Press "Enter" to skip to content

Ailə büdcəsi

S.Şərifovun sözlərinə görə, neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2% və ya 7 855,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1370,0 mln. manat və ya 14,9 % azdır:

2016 büdcə gəlirlər

““2017-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 15 955,0 mlrd manat məbləğində proqnozlaşdırılıb”.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2017-ci il dövlət büdcə layihəsinin komitələrin birgə iclasında müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, gələn ilin büdcəsi 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır:

“2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi nəzərdə tutulub. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 600,0 milyon. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1184,5 milyon manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1895,0 milyon manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 milyon. manat və ya 2,4% az proqnozlaşdırılıb.

Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 27,0% olması proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5,0 faiz bəndi azdır”.

S.Şərifovun sözlərinə görə, neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2% və ya 7 855,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1370,0 mln. manat və ya 14,9 % azdır:

“Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8%və ya 8 100,0 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503,0 milyon manat və ya 6,6%, 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 milyon manat və ya 11,3% çoxdur. Vergilər Nazirliyi üzrə proqnoz məbləği 7 210,0 mln. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 200,0 milyon. manat və ya 2,9%, 2015-ci ilin faktı ilə müqayisədə isə 91,8 milyon manat və ya 1,3% çoxdur. Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2 200,0 milyon. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390,0 milyon. manat və ya 21,5% çox, 2015-ci ilin faktı ilə müqayisədə isə 608,1 milyon manat və ya 38,2% çoxdur. 2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər 6 100,0 milyon. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515,0 milyon manat və ya 19,9% azdır. Dövlət büdcəsinə 445,0 milyon manat sair daxilolmalar nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 58,0 milyon manat və ya 15,0% çoxdur”.

Nazir qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

“Əvvəlki illə müqayisədə dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 6,5 faiz-bənd və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,3 faiz-bənd artmış, cari xərclərin xüsusi çəkisiisə 6,8 faiz-bənd azalıb. 2017-ci il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin xüsusi çəkisi 40,3% olmaqla (əvvəlki illə müqayisədə 5,7 faiz-bənd çox), 6 686,0 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 292,4 mln. manat və ya 4,6% çoxdur. 2017-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4 932,9 mln. manat vəsait nəzərdə tutulub. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinintərkibində xüsusi çəkisi 29,7% təşkil edəcək”. Nazir vurğulayıb ki, 2017-ci il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1 641,8 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisə 133,3 mln. manat və ya 7,5% azdır. “2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1,1 % təşkil edəcək.

Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri 2016-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldılmışdır. Belə ki, daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1000,0 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 500,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2016-ci ilin göstəricilərindən müvafiq olaraq 2500,0 mln. manat və 4500,0 mln. manat azdır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 645,0 mln. manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, xarici qrantlardan daxilolmalar və digər mənbələr (daxili və xarici borclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçiriləcək”.

Nazir bildirib ki, növbəti ilin büdcəsinin əvvəlki illərin büdcələrindən fəqrləndirən digər bir cəhəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır:

“Təqdim edilmiş məlumatlara əsasən növbəti ildə dotasiya məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasının səbəbi yerli gəlirləri hesabına təmin edilən rayon və şəhərlərin sayının 6- dan 33-ə çatdırılmasıdır. 2017-ci il icmal büdcəsinin gəlirləri 19 720,7 mln. manat və ya əvvəlki ilə nisbətən 5 559,9 mln. manat (39,3 %) çox, xərcləri 20 967,2 mln. manat və ya əvvəlki ilə nisbətən 3 599,4 mln. manat (14,7 %) az nəzərdə tutulub. 2017-ci ilin icmal büdcəsinin kəsiri 1 246,5 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 2,0%-i, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9 617,1 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 15,7%-i həcmində olacaq”.

Ağa Akifoğlu

Ailə büdcəsi

Biz qənaət etmənin yolarını araşdırdıq. Gündəlik həyatımızda yaşadığımız ərazidə binamızda, evimizdə ,məişətimizdə enerjidən qənaətlə və düzgün istifadə etsək biz təbii sərvətlərimizin , tükənməsinin enerji israfçılığının qarşısını ala bilər, büdcəmizə daha yaxşı qənaət edə bilərik Bunun üçün də hər bir şəxs öz büdcəsinə qənaət etmək üçün evində müəyyən qaydalara əməl etməlidir.
Ən sadə qənaət üsullarından biri istifadə olunmayan otaqlardakı işıqları söndürmək, boş boşuna işləyən elektrik cihazlarını söndürmək. Evdən çıxıb hansısa bir yerə gedərkən elektrik avadanlıqları cərəyandan ayırmaq lazımdır . Bu eyni zamanda təhlükəsizlik baxımından daha yaxşı bir üsuldur.
Hava işıqlı olarkən lazım olmadıqda elektrik lampalarından istifadə etməmək, bunun üçün daha yaxşı üsul pərdələri açıq qoymaq və işığın otağa daxil olmasını təmin etmək, daha qənaətcil elektrik lampalarından istifadə etmək daha məsləhətli olar.
Hava soyuq olduğu zamanlarda pəncərələrin bağlı olduğuna nəzarət etmək lazımdır çünkı bu zaman evdəki istilik pəncərədən gedər və istilik enerjisində israfçılıq baş verər.Bu da bizim büdcəmizə ziyan vurar.
Havanın isti olduğu zamanlarda kondisionerlərdən istifadə edərkən qapı və pəncərələrin bağlı olmasına nəzarət etmək lazımdır. Bu zaman evdəki temperaturun istədiyimiz dərəcədə qalmasına nəzarət edə, enerjiyə daha yaxşı qənaət edər bilərik.
Lazımsız xərclərdən uzaq durmaq gərəksiz yerlərə pul xərcləməmək də bizim büdcəmizə xeyir verər.

Gönderen sebnem zaman: 11:53 1 yorum:

Xərclər

Ailə büdcəsində əsas xərclər
və əlavə xərclər
Xərc nə deməkdir? Bizim büdcəmizdə gəlirlər olduğu kimi xərclərimiz də vardır ki bu xərclər də əsas və əlavə xərclərə ayrılır.
Əsas xərclər
Əsas xərclər bizim büdcəmizdə lazımı yerlərə xərclənən, bizim gündəlik təlabatlarımıza , kommunal xərclərə yəni gündəlik həyatımızda işlətdiyimiz işıq,qaz və suya, istilik sistemlərinə xərclənən pullar.Geyimlərimizə xərclədiyimiz pullar, təhsilə xərclənən pullar yəni bizim istifadə etdiyimiz qələmlər,dəftərlər, kitablar , getdiyimiz kurslara və s. Qidalar da bizim büdcəmizdə əsas xərclər sırasındadır. Bizim sağlamlığımıza yəni həkimə , dərmanlara xərclənən pullar. Nəqliyyat vasitəsinə təyyarəyə, avtobusa, taksiyə və s. xərlənən pullar. Bunlar hamısı əsas xərclərdir .

Əlavə xərclər
Gündəlik həyatımızda istifadə etdiyimiz o qədər də vacib olmayan xərclər vardır ki bunlara əlavə xərclər deyilir.
Əlavə xərclər sırasına məişət əşyalarına yəni evdə istifadə etdiyiniz əşyalara, cihazlara xərclənən pullar. Tətil zamanı getdiyimiz hər hansı bir istirahət mərkəzinə , ölkə daxilində və xarici bir ölkəyə səyahət zamanı gəzintiyə xərclənən. Daha sonra hər hansı bir əyləncə mərkəzi, teatr, kino, restoran və s. xərclənən. Mənzil kirayəsi eyni zamanda bank kreditləri də əlavə xərclərə daxildir.

Xankəndi

Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsinin göstəricilərini açıqlayıb. AzVision.az xəbər verir ki, Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.

Beynəlxalq Valyuta Fondu neftin qiymətinin (orta illik) 2015-ci il üçün 58 dollar və 2016-cı il üçün 61 dollar, Dünya Bankı müvafiq illər üzrə 58 dollar və 63 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyası isə 54 dollar və 59 dollar səviyyəsində olacağını proqnozlaşdırırlar. Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın ABŞ dollarına məzənnəsi isə 1,05 manat qəbul edilib.

Bundan başqa gələn il üçün dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təşkil edəcək. Bundan başqa Qeyri-neft sektorunda ÜDM 41,5 mlrd. manat və yaxud cari ilə nisbətən 3,4 % real artımla proqnozlaşdırılıb. Neft sektorunda isə ÜDM istehsalı 16,3 mlrd. manat və yaxud 1,7% azalma ilə proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 10,8 %-bənd, 2015-ci ilin gözləniləninə nisbətən isə 3 %-bənd çoxdur. Özəl sektorun ÜDM-də payı 82,2% həcmində nəzərdə tutulur.

2016-cı il üzrə xidmətlərdə əlavə dəyərin artımı daha yüksək qiymətləndirilir. Belə ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətlərində 14,6%, nəqliyyat və anbar təsərrüfatında 3,3% və informasiya və rabitə xidmətlərində 13,5% real artım proqnozlaşdırılır.

2016-cı ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8%-i daxili investisiyaların, 42,2%-i isə xarici investisiyaların payına düşür.

Ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə qeyri-dövlət investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2 %-ni təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət investisiyalarının ümumi investisiyaların tərkibində payının isə 41,8% (7,9 mlrd. manat) olacağı nəzərdə tutulur.

Eyni zamanda makroiqtisadi proqnozlara əsasən, 2016-cı ildə ölkədən 15,8 mlrd. dollar həcmində malların ixracı proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 12,5 mlrd. dollar və yaxud 44% az, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 1,5 mlrd. dolları və ya 8,1% azdır.

Növbəti il üçün idxal 8,2 mlrd. dollar həcmində proqnozlaşdırılır ki, bunun da 6,8 mlrd. dolları və yaxud 83,3%-i qeyri-neft sektorunun payına düşəcək. İdxalın həcmi 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 1,1 mlrd. dollar və yaxud 11,8%, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 0,6 mlrd. dollar və yaxud 6,8% azdır.

Comments are closed, but trackbacks and pingbacks are open.