Press "Enter" to skip to content

DÖVLƏT QULLUĞU-Azərbaycan Dili 3 Sınaq Testləri və Cavabları2-BB

4-cü sinif Azərbaycan dili .
Mövzu: Samitlərin deyilişi və yazılışı.

İbtidai sinif testləri

ibtidai sinif testləri, Online testler , Ödənişsiz Online testler.

Bu Blogda Ara

Online test 4. Azərbaycan dili 4-cü sinif.

4-cü sinif Azərbaycan dili .
Mövzu: Samitlərin deyilişi və yazılışı.

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Etiketler

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

4-cü sinif testi. Azərbaycan dili Online test 8

Online test 8 Azərbaycan dili 4-cü sinif Mövzu : Omonimlər, sinonimlər antonimlər.

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Azərbaycan dili 2-ci sinif online test

Online test Azərbaycan dili Sinif : 2 Mövzu: Səslər, heca, sözün sətirdən – sətrə keçirilməsi

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

2-ci sinif Azərbaycan dili

Online test İl ərzində keçilənlərin təkrarı İl ərzində keçilən bütün qaydaları əhatə edən ödənişsiz online test .

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

DÖVLƏT QULLUĞU-Azərbaycan Dili 3 Sınaq Testləri və Cavabları2-BB

Dövlət Qulluğu Azərbaycan Dili üzrə 3 ədəd Sınaq Testləri və Cavabları2 (Nərgiz Həsənova)

Sınaq 1

1. ”Adam var ki, çörək tapmaz dünyada” verilmiş cümlədə çörək sözü ismin hansı halındadır?
A) Yiyəlik
B) Adlıq
C)Təsirlik
D)Yönlük
E)Çıxışlıq

2. “Onlar yüksək səylə çalışırdılar” cümlədəki feil haqqında hansı fikir səhvdir?
A)təsirsiz feildir
B) qurluşca sadədir
C) sintaktik vəzifəsi xəbərdir
D)şühudi keçmiş zamandadır
E) tərkibində 3 qrammatik şəkilçi işlənib

3. “deportasiya” sözünün vurğusu neçənci hecadadır?
A)3
B)2
C)1
D)4
E)5

4.“ Ümumiyyətlə,biz elə indi də bəzən vaxtı bildirmək üçün “səhər”, “günorta”, “axşam” və ya “günəş batandan sonra deyirik.”
Cümləsində hansı köməkçi nitq hissələri işlənib?
A)bağlayıcı,qoşma,ədat
B)qoşma,ədat
C)bağlayıcı,modal söz,nida
D)modal söz,ədat,qoşma
E) ədat,modal söz,bağlayıcı, qoşma

5.Hansı sifət digərlərindən fərqlidir?
A)sapsarı
B) göyümtül
C) qırmızımtraq
D)qaraşın
E) ağımsov

6.İsmi birləşməni göstərin
A)yazını yazmaq
B) şagirdlərdən beşi
C) gülləri sulayarkən
D) dərsə gələndə
E) məktəbə tərəf

7.Əlavə işlənmiş cümləni göstərin
A) Mən sənin aşiqinəm,Vətən!
B) Vətən! Çoxmu sevir məni o vətən?
C) Burada-“Xanəngah” deyilən kənddə qonaq otağı var.
D) Qanunla dağı yıxmaq olar.
E) Tək bir nəfər çox narahat idi

8.Sayın işlənmədiyi cümləni göstərin
A)Bizim bircə günlük işimiz qalıb
B) Əmimin qırx beşi yaşı var
C) Onuncular dünənki yarışda qalib gəldilər
D)Adil küçədə bir neçə adamla söhbət edirdi
E) Xalqımıza birlik və həmrəylik gərəkdir

9.Hansı cümlədə “o” əvəzliyindən sonra vergül işarəsi düzgün qoyulub?
A) O ,xalqı üçün çox işlər görüb
B) O,uçuq evin sahibi indi buralarda yaşamır
C) O, ancaq səni eşidə bilər
D) O, dedi ki, bir daha bura gəlməyəcək
E) O,ən gözəl əsərini yaradıb

10.Ədatlardan birinin məna növü düzgün göstərilməyib?
A)barı-arzu
B) artıq-məhdudlaşdırıcı
C)-sana–əmr
D) olduqca-qüvvətləndirici
E) əsl-dəqiqləşdirici

11. “Səhər bizə gələcəklər dedi sən də gələ bilərsən”
Verilmiş nümunədə hansı durğu işarələri buraxılmışdır?
A) 2 vergül,2 tire
B) nöqtəli vergül,tire
C) nöqtə,3 tire
D) qoşa nöqtə, 3 vergül
E) qoşa nöqtə,sual

12. Ən yüksək səviyyəli rəsmi sənəd hansıdır?
A) protokol
B) sərəncam
C) əmr
D) akt
E) konstitusiya

13.Hansı xüsusiyyət publisistik üslub üçün səciyyəvi deyil?
A) müxtəlif maraqları ifadə etmə
B) analitik şərhlərdən istifadə
C) xalq danışıq dilinə yaxınlıq
D) qrafik vasitələrdən istifadə
E) kütləvi aydınlıq və anlaşıqlıq

14.Mənim kiçik oğlum V- sinifdə oxuyur- cümləsində kiçik sözünün sintaktik funksiyası nədir?
A) Mübtəda
B) Zərflik
C) Təyin
D)lll növ təyini söz birləşməsinin daxili üzvü
E) Tamamlıq

15. Tərkib hissələri intonasiya ilə bağlanan tabeli mürəkkəb cümləni seçin
A) Getmək istəyirsən bəhanəsiz get
B) Evə gəlib çatsa da danışmadı
C) Oxusa,bilər
D) Danışsa da bir mətləb hasil edə bilmədik
E) Kim yaxşı rəsm çəksə qalib odur

CAVABLAR
1.C
2.D
3.A
4.E
5.A
6.B
7.C
8.E
9.A
10.B
11.A
12.E
13.D
14.D
15.A

Sınaq 2

1.”Dekorasiya” sözündə vurğu neçənci hecaya düşür?
A)1
B)2
C)3
D)4
E)5

2.Hansı sözdə səslərin sayı hərflərin sayından azdır?
A)gənclər
B)ailə
C)addım
D) güzəştsiz
E) zanbaq

3.Hansı cümlədə hər iki sözün omonimliyi vardır?
A)dağ,dərə
B)daş,alma
C)kürək,tala
D)xəyal, aşıq
E)əsər, ağır

4.Hansı ismin yalnız bir halda olduğunu dəqiq müəyyənləşdirmək olar?
A)cismin
B)ağlın
C) zehnin
D)sətrin
E)qəbrin

5.Mürəkkəb adlardan birinin yazılışı səhvdir
A)Azərbaycan Respublikasının Nazirlər Kabineti
B)Azərbaycan Respublikasının Baş naziri
C) Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti
D)Bərdə Rayon Təhsil Şöbəsi
E)Orta Paleolit dövrü

6.Ümumi məna qrupundan kənara çıxan sifət hansıdır?
A)yekə
B)nəhəng
C)kiçik
D)xırda
E)yumru

7.Yazıldığı kimi tələffüz olunan say hansıdır?
A)səkkiz
B)yeddi
C) doqquz
D)altmış
E)dörd

8.Sözlərdən biri zərfdir
A)bayram
B)eldə
C)alt
D)səndə
E)necə

9.Cümlələrdən birində ədat işlənməmişdir
A)Siz ki əvvəllər bilirdiniz
B) Binanın qarşısındakı meydançada da çiçəklər əkilmişdi
C)Bəs siz getmirsiniz?
D)Sabah getməlisiniz ha!
E)Kaş siz həkim olasınız

10.Nümunələrdən biri söz birləşməsi deyil
A) sözün düzü
B) maraqlı təklif
C)Muğan düzü
D)qaçan at
E)sizdən əvvəl

11.Cümlələrdən birinin xəbəri əvəzliklə ifadə olunmuşdur
A)Kaş tez-tez görəydim səni
B)Sənsiz qəhr edirdi bu cahan məni
C)Darvazanın ağzında səssiz-səmirsiz dayanan kimdir?
D) İstedadlı şagirdlərimiz yüzlərlədir
E)Vətənimizin hər qarış torpağı bizimkidir.

12.Verilən cümlədə hansı durğu işarələri buraxılıb?
Gələnlərin bəzisi yəni Sabir Kamil və Nemət bunu bilmirdi.
A) vergül,tire
B) vergül
C)tire,qoşa nöqtə
D) qoşa nöqtə, vergül
E)2 vergül,qoşa nöqtə

13.Ümumilli liderimiz H.Əliyevin siyasi fəaliyyətini əks etdirən kitablar hansı üslubda yazılmış hesab olunur?
A)bədii
B)rəsmi
C)elmi
D) publisistik
E) işgüzar

14.Kimliyi təsdiq etmək üçün verilən sənəd hansıdır?
A)qaimə
B)qəbz
C) bildiriş
D)etibarnamə
E)arayış

15.Hansı cümlədə “bu” əvəzliyindən sonra vergül qoymalıdır?
A)Bu dövrün adamı deyiləm ki,mən
B)Bu da belə bir ömürdür,yaşadım
C)Bu əlimlə bəslədiyim sevgidir
D)Bu gizli eşq ilə yaşayacağam
E)Bu həm də müəllimin son vəsiyyəti idi

CAVABLAR

1.C
2.D
3.C
4B
5.C
6E
7B
8.C
9.B
10E
11C
12E
13D
14E
15C

Sınaq 3

1.Həm leksik şəkilçi,həm qoşma, həm də ədat ola bilən söz hansıdır?
A)-can²
B)-dək
C)-mı⁴
D)-ca²
E)-ki

2.”Atavın çox maraqlı yaddaşı var” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) qrammatik
B) orfoqrafik, leksik
C)orfoepik
D) leksik
E) qrammatik, leksik

3.Əməli yazıların sadə formalarından biridir.Anons,reklam,afişa,bildiriş və.s kimi formaları var.Söhbət hansı əməli yazı növündən gedir?
A) məktub
B) teleqram
C) annotasiya
D) vəkalətnamə
E)elan

4.”Saxta adamlarla dostluq etmək düşmənlərlə dostluq etməkdən qorxuludur” cümləsində hansı cümlə üzvləri yoxdur?
A) təyin, tamamlıq
B) mübtəda, zərflik
C) təyin, zərflik
D) təyin
E) zərflik

5.Hansı cümlədə say sifətində sualına cavab verə bilər?
A)ilk dərs günü birincilərin həyəcanı hədsiz idi
B) Birinci çıxış hamıda maraq oyatdı
C)Yüzlərlə tamaşaçı onu alqışladı
D)Son görüşümüzdən artıq on il keçir
E)insana sözü bir dəfə deyərlər

6.Feillərdən birini iki müxtəlif zamanda düşünmək olmaz
A) gülürdü
B) uçurdu
C)qaçırdı
D)itirdi
E) keçirdi

7.Səslərdən birinin uzanması ilə mənası dəyişən sözlər hansıdır?
A)mina, məna
B)əsir, sürfə
C)əyan,dava
D)kitab,katib
E)gəlin,əkin

8.Miqdar zərfi olan cümləni göstərin
A) əsgərlərimiz qorxmadan irəliləyirdilər
B)kəndə axşam çatacaqsan?
C)çox adam çox iş görər
D)bu sözləri dəfələrlə demişdi
E) çoxlarının bu işdən xəbəri vardı

9.Mürəkkəb bağlayıcıları seçin
1.hərçənd
2.halbuki
3.habelə
4.ona görə də
5.hərgah
A)2,3,5
B)1,2,3
C)2,4,5
D)1,3,5
E)2,3,4

10.Biri söz birləşməsi deyil
A)görülən iş
B) həyatın mənası
C)işin ustası
D)ana vətən
E)axşama doğru

11.Cümlədə hansı durğu işarələri buraxılmışdır?
Nəhayət hamısı oğlu gəlini və nəvəsi bir yerə yığıldı.
A)qoşa nöqtə,iki vergül
B)vergül,tire
C)iki vergül
D)yalnız tire
E) yalnız qoşa nöqtə

12.Biri omonim deyil
A) tala
B)yara
C)yar
D)üzüm
E) zindan

13.Sadə isimlər cərgəsini seçin
A)heyvanxana, kredit
B) köynək,kötük
C)qışotu,qışqırıq
D) nişasta, məqalət
E) konsert,goreşən

14.Sintaktik üsulla yaranmış azaltma dərəcəli sifəti müəyyən edin
A)gödərək
B)açıq-yaşıl
C)çox balaca
D) uzunsov
E)ən kiçik

15.Zərflərdən birində vurğu ikinci hecaya düşür:
A) güclə
B) dostcasına
C)qəlbən
D) cəsarətlə
E) vüqarla

CAVABLAR

1.D
2.B
3.E
4.C
5.B
6A
7.C
8.D
9.E
10.E
11.A
12.D
13.B
14.B
15.E

Comments are closed, but trackbacks and pingbacks are open.