Press "Enter" to skip to content

Metodiki Tövsiyə

Ən yaxşı müəllim müsabiqəsində təqdim edilmiş dərs nümunəsi.

8-ci sinif azrbaycan dili müllim üçün metodik vsait

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Heydər Əliyev

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir.
Amma 80-cı illərin ortalarından sonra müəyyən müddətdə cəmiyyətimizdə gedən mənəvi, iqtisadi tənəzzül və aşınmalar, üzləşdiyimiz Dağlıq Qarabağ problemi uşaqların da taleyindən yan keçmədi. Həmin dövrdə uşaqlar arasında təhsildən yayınma, məktəb yaşlı yeniyetmələrin alverə cəlb edilməsi, təhsil ocaqlarında tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətdə narahatlıq yaratmırdı.
Hazırda uşaqlara göstərilən qayğı göz qabağındadır. Ulu öndərimiz H.Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınmışdır. Burada Avropa standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və altı digər yardımçı bina fəaliyyət göstərir. Ailə evlərinin hər birində 8-10, umumilikdə isə kənddə 100-dən artıq uşağın yaşaması üçün hər çür şərait yaradılmışdır. Burada kimsəsiz, valideyn himayəsindən məhrum, yetim, atılmış uşaqlar tərbiyə alırlar.
Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmişdi. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Heydər Əliyev demişdir: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi edəcəyik. Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz”
Hər bir uşağın şəxsiyyət kimi formalaşdırılması demokratik dövlətin milli təhsil sisteminin də ümdə vəzifəsidir. “Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə ocağıdır”- deyən möhtərəm prezidentimiz uşaq və gənclərimizin milli və umumbəşəri dəyərlər əsasında formalaşdırılmasını, dövlətçilik ideyalarına sədaqət, vətənə, torpağa məhəbbət ruhunda tərbiyəsini daim ön plana çəkir.
Hazırda təhsildən kənarda qalan uşaqların məktəblərə cəlb edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbələrində, icra nümayəndəliklərində, azyaşlılarla iş üzrə hüquq-mühafizə orqanlarında ciddi işlər aparılır. Kimsəsiz, valideyn himayəsindən məhrum uşaqlar axtarılıb tapılır, onlar internat məktəblərinə, uşaq evlərinə verilirlər. Çətin tərbiyə olunanlar isə xüsusi nəzarətdə saxlanılırlar. Bu işdə məktəbdənkənar müəssisələrin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Çünki təhsil sistemi yalnız uşaq və yeniyetmələrin savad almasını biliklərə yiyələnməsini əhatə etmir, həm də onların şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. Bu sistemə isə uşaqların fəaliyyətinin bütün istiqamətləri, o cümlədən asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili də daxil edilir.
Son illər uşaq və gənclərimizin fiziki tərbiyəsinə dövlət tərəfindən göstərilən qayğı öz müsbət nəticəsini verməkdədir. İdmanın kütləviliyi genişləndirilir, olimpiya hərəkatının inkişafı üçün ayrı-ayrı zonalarda müasir standartlara uyğun idman kompleksləri tikilərək istifadəyə verilir. H.Əliyev fiziki tərbiyəni daim diqqətdə saxlamağı tövsiyə edirdi: “İdman hər bir insanın sağlamlığıdır. Ona görə də biz idmana çox böyük yol açmışıq. Gənclər gərək fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək biliyə, əxlaqa, tərbiyəyə, yüksək elmə malik olsunlar”.Bu gün gənc və yeniyetmə idmançılarımızın sorağı beynəlxalq, dünya və Avropa çempionatlarından, olimpiadalarından gəlir. Şahmat, dama, voleybol, ağırlıqqaldırma, boks və s. dərnəklərdə məşğul olan uşaqlar vətənimizin adını və bayrağını olimpiadalarda, müxtəlif yarışlarda yüksəklərə qaldırırlar. Bu, böyük uğur və nailiyyətdir.
H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə istedadlı uşalara qayğını dövlət əhəmiyyətli bir işə çevirmiş, burada möhkəm hüquqi baza yaratmışdır. “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında ” fərman imzalamış, həmin fərmanla gənc istedadların “Qızıl kitab”ı, eləcə də prezidentin xüsusi təqaüdü təsis edilmişdir. Sevindirici haldır ki, istedadlarımız internet vasitəsilə dünya uşaqları ilə bilik marafonuna qoşulur, müxtəlif müsabiqələrdə iştirak edirlər.
Uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir məqsədə ünvanlanmışdır: cəmiyyət üçün layiqli, faydalı insan böyütmək!
Bu gün dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğı da göz qabağındadır. ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm qərar və sərəncamlar verilir.
Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçalarının inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hamıda böyük sevinc və razılıq hissi oyatmışdır.

Heydər Əliyev uşaqlar haqqında

* Uşaqlar bizim gələcəyimizdir.
* Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.
* Əziz uşaqlar. Mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi, sizi də sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm.
* Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Mart 2016 Salı

Azərbaycan dili fənnindən 5-ci sinif üzrə dərs nümunəsi

Paylaşıldı 08:14 by Leyla Bayramova

Müəllif: Xəyalə Quliyeva

Ən yaxşı müəllim müsabiqəsində təqdim edilmiş dərs nümunəsi.

Dərs nümunəsini yükləmək üçün aşağıda yüklə düyməsindən istifadə edə bilərsiniz.

Sinif: V

Tarix : 02.12.2015

Fənn: Azərbaycan dili

Standart:

2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.

1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.

4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını ( ad, əlamət, hərəkət bilidirməsini) izah edir.

Mövzu: Axillesin dabanı. Etimologiya nədir?

Məqsəd: Sözlərdə vurğunun yerini düzgün müəyyən etməklə mətni oxuyur.

Oxuduğu mətnlər əsasında verilmiş mövzu ilə bağlı təqdimat hazırlayır.

Müxtəlif mənbələrdən istifadə etməklə söz və ifadələrin mənasını və mənşəyini araşdırır.

İnteqrasiya: Həyat bilgisi, Tarix

İş forması: Kollektiv və kiçik qruplarla iş

İş üsulu: Əqli hücüm, proqnozlaşdırma, müzakirə

Resurs: Dərslik, iş vərəqləri , ensiklopediyalar, müxtəlif dillərdə etimoloji lüğətlər

Təchizat: Proyektor, kompyuter

TƏHSİL KOMPASI

CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020

SON YAZILAR

Post Top Ad

  • AZƏRBAYCAN DİLİ
  • BİOLOGİYA
  • COĞRAFİYA
  • FİZİKA
  • İBTİDAİ SİNİF
  • İNFORMATİKA
  • İNGİLİS DİLİ
  • KİMYA
  • RİYAZİYYAT
  • TARİX
  • MƏNTİQ
  • KURİKULUM
  • DÖVLƏT QULLUĞU
  • MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
  • HAZIRLIQ KURSLARI
  • REPİTİTORLAR
  • DƏRSLİKLƏR
  • BƏDİİ ƏDƏBİYYAT -PDF
  • BƏDİİ ƏDƏBİYYAT PDF 2
  • HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
  • ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
  • KİTAB GÖNDƏR
  • XƏBƏR
  • ARAŞDIRMA
  • MARAQLI
  • BLOG YAZILARI
  • DÜNYA TƏHSİLİ
  • SƏNƏDLİ FİLMLƏR
  • FORUM
  • Haqqımızda
  • KSQ , BSQ , TESTLƏR

Home dərsliklər Onlayn dərsliklər Online Kitab 5 – Cİ SİNİF AZƏRBAYCAN DİLİ (ANA DİLİ ) DƏRSLİYİ VƏ METODİK VƏSAİT KURİKULUMLA

5 – Cİ SİNİF AZƏRBAYCAN DİLİ (ANA DİLİ ) DƏRSLİYİ VƏ METODİK VƏSAİT KURİKULUMLA

Comments are closed, but trackbacks and pingbacks are open.