri qeyd et.
2. Hansı qurğu ilə yazı yazmaq olar?
3. Kompyuteri onun hansı hissəsindən işə salmaq lazımdır?
4. Hansı şəkillərdə siçan qurğusu düzgün tutulmayıb?
5. “Monitorun ekranına toxunmayın!” işarəsi hansıdır?
6. Kompyuteri söndürmək üçün hansı düyməni basmaq lazımdır?
66
Dərs 20 / Mövzu: Kompyuterdə şəkil çəkirəm
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Kompyuterdə
praktiki dərslər keçirilərkən bir dərsdə bir neçə bacarığın reallaşdırılması nəzərdə tutulur. Bu, ilk növbədə
kompyuterdə ilkin bacarıqlar olan 3.2.1 – 3.2.3 standartlarıdır. Bütün praktik dərslərdə təhlükəsizlik
texnikası qaydalarının yada salınması vacibdir. Müəllim kompyuterin digər imkanları ilə yanaşı, şəkil
çəkmək imkanlarının da olduğunu xatırlatmalıdır. Dərsin əsas məqsədi kompyuterdə şəkil çəkmək
imkanları ilə tanışlıqdır. Təlim məqsədlərini reallaşdırarkən diqqəti əsas etibarilə qrafik redaktorun
pəncərəsinə, alətlər qutusunun və palitranın harada yerləşməsinə yönəltmək məqsədəuyğundur. Sadə
rəsm alətləri (karandaş, fırça) ilə işləmək qaydalarını göstərmək faydalı olardı. Kompyuterdə çəkilmiş bir
neçə sadə şəkli də nümayiş etdirmək olar.
Tətbiqi proqramların öyrənilməsinə qrafik redaktordan başlanması metodiki baxımdan daha məqsədəuyğundur,
çünki:
1. Şəkil çəkmək uşağın ən parlaq özünüifadə vasitəsidir. Bu isə dərsdə yaradıcı atmosferin
formalaşmasına kömək edir.
2. Qrafik redaktorun alətləri intuitivdir və şagirdlərə tanışdır.
3. Qrafik redaktorun imkanları dərsin nəzəri və praktiki hissələri arasında sıx əlaqə yaratmaqla
şagirdlərdə alqoritmik fəaliyyəti inkişaf etdirir.
4. Paint proqramı kifayət qədər sadə olduğundan bu proqramda işləmək şagirdlərdə heç bir
çətinlik yaratmır.
5. Şagirdlər böyük həvəslə işlədikləri üçün texnoloji priyomları da rahat mənimsəyirlər.
6. Qrafik redaktorda işləmək bacarıqları digər standart priyomların da mənimsənilməsinə yardım
edir. Demək olar ki, bütün tətbiqi proqramların menyusu, komanda və priyomları
eynitiplidir. Ona görə də qrafik redaktorda işləməyi öyrəndikdən sonra başqa proqramlarda
işləmək daha asan olur.
Müəllim mövzuya başlamaq üçün dərslikdəki şəkil üzərində iş təşkil edə bilər.
Əvvəlcə 1-ci “Fəaliyyət” blokunda verilmiş tapşırıq müəllimlə paralel olaraq yerinə yetirilir.
Bu tapşırıqda əsas məqsəd proqramı başlatmaq bacarığını reallaşdırmaqdır. Müəllim
proyektor və noutbukdan istifadə etməklə bilik qutusunda verilmiş məlumatı şərh edir. Sonra
isə 2-ci “Fəaliyyət” blokunda verilmiş tapşırıq müəllimin nəzarəti ilə yerinə yetirilir.
DT. Sağlamlıq imkanları məhdud olan şagirdlər öz istəklərinə uyğun şəkli çəkə bilərlər.
2-ci tapşırıqda verilmiş şəklin çəkilməsi evdə kompyuterdə işləmək imkanı olan şagirdlərə
ev tapşırığı kimi verilə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Paint proqramını başlatma.
2. Karandaş və fırça alətlərindən istifadə etmə.
3. Sadə şəkillər və fiqurlar çəkmə.
67
Dərs 21 / Mövzu: Fiqurların çəkilməsi
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Dərsin məqsədlərini
reallaşdırarkən əsas diqqət şagirdlərin kompyuterdə iş vərdişlərinin təkmilləşdirilməsinə və bir neçə yeni
bacarığın formalaşdırılmasına yönəlməlidir. Bunlar, əsasən, həndəsi fiqurların çəkilməsi üçün alətlərdən
istifadə, çəkilmiş fiqurların yaddaşda saxlanılması, onların iş masasında yerləşdirilməsidir. Şagirdlər üçün onların
çəkdikləri şəklin iş masasının fonunda yerləşdirilməsi çox əhəmiyyətlidir.
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini dərslikdəki şəklə yönəldib altındakı
sualları verə bilər. Əllə çəkilmiş düz xəttin əyri alınmasını nümayiş etdirmək üçün müəllim
lövhəyə üç şagirdi çağırıb onlara xətt, çevrə və düzbucaqlı çəkməyi təklif edə bilər. Müəllim
müqayisə üçün bu fiqurları Paint proqramında da çəkib göstərə bilər.
Əvvəlcə 1-ci “Fəaliyyət” blokunda verilmiş tapşırıq müəllimlə paralel olaraq yerinə yetirilir.
Bu zaman müəllim şagirdlərin diqqətini ona yönəldir ki, bütün alətlərlə iş siçanın sol düyməsini
basmaqla görülür.
DT. Təlim nəticələri yüksək olan şagirdlər 2-ci “Fəaliyyət”
blokunda verilmiş tapşırığı yerinə yetirə bilər.
Çəkilmiş şəklin kompyuterdə saxlanılması və iş masasına çıxarılması
dərslikdə göstərilmiş qayda ilə şərh edilə bilər. “Fəaliyyət”
qutusunda verilmiş tapşırığın müəllimlə paralel şəkildə yerinə yetirilməsi məqsədəuyğundur.
Evdə kompyuterdə işləmək imkanı olan şagirdlər elektron tədris vəsaitində “Tux Paint” qrafik
redaktorunda sadə şəkillər çəkə bilərlər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Sadə həndəsi fiqurlar (düz xətt, düzbucaqlı, oval) çəkmə.
2. Həndəsi fiqurlar vasitəsilə müxtəlif sadə şəkillər çəkmə.
3. Çəkdiyi şəkli kompyuterin yaddaşında saxlama.
4. Çəkdiyi şəkli iş masasında yerləşdirmə.
Dərs 22 / Mövzu: Kompyuterdə yazıram
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Dərsin məqsədlərinin
reallaşdırılması zamanı əsas diqqət kompyuterdə mətn yazmaq imkanlarına yönəldilir. Şagirdlər
klaviaturadan ilk dəfə istifadə edərkən klavişlərin hansı güclə basılması, hansı barmaqlarla hansı klavişlərin
basılması ilə bağlı suallar yaranır. Müəllimin bunu şagirdlərə bir neçə dəfə nümayiş etdirməsi
məqsədəuyğundur. Sadə söz və söz birləşmələrini kompyuterdə yığarkən şagirdlərin yaxşı görmələri
üçün müəllim şriftin ölçülərini böyüdə bilər. Sadə mətnləri yığarkən bəzi durğu işarələrinin – nöqtə,
vergül və sual işarəsinin hansı klavişlərin vasitəsilə yazıldığı nümayiş etdirilir. Dərsə başlamazdan
əvvəl müəllimə klaviatura indikatorunu Azərbaycan dilinə keçirmək tövsiyə olunur.
68
Müəllim mövzuya başlamaq üçün şəkillə iş təşkil edə bilər. Şagirdlər “Fəaliyyət” blokunda
olan 1-ci tapşırığı yerinə yetirirlər. Bu tapşırığı yerinə yetirmək üçün kompyuterdən istifadə
edilməsinə ehtiyac yoxdur. Müəllim hərflərin harada olduğunu soruşa bilər. Müəllim proyektor
vasitəsilə şagirdləri mətn redaktorunun simgəsi və onun pəncərəsi ilə tanış edə bilər.
“Fəaliyyət” blokundakı 2-ci və 3-cü tapşırıq müəllimlə paralel olaraq yerinə yetirilir.
Dərslikdə verilmiş ardıcıllıqla şagirdlər əvvəlcə Azərbaycan əlifbasının kiçik hərflərini, sonra
baş hərflərini, daha sonra isə rəqəmləri yığmaq bacarıqlarını reallaşdırırlar. Bu zaman
klavişindən necə istifadə etmək lazım gəldiyi nümayiş olunur. İş zamanı müəllim “kursor”
anlayışını da izah edir.
Müəllim boşluq və nöqtə klavişlərini nümayiş etdirə bilər.
Evdə kompyuterdə işləmək imkanı olan şagirdlər elektron tədris vəsaitində “Trenajor”
bölməsindəki tapşırıqları yerinə yetirirlər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Klaviaturada hərf və rəqəmləri yığma.
2. Klaviatura vasitəsilə baş hərfləri yığma.
3. Klaviatura vasitəsilə söz və söz birləşmələrini yığma.
Dərs 23 / Mövzu: Mətndə səhvlərin düzəldilməsi
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Dərsin əsas məqsədi
şagirdlərin kompyuterdə mətn yazarkən buraxdıqları səhvləri aşkar etmək və onları düzəltmək bacarığını
reallaşdırmaqdır. Dərsin məqsədlərini reallaşdırarkən çalışmaq lazımdır ki, şagirdlər özləri buraxdıqları
səhvləri aşkar edə bilsinlər. Ən sadə şəkildə səhvləri düzəltmək üçün və klavişlərindən
istifadə qaydası izah olunur. Kursorun səhv buraxılan yerə gətirilməsi göstərilir və sadə nümunələr
əsasında səhvlərin düzəldilməsi şərh edilir. Şagirdlərin kompyuterdə yazdıqları mətnlərdə səhvlərin aşkar
edilməsi və düzəldilməsi tapşırığının icrası bütün siniflə müzakirə edilə bilər.
69
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini dərslikdə verilmiş şəklə yönəldib
altındakı sualları verə bilər.
Bilik qutusunda və klavişləri barədə verilmiş məlumat noutbuk və
proyektor vasitəsilə şagirdlərə nümayiş etdirilə bilər.
Şagirdlər “Fəaliyyət” blokunda olan tapşırığı yerinə yetirir. Yaz ilin әn isti fәslidir cümləsi
yığılır. Bu tapşırıqda əsas məqsəd əvvəlcə fikirdəki yalanı aşkar etmək, sonra isə mətndə
uyğun düzəlişi etməkdir. Bunun üçün müəllim kursoru hərəkət etdirən klavişlərlə iş qaydasını
nümayiş etdirə bilər.
DT. Təlim nəticələri yüksək olan şagirdlərə bir neçə söz yazmaq və bu sözlərdə hərfləri dəyişdirməklə
yeni sözləri almaq tapşırığı da verilə bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Kompyuterdə sadə mətnləri yığma.
2. Kompyuterdə səhvlər buraxılan mətndə səhvləri müəyyən etmə.
3. Kursoru düzəldiləcək hərfin yanına gətirmə.
4. Redaktə xarakterli sadə tapşırıqları yerinə yetirmə.
Dərs 24 / Mövzu: Kompyuterdə hesablayıram
Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat. Dərsin əsas
məqsədi şagirdləri kompyuterin digər imkanları ilə tanış etməkdir. Şagirdlərə izah oluna bilər ki, biz
kompyuterdə şəkil çəksək də, mətn yığsaq da, kompyuterlərin əsas vəzifəsi hesablamalar aparmaqdır.
“Kompyuter” sözünün mənası da “hesablayan” deməkdir. Ona görə də şagirdlərə kompyuterin
hesablama imkanları sadə Calculator proqramı vasitəsilə izah edilir.
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini dərslikdə verilmiş şəklə yönəldib altındakı
sualları verə bilər. Dərsə əsl kalkulyatoru gətirmək məqsədəuyğundur. Bu zaman bəzi
sadə misalları hesablama qaydasını nümayiş etdirmək olar.
Müəllim proyektor vasitəsilə şagirdləri dərslikdəki bilik qutusunda olan məlumatlarla tanış
edir. “Fəaliyyət” blokunda verilmiş tapşırıq yerinə yetirilir. Bu zaman o, proyektor vasitəsilə
tapşırığın necə yerinə yetiriləcəyi barədə şərhlər verə bilər.
Calculator proqramını başlatdıqdan sonra şagirdlərdə sadə hesablamalar aparmaq çətinlik
yaratmır. Tapşırıqda verilən toplama, çıxma kimi sadə əməllərdən istifadə edərkən müəllim
riyazi ifadənin yazılışında olduğu qaydadan istifadə edilməsini yada sala bilər.
Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparıla bilər:
1. Kalkulyator proqramını başlatma və qapatma.
2. Kalkulyator proqramında sadə düymələrin təyinatını şərh etmə.
3. Kalkulyator proqramında sadə hesablamalar aparma.
70
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Nəyi kompyuterdə etmək olmur?
2. Paint proqramının simgəsi hansıdır?
3. Hansı düymə fiqur çəkmək üçün deyil.
4. Fiqur hansı alətlə çəkilib? Onu çərçivəyə al.
5. Mətni yazanda növbəti sətrə keçmək üçün hansı klavişi basmaq lazımdır?
6. Hansı klavişlə mətndə səhv yazılmış simvolu silmək olar?
7. Mətndə kursoru tap və çərçivəyə al.
N i g a r , m ənə s u v e r .
71
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ (II yarımil)
1. Şəkilləri uyğun sözlərlə birləşdir.
2. İnformasiya vasitələrini tap və yaşıl rənglə boya.
3. Qız üçün informasiya mənbəyi nədir?
Şəkil Kitab Oğlan
4. Yığılmış mətnlərə və şəkillərə kompyuterin hansı
hissəsində baxmaq olar?
5. Hər sözü sağdakı kimi, ayrıca sətrə keçirmək üçün hansı klavişdən istifadə
etmək lazımdır?
6. Kalkulyator proqramında düymələr aşağıdakı ardıcıllıqla basılarsa, cavab
nə olacaq?
YAĞMURLU
HAVA
GÜNƏŞLİ
HAVA
BULUDLU
HAVA
bir
iki
üç
72
MƏNBƏLƏR
1. A.Əhmədov, Ə.Abbasov. Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları, 2008.
2. Q.Hüseynov və b. İnklüziv təhsil (ibtidai təhsil pilləsi üçün), 2010.
3. Информатика в начальном образовании, 2000. (ЮНЕСКО)
4. Information and communication technology. The National Curriculum for England
5. С.Н.Тур, Т.П.Бокучава. Методическое пособие по информатике для учителей 1 классов общеобразо-
вательных школ, БХВ-Петербург, Санкт-Петербург, 2007.
6. Ю.А.Аверкин, Н.В.Матвеева, Т.А.Рудченко. Дидактические материалы для организации темaтическо-
го контроля по информатике в начальной школе. Бином, Москва, 2004.
7. А.В.Горячев, А.А.Меньшикова. Методика преподавания информатики в начальной школе (1–4
классы) на примере курса Информатика в играх и задачах, Лекции 5–8 , Москва, 2005.
8. Джени Стил, Керт Мередис, Чарльз Темпл. Основы развития критического мышления, Фонд Сорос-
Кыргызстан, Бишкек, 1998.
9. В.В. Малеев. Общая методика преподавания информатики, Воронеж, 2005.
10. Е.В. Петрушинский. Игры для интенсивного обучения, Прометей, Москва, 1991.
11. А.А.Дуванов. Работаем с информацией. Книга для учителя. Санкт-Петербург, БХВ-Петербург, 2004.
12. Е. Я. Яковенко. Компьютер для школьника. Москва, АСТ, 2007.
13. Большая детская энциклопедия в вопросах и ответах. Минск, Харвест, 2009.
14. PC CD-ROM/ İNFO-KO.
15. PC CD-ROM/ Супердетки. Новый диск.
16. PC CD-ROM/ Дракоша и занимательная информатика. Медиа, 2000.
17. PC CD-ROM/ Учимся анализировать. Новый диск.
18. PC CD-ROM/ Учимся мыслить логически. Новый диск.
19. PC CD-ROM/ Учимся думать. Новый диск.
20. PC CD-ROM Информатика для детей 1–4 классы, 2007.
21. http://edu.gov.az
22. http://kurikulum.az
23. http://informatik.az
24. http://www.pixart.ws/infoko
25. http://stamina.ru
26. http://soft-free.ru/content/view/1845 /118/
27. http://www.curriculumonline.gov.uk
28. http://www.curriculum.edu.au
29. http://www.curriculum.org
30. http://www.meb.gov.tr
31. http://pedsovet.intergu.ru/
32. http://www.websib.ru/
33. http://www.piter.com/project/informatika/
34. http://festival.1september.ru/2005_2006/index.php?subject=11
35. http://lavina80.narod.ru/work.htm
36. http://256bit.ru/informat
37. http://education.alberta.ca/
38. http://ergo.human.cornell.edu/
39. http://www.informatika.ru
40. http://www.fome.ru
41. http://www.infojournal.ru/journal.htm
42. http://www.rusedu.info
43. http://www.klyaksa.nethttp://www.lbz.ru
44. http://www.pedsovet.org
45. http://gcompris.net/-ru

Gönderen Unknown zaman: 23:47

İbtidai sinif testləri

ibtidai sinif testləri, Online testler , Ödənişsiz Online testler.

Bu Blogda Ara

1-ci sinif Riyaziyyat

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Etiketler

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

4-cü sinif testi. Azərbaycan dili Online test 8

Online test 8 Azərbaycan dili 4-cü sinif Mövzu : Omonimlər, sinonimlər antonimlər.

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Azərbaycan dili 2-ci sinif online test

Online test Azərbaycan dili Sinif : 2 Mövzu: Səslər, heca, sözün sətirdən – sətrə keçirilməsi

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

2-ci sinif Azərbaycan dili

Online test İl ərzində keçilənlərin təkrarı İl ərzində keçilən bütün qaydaları əhatə edən ödənişsiz online test .

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

1-ci sinif Riyaziyyat

Bakı şəhəri Sabunçu rayonu T.Hacıyev adına 252-nömrəli tam orta məktəb-lisey. 1-ci sinif Riyaziyyat. Mövzu: Ədədin ikiqatı 25.12.2012. İbrahimova Emilya ibtidai sinif müəllimi ibrahimova.1963 @mail.ru.

Uploaded on Jul 19, 2014

  • Sachi Ishikawa
  • + Follow

Download Presentation

1-ci sinif Riyaziyyat

Presentation Transcript
  1. Bakı şəhəri Sabunçu rayonu T.Hacıyev adına 252-nömrəli tam orta məktəb-lisey 1-ci sinif Riyaziyyat Mövzu:Ədədin ikiqatı 25.12.2012 İbrahimova Emilya ibtidai sinif müəllimi ibrahimova.1963@mail.ru
  2. Məsləhətçi: «İdrak məktəbi»nin direktoru,Konstruktiv Təlim texnologiyasının müəllifi FatmaxanımBunyatova
  3. T.Hacıyev adına 252-nömrəli tam orta məktəb-liseyin ibtidai sinif müəllimi İbrahimova Emilya ibrahimova.1963@mail.ru Имя докладчика Дата презентации
  4. Dərsin məqsədi:1.şagirdlərin şifahi olaraq tez-tez hesablama vərdişlərini inkişaf etdirmək; 2.şagirdləri aldıqları bacarıqları əşyalar üzrə tətbiq etməyi öyrətmək; 3.komandada birlikdə işləmək bacarığını inkişaf etdirmək; Mövzu:Ədədin ikiqatı
  5. -Siz ikiqatdeyəndə nə başa düşürsünüz? . Konstruktiv təlimdə dərs iki hissədən ibarətdir. Dərsin I-çi hissəsində şagirdlərin mövzü haqqında anlamları ortalığa cıxarıılır, bu anlam biliyə cevrilir, və tətbiq edilir. Şagirdlərin «iki qat» deyəndə nə başa düşdüklərini ortalığa cıxartmaq ücün onların qarşısına belə bir sual qoydum. S- Siz iki qat deyəndə nə başa düşürsünüz? Şagirdlər komandada müzakirə edib ortaq bir fikrə gəldilər.
  6. Futbol oynayanda dostum ağrıdan ikiqat oldu Cavablar belə oldu Anam səhər yuxudan durandan sonra yorğanımı iki qatlayıb üstünü örtür rezinin bir ucunu o biri ucuna bağlasam, ikiqat olar -Türkiyədə olanda bir oğlanla dost oldum o dedi ki, mən qarşıdakı binanın ikinci qatında qalıram
  7. Düşüncə yolları Sonda bir cavab üzərində dayandım.Cavab belə oldu;-Mən televizorda reklamda eşitdim :»birini alana ikiqatı hədiyyə». Bu cavabdan sonra uşaqların diqqətini 1 alana 2qat hədiyyə acmasına yönəldirəm: Burada nə deyilir? C- birini alana ikiqat hədiyyə ,yəni bir o qədərdə hədiyyə. S-Bəs ikisini alana necə hədiyyə olacaq? C-İkisini alana 2 hədiyyə ; cəmi 4 ; 2+2=4 S-3-nü alana onda necəsi hədiyyə ediləçəkdir? C- 3 hədiyyə S-Bəs cəmi necəsini aldı- C- 6 ; 3+3=6 S-4-nü alana onda necəsi hədiyyə ediləşəkdir? C -4-nü alana 4-ü hədiyyə cəmi – 8 4+4=8 S- Onda ədədin ikiqatı nədi? Fikirləşin. Cavablar belə oldu: -Ədədin iki qatı ədədin özü ilə özünün toplanmasıdır. -iki qat deyəndə nə vardısa bir o qədərdə əlavə ; -Iki qat deyəndə ədədin üstünə həmən ədədi gəlirik –
  8. Anlamın biliyə cevrilməsi. Komandalarla iş: ( sual qoyulur, şagirdlər komandada fikirləşib ümümi rəyə gəlirlər.) 1. -Qələmlərinizin 2 qatını göstərin 2 -2 almanı ikiqat ını deyin- 3 -4-də necə iki qat vardı? 4 -3 kitabın iki qatını ədədlə göstərin -Deməli ədədin ikiqatı ədədin özünü öz üzərinə əlavə etməkdir 5. – 2 ədədinin iki qatı necə olacaqdır 6. -4.ədədinin iki qatı necə olacaq 7. -6 ədədində necə iki qat var 8. İstədiyiniz ədədi fikirləşin və onun ikiqatını hesablayın . 8 –çi tapşırığa komandaların cavabları müxtəlif oldu: 3+3=6; 10+10=20; 20+20=40; 6+6=12. Bu tapşırıq acıq olduğu ücün hər komandanın üzvləri özlərinə rahat üsulda onu həllini göstərdilər.
  9. . Biliklərin tətbiqi: (komandada iş) 1.3-ün iki qatını hesablayın? 2. 2-nin, 3-ün ,4 ün ikiqatını modelləşdirin. 3.10, 8, 6 ədədin tərkibində necə ikiqat vap? 4. İstədiyiniz ədədin ikiqatını tapınız.
  10. Dərsin ikinçi hissəsi. KOMANDALARLA iş Dərsin ikinçi hissəsində şagirdlər əldə etdikləri bilikləri tətbiq edirlər. Komandalar işçi vərəqinini təqdim edərək düzgünlüyünü yoxlayırlar
  11. 4, 5,5 2, 3, Anlamın bilicrilməsi 8 6 10 4,2,1,1 3,3,1 İşçi vərəqi -1
  12. 1,3,2,2 2,2 4 4 3 3 1 1 5,5 5,2,1 4 4 İşçi vərəqi -2
  13. 4, 6 8 10 = = 7 = 9 = 3,5 > 10 11 < = 8 İşçi vərəqi -3
  14. 6 8 5, 3 3 3 4, 4 4 , 5 1 2 2 3 8 7 4 3 İşçi vərəqi -4
  15. 10 2 5 3 – – 8 3 7 >< = 4 İşçi vərəqi -5
  16. Qiymətləndirmə Qiymətləndirmə müəllim və şagirdlər tərəfindən aparılır.
  17. Dərslik, 1-ci sinif riyaziyyat: N.Qəhrəmanova vəsait: riyaziyyatın dili. F.Bunyatova Pedaqoji Texnologiya »konstruktiv Təlim», İKT, word2010 Resurslar
  18. Diqqətinizə görə təşəkkür Edirik! Dekabr-2013

© 2023 SlideServe | Powered By DigitalOfficePro

Comments are closed, but trackbacks and pingbacks are open.