Press "Enter" to skip to content

Mumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

9 Məzmunun işlənməsi baxımından Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni nöqsanlara yol verilmişdir. Bunlar aşağıdakılardır: Dərslikdə verilən materialların elmiliyi təmin olunsa da, özünütəhsil, əməkdaşlıq, kollektivçilik, təlimin həyatla əlaqələndirilməsi prinsipləri yerinə yetirilməmiş, əyanilik, ekoloji, biliklərin möhkəmləndirilməsi prinsipləri isə bəsit formada verilmişdir.

5-ci,6-cı,7-ci sinif ədəbiyyat dərslik

Книги Гарри Поттер издательство Росмэн. Новая упаковка, не открывалась. Очень редкий сборник. Из Москвы. Отлично подойдет для подарка. Продается в полном комплекте Harry Potter kitablari, yeni ve nadir komplekt.

Malın növü: Kitablar

manga “death note” russ dilinde teze новая манга тетрадь смерти Malın növü: Kitablar

В обьявлении указана цена за 2 книги. Мир вокруг нас – географический атлас для детей. – 10 манат. Я познаю мир. Математика. Детская энциклопедия. – 15 манат. Можно купить книгу по отдельности. Malın növü: Kitablar

İngilis qayda kitabı tər təmiz yalnız sizə verilən adrese gəlib götürə bilərsiz Bakı yeni şəhərdi məkan atılacaq yanlız Whaccapda.

İkinci əl kitablar və jurnallar satıram. Əla vəziyyətdədi. Öz şəxsi kitabxanama məxsusdu. Qoymət razılaşma yolu ilə

Bugünkü önəmli gündə sevgilisinin gözündə dəyərinin artmasını istəyən sevgilisinə kitab buketi alsın. Kimlərsə razılaşmaya bilər, ancaq kitab buketi məncə bir ilkdir! Kitabın ilk çap versiyasıdır. Yepyenidi və

Təb-Təzədi Çatdırılma Neftçilər metrosuna pulsuzdur

ВСЁ в ОТЛИЧНОМ состоянии ( без надписей и рваных страниц ), указанная сумма за ВСЁ, также обратите внимание на ВСЕ МОИ ОБЪЯВЛЕНИЯ ! Malın növü: Kitablar

Antik musiqi kitabı əla vəziyyətdədir .ibtidai musiqi nəzəriyyəsi kitabı 1977 ci ildə buraxilib

Qedimi qurani kerim daw basma 17/18 ci esirlere tesaduf edir babalarimdan qalib satiram maraglanan olsa qiymetde razilasma olacaq satilmaqda komeyliy gosteren wexsede hörmet olunacaq

“Трактат Сунь-Цзы о военном искусстве”. Книга дарственная, в единственном экземпляре. Написана на шести языках (китайский, английский, французский, испанский, арабский и русский)

Biologiya 1 hissse test ətraflı məlumat üçün nömrə ilə əlaqə saxlayın.

Kitablar normal vəziyyətdədir. Çatdırılma aşağıda qeyd olunmuş metrolara mümkündür 28 May Ms Azadlıq Ms

Ingilis dilinde her seviyyeye uygun kicik hekaye kitablari satilir. Her seviyye ucun 10 hekaye kitabi vardir. Keyfiyyetli kitablardir. Malın növü: Kitablar

Информатика базовый курс для студентов и преподавателей высших учебных заведений, охватывает все основные разделы информатики Malın növü: Kitablar

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 Tezbazar.az | info [@] tezbazar.az | Bizimlə əlaqə

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

1 Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

2 Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün Coğrafiya dərslik komplekti Müəlliflər: Zakir Eminov Qabil Səmədov Aygün Əliyeva Xəzər Etiket Bakı-2015

3 Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün coğrafiya fənni üzrə təhsil proqramı (kurikulumu) Dərslikdəki materiallarda yeni təhsil proqramına (kurikulum) əsasən aşağıdakı 3 məzmun xətti üzrə 6 əsas və 20 alt standartın reallaşdırılması nəzərdə tutulmuşdur. Məzmun xətləri: 1. Coğrafi məkan 2. Təbiət 3. Cəmiyyət

4 1. Coğrafi məkan 1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir Yeni elm sahələrinin yaranmasını izah edir Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir Günəş şüalarının Yer kürəsinə düşmə bucağının dəyişməsini hesablayır Yerin hərəkətinin coğrafi nəticələri ilə həyatın inkişafı arasındakı əlaqəni izah edir Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir Kartoqrafik təsvirlərin müxtəlifliyini, əhəmiyyətini izah edir Kartoqrafik təsvirlər üzərində hesablamalar aparır.

5 2. Təbiət 2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir Litosfer tavalarının hərəkətini müasir relyef formalarının yaranması ilə əlaqələndirir Tektonik xəritələrdə litosfer tavalarının hərəkətinin nəticələrini oxuyur İqliməmələgətirən amilləri və dünyanın iqlimində baş verən dəyişiklikləri izah edir Atmosfer hadisələrinə dair sxem və diaqramlar tərtib edir Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil edir Okean sularının xüsusiyyətləri ilə bağlı hesablamalar aparır Biosferin digər təbəqələr ilə əlaqəsini şərh edir Təbii zonalar xəritəsini oxuyur.

6 3. Cəmiyyət 3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir Əhalinin təbii və mexaniki hərəkətinin səbəblərini izah edir Əhalinin təbii artımına görə hesablamalar aparır Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir Ölkələri inkişaf səviyyəsinə görə təhlil edir Xəritə üzərində ölkələri inkişaf səviyyəsinə görə qruplaşdırır Təsərrüfatın inkişafında təbii ehtiyatların rolunu qiymətləndirir Təbii ehtiyatların təsnifatı sxemini qurur Ekoloji problemlərin insan həyatına təsirini izah edir.

7 Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinq meyarları Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi 5 parametr üzrə həyata keçirilir: 1. Məzmunun işlənməsi baxımından 2. Dil və yazı üslubu baxımından 3. Dizayn və bədii tərtibat baxımından 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 5. Müəllim üçün metodik vəsaitin (MMV-nin) məzmununun işlənməsi baxımından

8 Dərsliyin strukturu Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 192 səhifədən ibarət olub, 10 tədris vahidi ( Coğrafi kəşflərdən tədqiqatlara doğru, Xəritələr və onların üzərində təsvir üsulları, Yerin hərəkəti və onun coğrafi nəticələri, Yerin fəal tektonik təbəqəsi, Atmosfer, Yerin su təbəqəsi, Biosfer, Dünya ölkələrinin təsnifatı, Əhali və təsərrüfatın ərazi təşkili, Ekoloji mühit və onun mühafizəsi ) üzrə 57 mövzunu əhatə edir. Mövzular üzrə Açar sözlər, Təhlil edək, Nə öyrəndik, Mövzuya aid suallar, Özünüzü yoxlayın, Ev tapşırığı, hər tədris vahidinin sonunda Ümumiləşdirici tapşırıqlar, dərsliyin sonunda isə Terminlərin izahlı lüğəti verilmişdir.

9 Məzmunun işlənməsi baxımından Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni nöqsanlara yol verilmişdir. Bunlar aşağıdakılardır: Dərslikdə verilən materialların elmiliyi təmin olunsa da, özünütəhsil, əməkdaşlıq, kollektivçilik, təlimin həyatla əlaqələndirilməsi prinsipləri yerinə yetirilməmiş, əyanilik, ekoloji, biliklərin möhkəmləndirilməsi prinsipləri isə bəsit formada verilmişdir.

10 Məzmunun işlənməsi baxımından Bəzi mövzularda yuxarı sinif fənn kurikulumunun alt standartlarına aid materiallar verilmişdir: Səhifə 13. Açar sözlər dəki Siyasi coğrafiya ifadəsi 10-cu sinfin Ölkələrin geosiyasi mövqeyini qiymətləndirir və Siyasi münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir alt standartlarının, Ekoloji coğrafiya, Tibbi coğrafiya və Rekreasiya coğrafiyası terminləri isə 9-cu sinfin Ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirir alt standartının məzmununa aiddir. Səhifə cı tapşırıqdakı Rekreasiya coğrafiyasının öyrəndiyi sahələrə aid etmək olar: şərti 9-cu sinfin Ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirir alt standartının məzmununa aiddir. Səhifə 28. Tapşırıq bölməsindəki bütün tapşırıqlar 11-ci sinfin Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi təsvirini verir alt standartının məzmununa aiddir və çox yüklüdür.

11 Məzmunun işlənməsi baxımından Səhifə 133. Mövzuda Ümumi Daxili Məhsul (ÜDM) haqqında verilən məlumat 11-ci sinfin Beynəlxalq iqtisadi münasibətlərin ölkələrin inkişafındakı roluna dair təqdimatlar edir alt standartının məzmununa aiddir. Səhifə 151. Əhalinin təbii artımı və miqrasiyası mövzusunda verilmiş demoqrafik böhran, demoqrafik partlayış, demoqrafik siyasət anlayışları 9-cu sinfin Əhalinin artım dinamikasını ölkənin inkişaf səviyyəsi ilə əlaqələndirir alt standartının məzmununa aiddir. Səhifə 155. Hesablayın da verilmiş tapşırıq 11-ci sinfin Mineral ehtiyatların istifadəsinin proqnozlarına dair hesablamalar aparır alt standartının məzmununa aiddir.

12 Məzmunun işlənməsi baxımından Səhifə 30. Səhifənin əvvəlində verilmiş Sinoptik xəritə də şərti işarələrdə qeyd olunmuş bəzi terminlər haqqında əvvəlki mövzularda məlumat verilməmişdir. Məsələn, atmosfer cəbhələri və s.

13 Məzmunun işlənməsi baxımından Səhifə 39. Sonuncu abzasda Paletka üsulu ilə sahələrin hesablanmasında izahat tam verilməmişdir, yəni yarımçıq damaların hesablanma qaydası göstərilməmişdir. Hesablama qaydası Tam damaların sayı + yarım damaların sayının 1/2-i kimi verilməlidir. Həmçinin bu üsul 8-ci sinif şagirdinin yaş səviyyəsinə uyğun deyil.

14 Məzmunun işlənməsi baxımından Səhifə 43. Qurşaq vaxtı mövzusunun 2-ci abzasında Beynəlxalq razılaşmaya əsasən qurşaqların hesablanması hər hər 15 -dən bir Qrinviç meridianından başlanır cümləsindən hər hər 15 -dən bir ifadəsinin çıxarılması tövsiyə edilir.

15 Məzmunun işlənməsi baxımından Səhifə 70. Təhlil edək də 2-ci bənddə Materiklərin eyni coğrafi enliklərində eyni xassələrə malik süxurların tapılmasını nə ilə izah etmək olar? cümləsi dəqiqləşdirilməlidir. Çünki süxurların əmələ gəlməsi coğrafi enlikdən asılı deyil. Səhifə ci azbasda Troposferin ümumi fiziki xassələrə (temperatura, rütubətliyə, təzyiqə və s) malik olan və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır cümləsi redaktə edilməlidir. Çünki hava kütlələri axınlar kimi təqdim olunsa da, əslində hava kütləsi böyük hava həcmidir.

16 Məzmunun işlənməsi baxımından Səhifə 100. Bilirsinizmi? bölməsində Ekspedisiya müəyyən etdi ki, okean dibində dərinliyi 5000 metrdən çox olan çökəkliklər, dağlar və sıra dağlar vardır cümləsi Ekspedisiya müəyyən etdi ki, okean dibində dərinliyi 5000 metrdən çox olan çökəkliklər və hündürlüyü okean yatağından hesablanan sualtı dağlar və orta okean dağ silsilələri vardır ilə əvəz edilməlidir.

17 Məzmunun işlənməsi baxımından Səhifə 106. Səhifənin sonunda 1 l dəniz suyunun tərkibində duzların miqdarı kimi verilmiş məlumatlar mövzuda əks edilməmişdir.

18 Məzmunun işlənməsi baxımından Səhifə 149. Hesablayın da orta illik artım faizinin və orta illik artımın hesablanmasına dair çalışmalar verilmiş, lakin mövzunun izahında bu hesablamalara aid nümunələr göstərilməmişdir. Belə nümunələrin mövzunun izahında verilməsi tövsiyə edilir. Hesablayın ci ildə Azərbaycanda əhalinin sayı 5117 min nəfər, 1999-cu ildə 7953 min nəfər olmuşdur. Əhalinin sayının orta illik artım faizini tapın. 2. Dünyada 1970-ci ildə əhalinin sayı 3635,0 mln. nəfər, 1990-cı ildə 5235,0 mln. nəfər olmuşdur. Əhalinin sayının orta illik artımının neçə nəfər olduğunu müəyyən edin ci ildə dünya əhalisinin sayı 6250 mln. nəfər olmuşdur. Əhalinin sayının orta illik artımının 2% olduğunu nəzərə alaraq 2015-ci ilə bu göstərici neçə nəfərə çata bilər?

19 Dil və yazı üslubu baxımından Səhifə ci abzasın 3-cü cümləsindəki Okeanlarda suların axım istiqamətləri ifadəsində axım sözü axın kimi yazılmalıdır. Səhifə 58. Açar sözlər dəki qırılmalar və qırışıqlıqlar terminlərinin mətndə adları çəkilsə də, onların tam izahı verilməmişdir. Səhifə 71. Səhifənin əvvəlində 1-ci şəkilaltı yazıda Hazırkı dövr ifadəsinin Müasir dövr ilə əvəz edilməsi məqsədəuyğundur.

20 Dil və yazı üslubu baxımından Səhifə 171. Səhifənin sonundakı şəkilaltı yazı ( Sənaye sularının təmizlənməsi qarşıda duran əsas vəzifələrdən biridir ) şüar kimi göstərildiyindən, dəyişdirilməsi tövsiyə edilir. Sənaye sularının təmizlənməsi qarşıda duran əsas vəzifələrdən biridir

21 Dizayn və bədii tərtibat baxımından Dərslikdə verilən bir çox xəritələrdə miqyasın yazılması düzgün deyil. Səhifə 33, 68, 89, 98, 129, 145.

22 Dizayn və bədii tərtibat baxımından Səhifə 30. Topoqrafik plan da olan məlumatlar aydın deyil. Planın şərti işarələri verilmədiyindən, dəyişdirilməsi tövsiyə edilir. Səhifə 33. Nöqtələr üsulu ilə kənd əhalisinin yerləşməsi və sayının təsiri xəritəsində nöqtələrin ölçüləri eyni verilmişdir. Lakin xəritədə verilmiş obyektlərin ərazi üzrə yayılması və onların kəmiyyət göstəricilərini fərqləndirmək üçün bu nöqtələrin ölçülərinin fərqli verilməsi məqsədəuyğundur.

23 Dizayn və bədii tərtibat baxımından Səhifə 35. Dünyanın fiziki xəritəsi ndə coğrafi obyektlərin adının verilməsi tövsiyə edilir.

24 Dizayn və bədii tərtibat baxımından Səhifə 39. Səhifənin əvvəlində təqdim edilmiş Bakı şəhərinin yerləşdiyi coğrafi enlik (40 şm.e) xəritəsində Bakı şəhəri aydın görünmədiyindən, xəritənin dəyişdirilməsi məqsədəuyğundur. Səhifə 46. Yerin Günəş ətrafında hərəkəti sxemi aydın deyil. Belə ki, yarımkürələrin hansının qaranlıq, hansının işıqlı olması seçilmir.

25 Dizayn və bədii tərtibat baxımından Səhifə 51. Səhifənin sonunda verilmiş İşıqlanma qurşaqları xəritə- sxemində qurşaqların sərhəddi aydın deyil, rənglər birbirinə qarışmışdır.

26 Dizayn və bədii tərtibat baxımından Səhifə ci tapşırıqda verilən sxemin nəyi ifadə etdiyi aydin deyil. Bu sxemin keyfiyyət fon üsulunda 3 rəngin çaları ilə verilməsi tövsiyə edilir. Səhifə 60. Səhifənin əvvəlində verilmiş şəkilaltı yazı ( Süxurların nisbi yaşını canlı orqanizmlərin daşlaşmış qalıqlarının ardıcıllığına görə müəyyən etmək olar ) uğursuzdur. Çünki şəkildə çökmə süxurlar görünmür.

27 Dizayn və bədii tərtibat baxımından Səhifə 62. Litosfer tavalarının hərəkəti sxemi ndə dərin okean çökəkliyi (nov) aydın verilməmişdir. Həmin sxemdə Rift dərəsi nin materik yer qabığında, litosfer tavalarının sərhədindən kənarda verilməsi düzgün deyil. Belə ki, səhifə 67-də 1-ci abzasda rift dərəsi nin orta okean dağ silsilələrinin sərhədində olduğu yazılır. Bunlar uyğunsuzluq təşkil edir.

28 Dizayn və bədii tərtibat baxımından Səhifə 93. Dünyanın iqlim xəritəsi ndə rənglər çox qarışıq olduğundan, şagirdin müstəqil fəaliyyətini təmin edə bilmir. Xəritənin dəyişdirilməsi məqsədəuyğundur.

29 Dizayn və bədii tərtibat baxımından Səhifə 100 və 101. Hər iki səhifədə verilmiş şəkillər uğursuz seçilmiş, həmçinin xronoloji baxımdan düzgün sıralanmamışdır.

30 Dizayn və bədii tərtibat baxımından Səhifə 103. Okeanda dərinliyə doğru temperaturun dəyişməsi qrafikində dərinlik göstəricilərinin şaquli, temperatur göstəricilərinin isə üfüqi xəttdə verilməsi məqsədəuyğundur.

31 Dizayn və bədii tərtibat baxımından Səhifə 116. Coğrafi təbəqənin sərhədləri ndə Qabarma zonası aydın deyil. Dərslikdə bu ifadə haqqında məlumat verilməmişdir.

32 Dizayn və bədii tərtibat baxımından Səhifə 117. Coğrafi təbəqənin inkişaf mərhələləri kimi elmi məlumatlar doğru deyil. Məsələn, ilkin dumanlığın 8 mlrd. il əvvəl yarandığı qeyd edilmişdir. Lakin ilkin dumanlıqların yaranması daha əvvələ təsadüf edir. Coğrafi təbəqənin inkişaf mərhələləri ifadəsi qeyd edilsə də, şəkil coğrafi təbəqənin inkişafına aid olmayıb, onun yaranmasından daha əvvəlki mərhələləri əks etdirir. Həmçinin şəklin mövzu ilə heç bir əlaqəsi yoxdur.

33 Dizayn və bədii tərtibat baxımından Səhifə ci diaqramın kənarlarında ölçü vahidləri və diaqramdakı xətlərin hansının əhalinin sayına, hansının isə proqnoza aid olması verilməlidir.

34 Dizayn və bədii tərtibat baxımından Səhifə 148. Səhifənin sonundakı Azərbaycanda əhalinin sayının artımı qrafiki uğursuzdur. Belə ki, burada əhalinin artımı 2005-ci ilə kimi hər 5 ildən bir, sonra isə hər il üçün verilmişdir. Müxtəlif dövrlər üçün verilən bu rəqəmləri müqayisə etmək şagirdlər üçün çətinlik yaradır.

35 Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Səhifə 55. Tapşırıq dakı şəkil şagirddə tapşırığı həll etmək üçün lazım olan təssəvürü tam formalaşdırmır. Şəklin dəyişdirilməsi tövsiyə edilir.

36 Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Səhifə 55. Hesablayın da verilmiş cədvəldə Durban şəhərinin şagirdlərə tanış olan digər bir şəhərlə əvəz edilməsi tövsiyə edilir. Səhifə 56. Ümumiləşdirici tapşırıqlar da 2-ci tapşırıqda London (0o ş.u.) ifadəsinin London (0o) kimi verilməsi məqsədəuyğundur. Səhifə 72. Ümumiləşdirici tapşırıqlar da 1-ci tapşırıqda Qədim quru sahələrinin adlarını müvafiq olaraq yazın cümləsi qeyd edilmişdir. Lakin şagirdə adları necə və harada yazmaq haqqında məlumat verilməmişdir. 1. Qədim quru sahələrinin adlarını müvafiq olaraq yazın.

37 Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Səhifə 73. Ümumiləşdirici tapşırıqlar da 7-ci tapşırığın şərtində ( Litosfer tavalarını materik və okeanlarda yerləşməsinə uyğun olaraq qruplaşdırın ) litosfer tavalarının materik və okeanda yerləşməsinə görə qruplaşdırılması tələb olunsa da, cədvəldə tavaların qruplaşdırılması üçün 3 sütun ( Materik, Okean, Materik və okean ) verilmişdir. Uyğunsuzluq aradan qaldırılmalıdır. 7. Litosfer tavalarını materik və okeanlarda yerləşməsinə uyğun olaraq qruplaşdırın: 1. Avrasiya; 2. Şimali Amerika; 3. Sakit okean; 4. Ərəbistan; 5. Naska; 6. Kokos; 7. Antarktida; 8. Hind-Avstraliya; 9. Afrika; 10 Karib; 11. Cənubi Amerika; 12. Filippin. Materik Okean Materik və okean

38 Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Səhifə 72 və 73. Ümumiləşdirici tapşırıqlar da 5-ci və 9-cu tapşırıqlar demək olar ki, eynidir. Tapşırıqlardan birinin dəyişdirilməsi tövsiyə edilir. 5. Litosfer tavalarının parçalanması ardıcıllığına əsasən sxemi tamamlayın: 9. Uyğunluğu müəyyən edin: Lavrasiya 1. Afrika Hondvana 2. Cənubi Amerika 3. Avrasiya 4. Antarktida 5. Şimali Amerika 6. Hind-Avstraliya

39 Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi baxımından Müəllim üçün metodiki vəsait 176 səhifədən ibarətdir. Burada Dərslik komplekti haqqında, Dərslik komplektinin strukturu, VIII sinif üzrə məzmun standartları, Fənn üzrə məzmun standartlarının və fənlərarası inteqrasiyanın reallaşması cədvəli, Mövzuların illik planlaşdırılmasına dair nümunə, Coğrafiya fənninin tədrisində istifadə olunan fəal təlim formaları və üsulları, Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsinə aid tövsiyələr, gündəlik planlaşdırma nümunələri, sonda isə İstifadə edilmiş ədəbiyyat və hər tədris vahidinin sonunda kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlar da verilmişdir.

40 Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi baxımından Bəzi mövzuların Motivasiya hissəsində (səhifə 56, 58, 83, 112 və s.) video süjetlərdən istifadə etmək qeyd edilsə də, müəllimə kömək məqsədi ilə heç bir sayt və mənbə göstərilməmişdir. Səhifə 72. Litosfer tavalarının hərəkətinin nəticələri mövzusuna aid Litosfer tavalarının hərəkəti nəticəsində yaranan relyef formalarını xəritədə göstərir məqsədində verilmiş xəritədə göstərir ifadəsi kontur xəritədə qeyd edir kimi yazılmalıdır. Səhifə 87. Tapşırıq bölməsindəki cədvəldə siklon sütununda Saat əqrəbinin hərəkətinin əksi istiqamətində olur fikrinə düzəliş edilməsi məqsədəuyğundur. Çünki siklonların hərəkət istiqaməti şimal və cənub yarımkürəsində müxtəlifdir.

41 Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi baxımından Səhifə 97 və 99. Səhifə 97-də Dünya okeanın yaranması mövzusunda reallaşdırılması nəzərdə tutulan alt standart kimi Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil edir, səhifə 99-da Okeanların öyrənilməsi mövzusunda isə Dünya okeanında baş verən fiziki-kimyəvi və dinamik prosesləri təhlil edir və Okean sularının xüsusiyyətləri ilə bağlı hesablamalar aparır qeyd edilmişdir. Lakin bu mövzularda qeyd edilmiş müvafiq alt standartların reallaşdırılması mümkün olmadığından, dəyişdirilməsi tövsiyə edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.