Press "Enter" to skip to content

VIII sinif. Azərbaycan tarixi. İllik Planlaşdırma

Fərdi və qruplarla iş, BİBÖ, müzakirə

Metodbirləşmələr

Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə kömək məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi cəhətlərinə toxunmaq istərdik.

Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək göstərmək, fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər dərs ilinin əvvəlində metodik kabinetin əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.

Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini yüksəltməkdə, yeni pedaqoji texnologiyaları və təlimin müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir.

Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır? Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını, nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir. Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.

Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin “açıq dərs”lərinin təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir. Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi əsasında metodbirləşmələrin illik iş planının aşağıdakı formada tərtib edilməsi tövsiyə olunur:

·metodbirləşmələrin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi; metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr;
·tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;
·metodbirləşmə iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik planlaşdırmalar, “açıq dərs”lər və dərslərdə qarşılıqlı iştirak, onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;
·pedaqoji mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin planlaşdırılması;
·fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;
·gənc müəllimlərlə işdə hamilik, stajkeçmə;
·əyani vəsait və didaktik materialların hazırlanması;
·normativ sənədlərin öyrənilməsi;
·aradıcı, novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
·şəxsi təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.
Tədris ilinin sonunda metodbirləşmələrin fəaliyyətini aşağıdakı ardıcıllıqla təhlil etmək olar:
·metodbirləşmələrin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi;
·hansı nəticələr əldə edilmişdir;
·imtahanların nəticəsi;
·olimpiadaların nəticəsi;
·ali məktəblərə qəbulun nəticəsi;
·tədris proqramlarının yerinə yetirilməsi;
·şagirdlərin tərbiyəlilik səviyyəsi;
·test yoxlamaları üzrə məktəb monitorinqinin nəticəsi;
Əldə edilən bu nəticələr hansı məsələlərin həllinə kömək etmişdir?
·kadr potensialının yaxşılaşdırılmasına (müəllimlərin hazırlığı, ixtisaslarının artırılması və s.);
·metodik səviyyənin yüksəlməsinə (yeni proqramlar, dərsliklər, dərs vəsaitlərinə dair işin təşkili, təcrübə mübadiləsinin aparılması, yeni texnologiyalardan istifadə, şəxsi təhsilini artırmaq üzrə işin yekunu və s.);

·normativ-hüquqi sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.) .

Hər il metodbirləşmələrin qarşısında elə vəzifələr durmalıdır ki, onlar metodik problemləri həll edə bilsinlər. Məsələn, tutaq ki, bütün pedaqoji kollektiv təlim prosesində şagirdlərinin idrak fəaliyyətinin inkişafı üzərində işləyir. Deməli, hər bir metodbirləşmənin vəzifəsi bu olmalıdır.

Metodbirləşmələrə rəhbərliyin ən yaxşı formaları kimi metodistlərin, məktəb direktoru və ya onun müavinlərindən birinin məşğələlərdə iştirakı, elmi əsaslı və inandırıcı tövsiyələri, əsaslandırıcı nəticə çıxarıb işi qiymətləndirməsi ola bilər. Ona görə də məktəb rəhbərləri metodbirləşmə məşğələlərində müzakirə edilən məsələlərlə əvvəlcədən tanış olmalı, hazırlanmış materiallara dair müvafiq tövsiyələrini verməlidir.

Gənc müəllimlərlə işin təşkili. Gənc müəllimlərlə işin təşkili, onlara metodik və metodoloji kömək göstərilməsi metodik kabinetlərin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biri olmalıdır.

Gənc müəllim ali təhsil müəssisəsini bitirib məktəbə gəlir. O, şagirdlərlə işləməyə hazırdırmı? Əlbəttə, hazır deyildir. Hələlik onda pedaqoji üslub, şagirdlərlə işləmək vərdişi formalaşmamışdır. Ona görə də ilk gündən başlayaraq metodik kabinetin əməkdaşları, məktəb rəhbərləri gənc müəllimlə əməkdaşlıq etməli, gündəlik dərs planının tərtibi, işin formalarının seçilməsi, təlimin yeni metodlarının tətbiqi, gənc müəllim üçün çox çətin olan şagirdlərlə ünsiyyət və əməkdaşlığın yaradılması və digər məsələlərdə ona yaxından kömək etməlidirlər. Əgər gənc müəllimin yanında müdrik, təcrübəli müəllim (hami) olmasa, o, dəyərli mütəxəssis kimi yetişə bilməz. Məşhur pedaqoq və psixoloq M.M.Rubinşteyn əsərlərinin birində qeyd edirdi ki, “pedaqoq sözün dar mənasında təhsil müəssisəsində deyil, praktik həyatda yaranır”. Ona görə də gənc müəllim həmişə özündən yaşlıların, təcrübəli hamilərin, metodistlərin, metodbirləşmə rəhbərlərinin, müəllim yoldaşlarının, sinif rəhbərinin və psixoloqun müntəzəm olaraq köməyini hiss etməlidir. Gənc müəllimin pedaqoji kollektivə uyğunlaşması üçün onunla müntəzəm olaraq seminar və treninqlərin keçirilməsi çox vacibdir.

Məktəb təcrübəsində gənc müəllimlərlə aparılan metodik işin fərdi formalarına daha çox üstünlük verilir. Onlardan ən başlıcası məktəb rəhbərlərinin gənc müəllimlərlə apardığı fərdi söhbətlərdir. Bu söhbətdə məktəbin rəhbərliyi gənc müəllimin hansı məsələləri öyrənməyə daha çox ehtiyacı olduğunu müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, gənc müəllimlərdən birinə VII-VIII siniflərdə Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi tapşırılmışdır. Bununla əlaqədar şagirdlərin hazırlıq səviyyəsini aydınlaşdırmaq üçün müəllim keçən ilin sinif jurnalları, şagirdlərin şəxsi işləri ilə tanış olmalı, həmin siniflərdə dərs demiş müəllimlər, sinif rəhbərləri, uşaq yaradıcılıq birliyinin rəhbəri, sinif valideyn komitəsinin sədrləri ilə görüşərək söhbət aparmalıdır. Bundan əlavə, məktəb rəhbərinin tapşırığı əsasında təcrübəli müəllimlərdən biri müxtəlif məsələlər, məsələn, dərsə necə hazırlaşmaq, dərsə verilən didaktik tələblər, tədris prosesində təlimin fəal metodlarından istifadə, şagirdlərin biliyinin qiymətləndirilməsi, ev tapşırıqlarının seçilməsi və s. barədə ona məsləhət verə bilər.

Təcrübəli məktəb rəhbərləri dərs ilinin ilk günlərində yeni işə başlayan gənc müəllimə cədvəldə dərs salınmasını məqsədəmüvafiq hesab etmirlər. İlk günlərdə məktəbin direktoru, yaxud təlim-tərbiyə işləri üzrə direktor müavininin gənc müəllimi öz dərslərinə aparmağı tövsiyə edirlər. Bu zaman gənc müəllim dərsin təşkili, dərsdə təlimin yeni metodlarının tətbiqi, şagirdlərin fəaliyyətinin qiymətləndirilməsini əyani surətdə görür, öz dərslərini keçməyə psixoloji cəhətdən hazır olur. Gənc müəllimi ilk dərslərə hərtərəfli hazırlaşdırmaq, onda öz qüvvə və bacarığına inam yaratmaq, onu ruhlandırmaq təkcə metodistlərin və məktəb rəhbərlərinin vəzifəsi deyil, eyni zamanda bütün pedaqoji kollektivin, ilk növbədə hər fənn üzrə metodbirləşmə rəhbərinin də əsas vəzifəsi olmalıdır.

Gənc müəllimlərlə aparılan fərdi metodik iş bununla məhdudlaşa bilməz. Məktəb direktorunun gənc müəllimlə ilk söhbəti problemi həll etmir. Gənc müəllimə təlim-tərbiyə prosesində kömək göstərmək, onu işləməyə öyrətmək, onun vaxtaşırı təcrübəli müəllimlərin dərslərində iştirakını təmin etmək sistem halını almalıdır. Gənc müəllimlərin peşəkarlıq səviyyəsini yalnız bu yolla artırmaq mümkündür. Müşahidələr göstərir ki, bəzi məktəb rəhbərləri ilk günlərdən gənc müəllimlərin dərslərində ya tez-tez iştirak edir, yeni şəraitə, pedaqoji kollektivə uyğunlaşmasına imkan vermir, ya da onun dərslərində ümumiyyətlə iştirak etmir. Hər iki hal məqbul sayılmır.

Bəs məktəb rəhbərləri gənc müəllimin dərsində nə vaxt iştirak etməlidirlər? Məsələ ilə bağlı pedaqoji və metodik ədəbiyyatda vahid fikir yoxdur. T.İ.Qorskaya “Məktəbdə təlim-tərbiyə prosesinin təşkili” adlı kitabında gənc müəllimin ilk dərsində məktəb rəhbərlərinin iştirakını məqsədəmüvafiq hesab etmir. Onun fikrincə, gənc müəllimə imkan verilməlidir ki, şagirdləri tanısın, yeni şəraitə uyğunlaşsın, sinifdə öz yerini tapsın. İlk dərsinin necə keçməsi haqqında məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti kifayətdir. Müəllimdən soruşmaq olar: dərs necə keçdi? Şagirdlər dərsdə keçilən materialı tam mənimsədilərmi? Dərsdə şagirdlərin fəaliyyəti necə təşkil olunmuşdu? Kim daha intensiv işləmişdir – müəllim, yoxsa şagirdlər? Dərsin təşkili, onun quruluşu, pedaqoji texnologiyaların tətbiqinə necə yer verildi? Müəllim-şagird əməkdaşlığı necə quruldu? Dərsdə hansı cəhətlər uğurlu olmuşdur?

Məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti elə məz munda olmalıdır ki, o, ruhdan düşməsin, onda öz qüvvəsinə inam yaransın. Dərsin nəticəsi ilə əlaqədar müəllimlə söhbət edərkən təkliflər yazdırmağa tələsmək lazım deyildir. Yaxşı olar ki, ona dərsin təşkili metodikasına dair bir neçə metodik vəsait oxumaq tövsiyə edilsin. Bu, gənc müəllimdə elmi-pedaqoji və metodik ədəbiyyata həvəs yaratmaq baxımından da faydalı olar. Gənc müəllimlərə metodik köməyin ən səmərəli formalarından biri “açıq dərs”lərin təşkili və dərslərdə qarşılıqlı iştirakdır.

“Açıq dərs”lər bir tərəfdən öyrədici xarakter daşıyırsa, digər tərəfdən qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasına xidmət edir. Dərsin təşkili, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən mürəkkəb və daim təkmilləşdirilməsi tələb olunan prosesdir. Yaxşı təşkil olunmuş “açıq dərs”in çox böyük faydası vardır. “Açıq dərs”lərin aparılması yüksək peşəkarlığı ilə seçilən yaradıcı müəllimlərə tapşırılmalıdır ki, dərsdə təlimin ən səmərəli metod və üsullarından istifadə edilsin, çünki pedaqoji yaradıcılıq son dərəcə mürəkkəb bir təzahürdür. Burada müəllimdən hədsiz dərəcədə məharət tələb olunur. B.P.Strezikozin qeyd edir ki, “. müəllimin “açıq dərs”ə hazırlaşmasından sui-istifadə etmək olmaz. Əks-təqdirdə müəllim öz pedaqoji fikrinə görə deyil, məktəb rəhbərlərinin və metodistlərin verdikləri çoxlu miqdarda, bəzən bir-birinə əks olan məsləhətlərə əməl etməli olur ki, nəticədə dərs adilərinə nisbətən xeyli pis keçir”. Ona görə də dərsin strukturunun və mərhələlərinin seçilməsində müəllimə bir qədər sərbəstlik verilməlidir, çünki dərs müəllimin yaradıcılığının məhsuludur.

Məktəb təcrübəsində “açıq dərs”lərin təşkilinin iki forması mövcuddur.

·Müəllim müstəqil surətdə dərsin tipini və quruluşunu seçir və özü planlaşdırdığı formada dərsi keçir. Bu dərslər adətən qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənmək məqsədi daşıyır;

·Müəllimin “açıq dərs” üçün hazırladığı plan həmin fənn üzrə metodbirləşmədə müzakirə edilir, təklif və qeydlər əsasında dərsin planını yenidən işləyir və onun əsasında “açıq dərs”i keçir. Belə dərslər təlimin metodlarının tətbiqində müəllimə kömək göstərir.

Müəllimlərin pedaqoji ustalığının yüksəldilməsi üçün metodbirləşmələrin təşkil etdiyi qarşılıqlı qaydada dərslərdə iştirakın da mühüm əhəmiyyəti vardır. Yenicə fəaliyyətə başlayan müəllimlər daha təcrübəli yoldaşlarından dərslərə hazırlaşmağın forması ilə tanış olur, dərsin hər bir mərhələsində tətbiq edilən təlimin yeni metodlarının əməli surətdə necə reallaşdırıldığını görürlər. Lakin dərslərdə qarşılıqlı surətdə iştirak yalnız yeni fəaliyyətə başlayan pedaqoqların öyrədilməsi ilə məhdudlaşmamalıdır. Hər bir müəllim həmkarının dərslərində iştirak etməklə ondan nə isə faydalı, öz dərslərində istifadə edə biləcək bir şey götürə bilər.

Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirsək, deyə bilərik ki, ilk müstəqil dərslər, birinci pedaqoji fəaliyyət ili gənc müəllimlərin pedaqoji ustalığa yiyələnməsində mühüm mərhələdir. Burada ilk səhvlər və məyusluq labüddür. Gənc müəllimin pedaqoji prosesdəki səhvlərini görmək, onun təkrar olunmasının və dərinləşməsinin qarşısını vaxtında almaq, təcrübədə özünü doğrultmüş metodik priyomlara yiyələnməkdə onlarla əməkdaşlıq etmək, onlara kömək göstərmək məktəb rəhbərlərinin və metodik kabinet əməkdaşlarının ümdə vəzifəsi olmalıdır.. Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə kömək məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi cəhətlərinə toxunmaq istərdik.

Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək göstərmək, fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər dərs ilinin əvvəlində metodik kabinetin əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.

Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini yüksəltməkdə, yeni pedaqoji texnologiyaları və təlimin müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir.

Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır? Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını, nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir. Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.

Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin “açıq dərs”lərinin təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir. Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi əsasında metodbirləşmələrin illik iş planının aşağıdakı formada tərtib edilməsi tövsiyə olunur:

·metodbirləşmələrin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi; metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr;

·tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;

·metodbirləşmə iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik planlaşdırmalar, “açıq dərs”lər və dərslərdə qarşılıqlı iştirak, onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;

·pedaqoji mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin planlaşdırılması;

·fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;

·gənc müəllimlərlə işdə hamilik, stajkeçmə;

·əyani vəsait və didaktik materialların hazırlanması;

·normativ sənədlərin öyrənilməsi;

·yaradıcı, novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;

·şəxsi təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.

Tədris ilinin sonunda metodbirləşmələrin fəaliyyətini aşağıdakı ardıcıllıqla təhlil etmək olar:

·metodbirləşmələrin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi;

·hansı nəticələr əldə edilmişdir;

·ali məktəblərə qəbulun nəticəsi;

·tədris proqramlarının yerinə yetirilməsi;

·şagirdlərin tərbiyəlilik səviyyəsi;

·test yoxlamaları üzrə məktəb monitorinqinin nəticəsi;

Əldə edilən bu nəticələr hansı məsələlərin həllinə kömək etmişdir?

·kadr potensialının yaxşılaşdırılmasına (müəllimlərin hazırlığı, ixtisaslarının artırılması və s.);

·metodik səviyyənin yüksəlməsinə (yeni proqramlar, dərsliklər, dərs vəsaitlərinə dair işin təşkili, təcrübə mübadiləsinin aparılması, yeni texnologiyalardan istifadə, şəxsi təhsilini artırmaq üzrə işin yekunu və s.);

·normativ-hüquqi sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.) .

Hər il metodbirləşmələrin qarşısında elə vəzifələr durmalıdır ki, onlar metodik problemləri həll edə bilsinlər. Məsələn, tutaq ki, bütün pedaqoji kollektiv təlim prosesində şagirdlərinin idrak fəaliyyətinin inkişafı üzərində işləyir. Deməli, hər bir metodbirləşmənin vəzifəsi bu olmalıdır.

Metodbirləşmələrə rəhbərliyin ən yaxşı formaları kimi metodistlərin, məktəb direktoru və ya onun müavinlərindən birinin məşğələlərdə iştirakı, elmi əsaslı və inandırıcı tövsiyələri, əsaslandırıcı nəticə çıxarıb işi qiymətləndirməsi ola bilər. Ona görə də məktəb rəhbərləri metodbirləşmə məşğələlərində müzakirə edilən məsələlərlə əvvəlcədən tanış olmalı, hazırlanmış materiallara dair müvafiq tövsiyələrini verməlidir.

Gənc müəllimlərlə işin təşkili. Gənc müəllimlərlə işin təşkili, onlara metodik və metodoloji kömək göstərilməsi metodik kabinetlərin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biri olmalıdır.

Gənc müəllim ali təhsil müəssisəsini bitirib məktəbə gəlir. O, şagirdlərlə işləməyə hazırdırmı? Əlbəttə, hazır deyildir. Hələlik onda pedaqoji üslub, şagirdlərlə işləmək vərdişi formalaşmamışdır. Ona görə də ilk gündən başlayaraq metodik kabinetin əməkdaşları, məktəb rəhbərləri gənc müəllimlə əməkdaşlıq etməli, gündəlik dərs planının tərtibi, işin formalarının seçilməsi, təlimin yeni metodlarının tətbiqi, gənc müəllim üçün çox çətin olan şagirdlərlə ünsiyyət və əməkdaşlığın yaradılması və digər məsələlərdə ona yaxından kömək etməlidirlər. Əgər gənc müəllimin yanında müdrik, təcrübəli müəllim (hami) olmasa, o, dəyərli mütəxəssis kimi yetişə bilməz. Məşhur pedaqoq və psixoloq M.M.Rubinşteyn əsərlərinin birində qeyd edirdi ki, “pedaqoq sözün dar mənasında təhsil müəssisəsində deyil, praktik həyatda yaranır”. Ona görə də gənc müəllim həmişə özündən yaşlıların, təcrübəli hamilərin, metodistlərin, metodbirləşmə rəhbərlərinin, müəllim yoldaşlarının, sinif rəhbərinin və psixoloqun müntəzəm olaraq köməyini hiss etməlidir. Gənc müəllimin pedaqoji kollektivə uyğunlaşması üçün onunla müntəzəm olaraq seminar və treninqlərin keçirilməsi çox vacibdir.

Məktəb təcrübəsində gənc müəllimlərlə aparılan metodik işin fərdi formalarına daha çox üstünlük verilir. Onlardan ən başlıcası məktəb rəhbərlərinin gənc müəllimlərlə apardığı fərdi söhbətlərdir. Bu söhbətdə məktəbin rəhbərliyi gənc müəllimin hansı məsələləri öyrənməyə daha çox ehtiyacı olduğunu müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, gənc müəllimlərdən birinə VII-VIII siniflərdə Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi tapşırılmışdır. Bununla əlaqədar şagirdlərin hazırlıq səviyyəsini aydınlaşdırmaq üçün müəllim keçən ilin sinif jurnalları, şagirdlərin şəxsi işləri ilə tanış olmalı, həmin siniflərdə dərs demiş müəllimlər, sinif rəhbərləri, uşaq yaradıcılıq birliyinin rəhbəri, sinif valideyn komitəsinin sədrləri ilə görüşərək söhbət aparmalıdır. Bundan əlavə, məktəb rəhbərinin tapşırığı əsasında təcrübəli müəllimlərdən biri müxtəlif məsələlər, məsələn, dərsə necə hazırlaşmaq, dərsə verilən didaktik tələblər, tədris prosesində təlimin fəal metodlarından istifadə, şagirdlərin biliyinin qiymətləndirilməsi, ev tapşırıqlarının seçilməsi və s. barədə ona məsləhət verə bilər.

Təcrübəli məktəb rəhbərləri dərs ilinin ilk günlərində yeni işə başlayan gənc müəllimə cədvəldə dərs salınmasını məqsədəmüvafiq hesab etmirlər. İlk günlərdə məktəbin direktoru, yaxud təlim-tərbiyə işləri üzrə direktor müavininin gənc müəllimi öz dərslərinə aparmağı tövsiyə edirlər. Bu zaman gənc müəllim dərsin təşkili, dərsdə təlimin yeni metodlarının tətbiqi, şagirdlərin fəaliyyətinin qiymətləndirilməsini əyani surətdə görür, öz dərslərini keçməyə psixoloji cəhətdən hazır olur. Gənc müəllimi ilk dərslərə hərtərəfli hazırlaşdırmaq, onda öz qüvvə və bacarığına inam yaratmaq, onu ruhlandırmaq təkcə metodistlərin və məktəb rəhbərlərinin vəzifəsi deyil, eyni zamanda bütün pedaqoji kollektivin, ilk növbədə hər fənn üzrə metodbirləşmə rəhbərinin də əsas vəzifəsi olmalıdır.

Gənc müəllimlərlə aparılan fərdi metodik iş bununla məhdudlaşa bilməz. Məktəb direktorunun gənc müəllimlə ilk söhbəti problemi həll etmir. Gənc müəllimə təlim-tərbiyə prosesində kömək göstərmək, onu işləməyə öyrətmək, onun vaxtaşırı təcrübəli müəllimlərin dərslərində iştirakını təmin etmək sistem halını almalıdır. Gənc müəllimlərin peşəkarlıq səviyyəsini yalnız bu yolla artırmaq mümkündür. Müşahidələr göstərir ki, bəzi məktəb rəhbərləri ilk günlərdən gənc müəllimlərin dərslərində ya tez-tez iştirak edir, yeni şəraitə, pedaqoji kollektivə uyğunlaşmasına imkan vermir, ya da onun dərslərində ümumiyyətlə iştirak etmir. Hər iki hal məqbul sayılmır.

Bəs məktəb rəhbərləri gənc müəllimin dərsində nə vaxt iştirak etməlidirlər? Məsələ ilə bağlı pedaqoji və metodik ədəbiyyatda vahid fikir yoxdur. T.İ.Qorskaya “Məktəbdə təlim-tərbiyə prosesinin təşkili” adlı kitabında gənc müəllimin ilk dərsində məktəb rəhbərlərinin iştirakını məqsədəmüvafiq hesab etmir. Onun fikrincə, gənc müəllimə imkan verilməlidir ki, şagirdləri tanısın, yeni şəraitə uyğunlaşsın, sinifdə öz yerini tapsın. İlk dərsinin necə keçməsi haqqında məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti kifayətdir. Müəllimdən soruşmaq olar: dərs necə keçdi? Şagirdlər dərsdə keçilən materialı tam mənimsədilərmi? Dərsdə şagirdlərin fəaliyyəti necə təşkil olunmuşdu? Kim daha intensiv işləmişdir – müəllim, yoxsa şagirdlər? Dərsin təşkili, onun quruluşu, pedaqoji texnologiyaların tətbiqinə necə yer verildi? Müəllim-şagird əməkdaşlığı necə quruldu? Dərsdə hansı cəhətlər uğurlu olmuşdur?

Məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti elə məzmunda olmalıdır ki, o, ruhdan düşməsin, onda öz qüvvəsinə inam yaransın. Dərsin nəticəsi ilə əlaqədar müəllimlə söhbət edərkən təkliflər yazdırmağa tələsmək lazım deyildir. Yaxşı olar ki, ona dərsin təşkili metodikasına dair bir neçə metodik vəsait oxumaq tövsiyə edilsin. Bu, gənc müəllimdə elmi-pedaqoji və metodik ədəbiyyata həvəs yaratmaq baxımından da faydalı olar. Gənc müəllimlərə metodik köməyin ən səmərəli formalarından biri “açıq dərs”lərin təşkili və dərslərdə qarşılıqlı iştirakdır.

“Açıq dərs”lər bir tərəfdən öyrədici xarakter daşıyırsa, digər tərəfdən qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasına xidmət edir. Dərsin təşkili, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən mürəkkəb və daim təkmilləşdirilməsi tələb olunan prosesdir. Yaxşı təşkil olunmuş “açıq dərs”in çox böyük faydası vardır. “Açıq dərs”lərin aparılması yüksək peşəkarlığı ilə seçilən yaradıcı müəllimlərə tapşırılmalıdır ki, dərsdə təlimin ən səmərəli metod və üsullarından istifadə edilsin, çünki pedaqoji yaradıcılıq son dərəcə mürəkkəb bir təzahürdür. Burada müəllimdən hədsiz dərəcədə məharət tələb olunur. B.P.Strezikozin qeyd edir ki, “. müəllimin “açıq dərs”ə hazırlaşmasından sui-istifadə etmək olmaz. Əks-təqdirdə müəllim öz pedaqoji fikrinə görə deyil, məktəb rəhbərlərinin və metodistlərin verdikləri çoxlu miqdarda, bəzən bir-birinə əks olan məsləhətlərə əməl etməli olur ki, nəticədə dərs adilərinə nisbətən xeyli pis keçir”. Ona görə də dərsin strukturunun və mərhələlərinin seçilməsində müəllimə bir qədər sərbəstlik verilməlidir, çünki dərs müəllimin yaradıcılığının məhsuludur.

Məktəb təcrübəsində “açıq dərs”lərin təşkilinin iki forması mövcuddur.

·Müəllim müstəqil surətdə dərsin tipini və quruluşunu seçir və özü planlaşdırdığı formada dərsi keçir. Bu dərslər adətən qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənmək məqsədi daşıyır;

·Müəllimin “açıq dərs” üçün hazırladığı plan həmin fənn üzrə metodbirləşmədə müzakirə edilir, təklif və qeydlər əsasında dərsin planını yenidən işləyir və onun əsasında “açıq dərs”i keçir. Belə dərslər təlimin metodlarının tətbiqində müəllimə kömək göstərir.

Müəllimlərin pedaqoji ustalığının yüksəldilməsi üçün metodbirləşmələrin təşkil etdiyi qarşılıqlı qaydada dərslərdə iştirakın da mühüm əhəmiyyəti vardır. Yenicə fəaliyyətə başlayan müəllimlər daha təcrübəli yoldaşlarından dərslərə hazırlaşmağın forması ilə tanış olur, dərsin hər bir mərhələsində tətbiq edilən təlimin yeni metodlarının əməli surətdə necə reallaşdırıldığını görürlər. Lakin dərslərdə qarşılıqlı surətdə iştirak yalnız yeni fəaliyyətə başlayan pedaqoqların öyrədilməsi ilə məhdudlaşmamalıdır. Hər bir müəllim həmkarının dərslərində iştirak etməklə ondan nə isə faydalı, öz dərslərində istifadə edə biləcək bir şey götürə bilər.

Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirsək, deyə bilərik ki, ilk müstəqil dərslər, birinci pedaqoji fəaliyyət ili gənc müəllimlərin pedaqoji ustalığa yiyələnməsində mühüm mərhələdir. Burada ilk səhvlər və məyusluq labüddür. Gənc müəllimin pedaqoji prosesdəki səhvlərini görmək, onun təkrar olunmasının və dərinləşməsinin qarşısını vaxtında almaq, təcrübədə özünü doğrultmüş metodik priyomlara yiyələnməkdə onlarla əməkdaşlıq etmək, onlara kömək göstərmək məktəb rəhbərlərinin və metodik kabinet əməkdaşlarının ümdə vəzifəsi olmalıdır.

VIII sinif. Azərbaycan tarixi. İllik Planlaşdırma

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.06.2015 – ci il tarixli 645 № – li əmri ilə təsdiq edilmiş Azərbaycan tarixi ( VIII sinif ) müəllim üçün metodik vəsait və dərslik əsasında tərtib edilmişdir.

Просмотр содержимого документа
«VIII sinif. Azərbaycan tarixi. İllik Planlaşdırma»

Təlimin forma və üsulları

Azərbaycan XVI əsrin II yarısı – XVII əsrdə

a)Azərbaycan Səfəvi dövləti XVI əsrin son rübündə

Kollektiv və qruplarla iş,beyin həmləsi,insert,müzakirə

a)Tənəzzüldən qüdrətə aparan yol

Fərdi və qruplarla iş, fasiləli oxu,Venn dioqramı, suallar

Dərslik, iş vərəqləri,xəritə

b)Şah I Abbasın xarici siyasəti

Fərdi və qruplarla iş, fasiləli oxu,Venn dioqramı, suallar

Dərslik, iş vərəqləri,xəritə

a)Azərbaycan torpaqlarının azad edilməsi

Kollektiv və cütlərlə iş, beyin həmləsi, müzakirə,

Dərslik, iş vərəqləri,xəritə

b)II İstanbul, Mərənd və Qəsri-Şirin müqavilələri

Kollektiv və cütlərlə iş, beyin həmləsi, müzakirə,

Dərslik, iş vərəqləri,xəritə

XVI əsrin II yarısı- XVII əsrdə Azərbaycanda ictimai həyat

Kollektiv və qruplarla iş, beyin həmləsi,insert

Dərslik, iş vərəqləri,xəritə,

b)İnzibati idarəetmə. Torpaq mülkiyyət formaları

Kollektiv və qruplarla iş, beyin həmləsi,insert

Dərslik, iş vərəqləri,xəritə,

Təlimin forma və üsulları

Azərbaycan XVIII əsrin birinci

a)Azərbaycanın xarici iqtisadi əlaqələri

Qruplarla və fərdi iş, ziqzaq, karusel, mühazirə

Dərslik, iş vərəqləri,xəritə,

Qruplarla və fərdi iş, ziqzaq, karusel, mühazirə

Dərslik, iş vərəqləri,xəritə,

a)XVII əsrdə Azərbaycan mədəniyyəti

Ü.t.5.1.2.,5.1.3.; Az-d.2.2.3.; Ə. 3.1.2.; Mus.1.1.1.; T.i. 1.3.1.

Kollektiv və cütlərlə iş, klaster,fasiləli oxu

Dərslik, iş vərəqləri,xəritə,

b) Ədəbiyyat və xalq yaradıcılığı

Ü.t.5.1.2.,5.1.3.; Az-d.2.2.3.; Ə. 3.1.2.; Mus.1.1.1.; T.i. 1.3.1.

Kollektiv və cütlərlə iş, klaster,fasiləli oxu

Dərslik, iş vərəqləri,xəritə,

a) XVIII əsrin əvvəllərində Səfəvi dövlətində siyasi vəziyyət

Kollektiv və qruplarla iş,beyin həmləsi, mühazirə

Dərslik, iş vərəqləri,xəritə

Kollektiv və qruplarla iş,beyin həmləsi, mühazirə

Dərslik, iş vərəqləri,xəritə

Təlimin forma və üsulları

Rusiya Xəzər dənizi hövzəsinə yürüşə hazırlaşır

Kollektiv iş, beyin həmləsi, fasiləli oxu, debat

Dərslik, iş vərəqləri,xəritə,

Azərbaycan torpaqları iki imperiya tərəfindən bölüşdürülür

Kollektiv və qruplarla iş, beyin həmləsi, ziqzaq

Dərslik,vatman vərəqi,rəngli markerlər

Böyük Əfşarlar

Azərbaycan Rusiya və Osmanlı dövlətlərinin hakimiyyəti altında

Kollektiv və qruplarla iş, beyin həmləsi

Dərslik, iş vərəqləri,xəritə

Nadir xan Əfşar Səfəvi dövlətinin sərhədlərini bərpa edir

Kollektiv və qruplarla iş, beyin həmləsi

Dərslik, iş vərəqləri,xəritə

Ü.t.3.1.1., 4.1.1., 4.1.2.; C.3.2.1.; H-b.2.1.2.; Az-d.2.2.3.1.2.4.; İnf.3.3.2.

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

b)Güclü ordu- qüdrətli dövlət

Ü.t.3.1.1., 4.1.1., 4.1.2.; C.3.2.1.; H-b.2.1.2.; Az-d.2.2.3.1.2.4.; İnf.3.3.2.

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

Təlimin forma və üsulları

Imperiyasından xanlıqlara – Az-n XVIII əsrin II

Süquta aparan yol

Ü.t. 1.1.3.; Ə.1.1.4; Az-d. 3.1.3.;

Kollektiv və qruplarla iş,beyin həmləsi,klaster, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

a)Azərbaycan Əfşarlar imperiyasının süqutu

Ü.t. 3.1.1.,4.1.2.1.1.3.; C. 3.2.1.; H-b.2.1.2.; İnf.3.3.2.; Az-d. 1.2.4.,3.1.3.

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə, klaster,Venn dioqramı

Dərslik, iş vərəqləri,xəritə,

b)Nadir şahın öldürülməsi

Ü.t. 3.1.1.,4.1.2.1.1.3.; C. 3.2.1.; H-b.2.1.2.; İnf.3.3.2.; Az-d. 1.2.4.,3.1.3.

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə, klaster,Venn dioqramı

Dərslik, iş vərəqləri,xəritə,

Azərbaycanda ilk müstəqil xanlıq

H-b.2.1.2.; Az-d. 2.2.3.1.2.4.; İnf.3.3.2.

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə,

a)Azərbaycanın Cənub xanlıqları(Urmiya xanlığı)

Kollektiv və qruplarla iş,beyin həmləsi,klaster

Dərslik, iş vərəqləri,xəritə

b)Təbriz və Xoy xanlıqları

Kollektiv və qruplarla iş,beyin həmləsi,klaster

Dərslik, iş vərəqləri,xəritə

Quba xanlığı – Şimal Şərqi Azərbaycan dövləti

H-b.2.1.2.; Az-d. 2.2.3.1.2.4.; İnf.3.3.2.

Kollektiv və qruplarla iş, beyin həmləsi, Venn dioqramı

Dərslik, iş vərəqləri,xəritə

Təlimin forma və üsulları

Az-n torparlarının birləş-də son təşəbbüs

Birləşdirmə siyasətinin ikinci mərhələsi

Kollektiv və qruplarla iş, beyin həmləsi, karusel, debat

Dərslik, iş vərəqləri,xəritə

Kollektiv və qruplarla iş,beyin həmləsi, fasiləli oxu, Venn dioqramı

Dərslik, iş vərəqləri,xəritə

a)Qərbi Azərbaycan xanlıqları

Kollektiv və qruplarla iş, beyin həmləsi, Venn dioqramı

Dərslik, iş vərəqləri,xəritə

Kollektiv və qruplarla iş, beyin həmləsi, Venn dioqramı

Dərslik, iş vərəqləri,xəritə

Kollektiv və qruplarla iş,beyin həmləsi

Dərslik, iş vərəqləri,xəritə

Kollektiv və qruplarla iş,beyin həmləsi

Dərslik, iş vərəqləri,xəritə

Təlimin forma və üsulları

lıqlardan müstəmləkə asılılığına – Azərbaycan

a)Bakı və Lənkəran xanlıqları

Kollektiv,qruplarla və cütlərlə iş,beyin həmləsi

Dərslik, iş vərəqləri,xəritə

b) Dərbənd xanlığı

Kollektiv,qruplarla və cütlərlə iş,beyin həmləsi

Dərslik, iş vərəqləri,xəritə

Kollektiv və qruplarla və fərdi iş, beyin həmləsi, ziqzaq

a)Ağa Məhəmməd xan Qacarın Şimala doğru birinci yürüşü

Cütlərlə və fərdi iş,beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

b)Ağa Məhəmməd şah Qacar(araşdırma)

Cütlərlə və fərdi iş,beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

Təlimin forma və üsulları

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritəElektron dərs

XVIII əsrin ikinci yarısında Azərbaycanda istimai həyat

Ü.t.2.1.1.; C.3.2.3.; H-b.1.2.1.Ə.1.1.4.; Az-d.3.1.3.; İnf.3.3.2.

Fərdi və qruplarla iş, BİBÖ, müzakirə

Dərslik,vatman vərəqi,rəngli markerlər

a)İqtisadivəziyyət Sənətkarlıq. Ticarət.

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

a) XVIII əsrdə Azərbaycan mədəniyyəti

Kollektiv və qruplarla iş,beyin həmləsi,müzakirə,

Dərslik, iş vərəqləri,xəritə

Kollektiv və qruplarla iş,beyin həmləsi,müzakirə,

Dərslik, iş vərəqləri,xəritə

a) Çar Rusiyası Cənubi Qafqazın işğalına başlayır

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

b) Georgiyevsk müqaviləsi

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

Çar Rusiiyası Azərbaycanın içərilərinə doğru irəliləyir

Kollektiv və qruplarla iş,beyin həmləsi, müzakirə, debat,mühazirə

Dərslik, iş vərəqləri,xəritə

Qacarlar dövləti Rusiyadan geri çəkilməyi tələb edir

Qruplarla və fərdi iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

a)İşğal davam edir

Ə.1.1.4.; Az-d.3.1.3.; İnf.3.3.2.,3.3.2.; Ü.t.4.1.2.; Az-d.1.2.4.

Qruplarla və fərdi iş, beyinhəmləsi,müzakirə,

Dərslik,vatman vərəqi,rəngli markerlər

b) Rusiya- Osmanlı müharibələri

Ə.1.1.4.; Az-d.3.1.3.; İnf.3.3.2.,3.3.2.; Ü.t.4.1.2.; Az-d.1.2.4.

Qruplarla və fərdi iş, beyinhəmləsi,müzakirə,

Dərslik,vatman vərəqi,rəngli markerlər

a) Gülüstan müqaviləsi

Qruplarla və fərdi iş, beyin həmləsi, müzakirə

b) Müqavilənin bağlanması

Qruplarla və fərdi iş, beyin həmləsi, müzakirə

a) Rusiya Şimali Azərbaycanda müstəmləkə rejimi yaradır

Kollektiv və cütlərlə iş, beyin həmləsi,müzakirə

Dərslik, iş vərəqləri,xəritə

b) Xanlıqların ləğv edilməsi

Kollektiv və cütlərlə iş, beyin həmləsi,müzakirə

Dərslik, iş vərəqləri,xəritə

Rus ordusu Təbrizə daxil olur

Kollektiv və qruplarla iş, beyin həmləsi, müzakirə

Dərslik, iş vərəqləri,xəritə

a) Türkmənçay müqaviləsi

Fərdi və qruplarla iş, beyin həmləsi,müzakirə,

Dərslik, iş vərəqləri,

b) Bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğalının başa çatnası

Fərdi və qruplarla iş, beyin həmləsi,müzakirə,

Dərslik, iş vərəqləri,

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.06.2015 – ci il tarixli 645 № – li əmri ilə təsdiq edilmiş Azərbaycan tarixi ( VIII sinif ) müəllim üçün metodik vəsait və dərslik əsasında tərtib edilmişdir

Müəllim : / Əsədov S. Ə. /

Metodbirləşmə rəhbəri : / Əsədov S. Ə. /

Dərs hissə müdiri : / Rzayeva G. Q. /

Курсы повышения квалификации
Архитектурные стили и направления: от древности до наших дней
Продолжительность 72 часа
© 2016, Asadov Seyyub Asad оглы 530 8

Рекомендуем курсы ПК и ППК для учителей

Формы и методы изучения истории и оценка эффективности обучения в.
800 руб. 4000 руб.
Архитектурные стили и направления: от древности до наших дней
800 руб. 4000 руб.
История мировых религий
1180 руб. 5900 руб.
Профессиональная компетентность педагогов в условиях внедрения ФГОС
800 руб. 4000 руб.
Учитель, преподаватель основ права
2760 руб. 13800 руб.
Патриотическое воспитание молодёжи и развитие толерантности в.
800 руб. 4000 руб.

Реализация образовательных программ осуществляется с применением исключительно электронного обучения и ДОТ

Comments are closed, but trackbacks and pingbacks are open.