Press "Enter" to skip to content

The Best: Səsvermənin nəticələri bəlli olub, Messi əsas rəqibini 8 xal qabaqlayıb

XIII əsrin I yarısında Azərbaycan hücumlarına məruz qaldı:

Novruz bayramının tarixi və çərşənbələr

Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu «mifoloji yol»un izləri özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər dörd çərşənbə geniş şəkildə qeyd edilir:
1.Su çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq çərşənbəsi
Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Bu aspektlərə ayrı-ayrılıqda diqqət edək.

Su çərşənbəsi

Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən dominant komponentdir. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə bağlı miflərdə süyün bu keyfiyyəti-od, torpaq, hava ilə bərabər yaradılışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir sakral inam obyekti kimi çıxış edir. Məsələn, Azad Nəbiyevin şərti olaraq «Qurd və su» adlandırdığı mifdə qurdun yaralanmış balası buz bulağın suyunun sakral-mifik gücü ilə yenidən həyata qayıdır. Mifik planda suyun bu yaradıcılıq, həyatvericilik funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən dörd ünsürdən biri olması ilə əlaqədardır. Azərbaycan folklorunda, eləcə də türk xalqlarının folklorunda suyla bağlı sakral görüşlər, inam və sınamlar da bununla əlaqədardır.

Od çərşənbəsi

Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib. Məsələnin bu cür etnik-mifoloji kontekstinin müəyyənləşdirilməsi baxımından yanlış qoyulması bayramın atəşpərəstlik və dolayısı ilə irandilli xalqlarla bağlanmasına, bu da öz növbəsində xalqımızın etnogenezesinin qeyri-türk kontekstində axtarılmasına gətirib çıxarmışdır. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan «Qodu xan» oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk mifologiyasından qaynaqlandığını sübut edir. Od kultunun yaradılışla əlaqəsi isə ilk dəfə olaraq epizodik də olsa Mirəli Seyidovun tədqiqatlarında əksini tapıb. Qam-Şaman mərasimindən söhbət açan alim yazır: «Törəndə, ocağın çevrəsində oturanlar dəfi gündoğan yöndən günbatana dığırlayırdılar. Dəfin gündoğandan günbatana doğru hərəkəti sözsüz ki, günəşə inamla ilişgilidir. Qamlar dəfə yaranışın bəlgəsi kimi baxırdılar. Yaradılış kosmoqoniya ilə ilişgili bu görüş öz əksini qam-şaman dəfində tapmışdır».
Göründüyü kimi, alim şaman dəfini günəşin və yaradılışın simvolu kimi izah edir. Odun türk-mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdildər. Odla bağlı türk-mifik görüşləri müəyyən mənada atəşpərəstliklə birləşərək, Novruz bayramının ritual semantikasına trasfomasiya olunmuşdur. Lakin diqqətlə baxıldıqda odun novruz bayramının mərasim sistemində oynadığı funksiyanın genetik kökləri etibarilə yaradılışa gedib çıxdığının şahidi oluruq. Onun nəsil və coyun qoruyucusu olması sistemi bunu daha bariz göstərir: «Atəş türk xalqlarında müqəddəsliyi, qutsallığı qoruyan varlıqlardan biridir. Əski düşüncəyə görə, atəş ocağı, ocaq da evi, soyun davamını təmsil edir. Atəş tanrısı atəşi və ocağı qoruyur. Atəşə su tökülməz, ona pis söz deyilməz».

Yel çərşənbəsi

Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Belə ki, yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su binar oppozisiyadırsa, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadır. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu mifin məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılmış, canlı, çevik bir varlıq kimi təsəvvür edilmişdir. Bu təsəvvürlər daha çox «yel baba» mifik obrazında konsentrasiya olunmuşdur. Bəzi hallarda mənfi semantemdə də xatırlanan yel baba əksərən müsbət obrazda özünü göstərir.

Torpaq çərşənbəsi

Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.

Novruzun tarixi kökləri

Novruz təqvimi ən qədim təqvimlərdən biri hesab edilir və o, günəşin hərəkətinə əsaslanır: dəqiqliyi ilə ilahi məzmun daşıyır. Novruzla bağlı bizə məlum olan ən qədim təqvim miladdan öncə 505-ci ildə bərpa edilmiş «Yeni Avesta» təqvimidir. Buna Zərdüşti-salnamə də deyirlər. Elə buradaca qeyd edək ki, ən qədim «Avesta» haqqında verilən məlumatlar onun Azərbaycan mühiti ilə bağlı olmasını və maqlar tərəfindən təlim edilib yayılmasını təsdiq edir. Maqların tərtib etdiyi qədim «Avesta» təqviminə görə, ilin uzunluğu 360 gün hesab olunmuş, dəqiqlik itməsin deyə, ilə hər altı ildə bir ay, hər yüz iyirmi ildə isə daha bir ay əlavə edilmişdir. Məhz 505-ci ildə Əhəməni qarı Daranın dövründə bərpa edilmiş Zərdüşti-salnaməsinə görə ilin uzunluğu 365 gün hesab edilmiş, ilə hər dörd ildə bir gün, hər 120 ildə bir ay əlavə edilmişdir.
İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılmışdır. Ümummüsəlman dünyasında məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən və üstəlik hicri-qəməri təqvim nəzərdə tutulan an dəqiqliyə imkan vermədiyindən bir çox çətinliklər ortaya çıxmışdır. Bir tərəfdən islami dünyagörüş Novruzun keçirilməsini saymamışdır, digər bir tərəfdən isə Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix Miladın 1076 və 1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür. Cəlali adıyla məşhur olan bü təqvim novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə, əslində isə türk ruhuna qayıdışa xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir. Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut etməkdədir. Həm məhərrəmin 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklərlə müşayiət edildiyindən, Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman verir. Bu fərman səfəvi şahı II Abbasın vəfatından bir az sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.
1673-cü il mart ayının 21-də Çuxursabad (Çuxursəd) bəylərbəyi Səfiqulu xanın qonağı olan fransız taciri Jan Batist Şardən orada Novruzun necə keçirildiyini izləmiş, belə bir nəticəyə gəlmişdir ki, o, mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyildir: bəzi yerlərdə 3, bəzi yerlərdə isə 8 gün davam edir. Onu həm «Sultan Novruz», həm də «Təzə paltar bayramı» adlandırırlar. Şardənin təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər. Bu zaman artilleriya və muşketlərdən atəş açmaqla bayramın başlandığını xalqa xəbər verirlər: nağaralar, şeypurlar, qərəneylər səslənir. Şah bayramın 1-ci günü xalqını, 2-ci günü alimləri, xüsusilə astronomları, 3-cü günü din xadimlərini, 4-cü günü məhkəmə üzvlərini, 5-ci günü əyalət hakimlərini, 6-cı günü öz valideynlərini, sonrakı iki gün ərzində isə öz uşaqlarını təbrik edir. Küsülülərin barışdığı, hamının bir-birinə hədiyyə verdiyi bu bayramda təkcə paltarlar deyil, hisslər də, duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin şahidi olur. Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş. Ona görə ki, yumurtanı şeylərin mənşə və başlanğıcı hesab edirmişlər.
XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycan türkü bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan 1-ni ruhani aləm, 2-ni ilə dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşadır. Novruz bayramına görə, ruhani atalardan və dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genetik yaddaş kodlarını qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan AXC dövründə Novruz rəsmiləşdirilir, lakin şura hökuməti tərəfindən ləğv edilir. Yenidən illər keçir və nəhayət 1967-ci ildə Novruzun xüsusi qərarla dövlət səviyyəsində keçirilməsinə nail olan Şıxəli Qurbanov elə həmin il bayramın 7-ci günü-martın 27-də qəflətən vəfat edir. Və ən nəhayət Azərbaycan milli müstəqillik dövrünə qədəm qoyur. Novruz yenidən dövlətin qərarı ilə rəsmiləşdirilir. Ümummili liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərimiz yüksək inkişaf mərhələsinə qədəm qoydu. Bu, ümumi mədəni siyasətin tərkib hissəsi və davamı olaraq Novruz bayramı, sözün həqiqi mənasında, yenidən xalqımıza qaytarıldı.
Müəllif: Aygün Telmanqızı
Mənbə: Olaylar.- 2009.- 24 fevral.- S. 15.
Həmçinin bax: Novruz bayramının tarixi kökləri

  • Teqlər:
  • novruz bayramı
  • , çərşənbələr
  • , Novruz
  • , milli bayramlar

“The Best”: Səsvermənin nəticələri bəlli olub, Messi əsas rəqibini 8 xal qabaqlayıb

FIFA 2022-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb. “Report”un məlumatına görə, titula sahib çıxan Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappeni səkkiz xal qabaqlayıb. Messi 52 xalla lider olubsa, Mbappe 44 xal toplaya bilib. Üçüncü sıradakı İspaniyanın “Real Madrid” komandasının forvardı Kərim Benzemanın 34 xalı var. 1. Lionel Messi (Argentina, PSJ) – 52 xal 2. Kilian Mbappe (Fransa, PSJ) – 44 3. Kərim Benzema (Fransa, “Real Madrid”) – 34 4. Luka Modriç (Xorvatiya, “Real Madrid”) – 28 5. Erlinq Holann (Norveç, “Mançester Siti”) – 24 6. Sadio Mane (Seneqal, “Bavariya”) – 19 7. Xulian Alvares (Argentina, “Mançester Siti”) – 17 8. Əşrəf Hakimi (Mərakeş, PSJ) – 15 9. Neymar (Braziliya, PSJ) – 13 10. Kevin De Bruyne (Belçika, “Mançester Siti”) – 10 11. Vinisius Junior (Braziliya, “Real Madrid”) – 10 12. Robert Levandovski (Polşa, “Barselona”) – 7 13. Cud Bellingem (İngiltərə, “Borussiya”) – 3 14. Məhəmməd Salah (Misir, “Liverpul”) – 2

7 ci sinif Azrbaycan tarixi Mvzu Monqollar Azrbaycanda

7 -ci sinif Azərbaycan tarixi ü Mövzu: Monqollar Azərbaycanda .

• Motivasiya-problemin qoyulmasi 3 dəqiqə. • Tədqiqatın aparılması – 15 dəqiqə • Məlumatın mübadiləsi və müzakirəsi – 10 dəqiqə • Nəticənin çıxarılması və ümumiləşdirmə – 5 dəqiqə • Yaradıcı tətbiqetmə-6 dəqiqə • Ev tapşırıqı – 1 dəqiqə • Qiymətləndirmə -5 dəqiqə

Alt standartlar: 1. 1. 2. Tarixi zaman və hadisələr arasında əlaqələrə dair müxtəlif sxem və cədvəllər tərtib edir. 2. 1. 2. Dövrə aid xəritə və xəritə-sxemlərdəki müxtəlif tarixi hadisə proses və təzahürlərə dair məlumatları izah edir. Təlim forması: Kollektiv iş. Qruplarla iş İnteqrasiya: Ü-t. 1. 1. 3. . Təlim üsulu: müzakirə. Venn diaqramı Ü-t. 2. 1. 2. Coğ. 3. 1. 2.

Resurslar: Dərslik, slayt-təqdimat, İş vərəqələri, Sənədlər. Xəritələr.

q Motivasiya Ø Slayd vasitəsilə rebus təqdim olunur. Dərsin adı şagirdlər tərəfindən elan olunur.

Qarmon Qol monqol

Tədqiqat sualı: XIII əsrin I yarısında Azərbaycandakı ağır ictimai-siyasi vəziyyətinin səbəbləri nə idi?

v. Azərbaycan XIII əsrin I yarısında • Bu zaman Azərbaycanda vahid dövlət yox idi. Şirvanşahlar, Ata bəylər və Ağsunqurilər dövlətləri vardı.

Qruplar Çingiz xan Cəbə və Sabutay Cəlaləddin Cormağon

Qrup 1 Mətni oxuyaraq yanlış fikirlərin altından xətt çəkin.

1206 -cı ildə Cormağun noyon tərəfindən Mərkəzi Asiyada yaradılmış Monqol dövləti ilk vaxtlardan hərbi yürüşlərə başladı. 1222 -ci ildə monqol ordusu Cəbə və Sabutayın başçılığı ilə Azərbaycana doğru irəlilədi və Təbrizə çatdı. Şəhərin möhkəm qala divarları ilə əhatə olunduğunu görən monqollar danışığa girməyə üstünlük verdilər. Zəifləmiş Şirvanşahlar dövləti Təbrizi müdafiə etməkdə çətinlik çəkirdi. Şirvanşah Özbək monqollara xərac verməklə Təbrizi xilas etməyə çalışdı. Muğanda qışlamağı qərara alan monqollar Şirvanşahların və Atabəylərin onlara qarşı birləşdiyini bilib Şirvana hücum etdilər. Şirvanşahı məğlub edən monqollar Təbriz üzərinə yenidən hücuma keçdilər. Şəhər xərac verərək təhlükədən xilas edildi. 1222 -ci ilin əvvəlində Marağaya hücum edən düşmən şəhəri talan etdi. Ərdəbili tutandan sonra onlar üçüncü dəfə Təbrizə gəldilər. Atabəy Özbək Naxçıvana qaçdı. Şəhər hakimi Şəmsədin Tuğrayi Təbrizin müdafiəsini möhkəmləndirdi. Ordusunun çox zərər çəkməsini istəməyən monqol sərkərdəsi yenə də xərac alaraq Təbrizi tərk etdi. Beyləqan və Şamaxı şəhərləri də güclü müqavimət göstərdi. Lakin 1223 -ci ildə monqollar Şamaxını ələ keçirib şimala üz tutdular və Dərbəndi tutub Azərbaycanı tərk etdilər. 1231 -ci ildə monqollar yenidən Çingiz xanın başçılığı ilə yenidən Azərbaycana hücum etdilər və Təbrizin tutulması ilə Azərbaycanın işğalını başa çatdırdılar.

Qrup 2 XIII əsrdə Azərbaycanın məruz qaldığı yadelli basqınlarını verilmiş sxem əsasında təsvir edin.

XIII əsrin I yarısında Azərbaycan hücumlarına məruz qaldı:

Qrup 3 Kontur xəritədən istifadə edərək Azərbaycana edilən monqol yürüşlərinin istiqamətlərini xəritə üzərində oxlarla qeyd edin.

Qrup 4 Səlcuq işğalları ilə monqol işğallarını Venn diaqramı əsasında müqayisə edin.

Venn diaqramı Fərq Səlcuq işğalları Fərq Oxşar Monqol işğalları

Açar sözlər: yarlıq Xarəzmşah Cəlaləddin Çingiz xan Monqollar Qaraqorum Usta Bəndər Cəbə və Sabutay Cormağun noyon

Məlumatın mübadiləsi və müzakirəsi: Hər bir qrup öz işini təqdim edirlər. Təqdimat müzakirə şəklində aparılır.

Monqollara aid silahlar

Nəticə və ümumiləşdirmə +/- oyunu əsasında şagirdlər verilən sualları cavablandırırlar. Müəllim şagirdlərə aşağıdakı yönəldici suallarla müraciət edir: ü Monqol işğalları ərəfəsində Azərbaycanda vəziyyət necə idi? ü Monqolların Azərbaycana birinci yürüşünün kəşfiyyat xarakterli olmasını necə izah edərdin? ü Monqolların birinci yürüşünün Azərbaycan üçün nəticələri nə oldu? ü Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı dövründə ölkəmizdə ictimai-iqtisadi vəziyyət necə idi? ü Usta Bəndər üsyanı haqqında hansı fikirləri söyləyə bilərsiniz? ü Monqolların ölkəmizə ikinci yürüşünün məqsədi nə idi? ü Monqolların ikinci yürüşü zamanı Azərbaycanda vəziyyət necə idi? Bu proseslərin sonunda tədqiqat sualına cavab tapılır.

1231 -ci ildə Gəncədə Xarəzmşah Cəlaləddinə qarşı Usta Bəndərin başçılıq etdiyi üsyan oldu. Xarəzmşah Cəlaləddin Usta Bəndər

XIII əsrin I yarısında Azərbycan hücumlarına məruz qaldı: 1220 -1222 -ci illər Cəbə və Sabutay 1225 -1231 -ci illər Xarəzmşah Cəlaləddin 1231 -1239 -cu illər Cormağun noyon

Yaradıcı tətbiqetmə Şagirdlər müasir dövrdə ölkəmizə edilən erməni basqınları ilə monqol işğallarını müqayisə edirlər.

Ev tapşırığı “Monqollar Azərbaycanda” adlı esse yazmaq.

QIYMƏTLƏNDIRMƏ MEYARLARI • Tədqiqataparma • İzahetmə I Monqol yürüşlərinə aid sxem çəkməkdə çətinlik çəkir. I Monqol yürüşlərini xəritəsxemə əsasən izah etməkdə çətinlik çəkir. II IV Sxem tərtib edərkən Azərbaycana edilən Sxemi asanlıqla suallardan istifadə edir. yadelli basqınları ilə tərtib edir. bağlı sxem tərtib edərkən səhvlər edir. II İşğallarla bağlı izahetməni müəllimin köməyilə edir, səhvlərə yol verir. III Xəritə-sxem əsasında izah edir, bəzi səhvlər edir. IV Azərbaycana edilmiş monqol və xarəzmşahın yürüşlərini xəritəsxemlərə əsasən ətraflı izah edir.

Hazırladı: Şəmkir rayonu S. Vurğun adına Təzəkənd tam orta məktəbin tarix müəllimi Süleymanov Davud Elman oğlu davudsuleymanov [email protected] com

Comments are closed, but trackbacks and pingbacks are open.