Press "Enter" to skip to content

18 oktyabr iş günü olacaq – Qərar verildi

Hamıya məlumdur ki, Azərbaycan 1993-cü ildən bəri çox böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiki ardıcıl və məqsədyönlü daxili və xarici siyasətin ana xəttini təşkil edir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı XXI əsrə azad, müstəqil, iqtisadi və mənəvi baxımdan daha nikbin əhval-ruhiyyə ilə qədəm qoymuşdur.

Müstəqillik günü -18 Oktyabr

Azərbaycan xalqı, tarixinin dönüşlü nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər imperiyaların sözü ilə kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində qalmışdır.

Просмотр содержимого документа
«Müstəqillik günü -18 Oktyabr»

Müstəqillik günü -18 Oktyabr

Azərbaycan xalqı, tarixinin dönüşlü nöqtələrində müstəqil yaşamaq, yaxud bu və ya digər imperiyaların sözü ilə kimdənsə asılı olmaq yollarını seçmək məcburiyyətində qalmışdır. Əsrlərlə azad yaşamaq istəyən Azərbaycan xalqı tarix boyu torpağına göz dikmiş nəhəng imperiyalarla çarpışmalı olmuşdur. Bu gün də müstəqillik əldə etmiş respublikamız imperiya xislətli dövlətlərin maraq dairələri məngənəsində sıxılır.

1980-ci illərin sonundan Azərbaycanın müstəqilliyi uğrunda başlanan azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması ilə nəticələndi. Tədricən xalqa aydın oldu ki, azadlığı, müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər mürəkkəb və ağırdır. Azərbaycanımızın müstəqil bir dövlət kimi yaşaması ilə düşmənlərimiz qətiyyən barışmaq istəmirdilər. 1991-ci ildə SSRİ adlı imperiya dağıldıqdan sonra Azərbaycanda hakimiyyətdə olanlar hər nəyin hesabına olursa – olsun hakimiyyətdə qalmaq istəyirdilər.

Azərbaycan Respublikasının Müstəqillik siyasətinə mane olmaq üçün düşmənlər Qarabağda vəziyyəti daha da gərginləşdirdilər. Hakimiyyət uğrunda gedən mübarizə torpaqlarımızın hissə-hissə işğalı ilə müşayiət olunurdu.

Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixində görkəmli şəxsiyyətlərin rolu böyükdür. Lakin bu şəxsiyyətlər içərisində biri ən yüksək zirvəyə ucalmışdır. XX əsr Azərbaycana H. Əliyev kimi siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Belə bir Şərq məsəli var: “ Can həkimə, ölkə isə rəhbərə etibar edilər”.

Ümummilli rəhbərimiz Azərbaycanın haqq işini dünyaya çatdırdı. Daxili – siyasi sabitlik təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı. Milli – mənəvi dəyərlərimiz bərpa və inkişaf etdirildi. Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutdu.

Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qüdrətini daha da artır. Bunun parlaq nümunəsi 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı olmuşdur. Məhz müdrik rəhbərimiz H. Əliyevin xidmətləri sayəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq mümkün olunmuşdur. H. Əliyev azərbaycanlıları başa saldı ki, xalqın ən yaxşı oğul və qızları öz milləti və Vətəninin rifahı naminə çalışmalıdırlar.

Bu gün Dünya Dövlətləri Birliyinin bərabər hüquqlu üzvü olan müstəqil Azərbaycanımız istiqlal tarixinin şanlı səhifələrini yazır.

Hamıya məlumdur ki, Azərbaycan 1993-cü ildən bəri çox böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiki ardıcıl və məqsədyönlü daxili və xarici siyasətin ana xəttini təşkil edir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı XXI əsrə azad, müstəqil, iqtisadi və mənəvi baxımdan daha nikbin əhval-ruhiyyə ilə qədəm qoymuşdur.

Azərbaycan dövlətinin getdikcə möhkəmlənməsi, onun dünya dövlətləri içərisində nüfuzunun artması, vaxtilə qüdrətli dövlətləri olmuş, dünyaya səs salmış bir xalqın oyanması deməkdir. Düşmənlər həmişə qorxmuşlar ki, oyanmış xalqımız ayağa qalxaraq birləşər, keçmişdə vətəndən hissə-hissə qoparılıb alınmış torpaqlarımızın qaytarılması uğrunda ədalətli mübarizəyə başlayarlar.

Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, həm də dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlıların qüdrətini daha da artırmışdır. Bu gün Azərbaycan dövləti üçün ən mühüm məsələlərdən biri də Dünya azərbaycanlılarının həmrəyliyinin qorunub saxlanılmasıdır. Dünya azərbaycanlıları nə qədər həmrəy olsalar, Azərbaycan dövlətçiliyi ətrafında nə qədər sıx birləşsələr dünya miqyasında nüfuzumuz daha böyük, sösümüz daha kəsərli olar.

Sizləri 18 oktyabr – Milli Mütəqilliyimizin 26-cı ili münasibəti ilə təbrik edirəm.

Əsədov Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

18 oktyabr iş günü olacaq – Qərar verildi

Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.

11:50

“Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli.Az xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycanda 28 Mayın “Müstəqillik Günü”, 18 Oktyabrın “Müstəqilliyin Bərpası Günü” adlandırılması təklif edilib.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab edilir. Dəyişiklikdən sonra 18 Oktyabr “Müstəqilliyin Bərpası Günü” adlandırılıb.

Qeyd edək ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli.Az

Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb

Oktyabrın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgini kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq Azərbaycanın dövlət müstəqilliyi haqqında məlumat verib. Bildirib ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci i il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra Dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Ədibə İsmayılova diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanası hər il dövlət müstəqilliyi günü ilə bağlı mütəmadi olaraq bir sıra kütləvi tədbirlər, eləcə də geniş kitab sərgisi vasitəsilə oxucuları məlumatlandırır.

Sərgidə Azərbaycanın dövlət müstəqilliyindən bəhs edən 300-ə yaxın Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş edilib.

Sonda iştirakçılar sərgi ilə tanış olub.

Comments are closed, but trackbacks and pingbacks are open.