Press "Enter" to skip to content

2015 büdcə gəlirlər

Keçən il neft qiymətlərinin kəskin azalması fondun gəlirlərinə təsir göstərmişdir. Belə ki, 2015-ci ilin 9 ayı ərzində ümumi gəlirlər 5 543,4 milyon manat olmuşdur (məsələn, operativ məlumata görə, “Azəri-Çıraq-Günəşli” layihəsindən 2014-cü ildə dövlət $15,18 mlrd mənfəət qazanmışdısa, 2015-ci ildə bu göstərici $6,9 mlrd-a qədər azalmışdı. O cümlədən “Şahdəniz” qaz layihəsində gəlirlər kifayət qədər azalıb: 2014-də $523 mln-a qarşı 21015-də cəmi $323 mln t’.kil edib) . Halbuki keçən ilin eyni dövründə gəlirlər 10 131,9 milyon manat idi. Maliyyə Nazirliyinin məlumatına əsasən il ərzində büdcəyə 8130,0 mln. manat vəsait transfert edilmişdir. Lakin 2016-cı il üçün hökümətin proqnozlarına görə, büdcə daxilolmalarının strukturunda vergilərdən əldə olunan gəlirlər neft fondundan edilən transferlərdən daha böyük olacaq(cədvəl 9). Göründüyü kimi, hökumət transferlərdən azad olmağı düşünür. Bunu üçün qeyri-neft sahələrinin inkişafı, vergi və gömrük orqanlarının daha şəffaf çalışması üçün təxirə salınmaz tədbirlər görülməlidir. Çünki neftdən asılılıq və azalan neft qiymətləri büdcəmizi daha da kiçildə bilər. Təsadüfi deyil ki, 2016-cı il dövlət büdcəsi 2011- ci ilin büdcəsindən də aşağıdır.

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında

Maddə 1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18 603 462,0 min manat, yerli gəlirləri 834 538,0 min manat, mərkəzləşdirilmiş xərcləri 19 446 050,0 min manat, yerli xərcləri 1 653 950,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Sıra №-si

Gəlirlərin mənbələri

Məbləğ

(min manatla)

1

2

3

Fiziki şəxslərin gəlir vergisi

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

Hüquqi şəxslərin torpaq vergisi

Hüquqi şəxslərin əmlak vergisi

Əlavə dəyər vergisi

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz

Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

Aksiz markalarının satışından daxilolmalar

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

Sair vergi daxilolmaları

Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu və “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu

mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi

idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər

idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu

Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu

nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait

“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait

Maddə 4. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Maddə 6. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

6.1. bu Qanunun 10-cu maddəsi ilə 2015-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa);

6.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrədaxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri tam həcmdə.

Maddə 7. Bu Qanunun 10-cu maddəsi ilə 2015-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Maddə 8. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Sıra

№-si

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

2015 büdcə gəlirlər

Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsində neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanıb. Bu barədə Modern.az saytına Maliyyə Nazirliyindən 2015-ci ilin dövlət büdcəsinə dair verilən açıqlamada bildirilib.

Nazirlikdən verilən məlumata görə, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb. Gələn ilin büdcə kəsiri -1662 milyon manat proqnozlaşdırılıb.

Qeyd edilib ki, gələn ilin büdcəsində gəlirlər 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz, xərclər isə 5,2 faiz çoxdur.

Proqnozlara görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 65,3 faiz, qeyri-neft sektoru üzrə daxilolmalar isə 34,7 faiz təşkil edəcək.

Modern.az saytı 2015-ci ilin büdcə xərclərini əks etdirən göstəriciləri təqdim edir. Beləliklə gələn il hara nə qədər pul xərclənəcəyini artıq bilmək olar:

2015-ci ildə Azərbaycan iqtisadiyyatı – hesabat

2015-ci ildə dünya iqtisadiyyatındakı qeyri-stabillik, Çinin iqtisadi artım tempinin zəifləməsi və dünya fond birjalarında tez-tez yaşanan dalğalanmalar qlobal iqtisadi artıma mənfi təsir göstərmişdir. Bunun da məntiqi nəticəsi kimi, dünya bazarında neft və neft məhsullarının qiymətində 2014-cü ildən başlamış eniş daha da sürətlənmiş və son 7 ildə ilk dəfə neftin bir barrelinin minimal qiyməti $36 səviyyəsindən aşağı düşmüşdür. Bu da öz növbəsində bir sıra neft ölkələrinə o cümlədən Azərbaycana təsirsiz ötüşməmişdir. Son nəticədə iqtisadiyyatı və ixracatı neftdən asılı olan dövlətlər kimi (Rusiya, Qazaxıstan, Türkmənistan və s.)

Azərbaycan da artan büdcə kəsirlərini və tədiyyə qabiliyyətinin dayanaqlığını təmin etmək məqsədi ilə öz milli valyutasını devalvasiya etmişdir. Yola saldığımız 2015-ci il ərzində ölkə iqtisadiyyatının necə bir yol izləməsi aşağıda müxtəlif başlıqlar altında incələnəcək.

Hər şeydən əvvəl Ümumi Daxili Məhsul istehsalının bu günədək olan vəziyyətinə baxmaq yerinə düşər. ÜDM-ın artım tempinə görə, Azərbaycan 2015-ci ildə elə bir nəticə əldə etdi ki, əgər 2011-ci ildəki minimumu nəzərə almasaq, bu 1995-ci il göstəricisindən də (1,3%) şağı bir nəticə idi. Səbəb isə aydındır: neftə bağlı iqtisadiyyat.

Statistikaya nəzər salsaq görərik ki, müstəqillik qazandığımız dövrdən 2015-ci ilədək ÜDM-nin həcmi hər keçən ilə nisbətən daha da artmışdır. Yalnız 2009-cu ildə Qlobal Maliyyə Böhranı səbəbindən bir öncəki ilə nisbətən ümumi istehsal olunan ümum daxili məhsulun miqdarı azalmışdır (bax Cədvəl 1). Aşağıdakı cədvəldə son on il ərzində ÜDM-nin artımı təsvri edilmişdir.

Cədvəldən də göründüyü kimi, on il ərzində ÜDM-nin artımı müşahidə olunmuşdur. 2005-2008-ci illər arasında ÜDM üç dəfəyə yaxın artımışdır. Bunun əsas səbəbi 2005-ci ildən başlayaraq “Azəri-Çıraq-Günəşli” dəniz yataqlarının işlənməsi layihəsi çərçivəsində (operator – BP şirkəti) tammiqyaslı işlərə (Faza-1, Faza-2 və Faza-3 kimi layihələrə başlanılmasıdır)ölkənin neft hasilatının ildən ilə artırması və bu illər ərzində də neftin qiymətinin kifayət qədər yüksəlməsi nəticəsində Azərbaycana böyük neft pullarının gəlməsidir.

2011-ci ildən isə ÜDM-nin artım tempi zəifləmişdir və buna səbəb Azərbaycanın neft hasilatının birdən-birə PİK dövründən sonra (2010-cu il) kəskin azalması olmuşdur. Əgər neft hasilatı 2010-cu ildə ölkədə 50,8 mln ton təşkil etmişdisə, 2011-ci ildə bu göstərici 45,6 mln ton olmuşdu.

Keçən il isə dünyada davam edən aşağı neft qiymətləri (Brent markalı neftin orta qiyməti $52.5 olub ki, bu da 2014-cü illə müqayisədə təqribən 47% azalma deməkdir) Azərbaycanda ÜDM-ninazalmasına gətirib çıxarıb. Çünki ölkə iqtisadiyyatı həm neft, neft məhsullar və qazdan əldə olunan gəlirlərdən asılı idi, həm də qeyri-neft sektoruna yönəldilən investisiyalar birbaşa ölkəyə daxil olan neft pullarına bağlı idi. Aşağıdakı cədvəl 2 də son on beş il ərzində ÜDM-nin artım tempi göstərilmişdir.

Xatırlatma: 2006-cı ildə ÜDM-də 34,5%-lik artım onunla izah edilir ki, Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində 2005-ci ildə istifadəyə verdiyi “Mərkəzi Azəri” və “Qərbi Azəri” platformalarından xeyli əlavə neft hasil edə bildi, nəticədə heft hasilatını birdən –birə 10 milyon ton artırmaq imkanı əldə etdi (22,3 mln tondan 32,3 mln ton). Bundan əlavə dünya bazarlarında Brent markalı neftin qiyməti $54,52-dən $65,14-ə qədər (1 barel üçün fərq $10.62) artdı.

2006-dan 2011-ci ilədək ÜDM artımında görünməmiş eniş. Ümumi daxili məhsulun artım tempində baş verən sürətli düşmə ölkənin neft və neft məhsullarından necə asılı olduğunu bir daha sübut edir. 2004-2008 ci illər arasında böyümə tempinin iki rəqəmli olmasına səbəb dünya bazarında neftin qiymətinin yüksək olmasına bağlı idi. Qlobal Maliyyə Böhranı, buna bağlı olaraq neftin qiymətinin kəskin düşməsi və istehsalın azalması üdm-nin artım tempini azaltmışdır. İlin əvəlində hökumət artım tempinin 3,3% səviyyəsində olacağını proqnoz etsə də, sadalanan problemlərdən dolayı artım tempində əvəlki ilə nibətən azalma baş vermişdir. Bununla paralel olaraq ölkədə qeyri-neft sektorunda artım hər keçən il davam etmişdir. Bunu cədvəl 3 də əyani müşahidə edə bilərik.
Ölkə iqtisadiyyatında 2012-ci ildən sonra qeyri-neft sektorunun ÜDM-də payı ənənəvi sektora nisbətən böyük olmuşdur və bu vəziyyətin davamlı olması müsbət haldır. Neft və qeyri neft sektorunda ÜDM-nin strukturunun son altı ildə necə dəyişdiyi cədvəl 4 və 5 də aydın görsənir. Burada ən önəmli məqam ondan ibarətdir ki, 2010-cu ildə ölkə üzrə istehesal olunan üdm-nin yarıdan çoxu sənaye sektorunun payına düşür. Azərbaycan dövlətinin qarşısına qoyduğu ən önəmli məsələ qarşıdakı illər ərzində qeyri-neft sektorunun inkişaf etdirmək və ölkəni neft pullarının asılı vəziyyətində qurtarmaq idi. Və buna müəyyən dərəcədə nail oldu.

Cədvəl 5-də 2015-ci ildə ÜDM istehsalında yenə sənaye faktorunun önəmini qeyd etməliyik. Ancaq altı il ərzində neftə bağlı olan sənayedən asılılıq müəyyən dərəcədə azalmışdır. Ölkəmizdə sənayenin əsas lokomativi neft və qaz istehsalı olduğunu nəzərə alsaq, bu o deməkdir ki, biz hələ də sənayemizi xammalı istehsal edib bazarlara çıxarmaq üzərində qurmuşuq.

İlkin olaraq makroiqtisadi göstəricilərinə əsasən 2015-ci ilin ölkə üzrə real iqtisadi artım 4,4% olmaqla ÜDM istehsalı 59,8 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılırdı. Lakin hökümət bu dəyərləndirmələri apararkən neftin bir barrelini $90-dan götürmüş, bu isə öz növbəsində bir sıra problemlərin yaranmasına vəsilə olmuşdur. Çünki Maliyyə Nazirliyinin hesablamasına görə bu ilin neftin bir barrelinin orta qiyməti təxminən $52 olmuşdur. Nəzərə alsaq ki, ÜDM-nin mühüm bir hissəsi neft və qazın satışından alınan gəlirlərdən asılıdır, o zaman real iqtisadi artımın göstəriləndən daha aşağı olacağı labüd idi. Bir sıra beynəlxalq təşkilatlar 2015 il üçün ÜDM-nin artım tempinə aid proqnozlar vermişdi. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilin əvvəlində neft qiymətlərində baş vermiş enişə bağlı olaraq ölkəmizə 1.8 və 1.5 faizlik böyümə proqnoz etmişdilər (reallıqda daha az oldu – 1.1%).

Azərbaycan dövlətinin 2016-cı il və sonrakı üç il üçün hazırlamış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasi və göstəricilərinə əsasən 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1.8 %, ÜDM istehsalı
isə 57,7 milyard manat təşkil edəcəkdir. Qeyri-Neft sektorunda ÜDM 41,5 milyard manat və yaxud cari ilə nisbətən 3,4% real artımla, neft sektorunda isə 16,3 milyard manat və yaxud 1,7% azalma ilə proqnozlaşdırılır. Aşağıda (cədvəl 6) 2016-cı ilin ÜDM-nin sahə strukturu verilmişdir:

2016-cı il dövlət büdcəsində neftin bir barreli 50$ səviyyəsində təyin edilmişdir. Yuxarıda da söylədiyim kimi, ölkənin ÜDM-sinin önəmli bir hissəsi neft və qaz satışından gələn gəlirlərdən asılıdır. Son il yarım ərzində neftin qiymətinin 2 dəfədən çox aşağı düşməsi ÜDM-nin artım tempinə təsir göstərdiyi artıq bəllidir. Və böyük ehtimalla bu hal cari ildə də özünü büruzə verəcək. Bundan başqa neft istehsalının da 2010-cu ildən başlayaraq azaldığıını da buraya əlavə etsək (2016-cı il üçün 400-500 min ton hasilatın azalması proqnozlaşdırılır), həqiqətən də bu ilin iqtisadiyyatımız və məişət həyatımız üçün bir sınaq rolunu oynayacaq desək yanılmarıq. Beləliklə əgər neftin qiymətində gələn il üçün artım olsa belə hasilatımızın azalması bizi böyük neft gəlirlərindən məhrum edir. Maliyyə Nazirliyinin proqnozlarına görə, 2016-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri 6711,6 mln. manat olacaq və bu da 2015-ci illə müqayisədə təxminən 1.4 mlrd. manat azdır. Dövlət Neft Fondu respublikanın büdcəsinin formalaşmasında önəmli rol oynayır. Çünki hər il fonddan büdcəyə böyük miqdarda transferlər gerçəkləşir və bu transferlərin azalması büdcə kəsrinin böyüməsinə və xərclərin azalmasına yola aça bilər.

Büdcə

Son illər ərzində neftin qiymətində baş verən dəyişiklik dünyanın bir çox ölkələrinin iqtisadiyyatlarında və büdcələrində problem yaratmışdır. Təbii ki, bu problemdən Azərbaycan da yan keçə bilməmişdir. Bildiyimiz kimi Azərbaycan bir neft ölkəsidir və büdcənin böyük hissəsi də demək olar ki, xam neftin satışından gələn gəlirdən ibarətdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin statistik məlumatlarına əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 2016-cı ildə ümumi daxili məhsulun 25.2 faizi həcmində olmaqla, nominal ifadədə 14566.0 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 28.2 faizini təşkil etməklə 16264.0 mln. manat həcmində proqnozlaşdırılır. Aşağıdakı diaqramda son on ilin büdcə gəlirlərinin artım qrafiki təsvir edilmişdir. 2009 və 2014 və 2015-ci illərdə büdcə gəlirlərində azalma müşahidə olunub. Buna isə səbəb neft qiymətlərində baş verən dəyişmədir. 2015-ci il üçün büdcə gəlirləri 19 438 milyon manat proqnoz edilsə də, il ərzində büdcə gəlirləri 17 153 milyon manat olmuşdur və bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 1.2 milyard manat azdır. Aşağıda illər üzər dövlət büdcəsinin gəlirləri təsvir edilmişdir(cədvəl 7).

Maliyyə naziri Samir Şərifov ilin yekunlarına dair iclasda çıxışı zamanı hesabat dövründə dövlət büdcəsinin gəlirlərinin nəzərdə tutulduğundan 11,6% , xərclərinin isə 15% aşağı olduğunu bildimişdir.

Hər il büdcəyə Dövlət Neft Fondundan böyük miqdarda transferlər gerçəkləşir. Çünki DNF büdcənin formalaşmasında böyük rol oynayır. Keçən il ərzində , büdcə gəlirlərinin təxminən 47%-i neft fondundan edilən transferlər olmuşdur. Hökumətin məqsədi, hər il reallaşan transferlərin azaldılmasıdır. Aşağıdakı cədvəl 8-də Dövlət Neft Fondundan gerçəkləşdirilən transferlərin illər üzrə məbləği verilmişdir. 2005-2013-cü illər ərzində transferlərin məbləğinda hər il artım müşahidə edilmişdir.

Keçən il neft qiymətlərinin kəskin azalması fondun gəlirlərinə təsir göstərmişdir. Belə ki, 2015-ci ilin 9 ayı ərzində ümumi gəlirlər 5 543,4 milyon manat olmuşdur (məsələn, operativ məlumata görə, “Azəri-Çıraq-Günəşli” layihəsindən 2014-cü ildə dövlət $15,18 mlrd mənfəət qazanmışdısa, 2015-ci ildə bu göstərici $6,9 mlrd-a qədər azalmışdı. O cümlədən “Şahdəniz” qaz layihəsində gəlirlər kifayət qədər azalıb: 2014-də $523 mln-a qarşı 21015-də cəmi $323 mln t’.kil edib) . Halbuki keçən ilin eyni dövründə gəlirlər 10 131,9 milyon manat idi. Maliyyə Nazirliyinin məlumatına əsasən il ərzində büdcəyə 8130,0 mln. manat vəsait transfert edilmişdir. Lakin 2016-cı il üçün hökümətin proqnozlarına görə, büdcə daxilolmalarının strukturunda vergilərdən əldə olunan gəlirlər neft fondundan edilən transferlərdən daha böyük olacaq(cədvəl 9). Göründüyü kimi, hökumət transferlərdən azad olmağı düşünür. Bunu üçün qeyri-neft sahələrinin inkişafı, vergi və gömrük orqanlarının daha şəffaf çalışması üçün təxirə salınmaz tədbirlər görülməlidir. Çünki neftdən asılılıq və azalan neft qiymətləri büdcəmizi daha da kiçildə bilər. Təsadüfi deyil ki, 2016-cı il dövlət büdcəsi 2011- ci ilin büdcəsindən də aşağıdır.

Digər tərəfdən biz qeyri-neft gəlirlərinin statistikasına baxmaq məcburiyyətindəyik. Son 6 il ərzində büdcəyə daxil olan qeyri-neft gəlirlərinin hər il artan xətt üzrə getdiyini görə bilərik (cəvəl 10).

Burada da hər il gəlirlərin artan xətt üzrə getdiyini görürük. 2015-ci il ərzində qeyri-neft daxilolmalarının məbləği əvvəlki ilə nisbətən 16,5 % çoxdur. Ancaq rəsmi statistikada göstərilən bu rəqəmlərin içərisində əslində kifayət qədər NEFT rəqəmləri var. Məsələn, büdcəyə daxilolmalardakı 5018,3 milyard manat vəsaitin 1,48 milyard manatı Dövlət Neft Şirkətinin (SOCAR) köçürmələri, daha 0,5 mlrd manatı isə xarici neft şirkətlərinin köçürmələri təşkil edir.

Xarici Ticarət

Respublikamızın xarici ticarəti çox şaxəli olmasıyla diqqət çəkir. Belə ki, müstəqilliyin ilk illərində əsasən ticarət partnyorlarımız MDB ölkələri idisə, bu gün artıq ümumi ticarət dövriyyəsinin 50 faizə yaxını Avropa Birliyi ölkələriylədir. Cədvəl 11 də il ərzində xarici ticarət əməliyyatlarının həcmi göstərilmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2015-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 mlrd. 203 mln. 74,48 min təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,7 dəfə azdır.

İxrac əməliyyatlarından əldə edilən maliyyə vəsaitlərində kəskin düşüşün baş verməsi neftin qiyməti ilə bağlı olmuşdur. Aşağıdakı cədvəllərdə kçən il ərzində idxal-ixrac əməliyyatlarının strukturu verilmişdir.

Dövlət Gömrük Komitəsindən verilən məlumatları təhlil etsən görərik ki, ilin on bir ayı ərzində ixrac etdiyimiz məhsulların 85%-dən çoxu xammal və təbii qaynaqlar olmuşdur. Neft və qaz satışından asılılıq ölkəmizin ən böyük problemlərindən biri olaraq qalmaqdadır. Əslinə baxsaq, əvvəlki illərdə də bu tendensiyanın şahidi idik. Lakin neftin qiymətinin iki dəfə çox aşağı düşməsi ölkəmizin ixrac etdiyi neft məhsullarından əldə etdiyi qazancın da kəskin şəkildə azalmasına səbəb olmuşdur. Bu gün hökumətin qarşısında ən böyük məsələ qeyri-neft sektorunu inkişaf etdirməkdir. Əsasən kənd təsərrüfatı, İKT və qeyri-neft sənayesinin böyüməsi hesabına bu asılılıqdan tamamən azad olmaq mümkündür. Lakin bu sadaladığım sahələrin inkişafı müəyyən zaman alacaqdır və bunlar Azərbaycan 2020-Gələcəyə baxış konsepsiyasında qeyd olunmuşdur.

İdxal olunan malların çeşidlərinə nəzər yetirərkən, ölkəmizdə qeyri-neft sənayesinə böyük tələbatın olduğunu və bunu daxili bazar vasitəsi ilə qarşılaya bilmədiyimizin şahidi oluruq. Digər tərəfdən əhalinin təməl qida maddələri ilə təmin etmək üçün son illərdə böyük istehsal sahələrinin yaradılmasına baxmayaraq yenə də daxili tələbat böyük olduğu üçün ölkə xaricindən bazarlara ərzaq idxal olunur.

Enerji Siyasəti

Neft müstəqillik qazandığımız dövrdən bu günədək ölkə iqtisadiyyatının lokomotivi olmuşdur. Həm ümumi daxili məhsulun, həm də büdcənin formalaşmasında neft pullarının rolu böyükdür. Hər il büdcəyə neft fondundan böyük miqdarda transferlər gerçəkləşdirilir. Böyük neft pulları hesabına ölkədə tikinti, təhsil, səhiyyə, qeyri-neft sektoru və s. sahələrdə inkişaf baş vermişdir. Azərbaycanda neft hasilatı 2011-ci ildən azalmağa başlayıb. Cari ilin sonuna qədər hasilatın 40,7 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 20 % azdır. Keçən illə müqayisədə neft hasilatının 1 milyon tondan çox azalması gözlənilir.

Göründüyü kimi hasilat stabil olaraq azalmaqda davam edir.

2015-ci ilin fevral ayında manatın devalivasiyaya uğraması, mərkəzi bankın rezervlərinin sürətli şəkildə əriməsi, ixracatımızın keçən ilə nisbətən azalması iqtisadiyyatın neft qiymətlərindən necə asılı olduğunu bir daha təsdiqləmiş oldu. Nəticədə 2014-cü ilin sentyabrından (neftin 1 bareli 100 dollarlıq psixoloji həddi keçəndən) 2015-ci ilin sonuna qədər Mərkəzi Bank manatın kursunun qorunması üçün özünün ehtiyatlarından 10,2 milyard istifadə etməli oldu (onun ehtiyatları $15,3 milyard-dan $5,1-ə qədər azaldı).

Əslində göstərilən mənfi tendensiyalar demək olar ki, bütün neft ölkələrində və o cümlədən Xəzəryanı ölkələrdə paralel şəkildə baş vemişdir. İlin əvvəlində neft qiymətləri ilə bağlı Rusiyada bir sıra pozitiv proqnozlar verilirdi, ancaq bunlar heç biri təsdiqini tapmadı. 2025-ci ilə qədər karbohidrogenlerin qiymətlərinin kiçik templə artacağina dair proqnozlar var. Bu isə resurslardan asılı olan ölkələrə, monoton iqtisadiyyatlı ölkələrə zərbə vuran amildir. 2015-cii ilin oktyabr ayında Maliyyə naziri Samir Şərifov gələn il üçün optimist və pessimist variantlar hazırlandığını söylədi. “Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa ona uyğun büdcə sistemi hazırlanıb. 2-ci variant isə optimist variantdır ki, bunun üçün hazırlanan sistem neft qiymətinin 60 dollar və yuxarı olmasına bağlıdır. Hələ ki, növbəti il üçün hazırlanan büdcədə neftin qiymətinin 1 bareli 50 dollar olaraq götürülübdür. Həmçinin 2016-cı ildən 2019-cu ilə kimi dövlət büdcəsində artım gözlənilmir və neft sektorundan daxilolmalar əvvəlki illərdəki kimi olmayacaq”.

Qonşu Xəzəryanı ölkələrlə müqayisə etdikdə Azərbaycan ən az enerji resurslarına malik olan ölkədir. Əgər biz yaxın və orta perspektivə baxsaq, Azərbaycanın yaxın 10 ildə orta neft hasilatı təqribən 30 milyon ton civarında olacaq. Ancaq digər Xəzəryanı ökələrdə isə neft hasilatı durmadan artacaq (əsasən də İran, Qazaxıstan və Türkmənistanda). Düzdür, Azərbaycan neftdən qaza meyl edir və artıq gələn onilliyin ortasında özünü bir qaz ölkəsi kimi görür. Ancaq Xəzəryanı ölkələr sırasında bizi İran, Rusiya və Türkmənistan kimi dünya qaz nəhəngləri əhatə edir və biz heç zaman nə qaz ehtiyatlarımız, nə də qaz hasilatımızla özümüzü onlarla müqayisə edə bilmərik.

Onlar yaxın beşillikdə yalnız hasilatı artırmaqla qiymətlərin enməsinin yaratdığı maliyyə çətinliklərini aradan qaldıra bilərlər. Bizdə isə bu imkan yoxdur.

2020-ci ildə Qazaxistanda neft hasilatı 92 milyon ton, Türkmənistanda isə 20 milyon ton səviyyəsində proqnozlaşdırılır. Azərbaycan isə göstərilən il ərzində təqribən 35 milyon ton neft hasil edəcək. Digər tərəfdən ölkəmiz 2020-ci ildən qaz ixrac etməyə başlayacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri TAP kəməri ilə Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq (ancaq bu məsələ, yəni tarix şərtidir, çünki Avropada yeni qaz alıcıları ilə heç bir müqavilə imzalanmayıb). Nəzərə alsaq ki, qazın bazar qiyməti neftdən asılıdır, onda bu o deməkdir ki, qazın qiyməti də bazarda ucuz olacaq və qoyulan kapital xərclərinin geri qayıtma müddəti nəzərdə tutulduğundan xeyli uzanacaq.

Nəticə

Bu il hökumətin prioriteti sənayeni dəstəkləmək, iqtisadiyyatı liberallaşdırmaq, gömrük və vergi orqanlarının işini optimallaşdırmaq və əlverişli investisiya mühitini fomalaşdırmaq olmalıdır. Bundan əlavə Azərbaycan-2020 İnkişaf konsepsiyasında göstərildiyi kimi, Kənd Təsərrüfatı, İKT və Turizm sahələrinin inkişafına münbit şərait yaradılmalıdır. Yalnız bu yollarla yaxın illər ərzində ölkə iqtisadiyyatında inkişafa nail olmaq mümkündür. Çünki bunlar yerinə yetirilməyəcəyi təqdirdə, neft qiymətlərinin də bu il aşağı səviyyədə olacağı haqda iqtisadi ekspertlərin proqnozlarını nəzərə alsaq, 2016 ilin ölkə iqtisadiyyatı və insanı üçün daha ağır ola biləcəyini söyləyə bilərik. Təsadüfi deyil ki, Dünya Bankı “Qlobal İqtisadi Perspektivlər-2016” adlı hesabatında Azərbaycanda bu il üçün ÜDM-nin artımını 0.8% səviyyəsində proqnozlaşdırır.

Ümid edirik ki, ölkə rəhbərliyi böyük iradə ortaya qoyaraq çevik islahatlar həyata keçirəcək və daxil olduğumuz post-neft dövründə iqtisadiyyatın davamlılığını təmin edəcək.

Qaynaqlar:

  1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aylıq hesabatları
  2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik və yarım illik hesabat xarakterli məlumatları
  3. Dövlət Gömrük Komitəsinin aylıq hesabatı
  4. Dövlət Neft Fondunun rüblük və illik məlumat bazası
  5. “Caspian Barrel” Neft Araşdırmalar Mərkəzinin məlumatları
  6. Beynəlxalq Valyuta Fondunun illik və rüblük proqnozları
  7. Dünya Bankının rüblük və illik proqnozları
  8. Interfax xəbər agentliyi
  9. Azadliq Radiosu

Həmid Əhmədli, müstəqil ekspert

Похожие статьи

  • Natiq Əliyev neftin aşağı qiymətində əsas amil kimi böyük güclər arasındakı siyasi ziddiyyətləri görür
  • Neftin qiyməti necə olacaq və manatı nə gözləyir
  • İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi üçün çox önəmli layihədir
  • “Azəriqaz” bu il limiti keçməyən abunəçilərin sayını açıqlayıb
  • Qeyri-neft sektorunun ixracda payı enerjidaşıyıcılarının dəyərsizləşməsi hesabına artdı
  • Azəri-Çıraq-Günəşli blokundan 3 milyard barel neft hasil edildi

Comments are closed, but trackbacks and pingbacks are open.