1000 manata qdr olan hadislrs dyp mkdaşının hadisy
Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu fəslə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.
Bəs mənim 10 manatım hara getdi?
Vüqar A-dan 100 AZN aldı. A- dan aldığı 100 AZN itirdi. Daha sonra B-dən 50 AZN aldı. B dən aldığı 50 AZN in 20 AZN-ni xərclədi. Yerdə qalan 30AZN A -ya olan borcundan qaytardı. Nəticədə A -ya 70 AZN borclu qaldı. Vüqar ümumilikdə 150 AZN borc almışdı. Lakin Vüqar dövrüyədə olan pulu hesbladıqda nəticə 140 AZN alınır. A-ya olan borcu 70 AZN + B -yə olan borcu 50 AZN + xərclədiyi 20 AZN = 140 AZN
SUAL: Bəs A ilə B- nin 10 AZN i hara getdi?
Dostlarınla paylaş:
Oxşar məqalələr
- Çox maraqlı suallar
- IQ testi
- Məntiqi suallar.
- Məntiqli suallar
- Məntiqli suallar
Ev elanları
- Yaşayış kompleksləri
- İpoteka krediti kalkulyatoru
- homdom.az-ev elanları
- Kirayə verilən daşınmaz əmlak elanlari
14 şərh
A-ya olan borcu 70 AZN + B -yə olan borcu 50 AZN + xərclədiyi 20 AZN = 140 AZN. burda xərclədiyi 20 azn ifadəsi səhvdir, çünki A ya verdiyi 30 azn öz pulu deyil. 30 azn olmalıdır. basa sala bildim?
B yə verdiyi borclar arasında A ya qaytardığı borcu da hesablamaq lazımdır. 70 + 20+ 30
dövriyyədə 150 azn var. amma topladıqda 140 azn alınır. SEBEB?
çünki hesablama yalnışdır.
belə fikirləsək: bir adama 5 manat borcunuz var və siz onun 2 manatını xərcləyirsiniz 3 manatsizə qalır. sonra ümumi borc hesablanarkən 5+2 kimi hesablanmır. burada da onun kimidir: A-ya olan borcu 70 AZN + B -yə olan borcu 50 AZN + xərclədiyi 20 AZN = 140 AZN – səhv buradadır məncə. cunki xərclənən pul 50 azn dən idi və sonradan həmin pullar toplanıb.
sizinle raziyam.50+20 dogurdan bu yalnisdir
belke cavab yazilsin?
Başa düşdüm
Açıqlama:
A= 100-30=70
B= 50-20=30
Vüqarın öz 30 azn-i olmadığından A-daki 30azn B-dəki 50-nin üzərnə gəlinir. 70+80=150.
Baş qarışdırmaq üçün 30 azn əvəzinə 20 azn yazılıb. Diqqətlə baxsan görərsizki borcu qaytararkən əslində 20 əvəzinə 30 olmalıdır. Çünkü 20+20= 40 edər. Lakin B-dəki borc 50 azndir. və A-ya olan 100 azn-dən 20 yox 30 azn çıxmışdı. 50+30+70=150.
Əgər 30 azn xərcləyib 20 azn borcdan çıxsaydı onda 80 azn qalardı. 80+50=130. Bax onda üzərinə 20 gələrdik. Və yenədə 150 alınardı.
sizinle raziyam . evvela hesablama yanlisdir cunki umumi borc alinan puldan xerclenen pulu cixmaq lazim gelirdi
100 azn borc +50 azn bor ve hemin 50 azn lik borcdan 100 aznlik borca odenilen pul 100azn -30 azn 50+30azn kimi hesblanmali idi. tam deqiq ise beledi. pulu yoxuydu borclar 100+50=150 xercler 150-20=130 130-30(qaytarilan borc)=100 azn bu qalan 100 aznide itirmisdi
sual bu cür olmalıydı: mən oglan dostumdan borca 100 manat aldım və onu itirdim daha sonra qız dostumdanda borca 50 manat aldım onun 30 manatını oglan dostuma verdim 20 manatına da konfet aldım, oglan dostuma 30 manat verdiyim üçün ona 70 manat borcum qaldı qız dostuma isə 50 manat ikisi də bir yerdə edir 120 manat və 20 manatada konfet almışdım onu qaytarıb pulunu qoyuram 120 manatın üstünə bu da edir 140 manat bəs 10 manat hara getdi?
cavab: mən konfeti qaytarıb puluna borcum olan oglan və qız dostuma deyirəmki mənim ümumilikdə sizə120 manat borcum var ala bu 20 manatı borcumdan 20 manat çıxın qalsın sizə 100 manat borcum
190 manatı almaq üçün QAYDALAR DƏYİŞDİ: bunları edin və. – VİDEOTƏLİMAT
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
ƏƏSMN-in istifadəyə verdiyi e-sosial.az saytında daha əvvəl tətbiq edilən qeydiyyat üsulu dəyişdirilib.
Məlumat üçün bildiririk ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.
Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az (e-sosial.az/#) portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.
Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.
Həmin təlimatlar aşağıda göstərilən ardıcıllıqla aparılmalıdır.
Açılan pəncərədə FİN kod yazılırŞəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi daxil edilir (“AZE” və ya “AA” hissəsinin yazılması vacibdir!)Daha sonra “YOXLA” düyməsi basılır. (ŞƏKİL 1)
Bundan sonra “ad”, “soyad” və “ata adı” üçün tərtib edilən xanalar sistem tərəfindən doldurulur. Yəni bu xanalar vətəndaş tərəfindən yazılaraq DOLDURULMUR! (ŞƏKİL 2)
Daha sonra müvafiq olaraq yaşadığınız şəhəri, faktiki yaşadığınız ünvanı, e-mailinizi və telefon nömrənizi yazmalısınız.(ŞƏKİL 3)
Daha sonra “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər” xanasını seçməlisiniz (ŞƏKİL 4 və ŞƏKİL 5)
VERGİLƏR
Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu fəslə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.
Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyiciləri tərəfindən malların idxalına görə əlavə dəyər vergisinin, o cümlədən tranzit yük daşınması qaydasında və müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə əlavə dəyər vergisinin (ƏDV) hansı qaydada hesablandığını müəyyənləşdirməkdir. Tranzit qaydada və müvəqqəti idxal şəklində Azərbaycan Respublikasına daxil olan mallar ƏDV-nin obyekti deyil. Tranzit dedikdə, hər hansı hüquqi və ya fiziki şəxsin malların bir ölkədən digər ölkəyə daşınması zamanı üçüncü və ya daha çox ölkənin ərazisindən istifadə etməsidir. Müvəqqəti idxal zamanı isə mallar bir ölkəyə daxil olur, amma müəyyən müddətdən sonra geri qaytarılır. Bu iki halda mallar ƏDV-yə cəlb olunmur.
Vergi Məcəlləsinə əsasən, ƏDV ilə bağlı əməliyyatlar 3 növə bölünür: ƏDV-yə 18 faizlə cəlb olunan, (0) dərəcə ilə cəlb olunan və ƏDV-dən azad olunan əməliyyatlar.
Əməliyyatların ƏDV-yə cəlb olunması üçün əsas məqamlardan biri də malların, işlərin və xidmətlərin Azərbaycan Respublikasında təqdim olunmasıdır. Əgər mallar, işlər və xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunursa, bu zaman ƏDV yaranmır, belə dövriyyələr ƏDV obyekti deyil. Qeyd edək ki, bu məsələ ilə malların ixracı məsələsini qarışdırmaq olmaz.
Xidmətlərin və işlərin göstərilməsində fərqli məqamlar var. Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunub ki, işlərin və xidmətlərin 168-ci maddəyə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunması vergi tutulan əməliyyat sayılmır.
Misal 1. Tutaq ki, müəssisə ƏDV ödəyicisidir və 2019-cu ilin may ayında Bakıda 30.000 manatlıq mal təqdim edib, 10.000 manatlıq təmir-tikinti işləri görüb, 5.000 manatlıq xidmət göstərib. Bundan əlavə, 40.000 manatlıq ƏDV-yə cəlb olunan mal idxal edib və Türkiyə Respublikasının ərazisində 30.000 ABŞ dolları dəyərində təmir işləri yerinə yetirib. Üstəlik, Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda 2.000 manatlıq məsləhət xidməti, Rusiya şirkətinə (qeyri-rezidentə) isə 3.000 avroluq hüquq xidməti göstərilib. Qeyd olunan məbləğlərə ƏDV daxil deyildir . Bu əməliyyatlardan hansılar ƏDV-yə cəlb olunan əməliyyatlardır?
30.000 manatlıq mal satışı, 10.000 manatılıq təmir-tikinti işləri, 5.000 manatlıq xidmət və 40.000 manatlıq ƏDV-yə cəlb olunan malların idxalı 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunan əməliyyatlardır. Bu əməliyyatlara görə müəssisə 15.300 manat ((30.000 + 10.000 + 5.000 + 40.000) x 18% = 15.300 manat) ƏDV hesablamalıdır.
Türkiyə Respublikasının ərazisində yerinə yetirilmiş 30.000 ABŞ dolları məbləğində təmir işləri ƏDV-nin obyekti deyil.
Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda göstərilən 2.000 manatlıq məsləhət xidməti və Rusiya şirkətinə (qeyri-rezidentə) göstərilən 3.000 avroluq hüquq xidməti sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlardır.
Misal 2. Tutaq ki, Türkiyə Respublikasının hüquqi şəxsi olan “A” şirkəti 100.000 manatlıq malı Rusiyaya aparmaq üçün Rusiya şirkəti ilə müqavilə bağlayıb. Azərbaycan və Rusiya dövlətlərinin ərazisindən aparılmalı olan mal Azərbaycan Respublikasının ərazisinə daxil olarkən tranzit gömrük bəyannaməsi doldurulur və həmin bəyannamədə respublikamız bu əməliyyat üçün tranzit ölkə olduğu üçün mallar ƏDV- yə cəlb olunmur.
Misal 3. Hüquqi şəxs İran şirkəti ilə razılaşmaya əsasən, 10.000 manatlıq avadanlığı 1 il müddətində gömrük qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisinə gətirib və 1 ildən sonra geri qaytaracaq. Bu misalda ölkə ərazisinə gətirilərək 1 ildən sonra geri qaytaracaq malların idxalı müvəqqəti idxal sayıldığı üçün həmin mallar ƏDV-nin obyekti deyil.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.