Press "Enter" to skip to content

2011 büdcə gəlirlər

6.7. Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin istifadə müddəti, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda başa çatır.

Büdcə sistemi haqqında

Bu Qanun Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edir.

Maddə 1. Qanunda istifadə olunan əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.1.1. büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi;

1.1.2. büdcə təsnifatı – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması;

1.1.3. büdcə ili – yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr;

1.1.4. təsdiq olunan büdcə ayırmaları – qanunvericiliklə təsdiq olunan və dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddi;

1.1.5. büdcədənkənar dövlət fondları – qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondları; [2]

1.1.6. büdcədənkənar əməliyyatlar – müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən kənarda əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları; [3]

1.1.7. icmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi; [4]

1.1.8. büdcə kəsiri (defisit) – büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləği;

1.1.9. büdcə artıqlığı (profisit) – büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği;

1.1.10. dövlət büdcəsinin kassa icrası – büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi;

1.1.11. büdcə gəlirləri – Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar;

1.1.12. büdcә xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait;

1.1.12-1. mərkəzləşdirilmiş gəlir – dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir;

1.1.12-2. mərkəzləşdirilmiş xərc – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər;

1.1.12-3. yerli gəlir – dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir;

1.1.12-4. yerli xərc – büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər; [5]

1.1.13. büdcə ssudaları – dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti; [6]

1.1.14. dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti;

1.1.15. qrant – daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı;

1.1.16. subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti;

1.1.17. subsidiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti;

1.1.18. məqsədli büdcə fondları – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti;

1.1.19. sekvestr – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin , həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı; [7]

1.1.20. müdafiə olunan xərc maddələri – büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləri;

1.1.21. dövlət borcu – Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc; [8]

1.1.22. toplu maliyyə balansı – konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi.

1.1.23. büdcə təşkilatı – maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar;

1.1.24. büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar – mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda bələdiyyələr. [9]

Maddə 2. Büdcə sistemi haqqında qanunvericilik

2.1. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, bu Qanuna müvafiq olaraq hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanundan, digər qanunlardan və normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, hər ilin dövlət büdcəsi, onun icrası və ona dəyişikliklərin edilməsi, dövlət borcu haqqında qanunlar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarına dövlət büdcəsi hesabına maliyyə təminatı ilə bağlı müddəaların daxil edilməsinə yol verilmir. [10]

Maddə 3. Büdcə sistemi

3.1. Azərbaycan Respublikasında büdcə sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi (bundan sonra – dövlət büdcəsi), Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr təşkil edir.

3.2. Büdcə sistemi bu sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır.

3.3. Büdcə sisteminin vahidliyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr arasında bölüşdürmək vasitəsi ilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır.

Büdcə sisteminin vahidliyi eyni büdcə təsnifatı, büdcə sənədləri və formalarından istifadə olunması, büdcələrin icrasına dair müntəzəm hesabatın və icmal büdcə hesabatın hazırlanması və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməsi yolu ilə təmin edilir.

3.4. Büdcələrin müstəqilliyi mövcud qanunvericiliyə uyğun olaraq mәdaxil mənbələrin və vahid büdcə tәsnifatı çərçivəsində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması ilə təmin edilir.

Maddə 4. Büdcə təsnifatı

4.1. Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının) müqayisəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında vahid büdcə təsnifatı tətbiq olunur.

4.2. Büdcə təsnifatı büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi, inzibati və sair prinsiplər əsasında tərtib olunmuş təsnifatından ibarətdir. Büdcə təsnifatının gəlirlər, funksional, iqtisadi, inzibati və sair üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [11]

Maddə 5. Məqsədli büdcə fondları

5.1. Məqsədli büdcə fondları dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin və yerli büdcələrin tərkib hissəsi kimi yaradıla bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilərlər.

5.2. Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsi ilə həyata keçirilir.

5.3. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.

5.4. Müstəqil mədaxil mənbələrinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir.

5.5. Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir və onların hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait müvafiq büdcələrə qaytarılır. [12]

Maddə 6. Ehtiyat fondları [13]

6.1. Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər.

6.2. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir.

6.3. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

6.4. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.

6.5. Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, yerli büdcələrin ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları isə bələdiyyələr tərəfindən müəyyən edilir.

6.6. Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.

6.7. Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin istifadə müddəti, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda başa çatır.

Maddə 7. Müdafiə olunan xərc maddələri

7.1. Büdcəyə daxilolmaların vəziyyətindən asılı olmayaraq iqtisadi təsnifatın aşağıdakı maddələri üzrə xərclər müdafiə olunan xərc maddələri hesab edilir və onlara sekvestr tətbiq olunmur:

7.1.2. əmək haqqına üstəlik;

7.1.3. pensiya, başqa sosial müavinətlər və ödənişlər;

7.1.4. dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər;

7.1.5. hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər.

DÖVLƏT BÜDCƏSİ

Maddə 8. Dövlət büdcəsinin məqsədi

Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.

Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir. [14]

Maddə 9. Dövlət büdcəsinin gəlirləri

9.1. Dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir:

9.1.1. dövlət vergiləri;

9.1.3 digər gəlirlər; [15]

9.2. Dövlət büdcəsi gəlirlərinin yığımı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Gəlirlərin məbləğinin yuxarı həddi dövlət büdcəsinin qanunla təsdiq olunmuş göstəriciləri ilə məhdudlaşmır.

9.3. Qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir.

Maddə 10. Dövlət büdcəsinin xərcləri

10.1. Dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir:

10.1.1. cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr; [17]

10.1.2. əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları və səhmlərin alınması;

10.1.3. kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.

10.2. Büdcə xərcləri müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları həddində cari, investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə yönəldilir.

10.3. Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək həddini göstərir. İl ərzində faktiki xərclərin məbləği, bu Qanunun 18.4-cü və 19.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, həmin həddən çox ola bilməz. [18]

10.4. Hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddəti , bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla büdcə ilinin sonunda başa çatır. [19]

Maddə 11. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi

11.1. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

11.2. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır. [20]

11.3. Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü on günlüyü ərzində müvafiq icra hakimiyyəti orqanının mətbuatda dərc olunan qərarı ilə başlanılır. Bu qərara uyğun olaraq fevral ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozları dəqiqləşdirilir. [21]

11.4. Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarına müvafiq olaraq, cari ilin mart ayının 31-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin ilkin ortamüddətli proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi tərtib edilir. [22]

11.5. Cari ilin aprel ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti il və sonrakı üç il üçün icmal büdcə proqnozu, dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün zəruri olan qanunvericilik aktlarının layihələri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət investisiya proqramının ilkin layihəsi müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. [23]

11.6. Cari ilin may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Bu təlimatda aidiyyəti məlumatlarla yanaşı, təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumatlar verilir.

11.7. Büdcə təşkilatlarının xərcləri müəyyən edilərkən onların büdcədənkənar vəsaitləri nəzərə alınır. [24]

11.8. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. [25]

Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanlarının razılaşdırdığı formalara və cari il mayın 1-dək müvafiq icra hakimiyyəti orqanının təlimat məktubuna uyğun olaraq növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini cari il iyunun 1-dək müvafiq icra hakimiyyəti orqanının yerli bölmələrinə təqdim edirlər. [26]

11.9. Bu Qanunun 11.8.-ci maddəsinə əsasən təqdim olunmuş büdcə layihələrində aşağıdakılar əks etdirilir:

11.9.1. Funksional və iqtisadi təsnifatların paraqrafları üzrə keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği, Naxçıvan Muxtar Respublikası, ölkənin şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği, hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləği, büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı; [27]

11.9.2. funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə keçən ildə əldə edilmiş büdcədənkənar gəlirlərin və xərclərin məbləği, gəlirlərin və xərclərin keçən ilin sonuna qalığı, cari ildə və növbəti büdcə ilində büdcədənkənar gəlirlərin və xərclərin məbləğləri;

11.9.3. funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə növbəti il üçün təklif olunan büdcə gəlirlərinin və xərclərinin həcmi, ödənilməli olan verginin və ödənişlərin məbləği, büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;

11.9.4. iqtisadi və funksional təsnifat, Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə sonrakı üç il üçün gəlirlərin və xərclərin qiymətləndirilməsi;

11.9.5. maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın paraqrafları üzrə investisiya layihələri üzrə xərclərin həcmi. [28]

11.10. Avqust ayının 1-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla, növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları və dövlət investisiya proqramı dəqiqləşdirilir. [29]

11.11. Müvafiq icra hakimiyyəti orqanı dəqiqləşdirilmiş iqtisadi və sosial inkişaf proqnozlara və hazırlanmış proqramlara əsasən dövlət büdcəsinin layihəsində gəlirləri və xәrclәri yenidən hesablayır. [30]

11.12. Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanı iyul-avqust aylarında dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edənorqanlarla və büdcə təşkilatları, həmçinin Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət olduqda, bələdiyyələrlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir. [31]

11.13. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən, maliyyələşdirilən büdcə təşkilatlarından zərurət yarandıqda, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bәlәdiyyәlәrdәn və büdcədənkənar dövlət fondlarından tələb oluna bilər. [32]

11.14. Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər:

11.14.1. cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;

11.14.2. növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;

11.14.3. ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;

11.14.4. müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materiallar.

11.15. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. [33]

11.16. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və bu Qanunla müəyyən edilən digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. [34]

11.17. Növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar tərəfindən qanunvericiliklə müəyyən edilən sənədlərin vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi büdcənin tərtibi prosesinin pozulmasına səbəb olarsa, həmin təşkilatların vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [35]

Maddə 12. Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər

12.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:

12.1.1. növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;

12.1.2. Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;

12.1.3. büdcə-vergi siyasətinin əsas istiqamətləri;

12.1.4. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;

12.1.5. büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;

12.1.6. dövlət borcları və dövlət zәmanәti ilə digər öhdəliklərə dair məlumat;

12.1.7. növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi; [36]

12.1.8. növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi; [37]

12.1.9. Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;

12.1.10. qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri;

12.1.11. növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi; [38]

12.1.12. növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi; [39]

12.1.12. cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;

12.1.13. büdcədənkənar əməliyyatlara dair icmal hesabat;

12.1.14. dövlət büdcəsi kəsirinin keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat; [40]

12.1.15. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

Maddə 13. Növbəti büdcə ili üzrə dövlət büdcəsinə dair sənədlərin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.

Maddə 14. Dövlət büdcəsi haqqında qanun layihəsinin dərc edilməsi

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi bu Qanunun 12.1.1 – 12.1.10-cu maddələrində göstərilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir. [41]

Maddə 15. Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi

15.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

15.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının Milli Məclisinin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir.

Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir. [42]

15.3. Növbəti büdcə ili üzrə dövlət büdcəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir. [43]

15.4. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir; [44]

15.5. Cari ilin dövlət büdcəsi haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.

Bu əlavə və dəyişikliklər dövlət büdcəsinə yenidən baxılması zərurətini yaratdığı təqdirdə, bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin müddəaları tətbiq olunur. [45]

Maddə 16. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilər [46]

16.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla aşağıdakı əsas göstəricilər təsdiq olunur:

16.1.1. gəlirlərin və xərclərin ümumi məbləği; [47]

16.1.2. vergilərin dərəcələri;

16.1.3. mədaxil mənbələri üzrə gəlirlərin məbləği;

16.1.4. mənbələr üzrə qrantlar və transfertlər;

16.1.5. ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları;

16.1.6. funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği;

16.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği;

16.1.8. büdcə ssudalarının ümumi məbləği və istiqamətləri; [48]

16.1.9. daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər;

16.1.10. dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi;

16.1.11. sair beynəlxalq öhdəliklərin məbləği;

16.1.12. ehtiyat fondlarının məbləği; [49]

16.1.13. daxili və xarici dövlət borcunun, dövlət zəmanətinin, o cümlədən büdcə ili ərzində cəlb edilən və əvvəlki illərdə alınmış və növbəti büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri); [50]

16.1.14. xərclərin maliyyələşdirilmə ardıcıllığı;

16.1.15. dövlət büdcəsinin müdafiə olunan xərc maddələri;

16.1.16. dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği; [51]

16.1.17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləği;

16.1.18. İcmal büdcənin xərclərinin yuxarı həddinin məbləği;

16.1.19. təsdiq olunması zəruri hesab edilən digər göstəricilər. [52]

16.2. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunmuş xərc maddələri çərçivəsində inzibati təsnifata uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. [53]

16.3. Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq edildikdən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada imzalandıqdan sonra mətbuatda dərc olunur.

Maddə 17. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərinin büdcə təşkilatlarına çatdırılması

17.1. Müvafiq icra hakimiyyəti orqanı növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir.

17.2. Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırılır.

17.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari il dekabrın 25-dək dövlət investisiya proqramına daxil edilmiş və maliyyələşməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır və bunun əsasında icrası növbəti ilə keçəcək layihələr də nəzərə alınmaqla, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü həmin il yanvarın sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. [54]

17.4. Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 18. Dövlət büdcəsinin icrası

18.1. Dövlət büdcəsi müvafiq icra hakimiyyəti orqanları, onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsi ilə icra edilir.

18.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına və müvafiq maliyyə qaydalarına riayət etməmələrinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilər.

18.3. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına və ya onun yerli bölmələrinə təqdim edirlər. [55]

18.3-1. Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. [56]

18.4. Zərurət yarandıqda, təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilə bilər. [57]

18.5. Dövlət büdcəsinin icrası prosesində gəlirlər və kəsirin maliyyələşdirilməsi üzrə nəzərdə tutulmuş vəsaitlər təsdiq edilmiş məbləğdən az daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, inzibati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldıla bilər.

18.6. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilər. [58]

Maddə 19. Dövlət büdcəsinin kassa icrası

19.1. Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır.

19.2. Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla) dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət zəmanəti ilə alınmış borclar üzrə əməliyyatlar və digər dövlət maliyyə əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir [59]

Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə oluna və ya idarəetməyə verilə bilər. Sərbəst qalığın idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada birbaşa icrası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. [60]

Xarici valyutada dövlət büdcəsinə daxilolmalar hər hesabat ayının sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi ilə yenidən qiymətləndirilir.

Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc və ya itki yenidən qiymətləndirmənin nəticəsi kimi dövlət büdcəsinin müvafiq hesabat dövrünün sonuna fakt üzrə onun gəlirlərində və ya xərclərində əks etdirilir, həmçinin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığında nəzərə alınır.

Yenidən qiymətləndirmə nəticəsində yaranan qazanc və ya itki dövlət büdcəsinin kassa icrasına aid olunmur və bu Qanunun 16.1.1-ci, 16.1.16-16.1.18-ci maddələrinə uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir. [61]

19.3. Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.

19.4. Dövlət büdcəsinin icrası prosesində qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar, bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdəliklər üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur. [62]

19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür. [63]

19.6. Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər. [64]

19.7. Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.

19.8. Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına məxsusdur. Dövlət xəzinədarlığının razılığı olmadan bu hesabdan hər hansı formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır.

19.9. Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri qanunla bu gəlirlərin vergilərə cəlb edilməsi müəyyən edildiyi halda, həmin vergiləri ödədikdən sonra tam həcmdə və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 2 bank günü ərzində vahid xəzinə hesabına köçürməlidirlər. [65]

19.10. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.

19.11. Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

19.12. Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlar dövlət xəzinədarlığının yazılı icazəsi olmadan bank hesabı aça və ya belə hesabdan istifadə edə bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər. [66]

Maddə 20. Dövlət büdcəsinin icrası barədə hesabat

20.1. Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Hesabatda dövlət büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla əks etdirilir.

20.2. Dövlət büdcəsinin icrası barədə rüblük hesabat növbəti rübün birinci ayının sonunadək Azərbaycan Respublikasının Milli Məclisinə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur. Hesabat mətbuatda dərc edilir. Rüblük hesabatda başqa göstəricilərlə yanaşı, gəlir və xərclərin icrasının müqayisəli təhlili verilir. Xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq yarandıqda, hesabatda bu fərqlə bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair məlumatlar da əks olunur.

20.3. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə haqqında məlumatları da əks etdirir. [67]

20.4. Dövlət büdcəsinin gəlirlərinin icrasını icrası barədə hesabat dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır. [68]

20.5. Azərbaycan Respublikası Hesablama Palatası öz nizamnaməsinə uyğun olaraq dövlət büdcəsinin icrası barədə hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir.

20.6. Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət büdcəsinin icrası barədə qanunu (aşağıdakı əsas göstəricilər daxil olmaqla) təsdiq edir: [69]

20.6.1. müvafiq olaraq gəlir və xərclərin icrası üzrə ümumi məbləğ;

20.6.2. gəlirlərin mədaxil mənbələri üzrə icrasının məbləği;

20.6.3. manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyiºməsi nəticəsində yaranan qazanc və ya itki;

20.6.4. funksional təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin icrasının məbləği;

20.6.5. dövlət büdcəsinin kəsirinin (defisitin) və ya büdcə artıqlığının (profisitin) yuxarı həddinin məbləği;

20.6.6. cari il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı.

20.7. İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s. məlumatlar da daxil olmaqla) mətbuatda dərc edilir.

Maddə 21. Dövlət büdcəsinin icrasına nəzarət

21.1. Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir.

21.2. Dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. [70]

21.3. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılması və vəsaitin təyinatı üzrə istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [71]

21.4. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir. [72]

Maddə 22. Dövlət büdcəsinin və icmal büdcənin auditi

Dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır. [73]

Maddə 23. Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunması [74]

23.1. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir.

23.2. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.

23.3. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş rüblük göstəricilərdən kənarlaşdıqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.

23.4. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisi qarşısında dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması barədə məsələ qaldırılır.

23.5. Dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrində müzakirə edilir.

23.6. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinin tətbiqi ilə bağlı dövlət büdcəsinin icra vəziyyəti barədə Azərbaycan Respublikasının Hesablama Palatasının rəyi olmalıdır.

23.7. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla aşağıdakı sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:

23.7.1. büdcə gəlirləri üzrə dəyişiklik aparılması ilə bağlı:

23.7.1.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;

23.7.1.2. büdcə gəlirləri təsnifatının paraqrafları səviyyəsində dövlət büdcəsinin gəlirlərinin layihəsi;

23.7.1.3. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin gəlirlərinin icrasına dair məlumat;

23.7.2. büdcə xərcləri üzrə dəyişiklik aparılması ilə bağlı:

23.7.2.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;

23.7.2.2. büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dövlət büdcəsinin xərclərinin layihəsi;

23.7.2.3. dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat;

23.7.2.4. cari il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq, paraqraflar səviyyəsində layihəsi;

23.7.2.5. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin xərclərinin icrasına dair məlumat.

23.8. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrinə müvafiq olaraq, cari il üçün dövlət büdcəsinin təsdiq olunmuş gəlir və xərcləri çərçivəsində, büdcə gəlirləri təsnifatının və büdcə xərclərinin funksional təsnifatının bölmələri səviyyəsində dəyişikliyin edilməsi nəzərdə tutularsa, bu halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:

23.8.1. cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi və Qanun layihəsinə dair izahat;

23.8.2. cari ilin ötən dövrü üçün dövlət büdcəsinin icrasına dair məlumat;

23.8.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

23.9. Bu Qanunun 23.2-ci, 23.3-cü və 23.4-cü maddələrində nəzərdə tutulmuş cari ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməklə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin layihə daxil olduğu tarixdən 20 gün ərzində müzakirə olunur və səsə qoyulur.

Maddə 24. Dövlət büdcəsinin kəsiri

24.1. Dövlət büdcəsi kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir.

24.2. Büdcə kəsirinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir. [75]

Maddə 25. Dövlət borcu və ona xidmət göstərilməsi

25.1. Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarını maliyyələşdirmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən digər məsələlərin həlli məqsədilə həyata keçirilir.

25.2. Dövlət borcu müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur. [76]

25.3. Büdcə ili ərzində alınan və bilavasitə dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən dövlət borcunun məbləği, istifadəsi və ona xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir. [77]

25.4. Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas məbləğ və faizlər) tam və vaxtında həyata keçirilməlidir. Əsas məbləğ və faizlər kredit müqaviləsinə yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir. [78]

25.5. Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir. Dövlət borcunun yuxarı həddi (limiti) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər. [79]

25.6. Müvafiq icra hakimiyyəti orqanı dövlət borcları üzrə sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır və hər rüb onlar haqqında məlumatları mətbuatda dərc etdirir. Dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir. [80]

Maddə 26. Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr arasında qarşılıqlı əlaqə

Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrlə dövlət büdcəsinin qarşılıqlı əlaqəsi gəlir mənbələrinin, gəlirlərin dotasiya, subvensiya və büdcə ssudaları şəklində bölüşdürülməsi vasitəsilə həyata keçirilir.

Maddə 27. Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqə

27.1. Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanı və büdcədənkənar dövlət fondları tərəfindən birgə hazırlanmış və təsdiq olunmuş tədbirlər planı vasitəsilə həyata keçirilir. Tədbirlər planı mətbuatda dərc edilir. [81]

27.2. Büdcədənkənar dövlət fondlarının bütün xərcləri (Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla) icmal büdcənin xərclərinə daxil edilir. Onların əsaslı xərcləri yalnız Dövlət İnvestisiya Proqramına daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldilir. [82]

27.3. Yerli büdcəyə daxil edilən layihələrin maliyyələşdirilməsi üçün büdcədənkənar dövlət fondlarından ayrılan vəsait müvafiq yerli büdcə vasitəsi ilə istifadə olunur.

27.4. Büdcədənkənar dövlət fondları ölkədaxili kommersiya fəaliyyətinə sərmayələr qoymur, kreditlər və borc zəmanətləri vermirlər. Azərbaycan Respublikasının Dövlət Neft Fondu səhmlərin alınmasını yalnız beynəlxalq bazarlarda yüksək reytinqli peşəkar menecerlər vasitəsilə həyata keçirir.

27.5. Büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və büdcədənkənar dövlət fondlarının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Büdcədənkənar dövlət fondları bu hesabatları müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikası Hesablama Palatasına təqdim edirlər və rübdə bir dəfə mətbuatda dərc etdirirlər. [83]

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BÜDCƏSİNİN TƏRTİBİ, TƏSDİQİ, İCRASI VƏ İCRASINA NƏZARƏT

Maddə 28. Naxçıvan Muxtar Respublikasının büdcəsi

28.1. Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları ilə, bu Qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir.

28.2. Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş dövlət vergiləri, digər ödənişlər, həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar, habelə digər daxilolmalar hesabına formalaşır.

28.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti Muxtar Respublikanın sosial və iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istifadə edilir.

Maddə 29. Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət

29.1. Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsi bu Qanunla müəyyən edilmiş dövlət büdcəsinin təqviminə və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib olunur.

29.2. Növbəti il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsdiq edilir və Naxçıvan Muxtar Respublikasının mətbuatında dərc olunur.

29.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrası bu Qanuna və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

29.4. Naxçıvan Muxtar Respublikasının büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.

29.5. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

YERLİ BÜDCƏLƏRİN TƏRTİBİ, TƏSDİQİ, İCRASI VƏ İCRASINA NƏZARƏT

Maddə 30. Yerli büdcə

30.1. Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.

30.2. Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklә müəyyən edilmiş ümumi prinsipləri əsasında və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.

Maddə 31. Yerli büdcənin müstəqilliyi

31.1. Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyənin yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması ilə təmin edilir.

31.2. Bələdiyyələrin müraciəti və qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə yol verilmir.

31.3. Bələdiyyələr maliyyə ilinin sonuna büdcədə əmələ gəlmiş sərbəst maliyyə qalıqlarına müstəqil sərəncam verirlər.

Maddə 32. Bələdiyyələrlə dövlət hakimiyyəti orqanları arasında büdcə münasibətləri

32.1. Bələdiyyələr yerli büdcələrin tərtibində, təsdiqində və icrasında müstəqildirlər.

32.2. Dövlətin yerli büdcələrə maliyyə dəstəyi aşağıdakı yollarla həyata keçirilir:

32.2.1. investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasəti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaratmaq;

32.2.2. yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayırmaq.

Yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, həmçinin qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması üçün müvafiq bələdiyyələrin və onların təmsil olunduqları milli assosiasiyaların cari il martın 15-dək verilən təklifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətində öyrənilir, onların qəbul edilib-edilməməsi barədə aidiyyəti bələdiyyələrə məlumat verilir. İcrası üçün vəsait ayrılmasına razılıq verilmiş layihələrlə bağlı müvafiq maliyyə-iqtisadi əsaslandırmalarla birlikdə “Büdcə sistemi haqqında” Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən sənədlər və məlumatlar mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsindən ayrılmış subvensiyalar bələdiyyələr tərəfindən təqdim edilmiş layihələrə uyğun olaraq, hər il fevralın 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən bölünür.

Dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca sətirlə müəyyən edilir. [84]

32.3. Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin edirlər.

32.4. İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.

32.5. Bələdiyyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli büdcənin icrasına dair məlumatı statistika orqanlarına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

32.6. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət bələdiyyələrin xərc öhdəliyinə görə məsuliyyət daşımır. [85]

Maddə 33. Yerli büdcənin gəlirləri

33.1. Yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilmiş vergilər və digər ödənişlər, habelə həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar aid edilir.

33.2. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə onların dərəcələrinin yuxarı həddi qanunla müəyyən edilir, tətbiqi qaydaları isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir.

33.3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər yalnız məqsədli təyinatı üzrə istifadə olunur.

Maddə 34. Yerli büdcələrin xərcləri

34.1. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri büdcə təsnifatına uyğun olaraq bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

34.2. Yerli büdcələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.

34.3. Dövlət büdcəsindən dotasiya, subvensiya və ssuda alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək olmamalıdır.

34.4. Dotasiyanın həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr nəzərə alınmalıdır. [86]

34.5. Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca sətirlə göstərilir.

Maddə 35. Yerli büdcənin tərtibi

35.1. Yerli büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır.

35.2. Dövlət büdcəsindən dotasiya almaq nəzərdə tutulduqda yerli büdcənin layihəsi bu Qanunun 11.14-cü maddəsi ilə müəyyən edilən sənədlər və məlumatla birgə may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.

35.3. Yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər. [87]

Maddə 36. Yerli büdcənin müzakirəsi və təsdiqi

36.1. Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. [88]

36.2. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyənin qərarı ilə cari ilin dekabr ayının 25-dən gec olmayaraq təsdiq edilir.

Maddə 37. Yerli büdcənin icrası

37.1. Yerli büdcənin kassa icrası bələdiyyənin müraciəti əsasında dövlət xəzinədarlığı vasitəsi ilə və ya qanunvericiliklə müəyyən edilmiş digər üsullarla həyata keçirilə bilər.

37.2. Bələdiyyələrin gəlir və xərc əməliyyatları onların müraciətləri əsasında dövlət xəzinədarlığı vasitəsi ilə həyata keçirildikdə uçot-hesabatın təşkili üzrə texniki xidməti dövlət xəzinədarlığı təmin edir. Bələdiyyələrin maliyyə əməliyyatları dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilmədiyi hallarda belə əməliyyatlar üzrə ödəmə və uçot-hesabat işlərinin aparılması qaydaları qanunvericiliklə müəyyən edilir.

37.3. Bələdiyyələr büdcə ilindən sonrakı ilin birinci iş günü gəlir və xərclər üzrə əməliyyatların dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsindən imtina edə bilərlər.

37.4. Yerli büdcələrin icrası prosesində bələdiyyələr büdcənin dəqiqləşdirilməsi barədə qərar verə və dövlət büdcəsindən alınmış məqsədli vəsait istisna olmaqla, mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişikliklər apara bilərlər.

37.5. Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin sərəncamında qalır.

37.6. Bələdiyyələr maliyyə əməliyyatları apararkən bütün maliyyə qaydalarına riayət edilməsinə və maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasına görə məsuliyyət daşıyırlar.

37.7. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) iş günü müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, rəsmi internet saytı və s. vasitələrlə çatdırırlar. [89]

Maddə 38. Yerli büdcənin tarazlaşdırılması

Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, büdcə kəsrinin son həddini aşmasına səbəb olarsa, müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir.

Maddə 39. Yerli büdcənin icrasına nəzarət

39.1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. [90]

39.2. Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin yerinə yetirilməsi üçün ayırdıqları maliyyə vəsaitinin istifadəsinə nəzarəti həmin orqanlar həyata keçirirlər.

Maddə 40. Yekun müddəalar

40.1. Bu Qanun 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.

40.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 998), “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi qaydası barəsində Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 999), “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 7, maddə 391) qüvvədən düşmüş hesab edilir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 358-IIQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 13 may 2003-cü il tarixli 452-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 267)

2. 3 dekabr 2004-cü il tarixli 791-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 979)

3. 5 aprel 2005-ci il tarixli 876-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 393)

4. 21 oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1083)

5. 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 67)

6. 28 noyabr 2006-cı il tarixli 177-İIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1012)

7. 30 noyabr 2007-ci il tarixli 488-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1202)

8. 28 oktyabr 2008-ci il tarixli 711-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1049)

9. 14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395)

10. 19 iyun 2009-cu il tarixli 834-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 505)

11. 29 may 2012-ci il tarixli 369-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 21 iyul 2012-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 528)

12. 20 iyun 2014-cü il tarixli 1005-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 avqust 2014-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №8, maddə 958)

2011 büdcə gəlirlər

16 noyabr 2021

16 noyabr 2021 Layihə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğində təsdiq edilsin. Maddə 2. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Gəlirlərin mənbələri Məbləğ (min manatla)
2.1. Fiziki şəxslərin gəlir vergisi 1 485 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 670 000,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi 46 000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi 236 045,0
2.5. Əlavə dəyər vergisi 5 278 700,0
2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 910 000,0
2.6. Sadələşdirilmiş vergi 200 000,0
2.7. Aksizlər 1 266 847,0
2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 160 000,0
2.8. Yol vergisi 116 500,0
2.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 40 000,0
2.9. Mədən vergisi 142 023,0
2.10. Gömrük rüsumları 1 150 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 95 385,0
2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 1 800,0
2.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 106 500,0
2.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) 12 710 000,0
2.15. Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 16 000,0
2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 9 000,0
2.17. Dövlət rüsumu 363 500,0
2.18. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 21 000,0
2.19. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 760 000,0
2.20. Sair daxilolmalar 141 700,0

Maddə 3. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır: (min manatla)

3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları 309 865,0
3.1.1. yol vergisi 116 500,0
3.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi 6 000,0
3.1.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 50 000,0
3.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu 89 500,0
3.1.5. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu 15 500,0
3.1.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu 22 500,0
3.1.7 Sair daxilolmalar 9 865,0

Maddə 4. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir. Maddə 5. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır: 5.1. bu Qanunun 9-cu maddəsi ilə 2022-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid edilənlərdən başqa); 5.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının gəlirləri tam həcmdə. Maddə 6 . Bu Qanunun 9-cu maddəsi ilə 2022-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir. Maddə 7. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Xərclərin istiqamətləri Məbləğ (manatla)
7.1. Ümumi dövlət xidmətləri 4 262 893 867,0
7.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 1 436 519 030,0
7.1.2. beynəlxalq münasibətlər 361 900 000,0
7.1.3. xarici yardımlar 11 000 000,0
7.1.4. elm 202 790 759,0
7.1.5. seçkilərin keçirilməsi və statistika tədbirləri 20 484 078,0
7.1.6. büdcələrarası transfertlər 438 200 000,0
7.1.6.1. yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya 5 300 000,0
7.1.6.2. yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya 1 300 000,0
7.1.6.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 431 600 000,0
7.1.7. dövlət borcu 1 792 000 000,0
7.2. Müdafiə və milli təhlükəsizlik 4 489 892 429,0
7.2.1. müdafiə qüvvələri 2 153 165 727,0
7.2.2. milli təhlükəsizlik 285 501 146,0
7.2.3. sərhəd xidməti 441 585 091,0
7.2.4. müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 4 119 118,0
7.2.5. müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər 1 605 521 347,0
7.2.5.1. xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 1 600 442 500,0
7.3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 2 362 101 755,0
7.3.1. məhkəmə hakimiyyəti 110 390 706,0
7.3.2. hüquq mühafizə 1 767 323 977,0
7.3.3. prokurorluq 102 704 436,0
7.3.4. məhkəmə qərarlarının icrası 10 000 000,0
7.3.5. hüquqi yardım 4 386 425,0
7.3.6. məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər 367 296 211,0
7.4. Təhsil 3 884 325 660,0
7.4.1. məktəbəqədər təhsil 376 858 452,0
7.4.2. ümumi təhsil 2 090 153 867,0
7.4.3. peşə təhsili 63 815 386,0
7.4.4. orta ixtisas təhsili 87 300 596,0
7.4.5. ali təhsil 59 987 844,0
7.4.6. əlavə təhsil 3 937 523,0
7.4.7. təhsil sahəsində tətbiqi tədqiqatlar 7 015 701,0
7.4.8. təhsil sahəsində digər müəssisə və tədbirlər 1 195 256 291,0
7.5. Səhiyyə 1 788 619 634,0
7.5.1. poliklinikalar və ambulatoriyalar 1 664 544,0
7.5.2. xəstəxanalar 171 143 669,0
7.5.3. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 2 588 726,0
7.5.4. səhiyyə sahəsində proqramlar və digər xidmətlər 1 613 222 695,0
7.5.4.1. əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı 1 125 674 629,0
7.6. Sosial müdafiə və sosial təminat 3 565 794 062,0
7.6.1. sosial müdafiə 310 043 606,0
7.6.2. sosial təminat 5 243 653,0
7.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 50 000,0
7.6.4. sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər 3 250 456 803,0
7.6.4.1. dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 145 967 169,0
7.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət 458 708 021,0
7.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 205 387 395,0
7.7.2. televiziya, radio və nəşriyyat 54 155 734,0
7.7.3. bədən tərbiyəsi və gənclər siyasəti 43 890 288,0
7.7.4. mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər 155 274 604,0
7.8. Mənzil və kommunal təsərrüfatı 261 446 634,0
7.8.1. mənzil 43 762 755,0
7.8.2. kommunal təsərrüfatı 112 939 643,0
7.8.3. su təsərrüfatı 14 500 000,0
7.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 90 244 236,0
7.9. Kənd təsərrüfatı 997 304 754,0
7.9.1. kənd təsərrüfatı tədbirləri 477 483 667,0
7.9.2. baytarlıq 47 535 447,0
7.9.3. meliorasiya 459 713 640,0
7.9.4. kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər 12 572 000,0
7.10. Ətraf mühitin mühafizəsi 285 828 108,0
7.10.1. bioloji zənginliyin qorunması 7 743 673,0
7.10.2. hidrometeorologiya tədbirləri 10 966 058,0
7.10.3. meşə təsərrüfatı 15 467 857,0
7.10.4. balıqçılıq və ovçuluq 1 443 272,0
7.10.5. ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi 248 992 248,0
7.10.6. ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər 1 215 000,0
7.11. İqtisadi fəaliyyət 5 931 795 120,0
7.11.1. nəqliyyat və rabitə 217 559 840,0
7.11.2. iqtisadi və kommersiya fəaliyyəti 56 068 289,0
7.11.3. tikinti və şəhərsalma 4 991 670 500,0
7.11.3.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 2 789 800 000,0
7.11.3.2. işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası 2 200 000 000,0
7.11.4. geodeziya və faydalı qazıntılar 8 175 975,0
7.11.5. yanacaq və enerji kompleksi 1 900 000,0
7.11.6. iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər 656 420 516,0
7.12. Əsas bölmələrə aid edilməyən xərclər 1 590 289 956,0
7.12.1. ehtiyat fondları 628 000 000,0
7.12.1.1. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu 518 000 000,0
7.12.1.2. dövlət büdcəsinin ehtiyat fondu 110 000 000,0
7.12.2. məqsədli büdcə fondları 309 865 000,0
7.12.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları 309 865 000,0
7.12.3. valyuta konvertasiyası 4 000 000,0
7.12.4. əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət 648 424 956,0
7.12.4.1. dövlət ehtiyatlarının yaradılması 39 800 000,0
7.12.4.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 20 000 000,0
7.12.4.3. Ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər 11 792 650,0
7.12.4.4. sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər 576 832 306,0

Maddə 8. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin. Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 8 820 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120 500 000,0 manat, yerli xərclər 978 959 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 7 757 997 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 37 456 000,0 manat məbləğində təsdiq edilsin. (manatla)

Şəhər və rayonların adı Gəlirlər Yerli xərclər Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləş dirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş dirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi
Cəmi o cümlədən
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ
Şəhərlər:
1 Bakı 7 834 836 000 88 584 100 413 378 000 7 332 873 900 0
2 Gəncə 70 923 000 1 457 700 39 502 000 29 963 300 0
3 Lənkəran 25 767 000 1 983 900 15 119 000 8 664 100 0
4 Mingəçevir 30 397 000 65 000 22 178 000 8 154 000 0
5 Naftalan 6 185 000 2 000 3 687 000 2 496 000 0
6 Sumqayıt 142 033 000 1 977 400 51 571 000 88 484 600 0
7 Şəki 30 760 000 1 484 500 14 118 000 15 157 500 0
8 Şirvan 26 986 000 1 385 300 6 578 000 19 022 700 0
9 Yevlax 21 218 000 2 131 900 10 630 000 8 456 100 0
10 Xankəndi
Rayonlar:
11 Abşeron 59 024 000 166 000 18 587 000 40 271 000 0
12 Ağcabədi 18 606 000 1 338 600 10 526 000 6 741 400 0
13 Ağdam 6 385 000 35 000 11 330 000 0 4 980 000
14 Ağdaş 8 273 000 12 000 8 261 000 0 0
15 Ağstafa 8 566 000 41 000 8 525 000 0 0
16 Ağsu 10 674 000 815 100 5 600 000 4 258 900 0
17 Astara 14 777 000 1 710 000 6 147 000 6 920 000 0
18 Balakən 6 472 000 1 103 000 6 981 000 0 1 612 000
19 Beyləqan 12 600 000 33 000 6 829 000 5 738 000 0
20 Bərdə 17 023 000 61 000 9 605 000 7 357 000 0
21 Biləsuvar 10 899 000 1 817 000 5 381 000 3 701 000 0
22 Cəbrayıl 1 242 000 16 000 4 100 000 0 2 874 000
23 Cəlilabad 9 632 000 35 000 8 727 000 870 000 0
24 Daşkəsən 4 510 000 1 000 4 088 000 421 000 0
25 Füzuli 11 450 000 17 000 11 433 000 0 0
26 Gədəbəy 7 326 000 41 000 7 285 000 0 0
27 Goranboy 7 613 000 20 000 9 749 000 0 2 156 000
28 Göyçay 12 451 000 16 000 8 672 000 3 763 000 0
29 Göygöl 15 702 000 9 000 6 893 000 8 800 000 0
30 Hacıqabul 7 722 000 12 000 3 702 000 4 008 000 0
31 Xaçmaz 38 079 000 4 313 900 9 699 000 24 066 100 0
32 Xızı 3 739 000 5 000 3 310 000 424 000 0
33 Xocalı 489 000 3 000 2 013 000 0 1 527 000
34 Xocavənd 1 059 000 25 000 2 574 000 0 1 540 000
35 İmişli 31 596 000 1 322 700 6 287 000 23 986 300 0
36 İsmayıllı 11 359 000 10 000 6 309 000 5 040 000 0
37 Kəlbəcər 1 686 000 4 000 5 210 000 0 3 528 000
38 Kürdəmir 10 325 000 18 000 5 707 000 4 600 000 0
39 Qax 4 670 000 15 000 10 131 000 0 5 476 000
40 Qazax 15 398 000 15 000 8 409 000 6 974 000 0
41 Qəbələ 19 720 000 22 000 8 104 000 11 594 000 0
42 Qobustan 5 008 000 5 000 4 432 000 571 000 0
43 Quba 24 773 000 64 000 8 125 000 16 584 000 0
44 Qubadlı 4 423 000 4 000 3 665 000 754 000 0
45 Qusar 13 139 000 28 000 6 058 000 7 053 000 0
46 Laçın 3 107 000 75 000 5 448 000 0 2 416 000
47 Lerik 3 156 000 5 000 5 585 000 0 2 434 000
48 Masallı 11 758 000 35 000 8 546 000 3 177 000 0
49 Neftçala 9 416 000 28 000 6 314 000 3 074 000 0
50 Oğuz 3 232 000 30 000 5 686 000 0 2 484 000
51 Saatlı 13 178 000 8 000 8 800 000 4 370 000 0
52 Sabirabad 13 756 000 17 000 6 906 000 6 833 000 0
53 Salyan 14 655 000 26 000 7 219 000 7 410 000 0
54 Samux 6 008 000 16 000 5 992 000 0 0
55 Siyəzən 5 961 000 17 000 3 956 000 1 988 000 0
56 Şabran 8 101 000 21 000 4 271 000 3 809 000 0
57 Şamaxı 16 213 000 14 000 8 800 000 7 399 000 0
58 Şəmkir 22 281 000 50 000 15 141 000 7 090 000 0
59 Şuşa 1 955 000 2 000 1 953 000 0 0
60 Tərtər 9 389 000 17 000 9 372 000 0 0
61 Tovuz 24 978 000 7 808 900 12 090 000 5 079 100 0
62 Ucar 6 415 000 21 000 6 394 000 0 0
63 Yardımlı 2 882 000 8 000 4 977 000 0 2 103 000
64 Zaqatala 12 173 000 62 000 12 111 000 0 0
65 Zəngilan 1 773 000 3 000 3 179 000 0 1 409 000
66 Zərdab 4 098 000 11 000 7 004 000 0 2 917 000
Cəmi: 8 820 000 000 120 500 000 978 959 000 7 757 997 000 37 456 000

Maddə 10. Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır. Maddə 11. Azərbaycan Respublikasının 2022-ci ildə dövlət daxili və xarici borclarına xidmətlərlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin: (manatla)

11.1. Daxili dövlət borcu üzrə,o cümlədən: 232 000 000,0
faiz ödənişləri 225 096 000,0
11.2. Xarici dövlət borcu üzrə,o cümlədən: 1 560 000 000,0
faiz ödənişləri 407 573 811,0

Maddə 12. Azərbaycan Respublikasının 2022-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 100 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 600 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 800 000,0 min manat məbləğində təsdiq edilsin. Maddə 13. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir. Maddə 14. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 063 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2022-ci il yanvarın 1-ə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçirilsin. Maddə 15. Azərbaycan Respublikasının 2022-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 32 906 390,0 min manat müəyyən edilsin. Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2022-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 15 818 686,0 min manat məbləğində müəyyən edilsin. Maddə 17. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti

2011 büdcə gəlirlər

Büdcə prosesi hökumətdaxili bir məsələ kimi qalır
Analitika

2019-cu ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrində müzakirəsi davam etdirilir. Büdcə layihəsi hazırlanarkən xam neftin satış qiyməti 60 dollar səviyyəsində götürülüb. Yazılanlara görə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ÜDM-in 18 faizi həcmində olmaqla, 22 milyard 918 milyon manat təşkil edəcək. Bu həftə 2019-cu ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması gözlənilir.Görəsən, yeni büdcə layihəsində hansı yeniliklər var? İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev büdcə layihəsindən gözləntilərlə bağlı ASTNA-nın suallarına cavab verir.

– Azər bəy, 2019-cu ilin büdcəsində ötən illərdən fərqli və yeni nələr var?

– Məlum olduğu kimi, dövlət büdcəsi cəmiyyətin bütün üzvləri və təbəqələri üçün mühüm əhəmiyyət kəsb edən bir sənəddir: ölkənin hər bir vətəndaşı, hər bir ailə, ölkədə fəaliyyət göstərən hər bir fiziki və hüquqi şəxs hökumətin büdcə siyasətinin təsirlərinə az və ya çox dərəcədə məruz qalır: kimi vergiödəyicisi kimi, kimi büdcədən əməkhaqqı yaxud yardım alan kimi, kimi büdcədən sifariş yaxud subsidiya alıcısı kimi, kimi də büdcə hesabına həyata keçirilən işlərin (məsələn, məktəb, bağça, yol və s. tikinti işlərinin) nəticələrindən faydalanan kimi.

Təsadüfi deyil ki, dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Müzakirəyə çıxarılan və təsdiq olunan büdcədə hər kəs qarşıdakı ildə hökumətin ona göstərəcəyi münasibəti görür. Buna görə də büdcə layihəsinin hazırlanması prosesinin və parlament müzakirələrinin cəmiyyət üçün açıq olması lazımdır.

Amma Azərbaycanda büdcə prosesi hələ də sırf hökumətdaxili bir məsələ kimi qalmaqda davam edir, prosesdə geniş ictimai iştirakçılıq təmin edilmir. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycan nüfuzlu Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatının bu ilin yanvarında açıqladığı Açıq Büdcə İndeksində minimal büdcə açıqlığına malik ölkələr qrupunda yer alıb (100 mümkün baldan cəmi 34 bal toplayan ölkəmiz 115 ölkə arasında 78-ci olub).

Bildiyimiz kimi, 2019-cu il dövlət və icmal büdcələrinin hazırlanması prosesinə bu ilin əvvəlində – yanvarın sonu – start verilib. Lakin ictimaiyyət gələn ilin büdə parametrləri haqqında məlumatları yalnız oktyabrın sonunda – büdcə layihəsi Milli Məclisə təqdim edildikdən bir müddət sonra – əldə edə bildi. Hazırda 2019-cu ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin müzakirələrindədir. Amma bu müzakirələrdə də ictimai iştirakçılıq təmin edilmir. Bütün maraq tərəflərinin konsensusu kimi yox, əvvəlki illərdə olduğu kimi yenə də yalnız hökumətdaxili maraq qruplarının razılaşması kimi təsdiq ediləcək. Bu baxımdan 2019-cu ilin dövlət büdcəsinin tərtib edilməsi və müzakirələri mərhələlərində biz yeni yaxud fərqli bir şey görə bilmədik.

Büdcənin tərtibi prosesində bu il yeni tətbiq edilən bir alət kimi “büdcə qaydası”nı göstərmək olar. Büdcə sistemi haqqında qanuna bu ilin iyununda büdcənin tərtibi zamanı “büdcə qaydası”nın tətbiqini nəzərdə tutan əlavə və dəyişikliklər edilib. “Büdcə qaydası” neftin dünya bazar qiymətlərində baş verən kəskin dəyişikliklərin dövlət büdcəsinə mənfi təsirlərini azaltmaq üçün tətbiq olunur. “Büdcə qaydası” orta və uzunmüddətli dövrdə makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsinə yönələn alətdir. Qanuna əlavə edilmiş 11-1.2-ci maddəyə əsasən icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla müəyyən edilir. Yeri gəlmişkən, qeyd etməliyik ki, bu ilin ortalarında hökumət 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərini (əsasən Dövlət Neft Fondunun transferi hesabına olmaqla) təqribən 2 milyard manat artıraraq 2019-cu il dövlət büdcəsinin tərtibi zamanı büdcə qaydasının tətbiqinə “sərfəli başlanğıc” formalaşdırmış oldu.

Büdcənin məzmununa, yəni gəlir və xərclərin formalaşmasına və strukturuna gəldikdə isə növbəti ilin büdcəsində əvvəlki illərdən çox fərqli hər-hansı bir yeniliyin olduğunu demək mümkün deyil.

Büdcə gəlirlərinin neft sektorundan asılılıq səviyyəsi yenidən yüksəlir: belə ki, hökumətin rəsmi məlumatlarına əsasən dövlət büdcəsi gəlirlərində neft sektorunun payı 2011-ci ildəki 75.1% səviyyəsindən 2017-ci ildə 47.7% səviyyəsinə düşdüyü halda, gələn il 59.8% səviyyəsinə yüksələcəyi gözlənilir. Yəni, hökumətin hesablamalarına əsasən gələn il dövlət büdcəsi gəlirlərinin təqribən 60%-i birbaşa neft sektoru hesabına baş tutacaq. Burada qeyd etməliyik ki, neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərindəki payı əslində bundan daha yüksəkdir. Çünki hökumət bu hesablama zamanı neft sektorundan daxilolmaların heç də hamısını hesaba salmır: məsələn, hasilatın pay bölgüsü sazişləri (HPBS) üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisi üzrə ödənişləri, neft sektorunda çalışan işçilərin gəlir vergisi üzrə ödənişləri hökumətin hesablamalarında nəzərə alınmır. Bunlar da nəzərə alınarsa, neft sektorundan birbaşa daxilolmaların payının 60 faizin üstündə olduğunu görürük.

Vergi siyasəti sahəsində növbəti ildə aşağıdakı dəyişikliklərin olması gözlənilir:

neft-qaz sektorunda olmayan qeyri-dövlət vergiödəyiciləri üçün gəlir vergisi üzrə güzəştlərin tətbiqi və bu tip müəssisələrin məcburi sosial sığorta ödənişləri üzrə yükün azaldılması;

ölkə üzrə 2%-lik vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqi;

əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi;

kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması;

kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması;

aksizli malların siyahısının genişlənməsi, habelə, aksizli malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin gücləndirilməsi və s.

Büdcə xərcləri siyasətində də hökumət yenidən 2015-ci ilədək olan siyasətinə qayıdır: dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna yönəldilən vəsaitin miqdarı kəskin artırılır. Belə ki, gələn il dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna 6.8 milyard manat (büdcə xərclərinin 27.6%-i qədər) yönəldilməsi gözlənilir ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 1.7 milyard manat, 2017-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 4.1 milyard manat (yaxud 2.5 dəfə) çoxdur.

– Büdcənin gəlirləri və xərclərində təxminən 2,5 milyard manat artım nəzərdə tutulub. Bu gəlirlər və xərclərdə artım hansı gəlirlər və ya transferlər əsasında nəzərdə tutulub?

– Növbəti ildə dövlət büdcəsi gəlirlərinin məbləği 22917.5 mln manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 768.5 mln. manat yaxud 3.5% çoxdur.

2018-ci ilin proqnozu ilə müqayisədə 2019-cu ildə dövlət büdcəsinin ayrı-ayrı mənbələri üzrə əlavə daxilolmaların ümumi məbləğinin təqribən 1191.5 mln. manat olması gözlənilir. Dövlət büdcəsi gəlirlərinin əsas artımı Dövlət Neft Fondunun transferi (398.3 mln. manat), aksizlər üzrə daxilolmalar (201.0 mln manat), hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar (137.4 mln manat) və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar (127.6 mln. manat) hesabına baş verəcək (qalan mənbələr üzrə ümumi artım 327.2 mln. manat olacaq). Bununla yanaşı büdcənin bir sıra gəlir mənbələri üzrə daxilolmaların əvvəlki illə müqayisədə ümumilikdə 423.0 mln. manat azalması gözlənilir. Azalma fiziki şəxslərin gəlir vergisi (316.0 mln. manat), sadələşdirilmiş vergi (58.0 mln. manat) və ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar (41.0 mln. manat), hüquqi şəxslərin torpaq vergisi ( 5.0 mln. manat) və mədən vergisi (3.0 mln. manat) üzrə baş verəcək.

Gələn ilin dövlət büdcəsi xərclərinin məbləği 24780.1 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 1680.1 mln. manat (yaxud 7.3%), 2017-ci ilin faktiki xərcləri ilə müqayisədə isə 7185.6 mln. manat yaxud 40.8% çoxdur.

2018-ci ilin xərc proqnozları ilə müqayisədə hökumət 2019-cu ildə əsaslı vəsait qoyuluşuna 1.74 milyard manat, səhiyyəyə 308.9 mln. manat, ümumi dövlət xidmətlərinə 243.2 mln. manat, təhsilə 230.6 mln. manat, sosial müdafiə və sosial təminata 210.3 mln. manat, məhkəmə hakimiyyəti, hüquq- mühafizə və prokurorluq orqanlarına 167.8 mln. manat, müdafiəyə 123.4 mln. manat, kənd təsərrüfatı və onunla əlaqəli sahələrə 79.4 mln. manat əlavə vəsait ayırmağı nəzərdə tutur. Eyni zamanda hökumət 2018-ci ilin proqnozu ilə müqayisədə gələn il iqtisadi fəaliyyətlə bağlı xərcləri 1.1 milyatd manat, əsas bölmələrə aid edilməyən xidmətlərə ayrılan vəsaiti 273.6 mln. manat, mənzil və kommunal təsərrüfatı xərclərini 98.2 mln. manat, yanacaq və enerji xərclərini 10.2 mln. manat azaldacaq.

Səhiyyə xərcləri üzrə artırılan məbləğin 223.9 mln. manatı (yaxud 72.5%-i) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün nəzərdə tutulur.

2018-ci ilin proqnozu ilə müqayisədə 2019-cu ilin büdcə xərclərində həyata keçirilməsi nəzərdə tutulan artımın 489.8 mln. manatı əməyin ödənilməsi, 417.5 mln. manatı tikinti, 352.6 mln. manatı subsidiya və cari transferlər, 183.9 mln. manatı təqaüd və sosial müavinətlər, 142.4 mln. manatı faizlər üzrə ödənişlər, 102.4 mln. manatı isə digər xərclər üçün nəzərdə tutulur.

Ümumiyyətlə, gələn il dövlət büdcəsi xərclərinin 12.55 milyard manatı (50.7%-i) cari xərclərə, 9.9 milyard manatı (39.9%-i) əsaslı xərclərə, qalan 2.3 milyard manatı (9.4%-i) isə dövlət borcuna xidmət xərclərinə yönəldiləcək.

– Neftin qiyməti bu dəfə büdcədə 60 dollardan götürülüb. Budəfəki büdcə də əsasən neft gəlirlərinin üstündə qurulub, yoxsa bu dəfə büdcədə qeyri-neft sektorunun gəlirlərinin də payı artıb?

– Bəli, qeyd etdiyiniz kimi, gələn ilin büdcəsi neftin 1 barrelinin dünya bazar qiymətinin 60 dollar olması əsas götürülərək hazırlanıb. Hökumətin məlumatına əsasən gələn il dövlət büdcəsi gəlirlərinin 13.7 milyard manatı, yaxud 59.8%-i neft-qaz sektorundan birbaşa daxilolmalar, qalan 9.2 milyard manatı (40.2%-i) isə qeyri-neft sektorunun hesabına formalaşacaq.

Neft-qaz sektorundan daxilolmaların 11364.3 mln. manatı Dövlət Neft Fondunun transferinin, 1450.0 mln. manatı Dövlət Neft Şirkətinin ödənişlərinin, qalan 886.0 mln. manatı isə HPBS üzrə xarici podratçı şirkətlərin mənfəət vergisinin payına düşür. Yuxarıda qeyd etdiyimiz kimi, müstəqil araşdırmalar dövlət büdcəsi gəlirlərində neft-qaz sektorundan birbaşa daxilolmaların payının daha yüksək (təqribən 65%-ə qədər) olduğunu deməyə əsas verir.

Hökumətin təqdimatına əsasən 2018-ci ilin dürüstləşdirilmiş büdcəsi ilə müqayisədə gələn il dövlət büdcəsinin neft-qaz gəlirləri 354.3 mln. manat (2.7%), qeyri-neft qaz sektoru üzrə daxilolmalar isə 414.1 mln. manat (4.7%) artacaq (qeyri-neft sektoru üzrə artan gəlirlərin təqribən 260.0 mln. manatı, yaxud 63%-i xarici iqtisadi fəaliyyət hesabına daxilolmaların payına düşür). Ancaq burada diqqət yetirilməli bir məqam var: məlum olduğu kimi, 2018-ci ilin dövlət büdcəsinin ilkin proqnozu neftin 45 dollar/barrel qiyməti əsasında hazırlanmışdı; cari ilin ortalarında neftin artan qiymətləri nəzərə alınmaqla (55 dollar/barrel qiyməti əsasında) proqnozlarda dəyişiklik edildi və neft sektoru üzrə ümumi daxilolmalar proqnozu 2.2 mliyard manat artırıldı. Lakin həmin dəyişikik zamanı Vergilər Nazirliyinin xətti ilə toplanan qeyri-neft sektoru üzrə vergi daxilolmaları proqnozu təqribən 1.0 mlrd. manat azaldılıb, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin olunan gəlirlər proqnozu isə 725.0 mln. manat artırılıb. Həmin dəyişiklikləri nəzərə aldıqda məlum olur ki, əslində 2018-ci ilin ilkin proqnozları ilə müqayisədə dövlət büdcəsinin neft-qaz sektoru üzrə gəlirlərində təqribən 2.5 milyard manatlıq artım baş verdiyi halda, xarici iqtisadi fəaliyyətdən daxilolmalar nəzərə alınmadan qeyri-neft sektoru üzrə daxilolmalarda kəskin azalma baş verəcək.

Burada diqqət yetirilməli başqa bir məsələ qeyri-neft sektorundan daxilolmaların formalaşmasında neft gəlirlərinin rolu məsələsidir. Yuxarıda qeyd etdiyimiz kimi, məhz neft gəlirləri (daha doğrusu, Dövlət Neft Fondunun transferi) hesabına dövlət büdcəsindən 6.8 milyard manatlıq əsaslı vəsait qoyuluşu (ümumilikdə isə 9.9 milyard manatlıq əsaslı xərclər) həyata keçirilir. Yəni, dövlət büdcəsinin investisiya (əsaslı tikinti) xərclərinin artması qeyri-neft sektoru üzrə daxilolmaların artımında həlledici rol oynayır.

2019-cu ildə dövlət büdcəsinin cari xərclərinin məbləği 12.55 milyard manat, Dövlət Neft Fondunun transferi nəzərə alınmadan büdcənin gəlirlərinin məbləği isə 11.55 milyard manat proqnozlaşdırılır. Bu o deməkdir ki. büdcənin cari xərclərinin 1.0 milyard manatı Neft Fondundan ediləcək transferin hesabına maliyyələşdiriləcək. Bu isə o deməkdir ki, əgər gələn il neftin dünya bazar qiyməti 60 dollardan aşağı düşərsə, onda hökumət Neft Fondundan edilən transferin daha çox hissəsini cari xərclərə yönəlməyə məcbur olacaq.

– Nazirlər Kabineti Azərbaycan Respublikasının vahid büdcə təsnifatını təsdiq edib. Vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlanılacaq. Vahid büdcə təsnifatı nə deməkdir? Hansı məqsədə xidmət edir?

– Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət yeni vahid büdcə təsnifatı təsdiq olunub. Büdcə təsnifatı dövlət büdcəsinin tərtib edilməsi və hazırlanmasının, icrasının və icrasına nəzarətin təmin edilməsinin, büdcə fəaliyyətinin səmərəli və hesabatlı təşkilinin, büdcə prosesində şəffaflığın və hesabatlılığın artırılmasının mühüm alətidir. Təsnifatda büdcə gəlirləri üçün 6 rəqəmli kodlaşdırma (bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə) tətbiq olunur ki, bu da daxilolmaları bütün detalları ilə izləməyə imkan verir. Təsnifatda büdcə xərclərinin funksional (dövlətin başlıca funksiyaları üzrə 3 rəqəmli kodlaşdırma), inzibati (büdcə vəsaitlərinin sərəncamvericiləri üzrə 4 rəqəmli kodlaşdırma) və iqtisadi (xərclərin iqtisadi təyinatı üzrə 6 rəqəmli kodlaşdırma) təsnifatı verilir və bütün təsnifat maddələrinin məzmunu açıqlanır. Belə təsnifat büdcə prosesinin və büdcə işinin elektronlaşdırılması üçün baza rolunu oynayır.

Qeyd edək ki, hazırda istifadə olunan büdcə təsnifatı 2004-cü ilin oktyabrında təsdiq olunmuşdu və sonradan zəruri dəyişikliklər edilmişdi. Lakin mövcud büdcə təsnifatı həm beynəlxalq maliyyə standartlarının tələblərinə uyğun deyildi, həm də müasir dövrün tələblərinə cavab vermir. Buna görə də yeni büdcə təsnifatının qəbul edilməsi, xüsusilə büdcə xərclərinin funksional və iqtisadi təsnifatında ciddi dəyişikliklər edilməsi zəruri idi. Yeni büdcə təsnifatında bir sıra əhəmiyyətli dəyişikliklər var, lakin yenə də ciddi qüsurlara malikdir. Xüsusilə nəzərə alınsa ki, 2020-ci ildən Azərbaycan büdcə proqnozlaşdırılmasında ortamüddətli xərclər çərçivəsinə və nəticə əsaslı büdcələmə sisteminə keçməyə hazırlaşır, onda bu təsnifatın həmin prosesin tələblərinə tam uyğunluğu şübhə doğurur.

– Azərbaycanın hazırki büdcəsini necə qiymətləndirirsiniz? 27 ildir müstəqil olan bir ölkə üçün hazırki büdcəni qənaətbəxş hesab etmək olarmı? Yoxsa daha dayanıqlı iqtisadiyyat və inkişafla daha funksional və gəlirli büdcəyə nail olmaq olardı? Sizcə, buna nə mane olub və olur?

– Büdcəni müxtəlif aspektlərdən qiymətləndirmək və uyğun olaraq bu sualı da fərqli yanaşmalardan cavablandırmaq olar. Məsələn, büdcənin gəlirlərin və xərclərin səviyyəsi baxımından qiymətləndirmək olar. Bu zaman ölkənin real iqtisadi potensialının nə dərəcədə büdcə gəlirlərinin formalaşmasına cəlb edilməsi, vergiyə cəlb edilməyən gəlirlərin yaxud vergidən yayınmanın miqyaslarının araşdırılması zəruridir. Yaxud indiyədək olan büdcə xərclərinin, xüsusilə neft gəlirləri hesabına olan xərcləmələrin daha səmərəli təşkili hesabına yarana biləcək vergi bazası qiymətləndirilə bilər. Amma belə araşdırmalar olmadığından oxşar qiymətləndirməni aparmaq çətindir. Sadəcə, intuitiv olaraq belə bir fikir söyləmək olar: fərqli iqtisadi və büdcə siyasəti şəraitində ən müxtəlif səbəblərdən baş verən vergidən yayınma halları tam aradan qaldırılsaydı, vergi kimi toplanan vəsait tam həcmdə büdcəyə daxil edilsəydi, büdcə xərclərinin və dövlət satınalmalarının hesabatlılığı və səmərəliliyi təmin olunsaydı, dövlət investisiyaları daha səmərəli həyata keçirilsəydi hazırda büdcə gəlirlərinin və xərclərinin tamamilə fərqli (indikindən daha böyük məbləğli) səviyyəsi olardı. Aydındır ki, bu, çox mübahisə doğuracaq bir fikirdir.

Büdcə prosesini və dövlət büdcəsini şəffaflıq və səmərəlilik baxımından qiymətləndirmək olar. Bu sahədə vəziyyətin qiymətləndirilməsi ilə bağlı fikirlər həm beynəlxalq təşkilatların hesabatlarında, həm də yerli müstəqil vətəndaş cəmiyyətinin və mətbuatın illərlə apardığı araşdırmalarda öz əksini tapıb. Dövlət maliyyəsində, xüsusilə büdcə xərcləmələri sahəsində korrupsiya hallarının geniş yayılması bu vəsaitlərin istifadəsini səmərəsiz edir, onların istifadəsindən gözlənilən nəticələri son dərəcə aşağı salır.

Büdcəni həm də büdcə işinin təşkili baxımından qiymətləndirmək olar. Belə qiymətləndirmə daha real müqayisə bazasına əsaslanır. Çünki ortada büdcə işini daha səmərəli təşkil edən, büdcə prosesinin daha səmərəli və işlək institutlarına və mexanizmlərinə malik ölkələr, bu istiqamətdə davaml işləyən və tövsiyələr hazırlayan beynəlxalq təşkilatların çox sayda tövsiyə sənədləri və standartları (məsələn, Beynəlxalq Valyuta Fondunun “Fiskal şəffaflığın yaxşı təcrübələr Məcəlləsi”, Dünya Bankının “Dövlət xərcləri və maliyyə hesabatlılığı”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal şəffaflıq üzrə ən yaxşı təcrübələr”i və “Büdcənin idarə edilməsi sahəsində tövsiyələr”i və s.) var. Son illər beynəlxalq səviyyədə xüsusilə resursla zəngin və böyük resurs gəlirlərinə malik ölkələrdə büdcə işinin səmərəliliyinin artırılmasına yönələn araşdırmalar geniş vüsət alıb, tövsiyə sənədlərinin işlənilməsi çoxalıb.

Müxtəlif ölkələrin təcrübələrindən, habelə, bu sahədə olan araşdırmaların nəticələrindən çıxış edərək deyə bilərəm ki, hər hansı bir ölkədə büdcə işinin səmərəli təşkili orada büdcə prosesində müvafiq hökumət qurumlarının “özfəaliyyətləri”ni məhdudlaşdıra biləcək səmərəli və işlək institutların və mexanizmlərin olub-olmamasından asılıdır. Belə institut və mexanizmlərə aşağıdakılar aiddir:

fiskal qaydalar (bu qaydalar resurs gəlirlərinin xərclənmə səviyyəsini, büdcə xərclərinin artırılması səviyyəsini, dövlət borclarının səviyyəsini və s. məhdudlaşdırır),

orta və uzunmüddətli strateji planlaşdırma;

ortamüddətli xərclər çərçivəsi;

strateji proqramlara əsaslanan nəticə əsaslı büdcələmə;

büdcə prosesinin dəqiq və detallı reqlamentləşdirilməsi;

şəffaflıq, hesabatlılıq və effektiv parlament nəzarəti, habelə ictimai nəzarət;

geniş ictimai iştirakçılıq;

səmərəliliyin və nəticəliliyin qiymətləndirilməsi mexanizmləri.

Büdcə prosesinin qismən reqlamentləşdirilməsi istisna olmaqla, bu qeyd olunan institutların və mexanzimlərin demək olar heç biri indiyədək ölkəmizdə formalaşdırılmayıb. Ölkəmizdə hələ də sovetin mirası olan ənənvi büdcələmə tətbiq olunur.

Araşdırmalarımız göstərib ki, 2018-ci il dövlət büdcəsinin ilkin proqnozu üzrə bütün büdcə xərclərinin 52.8%-i “qapalı” və strukturu nəinki ictimaiyyət, hətta deputatlar üçün açıqlanmayan xərclərdən ibarət olub. Yaxud 2019-cu ilin büdcəsi ilə bağlı hökumətin izahatında qeyd edilib ki, büdcə xərclərinin 41.6%-i konkret proqramlar və məqsədli tədbirlər üzrə xərclənir. Amma həmin proqramların heç biri strateji proqramlara əsaslanan nəticə əsaslı büdcələmənin tələblərinə uyğun deyil.

Araşdırmalara əsasən hazırda dünyanın 80-dək ölkəsində büdcə qaydaları tətbiq edilir. Məsələn, bizim neft-qazla zəngin qonşularımız olan Rusiya və Qazaxstanda artıq 10 ildən çoxdur ki, resurs gəlirlərinin istifadəsini tənzimləyən büdcə qaydaları tətbiq olunur. Yuxarıda qeyd etdiyimiz kimi, artıq ölkəmizdə də büdcə qaydasının tətbiqinə başlanılıb. Bu qayda neft-qaz gəlirlərinin xərclənməsi səviyyəsini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Qaydanın nə dərəcədə səmərəli tətbiq ediləcəyini zaman göstərəcək.

Qeyd etməliyəm ki, 2020-ci ildən ölkəmizdə ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqinə başlanılacaq. Amma yenə də xarici təcrübələrə istinadən söyləmək olar ki, bu o qədər də asan başa gələn proses deyil. Dünya Bankının araşdırmaları göstərib ki, OMXÇ-ni tətbiq etmək istəyən ölkələrin bir çoxu uğursuzluqla üzləşib. Dünya Bankının ekspertləri buna səbəb kimi həmin ölkələrdə yetərli siyasi iradənin olmaması, hökumət qurumlarının bu işə ciddi yanaşmaması, kifayət qədər bacarıqlı kadrların olmaması, korrupsiya səviyyəsinin yüksək olması, etibarlı büdcə hesabatlılığı sisteminin qurulmaması, hökumətin etibarlı proqnozlaşdırma mexanizmlərinə və gələcək büdcə nəticələrini ölçmək qabiliyyətinə malik olmaması və s. kimi amilləri göstərib. Buna görə də ölkəmizdə OMXÇ-nin tətbiqinə hazırlıq mərhələsində bu qeyd olunan amillər nəzərə alınmalı və həmin sahələrdə zəruri işlər aparılmalıdır.

– Sizcə, nə etmək olar ki, bundan sonrakı illərdə büdcə ancaq neft gəlirləri üzərində formalaşmasın və qeyri- neft sektorunun büdcədə payı çoxalsın? Və büdcə daha inkişaf etmiş, funksional, gəlirli və dayanıqlı olsun?

– Əslində büdcə işinin təkmilləşdirilməsi istiqamətində zəruri institutların və mexanizmlərin yaradılması barədə əvvəlki sualın cavabında geniş danışdım. Amma bununla yanaşı, ölkənin iqtisadi potensialından və iqtisadi resurslarından səmərəli istifadə olunması, vergi bazasının genişlənməsinə nail olmaq üçün ölkədə sistemli islahatların aparılması zəruridir. Bu, ilk növbədə, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına yönələn tədbirləri nəzərdə tutur. Son illər ölkədə biznes mühitinin yaxşılaşdırılması və investisiyaların stimullaşdırılması istiqamətində həyata keçirilən addımları alqışlasaq da bunların yetərli olmadığını qeyd etməliyik. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunan institutsional islahatlar da daxil olmaqla, sistem islahatlaırna ləngimədən başlamaq zəruridir. Buraya aiddir:

mülkiyyət hüquqlarının qorunmasına və toxunulmazlığına tam zəmanətin təmin edilməsi,

qanunun aliliyinin və qanunçuluğun təmin edilməsi (qanun qarşısında hər kəsin bərabərliyi),

ədalətli və müstəqil məhkəmə sisteminin təmin edilməsi,

məmur sahibkarlığının qarşısının real olaraq alınması;

tənzimləyici mühitin yaxşılaşdırılması (dövlət qurumlarının davranışlarının qabaqcadan proqnozlaşdırıla bilən olması, biznesin xərclərinə və gəlirlərinə təsir göstərən hökumət qərarlarının ictimai müzakirələrsiz qəbul edilməsi praktikasından imtina edilməsi, belə dəyişikliklərin qəbul edilməsindən ən azı 6 ay sonra qüvvəyə minməsinin təmin edilməsi və s.),

rəqabət mühitinin təmin edilməsi və müflisləşmə institutunun səmərəli tətbiqi;

iqtisadi azadlıqlaırn və təşəbbüskarlığın genişləndirilməsi;

dövlət müəssisələrinin islahatı və dövlət əmlakının səmərəli idarə edilməsinin təmin edilməsi və s.

Yuxarıda demişdim ki, dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsüdür. Sonda isə bunu vurğulamaq istərdim ki, dövlət büdcəsi həm də ölkə iqtisadiyyatının və bütövlükdə ölkənin necə idarə olunduğunu əks etdirir.

Comments are closed, but trackbacks and pingbacks are open.