Press "Enter" to skip to content

SON DƏQİQƏ

Hər 20 yanvar faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir, bütün dövlət və hökümət müəssisələrində Şəhidlərin xatirəsi 1 dəygəlik sükütla yad edilir. Qəmilər dayanıb siqnal verir, küçələrdədə maşınların hərəkətı 1 dəygəlik dayandırılır. Bakı Metropoliteninin də hərəkatı bir dəygəlik dayandırılır və həmin gün metronun gediş gəlişi pulsuz olur, həmçinin metronun 20 Yanvar stansiyasına o gün adam çox axışır, insanlar tər çiçəklərlə onları yad edirlər. 20 yanvar metro stansiyasının adı həmin yanvar səlnaməsinin şərəfli və acı xatirələrindən biridir.

20 YANVAR FACİƏSİ

Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcəkdir və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış DTK tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.

20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

Bakı şəhərinə 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi.

Elə həmin gün ərzində 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələndi. Yanvarın 21-də o zaman Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

Sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” deyərək öz günahını etiraf etmişdir.

20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və rolu

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi.

Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 21 il keçmişdir. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlər arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.

Ancaq müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə Ermənistanın Azərbaycana ədalətsiz ərazi iddiası və təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bu günə qədər respublikamızın ərazi bütövlüyü bərpa olunmamışdır. Ona görə də 20 Yanvar faciəsinin 21-ci ildönümü ərəfəsində hər bir Azərbaycan vətəndaşı, Azərbaycan ordusunun hər bir əsgəri, giziri və zabiti bir daha dərk etməlidir ki, şəhidlərimizin qanı bahasına müstəqil olmuş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.

UŞAQ DOĞAN RAHİBƏ BU İŞƏ ÖZÜ DƏ MƏƏTTƏL QALDI

SON DƏQİQƏ

20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biridir.

NAXCİVANXEBERLERİ.COM -un məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

E.Məmmədyarov bildirib ki, 20 Yanvar faciəsinin baş verməsinin müxtəlif səbəbləri var idi. Bu faciə ilə yanaşı, azərbaycanlılar azərbaycanlı olduqlarına görə Ermənistandan kütləvi şəkildə qovuldular.

Nazir vurğulayıb ki, bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı: “Guya sovet qüvvələri Azərbaycan xalqını qorumağa gəlmişdi. Lakin SSRİ Müdafiə naziri Dmitri Yazov sonradan bildirmişdi ki, onların əsas məqsədi sovet idarəçiliyini qorumaq, qeyri-kommunist, milli qüvvələri cəzalandırmaq idi. Onlar eyni zamanda bununla digər sovet ölkələrindəki milli qüvvələrə bir dərs vermək istəyirdilər”.

Nazir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycanda 70 illik sovet idarəçiliyini sona çatmasına səbəb oldu.

Xarici İşlər naziri Sumqayıt hadisələrinin baş verməsi səbəblərinə toxunub. Qeyd edib ki, bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı: “Sumqayıt hadisələri zamanı Eduard Qriqoryan şəxsən Sumqayıtda 6 ermənini qətlə yetirmişdi. Qriqoryan sovet rejiminin nümayəndəsi idi”.

20 yanvar facisi azrbaycan dbiyyatında

Azərbaycan çox fədakar və bir çox zülmətlər görmüş xalqdı. Keçmişdə xarici ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox itkiləri olub. Ölkəmizin 20%torpaqları Erməni faşistləri tərəfindən zəbt olunub, düşmən ayaqları altındadı. Millətimizin ən yaralı yeri Dağlıq Qarabağdı. Bu gün Azərbaycanın ən gözəl ən dilbər güşəsindən biri olan Qarabağ, ermənilərin əlindədi, bu çox ürəkağrıdıcı bir faktdıkı, sırf Azərbaycan torpağı olan Qarabağ indi düşmənin torpağı kimi gələmə verilir, ermənilər o torpağlarımızı həyasızcasına zəbt edib öz adlarına çıxardıllar, o torpağları mənimsəyiblər, amma bu yalandı Qarabağ sırf Azərbaycan torpağıdı, həmişə olub və olacaqda, bu belə qalmayacaq artıq Qələbənin bir addımındayıq, gec tez Qarabağı geri qaytaracayıq, yenə öz torpaqlarımıza dönəcəyik, bununla bağlı artıq tədbirlər də görülür danışıqlarda aparılır.

Bizim xalq çox səbrli xalqdı, və iradəsini qoruyub saxlamaqdadı. Ancaq elə anlar elə məqamlar olur ki daha susmaq danışmamaq mümkün olmur. Saysız hesabsız itkilərdən başı açılmayan Azərbaycanın xalqının bir qanlı səhifəsidə var ki onu tarixdən silmək qəti olmur. Belə Faciələrdən biridə 20 Yanvardı. Azərbaycan xalqının tarixinə 20 yanvar hadisəsi Qanlı Yanvar faciəsi kimi daxil olubu. 1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir. Keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qanlı divan tutulması, kütləvi terror nəticəsində minlərlə günahsız insanın qətlə yetirilməsi mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq, sülh yolu ilə bunu dərindən həll etmə üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə müxtəlif ölkələrdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” peşəkarcasına istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu cəfəngiyyat idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Hətta yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunuda belə partlatdırıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin alçaq siması bu idi. Qünahsız insanları öldürməklə o nəyə nail oldu, nəyi sübut etmək istədi, dinc yerli sakinləri öldürməklə o elə bildiki hər şeyi qaydasına qoyub hər şey onun istədiyi kimi olacaq, onun çirkli əlləri minlərlə insanın qanına batmışdı , amma o qatil bununlada sakitləşmədi, o öz planını qəddarcasına davam edirdi.
Tanklar və sovet qoşunları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib dağıdırdılar, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Maşınlar, avtobuslar, binalar və müxtəlif müəssisələr atəşə tutulub məhv edilmişdi, hər yer od alov içində idi. İnsanların soyuq meyidləri şəhərin hər yerində sərilib, qanları isə hər yerə çay kimi axırdı. Atəş səsi hər yeri bürümüşdü. O vəhşilər hər yeri partladırdılar.Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də güllələyirdilər. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi,adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür, adamlar soyuq silahla, vəhşicəsinə qətlə yetirilmişdir. 200 ev və mənzil, 80 maşın, təcili yardım maşınları əsgərlər tərəfindən darmadağın edilmişdi, dövlət və özəl mülkiyyət məhv olunmuşdu. Qətlə yetirilmiş insanların arasında təcili yardım və polis işçiləri də var idi. Onların içində ən cavanları- 13 yaşlı məktəbli İlqar İbrahimov və Larisa Məmmədova, ən yaşlıları isə 75 yaşlı Sura Babayeva və 76 yaşlı Yunus Rəhimov idi. Bəziləri itkin düşdü, bir çox sayda insan əlil qaldı, valideyinlərini, övladlarını itirənlər yetim qalanlar da oldu.Sovet hərbçiləri kimi görürdülər hamını güllə atəşinə tuturdular, silahsız, günahsız və dinc əhaliyə əl qaldırmaq onlar üçün çox xoş, və ürəkaçan idi, bundan həzz alırdılar, soyuqqanlı insanın heç vaxt ürəyi olmur. Onlar isə əsl vəhşi soyuqqanlı qatil idilər.Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Saysız hesabsız insanlar qurban oldu, onların bir məqsədi var idi Azərbaycan xalqını qıraraq məhv etsinlər, şəhəridə külə döndərib yandırsınlar. Binaların damında əsgərlər növbə ilə dururdular. Hər yer blokada içində idi. Şəhər demək olarki dağıdılmışdı.Yerli sakinlərin qorxu hissi isə Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları quldurlar məhz bu insanlar bu qatillər idi.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə inadını qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi və firavan həyat üçün yol açdılar. Bu dəhşətli gecənin səhəri hər şey artıq külə dönmüşdü və minlərlə insan həlak olmuşdu, şəhər qan içində idi, analar fəryad qoparıb öz övladlarının gəbirləri üstə göz yaşı töküb hönkürtü ilə ağlayıb kömək istəyirdilər, onlar öz övladlarını son mənzilə yola salırdılar, və bu onlar üçün nə gədər ağır nə gədər əzablı idi bir Allah bilir. Yüzlərlə insan küçələrə axışıb tabutları aparmağa kömək edirdilər, onlar o tabutları çiyinlərində apararkən göz yaşlarını saxlaya bilmirdilər, o göz yaşları isə selə dönüb axırdı, qırmızı qərənfillər hər yeri bürümüşdü, hər tabutun üstündə nə gədər gül var idi, sanki o qərənfillərdə şəhidlərimizi ağlayırdı, insanlarla birgə. Şəhər dəhşət və qorxu içində idi. Hər bir ananın, bacının, övladın üzündə o gəm o kədər əks olunmuşdu, onlar artıq özlərini tam itirmişdilər və nə baş verir nə olub anlamırdılar, elə bil şokda idilər, çox əzab əziyyətli anlar keçirirdilər o gün bütün Azərbaycan xalqı, bütün hamı şəhidlərimizı son mənzilə yola salmaq üçün bir toplaşmışdılar. Hamının bir arzusu var idi ki öz yaxınlarını, doğmalarını geri qaytarsın. Amma nə etmək olardı, artıq çox gec idi günahsız oğul qızlarımız heç nədən, hədərə getdilər, heç bir günahı olmaya olmaya quldur əlindən şəhid olub bu dünyanı həmişəlik tərk etdilər.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Bütün dünya bu qanlı faciədən Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Başları ancaq hakimiyyəti bölüşdürməyə qarışıq idi. Qanlı Faciə isə heç kimin vecinə belə deyildi. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Belə şəxsiyyətlərdən biri və birincisi ümummilli liderimiz, eks-prezident Heydər Əliyev olub. H.Əliyev hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara cinayət işi qaldırılması tələbini irəli sürmüşdü. Həmçinin imperiyanın başında duranların əleyhinə Rusiyanın paytaxtında möhtəşəm mitinq təşkil etməklə Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırmağa nail olmuşdu. H.Əliyev Azerbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da yanvar faciəsini törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün əlindən gələni etmiş, hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət almasından ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsinə çalışıb. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Adətən bura Dağ üstü Parkda deyirlər. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edib məzarları önünə əkil və gül çiçək qoyurlar. Burda ucaldılmış əbədi məşəl Bakının hər yerindən görsənir,bu məşəl artıq Şəhidlər Xiyabanının bir simvolu olaraq tanınır. Daim yanan bu məşəl heç vaxt sönmür, bu da ondan irəli gəlir ki şəhidlərin xatirəsi ölməzdi. Ulu Öndər Cənab Heydər Əliyev bu Xiyabana hər il dönümü gəlirdi və şəhid olan oğul qızlarımızın xatirəsini yad edirdi, onların xatirəsini daima uca tuturdu, və hər bura gələndə çox kövrəlirdi. Bir dəfə də hətta o bura gəldikdə hörmət naminə məzarları öpdü,və bununlada o sübut etdiki şəhidlərin xatirəsi çox ucadı və onlar ölməzdi.Ulu Öndər daima şəhidlərin ailələrinə görüşüb köməkdə edirdi. Prezidentimiz Cənab İlham Əliyev həmçinin 20 Yanvar Şəhidlərinin ailələrinə həmişə kömək edir, şəhidlərin ailələri daima onun diqqət mərkəzindədi, müxtəlif sərancamlar əsnasında şəhid ailələrinə hökümət tərəfindən qayğı göstərilir, onlara daima güzəştlərdə olunur. Həmçinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət və hökümət nümayəndələri, şəhər sakinləri də hər ildönümü buranı ziyarət edir, şəhidləri yad edib və onların ruhuna dualar oxuyurlar. Xaricdən gələn qonaqlar, ölkəmizə gələn hər hansı bir yüksək vəzifəli və mötəbər insan, dövlət və hökümət nümayəndələri də həmçinin mütləq birinci növbədə buranı ziyarət edib ölməz oğul və qızlarımızın xatirəsini yad edib onların məzarlarına əkil qoyurlar.Hətta demək mütləqdiki bu Xiyaban müqəddəs And yerinə çevrilmişdi. Evlənən cütlüklər adətən buranı ziyarət edib şəhid olmuş və Şəhidlər xiyabanındada ön sırada uyuyan İlham və Fərizənin məzarı önündə bir birinə söz verirlərki onlarında sevgisidə bu cütlük kimi əbədi olacaq, belə saf və fədakar. Onlar da bir birini axıra qədər təmənnasız və bütün gəlblə sevəcəklər. İlham və Fərizənin bu sevgisi cavanlar üçün bir örnəkdi. O dəhşət faciədən 23 il ötür, amma bu günə kimi şəhidlərin analarının gəmli simalarını görmək çox çətin və acınacaqlıdı. Lakin o dəhşətli gecə şəhidlərin analarının yaddaşında hələ də davam edir. Onlar öz balalarını unutmayıblar və daima onları yad edib Şəhidlər Xiyabanına gəbirlərini ziyarət etməyə gəlirlər. Qəbirləri önündə durub şəhidləri yad edib onların ruhlarına dualar oxuyur onlarla azda olsa ünsiyyəttdə olub onlarla belə demək olarsa dərdləşirlər. Onlar üçün çox ağır və ürəkparçaladandı bu. Hər ana üçün övlad itirmək özü böyük bir faciədi.

Hər 20 yanvar faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir, bütün dövlət və hökümət müəssisələrində Şəhidlərin xatirəsi 1 dəygəlik sükütla yad edilir. Qəmilər dayanıb siqnal verir, küçələrdədə maşınların hərəkətı 1 dəygəlik dayandırılır. Bakı Metropoliteninin də hərəkatı bir dəygəlik dayandırılır və həmin gün metronun gediş gəlişi pulsuz olur, həmçinin metronun 20 Yanvar stansiyasına o gün adam çox axışır, insanlar tər çiçəklərlə onları yad edirlər. 20 yanvar metro stansiyasının adı həmin yanvar səlnaməsinin şərəfli və acı xatirələrindən biridir.

Müasir Azərbaycanın istiqlaliyyət yolunun şəhidlik zirvəsinin başlandığı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmanlıq səlnaməsinə yeni səhifə yazan Vətənin igid oğul və qızlarımızın bir çoxu 20 yanvar metro stansiyasının yaxınlığındakı bu ərazidə qətlə yetirildilər. Həmin vaxt bu ərazidə bir vaxtlar əli Azərbaycan xalqının qanına bulaşan imperiya ordusunun şərəfinə abidə ucaldılırdı. İndi isə bu ərazidə hər birimizin and yerinə çevrilən şəhidlərimizin əziz xatirəsinə salınan memorial abidə kompleksi yerləşir.

Azərbaycanın bütün şəhər və rayonlarındada Şəhidlərin əziz xatirəsi uca tutulur və dərin hörmətlə yad olunur, Ölkəmizin bütün şəhər və rayonlarında Şəhidlər Xiyabanı mövcuddu,hər il dönümüdə yerli sakinlər İcra Hakimiyyətinin nümayəndələri ilə birgə həmin Xiyabana gedib Şəhidlərin məzarlarını ziyarət edib tər-çiçək düzüb öz ehtiramlarını bildirirlər. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, hər il bu faciənin qurbanları, bütün dünyada yad edilir. Azərbaycan Respublikasının diasporaları və səfirliklər bu matəm gününə həsr olunmuş tədbir təşkil edirlər. 20 yanvar şəhidlərin əziz xatirəsini yad edib bu matəmlə bağlı müxtəlif çıxışlar və nitqlər səsləndirirlər. Dünyada yaşayan Azərbaycanlılar, səfirlik nümayəndələri, diasporalar, çalışırlarki bu Qanlı Hadisəni Dünyaya tanıtsınlar. Və hər il 20 yanvar faciəsinə həsr olunmuş matəm tədbirlərində bir yerdə toplaşıb,aktiv şəkildə iştirak edib öz fikirlərini söyləyirlər. Biz inanırıq ki, heç bir cinayət cəzasız qalmayacaq. Qatil qorbaçovlar, vəzirovlar tarixin haqq divanı önündə cavab verəcəklər. Allah şəhidlərimizə rəhmət, düşmənlərimizə lənət etsin! Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə daima yaşayacaqdır və bu xatirə günü gündən böyüyəcək və heç vaxt unudulmayacaq. Şəhidlər müqəddəsdi, Şəhidlər ölməzdi, Vətən uğrunda savaşanlar və Vətən naminə canlarından keçən oğul və qızlarımız daima hər bir Azərbaycanlının gəlbində yaşayacaq, və onların xatirəsi hər zaman Xalq üçün ən uca və unudulmaz olacaq. Bizim bu günümüz üçün öz canlarını fəda etdilər bizim mərd, igid oğul qızlarımız. Onların qanı yerdə qalmayacaq bizim xalqımız mütləq onların qisasını alacaq, lənətə gəlmiş qatillər mütləq cəzalarını alacaqlar.
Allah bütün bizim igid oğul, qızlarımıza, şəhidlərimizə gəni gəni rəhmət eləsin,qalanlara isə səbr versin, şəhidlərimizin qanı yerdə qalmayacaq,nə vaxtsa bizim millət onların qisasını alacaq, gec tez həqiqət üzə çixacaq, və şəhidlərimizin ruhu rahat yatacaq. Amin, Həqiqət bizimlədi. Biz gərək öz vətənimizi bizim şəhidlərimiz kimi sevək necə onlar canlarını verdilər öz vətənləri naminə eləcə də biz, hər bir Azərbaycanlı üçün vətən birinci yerdə olmalıdı, biz onu həmişə sevməliyik və hər zaman qorumalıyıq. Həmişə həmrək olmalıyıq ki heç kim bizi qıra bilməsin,baş əydirə bilməsin,hər zaman bir yumruk kimi bir olsaq heç bir kəs bizə qalib gələ bilməz. Hər yerdə hər an vətənimizin gədrini bilək onu sevək və heç vaxt onu düşmən ayağına verməyək, daima onu qoruyaq və ən çətin gündə vətənin yanında olaq onu sevək və göz bəbəyi kimi qoruyub saxlayaq. Vətən çox əzizdi və onun keşiyində durmaq hamının əvəzsiz borcudu.

Comments are closed, but trackbacks and pingbacks are open.