Press "Enter" to skip to content

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: – ana dilimizi – vicdanımızı – Vətənimizi.

18 oktyabr dövlt müstqilliyi günü ssenari

Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsində mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsinə aydınlıq gətirilib.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı parlamentə daxil olan sənəddə qeyd edilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam edib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik təsbit edilməsində əsaslı rol oynayıb.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunmalıdır.

Dəyişikliklərin nəzərdə tutulduğu “Müstəqillik Günü haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, indiyə kimi Azərbaycanda 28 May Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi.

Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qaynarinfo xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.

Qaynarinfo “Report”a istinadla xəbər verir ki, görə, toplantıda “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

İclasda həmçinin “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi birinci oxunuşda müzakirə ediləcək.

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün – oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. “Report” xəbər verir ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul edilib. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub. 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə aid statuslar

Vətən millətin sahib ola biləcəyi ən vacib elementdir. Bizim vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Biz bu yolla gedirik və bu yolla gedib yeni uğurlar əldə edəcəyik. Bu yazımızda 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə bağlı sözləri sizin üçün bir araya gətirdik.

İnsanlara hürriyət, millətlərə istiqlal! – Məhəmməd Əmin Rəsulzadə

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. – Heydər Əliyev.

Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır. – Mustafa Kamal Atatürk

Azadlıq, tarixin itməyən tək dəyəridir.- Alber Kamyu

Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur. – Mustafa Kamal Atatürk

Müstəqilliyin mübarək Ey Şanlı Azərbaycan.

Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!

18 Oktyabr Sözləri

18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə xalqımızı ürəkdən təbrik edirik! Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir! Müstəqilliyin mübarək, Azərbaycan.

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki.

Böyük günlər, şankı günlər, şən günlər,

Yoluna düşən günlər

18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası günümüz mübarək!

Bayrağımız heç zaman enməsin. Müstəqilliyimiz əbədi olsun. Yaşasın AZƏRBAYCAN!

Eşq olsun Azərbaycan ordusuna, eşq olsun Azərbaycan xalqına.

Bu gün Milli Müstəqilliyin Bərpası Günüdür. Bütün Azərbaycan xalqını təbrik edir və müstəqilliyimizin əbədi olmasını arzulayırıq.

Müstəqilliyin Bərpası Günü İlə Bağlı Gözəl Sözlər

Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. – Mustafa Kamal Atatürk

Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. – Mustafa Kamal Atatürk

Cəmiyyət həyatı üçün fərdi azadlıq və müstəqillik şərtdir. – Mahatma Qandi.

Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. – Heydər Əliyev.

Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. – Mustafa – Kamal Atatürk

Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir.

İnsan vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı vətən sayəsində mövcuddur.

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: – ana dilimizi – vicdanımızı – Vətənimizi.

-Şah İsmayıl Xətai

Müstəqilliyin Bərpası Gününə Aid Statuslar

Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir.
– Lev Tolstoy

Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.
– Nəriman Nərimanov

Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq.
– Jan Jak Russo

Azadlıq ağacı, müəyyən aralıqlarla vəyənpərvərlərin və vətən xainlərinin qanlarıyla sulanmalıdır.
– Tomas Cefferson

Əgər bir məqsəd uğrunda ayaqda deyilsinizsə, hər zərbə sizi yerə yıxa bilər.

Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Dövlət Müstəqilliyinin Bərpası Günüdür.

Sən həmişə zirvələrdə dalğalan ey üç rəngli bayrağım.

Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.

Biz xoşbəxtik ki, müstəqil Azərbaycanda yaşayırıq.Biz xoşbəxt nəsilik ki, bu sevincli, qələbə dolu günləri görə bilirik. Eşq olsun Azərbaycan ordusuna! Yaşasın müstəqil Azərbaycan.

Azadlığı istəmrəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram! Milli Müstəqilliyin bərpası günümüz mübarək.

18 oktyabr – güclü, yenilməz Şanlı Orduya və bir yumruq kimi həmrəy olan xalqa sahib Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.

Comments are closed, but trackbacks and pingbacks are open.