Press "Enter" to skip to content

100 ilin tənhalığı

Əliməmməd Nuriyev

Hər Şey Daxil

Salam.Necəsiz?Ümid eləyirəm digər yazılarımı bəyənmisiniz?Niyə bu sual sizdən soruşuram çünki həyatlında inşa yazmamış insan olaraq blog yazıram gülməlidir.Dərsdə də pis oxuyan olmamışam amma məcburi bir iş eləmək mənlik deyil.Bəsdi bu qədər izahat.Keçək mövzuya bu gun sizə oxuduğum yeni kitab haqqında yazacam və bu ilk olacaq ona görə fikirimi çatdıra bilməsən üzrlü hesab edin.Düzdü 2 kitabı oxuyub birdən qurtarmışam biri

Qabriel Qarcia Marquez-zin “100 ilin tənhalığı” digəri isə Erix Maria Remark “Lissabon gecəsi” əsəridi.Başlayaq 100 ilin tənhalığında.Əsər yazıçıya nobel mükafatı gətirib.Qabriel QArcia əsəri 2 ilə yazıb amma ondan müsahibə alarkən əsəri ən az 15-16 il düşündüyünü bildirib.Əsər gədikdə əsər Buendialar ailəsinin yüksəlişi qurubu və məhv olmasından bəhs edir.Mənim bu əsərdə özümə yaxın hiss elədiyim obraz Polkovnik Aurlenio Buendia oldu.Bunun əsas səbəbi onun məni kimi arıq tənha olmasıdı.Əsər axıcı bir dillə yazılması onu oxumağı asanlaşdırır.Amma bəzən qərib hadısələr baş verməsi,adların və hadısələrin təkranması adamı çaşdırır.Əsərə 10 üzərindən 5 bal verirəm .Əgər səbrli və başladığınız işi sonuna qədər davam etdirisizsə kitabı oxuyub qurtara biləcəksiniz yoxsa əks halda yarımçıq qoyacağınıza 1oo% z əmanət verirəm.Həttda 1-2 dəfə əsəri yarımçıq qoymaq istədim.İndi isə keçək Remark Lissabon Gecəsi əsərinə.Bu əsərdə yuxardakı əsər kimi sadə və axıcı dillə yazılıb və içındə çox mənalı sözlər.Həmin sözləri sonda yazacam.İndi isə əsərin məzmunu barədə əsər 2-ci dünya müharibəsi illərində faşizimə qarşı çıxmış alman mühacirlər barədə.Burda əsas qəhrəman Şvarsdı.Şvars vətən və ailəsindən uzaqda yaşayır.Lakin həyat yoldaş Helen üçün geri gelir və əsas hadisələrdə bundan sonra başlayır 100 ilin Tənhaliğln oxumaqdansa bunu oxumağınızı məsləhət görürəm.Hər anı həyacanla,macarəylə və düşündürücü dialoqları ilə oxunulası bir kitab.Mənim bu kitaba verdiyim qiymət 9.

100 ilin tənhalığı

    1. gabriel garcia marquez bəyin 16 il ərzində yazdığı möhtəşəm əsər. həvəslə oxudum ancaq qınamasaz bir etiraf etmək istəyirəmki çox anlam verə bilmədim kitaba. yəni adının haqqını artıqlaması ilə verir amma əlavə mesaj yoxdur kitabda.

2. həqiqətən də möhtəşəm əsərdi. mən əslində həmişə nəsə oxuyanda orda mütləq şəkildə informasiya axtarıram, oxunulan kitab oxuma sürətimizi, söz ehtiyatımızı artırmaqdan əlavə mütləq nəsə öyrətməlidi, bilmədiyimiz nələrisə. əgər informasiya yoxdusa manimçün o kitab braziliya serialindan başqa bir şey deyil. bu kitabda yetərincə informasi yoxdu, amma burda olaylar fərqlidi. həqiqətən insani öz içinə ala bilən kitabdi, sanki dil açıb deyir: qonaq ol, dostum, bir ilıq çay qurtumladaq. həm də, məncə, hər yaşda oxunası bir kitabdı, hər dəfə yeni nəsə kəşf edirsən, nələrisə səhv anladığını başa düşürsən. səhv etmirəmsə yaxın son 2ayda mario levi bir verilişdə idi və belə bir cümlə işlətdi: ” 100 yılın yalnızlığını bir kez daha okumam için bir az daha büyümem lazım.”

3. əsərdəki bəzi hissələr bibliyadakı əsas hekayələri xatırladır və bəzi obrazların bibliyadakı simalara ehyam olunduğunu görmək olar. makondo-nun yaranması ilə ilk məhsumluq günlərini, hər şeyi süpürüb aparan sel ilə nuh tufanını, jose arcadio buendia və ursula iguaran ilə adəm və həvvanı (hansı ki bilik ağacından meyvə oğurladığına görə cənnətdən qovulur) qarşı-qarşıya qoymaq olar. biz jose arcadio buendia-nın çöküşünü (ağlını itirməsini) bilik axtarışının nəticəsi kimi görə bilərik.

roman bütünlükdə insan tarixinə metafor və insan təbiətinin geniş şərhindən ibarətdir.

100 ilin tnhalığı

Bu il 22 noyabrda Azərbaycan dövlətçilik tarixi, dövləti üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycan ədliyyəsinin 100 ilik yubileyini qeyd etdik. Bir əsrlik inkişafın yekunu olaraq bu gün qürurla müasir standart və çağrışlara cavab verən, innovasiya və islahatlara açıq, eyni zamanda 100 ilin ənənələrinə, peşəkarlığa söykənən, dövlətçilik maraqlarının qorunması, insan hüquq və azadlıqlaırnın etibarlı müdafiəsi missiyasını uğurla yerinə yetirən effektiv ədliyyə sisteminin fəaliyyətindən danışırıq.

Demokratik, hüquqi dövlət quruculuğu prosesində təkmil, səlahiyyətləndirilmiş, güclü ədliyyə sistemi məxsusi yer tutur. Ədliyyə sistemi dövlət idarəçiliyndə, cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunması, eyni zamanda dövlətçilik təməllərinin möhkəmləndirilməsində vacib rola malikdir. Effketiv ədliyyə sistemi ölkəmizdə hüquq institutlarının formalaşması, inkişafı və təkmilləşməsi kimi mühüm missiyanı yerinə yetirir.

Ədliyyə sistemi və orqanlarının bu mühüm keyfiyyətləri və dövlətçilik üçün əhəmiyyəti 100 əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qurucuları tərəfindən də aydın dərk olunurdu. Cümhuriyyət yarandıqdan sonra qısa mövcudluğu dövründə, hüquq sisteminin inkişafı üzrə görülən işlər xüsusilə qeyd olunmalıdır. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyi ölkənin yaradılması ilə bir gündə – 1918-ci il may ayının 28- də təsis edilmişdi. Bu mənada Azərbaycan ədliyyəsinin tarixi məhz Cümhuriyyətin yaranması ilə başlanır. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdu. 1918-ci ilin noyabr ayının 22-də Nazirliyin Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri, həmçinin ştatları müəyyənləşdirilmişdi.

Cümhuriyyətin 2-ci hökumətinin tərkibində Baş nazir Fətəli xan Xoyski həm də ədliyyə naziri vəzifəsini icra edirdi. Cümhuriyyət parlamentinin 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin qəbul etdiyi deklarasiyada qeyd edilirdi ki, ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Ədliyyə Nazirliyinin yaradılması barədə qərar qəbul olunarkən Fətəli xan Xoyski o vaxt öz çıxışında deyirdi: “Bilirsiniz ki, ədliyyə nəzarəti olmalıdır. Bu olmasa, heç bir dövlətin işi yürüməz. Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz”.

F.X.Xoyski üç cümlə ilə ədliyyə sisteminin önəmini çox aydın şəkildə diqqətə çatdıra bilmişdi. 100 il keçdikdən sonra da böyük dövlət xadiminin fikirləri aktuallığını saxlayır və hər bir cəmiyyətin inkişafında səmərəli ədliyyə sistemi mühüm institusiya kimi çıxış edir. Xüsusən hazırda Azərbaycanda həyata keçirilən islahatların normativ-hüquqi təminatı, cəmiyyətin harmonik inkişafı üçün qanunvericiliyin təkmilləşdirilməsi, hüquq məkanının formalaşdırılması, ədalət mühakiməsi sisteminin müasirləşdirilməsi ədliyyə orqanlarının effektiv fəaliyyətindən xeyli dərəcədə asılıdır.

Bu gün hörmətli cənab nazir Fikrət Məmmədovun rəhbərliyi Ədliyyə Nazirliyi, bütövlükdə ədliyyə sistemi qeyd edilən bu vəzifələrin öhdəsindən çox bacarıqla gəlir, daim islahatları və təkmilləşməni müşahidə edirik. Ədliyyə Nazirliyinin tarixi məhz islahatlar, uğurlu innovasiyalar təcrübəsidir.

Hazırda ölkənin ədliyyə sistemində bütün istiqamətlər üzrə müasirləşmə, yeniləşmə və qabaqcıl təcrübənin tətbiqini müşahidə edirik. Hazırda atılan addımlar yaxın və orta perspektivdə ədliyyə orqanlarının daha yüksək inkişaf səviyyəsinə çatmasını, səmərəli fəaliyyətini şərtləndirəcək. Ədliyyə sistemində son illər aparılan islahatların miqyası doğrudan çox böyükdür və hansı həcmdə iş görüldüyü, zəhmət resurs sərf olunduğu barədə təəssürat yaradır. Bunlardan aşağıdakıları xüsusi qeyd etmək olar:

Qanunvericiliyin təkmilləşdirilməsi, vahid hüquq məkanının formalaşdırılması

Vahid hüquq məkanının təmin ediməsi kimi mühüm vəzifə əsasən Ədliyyə Nazirliyinin üzərinə düşür. Bu sahədə fəaliyyət hazırlanan normativ-hüquqi və normativ aktların layihələrinin mövcud qanunvericiliyə uyğunluğunun təmin edilməsində və beynəlxalq müqavilə layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu və onların hüquqi qüvvəsi məsələləri üzrə rəylərin verilməsində, qüvvədə olan normativ hüquqi aktların yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılması barədə təkliflər hazırlamasında ifadə olunur. Son dövrdə hüquq sistemində islahatlarla əlaqədar vahid hüquq məkanın formaladırılması sahəsində Ədliyyə Nazirliyinin fəaliyyətini onun aparıcı istiqamətlərindən biridir. Son 15 ildə nazirlik tərəfindın 32 mindən artıq qanunvericilik layihəsi ekspertizadan keçirilib, 6.500-dən çox layihə hazırlanmış, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin elektron bazalarına vətəndaşlar tərəfindən hər il yüz minlərlə, 2018-ci ildə isə artıq bir milyondan çox müraciət edilmişdir.

Müasir ədalət mühakiməsi sisteminin bərqərar olması

Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılması, hakimlərin sayının artırılması diqqət mərkəzində olmuşdur. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericiliyə 50-dək dəyişiklik edilmiş, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri ilbəil genişləndirilmiş, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması həvalə edilmiş, hakimlərin təyinatında, səlahiyyətinə xitam verilməsində Şuranın rolu artırılmışdır.

Azərbaycanda hakimlərin maaşının məbləğini qanunla konkret müəyyən etməklə yanaşı, onun azaldılması qadağan olunmuşdur. Son illər ərzində dövlət büdcəsi hesabına və Dünya Bankı ilə birgə 50-dək məhkəmə üçün müasir bina və komplekslərin layihələri hazırlanmış, 9 məhkəmə binası və 6 məhkəmənin yerləşdiyi 2 məhkəmə kompleksi tikilərək istifadəyə verilmişdir. Hazırda 5 məhkəmə üçün bina və komplekslərin inşası davam etdirilir.

Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir. Artıq bu sistemin ayrı-ayrı komponentləri – elektron sənəd dövriyyəsi, işlərin elektron qaydada bölgüsü, elektron idarəetmə və elektron məlumatlandırma proqramları, proseslərin elektron qeydiyyatı tətbiq olunur.

Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycan Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində “Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” adlı layihə ilə iştirak etmiş və ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülmüşdür.

Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sisteminin inkişafına görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirmişdir.

2005-ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmiş, 3 seçim prosesində 2200-dək hakimliyə namizəd iştirak etmiş və onlardan 235-i bütün mərhələlərdə müvəffəqiyyət qazanaraq hakim vəzifələrinə təyin olunmuşlar.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi

Dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün “yol xəritəsi” olmuşdur. Sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılmış, yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilmiş, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunmuşdur. Sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalmış, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı enmişdir. Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37 faiz azalmışdır.

Alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılmış, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü – azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur. Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılmış, mərkəzin imkanları və “elektron qolbağ”ın funksiyaları barədə geniş ictimai təqdimatlar keçirilmişdir. İstifadəsinə bir neçə aydır başlanılmış bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.

Vətəndaşlara və biznesə xidmətlərin göstərilməsi

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılmış və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşmüşdür. Hazırda nazirlik tərəfindən 14 informasiya resursu, o cümlədən elektron notariat, əhalinin və qüvvədən düşmüş sənədlərin, habelə hüquqi aktların dövlət reyestrləri, elektron məhkəmə, elektron icra və digər informasiya sistemləri yaradılmışdır. Həmin resurslar müxtəlif dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya olunaraq hər gün on minlərlə sənəd üzrə məlumat mübadiləsi keçirilir. Eyni zamanda, nazirlik tərəfindən fiziki və hüquqi şəxslərə 31 növ elektron xidmət göstərilir, bu xidmətlərdən istifadələrin sayı 11 milyonu ötmüşdür.

Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq, insanların müraciət etmə, o cümlədən elektron yazışma imkanları genişləndirilmiş, vətəndaş-məmur təmasları azaldılmışdır.

Ədliyyə sahəsində islahatların davam etdirilməsi daim diqqət mərkəzində saxlanılaraq fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan ədliyyəsinin inkişafına dair yeni Dövlət Proqramı hazırlanmışdır.

Ədliyyə Nazirliyinin yaratdığı ən yaxşı təcrübələr

2003-cü illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölənlərin sayı 16 dəfə azalmışdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycanın nailiyyətlərinin yayılmasını tövsiyə etmiş, Nazirliyin Vərəm üzrə Təlim Mərkəzinə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq status verilmiş, 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnmiş, bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılmışdır.

Hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılacaq xüsusi ədliyyə köşkləri vasitəsilə ilk dəfə olaraq, notariat sənədlərinin tərtib olunaraq əldə edilməsi üçün tədbirilər həyata keçirilir. Səyyar elektron xidmətlər göstərilməsi üçün xüsusi çantalar hazırlanmışdır. Bu sahədə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsi üçün müraciətlər edilir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işi təkmilləşdirilib, Əhalinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılaraq 75 il ərzində toplanmış 15 milyondan çox akt qeydi nəhəng iş sayəsində elektron formata keçirilərək bu sistemə daxil edilmişdir. Bu da dünya təcrübəsində ilklərdən sayıla bilər.

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycanda ictimai iştirakçılıq təcrübəsinin yaradılması, ictimai nəzarət mexanizm və təsisatlarının formalaşmasında əvəzsiz töhvə verilmişdir. Nazirlik yanında 22 sentybar 2006-cı ildən penitensiar xidmətə nəzarət üzrə İctimai Komitə formalaşıb. Komitənin üzvləri azadlıqdan məhrum etmə yerlərinə maneəsiz buraxılması üçün ədliyyə naziri tərəfindən imzalanmış xüsusi vəsiqələrlə təmin olunmaqla, onların ayrı-ayrı cəzaçəkmə müəssisələrinə mütəmadi başçəkmələrinə şərait yaradılır. İctimai Komitə üzvlərinə əvvəlcədən xəbər vermədən azadlıqdan məhrum etmə yerlərində monitorinq aparmaq hüququ verilməsi də qabaqcıl təctübə kimi qeyd edilməlidir.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin fəaliyyəti ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət təsisatlarının, mexanizmlərinin yaradılması üçün çox böyük təcrübə, bilik və bacarıq yaratmışdır. Sonradan bu təcrübə İctimai Şuraların yaradılması, ictimai iştirakçılıqla bağlı qanunvericiliyin formalaşması, hökumət-vətəndaş cəmiyyəti konsultasiya mexanizmlərinin formalaşmasında böyük fayda verdi.

Yaxın perspektiv üçün hədəflər

Əldə olunan naliyyətlər, həyata keçirilən islahatlar yaxın və orta perspektiv üçün hədəflərə çatılmasına da müvafiq zəminlər yaradıb. Hakim korpusunun sayının artırıması, orta Avropa göstəriciləri səviyyəsində çatdırılması, məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlərin, qabaqcıl təcrübənin tətbiqinin davam etdirilməsi, məhkəmə sisteminə ictimai etimadın artılması bu hədəflərdən biri kimi qeyd oluna bilər.

Yarımçıq qalan cəzaçəkmə müəssisələrinin tikilib başa çatdırılmasının sürətləndirilməsi, yeni tipli cəzaçəkmə müəssisələrinin tikilməsi mühüm vəzifə kimi qarşıda durur. Hökumət səviyyəsində bu məsələlərin həlli üçün yetərli resurslar səfərbər edilməlidir. İctimaiyytəin də bu məsələləri gündəmdə saxlamasında ciddi ehtiyac var.

Penitensiar xidmətdə islahatlar, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilməlidir. Əhalinin hüquqi maarifləndirilməsi, ödənişsiz hüquqi yardım xidməti sisteminin yaradılması da vacib məsələ kimi gündəlikdə durur.

Bütün bu görülən işlər, həyata keçirilən tədbilər bütövlükdə ölkənin ümumi inkişafı kontesktində də çox böyük töhfə verib. Bu baxımdan ölkə rəhbərliyinin ədliyyə orqanlarının fəaliyyətinə xüsusi önəm verməsi qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyev, möhtərəm prezident İlham Əliyev hər zaman ədliyyə orqanlarının inkişafı üçün mümkün olan bütün dəstəyi göstərib. Yenilik və islahatlara, təkmilləşdirmələrin həyata keçirilməsinə bilavasitə rəhbərlik edərək, nailiyyətlərin əldə olunmasını təmin ediblər. Ölkə rəhbərliyi səviyyəsində hər zaman ədliyyə orqanlarının inkişaf təşəbbüslərinə dəstək verilib. Nəticədə müasir, güclü, ənənələrə söykənərək dinamik inkişafda olan ədliyyə sisteminə malikik.

Əliməmməd Nuriyev

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü,

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Comments are closed, but trackbacks and pingbacks are open.