Press "Enter" to skip to content

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifl əri üçün “Həyat bilgisi” dərsliyi

Xalq mərasimlərinin el arasında fərqli adlandırılması ənənəsi də olmuşdur. Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günün, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üzgü”, ikinci üçünə “doğru üzgü”, sonuncusuna isə “ilaxır çərşənbəsi” deyilirdi. Bu çərşənbələrin hamısının özünə məxsus adət və ənənələri olduğu göstərilir. Qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunlar indi qismən unudulmuşdur.

Əli Həsənovun ailə üzvlərinə bağlı şirkət 3-cü tenderin də qalibi oldu

Yenisabah.az xəbər verir ki, “Azərmətbuatyayımı” ASC Azərbaycan Tibb Universitetinə 52 adda qəzet və jurnal satacaq və qarşılığında 12 min 871 manat 32 qəpik alacaq.

Onu da qeyd edək ki, bu il “Azərmətbuatyayımı” ASC Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərsu” ASC-nin keçirdiyi analoji tender müsabiqələrində də qalib olub. “Azərmətbuatyayımı” ASC Təhsil İdarəsinə 475 min 720 manat, “Azərsu” ASC-yə isə 20 min 493 manat 56 qəpik dəyərində jurnal və qəzet satacaq.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 345 min 304 manat olan “Azərmətbuatyayımı” ASC 07.08.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”-də yerləşir.

Qeyd edək ki, “Azərmətbuatyayımı” ASC-nin təsisçisinin “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 01.03.2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.

“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda – Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.

Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ləğv olunan “ATOM QİDA” MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.

2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.

Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır./Yeniavaz.com

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifl əri üçün “Həyat bilgisi” dərsliyi

Yekun r əy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Struktur v

ə inteqrasiya baxımından;

Standartların dərslikdə əks olunması baxımından;

əzmun, dil və üslub baxımından;

ədii tərtibat və dizayn baxımından;

5. Şagirdlərin yaş xüsusiyyətləri baxımından

1. Struktur və inteqrasiya baxımından

Az ərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2010-cu ildə təsdiq e dilmiş və “Azərbaycan müəllimi” qəzetində

1 d ərc olunmuş tədris planına görə 3-cü

sinifd ə “Həyat bilgisi” fənninin tədrisinə həftədə 2 saat vaxt ayrılmışdır. Beləliklə, il ərzində fənnin tədrisinə cəmi 64 saat vaxt verilmişdir. Deməli, dərslik komplektindəki materiallar da buna uy ğun olmalıdır. Dərslik komplektində cəmi 44 mövzu var. Qalan 20

saatın təşkili müəllimin öhdəsinə düşür. Müəlliflər həmin saatları aşağıdakı kimi istifad

ə etməyi tövsiyə edirlər: •

Diaqnostik qiym ətləndirmə – 1 saat

əşdirici dərs – 9 saat

Kiçik summativ qiym ətləndirmə – 6 saat

Yarımillər üzrə summativ qiymətləndirmə – 2 saat

• Yay tapşırığı – 1 saat

• Ekskursiya – 1 saat

Əlbəttə, tədris prosesində bəzi çətin mövzulara iki saat vaxt ayırmaq, ümu- mil

əşdirici dərslər təşkil etmək, mənimsənilən bilik və bacarıqların qiym

ətləndirilməsinə əlavə saatlar ayırmaqla bu problemin müəyyən hissəsini həll etm

ək mümkündür. Ancaq belə məsələlərə 20 saat (ümumi saat miqdarının 31 faizi) ayırmaq çoxdur. “Müəllim üçün vəsait”də bu 20 saatın təşkili ilə bağlı heç bir tövsiyə verilm əmişdir. Digər fənlərdə belə uyğunsuzluqlar yoxdur.

Standartların dərslikdə əks olunması baxımından D

ərslik komplektində mənimsəniləcək bilik və bacarıqlar kurikuluma əsasən 15 m

əzmun standartı və onlara aid olan 40 alt-standartda cəmləşdirilmişdir. Dərslikdə 1 Az

ərbaycan müəllimi” qəzetinin 25 iyun 2010-cu il sayı.

əzi alt-standartlarda nəzərdə tutulan bacarıqların formalaşdırılması üçün ən azı 5-6 mövzu verilm əsi məqsədəuyğun hesab edilir. Məsələn: alt standart 1.3.1. Bitkiləri və

heyvanları səciyyəvi əlamətlərinə görə qruplaşdırır. D ərslikdə eyni zamanda 21 alt-standart haqqında tam məlumat yoxdur.

H əmin alt-standartlar aşağıdakılardır: •

Alt-standart 1.1.2.

Maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir. (

Şagird torpağın, suyun, havanın tərkibi və xassələrini öyrənmək üçün

ifdə sadə təcrübələr aparmalıdır) •

Alt-standart 1.1.3. “Zaman”, “məkan” və “hərəkət” anlayışlarını sadə şəkildə izah edir. (

Şagird “zaman” (keçmiş zaman, indiki zaman, gələcək zaman), “məkan”

qapalı məkan, açıq məkan), “hərəkət” (düzxətli hərəkət, fırlanma hərəkəti)

barədə ilkin təsəvvürlərə malik olmalıdır) Alt-standart 1.2.1. Coğrafi obyektləri (dəniz, okean, ada, materik) əlamət- lərinə görə fərqləndirir. (

Şagird “dəniz”, “okean”, “ada” və “materik” anlayışlarına aid sadə

ərə sahib olmalı və onları fərqləndirən bəzi xüsusiyyətləri bilməlidir) •

Alt-standart 1.2.2. Üfüqün c əhətlərini təyin edir. (

Şagird üfüqün cəhətlərini kompasla, günəşə görə, açıqlıqdakı tənha ağaca,

qayaya, qarışqa yuvasına və s. görə təyin etməyi bacarmalıdır) •

Alt-standart 1.2.3. Sad ə əşyaların və evinin planını çəkir. (

Şagird “şəkil” və “plan” anlayışlarını fərqləndirməli, kibrit qutusunun,

stolun, partanın və evinin sadə planını çəkməyi bacarmalıdır) •

Alt-standart 1.4.1. Ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolu nu şərh edir.

Şagird yeni parkların, meşə zolaqlarının salınmasının, çirklənmiş

torpaqların yerində aparılan bərpa və yaşıllaşdırma işlərinin nümunəsində ətraf

sağlamlaşdırılmasının müsbət nəticələri haqqında sadə bilgilərə malik

Alt-standart 1.4.2. T əbiətimizin qorunmasında Azərbaycan dövlətinin rolunu izah edir (

Şagird təbiətimizin qorunması üçün Azərbaycan dövlətinin gördüyü

işlər – qoruqların, yasaqlıqların və milli parkların yaradılması, “Qırmızı

kitab”ımız barədə sadə bilgilərə malik olmalıdır).

Alt-standart 2.1.2. “C əmiyyət” anlayışı haqqında təsəvvürlərini ifadə edir. •

Alt-standart 2.1.3. C əmiyyətin tərkibi barədə biliklərini şərh edir. (

Şagird “cəmiyyət” anlayışı, Azərbaycan cəmiyyəti, onun sosial, etnik və

ərkibi barədə sadə bilgilərə malik olmalıdır). Alt-standart 2.2.3. Verilmiş şərtlərə uyğun ailə büdcəsi tərtib edir. (

Şagird müəllimin verdiyi şərtlərə (gəlirlərə və xərclərə) uyğun ailə büdcəsi

ərtib etməlidir) •

Alt-standart 2.4.2. Ail ədəki və məktəbdəki hüquqlarını Uşaq Hüquqları Konvensiyası baxımından şərh edir. (

Şagird Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş hüquqlarla

əktəbdə və ailədə sahib olduğu hüquqları müqayisə və şərh edir) •

Alt-standart 2.4.3. Başqalarının hüquqlarına hörmətlə yanaşılması barədə mülahiz ələrini bildirir.

Alt-standart 3.1.2. Başqa xalqların ünsiyyət qaydalarındakı milli ünsiyyət etiketl

ərimizə uyğun gəlməyən fərqliliklərə tolerant yanaşır. •

Alt-standart 4.1.1. Ətraf mühitdə sağlamlığa mənfi təsir göstərən amilləri izah edir. •

Alt-standart 4.1.3. Mövsüm ə görə geniş yayılan xəstəliklərdən qorunma yollarını izah edir (Şagird soyuqdəymə, qrip və angina kimi xəstəliklər haqqında

ə məlumatlara malik olmalı, onlardan özünü qoruma bacarıqlarına

ələnməlidir). •

Alt-standart 4.2.1. M əişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habel ə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını izah edir.

Alt-standart 4.2.2. Ətrafdakı şübhəli əşyalara toxunmağın və tanımadığı insanlarla ünsiyy ətin təhlükəsini izah edir. •

Alt-standart 4.2.3. Z əruri yol nişanlarını (xəbərdarlıq, qadağan, məlu-

matverici, servis) f ərqləndirir. (

Şagird bu qruplara aid nişanların hər birinə aid heç olmasa 2-3 nişan

tanımalı və onların verdiyi informasiyanı sözlə ifadə etməlidir) •

Alt-standart 4.3.1. Fövq əladə halları səciyyəvi xüsusiyyətlərinə görə izah edir.

(Şagird fövqəladə halların hər birinin ən səciyyəvi xüsusiyyətləri haqqında

ərə yiyələnir və bu xüsusiyyətlər əsasında onu izah edir)

Alt-standart 4.3.2. Q əzalardan mühafizə vasitələrindən istifadə qaydalarını şərh edir. •

Alt-standart 4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyət- l ərdə mühafizə bacarıqları nümayiş etdirir.

Şagird tədris ili ərzində əldə etdiyi nəzəri bilikləri bacarıqlara çevirməli və

ətbiq etməlidir). Bu alt-

standartlarda aşılanması nəzərdə tutulan bir sıra anlayışlar təməl anlayışlar olduğundan onların şagirdlər tərəfindən mənimsənilməməsi heç şübhəsiz ki, g ələcəkdə onların fizika, kimya, biologiya, coğrafiya fənləri sahəsində böyük

ç ətinliklərlə üzləşmələrinə səbəb olacaq. Dərslik komplektində bəzi alt-standartlar tam reallaşmamışdır. Məsələn,

standartı şagirdlərin “Ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün rolunu şərh etməsi”ni nəzərdə tutur. Dərslikdəki “Sinfimiz” mövzusu ilə bu alt-standart tam reallaşa bilmir.

əhifə 8-də yazılıb: “Biz artıq bitkilərin insanlar üçün nə qədər vacib olduğunu bilirik. Bitkilər otaqdakı havanın təmizliyinə kömək etməkdən başqa, həm d ə gözəllikləri ilə göz oxşayır”. Müəlliflər ətraf mühitin sağlamlaşdırılmasında

bitkil ərin əhəmiyyətini yalnız bu şəkildə izah etməyə çalışıblar. Mövzuda ” Pərvinin böyük bacısı Gülayın danışdığı hekayə” əvəzinə, ətraf mühit, bitki örtüyü, ətraf mühitin sağlamlaşdırılmasında onun əhəmiyyəti daha geniş və anlaşıqlı dildə təsvir edilm əli idi. Burada müəlliflər ətraf mühit olaraq ancaq sinif otağını nəzərdə tuturlar.

standartı şagirdlərin “Bitkiləri və heyvanları səciyyəvi əlamətlərinə gör

ə qruplaşdırmalarını” nəzərdə tutur. Dərslikdəki “Payızda” mövzusunda “cırcırama ilə qarışqanın” hekayəsi bu standartın tam reallaşdırılmasına imkan vermir.

1.3.2 alt standartı şagirdin “Bitkilərin və heyvanların insan həyatında rolunu izah etməsini” nəzərdə tutur. Dərslikdə 14, 27, 30 və 31-ci mövzular bu alt-standartda nəzərdə tutulmuş bilik və bacarıqların formalaşdırılmasına həsr olunub. Lakin bu mövzuların hamısında söhbət bitkilərin və heyvanların qida vasitəsi kimi faydasından gedir. Halbuki bitkilərdən tikinti və mebel sənayesində, heyvanlardan nəqliyyat vasitəsi kimi , eləcə də pambıq, kətan, yun və dəridən geyim sənayesində də istifadə olunur.

standartı şagirdin “Gəlir” və “xərc” anlayışlarını izah etmək bacarıqlarının formalaşdırılmasını tələb edir. Mövzu əslində tamamilə “xərc”

6 anlayışına həsr olunduğundan, şagirdin buradan “gəlir”lə bağlı nə isə öyrənə biləcəyi

mümkün deyil. Bütün bunlar onu göstərir ki, şagirdlər bu standartlarda nəzərdə tutulmuş bilik və bacarıqları tam şəkildə mənimsəyə bilməyəcəklər.

standartı “Büdcə” anlayışını sadə şəkildə izah etməyi tələb edir. Lakin d

ərsliyin 82-ci səhifəsində “Xərc və gəlir” mövzusunda reallaşdırılmalı olan bu alt-standart ümumiyy ətlə açıqlanmır.

əzmun, dil və üslub baxımından D

ərslik komplektində məzmun baxımımdan müəyyən qüsurlar var. Məsələn, d ərsliyin “Müstəqil respublikamız” sərlövhəli mövzusunda verilib: “Hər bir ölkənin

öz qanunlar toplusu olur. Az ərbaycan Respublikasının əsas qanunları onun qanunlar toplusunda – Konstitusi yasında əks olunmuşdur. Burada həyatımızın bütün sahələrinə aid qanunlar var (s əh.46). Konstitusiyamızda Azərbaycanın dövlət rəmzləri – bayrağımız, gerbimiz, dövlət himnimiz haqqında da qanunlar var (səh.47)”. Mətnin sonunda şagirdlərə: “Azərbaycanın əsas qanunlar toplusu necə adlanır?” – sualı verilir, 48-ci s əhifədə isə “Azərbaycan Respublikasının Konstitusiyasında Milli Ordumuz haqqında qanunlar da var” deyilir. Dərslik müəlliflərinin “konstitusiya” anlayışının mənasına düzgün yanaşmadan onu “qanunlar toplusu” adlandırmaları doğru deyil. Mü

əlliflərin “Günəşin göründüyü və gözdən itdiyi yerlər üfüq adlanır” (səh.29) kimi fikirl əri adi coğrafi anlayışları düzgün ifadə edə bilmədiklərini və şagirdləri çaşdırdıqlarını göstərir. Belə ki, Günəşin göründüyü və gözdən itdiyi yerlər üfüq yox, üfüq x əttidir. Açıq ərazidə Yerin bu xəttə qədər görünən hissəsi isə üfüqdür.

“Mü əllim üçün metodik vəsait”də tövsiyə edilən bəzi materialların məntiqi anlaşılmazdır. Məsələn, “Yeni dərs ili başladı” sərlövhəli birinci mövzuda söhbət t əbii olaraq məktəbin açılışından, şagirdlərin müəllimləri və dərsləri üçün

darıxmalarından, bilik və bacarıq qazanmanın faydası və s. gedir. Dərsin “Məqsəd”i is ə aşağıdakı kimi verilib:

əkan və hərəkət anlayışlarını fərqləndirir və sadə formada şərh edir.

ərəkəti qaydalarına əməl edir.

əqsədlərə çatmaq üçün tövsiyə edilən tədqiqat sualı isə belədir: “Yeni dərs

ilinin başlanması sizdə hansı təəssürat yaratdı?”. Mövzunun mətni, dərsin məqsədi v ə tədqiqat sualı arasındakı uyğunsuzluq və məntiqsizlik “Nəticə və ümumiləşdirmə”

il ə özünün “apogey”inə çatır: “Müəllimin istiqaməti ilə şagirdlər nəticəyə gəlirlər ki, sentyabrın 15-ni bütün müəllimlər və uşaqlar səbirsizliklə gözləyirlər. Çünki bu gün yeni d

ərs ili başlayır. Uşaqlar yeni bilik və bacarıqlara yiyələnmək üçün məktəbə g əlirlər, öz müəllimləri və sinif yoldaşları ilə yenidən görüşməyin sevincini

əhifə 7 və 90-da “Svetofor” sözünün əvəzinə “işıqfor” olmalıdır.

əhifə 9-da yazılıb: “Biz dibçəkdə gül əkməyin qaydalarını hələ birinci sinifdə öyr

ənmişik”. 1-ci sinif dərsliyində dibçəkdə gül əkməyin qaydaları öyrədilməyib.

əhifə 10-da verilmiş “Məktəbimiz” mövzusunda ancaq mühit, davranış qaydaları, məktəbdəki nizam-intizam qaydaları haqqında danışılır. Alt-standartlar is ə şagirdin ailədəki və məktəbdəki hüquqlarını Uşaq Hüquqları Konvensiyası

baxımından şərh etməyi, başqalarının hüquqlarına hörmətlə yanaşılması barədə

ələrini bildirməsini tələb edir. Mövzunun adı “Məni əhatə edən mühit” olsaydı daha yaxşı olardı.

əhifə 16-da sonuncu abzasında yazılır ki, “Biz artıq bilirik ki, yarpaqların tökülm

əsinin səbəbi istinin və işığın azalmasıdır”. Birincisi, yarpaqların tökülm

əsinin səbəbi təkcə bu deyil, ikincisi isə bunun səbəblərini hələ 3-cü sinif şagirdi bilmir. Bu hadisənin baş vermə səbəblərini şagirdlər yuxarı siniflərdə öyr ənəcəklər. “Payızda ” mövzusunda II cümlədə yazılır ki, Yer planeti payız

b ərabərliyinə sentyabrın 23-də çatır. “payız bərabərliyi” nə deməkdir?

MMV-nin 24-cü s

əhifəsində “Yağış damlasının hərəkəti” mövzusunda mü əllim şagirdlərə suallar verir:

1. Su hansı halda donur? 2. Su hansı halda qaynayır?

3. Su hansı halda buxarlanır? Bu sualların cavabını tələb etmək üçün əvvəlcə müəllim 1.1.2 alt-standartını reallaşdırmaq üçün təcrübələr aparmalı, “qaynama”, “donma”, “buxarlanma” anlayışlarını izah etməli idi. 3-cü sinif şagirdi hələ maddə, maddənin aqreqat halı haqqında biliklərə yiyələnməyib. O, hələ saf su və təbii suların xassələrini (qaynama , donma, buxarlanma temperaturu) f ərqləndirə bilməz. Müəlliflər “Su hansı halda qaynayır, donur, buxarlanır?” soruşanda, görəsən hansı suyu nəzərdə tuturlar?

əhifə 24-də I və IV abzasdakı fikirlər bir-biri ilə uzlaşmır. I abzasda yazılıb: “

Martın 21-də qışı yaz əvəz edir. Sentyabrın 23-də payız gəlir”. IV abzasda is ə yazılıb: “Sentyabrın 1-i olan kimi yarpaqlar dərhal tökülmür.

Yaxud qaranquşlar martın 1-ində uçub gəlmir”. Bu abzasın son cümləsində yazılıb: “Havalar tədricən soyuyur, hərarət sıfır

ərəcədən aşağı düşür, ya da yavaş-yavaş istilənib müsbət qırx dərəcəyə qədər

qızır“. Hərarət qırx dərəcədən də yuxarı ola bilir.

əhifə 29 və 36-da sözlərin yazılışında səhvə yol verilib: “şəhərləri” sözü “s

əhərləri“, “köçürürdü” sözü isə “koçürürdü” yazılıb.

əhifə 33-də “calaq üsulunun mənası açıqlanmır.

əhifə 35-də adi gözlə görünməyən canlılara mikroblar, viruslar və bakteriyaları aid edibl ər. Belə çıxır ki, viruslar və bakteriyalar mikroorqanizmlər deyil. Bəs mikroblar dey əndə müəlliflər nəyi nəzərdə tutublar?

əhifə 36-da şəkildə göstərilir ki, şagird lupa ilə mikroorqanizmləri görür. Ən müasir lupalar 2-25 dəfəyə qədər böyütmək qabiliyyətinə malikdir. Mövzuda adı ç əkilən Levenhukun böyüdücü şüşələri əslində ilk mikroskoplar olub 270 dəfə

böyütm ək qabiliyyətinə malik idi. Müasir lupalar ilə mikroorqanizmləri görmək olmaz.

əhifə 37-də mikroorqanizmlərdən yalnız bakteriyalar haqqında məlumat verilir. III abzasın son cümləsində isə yazılır: “Qıcqırma prosesini yaradan mikroorqanizml ər olmasa idi, hər gün istifadə etdiyimiz əsas qidamız-mayalı çörək d ə olmazdı.” Belə nəticə çıxarmaq olur ki, mayalı çörəyi yaradan da bakteriyalardır.

Mayalı çörək maya göbələkləri ilə yaradılır. Yaxşı olardı ki, mikroorqanizmlərin bu sinfi haqqında da məlumat verilsin. MMV-d ə də bu fikir səhv verilmişdir. Nəticə və ümumiləşdirmə hissəsində

yazılır: “Bakteriyaların köməyi ilə süd qatığa çevrilir, xəmir acıyır”. Burada da maya göb

ələklərini bakteriyalar adlandırıblar.

əhifə 38-də həşəratların əlamətləri və yaydıqları xəstəliklərdən danışılır. Yazılıb: “Tarakanlar bir çox xəstəlikləri yayır”. Bütün həşəratların hansı xəstəliyi yaydığı açıqlanır, lakin tarakanların yaydığı xəstəliklər haqqında heç bir məlumat verilmir.

əhifə 42-də II abzasda yazılır: “İlan, kərtənkələ, tısbağa sürünənlər sinfinə aiddir”. IV abzasda yazılır:” Timsah və tısbağa da sürünənlər sinfinin

əndələridir. Tısbağanın sürünənlər sinfinə aid olduğu artıq II abzasda yazılmışdı. Yaxşı olardı ki, timsah sözü də elə II abzasda verilsin. Yazılıb: “Timsah yırtıcı heyvandır” .”yırtıcı” sözü açıqlanmır. Şagirdlər bunu nec

ə başa düşəcəklər?

əhifə 43-də I cümlə artıq və mənasızdır. Yazılıb: “Sürünənlərdən sonra quşlar sinfi gəlir”. Siniflər arasında hansısa sıralama, ardıcıllıq yaratmaq düzgün deyil. Ümumiyy ətlə, 3-cü sinif şagirdi “sinif” anlayışını dərk edə bilməz.

əhifə 44-də yazılır: “Dilin kənarlarında, ucunda xüsusi həssas hüceyrələr var”. “Hüceyr ə” termini haqqında məlumat verilmədən bu informasiyanı şagirdlərə izah etm

əhifədə yazılır: “Burnumuz vasitəsilə nəfəs alırıq”. Olmalıdır: Burnumuz vasit

əsilə tənəffüs edirik. Çünki, burnumuz vasitəsilə həm də nəfəs veririk.

əhifə 44-də “filiz” sözünün mənası düzgün izah olunmayıb.

ədii tərtibat və dizayn baxımından

əhifə 84-də mətnlə şəkil uzlaşmır. Mətndə yazılır ki, Azər əvvəlcə telefonla z əng vurub təcili yardım çağırdı, sonra ata-anasını xəbərdar etdi, daha sonra isə ütünü

şəbəkədən ayırdı. Lakin şəkildən görünür ki, Azər telefonla danışanda artıq ütü şəbəkədən ayrılmışdır.

əhifə 88-də verilmiş şəkillər mövzuya uyğun deyil.

əhifə 44-də müxtəlif maddələrin şəkilləri göstərilmiş, lakin heç bir açıqlanma verilm

Şagirdlərin yaş xüsusiyyətləri baxımından

əhifə 21-də yazılıb: “Su kimi havanın da çəkisi var.” Birincisi suyun çəkisi indiy

ə qədər öyrənilməyib, ikincisi isə 3-cü sinif şagirdi hələ “çəki” anlayışını dərk ed ə bilməz.

əhifə 23-də yazılıb: “Külək həm də çiçəkləri tozlandırır” . “Tozlanma” terminini 3-cü sinif şagirdi düzgün dərk edə bilməz. Şagirdlər “tozlanma ” dedikdə, yalnız çiçəklərin üzərinə toz qonmasını nəzərdə tuta bilərlər.

MMV-nin 37-ci s

əhifəsində müəllim şagirdlərdən soruşur: “Yabanı və m ədəni bitkilər haqqında nə bilirsiniz? “. Yabanı və mədəni bitkilər haqqında hələ

3-cü sinif şagirdi heç bir məlumat almamış ona belə bir sual vermək olmaz.

ərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövl

ət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin mü əllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas

s əhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin t əsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli

Qanununun t ələblərinə uyğun çap olunmayıb. 2. D ərslikdə fənn kurikulumu çərçivəsində nəzərdə tutulmuş alt standartların

reallaşdırılmasında çoxlu sayda kənaraçıxmalar var. Bəzi hallarda fənlərarası və f əndaxili inteqrasiya nəzərə alınmayıb.

3. D ərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul

Document Outline

  • 4. Bədii tərtibat və dizayn baxımından;
  • Nəticə

Elimizin əziz bayramı Novruzun müjdəçiləri – çərşənbələr

Bakı, 25 fevral (AZƏRTAC). Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz ulu yurdumuza öz mübarək qədəmlərini basır.

Fevralın 25-də Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki – su çərşənbəsi bayram edilir.

Bu bayram ərəfəsində elimizin adət-ənənələri, icra etdiyi ayin və mərasimlər nəsildən-nəslə keçərək dövrümüzə gəlib çatmışdır. Bu gün də həvəslə təşkil olunan mərasimlərin tarixi, söykəndiyi qaynaqlar istər yaşlı, istərsə də gənc nəsil üçün maraq doğurur.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilin AZƏRTAC-a təqdim etdiyi “Elimizin əziz bayramı Novruzun müjdəçiləri – çərşənbələr” məqaləsi yəqin ki, bir çox suallara cavab tapmaqda hamımıza yardımçı ola bilər. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Azərbaycan folklorşünaslığının ən az öyrənilən sahələrindən biri də Novruz bayramından əvvəl qeyd olunan çərşənbələrdir. Bu baxımdan hazırda çərşənbələrin təqvim əsaslarının araşdırılmasına ciddi ehtiyac vardır. Çünki çərşənbə mərasimlərinin ayin əsası onun təqvimdəki yeri və mənası ilə əlaqəlidir. Çərşənbələrin hansı təqvimə aid olması haqqında folklorşünaslığımızda aydın fikir yoxdur. Bunun əvəzində isə çərşənbələrin təqvim xarakterini açmaq üçün heç bir elmi əsası və xalq təqvimi ilə bağlılığı olmayan məhəlli adların müxtəlif variantlarından bəhs olunur. Məsələn, Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisinə “birinci çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi”, ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”, üçüncüsünə “üçüncü çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel çərşənbəsi”, dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi” və s. deyilir.

“Novruz” sözünün mənasının “yeni gün” olduğu məlumdur. Çərşənbənin isə aydın izahı yoxdur. Çərşənbənin “çəhar şənbə” sözündən olduğunu nəzərə alsaq, onu “dörd şənbə” və ya “dördüncü şənbə” kimi hərfi tərcümə etmək olar. Lakin bu da bizə aydın bir məlumat vermir.

İndi İranda işlənən hicri təqviminin həftə adlarına diqqət etsək, orada “şənbə” sözünün sıx işləndiyini görürük: yekşənbə, doşənbə, seşənbə, çeharşənbə, pəncşənbə, şənbə. Milad təqviminə görə, buradakı “çümə” “beşinci gün”, “yekşənbə” “bazar günü”, “çeharşənbə” isə “üçüncü gün”dür. Bu, Azərbaycanda işlənən həftə adlarındakı “çərşənbə”dir.

“Çeharşənbə” sözündəki “çehar” 4 deməkdir. “Şənbə”nin mənası isə aydın deyildir. Lakin bunun qədim bir substrat olduğu müşahidə edilməkdədir. Bu, Şərqdə istifadə olunmuş qədim təqvimlərdən biridir və bu təqvimin əlamətdar günü “şənbə”dir. Bunun sami xalqlarında “şabbat” forması qalmaqdadır. Slavyanlarda “Subbota”nın da eyni kökdən qaynaqlandığını düşünmək olar. Ola bilər ki, bu altıgünlük “həftə”nin altıncı və ya istirahət günü olmuşdur. Yaxın əsrlərə qədər Rusiyada beşgünlük “həftə”nin olduğu da tarixi faktdır.

“Şabbat”ın şənbə şəklində İran ərazisində yaşayan xalqlarda və türklərdə işlənməsi mümkündür. Yəhudilərdə “şabbat” indi də qeyd olunur. “Şabbat”ın iudaizmlə bağlı dini mənası vardır. Ola bilər ki, İslamdan əvvəl Xəzər xaqanlığının əhalisinin iudaizm dininə mənsub olması sonralar bu xalqların təqvimində öz izlərini qoymuşdur. Amma biz “şənbə”ni həftənin altıncı günü deyil, “dörd şənbə” adı ilə ikinci günündən üçüncü günə keçən axşam qeyd edirik. Görünür, burada bir neçə təqvim kəsişməsi vardır. Bizim də XI-XIX əsrlər boyunca işlətdiyimiz hicri təqvimi, XX əsrdən istifadə etdiyimiz miladi təqvimi ilə yanaşı, iudaizm dövründə işlənmiş təqvim də bu və ya digər şəkildə özünü göstərir. İudaizmdən gələn “şabbat”, xristianlıq və İslam mühitində ikinci plana keçir. Xristian slavyanlar “subbota”nı deyil, daha çox xristian mahiyyəti daşıyan və İsa Məsihlə bağlı olan “Dirilməni” (voskreseniye), müsəlmanlar isə “şənbə”ni və ya “şərşənbə”ni deyil, islami həmrəylik nümayiş etdirən “cümə”ni qeyd edirlər. Digər tərəfdən, “çərşənbə”nin mübarək gün olması ilə bağlı ənənə də unudulmamışdır.

Şənbənin altıncı gün olduğunu bilirik. Bu da dünyanın altı gündə yaradıldığı və ən sonda insanın yaradılması haqqında dini bilgilərlə əlaqəli görünür. Dünyanın altı gündə yaradılması “şənbə”ni, dünyanı yaradan dörd ünsürün – suyun (ab), odun (atəş), havanın (bad), torpağın (xak) da “şənbəlik” həftə sistemində yaradılması “çərşənbə”ni (dörd şənbə) müqəddəsləşdirir. İstər ilkin kosmoqoniya, istər xalq təqvimi, istərsə də dini bilgi kimi bu fikir özünü doğruldur. Lakin bu, yenə də “şənbə”nin xalq inanclarında hami ruh və ya başqa bir kult elementi ilə bağlı olmasını və onun arxaik ayin əsaslarının mövcudluğunu istisna etmir.

Qədim zamanlarda “Novruz”un gəlişi – əmək mövsümünün başlaması idi və insanları sevindirirdi. Onlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması arzusu ilə müxtəlif nəğmələr yaratmışlar. Bu novruzqabağı nəğmələr üç yerə ayrılır: çillə nəğmələri, ilaxır çərşənbə nəğmələri, bayram nəğmələri.

Novruza hələ 90 gün qalmış, yəni qışın böyük çilləsinin girməsi ilə bağlı çillə şənlikləri keçirilər və müxtəlif nəğmələr oxunardı. Bəzi bölgələrdə həmin nümunələrə “Çilləkəsdi”, “Çillə” və ya “Çillədən çıxma” nəğmələri də deyilərdi. Erkən düşüncədə qış çillələrə (böyük çillə 40 gün, kiçik çillə 20 gün) və boz aya (30 gün) bölünür. Təsəvvürdə qışın bir çox obrazlarına müxtəlif münasibət ifadə edilir. Bu xüsusiyyət çillə nəğmələrində də özünü göstərir.

Araşdırmalarda çillə və çərşənbələr belə aydınlaşdırılır: “Qədim etiqadlara görə qış çillələrə bölünür. Bunlardan birincisi qışın girməsi ilə başlanan böyük çillədir ki, qırx gün davam edir. İkincisi, xalqın öz ifadəsi ilə deyilsə, “qışın oğlan çağı”dır ki, kiçik çillə adlanır və böyüyün yarısı qədər, yəni iyirmi gün davam edir. Nəhayət, qışın son ayı gəlir ki, bu da hər biri yeddi gündən ibarət dörd balaca çilləyə bölünür. Yuxarıda deyildiyi kimi, bu bölgünün əsaslandığı yeddi və qırx rəqəmlərinin müqəddəsliyi islamiyyətdən də, zərdüştlikdən də qədimdir. Son ayın dörd yeddi günlük çilləyə bölünməsi isə, ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür hava, torpaq, su və oddur. Qədim etiqadlara görə, son ayın hər həftəsində guya ki, bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə də, ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi bir şəkildə qeyd edilirmiş. Qurtaran ilin axır çərşənbəsində isə bütün evlərin həyətində tonqal qalanır, hamı odun üstündən tullanaraq “Ağırlığım, uğurluğum”, yaxud “Azarım, bezarım, tökül bu odun üstünə”,- deyirmiş.

Tədqiqatlardan aydın olur ki, Novruz bayramı öz mərasimləri ilə birlikdə, zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması bayramı olmuşdur. Məhz buna görədir ki, xalqımız müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri bir çox bayramları, mərasimləri unutmuş, Novruzu isə insanı əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşatmışdır. Azərbaycan xalqı indi də hər il həvəslə bu əziz bayramı gözləyir, onu sevinclə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir. Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.

Novruzqabağı nəğmələrin müəyyən bir hissəsini çərşənbələrlə bağlı ayin və mərasim nəğmələri təşkil edir. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Bu həftələr Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi, Torpaq çərşənbəsi adlanır.

Xalq mərasimlərinin el arasında fərqli adlandırılması ənənəsi də olmuşdur. Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günün, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üzgü”, ikinci üçünə “doğru üzgü”, sonuncusuna isə “ilaxır çərşənbəsi” deyilirdi. Bu çərşənbələrin hamısının özünə məxsus adət və ənənələri olduğu göstərilir. Qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunlar indi qismən unudulmuşdur.

“Kosa-Kosa” ilin axır çərşənbəsi günü icra edilir. Bir sıra sehr və əfsun ayinləri əsasında qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq, onu elliklə yola salır, yeni ilin, yəni yazın ilk gününü elliklə bayram edir. Bütün əkinçi xalqların mövsüm nəğmələrinin və bununla bağlı mərasimlərin araşdırılmasından aydın olmuşdur ki, ümumiyyətlə, qədim insan bir fəslin qurtarıb ikinci bir fəslin başlanmasını birincinin ölməsi, daha əvvəl ölmüş olan ikincisinin isə dirilməsi şəklində təsəvvür etmişdir.

Məsələn, “Kosa-Kosa” animizmə əsaslandığı halda, ondan sonrakı dövrlərin məhsulu olan ikinci nəğmə daha çox əfsunla bağlıdır. Burada Novruz bayramına artıq bizim başa düşdüyümüz mənada, doğrudan-doğruya yazın ilk günü kimi baxılmaqdadır. “Kosa-Kosa” oyununun mövsüm nəğmələrində birinci qurtaranı yola salmaq, ikinci yeni başlananı qarşılamaq ünsürləri vardır.

Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.

Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.

İlaxır çərşənbələrin birincisi su çərşənbəsidir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar.

Su ilə bağlı sınamalar:

İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər.

Çərşənbədə evə süpürgə çəkmək olmaz.

Süfrəyə su dağılması aydınlıqdır.

Su içən adamı qəfil vurmazlar.

Su içən adamı danışdırmazlar.

Lal axan sudan keçməzlər.

Yuxuda su görmək aydınlıqdır.

Səfərə çıxan adamın arxasınca su atarlar.

Odu su ilə söndürmək günahdır.

Su ilə bağlı atalar sözləri:

Suyun lal axanı, adamın yerə baxanı.

Su bir yerdə qalanda iylənər.

Su gələn arxa bir də gələr.

Su səhəngi suda sınar.

Su murdarlıq götürməz.

Su ilə bağlı türkəçarələr:

Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar.

Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər.

Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.

Su ilə bağlı alqışlar:

Qamən axan görglü suyun qurumasın!

Qara başım qurban olsun, suyum, sana!

Su ilə bağlı tapmacalar:

Ay gedər, ha il gedər,

Gecə gündüz yol gedər.

Od çərşənbəsi ilaxır çərşənbələrin ikincisidir. Buna xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilirdi. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.

Odla bağlı ata sözləri:

Od qalar köz olar, qız qalar söz olar.

Od qalayıb oda düşmüşük.

Od yanan yerdən tüstü çıxar.

Odla bağlı inanclar:

Çərşənbədə ocağı boş qoymazlar.

Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər”.

Odla bağlı alqışlar:

Ocağın bərəkətli olsun.

Ocağın nurlu olsun.

Ocağın odlu olsun.

Ocağına nur çilənsin.

Odla bağlı qarğışlar:

Od-ocağa həsrət qalasan.

Ocağın qazan görməsin.

Odla bağlı tapmacalar:

Evdən – evə qızıl yaylıq.

Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır.

Yellə bağı atalar sözləri:

Yelə tüpürsən öz üstünə qayıdar.

Yel qayadan nə aparar?

Yelnən gələn selnən gedər.

Yel əsib qoz tökülüb.

Yellə bağlı tapmacalar:

Hər yan ələk–vələkdir,

İsti tamam kələkdir.

Dəyirmana can verər,

Xırmana da gərəkdir.

Yellə bağlı inanclar:

Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa diləyin yerinə yetər.

Torpaq çərşənbəsini “torpaq – çillə – beçə çərşənbəsi” də adlandırırlar. O, xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə – suri” adları ilə də tanınır.

Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxunar, dua edilər.

Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.

İlaxır çərşənbə ilə bağlı fallar:

Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

“Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. “Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər”, – deyərlər.

“Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır”,- deyərlər.

“Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən” – deyərlər.

“Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan”, – deyərlər.

“Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər”, – deyərlər.

“Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər”,– deyərlər.

Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən hadisələrdir. Onun miladdan əvvəl başlanan qədim tarixi vardır. Yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, xalq inanclarından, arxaik ayindən, altı günlük təqvim mifindən və yazla bağlı mövsüm mərasimlərindən qaynaqlanır. Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı bir ay əvvəldən xalqı böyük bayrama – Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.

Comments are closed, but trackbacks and pingbacks are open.